Elektrik təhlükəsizliyi
2. Elektrik qurğularının qurulması hansı normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır?
– “Elektrik Qurğularının Quruluşu Qaydaları -“EQQQ” (ПУЭ); – “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” ( ПТЭЭП) ; – “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ); – QOST-lar (ГОСТ) , – “Tikinti Norma və Qaydaları- “TN və Q” (СниП) və s. normativ-texniki sənədlər.
ELEKTRİK TƏHLÜKƏSİZLİYİ ÜZRƏ 3 QRUP ÜÇÜN BİLİKLƏRİN YOXLANILMASI SUALLARI+CAVABLARI
11. «Elektrik Qurğularının Qurulması Qaydalar»ına (ПУЭ) görə çəpər (mühafizə) və bağlayıcı quruluşlara hansı tələblər qoyulur?
Elə olmalıdır ki, onların götürülməsi və ya açılması yalnız açarların və ya alətlərin köməyi ilə mümkün olsun.
- “Yüksək təhlükəli otaqlarda daşınma (əl) fənərlərin qidalandırılması üçün hansı maksimal qərginlik tətbiq olunmalıdır?
36 V-dan çox olmayan. - Qaynaq (avadanlığı) qoşulmuş paylayıcı elektrik şəbəkəsində hansı maksimal gərginlik ola bilər?
660 V-dan çox olmayan. - Elektrik cərəyanından zədə almaqdan qorunmaq üsuluna görə elektrik alətləri və daşınma (əl) elektrik maşınları necə səciyyələnir?
4 sinifə bölünürlər: sıfır, birinci, ikinci və üçüncü. - İstehsalat otaqlarında ştepsel rozetkaları hansı hündürlükdə quraşdırılmalıdır?
Döşəmədən 0,8-1,0 м hündürlükdə . - Qəza işıqlandırılması üçün hansı növ fənərlərin (lampaların) istifadəsi tövsiyə olunur ?
Lüminisent və ya közərmə lamapaları . - Pilləkənlərin bir fazalı (bir fazaya qoşulmuş ) qruppalı işıqlandırılmasına hər birinin gücü 60 Wt – a (wat) q ə d ə r olan neçə ədəd közərmə lampasının qoşulmasına icazə verilir ?
60 lampadan çox olmayaraq . - Tavan işqılandırılması üçün, hər birinin gücü 80 Wt – a (wata) q ə d ə r olan , neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir ?
60 lampadan çox olmayaraq . - Tavan işqılandırılması üçün, hər birinin gücü 40 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir?
75 lampadan çox olmayaraq. - Tavan işqılandırılması üçün, hər birinin gücü 20 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə verilir?
100 lampadan çox olmayaraq. - Yolun hərəkət hissəsinin üstündə fənərlər hansı hündürlükdə quraşdırılmalıdır?
6,5 м-dən az olmayaraq. - Trolleybusların kontakt xəttləri üzərində fənərlər yolun hərəkət hissəsindən hansı hündürlükdə quraşdırılmalıdır?
9 м-dən az olmayaraq. - Piyada yolunda fənərlər torpaqdan (səkidən) hansı hündürlükdə quraşdırılmalıdır?
3 м-dən az olmayaraq. - İnzibati binalarda ştepsel rozetkaları maksimum hansı hündürlükdə quraşdırılmalıdır?
Döşəmədən 1,0 м-dən çox olmayan hündürlükdə. - İnzibati binalarda ümumi işıqlandırma lampalarının (çıraqların) çeviriciləri (vıklyuçatel) döşəmədən hansı hündürlükdə quraşdırılmalıdır?
0.8-dən 1.7 m-dək hündürlükdə .
Mövzu 2. Elektrik qurğularında işlərdə qüvvədə olan norma və qaydaların ümumi müddəaları
- “Elektrik Qurğularının Qurulma Qaydaları- “EQQQ”nın (ПУЭ) tələbləri hansı elektrik qurğularına şamil olunur?
Yeni inşa olunmuş (qurulmuş) və rekonstruksiya olunmuş sabit cərəyanlı və dəyişən cərəyanlı (750 kV-a qədər) elektrik qurğularına.
2. Elektrik qurğularının qurulması hansı normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır?
– “Elektrik Qurğularının Quruluşu Qaydaları -“EQQQ” (ПУЭ); – “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” ( ПТЭЭП) ; – “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ); – QOST-lar (ГОСТ) , – “Tikinti Norma və Qaydaları- “TN və Q” (СниП) və s. normativ-texniki sənədlər.
- Elektrik təhlükəsizliyi şəraitlərinə görə elektrik qurğuları necə bölünür?
