Press "Enter" to skip to content

Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək

“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.

“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək? – Komitə sədri açıqladı

Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.

B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır.

“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.

Həmin Fərmanın 2-ci bəndində “Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər” Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan verəcəkdir. “Ali təhsil haqqında” qanun layihəsində də bu məsələ öz həllini tapır”, – deyə B.Əliyev bildirib.

O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

“Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi, beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.

Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və digər məsələlərin hüquqi bazası müəyyən edilir.

Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər, təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb”, – deyə B.Əliyev əlavə edib

Onun sözlərinə görə, qanun layihəsində “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə” və “Milli Təhsil Təsnifatına” uyğun olaraq ali təhsilin qısamüddətli təhsil mərhələsi və ali təhsilin üç səviyyəsi (bakalavriat, magistratura, doktorantura) və onlara verilən tələblərin müəyyən edilir.

“Həmçinin qanun layihəsində inteqrasiya edilmiş ali təhsil proqramları da nəzərdə tutulur. Bu isə ali təhsilin səviyyələri arasında keçidlərin və təhsil müddətlərinin müəyyən edilməsində ali təhsil müəssisəsi üçün mühüm alətdir.

Qanun layihəsində doktorantura təhsil səviyyəsi birmərhələli nəzərdə tutulur və fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə tamamlanır. Ali təhsilin bu səviyyəsində akademik kredit sistemi əsasında təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Tibb təhsilinin keyfiyyətinin artırılması məqsədilə səciyyəvi xüsusiyyətlər nəzərə alınaraq ali tibb təhsili ayrıca maddədə verilir. Amma burada müzakirə ediləsi bir neçə mühüm məqam da var ki, bu istiqamətdə işimizi müvafiq qurumlarla davam etdirməliyik.

Əsas məsələlərdən biri də təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar qanun layihəsində kvalifikasiyaların müvafiq peşə standartlarına və ali təhsilin dövlət standartına əsaslanması, ali təhsildə daxili keyfiyyət təminatı sistemi və xarici keyfiyyət təminatı sisteminin yaradılması nəzərdə tutulur. Ali təhsildə xarici keyfiyyət təminat sistemi təhsil müəssisəsinin institusional akkreditasiyasını və təhsil proqramlarının akkreditasiyasını nəzərdə tutur. Bu mexanizmin yaradılması ali təhsil müəssisəsinin statusunu, təhsilalanların say həddini, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu və yeni təhsil proqramlarına tələbatı, həmçinin təhsil müəssisəsinin inkişafına əlavə maliyyə vəsaitinin ayrılması ilə baaşlı məsələləri həll etməyə imkan verəcəkdir. Qanun layihəsində səriştə əsaslı ali təhsil proqramlarına, təhsil proqramlarının akkreditasiyasına və reyestrinin yaradılmasına verilən tələblərin müəyyən edilməsi nəzərdə tutulur.

Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdırlar. Bu, həm elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri olmalıdır. Fikrimizcə, ən mühüm məsələlərdən biri ali təhsil müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin kommersiyalaşdırılmasıdır. Bunun üçün dövlət tərəfindən və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü insan kapitalının formalaşdırılması konsepsiyasının gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələrə artırılmalıdır”, – deyə komitə sədri əlavə edib.

“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək?

Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.

B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır.

“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi bazasının yaradılmasının əsası qoyulub.

Həmin Fərmanın 2-ci bəndində “Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər” Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan verəcəkdir. “Ali təhsil haqqında” qanun layihəsində də bu məsələ öz həllini tapır”, – deyə B.Əliyev bildirib.

O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

“Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi, beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.

Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və digər məsələlərin hüquqi bazası müəyyən edilir.

Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər, təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb”, – deyə B.Əliyev əlavə edib

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.