Press "Enter" to skip to content

Elim və hikmet toplusu

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

Dünyanın iqlim qurşaqları və QRAFİK-ləri

Əsas iqlim qurşağıdır. Yəni bütün il boyu arktik hava kütləsinin təsirinə məruz qalır. Su səthi üzərində arktik dəniz buz səthi üzərində isə kontinenetal arktik tipi formalaşır. Qar örtüyü günəş şuasın daha çox əks etdirir. Qar xətti okean səviyyəsində yerləşir.

Xüsusiyyətləri: Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il boyu çox soyuq və quru hava kütlələrinin təsiri altında olur. Burada qışda hava -40°C – -50°C, yayda isə 0°C-4°C-dir.

Şimal-şərq küləkləri il ərzində materikə doğru Şimal Buzlu okeanından əsir, lakin yağıntı gətirmir. Çünki okeanın səthi buzla örtülüdür və onun səthindən, demək olar, buxarlanma getmir.

Yayıldığı ərazilər: Şimal Buzlu okean, Şimali Amerikanın Şimal hissəsi – Kanada- Arktik arxipelağı, Avrasiyanın şimalı- Şpisbergen arxipelağı, Frans-İosif torpağı, Taymır yarımadası, Yamal yarımadası, Butiya yarımadası Çukot və s. Cənub yarımkürəsində bu iqlim qurşağı antiarktik iqlim qurşağıdır. Arktik iqlim qurşağına nəzərən daha soyuqdur. Yağıntı çox az düşür elə hissələr vardır ki, milyonlarla ildir yağıntı düşmür.

Subartik iqlim qurşağı

Xüsusiyyətləri: Keçid iqlim qurşağıdır, yəni öz hava kütləsi yoxdur. Yayda mülayim, qışda isə arktik hava kütləsi təsir edir. Dünyanın ən çox bataqlıqlaşmış iqlim qurşaqlarından biridir. Rütubətlik əmsalı vahiddən böyükdür. Bitkiləri mamır, şibyə və s. Bu iqlim tipində arktik iqlimdən fərqli olaraq yayda hava isinməyə başlayır. İyun ayında yağıntı 300 – 500 mm düşür. Həmçinin yay fəslində havanın temperaturu, 5-12° selsi arasında dəyişir. Qışda isə, temperatur -20 dərəcəyədək azalır. Bu iqlim tipində yağıntı daha çox yayda düşür, səbəb yay aylarında mülayim hava kütləsi özü ilə yağıntı gətirir.

Yayıldığı ərazilər: Avrasiyanın şimalı və Şimali Amerikanın şimalı. Əhalinin əsas məşğuliyyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.

Mülayim iqlim qurşağı

Mülayim iqlim qurşağı 40 – 45° şimal və cənub enlikləri ilə qütb dairələri (66,5°) arasında olan əraziləri əhatə edir. Tərkibində ən çox iqlim tipi və təbii zona olan iqlim qurşağıdır. Şimal yarımkürəsində quru sahə çox olduğuna görə burada mülayim iqlim qurşağı daha geniş sahə tutur. Cənub yarımkürəsində isə Cənubi Amerikanin ucqar cənubu (Pataqoniya yaylası-Argentina ) və Tasman adasının bir hissəsi, Yeni Zelandiyanın cənubunu əhatə edir. Afrikada isə mülayim iqlim qurşağı yoxdur, fəsillər aydın seçilir, yer kürəsində bütov zolaq əmələ gətirir.

Tipləri:

1 – Mülayim dəniz – Mülayim iqlim qurşağının okean sahillərini əhatə edir. Bu iqlim tipində yağıntılar il boyu təxminən bərabər paylanır. Amma yay aylarında bir qədər çox yağıntı düşür. Yağıntıların miqdarı 900-1000 mm arası dəyişir. Yayda temperatur 15-20° S, qışda isə 0-5° S arasında dəyişir. Bütün il boyu yağışlı, yayı sərin, qışı rütubətli keçir.

Yayıldığı ərazilər: Şimali Amerikanın şimal-qərbi- Alyaska yarımadası, Aleut adaları, Avropanın qərbi (Bretan, Yutlandiya və Skaninaviya yarımadaları) Kanada, Norveç, Hollandiya, Belçika, İngiltərə, İrlandiya, Danimarka, Kamçatka yarımadası, Aleut adaları və s. Cənub yarımkürəsində isə – Argentina, Çili, Yeni Zelandiya ərazilərində yayılıb

2 – Mülayim kontinental – Mülayim kontinental iqlim tipində yağıntı maksimum 400-650 mm, ilin isti dövründə düşür. Yayda həmçinin temperatur 20°C, qışda temperatur -10° -ə qədər enə bilər. Yayıldığı ərazilər – Avropada mülayim dəniz iqliminin yayıldığı ərazidən şərqə doğru – Ural dağlarına qədər olan əraziləri əhatə edir. Moskva, Minsk, Varşava, Budapeşt, Vyana, Sankt – Peterburq, Paris, Bern, Berlin və s kimi şəhərləri əhatə edir.

