Elmi texniki tərəqqi
Hazırda heç bir müəssisəyə yeni texnologiyanın tətbiqi məqsədilə vəsait ayrılmır. Amma bu gün çox yaxşı ki, yollar açıqdır. Biz istənilən firmadan yüksək keyfiyyətli istənilən elementləri ala bilirik. Son zamanlar bizim institutda innovasiya, elmi nəticələrin tətbiqi sahəsində böyük irəliləyişlər var. Müəyyən vaxt keçdikdən sonra ölkədə elə bir ab-hava yaradılıb ki, biz elmi nəticələrin tətbiqinə nail ola bilirik. Bir növ bizim baza bilgilərimiz var. Məsələn, neft texnologiyaları sahəsində vaxtilə işləmişik. Son zamanlar bu elmi nəticələr, əsasən Telman müəllimin rəhbərlik etdiyi elmi istiqamətlər var, bunun əsasında səmərəli üsullar, səmərəli texnologiyalar təklif olunub. Son zamanlar ölkəmiz bazar iqtisadiyyatına keçdiyinə görə biz yeni texnologiyaların tətbiqinə bir növ yenidən başlamışıq. Neft sənayesində çoxlu sistemlər tətbiq olunub. Biz bu işləri davam etdirmək, innovasiya məsələlərini daha da genişləndirmək niyyətindəyik. Bizim institut kadr məsələsində çox uğurlar əldə edib. İndiyədək 296 elmlər namizədi, 91 elmlər doktoru yetişdirilib. Elə bir institut, universitet yoxdur ki, orada bizim yetişdirdiyimiz alimlər çalışmasın. Ölkənin İKT, hətta iqtisadiyyat sahəsində çalışan çoxlu kadrlarımız var.
Elmi texniki tərəqqi
Elmi nailiyyətlərin və müasir texnologiyaların iqtisadiyyata tətbiqi davamlı inkişafın başlıca şərtidir
AMEA-nın Kibernetika İnstitutunda �Azərbaycan Respublikasında elmi nailiyyətlərin və müasir texnologiyaların iqtisadiyyata tətbiqi üçün səmərəli mexanizmlərin işlənib hazırlanması� mövzusunda �dəyirmi masa� ətrafında söhbət
XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq.
Bu gün qloballaşan dünya iqtisadiyyatında elmi nailiyyətlərin istehsalata tətbiqi geniş miqyas almışdır. Daha doğrusu, müasir iqtisadiyyatı elmi-texniki nailiyyətlərin tətbiqindən kənar təsəvvür etmək belə mümkün deyil. Dünya təcrübəsi göstərir ki, elmi-texniki tərəqqinin intensivləşdiyi, sosial-iqtisadi proseslərin mürəkkəbləşdiyi və dünya bazarında rəqabətin kəskinləşdiyi hazırkı dövrdə davamlı inkişafın yolu elmi cəhətdən yüksək səviyyədə əsaslandırılmış siyasətd ən və elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqindən keçir. İndi heç kəsə sirr deyildir ki, elmi-texniki tərəqqi məhsuldar qüvvəyə, mühüm sosial-iqtisadi inkişaf amilinə çevrilmişdir. Məhz bu səbəbdən də müasir dövrdə elmlə iqtisadiyyatın üzvi şəkildə birləşməsi obyektiv zərurətdən irəli gəlir. Azərbaycan MEA-nın Kibernetika İnstitutunda �Azərbaycan Respublikasında elmi nailiyyətlərin və müasir texnologiyaların iqtisadiyyata tətbiqi üçün səmərəli mexanizmlərin işlənib hazırlanması problemləri� mövzusunda keçirilən �dəyirmi masa�da bütün bu deyilənlər barədə ətraflı müzakirələr apar ıldı.
�Dəyirmi masa� ətrafında söhbətdə həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� məqaləsində qaldırılan mühüm məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı. Elmimizin inkişaf yolları, bu sahədə mövcud problemlər ətraflı təhlil edildi. Azərbaycan elminin dünya elminə inteqrasiyasına təkan verəcək islahatların aparılması vacibliyi dəfələrlə vurğulandı.
�Dəyirmi masa� ətrafında söhbətdə AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Rusiya Federasiyasının Hesablama Palatasının Ekspert-Məsləhət Şurasının üzvü, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Məşvərət Şurasının üzvü Namiq Nəsrullayev, Kibernetika İnstitutunun direktor müavini, texnika elmləri doktoru Oqtay Nüsrətov, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru, professor Ağasi Məlikov, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Rofət Hüseynəliyev, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Asəf Hacıyev, ADİU-nun İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Rasim Həsənov, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru, professor Yadulla Həsənov, �İqtisadiyyat və həyat� jurnalının şöbə müdiri, iqtisad elmləri namizədi Çingiz İskəndərov və Yerli İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi Vaqif Rüstəmov iştirak edirdilər.
Telman ƏLİYEV, AMEA Kibernetika İnstitutunun direktoru, akademik:
� Son vaxtlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� məqaləsində elmimizdə və ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun, onun dünya elminə inteqrasiyasına təkan verəcək islahatların aparılması sahəsində qaldırılan aktual məsələlərə xüsusi diqqət yetirilir. Xatırlatmaq yerinə düşər ki, hörmətli akademikin adı çəkilən məqaləsində sosial-iqtisadi və ictimai həyatımızda baş verən köklü dəyişikliklər, respublikamızın müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlar və bunların əsas səbəbləri, dünyada analoqu olmayan yeni Azərbaycan modelinin formalaşması, ictimai və humanitar elmlər qarşısında mühüm tələblər qoymaqla yanaşı, bu elmləri, yüksəlişi təhlil etməyi, sivil vətəndaş cəmiyyətinin formalaşması istiqamətləri kimi çox mürəkkəb vəzifələr də qarşıya qoyulmuşdur.
