Elektrik qida qurğuları
Uploaded on Jul 21, 2014
Mövzu 5. ELEKTRİK TƏCHİZATI QURĞULARININ TƏMİRİ
Mövzu 5. ELEKTRİK TƏCHİZATI QURĞULARININ TƏMİRİ. Plan 1.Təmir işlərinin təsnifatı və həcmi 2.Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri 3.Təmirin texnoloji prosesi və metodu 4.Təmir bazasının təşkili haqda ümumi məlumatlar 5.Elektrik maşınlarının əsaslı təmirinin texnoloji sxemi
Uploaded on Jul 21, 2014
- Branxton Duffy
- + Follow
Download Presentation
Mövzu 5. ELEKTRİK TƏCHİZATI QURĞULARININ TƏMİRİ
Presentation Transcript
- Mövzu 5. ELEKTRİK TƏCHİZATI QURĞULARININ TƏMİRİ Plan 1.Təmir işlərinin təsnifatı və həcmi 2.Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri 3.Təmirin texnoloji prosesi və metodu 4.Təmir bazasının təşkili haqda ümumi məlumatlar 5.Elektrik maşınlarının əsaslı təmirinin texnoloji sxemi 6.Transformatorun əsaslı təmir prosesinin texnoloji sxemi 7.Təmir işlərinin mexanikləşdirilməsi 8.Sınaq stansiyasının avadanlığı və əsas ölçü cihazları 9.Əsas çilingər və montaj alətləri Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.
- Təmir işlərinin təsnifatı və həcmi Cari təmirə tez sıradan çıxan detalların (elektrik maşınlarının fırçaları, xarab olmuş kontaktlar) təmirini və ya dəyişdirilməsini, transformatorun yağ qurğularının yoxlanmasını, yanmış kontaktların təmizlənməsini və b.b. aid edirlər. İstismar personalı cari təmir üçün nəzərdə tutulmuş sexin məsrəfləri hesabına, avadanlığın quraşdırıldığı yerdə istismar qulluğu, profilaktiki sınaq və cari təmir aparır. Bu işlər zamanı avadanlıqları təhlükəsizlik üçün, bir qayda olaraq, açırlar.
- Əsaslı təmirə, misal olaraq,dolaqların hissəsinin və ya bütöv dəyişdirilməsini, transformatorun maqnit ötürücüsünün lövhələrinin seçilməsini (yenidən şixtovkasını) və izolyasiya edilməsini göstərmək olar. Buna həmçinin valın düzəldilməsini, yastıq şitlərinin qaynağını, xarab olmuş ventilyatorların, kollektorların, elektrik maşınlarında traverslərin dəyişdirilməsini və digər ağır və mürəkkəb işləri daxil edirlər.
- Elektrik avadanlıqlarının təmirinin xüsusiyyətləri Sənayedə və kənd təsərrüfatında tətbiq olunan elektrik avadanlığı və aparatları, öz konstruksiyalarına, təyinatına və istismar şəraitlərinə görə müxtəlifdirlər. Elektrik avadanlıqlarının müxtəlif növləri geniş yayılmışdır: transformatorlar, elektrik maşınları, elektrik sobaları, elektromaqnitlər, açma, işə salma və mühafizə aparatları, ölçmə və qeydiyyat cihazları və digər çoxları. Elektrik avadanlıqlarının təmirini və sınağını təmin etmək üçün həmçinin müxtəlif tipli dəzgahlar, ləvazimatlar, qurğular, alətlər, aparatlar və cihazlar lazımdır. Təmiri qeyd olunmuş xüsusiyyətlərini təmir bazasının təşkilində nəzərə alırlar.
- Təmirin texnoloji prosesi və metodu Elektrik avadanlıqlarının təmirinin texnoloji prosesi müəyyən ardıcıllıqla gedir: 1.Növbəti maşının və ya aparatın təmir sexinə çatdırılması. Xarici baxış. Sifarişçinin sənədləşmələri ilə tanışlıq. Lazım gələn ölçmələr və sınaqlar. Defekt cədvəlinin tərtibi. Sifarişin açılması. 2.Maşının və ya aparatın sökülməsi. Vacib olan halda – dolağın çıxarılması. Hissələrin və detalların təmizlənməsi və yuyulması. Transformatorlar üçün – çıxan hissələrin qaldırılması (dolaqlarla nüvə). Lazım gələrsə – yağın boşaldılması. Baxış və avadanlığın ayrı-ayrı zədələnmiş hissələrinin və detallarının təyin edilməsi. Defekt siyahısının dəqiqləşdirilməsi. Lazım gələrsə ölçmələrin, sxemlərin və eskizlərin tərtib edilməsi. Sökülən detalların nömrələnməsi (markirovkası). Təmir üçün tələb olunacaq materialların spesifikasiyasının tərtib edilməsi. Saz bənd və detalların, aralıq anbarda saxlanması üçün, seçilməsi. Zay olmuş və zədələnmiş bənd və detalların uyğun gələn təmir sexləri və bölmələri üzrə paylanması.