Gərginliyi 1000 V –a qədər və gərginliyi 1000 V-dan çox olan elektrik qurğulrı. - “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ) kimlərə şamil olunur?
Elektrik qurğularına texniki xidmət göstərən, bu qurğularda operativ çevirmələr edən, belə qurğularla bağlı montaj, sazlama, təmir, sınaq və ölçü işlərini təşkil və icra edən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatların işçilərinə və digər fiziki şəxslərə şamil olunur. - “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП) kimlərə şamil olunur?
Gərginliyi 220 kV –a qədər (daxil olmaqla) işləyən (fəaliyyətdə olan) elektrik qurğularını istismar edən, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatlara, fərdi sahibkarlara və gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularının sahibkarı olan vətəndaşlara. - Elektrik qurğularının istismarı zamanı qayda və normaların pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulur?
Qüvvədə olan qanunvericiliyə uyğun. - Elektrik qurğularına bilavasitə xidmət edən şəxslər nəyə şəxsən məsuliyyət daşıyırlar?
Onların günahı ucbatından baş vermiş pozuntulara və həmçinin onların xidmət etdiyi elektrik qurğularındakı pozuntuların düzgün olmayaraq (səhv) aradan qaldırılmasına görə. - Elektrik qurğularını təmir edən işçilər nəyə (hansı hallara görə) şəxsən məsuliyyət daşıyırlar?
Aşağı keyfiyyətli (keyfiyyətsiz) işlərin görülməsi səbəbəindən işdə pozuntulara görə. - Elektrik qurğularında və ya mühafizə vasitələrində nasazlıqları gördükdə işçi nə etməlidir ?
Dərhal bu haqda özünün bilavasitə rəhbərini, o olmadıqda isə – yuxarı vəzifəli rəhbəri məlumatlandırmalıdır. - İnsanları elektrik cərəyanı vurması baxımından otaqlar necə səciyyələnir (klassifikasiya) ?
– yüksək təhlükəli olmayan otaqlar; – yüksək təhlükəli otaqlar; – xüsusilə təhlükəli otaqlar; – açıq elektrik qurğuları olan sahələr. - Hansı otaqlar yüksək təhlükəli otaqlara aiddir ?
А)Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
B)Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
C)Yüksək temperaturu ilə səciyyələnən otaqlar
D)Torpaqla, texnoloji avadanlıqlarla, mexanizmlərlə və s. ilə əlaqəsi (birləşməsi) olan binaların (tikililərin) metal-konstruksiyalarına bir tərəfdən və digər tərəfdən, elektrik avadanlqlarının metal gövdələrinə (açıq keçirici hissələrinə) eyni zamanda toxunmaq mümkünlüyü olan otaqlar.Sadalanan bütün otaqlar yüksək təhlükəli otaqlara aiddir. - Hansı otaqlar xüsusilə təhlükəli otaqlara aiddir ?
А)Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
B)Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
C)Yüksək temperaturu ilə səciyyələnən otaqlar D) Sadalanan bütün otaqlar xüsusilə yüksək təhlükəli otaqlara aiddir. - Hansı otaqlar elektrik otaqlarına aiddir?
İxtisaslı (peşəkar) xidməti heyətin daxil olması icazəsi olan elektrik avadanlqıları yerləşən otaqları və ya otaqların hasarlanmış hissələri. - Hansı otaqlar nəmişli sayılır ?
Havasının nisbi rütubəti 75%-dən çox olan otaqlar. - Hansı otaqlar rütubətli sayılır ?
Havasının nisbi rütubəti 60% -75% arasında olan otaqlar. - Hansı otaqlar quru sayılır ?
Havasının nisbi rütubəti 60%-dən az olan otaqlar. - Hansı otaqlar xüsusilə nəmişli sayılır ?
Havasının nisbi rütubəti 100%-ə yaxın olan otaqlar. - Hansı təşkilat elektrik qurğularında elektrik təhlükəsizliyi qayda və normalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirir ?
Energetika Nazirliyinin “Dövlət Enerji Nəzarət İdarəsi”. - İstismara qəbuldan öncə hansı müdət ərzində elektrik qurğularının əsas və köməkçi avadanlıqlarının kompleks yoxlanılması yerinə yetrilir ?
72 saat ərzində. - İstismara qəbuldan öncə hansı müdət ərzində elektrik xəttlərinin kompleks yoxlanılması yerinə yetrilir ?
24 saat ərzində. - Tələb olunan qaydada istismara buraxılan elektrik qurğularına elektrik enerjisinin verilməsi necə yerinə yetirilir ?
