Press "Enter" to skip to content

Elmira şahtaxtinskaya azərbaycan qədim mədəniyyət diyarıdır

Növbəti guşə görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya həsr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamına əsasən görkəmli ictimai xadimin 160 illik yubileyi qeyd edilib, Naxçıvan şəhərindəki Kitab Evinə Məhəmməd ağa Şahtaxtlının adı verilib, seçilmiş əsərləri nəşr olunub. Məhəmməd ağa Şahtaxtlıya həsr olunmuş vitrinlərdə “Şərqi-Rus” qəzetinin başlığının surəti, mətbəəni Mirzə Cəlilə bağışlaması haqqında ərizə və şəhadətnamənin surəti, Məhəmməd ağa Şahtaxtlının yeni əlifba layihəsinin, tərcümə etdiyi “Müsəlman aləmində günəş hesablanması”, “Türkiyənin baş vəziri Kamil paşanın qeydləri” kitablarının surətləri, məqaləsinin çap olunduğu məcmuə, seçilmiş əsərləri və “Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti” kitabları, onun adını daşıyan Naxçıvan şəhərindəki Kitab Evinin fotoşəkli yer alır.

“ŞAHTAXTI” XEYRİYYƏ CƏMİYYƏTİ

ŞAHTAXTİNSKAYA Elmira Həbibulla qızı (25.10.1930, Bakı-13.10.1996, Bakı Fəxri Xiyabanda dəfn olunmuşdur) -rəssam. Azərb. Respublikası xalq rəssamı (1977) və əməkdar incəsənət xadimi (1963). H. B. Şahtaxtinskinin qızıdır. Ə. Əzimzadə ad. Azərb. Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İş Surikov ad. Moskva Rəssamlıq İn-tunu (1956) bitirmişdir. Plakat və dəzgah rəsmlərinin müəllifidir. Yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi ”Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsində Azərb.-ın orta əsrlərdə yaşayıb-yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvan i, Sultan Məhəmməd və b.), 70-80-ci illərdə isə müasir sənətkarların (Ü. Hacıbəyov, H. Cavid, S.Vurğun, S. Bəhlulzadə, Q. Qarayev, F. Əmirov və b.) portretlər qalereyasını yaratmışdır. Dəzgah rəsmləri silsiləsi və boyakarlıq əsərləri də diqqəti cəlb edir. Müxtəlif ölkə və şəhərlərdə (Çexoslovakiya, Bolqarıstan, Moskva, Kaunas və s.) fərdi sərgiləri nümayiş etdirilmişdir. ”Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

Şahtaxtı” Xeyriyyə Cəmiyyətinin sədri – Cəbrayıl Musayev
. E-mail1 : shahtaxti@shahtaxti.com . E-mail2 : sahtaxti-xece@mail.ru
Tel : (+99450) 370 24 36

Elmira şahtaxtinskaya azərbaycan qədim mədəniyyət diyarıdır

Elmira Şahtaxtinskayanın yaradıcılığı

� Onun əsərləri doğma vətəni ilə yanaşı xarici ölkələrin muzey , qalereya və şəxsi kolleksiyalarında saxlanılır

Azərbaycan təsviri sənətinin formalaşmasında və inkişafında qadın rəssamlarımızın xüsusi xidmətləri olub. Mənəvi yaradıcılıq potensialı tələb olunmaqla yanaşı, ondan da artıq fiziki əmək sərf edilən təsviri sənətin görkəmli qadın rəssamlarından biri xalq rəssamı Elmira Şahtaxtinskayadır.

Tanışlıq üçün qeyd edək ki , Elmira Həbibulla qızı Şahtaxtinskaya 1930-cu ildə görkəmli kimyaçı alim , akademik Həbibulla Şahtaxtinskinin ailsində dünyaya göz açıb. Şahtaxtinskilər ziyalılar nəsli idi və Azərbaycanda maarifçilik hərəkatının inkişafında xüsusi xidmətlər göstərmi şdilər. Onların ailəsi əsasən təbiət elmlərinə maraq göstərirdi. Lakin ailə üzvlərindən fərqli olaraq E.Şahtaxtinskaya kiçik yaşlarından incəsənətə, lap dəqiqi rəssamlığa meyl göstərib. O, ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1947-50), daha sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-56) alıb. Sonralar �Yaxşı müəllim tələbənin xoşbəxtliyidir� deyə xatırlayacağı müəllimləri � professorlar M.M.Çeremnıx və N.A.Ponomaryovdan professional sənətin incəliklərini əxs edib . Beləliklə, E.Şahtaxtinskaya Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsinin M.M.Çeremnıxın siyasi plakat emalatxanasında təhsilini başa vuraraq doğma Bakı şəhərinə qayıdır və müstəqil bədii yaradıcılıq fəaliyyətinə başlayır.

