Press "Enter" to skip to content

GİZLİ elmlər elmi-lədun

9
“Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz
üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti
(Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm
öyrətməsini) bilməz!” Quran, 12:68
Əziz oxucu! Əlinizdəki bu kitabda Kainatın bir çox
sirləri araşdırılır və elmi-lədun yolu ilə izah edilir. Bir
vacib məqamı da diqqətinizə çatdırım ki, kitabdakı
bütün araşdırmalar müəllifə məxsusdur.

Elmi lədun

Yerə endirilən dörd səmavi kitabın – Tövrat, Zəbur, İncil, Quran – hamısı Ramazan ayında nazil olub. Bu barədə Quranda belə buyrulur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr.

Elmi-lədun araşdırmalarımız göstərir ki, Quranın düzülüşündə böyük bir riyazi dəqiqlik vardır. Yəni, surələrin və ayələrin nömrələnməsi təsadüfü olmayıb, sirli bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Qədr” surəsində və Qədr gecəsinin ehtimal olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələrində də biruzə verir.

Quranın “Qədr” surəsi 97-ci surədir ve 5 ayədən ibarətdir.
Bunu nəzərə alıb, 97-ni 5-ə bölsək, 19 alınır və 2 qalıq qalır.
Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya gecələri bunlardır: 19; 21; 23; 25.

Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı 2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır:

19 + 2 = 21;
21 + 2 = 23;
23 + 2 = 25;
25 + 2 = 27.
“HƏR GECƏNİ QƏDR BİL”

Yeri gəlmişkən, xalq arasında işlənən “Hər gecəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin də böyük bir fəlsəfi mənası vardır. Insan hər gecə elə ibadət etməlidir ki, sanki Qədr gecəsi ibadət edir. Nə bilmək olar, bəlkə elə bu gecə duası qəbul olacaq. Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa, onun üçün həmin gecə elə Qədr gecəsi kimidir.

Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır bil” ifadəsinə gəldikdə isə, burada da böyük bir məna vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan tanımadığımız adamla hörmətlə davranmalıyıq. Nə bilmək olar, bəlkə elə Xızır Əleyhissəlamdır, bizi sınamağa gəlib? Yaxud, bu şəxsin Allah yanındakı hörməti, dərəcəsi peyğəmbərlərin hörməti qədər yüksəkdir. Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə tanımadığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər.

“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə.

GİZLİ elmlər elmi-lədun

Paşa Yaqub:Gizli elmlər”
Bakı, “Zərdabi Nəşr” MMC, 2020, 216 səh.

Əziz oxucu! Qarşınızdakı “Gizli elmlər” kitabı doktor Paşa
Yaqubun sayca 34-cü kitabıdır. Burada müəllif kimya, fizika, anatomi-
ya, biologiya, tibb, astronomiya, daktiloskopiya, kibernetika və
informatika elmlərinin bugünədək gizli qalan məqamlarını araşdır,
onların həyatımıza təsirindən söhbət açır. Kitabda həmçinin, son
dövrlər baş verən müəmmalı təyyarə, qatar və enerji qəzalarının
Günəş və Ay tutulmaları ilə əlaqəsini sübut edən hesablamalar və
cədvəllər təqdim olunur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Й
2020
0103
11
4605120494


