Press "Enter" to skip to content

ELM ANLAYIŞI, MAHIYYƏTI VƏ FUNKSIYALARI

Zaman və tarixi dövr anlayışları bir – biriylə sıx bağlıdır. Lakin epoxa müxtəlif mənalarda işlənilir. Tarix fəlsəfəsi epoxanın özbaşına müəyyən edilməsinə qarşı çıxır. Onu ümumdünya tarixinin elə bir parçası kimi götürür ki, o, həmin zamanın obyektiv mahiyyət xarakterli və universal cəhətlərə malikdir. Bəzən epoxaları bir amil əsasında müəyyən edirlər. Müasir dövrdə texnoloji amili əsas götürmək geniş yayılmışdır, amma bu, doğru deyil, xüsusən də biz, epoxanı istehsal texnologiyası əsasında müəyyən eləmək dəqiq deyil, çünki getergen və ziddiyyətlidir. Buna görə epoxanı müəyyən edərkən ictimai həyatın elə tərəfləri götürülməlidir ki, onlar bütövlükdə tarixi prosesin təkamülünü ifadə edir.

Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında.

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb.

Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Aşıqlar Biliyindən AZƏRTAC-a bildirilib ki, topluda “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxu” havasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Ustad aşıq – zəmanədən gileyli şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və digər elmi məqalələr, habelə xəbər xronikaları yer alıb.

Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.

ELM ANLAYIŞI, MAHIYYƏTI VƏ FUNKSIYALARI

Açar sözlər: Elm, elmi bilik, elmin funksiyaları, elmin meydana gəlməsinin zəruri şərtləri, elmşünaslıq, elmin ipostasiyaları.

Ключевые слова: Наука, научное знание, функции науки, необходимые условия формирования науки, наука ведение, ипостаси науки.

Key words: science, scientific knowledge, the functions of the science, the essential conditions of the emergence of science, the science of science, hypostasis of the science.

İnsan dünyanı müxtəlif formalarda, o cümlədən elmi formada dərk edir. Hazırda elm haqqında elm yaranmışdır ki, o da Elmşünaslıq adlanır. Elmşünaslığın məşğul olduğu problemlərdən biri də budur ki, elm nə vaxtdan başlanır. Bu barədə müxtəlif versiyalar olsa da, biz də o mövqeyi bölüşürük ki, elm Yeni Dövrün məhsuludur. “Qədimdə və hətta orta əsrlərdə elmdən danışarkən əslində müasir mənada elm yox, onun hansı isə elementləri, əlamətləri nəzərdə tutulur” [6, s. 211]. Amma onu da qeyd edək ki, bu suala elm anlayışının necə başa düşülməsindən asılı olaraq müxtəlif cavab vermək olar:

1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən» sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk nəzəri bilklər yaranır. Elm nəzəri biliyə əsaslandığından bu hadisə elmin yaranmasının başlanğıcı kimi qiymətləndirilə bilər.

2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Elm həm də sistemli biliyə əsaslandığından bu hadisə də elmin başlanğıcı kimi qəbul oluna bilər.

Beləliklə, biz də bu mövqe ilə razıyıq ki, “elm ayrı-ayrı alimlərin spesifik fəaliyyət növü kimi e. ə I əsrdə, mükəmməl sosial institut kimi isə XVII əsrdə yaranmışdır” [3, s. 289].

Elmin yaranması üçün tarixən müəyyən şərtlər lazım olmuşdur. Bu şərtlər bunlardır: empirik biliklərin toplanması, zehni əməyin fiziki əməkdən ayrılması və mücərrəd təfəkkürün inkişafında müəyyən səviyyəsinin əldə edilməsi.

Elmin inkişaf tarixi göstərir ki, hər bir konket elm sahəsi meydana gəlməzdən xəyli əvvəl onun yaranması üçün zəruri olan empirik biliklər toplanmalıdır. Lakin elm yalnız empirik biliklər üzərində qurula bəlməzdi. Qədim insanların topladıqları ilkin biliklər bir qayda olaraq birtərəfli olmuş və məhdud xarakter daşımışdır. Empirik səciyyə daşıyan və insanların gündəlik həyatları gedişində əldə etdikləri həmin biliklər hadisələrin mahiyyətini, inkişaf qanunauyğunluqlarını, daxili əlaqələrini aça bilməmiş,dayaz və məhdud xarakterli olmuşdur. Bu baxımdan empirik biliklərin praktiki əhəmiyyəti də böyük olmamışdır.

