Press "Enter" to skip to content

Elektron imza və elektron sənəd haqqında Qanuna dəyişikliklər ediləcək

Milli Məclis “Elektron imza və elektron sənəd haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.

MİLLİ SERTİFİKAT XİDMƏTLƏRİ MƏRKƏZİ

Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza, “elektron imza və elektron sənəd haqqında” qanuna görə, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir. Bu həm də informasiya təhlükəsizliyini təmin edən bir vasitədir.

Elektron imza bizim Virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə real mühitdə hasısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır.

Elektron imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür.

Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırıldı.

Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, ölkənin regionlarındakı poçt şöbələrində, həmçinin “Şəbəkə” xidmət mərkəzlərində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur.

hÜquqİ əsası

  • Hüquqİ aktlar
  • İmza sahİbləri
  • Sertİfİkat Xİdmət Mərkəzİ
  • E-sənəd

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun elektron imzanın və elektron sənədin istifadəsinin,onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati,hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir,aralarında yaranan münasibətləri tənzimləyir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

  • Elektron imzanın yoxlanılma qaydası;
  • Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası;
  • Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən Mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları;
  • Sertifikat xidmətlərinin göstərilməsi,sertifikatın verilməsi və reyestrin aparılması qaydaları;
  • Elektron sənədlərin mübadiləsi qaydası.
  • Elektron formada təqdim edilən məlumatın elektron sənəd hesab edilməsi üçün Qanunun tələbinə uyğun olaraq o elektron imza ilə təsdiq edilməlidir. Elektron sənədin istifadə edilməsi zamanı onun identikləşdirmə zərurəti meydana çıxır. Bu zaman onu identikləşdirməyə imkan verən zəruri rekvizitlərdən istifadə edilir. Əgər identikləşdirməyə imkan verən rekvizitlərə sahib deyilsə sənəd Qanunun tələblərinə cavab verən sənəd hesab edilmir. Elektron sənədi elektron formada olan istənilən sayda nüsxəsi onun əsli hesab edilir, başqa şəkildə ifadə etsək elektron sənədin elektron formada surəti olmur. Bir şəxs tərəfindən eyni məzmunda həm kağız daşıyıcıda, həm də elektron formada sənəd tərtib edilə bilər. Bu zaman elektron qaydada tərtib edilən sənəd Qanunun tələblərinə cavab verirsə o, kağız daşıyıcıda tərtib edilən sənədlə eyni hüquqi qüvvəyə malikdir.
  • Elektron sənədin surəti yalnız kağız daşıyıcıda ola bilər. Bu zaman onun kağız daşıyıcıdakı nüsxəsində müvafiq elektron sənədin surətinin olması barədə qeyd açıq şəkildə göstərilir. Qaunvericiliyə uyğun olaraq kağız daşıyıcıdakı forma təsdiq edildikdən sonra onu elektron sənədin surəti kimi istifadə etmək mümkündür. Ancaq qeyd etmək lazımdır ki, əgər elektron sənəd gücləndirilmiş elektron imza ilə imzalanmşdırsa onun kağız daşıyıcıda olan formasını təsdiq etmədən də imzanın yoxlanması yolu ilə təsdiq edilən məzmunun kağız daşıyıcıda olan məzmunla eynilik təşkil etdiyini müəyyən etmək olar. Konkret misalla izah etsək : məsələn , A bir sənədi elektron qaydada imzalayır və onu həm elektron həm də kağız daşıyıcıda B-yə göndərir. B elektron qaydada qəbul etdiyi sənədin həqiqətən A tərəfindən imzalandığını yoxlayır və kağız daşıyıcıda təqdim edilən məzmunla elektron qaydada təqdim edilən məzmunun eyniliyini təyin edirsə kağız daşıyıcıdakı məlumatın mötəbərliyinə etimad göstərə bilər.
