Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? Qaydalar açıqlandı – VİDEO
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Təqaüd Proqramları Haqqında Hər Şey – Xaricdə Təhsil 2023
Son illərdə xaricdə təhsilə maraq son dərəcə artmışdır. Və bununla əlaqədar tələbələri bəzi məsələlər çox maraqlandırır. Əminliklə deyə bilərəm ki, bu məsələlərdən ən birincisi məhz Təqaüd Proqramlarıdır. “Xaricdə necə təqaüdlü təhsil ala bilərəm? Xaricdə təhsil üçün hansı təqaüd proqramları vardır? Təqaüd proqramlarına necə müraciət edə bilərəm?” və s. bu tipli suallar ən çox maraq edilən məqamlardandır. Bu yazımda sizlərə təqaüd proqramları haqqında ətraflı məlumat vermək istəyirəm. Elə isə gəlin başlayaq!
Xaricdə necə təqaüdlü təhsil ala bilərəm?
Bu sualınıza cavab olaraq onu deyə bilərəm ki, ilk öncə siz təhsil almaq istədiyiniz ölkəni seçməlisiniz. Daha sonra ona uyğun olaraq internetdə araşdırma edə bilərsiniz. Tələb olunan sənədləri və dil sertifikatlarını müraciətin son tarixinə qədər qəbul olmaq istədiyiniz universitetə təqdim edə etməlisiniz. Xaricdə təhsil üçün dil sertikatınız İELTS və ya TOEFL olmalı və universitetdəki qiymət ortalama balınız GPA yüksək olmalıdır. Sizləri bəzi ölkələrin təqaüd proqramları ilə tanış etmək istəyirəm.
Xaricdə təhsil üçün hansı təqaüd proqramları var?
-
DAAD təqaüd proqramı Xaricde təhsil almaq istəyən tələbələrin haqqında az-çox məlumatlı olduğu DAAD Almaniyanın 230 universitetini və 16 tələbə təşkilatını özündə birləşdirən təhsil qurumudur . DAAD-ın əsas iş prinsipi tələbələri təqaüdlə təmin etməkdən ibarətdir. Həmçinin balalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr və birinci kurs magistr tələbələri DAAD-ın təşkil etdiyi yay kurslarında iştirak edə bilərlər. Əgər siz kursları uğurla bitirsəniz, sizlərə birdəfəlik 1575 avro ödənilir. Dil kursu təqaüd proqramında iştirak etmək üçün hər il 50 nəfər seçilir. Bu təqaüd proqramında iştirak etmək üçün alman dil biliyiniz minimum A2 səviyyəsində olmalıdır. Qeydiyyatdan keçmək üçün isə DAAD-ın rəsmi websaytı https://mktg.az/ budur. Bu proqram çərçivəsində siz hüquq, tibb, mühəndislik, biznes , incəsənət, sosial və humanitar elmlər, kompyuter və informasiya elmləri, ekologiya, biznes və iqtisadiyyat və s. ixtisaslar üzrə təhsil ala bilərsiniz.
Təqaüd Proqramlarına necə müraciət edə bilərəm?
Qeyd etdiyim kimi hər bir təqaüd proqramlarının öz müraciət və deadlineları (son müraciət tarixi) fərqli tarixlərdə olur. Siz iştirak etmək istədiyiniz təqaüd proqramını seçməli və sayt vasitəsi ilə vaxtında müraciət etməlisiniz. Xarici təhsil yolunuzda uğurlar və müraciət etdiyiniz hər bir təqaüd proqramından qəbul cavabı almağınızı diləyirəm!
Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.
BAKU.WS müsahibəni təqdim edir:
– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.
Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.
Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.
Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Beynəlxalq Ölkə Kodları Nədir? Necə Beynəlxalq Zəngə Çağıram?
Sual: Beynəlxalq ölkə kodları hansılardır? Beynəlxalq bir zəngə necə müraciət edə bilərəm?
Cavab: Beynəlxalq telefon kodları və ya ölkə kodları başqa bir ölkədə telefon nömrəsinə çatmaq üçün yığılmış rəqəmlərdir. Fransada olsanız və ABŞ-a zəng etmək istəyirsinizsə, ABŞ telefon nömrəsini yığmadan əvvəl ABŞ ölkə kodunu yığmalısınız.
Ölkə koduyla beynəlxalq zəngə necə müraciət etmək olar
Digər ölkələrə edilən zənglər üçün ölkə kodunu, şəhər kodunu (bir ərazi koduna bənzər) və yerli nömrəni yığın.
İspaniyadakı Cordoba şəhərinə telefonla zəng etmək üçün:
- 34 nömrəsini (ölkə kodu)
- 957 (şəhər kodu)
- Telefon nömrəsini yığın
Bu, Qərb dünyasında ən çox telefon ilə sizi bağlamalıdır; təbii olaraq, zəng etdiyiniz (coğrafi olaraq) və telefon etdiyiniz növündən asılı olaraq istisnalar və digər qaydalar vardır.
Ölkə Kodlarının Siyahısını tapın
Aşağıda, planetin hər bir beynəlxalq zəng kodunun tam siyahısını tapa bilərsiniz.
Şəhər Kodlarının bir siyahısını axtar
Unutmayın: ölkənin kodunu yığdığınız zaman şəhərin kodunu (bir ərazi kodu kimi) yığmaq lazımdır – şəhər kodlarını bu resurslarla əldə edin:
- Numberingplans.com Şəhər Kodları: sahə kodlarının siyahısı və başlanğıc rəqəmləri
Beynəlxalq Telefon Zəngləri haqqında göstərişlər
- Ziyarət edəcək hər bir ölkənin zəng kodunu aşağı atın və sizinlə aparın – marşrutunuz əlverişli bir yerdir. Ölkə kodundan sıfırdan düşməyi unutmayın. Məsələn:
- Böyük Britaniya – ölkə kodu 44
- Fransa – ölkə kodu 33
- Türkiyə – ölkə kodu 90
- ABŞ çağırış kodunu da yaz – evə zəng etmək lazımdır:
- ABŞ-ın ölkə kodu – 1 (asan görünə bilər, amma inanıram, yoxsa unutma) – ABŞ dövlət kodunu və sonra telefon nömrəsini
“Möhtəşəm bir ixtira – ancaq birisini istifadə etmək istəyən kimdir?”
– Prezident Ruterford B. Hayes telefonda, 1876Lauren Juliff tərəfindən redaktə edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.