Elmi Tədqiqat Metodları
1. Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması 2. Faktların yığılması, analizi və ümumiləşdirilməsi 3. Əldə olunan məlumatların sistemləşdirilməsi 4. Hadisələrin və proseslərin səbəbinin izahı 5. Hadisə və proseslərin praqnozlaşdırılması 6. Əldə olunan biliklərin praktiki tədqiqinin istiqamətləndirilməsi
Kayzen
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır.
Psixologiyanın tədqiqat metodları
- Psixologiya
- 17 iyul 2012, 19:59
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını vacib hesab edir.
Psixoloji tədqiqat
- Psixologiya
- 29 mart 2011, 21:27
Elmi Tədqiqat Metodları
1. Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması 2. Faktların yığılması, analizi və ümumiləşdirilməsi 3. Əldə olunan məlumatların sistemləşdirilməsi 4. Hadisələrin və proseslərin səbəbinin izahı 5. Hadisə və proseslərin praqnozlaşdırılması 6. Əldə olunan biliklərin praktiki tədqiqinin istiqamətləndirilməsi
Elmi fəaliyyətin strukturu [ redaktə ]
1.Problemin qoyuluşu 2.Tədqiqat obyektinin seçilməsi 3.Eksperiment 4.Eksperimentdə alınan faktların təsiri və izahı 5.Hipotezin yaradılması 6.Hipotezin formalaşdırılması 7.Əldə olunan biliyin yoxlanılması
Elmi tədqiqat layihəsinin təşkili [ redaktə ]
1. Tədqiqatda predmet və metod və “nə tədqiq edilir” çox önəmlidir. 2. Tədqiqatda ilk sualın cavabında elmin predmetinin təbiəti açılır, sonra isə hansı metoddan istifadə ediləcəyi izah edilir
Elmi tədqiqat layihəsinin təşkilini 4 ünsür təşkil edir [ redaktə ]
A) İstək B) Bacarıq C) Səmərəlilik D) Zaman
Hipotez və onun növləri [ redaktə ]
1. Hipotez ilkin fərziyyə deməkdir 2. Hipotez sosial elmlərdə hər hansı bir hədisə və prosesin baş vermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri ifadə edir. Qeyd etmək lazımdır ki, ictimai elmlərdə hər bir tədqiqatın hipotezi olmaya bilər. Hipotez bir araşdırma çalışmasının cavab verməsi üçün nəzərdə tutulmuş bir bəyanat şəklində və ya bir sual şəklində təxmin edilən bir ehtimal, fərziyyədir.
Hipotezin 2 növü var [ redaktə ]
A) Null hipotez – tədqiqatçı burada fərziyyənin doğru olmasını gözləmir. Tədqiqatın yekununda məlumatları təhlil edərək null hipotezi ya qəbul edəcək, ya da rədd edəcək. B) Ha (alternativ) hipotez – tədqiqatçı alternativ fərziyyənin doğru olduğunu düşünür. Burada null fərziyyəni rədd etsə, alternativ fərziyyə doğru sayıla bilər.
Elmi Tədqiqat layihəsinin təşkili [ redaktə ]
Tədqiqatda predmet və metod: Nə tədqiq edilir? və Tədqiqat necə həyata keçirilir?
Tədqiqatda ilk sualın cavabında elmin predmetinin təbiəti açılır. İkinci sualın cavabında isə tədqiqatın metodu izah edilir.
Elmi tədqiqat layihəsinin təşkilini 4 ünsür təşkil edir. Bunlar aşağıdakılardır:
- istək;
- potensial(bacarıq);
- səmərəlilik;
- zaman.