Грифли няшр

© “Zərdabi Nəşr” MMC, 2020

G İ Z L İ E L M L Ə R

5

UĞURUN SİRRİ

on illərdə maraqlı kitabları ilə oxucularının
böyük hörmətini qazanan Paşa Yaqub təzəcə
yazıb tamamladığı “Gizli elmlər” kitabı ilə yenidən on-
ların görüşünə gəlir. Kitabda müəllifin fizika, kimya,
biologiya, kibernetika və informatika, daktiloskopiya
elmlərinin bəzi sirləri və onların insan ömrü ilə əlaqələ-
ri, eləcə də bu elm sahələrinin insan həyatında rolu ilə
bağlı maraqlı fikirləri, araşdırmaları, izahları öz əksini
tapmışdır. Son dövrlər baş verən bəzi müəmmalı nəq-
liyyat (təyyarə, qatar və s) qəzaları və onların səbəbləri,
eləcə də bu qəzaların Günəş və Ay tutulmaları ilə bağ-
lılığı, bütün bunların müqəddəs “Quran”la izahlı təfsiri
oxucuda böyük maraq doğurur.
Geniş oxucu auditoriyasına ünvanlanan bu maraqlı
kitabda Kainatın (Kainat fizikanın qanunları ilə idarə
olunur) gizli qalan bəzi sirləri araşdırılır, riyazi yolla
astronomik hadisələrə (Günəş və Ay tululmalarına)
bağlanan bir sıra təyyarə və enerji qəzalarının səbəbləri
(pərdəarxası məqamları) açıqlanır və həm də bütün
bunlar müəyyən cədvəllərə, “Quran”a söykənən düstur-
lara əsaslanaraq, məktəblərdə tədris olunmayan batini
(“daxili”, “iç” – ərəbcə) elm hesab edilən Elmi-lədu-
nun işığı ilə izahlandırılır. Bu izahlarda yüksək elmə,
S
Paşa Yaqub

6
biliyə, qabiliyyətə sahib olan bəzi peyğəmbərlərdən,
müxtəlif kəramət sahiblərindən sitatlar gətirilir. Kitab-
da əxlaq, düzlük, məhəbbət və s. haqqında da maraqlı,
müdrik, tərbiyəvi fikirlər vardır.
ildiyimiz kimi, Paşa Yaqub həm də tibb el-
mində uğur qazanmış həkimdir. O, elmi-lədun
yolu ilə kəşf etdiyi sirləri tibb elminə tətbiq edərək,
özünəməxsus müalicə metodu yaratmışdır. Bu müalicə
metodu ilə hətta, tibb elminin sağalmaz hesab etdiyi bir
çox xəstəlikləri də sağaldaraq, illərlə Azərbaycanda və
xaricdəki klinikalarda dərdinə çarə axtaran insanlara
şəfa verərək, onları sevindirməkdədir. Kitabın “Təba-
bətin sirləri” bölümündə müəllif bir çox xəstəliklərin
sirlərindən və onların müalicə yollarından bəhs edir.
Bu fəsli oxuduqca, Mendeleyevin ölümündən sonra
Elementlərin Dövrü Sisteminin saxtalaşdırılması, cəd-
vəldən çıxarılan elementdə hansı sirlərin gizlənməsi
oxucuya məlum olur. Bu saxtalaşdırmanın kimya, bio-
logiya elminə vurduğu zərbənin nəticəsidir ki, bu gün
tibb elmində bir çox xəstəliklər müalicəsiz hesab edilir.
Kitabı oxuduqca məlum olur ki, Paşa həkimin yaratdığı
müalicə metodu həmin cədvəldən çıxarılan elementin
sirlərinə əsaslanır. Hansı ki, bir zamanlar böyük Alim
və ixtiraçı Nikola Tesla bu sirləri bilməklə daimi işlə-
yən mühərriki yaratmış və enerjinin naqilsiz ötürülmə-
sini kəşf etmişdi.
Müəllifə məxsus olan maraqlı araşdırmalar, izahlar
oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəlli-
B

G İ Z L İ E L M L Ə R

7
fin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahil-
lərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı ya-
zıları, fikirləri kitabları gələcəkdə də davam etdirməyə
dəyər. Mən hörmətli qələm dostum Paşa Yaquba həyat-
da möhkəm can sağlığı, elmi-ədəbi yaradıcılığında və
həkimlik fəaliyyətində uğurlar arzulayıram. Arzu edi-
rəm ki, maraqlı araşdırmaları ilə böyük rəğbət qazan-
mış Paşa Yaqub bundan sonra da bu tipli kitabları ilə
sevimli oxucularını tez-tez sevindirsin.