Mən �dəyirmi masa� iştirakçılarına göstərilən istiqamətlərdə, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarından irəli gələn, eləcə də akademik Ramiz Mehdiyevin məqaləsində qeyd edilən problemlərin həllində, nəzəri-praktiki əhəmiyyətə malik nəticələrin əldə edilməsində fəal olmağı arzulayıram. Eyni zamanda, yaranmış fürsətdən yararlanaraq institutumuzun fəaliyyətinə də toxunmağı zəruri sayıram. Burada əsas diqqəti alimlərimiz tərəfindən ötən il aparılan elmi-tədqiqat işləri üzrə əldə edilən bəzi mühüm nəticələrə yönəltmək istərdim. Belə ki, sözügedən dövrdə neftçıxarma obyektlərində yeni nəsil intellektual monitorinq nəzarət və diaqnostika sistemləri yaradılmış, istehsalat şəraitində müvəffəqiyyətlə sınaqdan keçirilmiş və bu, Heydər Əliyev adına Neftayırma Zavodunun kompressor stansiyasında, Şirvan OYL şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, Suraxanı OYL, Binəqədi OYL və �Balaxanıneft� Neft-Qazçıxarma İdarəsinin bir neçə quyusunda tətbiq olunmuşdur. Bu zaman hər bir quyuda 50 faizə qədər elektrik enerjisinə qənaət edilmiş və təmirarası vaxtın 2 dəfədən çox artması reallaşmış, həmin obyektlərin rentabelliyi xeyli yaxşılaşmışdır. Sistemin yeniliyi beynəlxalq patentlə təsdiq edilmişdir.
İnstitut alimləri tərəfindən Azərbaycan dilində nitqin tanınması və mətnlərin səsləndirilməsi sistemlərinin ilk versiyaları yaradılmış və Cenevrədə keçirilən beynəlxalq telekommunikasiya sərgisində nümayiş etdirilmişdir. Bundan başqa, ekonometrik modellərdə əsasında manatın məzənnəsinə (bahalaşmasına) təsir edən faktorlar (xarici ölkələrdə qiymətlərin səviyyəsi, neft gəlirlərinin artması, Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi, inflyasiya və s.) qiymətləndirilmişdir. Dinamik sistem kimi iqtisadi sistemin real vəziyyətinin vergi-fiskal nöqteyi-nəzərindən qiymətləndirilməsi modelləri işlənilmiş, dürüst olmayan ehtimallar əsasında qərarların analizinin təklif edilən nəzəriyyəsi üçün hesablama strukturu hazırlanmışdır. Ürək-damar xəstəliklərinin gizli dövrünü aşkar etməyə imkan verən cihazın partativ maketi hazırlanmış, sınaqdan keçirilmiş və kliniki şəraitdə istifadə olunması üçün kardioloqlara təhvil verilmişdir. Azərbaycan əl xalçalarının fraqmentləri üzrə surətlərin identifikasiyası və tanınma alqoritmləri işlənmiş və bunun əsasında naxış və ornamentlərin bərpa qaydaları təklif olunmuşdur.
Namiq NƏSRULLAYEV, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Məşvərət Şurasının üzvü:
� Son 15 ildə müstəqil Azərbaycanda aparılan siyasət bu gün birmənalı olaraq deməyə əsas verir ki, islahatların, inkişafın Azərbaycan modeli mövcuddur. Mən son illər müxtəlif beynəlxalq �dəyirmi masa�larda iştirak etmişəm. Onu da deyim ki, həmin tədbirlərdə inkişafın müstəqil aspektlərinin müzakirəsi zamanı dünyada gedən prosesləri çox açıq və olduğu kimi şərh etmək üçün hər cür imkan yaradılır. Belə tədbirlərdə mən də iqtisadi inkişafın Azərbaycan modelinin mövcudluğunu söyləyirəm və bunu əsaslandırıram. Görürəm ki, fikrimi hamı təsdiq edir və dəstəkləyir. Nəzərinizə çatdırım ki, Azərbaycan modelinin bir neçə xüsusiyyəti var. Onların isə hər biri haqqında saatlarla danışmaq olar. Amma mən ilk növbədə, qeyd etmək istəyirəm ki, ölkəmizin müxtəlif elmi-tədqiqat institutları öz işlərini məhz Azərbaycan modeli əsasında qurmalıdırlar. Bu yolla həm də hazırda özünü inamla doğruldan və təsdiq edən Azərbaycan modelini daha da inkişaf etdirmək, zənginləşdirmək olar.
Azərbaycan modelindən söhbət düşmüşkən, burada bir neçə məsələnin üzərində daha geniş dayanmaq olar. Birincisi, iqtisadiyyatın təbii resurslarını təsərrüfat dövriyyəsinə cəlb etməkdən ibarətdir. Hazırda bu istiqamətdə çox böyük uğurlarımız var. Xəzərin karbohidrogen ehtiyatlarından istifadə olunması bunu əyani şəkildə təsdiqləyir. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın tranzit ölkə olması da ümumi inkişafa təkan verən amillərdəndir. Azərbaycanın inkişafına imkan yaradan amillərdən biri də ölkədə torpaq islahatının uğurla həyata keçirilməsi ilə bağlıdır. Sual oluna bilər: Azərbaycan ilk addımlarını atarkən çox riskli bir addım olan torpaq islahatına niyə başladı? Fikrimcə bu, çox düzgün bir addım idi. Belə ki, bununla insanlarda inam yaratmaq mümkün oldu. İnsanlar inandılar ki, bu proses davamlı olacaq, bununla da onlarda sahibkarlıq hissi formalaşdı. Buradan isə belə nəticəyə gəlmək olar ki, islahatların həyata keçirilməsinə insan resursları cəlb edildi.
İnkişafın Azərbaycan modelinin ikinci xüsusiyyəti isə ardıcıl, liberal, demokratik iqtisadiyyata keçilməsi ilə bağlıdır. Bu məsələnin də Azərbaycan üçün spesifik özəllikləri çoxdur və hesab edirəm ki, bunların hamısının nəzərə alınması vacibdir. Digər bir məsələ isə Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası ilə bağlıdır.
Yeri gəlmişkən, Kibernetika İnstitutu bütün bu məsələləri, idarəetmə proseslərini nəzəri cəhətdən hiss edən bir təşkilatdır. Zənnimcə, institutun bu sahədə xidmətləri çoxdur. Təklif edirəm ki, �dəyirmi masa�da Kibernetika İnstitutunun Azərbaycan modelində yeri və əhəmiyyəti barədə də müəyyən fikirlər səsləndirilsin.