Hipotez və onun növləri [ redaktə ]
Hipotez- ilkin fərziyyə deməkdir. Hipotez ictimai elmlərdə hər hansı bir hadisə və prosesin baş vermə səbəbinə dair irəli sürülən, lakin təsdiqini tapmamış fikri ifadə edir. Qeyd etmək lazımdır ki, ictimai elmlərdə hər bir tədqiqatın hipotezi olmaya bilər. Hipotez bir araşdırma çalışmasının cavab verməsi üçün nəzərdə tutulmuş bir bəyanat şəklində və ya bir sual şəklində təxmin edilən bir ehtimal fərziyyədir. Hipotezin iki növü var:
- Null hipotez; Null hipotez; Tədqiqatçı burada fərziyyələrin doğru olmasını gözləmir. Tədqiqatın yekununda məlumatları təhlil edərək, null hipotezi ya qəbul edəcək, ya da rədd edəcək.
- Ha və ya alternativ hipotez. Ha və ya alternativ hipotez; Tədqiqatçı alternativ fərziyyənin doğru olduğunu düşünür. Null fərziyyəni rədd etsə alternativ fərziyyə doğru ola bilər.
Keyfiyyət və kəmiyyət tədqiqat metodları [ redaktə ]
Tədqiqatçı ilk addımda açıq bir uyğunluq axtarır. Kəmiyyət tədqiqatı deduktivdir. Yəni araşdırma başlamadan öncə müəyyənləşdirilmiş bir hipotezin mövcudluğuna bağlıdır. Keyfiyyət tədqiqatı isə induktivdir, yəni tədqiqat prosesini başlamaq üçün hipotez tələb etmir.
Tədqiqatın məqsəd və növləri [ redaktə ]
Tədqiqat metodları məsələnin, hadisənin və proseslərin öyrənilməsində həmçinin yeni fikirlərin və nəzəriyyələrin sınanmasında və yaradılmasında başlıca rol oynayır. Tədqiqat hər şeydən əvvəl praktiki problemlərin həlli ilə məşğul olmalıdır. Tədqiqat metedoloji mövqeyə görə iki yerə bölünür:
- Kəmiyyət: Kəmiyyət tədqiqatları təsviredici və izahedici xarakterə malik olur. Onlar problemin miqyasını və gedişatını dəyişənlər arasındakı əlaqələri müəyyən edir və hadisələrin səbəbini izah edirlər.
- Keyfiyyət: Keyfiyyət tədqiqatları reallığı iştirakçıların gözü ilə görməyə çalışır. Çünki, onlar inanırdılar ki, fərdlərin dünya görüşünü və fəaliyyətinin yalnız bu üsulla başa düşmək olar.
Sosial tədqiqatın məqsədinə görə təsnifatlandırılması [ redaktə ]
- Təsviredici: mahiyyətcə keçmiş mövcud və gələcək vəziyyətin xüsusiyyət və göstəricilərini təsvir etməkdən ibarətdir.
- İzahedici: baş verən hadisələrin və mövcud vəziyyətin yaranma səbəblərini öyrənir və mahiyyətini izah edir.
- Kəşfiyyat tədqiqatı: mahiyyətcə izahedici tədqiqata bənzəsə də, kəşfiyyat tədqiqatının əsas məqsədi problemin kəmiyyət və keyfiyyət xüsusiyyətlərini dərindən öyrənməkdir.
- Qiymətləndirici tədqiqat: bu tədqiqatın məqsədi görülən işlərin səmərəliliyini, effektivliyini və keyfiyyətini müəyyənləşdirməkdən ibarətdir.
- Qərarverici tədqiqat: burada modellərə, məsələyə və problemə dair həll yolları və ya qərar qəbul etmək üçün tövsiyələr hazırlanır.
- Müqayisəli tədqiqat: 2 və ya daha artıq subyektin bir-biri ilə müqayisəli şəkildə tədqiq və təhlilindən ibarətdir.
- Eksperimental tədqiqat: bu araşdırmada hipotezin yoxlanması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin tədqiqi nəzərdə tutulur.
