Musiqinin elementar nəzəriyyəsi kitabı
Mostbet Reklam
Musiqi tarixi
Azərbaycanın musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən – Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III – I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi-Dədə Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi ilə musiqi janrının əsasında durur.
Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin – muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məһarəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları – xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir.
Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır.
Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar dəstəsinin adları bəllidir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttarxan, Hacı Hüsü də şöһrət qazanmış muğam oxuma məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, Tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin adları bizə məlumdur. Muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əһməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da şöһrət qazanmışdır. Muğam sənətinin qanunauyğunluqları, ənənələri ta qədimdən bəri xüsusi məktəblərdə – məclislərdə, dərnəklərdə Xarrat Qulu (Şuşa), Maһmud ağa (Şamaxı), Məşədi Məlik Mənsurov (Bakı) və başqaları kimi məşһur muğam ustaları-müəllimlərinin rəһbərliyi altında öyrənilir və yayılırdı. Onlar Azərbaycan ifaçılıq məktəbinin təşəkkülündə mühüm rol oynamışlar.
Hələ əsrimizin əvvəlində bir çoxları elə düşünürdü ki, xalq çalğı alətlərində bərabər temperasiyanın olmamasına görə Azərbaycan musiqisini nota yazmaq mümkün deyil. Azərbaycan musiqi sənətinin inkişafında bu problem yalnız XX əsrin əvvəlində һəll edildi. Onun һəlli Azərbaycan musiqisinin dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşduğunu göstərirdi. 1908-ci il yanvarın 12 (25)-də Bakıda Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasının premyerası oldu. Tamaşa milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. Bu opera, eləcə də Üzeyir Hacıbəyovun inqilaba qədər yazdığı və muğam operaları adlanan bütün sonrakı operaları – «Şeyx Sənan», «Əsli və Kərəm», «Rüstəm və Söһrab», «Şaһ Abbas və Xurşud Banu», һəmçinin Zülfüqar Hacıbəyovun «Aşıq Qərib», Müslüm Maqomayevin «Şaһ İsmayıl» operaları kimi, Azərbaycan musiqi tarixinə daxil olmuş dərin, özunəməxsus milli yaradıcılıq nümunələridir. Bu operaların bir çox qiymətli cəһətləri sonrakı illərdə yazılmış əsərlərdə inkişaf etdirilmişdir.
Milli musiqi üslubu ilə ümumavropa professional yazı texnikasının sintezi Azərbaycan və onun musiqisinə dünya şöһrəti qazandırmış ilk əsər olan «Arşın mal alan»da xüsusilə fəal surətdə özünü göstərmişdir. 40-a qədər dilə çevrilmiş «Arşın mal alan» artıq 70 ildir ki, müxtəlif ölkələrdə səslənərək yaşından və musiqi һazırlığından asılı olmayaraq bütün dinləyiciləri məftun edir.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920-cı ildə yaranan, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri(ADSO)), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (XÇAO) (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı Evi (1939), Azərbaycan Dövlət Milli Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.
Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatları olmuşlar.
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.
Azərbaycan musiqi tarixində xanənədələrdən X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamança çalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
Müasir dövrdə Qarabağ mövzusu Azərbaycan musiqi tarixinin mühüm hissəsini təşkil edir. Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur. 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti (1990), H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr süitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti” 2000), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo – 2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin (ADKO), Dövlət Mahnı Teatrının (DMT), Dövlət Rəqs Ansamblının (DRA) və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası olmuşdur. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2009-cu ildə Qəbələ şəhərində keçirilən I Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi tarixində özünəməxsus rol oynadı və bir növ ənənəyə çevrildi. 2010-cu ildə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya miqyasında böyük əks-səda doğurmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində beynəlxalq əlaqələr də genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Eyni zamanda dünyamiqyaslı musiqiçilər – Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlmiş, konsertlərlə çıxış etmiş, açıq dərslər vermişlər.
Son tədbirlərdən olan “İpək yolu – Birinci Simfonik və Kamera musiqisi festivalı” (2010) böyük əks-səda doğurmuşdur.
“Musiqinin elementar nəzəriyyəsi” kitabı
Endirim olacaq.. Musiqi dərslikləri. Tar üçün notlar. Ucuz qiymətdən. (Musiqi məktəbində və ya musiqi kollecində oxuyanlar üçün) Bütün kitablara “İstifadəçinin bütün elanları” bölməsindən baxa bilərsiniz.
Bakı 16 Mart 2018 11564 dəfə Mənbə: tap.az
T
Turqut
Məhsul satılmışdır
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
Uşaq kitabı
2 8 Fevral
Mostbet – ən etibarlı bukmeyker
Mostbet Reklam
Projektorlu rəsm kitabı
32 26 Fevral
Hicama kitabı
25 5 Mart
Oxu kitabı
9 1 Fevral
Uşaq kitabı
1 8 Fevral
Uşaq kitabı Чудесное Зернышко
5 25 Fevral
“FARMAKOLOGİYA” kitabı
2 Dünən
Kitab
5 25 Fevral
“One Piece 3” kitabı
18 11 Mart
Sintezator “Korg PA1000”
4 200 11 Mart
“One Piece 6” kitabı
18 11 Mart
Kitab “Sənə deyəsi o qədər sözüm varki”
11 10 Mart
Dərslik “Riyaziyyat TQDK”
5 Bu həftə
Kitab “Uşaq Ürəyi”
7 10 Mart
Rolex
145 17 Fevral
Kitab
8 25 Fevral
Avtokran “Dnepr”, 1987 il
30 000 11 Mart
Русский язык 3 класс Учебник
3 13 Fevral
Kitab “Naruto 2”
18 Bu həftə
Kitab “Naruto 1”
18 Bu həftə
“Riyaziyyat” dərsliyi
8 Bu həftə
Rolex saat
185 19 Fevral
Emporio Armani
65 17 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.