Hörmətlə: Nazim Tapdıqoğlu,
tarixçi, tədqiqatçı, publisist, şair,
“Qızıl Qələm” mükafatı laureatı

Paşa Yaqub

8

ELMİ-LƏDUN NƏDİR?

lm zahiribatini olmaqla, iki qurupa bölünür.
Zahiri elmlər məktəbdə müəllimdən və kitab-
dan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən
öyrənilməz. Buna elmi-lədun deyilir.
Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə,
elmin dərin qatlarına işarə anlamını verir. Bu, tək zəh-
mətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə
gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə
peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə
malik olublar və sirlər üzərindən pərdələri məhz bu
elmlə qaldırıblar.
Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “El-
mi-lədun Allah-taalanın sirlərindən olan bir sirdir.
Onun hökmlərindən olan bir hökmdür. Dilədiyi qulu-
nun qəlbinə salar” – deyə buyurulmuşdur.
“Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şə-
rifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq məri-
fətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xə-
bər verdikləri zaman mərifətullaha sahib olmayanlar-
dan başqası onları inkar etməz” – buyrulmuşdur.
Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və
ilhamla hasil olur. Müəllimdən öyrənilməz” – demişdir.
Elmi-ladun barəsində “Quran”uın bir ayəsində belə
buyrulur:
E

G İ Z L İ E L M L Ə R

9
“Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz
üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti
(Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm
öyrətməsini) bilməz!” Quran, 12:68
Əziz oxucu! Əlinizdəki bu kitabda Kainatın bir çox
sirləri araşdırılır və elmi-lədun yolu ilə izah edilir. Bir
vacib məqamı da diqqətinizə çatdırım ki, kitabdakı
bütün araşdırmalar müəllifə məxsusdur.

G İ Z L İ E L M L Ə R

11

İNSANDA PARALEL ALƏMƏ ÇIXIŞ
NÖQTƏLƏRİ VAR
Onları birləşdirəndə barmaqlar «www»
formasını alır

u gün insanların əksəriyyəti xarici informasiya
məkanına (mənbəyinə) çıxmaq üçün internet
xidmətindən istifadə edir. Sual yaranır: insanın surəti
olaraq yaradılan kompyuterdə xarici informasiya alə-
minə (internetə) çıxış varsa, bəs əslində (insanda) niyə
olmasın? Və bir sual da yaranır: Əslində olmayan bir
şey surətə düşə bilərmi? Xeyr! Elə isə kompyuterdə
sıxdığımız www nöqtəsini insanda axtarmaq lazım
deyilmi?
Fikrimizi aydınlaşdırmaq üçün, diqqətinizi çoxları-
mızın bildiyi, amma, dərinliyinə varmadığımız bir fak-
ta yönəltmək istəyirəm. Kamil insan olan Həzrət Mə-
həmməd əleyhissalamın həyatı ilə tanış olanlar belə bir
epizodu xatırlayırlar ki, ilk vəhyi gətirən Həzrət Cəbra-
yıl üç dəfə “Oxu” dedi və hər dəfə eyni cavabı aldı:
“Oxuya bilmirəm”. Sonra isə Mələk Peyğəmbəri sıxdı
və Peyğəmbər oxumağa başladı. Maraqlı deyilmi?
Anatomik və bioloji cəhətdən bizdən heç nə ilə fərqlən-
məyən əcdadımızı sıxdıqdan sonra indiyədək tanımadı-
ğı bir əlifbanı oxuyur. Bəs bu hal indi niyə mümkün ol-
masın? Bəlkə mümkündür, biz bilmirik?
B
Paşa Yaqub