Tədqiqat mövzusunun seçilməsi və sualların formalaşmasına təsir edən amillər [ redaktə ]
Tədqiqat mövzusunun seçilməsi və sualların formalaşmasına təsir edən amillər aşağıdakılardır:
- Mövcud ədəbiyyatdakı boşluq və çatışmazlıqlar;
- Problemin həlli yolunun göstərilməsi;
- Yeni nəzəriyyə və ya konsepsiyaların tətbiq edilməsi;
- Elmdə müşahidə edilən inkişaf, dəyişiklik və yeniliklərin öyrənilməsi;
- Şəxsi təcrübə və maraq;
- Gözlənilən nəticələrin nəzəri və praktiki dəyəri;
- Mövcud məlumatın və ya nəzəriyyənin doğruluğunu yoxlamaq;
- Cəmiyyət də baş verən proselərə tətbiq etmək;
- Verilən sifarişlər.
Araşdırmanın stratergiyası [ redaktə ]
- Planlama;
- Qaralama;
- Düzəltmə;
- Redaktə və korrektə.
Elmi tədqiqatın məqsədi [ redaktə ]
- Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlanması;
- Faktların yığılması analizi və ümumiləşdirilməsi;
- Əldə olunan məlumatların sistemləşdirilməsi;
- Hadisələrin və proseslərin səbəbinin izahı;
- Hadisə və proseslərin proqnozlaşdırlması;
- Əldə olunan məlumatların praktiki tətbiqinin istiqamətləndirilməsi.
Elmi tədqiqat üsullarının strukturu və mərhələləri [ redaktə ]
Elmi tədqiqat fəaliyyətinin əsas təşkil edicisi subyekt, obyekt və vasitədir. Subyekt, obyekt adlanan idraki sistem konkretləşərək bu formanı alır. Tədqiqatçı tədqiqat vasitəli tədqiqat obyekti müasir cəmiyyətdə subyekt bir-biri ilə qarşılıqlı əlaqədə olan 3 müstəvidə mövcuddur:
- Subyekt kimi-elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd (tədqiqatçı) fəaliyyət göstərir;
- Elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası labaratoriya, institut, akademiya və s. rolunu oynayır.
- Elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir.
Bu üç müstəvi təqdim olunur və hər birinin öz əhəmiyyəti vardır.
Elmi fəaliyyətin struktur analizi [ redaktə ]
Elmi fəaliyyətin struktur analizi aşağıdakı formadadır:
- Problemin qoyuluşu;
- Tədqiqat obyektinin seçilməsi;
- Eksperiment;
- Eksperimentdə alınan faktların təsviri və izahı;
- Hipotezin formalaşması və yaradılması;
- Əldə olunan bilginin yoxlanılması-sınağı.
Tədqiqatın elmi metodları [ redaktə ]
Elmi metod-yeni biliklərin əldə olunmasının əsas üsullarının, həmçinin istənilən elm çərçivəsində məsələlərin həlləri üsullarının məcmuəsidir. Elmi metodun vacib tərəfi araşdırma zamanı obyektivliyə qoyulan yüksək tələbdir. Tədqiqatın elmi metodları empirik və nəzəri dərk etmə anlayışları səciyyələndirir. Empirik üsula aid kateqoriyalar:
- müşahidə etmə;
- faktların toplanması;
- faktların seçilməsi;
- onlar arasında əlaqə.
Nəzəri üsula aid olan kateqoriyalar:
- sistem və hadisələrin daxili strukturunu və inkişaf qanunauyğunluqlarını öyrənmək;
- onların qarşılıqlı münasibətlərinin şərtlərini öyrənmək.
Empitik tədqiqat metodları [ redaktə ]
- Müşahidə etmə- ətraf mühitdə baş verən hadisələrin insan tərəfindən araşdırılması və mənasını dərk etmək üçün onların məqsədyönlü mənimsənilməsi, əsaslı nəticə əldə etmək üçün müşahidə təkrarən də aparıla bilər. Müşahidə birbaşa və vasitəli üsulla ola bilər.