E.Şahtaxtinskaya əsasən təsviri sənətin qrafika sahəsində fəaliyyət göstərib. Təbii ki , əsl rəssamın təsviri sənətin hansısa sahəsi və ya janrı ilə kifayətlənməsi mümkünsüzdür . Yəni, rəssamın yaradıcılıq dünyasının, onun rəssam təxəyyülünün təzahürü üçün vasitə olan hansısa janrın və ya texniki üsulların konkretliyi qəbul edilməzdir. E.Şahtaxtinskaya maraqlı plakat və dəzgah rəsmlərinin, həmçinin akvarel və quaş texnikasında işlənmiş silsilə bədii rəsm əsərlərinin müəllifidir. Onun əsərləri doğma vətəni ilə yanaşı, xarici ölkələrin də muzey , qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

E.Şahtaxtinskayanın uğurlu bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. Belə ki , o , 1963-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi , 1977-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb . Rəssam bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub . Onun Moskva (1967, 1988), Kaunas (1967), Bakı (1967, 1989) və Naxçıvan (1979) şəhərlərində fərdi sərgiləri açılıb.

E.Şahtaxtinskaya yaradıcılığa plakat janrında əsərlər yaratmaqla başlayıb. Onun o zamankı ilk plakatlarının qayəsini sosialist realizmi təşkil etsə də rəssamın plakatları mövzunun özünəməxsus səlis ifadə həlli və güclü bədii təsir qüvvəsi ilə diqqəti cəlb edir . Təbii ki , gənc rəssamın yaradıcılığının ilkin dövrlərində ondan milli mənəvi köklərə bağlı, ənənəvi mövzulu əsərlər gözləmək çox tez idi . Bunu bir tərəfdən onun təcrübəsinin azlığı, qürbətdə rus mütəxəssislərindən dərs alması, digər tərəfdən isə dövrün məlum ideoloji qaydaları ilə bağlamaq düzgün olardı. Bununla bərabər rəssamın plakatlarının rəng həllind ə, obrazların təsvirində, onların geyimində və sairədə ənənələrə müraciət özünü büruzə verirdi . Yuxarıda qeyd etdiklərimizi E.Şahtaxtinskayanın həyat yoldaşı, xalq rəssamı Oqtay Sadıqzadənin rəssamın yaradıcılığı barədə söylədiyi fikirlər bir daha təsdiq edir : �Elmiranın da dövrün tələbləri ilə çəkdiyi plakatları var . İlk vaxtlar o , daha çox belə əsərlər çəkirdi. Həmin plakatlar Elmiranın yaradıcılığında, bir növ , keçid rolunu oynadı. Təcrübəsi artdıqca belə əsərlər onu qane etmədi. Əsərlərini Azərbaycan tarixinə həsr etdi . Onun çəkdikləri artıq bədii işlər idi . Onlar klassik əsərlər kimi həmişə qalacaq . Mən bunu Elmiranın həyat yoldaşı kimi yox , bir rəssam kimi deyirəm.