12
İnsan orqanizmində təbabətə məlum olan minlərlə
nöqtə vardır ki, onlardan “mesaj göndərməklə” istəni-
lən daxili orqanın tonusunu (enerjisini) artırmaq və
onun pozulmuş fəaliyyətini tənzimləmək, komanda
vermək mümkündür.
əs ruhumuza necə? Ona hansı nöqtədən “me-
saj göndərmək”, komanda vermək, onu hansı
Ali Enerji və İnformasiya Mənbəyinə “qoşmaq”
mümkündür? Uzun müddət elmi-ladun axtarışlarından
sonra nəhayət, Allahın bəxş etdiyi elmlə bu nöqtələri
üzərimdə tapa bildim. Məlum oldu ki, sayı üç olan bu
nöqtələri hər əlimizin üç barmağı ilə basarkən (sıxark-
ən) barmaqlarımız fəzada “www” formasını alır. Veri-
lən “komanda” nəticəsində ruhumuz paralel aləmə –
informasiya və enerji məkanına “çıxıb”, öz Mənbəyi ilə
təmas yarada bilir. İctimailəşməsi Allah-taala tərəfin-
dən qəti (!) qadağan olunan bu nöqtələri basan (sıxan)
şəxsin bəsirət gözü açılır və o, paralel aləmdə gedən
prosesləri müşahidə edə, dünyanı idarə edən mələklərin
(“Quran”da onlara işləri düzüb-qoşan mələklər deyə
and içilir) nurunu ziyarət edə bilir.
Bu hikməti dərk etdikdən sonra, artıq Məhəmməd
əleyhissalamla Həzrət Cəbrayıl əleyhissalam arasında
baş verən əhvalatın da sirrini anlamaq olur. Yəni, mə-
lum olur ki, mələk onun əslində lazımi nöqtələrini
(kompyuterdə olduğu kimi) sıxmaqla, beyinə komanda
vermiş və gərəkən şöbəni (oxu: proqramı, faylı) aktiv-
ləşdirmişdir.
B

G İ Z L İ E L M L Ə R

13
Elm sübut etmişdir ki, müasir insan beynin imkan-
larının (proqramlarının) çox cüzi bir hissəsindən istifa-
də edə bilir. Bizə məlumdur ki, ruh (ana bətnində) in-
san bədəninə gələrkən, onda hədsiz sayda proqramlar
yüklənmiş halda gəlir. Bu proqramlardan biri də “Qu-
ran”dır. Hətta araşdırmalarımız zamanı o da məlum ol-
du ki, konkret şəxsin gərəkən nöqtələrini sıxıb, beynin
“Quran” olan şöbəsini aktivləşdirmək mümkündür.

İnsan “@” işarəsi ilə öz enerjisini
ünvanlaya bilər

ildiyimiz kimi, insan həyəcanlı (qorxulu) in-
formasiya qəbul etdikdə, bu həyəcana ilk re-
aksiyanı mədə və bağırsaq verir. Yəni, mədədə spazma
(sıxılma) yaranır və bağırsağa sancı ötürür. Bu hal in-
sanın alt kopiyası olan kompyuterdə də özünü aydın
göstərir. Belə ki, insan anatomiyasına diqqətlə fikir
versək, xəbəri ilk qəbul edən orqanın – mədə və bağır-
sağın quruluşunun “@” formasında olduğunu aydın
görmək olar. Maraqlıdır ki, kompüter də internetdən
(informasiya mənbəyindən) qəbul etdiyi informasiyanı
“@” (!) işarəsi altında qəbul edir və ötürür.
Araşdırmalarımız göstərir ki, insandakı üç nöqtəni
hər əlin üç barmağı ilə birləşdirməklə (www) istənilən
vaxt bəsirət gözünü açıb, paralel aləmdə olan nuru zi-
yarət etmək mümkündür. O ki, qaldı mədənin üstündə
olan “@” nöqtəsini sıxıb, ətrafa «komanda» verməyə,
B
Paşa Yaqub