3 – Kontinental – kəskin kontinental – Mərkəzi Asiya və Qərbi Sibir kontinental mülayim iqlim qurşağında yerləşir. Qış sərt keçir. Qərbi və Şərqi Sibirin iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlverişsizdir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalar bütün qış boyunca davam edir, temperatur –50°C-dən aşağı olur. Qitənin şimalında Şimal yarımkürəsinin soyuqluq qütbləri – Oymyakon və Verxoyansk yerləşir. Oymyakonda –71°C, Verxoyanskda isə –68°C temperatur müşahidə olunub. Qışda yağıntı çox az olur və ya heç düşmür.

4 – Mülayim musson – Bu iqlim tipi Avrasiyanın şərq hissələrini əhatə edir. Yağıntılar bir qayda olaraq ilin isti dövründə düşür. Şimal yarımkürəsində ilin isti fəsli iyun, iyul,

Subtropik iqlim qurşağı

Keçid iqlim qurşağıdır, öz hava kütləsi yoxdur. Yayda tropik hava kütləsi, qışda isə mülayim hava kütləsi daxil olur. Yayda tropik hava kütləsi daxil olduğuna görə hava isti və quru (yağıntısız), qışda isə mülayim və rütubətli olur. Suvarma yayda aparılır. Fəsillər aydın seçilir. Azərbaycan, Özbəkistan, İran və s. Bütov zolaq əmələ gətirir. Türk dünyası daha çox subtropik və mülayim iqlim qurşağında yaşayır

Tipləri: Subtropik qurşaq qərbdən şərqə doğru böyük məsafədə uzandığından burada da mülayim qurşaq kimi dörd iqlim tipi yayılmışdır:

Aralıq dənizi iqlim tipi: Yayda isti və quru, qışda mülayim və rütubətli olur. Yayda hava isti, quru, qışda isə aşağı olur. Yağıntı ilin soyuq dövründə düşür. Bu tipdə olan çayların səviyyəsi qışda yüksək, yayda isə az olur. Məsələn Aralıq dənizi tipli çaylara İtaliyanın şimalından axan Adriatik dənizinə axan Po çayı, İspaniyada (Piriney) Taxo, Ebro, Türkiyədə Qızıl Irmak, Yaşıl İrmak və s. Azərbaycanda bu rejimə oxşar olan çaylardan Lənkəran çaylarını misal çəkə bilərik. Viləşçay, Astaraçay, Bolqarçay, Lənkərançay və s.

Yayıdığı ərazilər.

Şimal yarımkürəsində: Şimali Amerikanın qərb hissəsində San-Fransisko, Los-Anceles, Çikaqo şəhərləri, Piriney yarımadasında İspaniya, Portuqaliya, Apennin yarımadasında İtaliya, Balkan yarımadasında Yunanıstan, Kiçik Asiya yarımadasında Türkiyə. Bu iqlim tipi yayılan ərazilər subtropik meyvəçiliklə məhşurdur. Limon, Portağal, Zeytun. Dünyada İspaniya zeytuna görə 1-ci yerdədir.

Yağıntılar qış aylarında düşür. Dekabr, yanvar, fevral

Cənub yarımkürəsində: Çili- Santyaqo şəhəri, CAR-ın cənub –şərqi- Keyptaun şəhəri, Avstraliyanın cənub – şərqi- Pert şəhəri.

Yağıntılar qış aylarında düşür. İyul, iyun, avqust

Subtropik kontinental iqlim tipi – isti, quraq yay, soyuq qışı ilə səciyyələnir. Subtropik qurşağın daxili rayonlarında yayılmışdır. Xəzərin cənubundan başlayaraq İran yaylası, Əfqanıstan, Tibet yaylası (kəskin). Şimali Amerikada ABŞ-in Missisipi ovalığı. Cənub yarımkürəsində isə La-Plata ovalığı, Avstraliyanın Nollarbor düzənliyi.

Subtropik musson tipi. subtropik musson iqlim tipi – isti və yağıntılı yay, mülayim və quraq qış ilə seçilir. Subtropik qurşağın Sakit okean sahillərində yayılmışdır.

İboyu rütubəti bərabər paylanan iqlim tipi (cənub yarımkürəsində). İlboyu yağıntılı, qışın mülayim, yayın isti keçməsi ilə səciyyələnir.