Artıq 70-ci illərdən E.Şahtaxtinskaya siyasi plakat janrıyla yanaşı, daha çox Azərbaycanın orta əsrlərdə yaşamış görkəmli elm , ədəbiyyat və incəsənət xadimlərinin, incəsənət abidələrinin yaddaqalan , cəlbedici və həmçinin hamının başa düşüb , qəbul ed ə cəyi �dil�də təsvirlərini yaratmağa başladı. Onun yaradıcılığında xüsusi çəkiyə malik �Azərbaycan � qədim mədəniyyət diyarıdır� (1971) silsiləsinə daxil olan otuza qədər plakatı Azərbaycan təsviri sənətində yeni bir bədii yaradıcılıq istiqaməti idi . Bu seriyadan olan əsərlər təsviri sənət tariximizdə dəyərli sənət nümunələridir. Rəssam qeyd olunan silsilə üzərində ömrünün sonunadək ciddi axtarışlar apararaq daim milli ənənələrə həssas yanaşmaqla yüksək bədii estetik zövqə malik , dəyərli əsərlər ərsəyə gətirmişdir. Bu fikirlərimi rəssamın qeyd dəftərçəsində yazdıqları bir daha təsdiq edir . E.Şahtaxtinskaya yazırdı: �Şərq miniatür rəngkarlığının dahiyanə nümunələrinə malikdir . Bunlar öz xarakterinə, bədii formasına, səthi-dekorativ şərtiliyinə, ümumiliyinə və eyni zamanda son dərəcə konkretliyinə görə Şərq plakatının öyrənilməsi və yaradılması üçün bir baza , əsas ola bilər.�

E.Şahtaxtinskaya bu silsilədən olan əsərlərini yaratmaqla həm ölkəsinin milli mənəvi dəyərlərinə sayğısını, öz qədim mədəniyyətinə sahib çıxdığını, özünün vətəndaşlıq mövqeyini bir daha göstərmişdir. Digər tərəfdən isə bu əsərlər � Azərbaycanın qədim mədəniyyət abidələrinin, elm , ədəbiyyat və incəsənət xadimlərinin təsvirləri ölkəmizin minilliklərlə formalaşmış zəngin mədəniyyətinin dünyaya tanıdılmasında misilsiz qaynaqlardır. Rəssamın bu seriyadan olan əsərlərindən �Azərbaycan qədim mədəniyyət ölkəsidir� (1972), �Şahtaxtı və Kül-Təpə küplərinin 4 və 6 min yaşı var � (1973), �Azərbaycan plastikasının 3000 illik yaşı var � (1974), �Azərbaycan poeziyasının klassikləri dünya ədəbiyyatının korifeyl ə ridir� (1972) və habelə şair Qətran Təbrizi (1988), Xaqani Şirvani (1986), Nizami Gəncəvi (1982), İmadəddin Nəsimi (1969), Məhəmməd Füzuli (1984, 1993), Şah İsmayıl Xətai (1986), Hüseyn Cavid (1982), Səməd Vur?un (1976), astranom , coğrafiyaşünas Nəsrəddin Tusi (1973, 1980), Rəşid Bakuvi ( 1984), mütəfəkkir və filosof Bəhmənyar (1978), musiqiçi və bəstəkar Səfiəddin Urməvi (1973), Əbdül Qadir Marağayi (1985), Üzeyir Hacıbəyli (1975), Müslüm Maqomayev (1985), Fikrət Əmirov (1982), Qara Qarayev (1983), Arif Məlikov (1983), memar , rəssam və xəttat Memar Əcəmi (1976 ), Soltan Məhəmməd (1976), Mirəli Təbrizi (1988), Səttar Bəhlulzadə (1974), akademik Mirəsədulla Mirqasımov (1983) və digərlərini qeyd etmək olar .

Rəssamın bu silsiləyə daxil olan plakat əsərləri bir-birini tamamlayır və eyni zamanda hər biri ayrı-ayrılıqda müstəqil əsərlərdir. Bu əsərlərə nəzər saldıqda onuncu əsrdən ta iyirminci əsrin sonlarınadək yaşayıb-yaratmış, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin cəlbedici, yüksək bədii-estetik məziyyətə malik , son dərəcə inandırıcı və təkraredilm əz sənət üslubuyla yaradılmış obrazlarla tanış olursan . E.Şahtaxtinskaya yaradacağı şəxsin obrazı üzərində işləyərkən ilk növbədə həmin şəxsiyyətin yaşadığı dövrü , onun həyat və yaradıcılığı barədə araşdırmalar aparır, onu hərtərəfli öyrənir və sonra obrazını yaradırdı. Bir sözlə, rəssam işinə çox ciddi yanaşaraq , apardığı gərgin yaradıcılıq müşahidələrini uğurlu əsərlər yaratmaqla sona yetirirdi . Məhz bunun nəticəsidir ki , rəssamın əsərləri tamaşaçının duyğularını riqqətə gətirir, onu düşündürür .