14
bundan yalnız Allahın icazəsi ilə, həm də yalnız bir də-
fə 1999-cu ilin dekabrında istifadə edilib (həqqi yəqin-
lik hasil olması üçün). Komandanın ünvanı isə Yerin
cazibəsindən kənarda olan sputnik ötürücü stansiyası
olub. Verilən komanda nəticəsində sputnikin fəaliyyəti
bir dəqiqəlik dayandığından, Yerdə bütün rabitə, infor-
masiya və translyasiyalar bir dəqiqəlik dayandı. O vaxt
bu qeyri-adi hadisə barədə yayılan informasiyalar çox
müəmmalı oldu. Yəni, xəbərlərdə deyildi ki, sputnik
yerdən dayandırıldı. Amma, necə dayandırıldı, həmin
vaxt ona necə komanda verildi, bu barədə hələ də izah
verilməyib (hadisənin elmi izahı artıq qarşınızdadır).
Və nəhayət, aqillərin “kəşf”, cahillərin isə “fantazi-
ya” adlandıracağı bu yazını, ikincilərin üstünlük təşkil
etdikləri bir dövrdə davam etdirməyə dəyərmi? Elə isə
burada mən nöqtəni sıxıram (hər mənada).
“İçərisindən bir adama: “İnsanları (Allahın əzabı
ilə) qorxut, iman gətirənləri müjdələ!” deməyimiz
xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən,
aşkar bir sehrbazdır!”- dedilər. “Quran, 10:2.

G İ Z L İ E L M L Ə R

15

KAİNAT FİZİKANIN QANUNLARI İLƏ
İDARƏ OLUNUR

“Allah Kainatı riyazi dillə yaratmışdır”.
Qalileo Qaliley

ildiyimiz kimi, kainat fizikanın qanunları (fi-
ziki qanunlar) ilə idarə olunur. Yəni, İlahi sis-
temdə enerjinin paylanması ilə, fizikada enerjinin pay-
lanması qanunları üst-üstə düşür.
Məsələn, “Quran”da 36-cı surə YA SİN adlanır. İl-
yas Peyğəmbərə müraciətlə müqəddəs kitabda “İlya-
sin” deyilməsi, bu sözün “kamil insan”, “Peyğəmbər”
sözünün sinonimi olduğunu deməyə əsas verir.
Bildiyimiz kimi, peyğəmbərlər və kəramət sahiblə-
ri Allah-taala ilə bəndələri arasında enerji ötürücüsü
funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiya-
nı transformatorlar yerinə yetirir. İndi onlar arasında
olan riyazi oxşarlıqlara nəzər salaq.
Kamil insanın anatomik quruluşunda 5 duyğu üz-
vü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə
vardır və gündə 5 dəfə ibadət edir. Sadaladığım 5 amili
özündə cəmləşdirən kamil insanın – kəramət sahbinin
“Quran”dakı rəmzi 36-dır (YASİN).
Maraqlıdır ki, transformatorda da 5 vəziyyət ol-
maqla, hər vəziyyətdə 36 (!) sarğı olur.
B
Paşa Yaqub

16
Bildiyimiz kimi, Peyğəmbərin qəbul etdiyi enerji
(vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı
sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamı-
sını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcə-
yi qədər) ötürür.
araqlıdır ki, transformatorun da iş prinsipi
eynən bu cürdür. “Transformasiya” – ÇE-
VİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi
yüksək gərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220)
çevirib, mənsəbə (cihazlara) ötürməkdən ibarətdir.
Bildiyimiz kimi, transformatorlar – yüksəldici
alçaldıcı olmaqla – iki qrupa bölünür.
Yüksəldici transformatorların vəzifəsi qəbul etdik-
ləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki
cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyil-
dir. İnsanı məsafədən vurur. Onun üçün də belə transfor-
matorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə
alçaldıcı transformatorun vasitəsi ilə qurulur.
İlahiyyat sistemində bunun misalı vəhy gətirən mə-
ləklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki müm-
kün deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələ-
yin enerji və informasiya yükünə tab gətirə bilməzlər
(xatırladım ki, Həzrət Cəbrayıl tərəfindən vəhy Pey-
ğəmbərimizə çox vaxt məhəllədən kənarda – Hira da-
ğında nazil olardı).
Alçaldıcı transformatorlar isə, məhəllə (oxu: cə-
miyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdi-
yim kimi, qəbul olunan yüksəkgərginlikli enerjini azal-
M