Elmi idrakın meydana gəlməsi bəşəriyyətin əqli inkişafının yalnız müəyyən mərhələsində, ilkin sinifli cəmiyyət olan qurdarlıq quruluşunda baş vermiş və ictimai əmək bölgüsü zəminində zehni əməyin fiziki əməkdən ayrılması sayəsində mümkün olmuşdur. Bu mənada Prof. C.Əhmədli yazır ki, “еlmin meydana gəlməsinin ən zəruri şərti əqli əməklə fiziki əməyin biri-birindən ayrılması,əqli əməyin insanların xüsusi fəaliyyət növünə çevrilməsi olmuşdur. Təbii ki, müstəqilləşən, muxtarlaşan bu fəaliyyət növü onunla məşğul olan xüsusi insan qrupunun da yaranmasını zəruri etmişdir. Alimlər də elə o zamandan yaranmışdır” [1, s. 501-502]. Onu da qeyd edək ki, bu hadisə məhz Qədim Şərq sivilizasiyalarında – Şumer, Çin, Hindistan, Babil, Misirdə baş vermişdir.

Elmin yaranmasının üçüncü şərti insan təfəkküründə müəyyən səviyyənin əldə olunması ilə bağlı olmuşdur. Elm yalnız abstraksiyalar tədqiqat vasitəsinə çevrildikdən və onlara əsaslanan üsul və qaydalar insanlar tərəfindən dərk edildikdən sonra meydana gəlmişdir. İnsanların yaratdığı ilk abstraksiyalar insan fəaliyyətindən toplanmış empirik materialların təhlilindən, ictimai praktikadan çıxarılmışdır. Buna görə də elm ilə biliyi müəyyən mənada fərqləndirmək lazımdır. Elm yaranmazdan xeyli əvvəllər də insanlar çox şey bilmiş və çox şey etməyi bacarmışlar. Lakin bu biliklər empirik ve məhdud xarakterli, həmçinin sistemsiz olduqlarından elm sayıla bilməzdilər, çünki ayrı-ayrı hadisələrin hissi qeydiyyatından kənara çıxmadığı hallarda empirik idrak elm sayıla bilməz.

Elm, əsasən, hissi məlumatları təhlil edən, onları yenidən işləyən və ümumiləşdirən, elmi anlayışları, o cümlədən kateqoriyaları işləyib hazırlamağı və tətbiq etməyi bacaran nəzəri idrakdır. Özünün nisbətən inkişaf etmiş formasında götürülən elm idrak obyektinin qanunauyğunluqlarını əks etdirən və özləri də qarşılıqlı əlaqələnən elmi anlayışlar sistemidir. Lakin elm sadəcə mücərrəd təfəkkür də olmayıb, kateqoriyaları, problemləri, ideya və prinsipləri, hipoteza və nəzəriyyələri ehtiva edən abstraksiyiların dinamik sistemidir. Elmin qərarlaşmasında obyektiv sosial səbəblərlə yanaşı, bir sıra subyektiv amillər, o cümlədən idraka olan maraq və ona göstərilən xüsusi təşəbbüs, bilavasitə praktiki əhəmiyyətli suallara axtarılan cavablar da az əhəmiyyət kəsb etməmişdir.

Fikrimizcə, elmin yaranmasında digər şərtlər qədər vacib olan başqa bir amilin də təsiri əhəmiyyətli olmuşdur ki, bu da boş (asudə) vaxtdır. Prof. S.Xəlilov bu amilə diqqət çəkərək yazır ki, “Ən ilk dövrlərdə insan ancaq asudə vaxtlarında fikrə dala bilərdi. Nə zaman ki, cəmiyyətin özünün də məqsədyönlü düşüncəyə ehtiyacı yaranmışdır, onda bir qisim adamlar başqa yüklərdən azad olunaraq, məhz düşüncə sahəsində ixtisaslaşmışlar. Aristotel özü də sənət və elmlə məşğul olmaq üçün asudə vaxtın xüsusi rolunu qeyd edirdi. O, riyaziyyatın və digər sənətlərin (fikir verin, riyaziyyat da sənət kimi qeyd olunur – S.X.) ilk dəfə Misirdə yaranmasının səbəbini də orada kahinlərin digər yüklərdən azad olaraq asudə vaxt qazanması ilə izah edirdi” [5, s. 26].

