Press "Enter" to skip to content

Elektrik sebekelerinin və avadanlıqlarının mühafizəsi

Qoyulmuş məsələdən qaynaqlanaraq, dərs vəsaitində ilk olaraq elektrik enerjisinin insan orqanizminə təsiri və elektrik cərəyanından mühafizə tədbirləri, daha sonra elektrik avadanlıqlarının istismarının təhlükəsizliyinin təşkili məsələləri, zədələnmiş adama ilk tibbi yardım göstərilməsi məsələləri aydın və sadə şəkildə izah olunur.

ƏMƏYİN MÜHAFİZƏSİ

Bu dərs vəsaiti, ümumilikdə, elektriklə əlaqədar təhlükəsizlik texnikasının əsas məsələlərini işıqlandırır. Məlumdur ki, elektrikdən sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və məişətdə geniş istifadə olunur. O cümlədən, texnoloji maşınlara, avadanlıqlara, cihazlara, xətlərlə əlaqədar minlərlə insan məşğul olur. Ona görə də, bu insanların elektrik cərəyanı ilə zədələnməsinin qarşısının alınması ciddi bir problem kimi qarşıda durur.

Qoyulmuş məsələdən qaynaqlanaraq, dərs vəsaitində ilk olaraq elektrik enerjisinin insan orqanizminə təsiri və elektrik cərəyanından mühafizə tədbirləri, daha sonra elektrik avadanlıqlarının istismarının təhlükəsizliyinin təşkili məsələləri, zədələnmiş adama ilk tibbi yardım göstərilməsi məsələləri aydın və sadə şəkildə izah olunur.

Dərs vəsaitinin əsas məqsədi tələbələrə elektrik təhlükəsizliyinin mürəkkəb məsələlərini daha yaxşı başa düşməyə kömək göstərmək, elektrik cərəyanından mühafizə vasitələrinin quruluşu və iş prinsipi ilə onları yaxından tanış etməkdən ibarətdir. Bundan başqa, dərs vəsaitində insanların elektrik cərəyanı ilə zədələnmələrinin qarşısının alınması yollan və mühafizə üsulları ətraflı şəkildə izah edilmişdir.

Beləliklə, dərs vəsaiti əmək fəaliyyətinin təhlükəsizliyi baxımından elektrik zədələrinin azalması istiqamətində yardımçı ola bilər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Elektrik sebekelerinin və avadanlıqlarının mühafizəsi

Elektrik avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat da qəbul edilib Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC tərəfindən işlənmiş “AZS 587-2011”, “AZS 588-2011”, “AZS 591-2011” dövlət standartlarını təsdiq edib və tətbiq vaxtını 20 may 2011-ci ildən müəyyən edib. Məlumata görə, “AZS 587-2011” “Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları” standartı Sənaye və Energetika Nazirliyinin və şəhər, ərazi icra orqanlarının fəaliyyətdə olan və yenidən qurulan elektrik stansiyalarının, eyni zamanda istilik şəbəkələrinin, istilik məntəqələrinin və qızdırıcı qazanxanaların yanacaq-nəqliyyat, qazan-turbin və kimya sexlərində istilik-güc, mexaniki və su hazırlayan avadanlıqların, istilik avtomatikası və ölçü cihazlarının istismarı, təmiri, saxlanması, sazlanması və sınağı ilə məşğul olan heyət üçün vacib olan qaydaları müəyyən edir. “AZS 588-2011” “Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat” standartı Azərbaycan Respublikasında fəaliyyətdə olan, yeni və yenidən qurulan elektrik qurğularında tətbiq olunan elektrik enerjisinin və gücün uçotu sisteminə şamil olunur və digər idarələr tərəfindən də istifadə oluna bilər. Nümunəvi təlimat elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı onun uçotu üzrə əsas qaydaları özündə əks etdirir, elektrik enerjisinin və gücün uçotu sisteminin texniki cəhətdən təşkilinə və istismar qaydalarına tələbləri müəyyən edir. Nümunəvi təlimat “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, sahə layihə təşkilatları və istehlakçıların heyəti üçün nəzərdə tutulub. “AZS 591-2011” “Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti. Terminoloji lüğət” standartı “Azərenerji” ASC strukturu daxilində müəssisələr arasında, digər enerji istehsalçı müəssisələr, enerji satış bazarları, enerji nəql edən müəssisələr, istehlakçı qurumlar arasında Azərbaycanda müasir bazar münasibətlərini, iqtisadi münasibətləri və istehsal-istehlak münasibətlərini ifadə etmək üçün baza sənədi hesab olunur. Bu lüğət energetikanın bütün sahələrində çalışan mütəxəssislər, mühəndis-texniki heyət, elmi işçilər, aspirant və tələbələr üçün nəzərdə tutulub.

Комментарии 1

17 окт 2017
Addim gerginliyi ne demeydi? Ve insan cereyan altina dyserse ilk yardim nece olmalidi?
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25

TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.

добавлена 9 апреля 2022 в 19:44

Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?

Comments are closed, but trackbacks and pingbacks are open.