Telman ƏLİYEV, akademik:
� Bəli, Namiq müəllim doğru deyir. Bu gün, həqiqətən də, iqtisadi inkişafın Azərbaycan modeli mövcuddur. Amma əsas məsələ odur ki, hər bir institut bu modeldə müvafiq istiqamət üzrə yerini tapmalıdır. İnstitutumuzun, həmçinin dəqiq elmlərin əsas vəzifələrindən biri bütün dünyada olduğu kimi, hər bir ölkənin sənayesinin intellektual elmi təminatı probleminin həlli ilə bağlıdır. Yəni hər yerdə elmə elə-belə pul verilmir ki, gedin nə istəyirsiniz edin. Bir misal deyim. ABŞ-da hazırda nə istehsal olunursa, hamısı alimlərin fəaliyyətinin nəticəsidir. Avropada da belədir. Bizdə də iqstisadiyyatımızın elmi təminatı birinci yerdə olmalıdır. Dəqiq elmlərlə bağlı qurumlarda, eləcə də Kibernetika İnstitutunda buna əsas məsələ kimi yanaşılmalıdır. Lakin burada bir çətinlik var: Azərbaycanın elmi potensialı olsa da, onun elmi tutumlu problemlərlə əlaqəsi yoxdur. Açığı, elmi potensialı elm tutumlu problemlərin həllinə istiqamətləndirə bilmirik ki, dövlətə xeyri, faydası olsun.
Asəf HACIYEV, AMEA Kibernetika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru:
� Dünya Bankının statistikasına görə, ölkələrin inkişafı əsasən üç parametrdən asılıdır: insan amili, sənaye amili və təbii sərvətlər amili. Bu gün dünyanın ən inkişaf etmiş regionu Şimali Amerikadır. Təbii ki, söhbət ABŞ və Kanadadan gedir. Hazırda insan amili o inkişafda 76 faiz, sənaye amili 19 faiz, təbii sərvətlər amili isə yalnız 5 faiz təşkil edir. Azərbaycana gəldikdə isə təbii sərvətlər amili inkişafda təqribən 50 faiz təşkil edir. Sevindiricidir ki, bu rəqəm getdikcə azalmağa başlayır. Bu, o deməkdir ki, təbii sərvətlər ətrafında mühüm infrastrukturların inkişafı dinamik xarakter daşıyır. Dünyanın ən qüdrətli ölkəsi ABŞ elmə çox ciddi fikir verir. ABŞ-ın Milli Elmlər Akademiyasında keçən il keçirilən bir tədbirdə Prezident Barak Obama dedi: � Artıq bu gün dünyadakı böhran göstərdi ki, çıxış yolu ancaq elmdədir. Ona görə də ABŞ-da elmə ayrılan vəsait ÜDM-in 3 faizinə qədər artırılmalıdır. Bəli, ABŞ hazırda elmə ən çox vəsait ayıran ölkədir. Bu, təqribən 100 milyard dollardır. Yaxın illərdə isə 250-300 milyard dollara çatacaqdır.
Azərbaycan, necə deyərlər, sovet hökumətindən qopmuş bir ölkədir. SSRİ-də iqtisadiyyat humanitar elmlərə aid idi. Ancaq iqtisadiyyat heç vaxt humanitar elm ola bilməz. İqtisadiyyat təbiət elmlərinə daha çox yaxındır. Bugünkü iqtisadiyyatın kökündə riyazi metodlar və İKT üslubları durur. Bunların ikisi də təbiət elmlərinin çox parlaq nümunəsidir. Buna görə də Azərbaycan MEA-da iqtisadiyyat humanitar elmlər sırasından ayrılmalı, yeni bölmə yaradılmalıdır. Məsələn, İKT və iqtisadiyyat. Elə edilməlidir ki, bu iki sahə bir-birilə çox sıx işləsin. Bir daha təkrar edirəm: SSRİ vaxtında iqtisadiyyat ona görə humanitar elmlərə aid idi ki, dövlət sifarişlərini yerinə yetirmək üçün rəqəmlər işə düşürdü.
Rasim HƏSƏNOV, Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor:
� Hesab edirəm ki, çağdaş dövrümüzdə cəmiyyətdə o cümlədən elmi ictimaiyyətdə elmin problemləri ətrafında ictimai müzakirələrin genişlənməsi, bütövlükdə ölkəmizin inkişafının səciyyələndirilməsi baxımından çox əlamətdardır. Tarixən məlumdur ki, elmin inkişafı problemləri və elmin cəmiyyətin inkişafında mövqeyinin tənqidi qiymətləndirilməsi, əsas etibarilə cəmiyyətin inkişafının müəyyən pilləsində, böyüyən inkişaf məqsədlərinin mövcud vasitələrlə əldə edilməsinin mümkünsüzlüyü və ya aşağı səmərəliliyi zamanında qabarıq təzahür edir. Başqa sözlə, elmin inkişafı səviyyəsinin mövcud tələblərə cavab verməməsi, əslində bütövlükdə cəmiyyətin inkişafının daha yüksək sürəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan, bugünkü faydalı müzakirələrin əsas səbəbkarı, müstəqillik dövründə ölkəmizin qazandığı uğurlar hesab edilməlidir. Hörmətli akademik Ramiz Mehdiyevin məlum məqaləsi ətrafında cəmiyyətdə rəvac almış müzakirələr göstərir ki, xüsusilə ictimai və humanitar elmlər sahəsində ölkəmizdə yeniləşmələrə sosial sifariş olduqca aktuallaşmışdır. Qəbul olunmuş şərti təsnifata əsaslanaraq ictimai elmlər sırasına aid edilən iqtisad elmindən olan gözləmələr isə, fikrimizcə, daha böyükdür. Belə ki, əvvəla, iqtisadiyyatda baş verən hadisələr bilavasitə hamıya təsir etdiyindən baş verənlərin və verə biləcəklərin elmi şərhi hamını maraqlandırır, digər tərəfdən hesab edilir ki, iqtisad elmi, inkişafı həmişə müsbət istiqamətə yönəltməyə borcludur və ya ən azı bunu edə bilər. Bu baxımdan ölkəmizdə dövlətin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq əldə olunan möhtəşəm iqtisadi uğurlar isə iqtisad elminin qarşısında yeni vəzifələr qoyur.