Təbii və sosial proseslərin obyektiv qanunauyğunluqlarını əks eidirən elm təbiət, cəmiyyət, təfəkkür haqqında biliklər sistemidir. Elmin yaranması istehsalın və ictimai praktikanın inkişafı ilə şərtlənir. Buna baxmayaraq, elm nisbi müstəqilliyə malik olub, ictimai istehsalın inkişafına, iqtisadiyyata, siyasətə, əxlaqa, incəsənətə, dinə fəal təsir qabilliyətinə də malikdir.

Elm içtimai şüur formasdır. Bu mənada elmin mühüm xarakteristikalarından birini onun ictimai ihtehsalla olan qarşılıqlı ələqəsidir. Elmin inkişafının səbəblərindən biri də məhz bu qarşılıqlı əlaqə olmuşdur.

  1. elmin mədəni-dünyagörüşü funksiyası;
  2. elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsindən irəli gələn funksiyası;
  3. elmin sosial qüvvəyə şevrilməsindən irəli gələn funksiyası [3, s. 296].

Hazırda elmin nailiyyətlərinin istehsala tətbiqi sayəsində bilavasitə məhsullar güvvəyə çevrilməsi ilə əlaqədar olaraq qazandığı funksiya onun başlıca xüsusiyətlərindəndir. Elmin bu funksiyası sosial həyatın və insan fəaliyyətinin bütün sahələrində aydın nəzərə çarpan müasir elmi-texniki tərəqqinin miqyas və tempi ilə bağlıdır. Bu prosesi hələ keçən əsrin ortalarında K.Marks tərəfindən qeyd olunub, geniş təhlil edilmişdir.

Elmi-texniki tərəqqi ilə əlamətdar olan müasir dövrdə elm özünün üçüncü funksiysını kəsb edərək böyük sosial qüvvəyə çevrilmişdir. Elmin sosial funksiyası özünü belə bir cəhətdə göstərir ki, hazırda elmin nəticələrindən və metodlarından sosial və iqtisadi inkişafın qlobal miqyaslı proqram və planların tərtib edilməsində geniş miqyasda istifadə olunur.

Elmin öyrənilən problemlərindən birini də onun ictimai həyatla bağlılığı təşkil edir. Bunu elmin inkişaf tarixinə nəzər saldıqda aydın görmək olar. Hər bir elm o vaxt inkişaf edir ki, ona cəmiyyətin təlabatı olsun. Bu təlabatların ödənilməsi isə elmi biliklərin, həm də elmin inkişafını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir.

  1. Elm empirik və nəzəri biliklər sistemidir.
  2. Elm mənəvi istehsal sahəsidir. Onun məhsulu isə bilikdir.
  3. Elm insanların praktiki fəaliyyət formasıdır.
  4. Elm sosial qüvvədir.
  5. Elm bilavasitə məhsuldar qüvvədir.
  6. Elm Elmi-Texniki İnqlabdır.

2. Məmmədov Ə.B., Bəşirov. R.İ. Müasir təbiətşünaslığa konseptual yanaşma. Bakı, Elm, 2001, 757 s.

3. Məmmədov Ə.B., İsmayılov V.İ, Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq: fəlsəfi metodoloji kontekst. Bakı, Elm, 2010, 880 s.

4. Qurbanov F. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005, 364 s.

5. Xəlilov S. Elmşünaslığa giriş. Bakı, 2010, 440 s

6. Xəlilov S. Elm haqqında elm. Bakı, Azərbaycan universiteti, 2011, 752 s.

  1. Липкин А. И. (ред.) Философия науки. М.: ЭКСМО, 2007.— 608 с.

Elmə müxtəlif təriflər verilir və elm müxtəlif mənalarda başa düşülür. Lakin müasir anlamda elmi ayrılıqda bu mənaların heç biri ilə eyniləşdirmək olmaz. Müasir elm onların hamısını özünün tərəfləri kimi ehtiva edir.
РЕЗЮМЕ

В представленной статье были проанализированы понятие, функции и необходимые условия исторического формирования науки, а также проблемы понимание науки в различных значениях.