G İ Z L İ E L M L Ə R

17
daraq, cihazların (oxu: insanların) tutumuna uyğun –
220-yə çevirərək, ötürürlər.
İlahi sistemdə bunun misalı peyğəmbər və kəramət
sahibləridir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlə-
rində saxlamaqla (informasiya yükünü azaltmaqla) in-
sanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun ola-
raq cəmiyyətə ötürürlər.
İlahi sistemdə və fizikada enerjinin saxlanması və
paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyil-
dir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün ci-
hazların üzərində bir qayda olaraq 220 ədədi həkk
olunmuşdur.
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyı-
cısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki,
hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün bir-
ləşməsindən yaranıb!
iqqətinizi başqa bir maraqlı məqama da çəlb
etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual
yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri də
bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə
onlar mələyin informasiya və enerji yükünə tab gətirə
bilir, başqa insanlar tab gətirə bilmir?
Bu maraqlı sualın da cavabını yenə fizikanın qa-
nunları ilə vermək mümkündür. Belə ki, adətən trans-
formatorların tutumunu artırmaq üçün onu açıb, içində-
ki sarğıları artırmaqla (genişləndirməklə) buna nail
olurlar.
Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul
D
Paşa Yaqub

18
etməzdən öncə onların qəlbində genişlənmə prosesi ge-
dir. Yəni, onların enerji və informasiya götürmə qabi-
liyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlən-
mə” (94) surəsində belə deyilir:
“Məgər biz sənin köksünü açıb genişləndirmədik-
mi?!” Quran, 94:1.

Söz ardı: qəlbində açılıb – genişlənmə getməyən
bir şəxsin bu mövzunu şərh etməsi mümkünsüz olardı.

G İ Z L İ E L M L Ə R

19

TESTER CİHAZINDAKI FUNKSİYALAR
İNSANDA DA VAR

uxarıda qeyd etdik ki, Ulu Yaradan Kainatı fi-
zikanın qanunları ilə idarə edir. Odur ki, əv-
vəlki yazılarımızda peyğəmbərlərin (o cümlədən, kəra-
mət sahiblərinin) cəmiyyətin transormatoru funksiyası-
nı yerinə yetirdiyi barədə hesablamalar vermişdik. Bu
yazımızın mövzusu isə, testerdir.
Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayan-
lar isə, bu aparatın adını bilməsələr də, özünü çox
görüblər. Belə ki, televizor, kompyuter və s. cihazları
təmir edən ustaların demək olar ki, hamısının stolunun
üstündə tester aparatı olur.
Aparatın çoxsaylı funksiyaları vardır. Belə ki, o
həm cihazın daxilində problemi (qırılmış detalı) müəy-
yən edir, həm də dəyişən (ürəyin kardioqramında oldu-
ğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana
çevirir.
Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh)
daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə
verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəx-
sə münasibəti gah yaxşı, gah da pis (dəyişkən) olur.
Hələ ta qədimdən – son 50-60 ilə (tibb elmi inkişaf
edənə) qədər bu cür problemlərlə qarşılaşan insanlar
yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin
Y
Paşa Yaqub