Lakin bütün bunlarla bərabər, bir iqtisadçı alim kimi, təəssüflə etiraf etməliyəm ki, hörmətli akademik Ramiz Mehdiyevin məlum məqaləsində iqtisad elminin vəziyyəti ilə bağlı iradları tamamilə haqlıdır, hətta reallıqla müqayisədə çox yumşaqdır. Ən vacibi odur ki, faktiki olaraq ölkədə iqtisadi tədqiqatlar dövlətin iqtisadi siyasətinin elmi əsaslarını adekvat səviyyədə hazırlaya və hökumətin müvafiq siyasətinin dolğun analitik şərhini verə bilmir. Aparılan çoxsaylı tədqiqatlar dağınıq, epizodik və xaotik mövzu dairəsinə malik olmaqla primitiv yanaşmalara, arxaik və stereotip elmi aparata əsaslanır. Məsələn, şəxsən mən hörmətli akademikin iqtisadçı alimlərin statistika ilə işləməklə bağlı iradlarını olduqca haqlı hesab edirəm. Əksər iqtisadi tədqiqatlar və hətta rəsmi qəzetlərin populyar müəllifləri olan iqtisadçı professorların müxtəlif tarixlərə əsaslanan ardıcıllıqla nəşr olunan geniş həcmli �analitik� �növbətçi� yazıları, şablon struktura malik olmaqla, ən yaxşı halda Dövlət Statistika Komitəsinin son dərəcə ümumiləşmiş və əslində ona görə də aşağı informasiya tutumuna malik olan illik məruzələrinə əsaslanır. Dissertasiya işləri də mövzuları və yerinə yetirilməsinin elmi səviyyəsi baxımından müasir dünya təcrübəsindən xeyli geridə qalır. Lakin milli iqtisadçı alimlərin sıraları dövlət məmurları, deputatlar və hər sahədən olan biznesmenlər və onların �münbit şəraitdə tez boy atan� övladları və yaxınları hesabına sürətlə genişlənir. Bu baxımdan formaca �birdəfəlik�, faktiki olaraq isə konveyer rejimində fəaliyyət göstərən, daimi xarakterli çoxsaylı müdafiə şuralarının da rolu yüksəkdir. Bir daha təəssüf edirəm ki, elmimizdə mövcud olan bu kimi özəlliklərin sırasını artırmaq o qədər də çətin deyildir.
Yeri gəlmişkən, iqtisadiyyatımızın həllini gözləyən elmi problemləri kifayət qədərdir.Bu barədə Ramiz müəllimin məqaləsində ətraflı qeyd olunmuşdur. Lakin əlavə olaraq bir sıra başqa məsələlərə də toxunmağı vacib sayıram. Məsələn, möhtərəm Prezidentimizin iqtisadiyyatımızda keçid dövrünün başa çatması ilə bağlı məlum qiymətləndirmələrinin elmi əsaslandırılması, dünya iqtisadi böhranının və dəyişkən neft konyunkturasının Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi, proqnozlaşdırılması və önləyici tədbirlərin müəyyənləşdirilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun fəaliyyətinin sürətli reabilitasiyası, iqtisadiyyatımızın beynəlxalq rəqabətliliyi səviyyəsinin yüksəldilməsi, bütövlükdə iqtisadiyyatımızın özünüinkişaf potensialının bərpasının başa çatdırılması, iqtisadiyyatın innovasiya potensialının formalaşdırılması və s. kimi məsələlər bu qəbildəndir.
Oqtay NÜSRƏTOV, Kibernetika İnstitutunun direktor müavini, texnika elmləri doktoru:
� Möhtərəm Prezidentimiz İlham Əliyev çox gözəl deyib ki, biz �qara qızılı� intellektə, insan kapitalına çevirəcəyik. Hazırda ölkəmizdə bu sahədə, həqiqətən də, çox böyük işlər görülür, uğurlar qazanılır. Bu günlərdə dövlət başçısının gənclərin xarici ölkələrdəki doktoranturalarda təhsil almağa göndərilməsi ilə bağlı sərəncamı bu istiqamətdə çox böyük addımdır. Bundan əlavə, bir qədər əvvəl elmə olan diqqətin təzahürü kimi dövlət mükafatları bərpa olunmuşdur. Bildiyiniz kimi, bu məqsədlə iki ildən bir 30 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Biz, elm adamları bütün bunları dövlətin, xüsusən də cənab Prezidentin elmə, elm adamlarına diqqəti və qayğısının təzahürü kimi dəyərləndiririk.
Mən informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə məşğul olduğum üçün bununla bağlı fikirlərimi �dəyirmi masa� iştirakçıları ilə bölüşmək istəyirəm. Bir neçə il bundan əvvəl məni Koreyadakı bir instituta dəvət etmişdilər. Orada �Samsunq� şirkətinin telekommunikasiya riyaziyyatı elmi-tədqiqat mərkəzi yaradılıb. Həmin bu sahə ilə məşğul olan alimləri dəvət edib onların elmi nailiyyətlərini alır. Mən Koreyada iqtisadiyyatla biznesin birgə uğurlu əməkdaşlığının şahidi oldum. �Samsunq� şirkətinin vəsaiti hesabına həftədə bir dəfə təşkil olunan seminarlarda şirkət nümayəndələri iştirak edirlər. Elmi tədqiqat mərkəzində əldə olunan elmi nailiyyətlər diqqətlə öyrənilir, onların istehsalata tətbiqi imkanları nəzərdən keçirilir. Təəssüf ki, bizdə bu cür yanaşma yoxdur. Çox istərdim ki, ölkəmizdə simsiz rabitə ilə məşğul olan sistemlər alimlərə üz tutsunlar, onların elmi nailiyyətləri ilə maraqlansınlar.
Ağasi MƏLİKOV, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru, professor:
� �Dəyirmi masa�da Azərbaycan iqtisadiyyatının modelləşdirilməsi, onun perspektiv inkişaf istiqamətləri, dünya iqtisadiyyatında baş verən proseslər, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf modellərinə münasibət və digər sair məsələlər barəsində maraqlı fikirlər səsləndirildi. Amma mən bir şeyi qeyd etmək istəyirəm ki, nə qədər ölkə mövcuddursa, o qədər də model ola bilər. Həmin modelləri müxtəlif meyarlara görə təsnifləşdirəndə isə görərik ki, onlar prinsipcə bir-birindən o qədər də fərqlənmir. Məsələn, bazar iqtisadiyyatı, bazar münasibətlərinə əsaslanan ölkələrin iqtisadiyyatı var. Bununla belə, bunlar bir-birindən kəskin fərqlənirlər. Fikrimcə, ən kəskin fərqlənən modelləri üç qrupa � Avropa, Amerika və Yaponiya modellərinə bölmək olar. Biz əksər hallarda Amerika və Avropa modellərini öyrənirik. Amma yaddan çıxarmaq lazım deyil ki, onlardan kəskin fərqlənən və böyük praktiki işlərdə özünü doğruldan Yaponiya, Çin modelləri də var ki, bunlar da Şərq ölkələrinin spesifik psixologiyalarını özündə birləşdirir. Hesab edirəm ki, Şərq ölkələrinin spesifik psixologiyalarının bazar münasibətləri sistemində nəzərə alınması və onun inkişaf etdirilməsi böyük səmərə verə bilər. Məsələn, Yaponiyada işçinin işdən çıxarılması anlayışı yoxdur. Şərq psixologiyasına əsasən işçinin xidmət etmək, işə bağlılığı bir növ, modelə çevrilib. Amerika modelində isə tam fərqli yanaşma mövcuddur. İşçi əmək bazarındakı sırf rəqabət pinsipinə uyğun hərəkət edərək daha yüksək məvacibli iş təklifi alanda dərhal çıxıb gedir. Yeri gəlmişkən, yararsız insan yoxdur, yararsız idarəetmə sistemi var.