- 3.Avadanlığın mexaniki hissəsinin təmiri: valların, oxların, kontakt halqalarının, kollektorun, yastıqların, fırça tutanların, çənin, genişləndiricinin, transformatorun qapaqlarının və başqa detalların, hansıların ki, təmiri zamanı qaynaq, çilingər və mexaniki işlər görülür.4.Dolaqların təmiri və dəyişdirilməsi – seksiyaların və makaraların izolyasiya edici araqatının, çivlərin və gilzlərin tədarükü ilə hazırlanması. Seksiyaların oturdulması və dolağın çivlərlə bərkidilməsi. Yığma və dolağın və çıxış uclarının lehimlənməsi. Elektrik maşınlarının rotor dolaqlarının bandajlanması. Dolaqların hopdurulması və qurudulması.
- 5.Maşınların stator və rotor dəmirinin və transformatorun nüvəsinin təmiri.6.Rotorun statiki və dinamiki balanslaşdırılması.7.Avadanlığın qovşaqlarının yığılması: yastıq altlıqları və yağlama halqaları ilə yastıq şitlərinin, kontakt halqaları və ventilyatorla rotorun, çıxışlarla transformator qapaqlarının, dolaqlarla transformator nüvəsinin və s.8.Avadanlığın tam yığılması.9.Təmir edilmiş avadanlığın son (buraxılış) sınağı. Avadanlığın rənglənməsi, onun pasportlaşdırılması və hazır məhsul anbarına nəql edilməsi.
- Təmir bazasının təşkili haqda ümumi məlumatlar Anbar bölməsi. Bölmə təmirə daxil olan və təmirdən çıxmış avadanlıqların saxlanması üçün nəzərdə tutulmuşdur. Anbar sahəsinin üzərinə talvar (örtük) düzəldirlər. Sahəni avtomaşın kuzası və ya dəmir yolu platforması səviyyəsində estakada şəklində yerinə yetirirlər. Anbar binalarında detalları saxlamaq üçün tərəcələr və ağır maşınların və transformatorların digər təmir sahələrinə köçürmək üçün qaldırıcı-nəqliyyat vasitələri olmalıdır. Sökmə və defektasiya sahəsi. Sahə bilavasitə anbara söykənməlidir və qaldırıcı-nəqliyyat vasitələrinin xidmət zonasına yaxın olmalıdır. Orada təmirə daxil olan avadanlıqlara baxış keçirirlər və sınaq və lazımi elektriki və mexaniki ölçmələrlə zədələrin xarakterini müəyyən edirlər. Əgər lazımdırsa, avadanlığı ayrı-ayrı qovşaqlara və detallara ayırırlar, onları təmizləyir və yuyurlar.
- Yağ təsərrüfatı. Yağ təsərrüfatını baxış və transformatorların sökülməsi sahəsi ilə yanaşı yerləşdirirlər. Bu sahədə işlənmiş kirli yağları boşaldır və təmiz quru yağ saxlayırlar. Burada həm də transformatora yağ doldururlar.Yağ təsərrüfatına elektrokimyəvi laboratoriya daxildir. Təsərrüfat yanğına qarşı təhlükəlidir və buna görə də yanğın təhlükəsizliyinin tələblərinə cavab verməlidir. Yuma sahəsi. Sahə elektrik maşınlarının hissələrini yumaq üçün nəzərdə tutulmuşdur. Yuma binası yanğın təhlükəlidir (kerosin və ya benzin istifadə edərkən), buna görə də onu qonşu sahələrdən izolyasiya etmək vacibdir. Ondan başqa, bina ventilyasiya qurğusu ilə təchiz olunmalıdır.