Dövlət Enerji Nəzarət İdarəsindən icazə aldıqdan və enerji ilə təchiz edən təşkilatla müqavilə olduqdan sonra. - Kimlər elektrik qurğularının etibarlılığını və təhlükəsizliyini təmin etməlidir ?
İstehlakçılar.
Mövzu 3. Heyətə və onun hazırlığına olan tələblər
- Təşkilatın elektrotexniki heyəti hansı qruplara bölünür ?
– operativ; – inzibati-texniki; – operativ-təmir; – təmir. - Elektrotexniki heyətin elektrik təhlükəsizliyi üzrə biliklərinin yoxlanılması hansı tezliklə aparılır ?
İldə bir dəfədən az olmayaraq. - Elektrik qurğularına xidmət edən heyətin elektrik təhlükəsizliyi üzrə biliklərinin yoxlanılması hansı vaxtaşırılıqla aparılır ?
İldə bir dəfədən az olmayaraq. - Heyətin biliklərinin növbədənkənar yoxlanılması hansı hallarda keçirilir ?
Biliklərin növbədənkənar yoxlanılması əvvəlki yoxlamanın vaxtından asılı olmayaraq keçirilir: – İstehlakçı yeni və yenidən işlənilmiş norma və qaydalar tətbiq etdikdə; – yeni avadanlıq quraşdırıldıqda, rekonstruksiya olunduqda və ya elektrik və texnoloji sxemlər dəyişdirildikdə; – digər bir işə təyin olunduqda və ya köçürüldükdə, əgər yeni vəzifələr əlavə norma və qaydalar tələb edirsə; – işçi tərəfindən əməyin təhlükəsizliyi normaları (tələbləri) pozulduqda; – dovlət nəzarət orqanının tələbinə əsasən; – bədbəxt hadisələri və ya energetika obyektinin işində pozuntuları təhqiq edən komissiyanın qərarına əsasən; – daha yüksək qrupun verilməsi üçün biliyin artırılması hallarında; – biliyin yoxlanılmasında qeyri kafi qiymət aldıqdan sonra, yenidən biliyin yolxanılması halında; – həmin vəzifədə 6 aydan çox müddətdə fasilə yarandıqda. - İşçi, elektrik təhlükəsizliyi üzrə sonuncu biliklərin yoxlanılmasında qeyri kafi qiymət aldığı gündən sonra hansı müddət ərzində təkrarən biliklərin yoxlanılmasından keçməlidir?
Sonuncu biliklərin yoxlanılması günündən etibarən 1 aydan gec olmayaraq. - Elektrotexniki heyət sərbəst işə buraxılmağa təyinat (icazə) alana qədər hansı müddətdə təcrübəçi kimi çalışmalıdır ?
2 növbədən 14 növbəyə qədər. - Qeyri elektrotexniki heyətə elektrik təhlükəsizilyi üzrə I qrupu verməyə kimin səlahiyyəti çatır ?
Həmin İstehlakçının (şirkət, firma və s.) elektrik təhlükəsizilyi üzrə qrupu III – d ə n az olmayan elektrotexniki heyətin. - Elektrotexnoloji heyətə kimlər aiddir ?
Elektrotexnoloji qurğulara xidmət edən və işdə elektrik maşınlarını, daşınma elektrik alətlərini və fənərlərini istifadə edən heyət. - Operativ heyətə kimlər aiddir ?
Elektrik qurğularını operativ idarə edən və onlara xidmət edən (baxışı, operativ çevirmələri, iş yerini hazırlamağı, işləyənlərə icazə və nəzarəti, cari istismarla bağlı işlərin yerinə yetirilməsini həyata keçirən) heyət. - Kimlər təmir heyətinə aiddir ?
Elektrik avadanlıqlarına texniki qulluq edən və onları təmir, montaj, sazlayan və sınaqdan keçirən heyət. - Kimlər operativ-təmir heyətinə aiddir ?
Təsdiqlənmiş həcmdə cavabdeh olduqları elektrik qurğularına operativ qulluq (xidmət) etmək üçün xüsusi öyrədilmiş və hazırlanmış təmir heyəti. - Hansı heyət qeyri elektrotexniki heyətə aiddir ?
“Elektrotexniki” və “Elektrotexnoloji” heyət qisminə aid olmayan işçilər. - Elektrik təhlükəsizliyi üzrə III qrupun verilmə sində hansı yaş məhdudiyyəti mövcuddur ?
Elektrik təhlükəsizliyi üzrə III qrup, işçilərə yalnız 18 yaşı tamam olduqdan sonra verilə bilər. - Elektrotexniki heyətin sərbəst olaraq işə buraxılmasından öncə, hansı müddətdə həmin heyətin ehtiyat heyət ( дублирование ) qismində olmalıdır?