20
dövrlərdə peyğəmbərlərə, sonralar Allah dostlarına) üz
tutar, dərdlərini onlara danışar və onların xeyir-duası,
nəfəs vasitəsi ilə ötürdükləri enerjinin təsirindən özlə-
rində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edər-
dilər və xəstəlikdən sağalardılar.
Araşdırmalarımız göstərir ki, peyğəmbərlərin və
digər kəramət sahiblərinin bu funksiyası fizikada tester
cihazının funksiyası ilə üst-üstə düşür…
övlanə Cəlaləddin Rumi bu cür enerji ötürən
insanları mənəvi həkimlər adlandırır və on-
ları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə
edir:
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tu-
taraq baxırlar və insanın cismini, əczalarla müalicə
edirlər.
Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxır-
lar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın
ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və
sirri-İlahidir”.
Qeyd edim ki, insan ruhunda baş verən qeyri-sabit
hallar və xəstəiklər neqativ enerjinin təsirindən yaranır və
qorxu, həyəcan, qarabasma, baş, çiyin, oynaq, sinir ağrı-
ları, depressiya və s. xəstəliklərlə özünü biruzə verir.
Bu kimi əlamətləri olan adamların adətən həyatda
işləri düz getmir, sağlamlıqlarında, məişətlərində və
xoşbəxtliklərində onları daim izləyən problemləri həll
etməkdə aciz (çarəsiz) qalırlar (xalq arasında buna qara
zolağa düşmə də deyirlər). Belə adamların səhhətində
M

G İ Z L İ E L M L Ə R

21
yaranan problemləri maddi həkimlər (tibb işçiləri) əc-
zalarla aradan qaldırmaqda çətinlik çəkirlər; dərman-
larla müalicələr effekt vermir. Çünkü birinci səbəb (ne-
qativ enerji), sonra nəticə (xəstəlik) aradan qaldırılma-
lıdır.
Təəssüf ki, müasir tibb elmi (bütün digər elmlər ki-
mi) yarımçıq olduğundan və insanda olan ruhu nəzərə
almadıqlarından (ruhun sirlərini bilmədiklərindən), sə-
bəbə qarşı deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona
görə də insanlarımızın çoxu uzun illər, hətta bəzən
ömrü boyu xəstəxana yollarında qalırlar…
on vaxtlar bir psixoloq və elmi-lədun bilicisi
olaraq bu cür hallarla çox qarşılaşıram və xəs-
təliyi aradan qaldırmaq üçün ilk növbədə xəstədəki ne-
qativin növünü, səbəbini, daxilolma vaxtını və yolunu
təsbit edirəm. Daha sonra pasiyentin neqativ enerjidən
xilas olması üçün müsbət enerji ötürürəm ki, bu vaxt
ondakı dəyişən cərəyan sabit cərəyana çevrilir – tester
cihazında olduğu kimi. Daxili enerjisi sabitləşmiş insan
elə ilk seansdaca bütün ağrılarının yox olduğunu və ra-
hatlandığını etiraf edir. Beləliklə, pasiyentdə nə qədər
ağır xəstəlik olmuş olsa belə, bir neçə seansa (əsasən
21 günə) bu xəstəlikləri yaradan səbəbdən – neqativ
enerjidən azad olur.
O ki, qaldı niyə məhz 21 günə, qeyd edim ki, in-
sanda hər gün milyonlarla hüceyrə doğulur və bu
hüceyrələrin hər birinin ömrü 21 gün olur. Orqanizmdə
neqativ enerji olduqda, yaranan hər hüceyrə həmin ne-
S
Paşa Yaqub

22
qativə yoluxur. 21 gün ərzində xəstəni vaxtaşırı bir ne-
çə dəfə (4-5 dəfə) seans etdikdə, doğulmuş bütün
hüceyrələr neqativdən təmizlənir. Beləliklə, yeni doğu-
lan hüceyrələr artıq neqativlə yüklənmir və insanın
enerjisi sabitləşir. Bu cür sabit enerji olan insanda heç
bir xəstəlik baş vermir.
Hamınıza sağlam can, xoşbəxt ömür və daim sabit

Comments are closed, but trackbacks and pingbacks are open.