Fikrimcə, Azərbaycan iqtisadi inkişaf modelində təbii ehtiyatlarla zəngin ölkələrin keçdiyi yol, onların inkişaf tendensiyaları nəzərə alınmalıdır. İqtisadiyyatda eksperiment bir o qədər də səmərə vermir. Belə ki, 70 il sovet sistemi üçün eksperiment dövrü oldu və heç bir səmərə vermədi. Azərbaycanın perspektiv inkişaf modelində bu amil də nəzərə alınmalıdır. Elə Asəf müəllim də bu məsələ barəsində söhbət açarkən çox maraqlı məsələlərə toxundu.
Yadulla HƏSƏNOV, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru, professor:
� Bir sıra ölkələrdə maraqlı hal mövcuddur. Həmin ölkələrdə dövlət və ya özəl olmasından asılı olmayaraq innovasiya fondları yaradılır və o fondlara mənfəətdən müəyyən qədər vəsait yönəldilir. Bu da yeni yaradılan texnologiyaların sınağını keçirməyə və onun tətbiqinə imkan verir. Bu baxımdan hətta ayrı-ayrı sahələr üzrə də innovasiya fondları yaradılır. Eyni zamanda, yeni texnologiyaların özünü yaradan institutlar təşkil olunur. Digər çox vacib bir məsələ Azərbaycanda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Çünki heç bir ölkə istəsə də, istəməsə də bütün istiqamətlərdə eyni səviyyədə tədqiqat aparmaq imkanına və potensialına malik olmur. Bu gün Azərbaycanda hansı elm hansı istiqamətdə inkişaf etməlidir? İqtisadiyyat nəyi tələb edir? Hazırda Azərbaycan iqtisadiyyatının potensialı və ümumiyyətlə ölkəmiz dünya bazarına nə ilə çıxa bilər? Bu mənada Azərbaycan iqtisadiyyatının müqayisəli üstünlükləri, ilk növbədə nəzərə alınmalıdır. Mənə elə gəlir ki, elmin prioritet inkişaf istiqamətləri seçiləndə � dünya təcrübəsi də bunu göstərir � Azərbaycanın potensial imkanlarına, müqayisəli üstünlüklərinə əsaslanması çox vacibdir.
Kadr hazırlığı məsələsinə də toxunmağı vacib sayıram. Bu bir faktdır ki, hazırkı sistem özünü doğrultmur. Sirr deyil ki, aspiranturada, doktoranturada işlər illərlə yığılıb qalır. Hesab edirəm ki, bu istiqamətdə də islahatlara çox ciddi ehtiyac var.
Qorxmaz İMANOV, Kibernetika İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru, professor:
�Mən bir məsələni sizin yadınıza salmaq istəyirəm. Keçmiş Sovetlər birliyində mövcud texnologiyaya görə hər bir müəssisənin, zavodun və ya istehsalat birliyinin xüsusi planı olurdu. Ümumiyyətlə isə sovet sistemi planlı təsərrüfat sisteminə əsaslanırdı. Həmin planda yeni texnologiyaların tətbiqinə xüsusi yer verilirdi və hər bir müəssisə çalışırdı ki, bu məqsədlə ayrılmış vəsaitdən istifadə edərək nəyəsə nail olsun. Demək istəyirəm ki, o zaman maliyyə məsələsi o qədər də problem deyildi. Problem ondan ibarət idi ki, bir çox hallarda əldə edilmiş elmi nailiyyətlərin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi müəyyən çətinliklərlə üzləşirdi. Mən bu problemlərlə ciddi maraqlandığım üçün bunu deyirəm. Ümumiyyətlə, istehsalatda hər hansı bir sistem yaradılarkən bu zaman texniki qurğulardan, texniki komplekslərdən istifadə edilir. Əgər hər hansı bir elmi nailiyyəti istehsalata tətbiq edib müəyyən nəticə almaq istəyiriksə, ilk növbədə, həmin elmi yenilik konkret komplekslərdə öz əksini tapmalı və tətbiq olunmalıdır. SSRİ-də problem onda idi ki, o texniki vasitələr qurulurdu. Amma onların etibarlılığı, açıq etiraf etmək lazımdır ki, çox aşağı olduğundan iqtisadiyyatda birbaşa tətbiqi öz həllini çox çətinliklə tapırdı. Çünki həddindən artıq etibarsız texniki vasitələrdən istifadə olunurdu. Fərz edək ki, neft mədənində bir qurğu, bir sistem düzəldirdik. Avadanlıqlar çox gözəl işləyirdi, proqram da yüksək səviyyədə tərtib olunurdu. Amma texniki vasitələr bir müddət işlədikdən sonra sıradan çıxırdı. SSRİ vaxtı belə bir elm var idi � etibarsız elementlərdən etibarlı sistemin qurulması. Doğrudan da, elementlər o qədər etibarsız idi ki, onların üzərində heç bir sistemi qurmaq mümkün deyildi.