- Güc transformatorlarının təmir bölməsi. Güc transformatorlarının təmiri üzrə ixtisaslaşmış emalatxanalarda bilavasitə yaxınlıqda defektləşdirmə və sökmə bölmələrindən iki sahə yaradırlar.Birinci sahədə nüvəni sökür və təmir edirlər. Bu sahədə və ya onun yanında dolaq, hopdurma və qurutma sahələri yerləşmişdir.İkinci sahədə çəni, qapağı, genişləndiricini və s. Təmir edirlər. Yaxınlıqda izolyatorların armaturlaşdırılması üzrə bölmə yerləşir.Elə bu sahədəcə təmir edilmiş nüvəni dolaqla birgə çənin içərisinə quraşdırırlar və transformatoru tam yığırlar. Bundan sonra onu yağ təsərrüfatına verirlər. Orada ona yağ doldururlar və sınağa göndərirlər.
- Dolağın hazırlanma və təmir sahəsi. Dolaq bölməsi işlərin spesifikliyinə görə, bir qayda olaraq, sərbəst sahədir. Elektrik maşınlarının və transformatorların dolaqlarının təmir sahəsi bir sıra bölmələrdən ibarətdir, hansılarda ki, köhnə dolaq naqilini (maşınlar üçün) bərpa edirlər, izolyasiya detalları (gilzlər, çivlər, qutucuqlar, karkaslar), seksiyaları və makaraları hazırlayırlar, bilavasitə dolaqları yerinə yetirirlər, dolaqları və onun hissələrini hopdurur və qurudurlar.Komplektləşdirmə və yığma sahəsi. Bu sahədə bütün təmir olunmuş detallar və qovşaqlar daxil olur, sonra burada avadanlığın tam yığılmasını və onun ehtiyat hissələrlə komplektləşdirilməsini həyata keçirirlər.
- Sınaq bölməsi. Bura təmir olunmuş və tamamən yığılmış avadanlığın sınağı üçün nəzərdə tutulmuşdur. Bölmə yığma meydançasının yanında yerləşmişdir. Və tam və hər tərəfli sınaqlar və ölçmələr aparmağa imkan verən vacib stendlərə və stasionar qurğulara malikdir. Təmirin keyfiyyətini təsdiqləmək üçün maşın və transformatorların təmir prosesində tez-tez aparılan lazımi ölçmələri təmir sahələrində gəzdirilən aparatlarla yerinə yetirirlər. Bu ölçmələr əməliyyatlar arası nəzarət üçün nəzərdə tutulmuşlar.Çilingər və mexaniki sahələr. Çilingər, qaynaq, dəmirçi işləri və mexaniki emal sahələrini təmir bazasının təşkilinin konkret şəraitlərindən asılı olaraq yaradırlar.
- Transformatorun təmirə qəbulu Təmir olunan transformatorların anbarı Transformatorun sökülməsi və defektləşdirilməsi Yağ təsərrüfatı Yoxlama və sınaq işləri Mexaniki hissənin təmiri Aktiv nüvənin təmiri Dolağın təmiri və hazırlanması Transformatorun yığılması və yağla doldurulması Detalların komplektləşdirilməsi Dolağın qurutma bölməsi Əməliyyatlar arası nəzarət Əməliyyatlar arası nəzarət Transformatorunəsaslıtəmirprosesinintexnolojisxemi
- Təmir işlərinin mexanikləşdirilməsi Qaldırıcı – nəql etdirici vasitələr. Təmir bölmələrinin və sahələrinin şaquli və horizontal nəqliyyat işlərini mexanikləşdirmək üçün aşağıdakı mexanizmləri və avadanlıqları tətbiq edirlər Qaldırma qurğuları: a – dolaqları qaldırmaq üçün; b – qapaqları qaldırmaq üçün; c – qarmaqlarla iplər və ya zəncirlər; d – troslarla iplər və ya zəncirlər. Transformatorun dolağını qaldırmaq üçün travers
- Yuyucu maşının ümumi görünüşü:1 – çən; 2 – buxar qızdırıcısı; 3 – rels; 4 – arabacıq; 5 – qapı; 6 – telfer; 7 – yuyucu kameranın gövdəsi; 8 – uclaqlarla borular; 9 – nasos; 10 – şadara.
- Quruducu kamera elektrik maşınlarının qurudulması üçün nəzərdə tutulmuşdur. Onu hopdurma sahəsində quraşdırırlar. 1 – təmiz hava sormaq üçün pəncərə; 2 – ventilyator; 3 – kran-tir; 4 – infraqırmızı lampalar; 5 – arabacıq; 6 – qapı.