2 növbədən 12 növbəyə qədər. - Əgər işçi ona ayrılmış müddətdə ehtiyat heyət ( дублирование ) kimi lazımi bacarıqlara yiyələnə bilmədisə, o halda onun ehtiyat heyət qismində çalışması hansı müddətə artırıla bilər ?
2 növbədən 12 növbəyə qədər. - Təmir heyətinə hansı vəzifələr aiddir ?
Elektrik avadanlıqlarına texniki qulluq etmək və onları təmir, montaj, sazlamaq və sınaqdan keçirmək. - Elektrotexniki ali təhsilli işçinin elektrik təhlüksəziliyi üzrə III qrupdan I V –cü qrupa keçməsi üçün nə qədər minimal iş stajı tələb olunur?
Əvvəlki ( III ) qrupda 2 ay. - İşçi, 1000 V-a qədər gərginlikli elektrik qurğularına xidmətdən 1000 V-dan yüksək gərginlikli elektrik qurğularına xidmətə keçirilərkən elektrik təhlükəsizliyi üzrə hansı başlanğıc qrupa malik olmalıdır?
III qrup - Akkumulyator batareyalarına və yükləmə quruluşlarına ( зарядные устройства ) xidmət etməyə kimlərin hüququ var ?
Elektrik təhlükəsizliyi üzrə III qrupu olan xüsusi öyrədilmiş heyət. - Elektrik qurğularındakı nəzarətçi nəyə cavabdehdir?
Briqada üzvlərinin elektrik qurğularında elektrik cərəyanından zədə almaqdan qorumağa (onların təhlükəsizliyinə) görə.
Mövzu 4. Elektrik qurğularında təhlükəsiz iş görülməsi qaydaları və şərtləri.
1. Elektrik qurğularına təkbaşına qulluq (xidmət) edən operativ heyətdən olan işçilər elektrik təhlükəsizliyi üzrə hansı qrupa mailk olmalıdırlar? III qrupdan az olmayan.
- 1000 V-a qədər gərginlikli elektrik qurğularına təkbaşına qulluq (xidmət) etməyə kimlərin hüququ vardır?
Qrupu elektrik təhlükəsizliyi üzrə III-dan az olmayan təşkilatın operativ və operativ-təmir heyəti sırasından olan işçilər. - Aşağıda göstərilmiş tədbirlərdən hansılar təşkilati tədbirlərə aiddir? Daha geniş cavablandırın.
– İşlərin cari istismar qaydasında naryadla, göstərişlə və ya işlərin siyahısı göstərilməklə tərtib olunması (оформление); – işə icazə; – iş vaxtı nəzarət; – işdə fasilələrin, digər işə (yerə) keçmənin və işin tamamlanmasının tərtib olunması (оформление). - İşlərin təhlükəsiz görülməsinə kimlər cavbdeh (məsul) ola bilər? Cari istismar qaydasında yerinə yetrilən işlərə naryad verən, sərəncam verən, işlərin siyahısını təsdiqləyən, işlərə cavabdeh rəhbər, icazə verən, işləri yerinə yetirən, nəzarət edən, briqada üzvləri.
- Elektrik qurğularında işlərin yerinə yetirilməsinə (icrasına) verilən naryad hansı müddətə verilir?
İşlərin başlanmasından etibarən 15 təqvim günündən çox olmayaraq. - Elektrik qurğularında işlərin yerinə yetirilməsinə (icrasına) verilən sərəncam hansı müddətə verilir?
Sərəncam birdəfəlik (bir dəfə verilən) xarakter daşıyır və onun qüvvədə qalma müddəti icraçıların iş gününün davamiyyəti ilə müəyyən olunur (bağlıdır). - Cari təmir qaydasında (qismində) hansı elektrik qurğularında işlər yerinə yetirilə bilər?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Sərəncamla yerinə yetiriləcək işlərdən öncə elektrotexniki heyət hansı təlimatlandırmadan keçməlidir?
Məqsədli (Целевой). - Gərginliyin götürülməsi ilə işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər hansı ardılcıllıqla yerinə yetiriliməlidir?
Lazımi (tələb olunan) ayırmaları yerinə yetirməli, lazımı yerlərdən qadağanedici təhlükəsizlik plakatlarını asmalı, cərəyandaşıyıcı hissələrdə gərginliyin olmamasını yoxlamalı, yerləbirləşdirməni qoşmalı (quraşdırmalı və ya onun olmasına əmin olmalı), göstərici plakatları asmalı. - Bir qayda olaraq hansı halda işlərin rəhbəri təyin olunur?
Gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında. - Eelektrik qurğularında işlərə icazə verən elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik olmalıdır ?
Gə rginliyi 1000 V-a qədər olan elektrik qurğularında – üçüncü qrupa; Gə rginliyi 1000 V-dan çox olan elektrik qurğularında – dördüncü qrupa. - Elektrik qurğularına nəzarət edən nələrə cavabdehdir ?
Elektrik qurğusunun elektrik cərəyanından zədəalma baxımından briqada üzvlərinin təhlükəsizliyinə. - Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupu olan işçi gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında sərəncamla tək olaraq hansı işləri görə bilər ?
Transfarmatorların və kompressorların ventilyator və yağ nasoslarının elektrik mühərriklərində və mexaniki hissələrində. - Elektrik təhlükəsizliyi üzrə III qrupu olan briqada üzvü PQ-dakı (Paylayıcı Qurğu) iş yerini müvəqqəti olaraq necə (hansı yolla) tərk edə bilər ?
İş icraçısının icazəsilə, sərbəst olaraq . - Gərginliyi 1000 V-a qədər olan hava elektrik xəttlərində gərginliyin olmamasını yoxlamaq üçün, bu işləri neçə işçi yerinə yetirməli və onlar elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik olmalıdırlar ?
Elektrik təhlükəsizliyi üzrə III qrupa malik iki işçi. - Səyyar sınaq qurğusundan istifadə etməklə elektrik qurğularının sınağı hansı sənədə əsasən aparılır ?
Naryada əsasən. - Elektrik qurğularının elektrik sxemlərinın faktiki istismara uyğunluğunun yoxlanılması hansı tezliklə yerinə yetirilir?
İki ildə bir dəfədən gec olmayaraq yoxlama haqqında qeyd aparmaqla. - Ayrıca sahənin elektrik qurğularının operativ sxemləri harada saxlanılmalıdır (olmalıdır) ?
Operativ heyətin iş yerində. - Hansı halda elektrik mühərriki elektrik qidalandırma şəbəkəsindən dərhal ayrılmalıdır ? А) Tüsütü müşahidə olunduqda və ya yanğın baş verməsinin ilkin əlamətlərində.
B ) İntiqal mexanizmi sıradan çıxdıqda (nasaz olduqda).
C ) Diyircəkli yastıqlar ( подшипник ) müəyyən olunmuş (yolverilən) temperaturdan artıq qızdıqda.
D ) İşçi heyətlə bədbəxt hadisə (xəsarətalma) baş verdikdə.
E) Qeyd olunan bütün hallarda. - Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında meqaommetrlə ölçü işlərini aparmaq üçün, elektrotexniki heyətdə hansı sənəd olmalıdır ?
Sərəncam. - Elektrik avadanlqılarında təmir işləri apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə gərginliyin verilməsinin qarşısını almaq üçün, kommutasiya aparatlarının intiqallarında hansı qadağanedici təhülksəzilik plakatları asılmaldır?
“ İşə salma! Adamlar işləyir”. - Elektrik avadanlıqlarında təmir işləri apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə gərginliyin verilməsinin qarşısını almaq üçün, ayırıcıların pnevmatik işəsalıcılarına havanın verilməsini bağlayan (kəsən) siyirtmələrdən ( задвижки ) hansı qadağanedici plakatalar asılmalıdır ?
« Açmayın ! Adamlar işləyir » - Cari istismar qaydasında (qismində) hansı elektrik qurğularında işlər yerinə yetirilə bilər?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Aşağıda sadalanan işlərdən hansılar cari istismar qaydasında 1000V-a qədər olan elektrik qurğularında yerinə yetirilən işlərə aiddir?
Elektrik sayğaclarının, digər cihaz və ölçmə vasitələrinin çıxarılması və quraşdırılması .
Mövzu 5. Yerləbirləşdirmə və elektrik təhüksəziliyi üzrə mühafizə tədbirləri. İldırımdan müdafiə.
- Toxunma gərginliyi nədir?
İki elektrik ötürücü hissə arasında və ya ötürücü hissə ilə yer arasındakı gərginlik, hansılara ki (bu hissələrə) eyni zamanda insanlar (və ya heyvanlar) toxuna bilər. - “Addım” gərginliyi nədir?
İnsanın addımına bərabər hesab olunan, yer səthində bir birindən 1 m məsafədə olan nöqtələr arasındakı gərginlik. - İzolyasıya pozulduğu halda (nasaz olan) həmin hissəyə dolayısilə (косвенное прикосновение) toxunmaqla elektrik cərəyanından zədə almaqdan qorunmaq üçün, hansı mühafizə tədbirləri tətbiq olunur?