Hazırda heç bir müəssisəyə yeni texnologiyanın tətbiqi məqsədilə vəsait ayrılmır. Amma bu gün çox yaxşı ki, yollar açıqdır. Biz istənilən firmadan yüksək keyfiyyətli istənilən elementləri ala bilirik. Son zamanlar bizim institutda innovasiya, elmi nəticələrin tətbiqi sahəsində böyük irəliləyişlər var. Müəyyən vaxt keçdikdən sonra ölkədə elə bir ab-hava yaradılıb ki, biz elmi nəticələrin tətbiqinə nail ola bilirik. Bir növ bizim baza bilgilərimiz var. Məsələn, neft texnologiyaları sahəsində vaxtilə işləmişik. Son zamanlar bu elmi nəticələr, əsasən Telman müəllimin rəhbərlik etdiyi elmi istiqamətlər var, bunun əsasında səmərəli üsullar, səmərəli texnologiyalar təklif olunub. Son zamanlar ölkəmiz bazar iqtisadiyyatına keçdiyinə görə biz yeni texnologiyaların tətbiqinə bir növ yenidən başlamışıq. Neft sənayesində çoxlu sistemlər tətbiq olunub. Biz bu işləri davam etdirmək, innovasiya məsələlərini daha da genişləndirmək niyyətindəyik. Bizim institut kadr məsələsində çox uğurlar əldə edib. İndiyədək 296 elmlər namizədi, 91 elmlər doktoru yetişdirilib. Elə bir institut, universitet yoxdur ki, orada bizim yetişdirdiyimiz alimlər çalışmasın. Ölkənin İKT, hətta iqtisadiyyat sahəsində çalışan çoxlu kadrlarımız var.
Çingiz İSKƏNDƏROV, �İqtisadiyyat və həyat� jurnalının şöbə müdiri, iqtisad elmləri namizədi:
� Akademik Ramiz Mehdiyevin �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� adlı geniş analitik məruzəsindən sonra, qeyd olunduğu kimi, ölkəmizin ictimai həyatında bir canlanma müşahidə olunmaqdadır. Bugünkü �dəyirmi masa� da məhz ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun, onun dünya elminə inteqrasiyasına təkan verə biləcək islahatların aparılması sahəsində aktual problemlərin araşdırılmasına həsr olunmuşdur.
Çıxışlarda qeyd olunduğu kimi, bu gün cəmiyyətin özünün innovasiyalara kəskin tələbatı vardır və bu tələbat həm çoxşaxəli və həm də çox səviyyəlidir. Bu istiqamətdə müəyyən uğurlar əldə edilsə də, görüləcək işlər hələ çoxdur. Heç də təsadüfi deyildir ki, �inkişaf etmiş ölkələrdə iqtisadiyyatın artımı elmi nailiyyətlərin və müasir texnologiyaların iqtisadiyyata tətbiqi sayəsində təmin edilir. Bu sahədə özəl sektorun və biznes strukturlarının yaxından iştirakı problemlərinə toxunmaq istərdim.
Özəl biznesin innovasiya fəaliyyətində iştirakını stimullaşdıran maliyyələşmə mexanizmlərinin tətbiqi dövlət-biznes əməkdaşlığının inkişafına əlverişli şərait yaradar. Eyni zamanda, resursları birləşdirməyə, mənfəət və riskləri bölüşdürməyə imkan verər və büdcə vəsaitlərindən daha səmərəli istifadəyə zəmin yaradar. Digər tərəfdən aparıcı biznes qurumların fəallaşdırılmasına, onların ölkənin milli mənafeyinə xidmət edən ciddi layihə və proqramlara cəlb olunmasına şərait yaradardı. İnkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, dövlət-biznes əməkdaşlığı çərçivəsində elmi tədqiqatların birgə maliyyələşdirilməsi zamanı dövlətin payının az olması variantı daha səmərəlidir. Fikrimcə, biznes və innovasiya münasibətlərini tənzimləyən qanunvericilik bazasının yaradılmasına ehtiyac vardır.
Vaqif RÜSTƏMOV, Yerli İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi:
� Mütərəqqi dünya təcrübəsi göstərir ki, elmi-texniki tərəqqinin intensivləşdiyi, sosial-iqtisadi proseslərin mürəkkəbləşdiyi və dünya bazarında rəqabətin kəskinləşdiyi müasir qloballaşma şəraitində davamlı inkişafın yolu elmi cəhətdən yüksək səviyyədə əsaslandırılmış siyasətdən və elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqindən keçir. Başqa sözlə, bu gün elmi-texniki tərəqqi məhsuldar qüvvəyə, mühüm sosial-iqtisadi inkişaf amilinə çevrilmişdir. Bu baxımdan, müasir dövrdə elmlə iqtisadiyyatın birləşməsi obyektiv zərurətdən irəli gəlir.
Təbii ki, bizim ölkəmiz də bu proseslərdən kənarda qala bilməz. Hazırda ölkəmizdə elmin müxtəlif sahələrində tədqiqatlarla məşğul olan 130-dan çox akademik və sahə elmi-tədqiqat institutları, elm-istehsalat birlikləri və digər qurumlar mövcuddur. Bu qurumlarda aparılan tədqiqatların nəticələrindən iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişaf siyasətinin hazırlanmasında da istifadə olunur.
Bununla yanaşı, qeyd olunmalıdır ki, bu sahədə mövcud olan potensialdan yetərincə istifadə olunmur, yüksək ixtisaslı mütəxəssislərin digər fəaliyyət sahələrinə və xaricə axını güclənmişdir. Mən əvvəlcə daxili amillərlə şərtlənən problemlər barədə danışmaq istərdim.
Bu, ölkədə elmi-texniki tədqiqatların üstün istiqamətlərinin iqtisadiyyatın aktual problemləri ilə yetərincə əlaqələndirilməməsi, elmi-texniki potensialın inkişafına yönəldilən vəsaitin kifayət qədər olmaması (son dövrlərdə bu göstəricinin ÜDM-ə nisbəti 0 ,2 – 0,3 faiz təşkil edir. İnkişaf etmiş və bir çox inkişaf etməkdə olan ölkələrdə bu göstərici 3-4 faizdən çoxdur), elmi-texniki fəaliyyətin tənzimlənməsi sisteminin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmaması, o cümlədən bu sahədə tənzimləmə və təsərrüfat funksiyalarının ayrılmaması ilə əlaqədardır.
Elmi-texniki fəaliyyətlə məşğul olan qurumların əsasən mərkəzləşdirilmiş qaydada büdcədən maliyyələşdirilməsi (çox aşağı səviyyədə) və onların sərbəst fəaliyyətlərinin məhdudlaşdırılması (müqavilə üzrə işlərdən əldə olunmuş büdcədənkənar vəsaitlərin büdcə hesabına alınması və onların bu işi yerinə yetirən işçilərin həvəsləndirilməsinə, maddi-texniki, tədqiqat texnologiyaları və informasiya bazasının yeniləşdirilməsi və inkişafına yönəldilməsi mexanizmlərinin olmaması və s.), yaradıcılıq kollektivləri və fərdi tədqiqatçıların elmi-texniki fəaliyyətinin həvəsləndirilməsi mexanizmlərinin yox dərəcəsində olması da daxili amillərlə şərtlənən problemlər sırasındadır.