  • SXM-i elektron imzalar üçün sertifikat verən və elektron imzadan istifadə üzrə Qanunla müəyyən edilmiş xidmətləri göstərən fiziki və hüquqi şəxslərdir. SXM-i qeydiyyatdan keçmiş və akkreditə edilmiş olmaqla iki yerə ayrılır. Yalnız akkreditə edilmi SXM-lər gücləndirilmiş elektron imza üçün sertifikat verə bilir. SXM-i eyni zamanda elektron imzanın istifadəsi üzrə məsləhətlərin verilməsi ilə bağlı da xidmətlər göstərir. SXM-i imza sahiblərinə öz xidmətlərini ödənişli əsaslarla göstərirlər. Xidmətlərə görə ödənişin müəyyən edilməsi,hesablanması və ödənilməsi qaydası imza sahibi ilə SXM arasında bağlanmış müqavilə ilə müəyyən edilir. SXM sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə görə məsuliyyət daşıyır. SXM kimi fəaliyyət göstərmək istəyən şəxslər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edir. Müraciətə 30 gün müddətində baxılaraq qərar qəbul edilir. Müraciətə baxılan zaman iddiaçı şəxsin Qanunda göstərilən tələblərə cavab vermədiyi aşkar edilərsə onun qeydiyyatından və ya akkreditasiyasından imtina edilir.
  • Azərbaycan elektron imza infrastrikturu ierrarxik quruluşa əsaslanır. Belə ki,kök mərkəz olaraq NRYTN MHM-in MSXM-i qəbul edilir. Kök mərkəz akkreditə edilmiş və ya qeydiyyatdan keçmiş mərkəzlərin fəaliyyəti üçün texniki imkanı təmin edir. Kök mərkəz ən yüksək təhlükəsizlik tələblərinə cavab verir. Digər akkreditə edilmiş və ya qeydiyyatdan keçmiş mərkəzlər kök mərkəzin altında dayanır və ierarxiyanın növbəti pilləsini təşkil edir.
  • Öz fəaliyyətini təşkil etmək üçün SXM-i lazımi texniki və kadr imkanına malik olmalı və fəaliyyətlərində qanunvericliyin tələblərinə əməl etməlidirlər. SXM müntəzəm olaraq qanun pozuntusuna yol verdikdə onun fəaliyyətinə xitam verilməsinə məhkəmə qaydasında baxıla bilər.
  • Elektron formada təqdim edilən məlumatın elektron sənəd hesab edilməsi üçün Qanunun tələbinə uyğun olaraq o elektron imza ilə təsdiq edilməlidir. Elektron sənədin istifadə edilməsi zamanı onun identikləşdirmə zərurəti meydana çıxır. Bu zaman onu identikləşdirməyə imkan verən zəruri rekvizitlərdən istifadə edilir. Əgər identikləşdirməyə imkan verən rekvizitlərə sahib deyilsə sənəd Qanunun tələblərinə cavab verən sənəd hesab edilmir. Elektron sənədi elektron formada olan istənilən sayda nüsxəsi onun əsli hesab edilir,başqa şəkildə ifadə etsək elektron sənədin elektron formada surəti olmur. Bir şəxs tərəfindən eyni məzmunda həm kağız daşıyıcıda,həm də elektron formada sənəd tərtib edilə bilər. Bu zaman elektron qaydada tərtib edilən sənəd Qanunun tələblərinə cavab verirsə o,kağız daşıyıcıda tərtib edilən sənədlə eyni hüquqi qüvvəyə malikdir.
  • Elektron sənədin surəti yalnız kağız daşıyıcıda ola bilər. Bu zaman onun kağız daşıyıcıdakı nüsxəsində müvafiq elektron sənədin surətinin olması barədə qeyd açıq şəkildə göstərilir. Qaunvericiliyə uyğun olaraq kağız daşıyıcıdakı forma təsdiq edildikdən sonra onu elektron sənədin surəti kimi istifadə etmək mümkündür. Ancaq qeyd etmək lazımdır ki,əgər elektron sənəd gücləndirilmiş elektron imza ilə imzalanmşdırsa onun kağız daşıyıcıda olan formasını təsdiq etmədən də imzanın yoxlanması yolu ilə təsdiq edilən məzmunun kağız daşıyıcıda olan məzmunla eynilik təşkil etdiyini müəyyən etmək olar. Konkret misalla izah etsək:məsələn,A bir sənədi elektron qaydada imzalayır və onu həm elektron həm də kağız daşıyıcıda B-yə göndərir. B elektron qaydada qəbul etdiyi sənədin həqiqətən A tərəfindən imzalandığını yoxlayır və kağız daşıyıcıda təqdim edilən məzmunla elektron qaydada təqdim edilən məzmunun eyniliyini təyin edirsə kağız daşıyıcıdakı məlumatın mötəbərliyinə etimad göstərə bilər.

“Elektron imza və elektron sənəd haqqında” Qanuna dəyişikliklər ediləcək

Milli Məclis “Elektron imza və elektron sənəd haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Qanunun Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi maddəsi (9-cu maddə) üzrə dəyişikliklərdə mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.