Qoruyucu yerləbirləşdirmə. - Süni yerləbirləşdiricilər hansı materiallardan hazırlanmalıdır (olmalıdır)?
Poladdan, sinklənmiş poladdan və ya misdən. - Mühafizə yerləbirləşdirməsi nəyə deyilir ?
Elektrik təhlükəsizliyini təmin etmək üçün yerləbirləşdirmə. - İşçi yerləbirləşdirmə nəyə deyilir ?
Avadanlığın etibarlı işləməsini təmin etmək üçün (elektrik təhlükəsizliyi baxımından yox) onun cərəyandaşıyıcı hissələrinin hansısa nöqtəsinin və ya nöqtələrinin yerləbirləşdirilməsi. - Yerləbirləşdirmə naqilləri yerləbirləşdiriciyə və yerləbirləşdimə konstruksiyalarına necə birləşdirilir ?
Qaynaq üsulu ilə və ya xüsusi sıxıcı vasitələrlə (bolt-qayka, xamut). - Yerləbirləşdirmənin görünən hissəsinin vizual baxışı hansı müddətdən bir keçirilməlidir ?
Qrafik üzrə altı ayda bir dəfədən az olmayaraq. - Yerləbirləşdirmə quruluşlarının yeraltı hissələrinin seçimli olaraq qruntun açılması ilə baxışdan keçirilməsi dövriliyi ?
Qrafik üzrə, lakin 12 ildə bir dəfədən az olmayaraq. - Hansı halda yerləbirləşdiricinin elementi dəyişdirilməlidir ?
Əgər onun en kəsiyi 50 % -dən çox aşınmışdırsa (dağılmışdırsa). - İldırım vurma dərəcəsi baxımından hansı obyektlər xüsusi obyektlər hesab olunur ?
Bilavasitə ətraf üçün, sosial və fisiki ətraf üçün təhlükə kəsb edən obyektlər. - İldırım vurma dərəcəsi baxımından hansı obyektlər adi obyektlər hesab olunur ?
Hündürlüyü 60 m-dən çox olmayan ticarət və sənaye istehsalı üçün nəzərdə tutulmuş binalar və həmçinin yaşayış və inzibati tikililər. - İldırımötürücü (qəbuledici) quruluşlar hansı müddətdən bir yoxlanılır və onlara baxış keçirilir ?
İldə bir dəfə şimşək (ildırım) çaxma mövsümündan öncə. - İldırımötürücü quruluşların elektrik müqavimətinın növbədənkənar ölçülməsi nə vaxt keçirilir ?
İldırımötürücü quruluşlarda və həmçinin mühafizə olunan obyektlərin özündə və onların yaxınlığında təmir işləri aparıldıqdan sonra. - Açıq üsulla çəkilmiş yerləbirləşdirmə naqilləri (şinləri) hansı rənglə boyanmalıdır ?
Qara rəng. - Süni çəkilmiş yerləbirləşdirmə hansı rənglə boyanmalıdır ?
Onlar rənglənmir.
Mövzu 6. Mühafizə vasitələri
- 1000 V –a qədər gərginlikli elektrik qurğularında işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində əsas izoləedici vasitələrə aiddir ?
İzoləedici bütün növ ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər, elektrik ölçmə maqqaşları, dielektrik əlcəklər, izoləedici əl alətləri. - 1000 V –a qədər gərginlikli elektrik qurğularında işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində köməkçi izoləedici vasitələrə aiddir ?
Dielektrik qaloşlar, dielektrik xalçalar, izoləedici altlıqlar, izoləedici qapaqlar, izoləedici örtüklər, izoləedici qoyulmalar ( nakladka ), izoləedici söykənən nərdivanlar, izoləedici qatlanan nərdivanlar, plastik materialdan olan izoləedici nərdivanlar. - 1000 V–dan çox gərginlikli elektrik qurğularında işləmək üçün, hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində əsas izoləedici vasitələrə aiddir ?
Bütün növ izoləedici ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər. - Hansı mühafizə vasitələri fərdi mühafizə vasitələrinə aiddir?
Başı, gözləri, nəfəs orqanlarını, sifəti, əlləri qoruyan mühafizə vasitələri, hündürlükdən yıxılmadan qoruyan mühafizə vasitələri, qoruyucu xüsusi geyimlər. - Elektrik qurğularında istifadə olunan mühafizə (qoruyucu) vasitələri hansı müddətdən bir baxışdan keçirilməlidir (yoxlanılmalıdır) ?