SUMMARY
The article was dedicated to the theme of the essence of science. In this context, the functions and historical emergence of science were analyzed by author. In addition, author points out that there are many distinctive conceptual interpretations in the field of science.

TARİXİ ZAMAN

dos. Əlizadə Bilal Xuxabaxış o.,

Fəlsəfə kafedrası, Bakı Dövlət Universiteti

Fəlsəfi fikrin aktual peoblemlərindən olan məkan – zaman anlayışlarının təhlili fəlsəfədə hər zaman diqqət mərkəzində olmuşdur. İdrak və mədəniyyətin inkişaf tarixinin təhlili göstərir ki, məkan və zaman anlayışları mifoloji, dini, natur – fəlsəfi və elmi dünyagörüşünün konsepsiyasında həmişə mövcud olmuşdur. Fəlsəfi fikir tarixində bu anlayışlar müxtəlif epoxa və cərəyanlara aid filosof və mütəfəkkirlərin təhlil obyekti olmuşdur.

Məkan və zaman problemi Q.V.Hegelin, K.Marksın, S.Kantın, F.Engelsin, İ.Nyutonun, A.Eynşteynin və digər filosof və alimlərin əsərlərində geniş tədqiq olunmuşdur.

Azərbaycan alim – filosofları da məkan – zaman probleminə öz tövhələrini vermişlər. Professor C.Əhmədli, prof. Ə.Məmmədov, Ə.Abbasova Z.Hacıyev, J.Feldman, M.Axundov, V.Nəsirova və s. elmi – tədqiqat işlərini uğurlu hesab etmək olar.

Bu məqalədə məqsəd varlığın əsas mövcudluq formasından biri olan sosial zaman və onun spesifik təzahürü kimi tarixi zaman haqqında fikirləri bölüşməkdir.

Zaman ümumfəlsəfi anlayışı materiyanın mövcudlud forması olmaqla bərabər, tarixi zamanın müəyyən edilməsində mühüm metodoloji rol oynayır. Burada əsas məsələ tarixi zamanın obyektivliyidir yəni, onun insandan və bəşəriyyətdən asılı olmayaraq mövcud olmasıdır. Digər tərəfdən tarix fəlsəfi zamanın bu şəkildə tədqiqi ilə kifayətlənə bilməz. Başqa təbii və humanitar elmlər kimi tarix fəlsəfəsi də zaman anlayışına öz predmeti baxışından yanaşır. Bu anlamda tarix fəlsəfəsi sosial zamanın universal şəxsiyyətini verir, onun qneosoliji və ontoloji səpkilərini araşdırır. Tarix fəlsəfəsi ilə məşğul olan bir sıra filosoflar zaman anlayışının təhlilini verməyə səy göstərmişlər.

Tarixi prosesin fəlsəfi təhlili məsələlərinə geniş yer ayıran alman filosofu K.Yaspers zamana antoloji səpkidə yanaşır. K.Yaspers dünya tarixinin əsas istiqamətlərini müəyyən edərkən “ox dövrü” anlayışını tətbiq etmişdir. O, bu dövrü yalnız empirik yolla, etiqaddan asılı olmayaraq, bütün insanlar üçün əhəmiyyət kəsb edən fakt kimi götürürdü. K.Yaspersin fikrincə, “ox dövrü” b.e.ə. beş yüz illik dövrü əhatə edir. Bu dövrdə bəşəriyyətin həyatında dərin keyfiyyət dəyişiklikləri baş verir və müasir insan tipi meydana gəlir. “Ox dövrü” həm də bir sıra qeyri – adi hadisələrlə əlamətdardır. Çində Konfutsi və Lao – Tszı kimi filosoflar yaşamışdır. Hindistanda Upaniçadlar və Budda təlimi yaranmışdır. Həmin dövrdə dünyaya xeyir və şərin mübarizəsi gedirdi və Zərdüşt peyğəmbər sülh haqqında nəsihətlər, Fələstində İliya, İsayya, Jenemiya və başqa peyğəmbərlər çıxış edirdilər. Yunanıstanda bu, Homer, Heraklit, Platon kimi filosofların, Frikidid və Arximedin zamanı idi. Yuxarıda adları qeyd olunan şəxslər Çində, Hindistanda və Qərbdə bir – birindən asılı olnayaraq fəaliyyət göstərmişlər. [1, s.29]