Tropik iqlim qurşağı

Bütün il boyu tropik hava kütləsinin təsitinə məruz qalır, il boyu isti və qurudur. Materiklər üzərində tropik kontinental (isti və quru), dəniz üzərində isə tropik dəniz tipi (isti və rütubətli ) formalaşır. Avrasiyada tam zolaq əmələ gətirmir. Cənub – Qərbi Asiyanı və Hindistanın şimal –şərq hissəsin (Tar səhrası) əhatə edir.

Qeyd: Tropik yüksək təzyiq qurşağında günəş istiliyinin qeyri-bərabər paylanmasından asılı olmayaraq dinamik yüksək təzyiq sahəsi yaranır. Fiziki aşınma güclü gedir.

Tropik səhralar: Külək eroziyası üstünlük təşkil edir.

Avrasiyada – Cənub-Qərbi Asiyada- Ərəbistan yarımadasında – Böyük Nəfud, Kiçik Nəfud. Hindistanda Tar

Afrikada – Saxara, Nubiya, Liviya, Kalaxari, Namib.

Avstraliyada – Viktoriya, Himpson , Simpson. Cənubi Amerikada – Atakama (Çili)

Şimali Amerikada – Mohavye və Sonor səhraları, Böyük Hövzə. Bütun səhralar yüksək təzyiq və enən hava ilə səciyyələnir. Bütün il boyu suvarma ilə əkinçilik mümkündür.

Subekvatorial iqlim qurşağı.

Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. Bu qurşaq yayda rütubətli ekvatorial hava kütlələrinin, qışda isə quru tropik hava kütlələrinin təsiri altında olur. Fəsli dəyişkənlik rütubət azalmasına görə müəyyən edilir. İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.

Yayıldığı ərazi:

Şimal yarımkürəsində: Şimali Amerikanın ucqar cənubu, Orinoko ovalığı, Qviana yaylası, Çad hövzəsi, Efiopiya yaylası, Afrikanın Somali yarımadası, Hindistan yarımadası, Şri-Lanka adasının şimal hissələri, Hind-Çin yarımadası, Filippin arxipelağı. Bu ərazilərdə atmosfer yağıntıları yay aylarında düşür. İyun, iyul, avqust.

Cənub yarımkürəsində: Cənubi Amerikada Braziliya yaylası, Afrikada ekvatordan cənubda olan ərazilər, Avstraliyanın şimalı- Keyp-York yarımadası, Arhemlend yarımadası. Bu ərazilərdə atmosfer yağıntıları yay aylarında düşür. Dekabr, yanvar, fevral.

Ekvatorial iqlim qurşağı

Bütun il boyu ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Bütun il boyu isti və rütubətlidir. Yaşayış üçün əlverişli şərait yoxdur. Rütubətlik əmsalı vahiddən böyükdür. Bataqlıqlar geniş yayılib. Kimyəvi aşınma güclü gedir. İllik temperatur amplitudu çox zəifdir. Cənubu Amerikada Amazon hövzəsi, Afrikanın mərkəzi , İndoneziya adaları. Təbii zonası: Həmşəyaşıl ekvatorial meşələr. Torpağı: qırmızı sarı- ferralitdır. Fəsill müşahidə olunmur. Yer kürəsində tam zolaq əmələ gətirmir. Bu zonalarda sutkalıq temperaur amplitudu illik amplituddan çoxdur. Məsələn Konqo, Amazon, Cənub-Şərqi Asiya. Bu ərazilərdə temperatur bütün ilboyu +25°C-yə yaxın olur və bol yağıntı ilboyu bərabər paylanır.

Hazırladı: Osman Eminov

Sentyabrın 20-i sertifikasiyaya yeni qrup açılır, qoşulmaq istəyənlər bu nömrəyə yaza bilər:

Blogun facebook qrupu

” Coğrafiyanı xəritədən öyrən”

Cümlə üzvləri

Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.

2. Xəbər

Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

Felivə ismi xəbər

Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən oxuyuram, Biz oxuyuruq.
Sən oxuyursan, Siz oxuyursunuz.
O oxuyur, Onlar oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.

Cümlənin ikinci dərəcəli üzvləri

Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.

1. Tamamlıq

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

Vasitəsiz və vasitəli tamamlıqlar

  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.

2. Təyin

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

3. Zərflik

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

Zərfliyin məna növləri

  1. Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
  2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
  3. Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
  4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
  5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
  6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

Cümlə üzvlərinin əlavəsi

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.

  • Teqlər:
  • cümlə üzvləri
  • , sintaksis
  • , cümlənin üzvləri
  • , Azərbaycan dilinin qrammatikası

Comments are closed, but trackbacks and pingbacks are open.