6 ayda bir dəfədən az olmayaraq. - Istifadə (yararlıq) müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?
Olmaz (qadağandır). - I şç i bilavasit ə elektrikd ə n mühafizə (qoruyucu) vasitələrini istifadə etməzdən öncə, necə təyin (müəyyən) edə bilər ki, elektrikdən mühafizə vasitələri istismar sınaqlarından keçmişdir və istifadə üçün yararlıdır ?
Mühafizə (qoruyucu) vasitələrinə vurulmuş ştampa və ya markalanmaya görə. - Hansı elektrik qurğularında nəzarət (yoxlayıcı) lampalarından gərginliyi yoxlamaq üçün istifadə etmək olar ?
Nəzarət lampalarını istifadə etmək qadağandır. - Hansı elektrik qurğularında gərginlik göstəricilərindən istifadə edərkən dielektrik əlcəklər geyinilməlidir ?
Gərginliyi 1000 V-dan artıq olan elektrik qurtğularında. - 1000 V-a qədər gərginlikli elektrik qurğularında gərginliyin olmamasını yoxlamaq üçün, gərginlik göstərcisinin nəzarət olunan tokdaşıyıcı hissələrlə bilavasitə hansı müddət ərzində kontaktı təmin olunmalıdır ?
5 saniyədən az olmayaraq. - Elektrikölçmə maqqaşları nə üçün nəzərdə tutulub ? A)Gərginliyi 10 kV qədər olan xətlərdə cərəyanı ölçmək üçün.
B)Gərginliyi 1000 V qədər olan elektrik qurğularında cərəyanı ölçmək üçün.
C)Gərginliyi 1000 V qədər olan obyektlərdə gərginliyi və gücü ölçmək üçün.
D) Qeyd olunan bütün olçmələr üçün. - Hansı elektrik qurğularında dielektrik əlcəklər elektrikdən əsas izoləedici mühafizə vasitələri kimi istifadə olunur ?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Hansı elektrik qurğularında dielektrik əlcəklər koməkçi (əlavə) izoləedici elektrik mühafizə vasitələri kimi istifadə olunur ?
G ə rginliyi 1000 V – dan art ı q olan elektrik qur ğ ular ı nda. - Dielektrik əlcəklərdə deşiyin (yırtığın) olması hansı üsulla yoxlanılır ?
Barmaqlara tərəf büküb (fırladaraq) yığmaqla. - Hansı elektrik qurğularında dielektrik qaloşlar istifadə olunur ?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Hansı elektrik qurğularında dielektrik botlar istifadə olunur ?
Bütün elektrik qurğularında. - Mühafizə dəbilqəsi nə üçün nəzərdə tutlumuşdur?
А) İşləyənin başını mexaniki zədələrdən qorumaq üçün.
B ) İşləyənin başını sudan və aqressiv maddələrdən qorumaq üçün.
C ) İşləyənin başını 1000 V-a qədər elektrik cərəyanı altında olan cərəyandaşıyıcı hissələrə təsadüfən toxunduqda elektrik cərəyanından qorumaq üçün. D) Bütün sadalanan təhlükələrdən qorunmaq üçün.
- Sadalanan plakatlardan hansı plakat qadağanedici plakata aiddir ?
А)“Qoşma! Adamlar işləyir”.
B) «Dayan!Gərginlik»
C) «Dırmaşma!Öldürər»
D) «Ehtiyatlı ol!Elektrik gərginliyi»
19. Sadalanan plakatlardan hansı xəbərdaredici plakata aiddir ?
А ) “Qoşma! Adamlar işləyir”.
B ) « Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C) «Yerlə birləşdirilmişdir» D ) “Ehtiyatlı ol! Elektrik gərginliyi”
- Sadalanan plakatlardan hansı göstərici (məlumatverici) plakata aiddir ?
А)“Qoşma! Adamlar işləyir”.
B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C)“Yerlə birləşdirilmişdir”.
D)“Ehtiyatlıol!Elektrikgərginliyi” - “Ehtiyatlı ol! Elektrik gərginliyi” plakatı hansı növ elektrik təhlükəsizliyi plakatı na aiddir ?
Xəbərdaredici. - “Yerlə birləşdirilmişdir” plakatı hans ı n ö v elektrik t ə hl ü k ə sizliyi plakat ı na aiddir ?
Göstərici (məlumatverici). - Dielektrik xalçaların xarici görünüşünə olan tələblər ?