Bu dövrdə bütün bu ölkələrdə insan öz varlığını, özünü və imkanlarının sərhədlərini dərk etməyə başlayır. “Ox dövrü” bəşəriyyətin vəhdətə doğru, mədəniyyətlərin qarşılıqlı təsirinə doğru, hər bir mədəniyyətin özünəməxsusluğunu itirməy doğru hərəkətini göstərir. K.Yaspers belə bir nəticəyə gəlir ki, “çıxış nöqtəsi kimi qəbul olunan “ox dövrü” bütün əvvəlki və sonrakı inkişaf dövrlərinə verilən sualları və onların miqyaslarını müəyyən edir.” [1, s.39]

Tarix fəldəfəsi müəyyən zaman ərzində inkişaf edən cəmiyyəti, tarixi subyektlərin fəaliyyətini, sosial prosesləri və fenomenləri, onların qarşılıqlı əlaqəsi və inkişafı halında öyrənir. Buna görə də, insanların zamanı necə başa düşdüyünü, onun sosiumun həyatındakı rolunu aydınlaşdırmaq çox vacibdir. Həm də qeyd etmək lazımdır ki, sürətlə inkişaf edən, dinamik xarakterli müasir dövrdə “zaman” sözü ən tez – tez işlədilən anlayışlardan biridir. Bu konteksdə yanaşdıqda, göstərilməlidir ki, biz, həmişə harasa tələsirik. Hətta bir çox gündəlik vəzifələri həll etməyə belə vaxtımız çatmır. Odur ki, təkcə sutkanı, eləcə də saatı və dəqiqəni nəzərə alırıq. Zaman, vaxt, sözün əsl mənasında, uçur. Lakin zamana bu cür diqqət yetirilməsi bütün dövrlərdə eyni olmamışdır. Daha dəqiq desək, insanlar zamanı anlamağa lap keçmişdən başlasalar da, hər bir tarixi dövrdə onu müxtəlif cür qavramışlar. Bu mənada, zamanın bugünki qavranılması qədim dövr və orta əsrlər ilə müqayisədə, ciddi surətdə fərqlənir. Məsələ burasındadır ki, zaman haqqında təsəvvürlər onun gedişatının və geridönməzliyinin təşəkkül tapma və inkişaf anlayışları ilə sıx bağlıdır. Lakin,insanlar dünyada hər çeyin formalaşdığını, dəyişdiyini və inkişaf etdiyini heç də həmişə dərk etməmişlər.

Professor Ə.Abbasov qeyd edir ki, “sosial materiyanın məkan – zaman təşkilinin anlaşılması çətimliyi ondadır ki, bu təşkil daim inkişafda və dəyişmədədir.” [2. s.106]

İbtidai qəbilələr dünyanı əbədi və dəyişilməz hesab edirdilər. Onlar zamanı yalnız həyatın sonu kimi başa düşür və ona sosial əhəmiyyət vermirdilər.

Antik dövrdən başlayaraq, zaman haqqında təsəvvürlər həskin surətdə dəyişildi, zaman sosial səciyyə daşımağa başladı. İnsanın həyat fəaliyyətində onun mühüm rolu dərk edildiyi üçün ona qənaətlə yanaşırdılar. İnsanlar tədricən indinin, keçmişin və gələcəyin əlaqəli olduğunu başa düşdülər. İndiki zamanın keçmişlə və gələcək zamanla təmasda olmasını anlamağa başladılar. Hələ vaxtilə böyük filosof Hegel zamanın əbədiliyi haqqında “Təbiət fəlsəfəsi” əsərində yazırdı ki, dünya zaman etibarilə əbədidir. İndiki zamanın olması dünyanın zaman etibarilə əbədi olmasının sübutudur. [3, s.3 – 51]