Götürək Əcəmi Naxçıvaninin 850 illiyinə həsr edilmiş portretini . Rəssam qara fonlu kompozisiyanın mərkəzində məşhur memar Ə.Naxçıvaninin bədənini fas , başını isə profildən qurşağadək portretini yaradıb. Şərq qiyafəli memar sağ əlində üzərində düşündüyü memarlıq layihəsini tutmuş vəziyyətdə və işıqlı çöhrəsi ətrafa yönəlmiş halda t ə svir edilib . Əsərin fonunda müəllif uğurlu yaradıcılıq üslubdan faydalanaraq memarın artıq müəllifi olduğu , dünyanın nadir memarlıq incilərindən sayılan, Mömünə Xatun , Yusif ibn Küseyir türbələrini və Naxçıvan memarlıq məktəbinin digər abidələrini el ə uğurlu bədii ifadə vasitələri ilə tamaşaçı diqqətinə çatdırıb ki , yaradıcının məharətinə heyran qalırsan. Sadalanan xüsusiyyətləri rəssamın bu silsilədən olan digər əsərlərinə də şamil etmək olar �.

E.Şahtaxtinskaya qrafik rəsmlərin, akvarel və quaş texnikasında işlənmiş çoxsaylı silsilə əsərlərin də müəllifidir. Rəssam demək olar ki , Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzmişdir. Onun Naxçıvan, Gəncə, Quba , Gədəbəy, Zaqatala , Şuşa və digər rayonların füsunkar təbiətinə həsr etdiyi tablolarında, təbiətdə baş verən ani dəyişiklikləri, bənzərsiz təbiət gözəlliklərini və dolğun həyat lövhələrini ən inc ə detallarınadək təsvir etməyə çalışmışdır. Buna misal olaraq , �Gecə mənzərəsi� (1958), � Liman � (1960), � Göy-göl � (1960), � Quba yaxınlığında mənzərə� (1963), �Qış mənzərəsi� (1963), �Qarlı dağlar � (1964), � Şuşa dağları� (1968), �Əsgəranda qala � (1970), � Dağ mənzərəsi� (1971), �Şəki yaxınlığında mənzərə� (1973) və digərlərini göstərmək olar .

E.Şahtaxtinskayanın yaradıcılığında � Qutablar � (1966), � Novruz bayramı� (1970) adlı iki əsəri var ki , rəssam bu əsərləri yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə, Novruz bayramına hazırlıq mərhələsində, qadınların paxlava , şəkərbura və milli şirniyyat haz ırladığı mənzərəni dolğun bədii lövhələrlə və zəngin etnoqrafik çalarlarla təsvir edib . Rəssamın yaradıcılığında xarici ölkələrə həsr etdiyi əsərləri xüsusi əhəmiyyət daşıyır. O, xarici ölkələrə yaradıcılıq ezamiyyətlərində bədii axtarışlarını daha da təkmilləşdirmiş və kolorit həllinin mükəmməlliyi, dəqiq qrafik işlənmə xüsusiyyətləri ilə seçilən əsərlər yaratmışdır. � Nesebr � (1963), � Sozopol � (1963), � Stokholm � (1965) adlı əsərləri sadalananlara misal ola bilər. Rəssam Sozopol şəhərinin panoramını elə ustalıqla təsvir edib ki , tamaşaçı sanki özünü bu şəhərdə hiss edir . Əsərin kolorit həlli müasir qrafikanın bədii texniki imkanlarından ustalıqla yararlanmaqla gerçəkləşdirilib.

Biz rəssamın yaradıcılıq aləminə ümumi nəzər yetirdikdən sonra bu qənaətə gəlirik ki , E.Şahtaxtinskaya daim yaradıcılıq axtarışlarında olmuş , mürəkkəb eksperimentlər nəticəsində fəaliyyətini təkmilləşdirməyə çalışmış və özündən sonra zəngin bədii yaradıcılıq irsi qoyub getmişdir .