Xarici amillərlə şərtlənən problemlər də az deyil. Bunlara maddi təminatın aşağı olması səbəbindən yüksək ixtisaslı mütəxəssislərin və intellektual mülkiyyət obyektlərinin xaricə axını, inkişaf etmiş ölkələrdə elmi-texniki məhsullar bazarının güclü müdafiə olunması səbəbindən bu bazarlara çıxışın çətin olması, xaricilər tərəfindən elmi-texniki məhsulun sifariş verilməsi əvəzinə, bu sahədə çalışan yüksək ixtisaslı mütəxəssislərin xaricə köçərək orada işləməsinin stimullaşdırılması, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrin, bir qayda olaraq, epizodik xarakter daşıması və davamlı olmaması kimi məsələləri aid etmək olar. Xarici amillərlə şərtlənən bu problemlərin həlli də olduqca vacibdir.
Rofət HÜSEYNƏLİYEV, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi:
� Hazırda bazar iqtisadiyyatı şəraitində elm məhsullarının maddi məhsullar kimi istehlak tələbli olması zəruridir. Yəni hər bir elm sahəsində əldə olunmuş nailiyyətlər bu və ya digər sahədə tətbiq üçün yararlı olmalıdır. Belə ki, elmi məhsullar istehsalda yenilikləri özündə əks etdirirsə, istehsalat prosesində bu və ya digər dərəcədə səmərəliliyi özündə ehtiva edirsə, həmin məhsullar sahibkarlar tərəfindən tez bir zamanda alınır və tətbiq edilir. Ona görə də bu gün elmi institutlar və ya elmi müəssisələr özlərinin istehsal etdikləri elmi nailiyyətləri bi daha təftiş etməli, onların nəinki daxili elm məhsulları bazarında, həm də analoji xarici bazarlarda rəqabətyönümlü, istehlak tələbli olduğu müəyyənləşdirilməli və gələcək işlərini bu istiqamətdə qurmalıdırlar. Bu baxımdan, fikrimcə, hazırda ölkəmizdə mövcud olan elmi tədqiqat institutlarının elmi potensialları araşdırılmalı və bir-birini təkrar edən institutların imkanları birləşdirilməli, onların maddi-texinki təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülməlidir. Eyni zamanda, elmi işçilərin əmək haqları onların verdikləri məhsula görə diferensiallaşdırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilərsə, həm büdcə vəsaitlərinə qənaət edilər, həm də elmi işçilərin dövrün tələblərinə cavab verən elmi məhsullar yaradılmasında maraqlarının artırılmasına nail olmaq olar. Bununla daha çox elmi məhsullar istehsal edib, onu reallaşdırmaq olar.
Telman ƏLİYEV: � Bugünkü �dəyirmi masa� ətrafında gedən müzakirələr bir daha göstərdi ki, elmi-texniki tərəqqinin inkişafı, iqtisadi sahədə mühüm uğurlar qazanılmaqla yanaşı, qarşıda həlli vacib vəzifələr də dayanır. Bu vəzifələrin həlli istiqamətləri isə hörmətli akademik Ramiz Mehdiyevin mətbuatda dərc olunan �Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti� adlı əsərində, eləcə də �İctimai və humanitar elmlər: zaman kontekstində baxış� məqaləsində göstərilmişdir. Fikrimcə, iqtisadiyyatda keçid dövrünün başa çatması ilə əlaqədar elmi-texniki tərəqqinin sürətləndirilməsi, iqtisadi inkişaf, onun modernləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Hazırladılar: Əlipənah BAYRAMOV, Vaqif BAYRAMOV,
Xalq qəzeti.- 2010.- 24 fevral.- S. 2-3.
Elmi texniki tərəqqi
ELMİ-TEXNİKİ TӘRӘQQİ – elmin nailiyyәtlәrindәn istifadә etmәklә istehsalın texniki sәviyyәsinin yüksәldilmәsi. E.-t.t. 16–18 әsrlәrdә, elmi-nәzәri vә texniki fәaliyyәtin bir-birinә yaxınlaşmağa başladığı dövrdә yaranmışdır. 16 әsrdә ticarәt, gәmiçilik vә iri manufakturalara olan ehtiyac bir sıra mәsәlәlәrin nәzәri vә tәcrübi hәllini tәlәb edirdi. Bu dövrdә elm İntibah ideyalarının tәsiri altında sxolastik әnәnә ilә tәdricәn әlaqәsini kәsir vә tәcrübәyә müraciәt etmәyә başlayırdı. Üç böyük kәşf: kompas, barıt vә xüsusilә kitab çapı elmi vә texniki fәaliyyәtin möhkәm ittifaqının әsasını qoydu. 18 әsrin axırında maşınlı istehsalın meydana gәlmәsi – bundan bir qәdәr әvvәl yaşamış riyaziyyatçı, mexanik, fizik, ixtiraçı, mahir sәnәtkarlardan ibarәt böyük bir ordunun elmi-texniki yaradıcılığının nәticәsi idi. C. Uattın kәşf etdiyi buxar maşını tәkcә texniki konstruktor fәaliyyәtinin mәhsulu olmayıb, hәm dә “elmin mәhsulu” idi. Maşınlı istehsal, öz növbәsindә, elmin әmәli tәtbiqi üçün yeni, qeyri-mәhdud imkanlar açırdı. Bütün bunlar E.-t.t.-nin yeni, ikinci mәrhәlәyә keçidi demәk idi; bu mәrhәlә elm vә texnikanın bir-birinin inkişafını yüksәk sürәtlә vә qarşılıqlı surәtdә stimullaşdırması ilә xarakterizә olunur. E.-t.t.-nin sonrakı inkişafı elmi–texniki inqilabla bağlıdır.