Zaman ilə bağlı məsələlər XX əsrdə Avropada yaradılmış Annalar məktəbinin nümayəndələrinin də diqqət mərkəzində olmuşdur. Bu məktəbin görkəmli nümayəndəsi Brodel yazırdı ki, sosial zaman çox mürəkkəb və ziddiyyətli hadisə olmaqla, özündə bəşəriyyətin keçmişini və indiki dövrünü əhatə edir. tarixi prosesi təhlil edərkən, istərsə də tarixi tədqiq edərkən tarixçi, zaman anlayışına məhəl qoymaya bilməz. Brodel yazırdı ki, ənənəvi tarixçilər yalnız zamanın qısa bir dövrünə diqqət yetirirdilər və zamanı hadisə xarakterli, seriyalar üzrə olan tarix, ancaq böyük hadisələri (müharibə, inqilab) ifadə edən tarix kimi qələmə verilir. Belə tarix elmi faktiki olaraq zamana məhəl qoymur, buna görə də onun tədqiqinin nəticələri həmişə həddindən artıq sxematik və mücərrəd xarakteri ilə səciyyələnir.

Annalar məktəbi bu nöqsanı aradan qaldırmaq qərarına gəlir və zamanı iki yerə ayırır. Bunlar qısa və uzun zamandır. Zaman həm günləri, sutkaları, ayları, həm də əsrləri və minillikləri bir – birindən ayırır. Uzun zaman xüsusi yer tutur, tarixçi ona asanlıqla alışa bilmir, lakin bu zamandan kənarda bəşəriyyətin bütün tarixini izah etmək qeyri – mümkündür. Bu zaman dəyişilməzdir və tarixi prosesi dərk etməyin əsasında durur. Bu zaman sanki, tarixin qəlibidir.

Sosial zamanı tədqiq edərkən nəzərdə tutlmalıdır ki, cəmiyyətdə zamanın hər bir növü sosial xarakter daşıyır. Çünki, cəmiyyətdə baş verən hər şey sosial hesab olunur. Buna görə ictimai elmlərin (tarix, fəlsəfə, sosiologiya) öyrəndiyi zaman sosial zamadır, lakin bu elmlərin hər biri onu öz predmeti nöqteyi – nəzərindən öyrənir.

Tarix fəlsəfəsində zaman daha geniş fəlsəfi mənada götürülür. Tarixə zamanda baş verən və maddi münasibətlərlə şərtlənən proses kimi yanaşılır. Bu işdə tarix fəlsəfəsi yuxarıda qeyd olunan elmlərin nailiyyətlərinə arxalanır. Bu, ondan irəli gəlir ki, zamanın fəlsəfi təhlili konkret gerçəkliyi öyrənməyi tələb edir, həmin vəzifəni isə başqa elmlərin nailiyyətlərini nəzə almaqla etmək olar. Məsələn, tarixi zaman anlayışını təkcə tarix elmi deyil, tarix fəlsəfəsi də öyrənir, sonuncu başlıca diqqəti onun ontoloji və qnoseoloji səciyyəsinə yönəldir. Ontoloji mənada sosial zaman cəmiyyət tarixinin meydana gəlməsi ilə başlayır. Sosial zaman cəmiyyətin mövcudluq formasıdır, çünki o, onunla birlikdə inkişaf edir və dəyişilir.

Qnoseoloji səpki dedikdə isə sosial zamanın mifoloji, naturalis və kosmik terminlərlə mənalandırılması başa düşülür. Başqa sözlə, burada zaman tarixdən kənarda qavranılır. Çünki miflərdə zamanın dəyişmədiyi və inkişaf etmədiyi göstərilir. Buna baxmayaraq, tarix inkişaf etdikcə zamanın qnoseoloji libası da müəyyən dəyişikliyə məruz qalır. Bu məqam onu göstərir ki, zaman, mif və əsatirlər vasitəsi ilə deyil, tarixi hadisələr və faktlardan keçərək, öyrənilir. Professor Qabazov İ.A. “xüsusi təqvim zamanı anlayışını seçib ayırır, sonunucu tarixi zamandan fərqli olaraq, bərabər surətdə, ritmik və fasiləsiz surətdə gedir.” [4, s.128] Belə zaman bütün dövrlər və epoxalar üçün eynidir. Təqvim vaxtının öz tarixi vardır, o, tarixi hadisələrin inkişafı və dəyişilməsindən asılı deyildir.