- Təsviretmə- elmdə hadisə əvvəlcə keyfiyyət formasında baş verib. Bundan sonra onun kəmiyyət ilə təsviri mümkün olub. Burada müşahidə protokolu adlanan müxtəlif ölçmə prosedurları zamanı yaranan cədvəl, qrafik və digər şəkildə həyata keçirilir. Müasir təsviretmədə ölçmə riyazi əsaslara söykənir.
- Müqayisə- hər şey bu proses zamanı ortaya çıxır. Müqayisənin səmərəli aparılması üçün 2 əsas tələbat var:
- aralarında obyektiv ümumilik mövcud olan hadisələrin müqayisəsi;
- obyektlərin müqayisəsi vacib və zəruri göstəricilər əsasında aparılmalıdır.
- Ölçmə- tədqiqat obyektinin kəmiyyət göstəricilərinin xüsusi texniki qurğuların və ölçmə vahidlərinin tətbiqi ilə əldə olunmasına xidmət edir.
- Eksperiment- elmi araşdırmada hipoteziin yoxlanılması və ya fenomenlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi üçün yerinə yetirilməsi zəruridir.
Qeyd: eksperimentin müşahidədən üstün cəhəti ondan ibarətdir ki, sınaq zamanı bu və ya digər hadisəni təmiz və aydın şəkildə öyrənmək mümkündür.
- Material modelləşdirmə- real obyektləri əvəzləndiricilərin köməyi ilə araşdırmağa xidmət edir. Model material cəhətdən reallaşdırılmış sistem olaraq obyektlə oxşar hala malikdir.
Nəzəri tədqiqat metodları [ redaktə ]
- Abstraktlaşdırma- araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini aradan götürməklə, onun maraq doğuran əsas göstəricilərinin seçilməsidir. Abstraktlaşdırma ilə abstraksiyanın fərqi ondadır ki, birinci nəticənin əldə olunmasına aparan əməliyyatlar məcmuəsidir. Apstraktlaşdırma prosesi məntiqi qavrama sistemində analiz və sintez ilə sıx əlaqədardır.
- Aksiomatika- ilk dəfə Evklit tərəfindən tətbiq olunmuşdur. Problemin müzakirəsinin əvvəlində sübutu tələb olunmayan ilkin hallar məlumdur. Bu hallara aksiomlar deyilir. İlkin aksiomlar və onların əsasında əldə edilmiş təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
- Analiz- bu proses zamanı tədqiqatçı araşdırılan obyekti əqli olaraq parçalayır. Onun hansı hissələrdən və hansı xassələrə malik olmasını təsəvvür edir.
- Sintez- analiz zamanı alınan bilikləri vahid sistemdə birləşdirmək.
- İdeallaşdırma- təbiətdə mövcud olmayan yalnız obrazı olan obyekt haqqında təsəvvürün yaradılmasıdır. İdeallaşdırılmış obyekt üzərində istənilən nəzəri təfəkkür işləyə bilər.
- İnduksiya- fərdi haldan ümumi hala keçid üçün mühakimənin irəli sürülməsidir. İnduksiyanın əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr durur. Tədqiqatçı bu faktları öyrənərək və analiz edərək bir sinfə aid olan hadisələrin ümumi və təkrar olunan xüsusiyyətlərini ümumiləşdirir.
- Deduksiya- ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan yaradır. Elmi tədqiqatın ilkin mərhələlərində induksiya üstünlük təşkil edir. İnkişaf mərhələsində isə tədricən deduksiya daha böyük rol oynayır
Elmi nəzəriyyələrin elementləri [ redaktə ]
- anlayış;
- kateqoriya;
- elmi termin;
- mühakimə;
- müddəa;
- ideya;
- konsepsiya;
- qanun;
- qanunauyğunluq;
- elmi prinsip.
Elmi tədqiqat prosesinin məntiqi quruluşu [ redaktə ]
- faktların toplanması;
- elmi problemin qoyulması;
- elmi hipotezin əsaslandırılması;
- nəzəriyyənin elmi tədqiqatdakı rolu.
Comments are closed, but trackbacks and pingbacks are open.