Onların üz tərəfi kələkötür olmalı və bir rəngdə olmalıdırlar. - Elektrik transformatorlarının giriş qapısında quraşdırılan “Ehtiyatlı Ol! Elektrik gərginliyi” xəbərdaredici plakatın fonu (fon rəngi) hansı rəngdə olmalıdır?
Sarı - Yüksək gərginlikli elektrik xəttlərinin dəmir-beton dirəklərinə trafaretlə həkk olunan “Ehtiyatlı Ol! Elektrik gərginliyi” xəbərdaredici plakatın fonu (fon rəngi) hansı rəngdə olmalıdır?
Fon kimi dəmir-beton dirəyin səthinin öz rəngi (yəni boz).
26. “Elektrik qurğularının qurulması qaydaları”na görə çəpərləmə və bağlayıcı quruluşlara hansı təhlükəsizlik tələbləri qoyulur.
Elə olmalıdır ki, onları çıxarmaq və ya açmaq açarla və ya alətlə mümkün olsun.
Mövzu 7. İlkin yardım
- Elektrik cərəyanı insan orqanizminə hansı spesifik təsirə malikdir ? А) Termiki (istilik) təsir.
B) Mexaniki təsir.
C) Elektrik (biokimyəvi) təsir.
D)Bütün qeyd olunanlar spesifik təsirlərə aiddir.
2. Hansı elektrik cərəyanı insan üçün daha təhlükəlidir: sabit və ya dəyişən ?
D ə yi şə n c ə r ə yan
- İnsan bədənindən elektrik cərəyanının axma yolları “ петли тока ” ?
Əl-əl, əl-ayaq, əl-baş, ayaq-ayaq, baş-ayaq. - İnsan elektrik cərəyanından zədə aldıqda (cərəyana düşdükdə) ilk öncə nə etmək lazımdır ?
Elektrik cərəyanını ayırmalı (söndürməli, təcrid etməli). - “Addım gərginliyi” zonasında necə hərəkət etməli ?
« Qaz yerişilə”- pəncələri bir birindən ayırmadan. - Elektrik cərəyanına düşən və bu zaman özünü normal hiss edən insanın tibbi yardıma ehtiyacı vardırmı ?
İstənilən halda ehtiyac vardır. - İnsan bədənindən keçən dəyişən elektrik cərəyanının hansı səviyyəsi ölüm təhlükəli hesab olunur?
100 мА - Elektrik xətti yerə düşmüş yerdən maksimal hansı radiusda “addım gərginliyi”nə düşmək olar ?
Naqilin yerə toxunan yerindən 8 m radiusda. - Elektrik cərəyanından xəsarətalmış insana hansı ardıcıllıqla həkiməqədər ilkin yardım göstərilməlidir, əgər həmin şəxs şüurda deyilsə, lakin boyun arteriyalarında nəbz varsa ?
Nəbzin olmasına əmin olmalı, yan tərəfə çevirərək ağızındakı qusuntunu təmizləməli (əgər varsa), başına soyuq kompress qoymalı, ehtiyac varsa yaraya (zədələnmiş yerə) sarğı və şina qoymalı, təcili tibbi yardım çağırmalı.
10. Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularını hansı ilkin yanğınsöndürmə vasitələri ilə söndürmək olar?
Quru tozlu və ya karbon qazlı odsöndürücü ilə.
Elektrik təhlükəsizliyi
TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.
TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.
Qanunlara görə hər kəsin təhlükəsiz iş prosedurlarını, qarşılaşa biləcəyi təhlükələri və işi təhlükəsiz yerinə yetirmək və idarə etmək üçün tələbləri bilməsinə hər zaman ehtiyac vardır.
Sağlamlıq və Təhlükəsizlik təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. Sağlamlıq və Təhlükəsizlik kateqoriyasına daxil olan təlim kursları: IOSH MS, MIST, ISO 45001 PST İdarəetmə Sistemləri, Hüquqi və Digər Tələblər, Qəza və Hadisələrin Araşdırılması, Hündürlükdə İş, COSHH, Elektrik Təhlükəsizliyi, Sürücülük Təhlükəsizliyi, Radiasiya Təhlükəsizliyi və s. daxildir.
Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.
İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.
Aşağıdakılar kursun məzmununu əhatə edir:
KURSUN MƏZMUNU:
- Giriş
- Elektriktəhlükəsizliyinin əsasları
- Uzatma naqilindən təhlükəsiz istifadə
- Qaynaq təhlükəsizliyi
- Yerüstü elektrik xəttləri
- Yeraltı elektrik xəttləri
- Batareya təhlükəsizliyi
- Qiymətləndirmə
Comments are closed, but trackbacks and pingbacks are open.