Təqvim zamanından fərqli olaraq, tarixi zaman konkret tarixi sosial məzmuna malikdir, onda fasiləlilik, tsiklilik və nisbə təkrarlanma vardır. Tarixi zamanın məzmununu yalnız tarixdəki bütün faktları, hadisələri və prosesləri dialektik vəhdətdə götürməklə, təhlil etmək mümkündür. Təqvim zamanı insanlardan asılı deyil, tarixi zaman isə insanlardan asılıdır. Bu mənada, təqvim zamanı subyektiv xarakter daşıyır. Onun məzmunu tarixin subyektlərinin fəsliyyətindən asılıdır. Tarixi zamanın subyektivliyi həm də bundadır ki, hər bir fərd öz vaxtını istədiyi kimi keçirə bilir. O, zamanı intensivləşdirə və az vaxt ərzində nəhəng işlər görə bilər.

Zaman və tarixi dövr anlayışları bir – biriylə sıx bağlıdır. Lakin epoxa müxtəlif mənalarda işlənilir. Tarix fəlsəfəsi epoxanın özbaşına müəyyən edilməsinə qarşı çıxır. Onu ümumdünya tarixinin elə bir parçası kimi götürür ki, o, həmin zamanın obyektiv mahiyyət xarakterli və universal cəhətlərə malikdir. Bəzən epoxaları bir amil əsasında müəyyən edirlər. Müasir dövrdə texnoloji amili əsas götürmək geniş yayılmışdır, amma bu, doğru deyil, xüsusən də biz, epoxanı istehsal texnologiyası əsasında müəyyən eləmək dəqiq deyil, çünki getergen və ziddiyyətlidir. Buna görə epoxanı müəyyən edərkən ictimai həyatın elə tərəfləri götürülməlidir ki, onlar bütövlükdə tarixi prosesin təkamülünü ifadə edir.

Bizim epoxamız son dərəcə mürəkkəb və çoxcəhətlidir. Buna görə də onun bəşəriyyət tarixində nə qədər davam edəcəyini söyləmək çox çətindir.

Beləliklə, bizim epoxa son dərəcə mürəkkəb və çoxcəhətlidir. Heç kim deyə bilməz ki, bu eppoxa bəşəriyyət tarixində nə qədər zaman davam edəcəkdir. İntibah dövrü üç – dörs əsr, antik dövr beş min ildən çox davam etmişdir.

  1. Ясперс К. Истоки истории и ее цель М: 1991, стр.29 – 35
  2. Абасов А.С. Пространство, время, познание Б.: 1986, стр.98 – 107 «Элм»
  3. Гегель Г.В. Философия природы М.: 1975, стр.51– 59 «Мысль»
  4. Гобозов И.А. Введение в философию истории. М.: МТЕИС, 1999, стр.128 – 139

Məqalədə sosial fəlsəfənin aktual problemlərindən biri olan tarixi zamanın təhlili verilir. Antik dövrdən başlayaraq müasir dövrə qədər tarixi zaman haqqında fikirlər təqdim olunur. Müəllif tarixi zamanın ontoloji və qneoseoloji aspektlərindən təhlil edir, təqvim zamanı və tarixi zamanın fərqli cəhətlərini izah etməyə çalışır. Məqalədə zaman və tarixi epoxa anlayışlarının əsas tərəfləri təhlil olunur.
ИСТОРИЧЕСКОЕ ВРЕМЯ

В статье представлен анализ одной из актуальных проблем социальной философии – проблемы «исторического времени». Рассмотрены различные взгляды на проблему «исторического времени», начиная с античного периода, и до наших дней. Автор исследует онтологические и гносеологические аспекты «исторического времени», старается разъяснить различия календарного времени и исторического времени. В статье анализируются основные стороны понятий времени и исторической эпохи.
Historical Time

The article presents the analysis of historical time – one of the topical issues of social philosophy. It includes information on different ideas about historical time that have been put forward in various centuries. The author analyses the historical time from ontological and epistemological viewpoints and tries to explain different sides of calendar time and historical time. The article also presents main aspects of concepts as time and historical epoch.

Comments are closed, but trackbacks and pingbacks are open.