- Quruducu şkaf dolaqların qurudulması üçün nəzərdə tutulmuşdur. O qurutma bölməsində qurulmuşdur.Hava, içərisindən 4,5. 5 Atm təzyiq altında buxar verilən borularla, elektrik qızdırıcı cihazlarla və s. qizdirila bilər. Şkafda mütəmadi 110. 1150C hüdudunda temperatur saxlanmalıdır. Ventilyator və xaricedici lazım olan hava mübadiləsi yaradırlar. Şkafın ümumi görünüşü şəkildə göstərilmişdir. 1 – qızdırma sistemi; 2 – xaricedici; 3 – ventilyator; 4 – kran-tir; 5 – arabacıq; 6 – rels.
© 2023 SlideServe | Powered By DigitalOfficePro
☼İSLAMİADA☼
Büyük bir yalnızlık ve dehşet içinde, Allah’tan başka herkesten ve her şeyden ümit keserek cenazenin yanı başında oturdum. Bir anda.
FARKLI MEVZULAR
- KEMAL FARKLILIKLARI
- Tevhidin mertebeleri -Tevhidin ilk merhalesi
- Tevhidin ikinci merhalesi
- Tevhidin üçüncü merhalesi
- Tevhidin dördüncü merhalesi
- Tevhidin dördüncü merhalesi-Teşrii yönetim
- Hak “Verilir” Midir, “Alınır” Mıdır?
- Her müslüman müminmi yoksa Her mümin müslümanmı ?
- Ateizmin dilinden-Öbür-dünya yoksa ölünce ne olaca.
- Hac ile Umre arasında ne fark var ?
- HERKESİN BİLMESİ GEREKEN 8 MENENJİT BELİRTİSİ!
- Sodanın inanılmaz faydaları.
- İnekler gerçekten merdivenden inemezlermi ?
- Hidrojen Peroksitin 15 inanılmaz faydası.
- Bir kişi ne kadar az biliyorsa,o kadar daha güvenl.
- NEDEN ŞİÎLER, TOPRAĞA SECDE EDERLER ? KURAN VE HAD.
- Peygamberin yolundan dönenler-Sahihi Buharide
- АLLАH ÖZÜ KİМİSİNİ YАRАDА BİLӘRМİ ?
- Her kesin işine yarayacak mutfak hileleri
- Kurtlar neden ular ? Özel nedenleri
- İBADETİN MERTEBELERİ
- Doğru Olan İbadetler
- Kabul Edilen İbadetler
- Namaz, Nimetin Şükrüdür .
- Kamil Olan İbadetler
- 1-Cİ DƏRS: ELM NƏDİR?
- 2-Cİ DƏRS: ELM ÖYRƏNMƏK VACİBDİRMİ?
- 3-CÜ DƏRS: DİNLƏR HAQQINDA
- 4-CÜ DƏRS: İSLAM HAQQINDA
- 5-Cİ DƏRS: MƏNTİQ
- 6-CI DƏRS: MƏNTİQİN MÖVZUSU
- 7-Cİ DƏSR: MƏNTİQİN FAYDASI VARMI?
- 8-Cİ DƏRS: FƏLSƏFƏ
- 9-CU DƏRS: İSLAM FƏLSƏFƏSİ.
- 10-CU DƏRS: DÖRD BAXIŞ
SON YAYINLAR
Arapça’da “Kabe” kelimesi küp anlamına gelir; Bu isim onun yapısı için verilmiştir. Hz. İbrahim (as) ‘ın zamanına kad.
Hz Ali a.s hz Fatıma üzerine evlenmek istedimi ? ( Hz Ali ve Ebu Cehlin kızı olayı) Ehlisünnet kaynaklarda, Hz. Ali’nin Ebu Cehil&.
Ateizm Hakkında İlkinin karşıtı beyan olarak ateizm, pratik olaraksa putperestliktir. Ateizm insanlık için o kadar anlamsız ve iğrençtir .
Sahih Buhari -87- kitabül-muharibin min ehlil-küfri ve-riddeti (Küfr Ehlinden ve Dinden Dönenlerden İslam ‘a Harb Açanlar Kita.
Ermənistan ilə Azərbaycan respublikası arasında baş vermiş 2 ci Qarabağ müharibəsində işğaldan azad edilmiş Ağdam rayonunun məscidi tamamilə.
Aksiyon filmlerinde standart bir mücadele olarak kullanılıyordu, ancak bu günlerde çok fazla görmüyorsanız bile: ormanda soğuk yulaf ezmes.
Comments are closed, but trackbacks and pingbacks are open.