E.-t.t. üçün bu әlamәtlәr sәciyyәvidir: avtomatik rejimdә işlәyәn yeni maşın vә maşın sistemlәrinin hazırlanması vә geniş istifadәsi; keyfiyyәtcә yeni istehsal texnologiyalarının yaradılması vә inkişafı; yeni enerji növlәri vә mәnbәlәrinin aşkarlanması vә istifadәsi; әvvәlcәdәn tәyin edilmiş xüsusiyyәtli yeni material növlәrinin yaradılması vә geniş tәtbiqi; rәqәmli proqram idarәli dәzgahlar, avtomatik xәtlәr, sәnaye robotları, çevik istehsal sistemlәrinin istifadәsi bazasında istehsal proseslәrinin avtomatlaşdırılmasının geniş inkişafı; әmәyin vә istehsalın yeni formalarının tәtbiqi.
Elektriklәşdirmә, istehsalın kompleks mexaniklәşdirilmәsi, avtomatlaşdırılması vә istehsalın kimyalaşdırılması E.-t.t.-nin әsas istiqamәtlәridir. Elektriklәşdirmә elektrik enerjisinin ictimai istehsalda vә mәişәtdә geniş tәtbiqi prosesidir. O, istehsalın mexaniklәşdirilmәsi, avtomatlaşdırılması, hәmçinin kimyalaşdırılması üçün әsasdır. İstehsalın kompleks mexaniklәşdirilmәsi vә avtomatlaşdırılması onun hәr bir sahәsindә әl әmәyinin maşın, aparat, cihazlar sistemi ilә әvәz olunması prosesidir. Bu proses aşağı formadan daha yüksәk formalara, yәni әl әmәyindәn qismәn vә kompleks mexaniklәşdirmәyә, elәcә dә mexaniklәşdirmәnin әn yüksәk forması olan avtomatlaşdırmaya keçidlә müşayiәt olunur. Sәnayenin kimyalaşdırılması kimyәvi materialların istehsalı vә tәtbiqi prosesi, hәmçinin kimyәvi üsulların vә proseslәrin texnologiyaya tәtbiqidir.
E.-t.t.-nin iqtisadi (әmtәә istehsalının vә xidmәtlәrin hәcminin artması, әmәk, material vә enerji sәrfiyyatının azalması vә s.), sosial (yeni ixtisaslaşdırılmış iş yerlәrinin yaradılması, asudә vaxtın artması vә onun daha sәmәrәli istifadәsi, ağır, ziyanlı vә xoşagәlmәz әmәyin tәtbiq olunduğu sahәlәrin ixtisarı, hәyat keyfiyyәtinin vә şәraitinin yaxşılaşdırılması), ekoloji (yenidәn yaranan tәbii ehtiyatların qorunması, әtraf mühitә atılan tullantıların azaldılması, tәbii vә texnogen fәlakәtlәrin qarşısının alınması), informasiya (elmi biliklәrin hәcminin artması vә onların cәmiyyәtdә yayılması) nәticәlәri ola bilәr.
Bir proses kimi E.-t.t. bu mәrhәlәlәri tәklif edir: 1) fundamental tәdqiqatlar (amillәrin vә hadisәlәrin öyrәnilmәsi vә sistemlәşdirilmәsi; tәbii, texniki, cәmiyyәt sistemlәrinin fәaliyyәti vә inkişaf qanunauyğunluqlarının aşkar edilmәsi); 2) axtarış tәdqiqatları vә innovasiya marketinqi (imkanların vә tәdqiqat nәticәlәrinin praktiki tәtbiqi perspektivlәrinin analizi); 3) tәtbiqi tәdqiqatlar (fundamental tәdqiqatların nәticәlәrinin texniki imkanlarının, sosial-iqtisadi mәqsәdәuyğunluğunun vә praktiki istifadә üsullarının әsaslandırılması); 4) konstruktor, texnoloji, layihә vә tәşkilati işlәr (tәdqiqat işlәri nәticәlәrinin mәnimsәnilmәsi üçün vacib olan texniki-iqtisadi sәnәdlәşmәnin, sınaq nümunәlәrinin yaradılması vә tәcrübi yoxlanılması); 5) tәdqiqat işlәrinin texniki vә iqtisadi mәnimsәnilmәsi (istehsal güclәrinin yaradılması vә mәnimsәnilmәsi, rәqabәtәdavamlı xidmәtlәrin vә әmtәә istehsalının tәşkili); 6) E.-t.t.-nin nәticәsindә yaradılmış intellektual mülkiyyәtin rәsmilәşdirilmәsi, mühafizәsi vә yayılması.
E.-t.t.-nin müasir dövrdәki әsas isti- qamәtlәri bunlardır: istehsal vә mәişәtin kompleks avtomatlaşdırılması vә robotlaşdırılması; yeni biliklәrin toplanması, emalı, ötürülmәsi vә saxlanılması mәqsәdilә qlobal informasiya şәbәkәlәri vә kompüter qurğuları bazasında informasiyalaşdırma; istehsal, tikinti, tibbi vә s. sahәlәr üçün yeni sintetik materialların hazırlanması; yeni, o cümlәdәn bәrpaolunan vә qeyri-karbohidrogen enerji mәnbәlәrinin mәnimsәnilmәsi, onların çevrilmәsi vә nәqli; tullantısız vә ekoloji texnologiyaların inkişafı.
20 әsrin sonlarında innovasiya iqtisadiyyatına keçid internetin, kompüterlәrin, mobil rabitәnin yaranması ilә bağlıdır. 21 әsrdәki yeni texnoloji quruluş әmәk alәtlәrinin atom-molekulyar vә gen-hüceyrә strukturunu dәyişәn nanotexnologiya, biotexnologiya, fiziki-kimyәvi vә informasiya texnologiyalarının inkişafı ilә bağlıdır.
E.-t.t.-nin miqdar ölçüsünün әsaslandığı kateqoriyalar: 1) elmi potensial – E.-t.t.-nin kadr, maddi-texniki, maliyyә, informasiya vә tәşkilati ehtiyatlarının mәcmusu; 2) elmi-texniki potensial – rәqabәtәdavamlı istehsalat üçün hazırlanmış elmi-texniki işlәnmәlәrin mәcmusu; 3) istehsalın elmi-texniki sәviyyәsi – mәhsulun vә istehsalın maddi-texniki bazasının tәkmillik dәrәcәsi vә rәqabәtәdavamlılığı; 4) istehsalın texniki-iqtisadi sәviyyәsi – yüksәk dünya nailiyyәtlәri ilә müqayisәdә әmәk mәhsuldarlığı, mәhsulun maya dәyәri, keyfiyyәti vә investisiyaların ödәnilmәsi.
Comments are closed, but trackbacks and pingbacks are open.