Xalq Cəbhəsi.- 2012.- 31 oktyabr .- S.13.

Vətənə bağlı ömür yaşayanlara həsr edilmiş mədəniyyət müəssisəsi – Şahtaxtinskilər Muzeyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Görkəmli diplomat Behbud ağa Şahtaxtinski

Şahtaxtinskilər nəsli ölkəmizə Azərbaycan elmi və ictimai-siyasi mühitində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, Azərbaycan Parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinski, görkəmli rəssam Elmira Şahtaxtinskaya kimi şəxsiyyətlər bəxş edib. Bu nəslin nümayəndələri hansı dövrdə yaşamalarından asılı olmayaraq, xalq üçün böyük fədakarlıqlar göstərib, Vətənə bağlı ömür yaşayıblar. Onların keçdikləri ömür yolu hər kəs üçün nümunədir.

Zalın ilk guşəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 9 fevral 2010-cu il tarixli Sərəncamı, Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələri haqqında məlumatlar yer alıb. Ekspozisiyanın ikinci guşəsi isə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunub. Burada Behbud ağa Şahtaxtinskinin həyat yolunu əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncamına əsasən tanınmış ictimai-siyasi xadimin yubileyi qeyd olunub, onun adına poçt markaları və zərflər buraxılıb.

Görkəmli şəxsiyyətə həsr olunmuş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” kitabları, o cümlədən Behbud ağa Şahtaxtinskiyə aid arxiv sənədləri, Naxçıvan şəhərindəki Behbud ağa Şahtaxtinski küçəsinin fotoşəkli, “Baraban” jurnalının 1912-ci ilə aid 1 və 2 nömrəli, həmçinin 1913-cü ilə aid 1 nömrəli buraxılışları muzeyin dəyərli eksponatları sırasındadır.

Tanınmış publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı

Növbəti guşə görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya həsr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamına əsasən görkəmli ictimai xadimin 160 illik yubileyi qeyd edilib, Naxçıvan şəhərindəki Kitab Evinə Məhəmməd ağa Şahtaxtlının adı verilib, seçilmiş əsərləri nəşr olunub. Məhəmməd ağa Şahtaxtlıya həsr olunmuş vitrinlərdə “Şərqi-Rus” qəzetinin başlığının surəti, mətbəəni Mirzə Cəlilə bağışlaması haqqında ərizə və şəhadətnamənin surəti, Məhəmməd ağa Şahtaxtlının yeni əlifba layihəsinin, tərcümə etdiyi “Müsəlman aləmində günəş hesablanması”, “Türkiyənin baş vəziri Kamil paşanın qeydləri” kitablarının surətləri, məqaləsinin çap olunduğu məcmuə, seçilmiş əsərləri və “Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti” kitabları, onun adını daşıyan Naxçıvan şəhərindəki Kitab Evinin fotoşəkli yer alır.

Görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinski

Növbəti guşə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinskiyə həsr olunub. Bu guşədə Həmid ağa Şahtaxtinski haqqında məlumat, onun fotoşəkli və haqqında bəhs edən qəzet materialları nümayiş etdirilir.

Azərbaycan Respublikasının Xalq rəssamı Elmira Həbibulla qızı Şahtaxtinskaya

Digər guşədə Azərbaycan Respublikasının Xalq rəssamı Elmira Həbibulla qızı Şahtaxtinskaya haqqında məlumat, onun fotoşəkli, albom-kataloqu və digər sənədlər mühafizə olunur. Rəssamın oğlu Altay Sadıxzadə tərəfindən çəkilmiş Elmira Şahtaxtinskayanın portreti və digər portretlər də muzeyin dəyərli eksponatları sırasındadır. Eyni zamanda burada Elmira Şahtaxtinskayanın “Sozopol” mənzərəsi və “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsinə aid əsərləri də nümayiş olunur.

Tanınmış diplomat Aleksis Cahangir ağa oğlu Şahtaxtinski

Başqa bir guşə isə Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinskiyə həsr olunub. 1967-ci ildə Strasburq şəhərində anadan olan Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinski 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Yuqoslaviya müharibəsi dövründə NATO-nun qurumlarında çalışan Aleksis, həm də Moskvada bu təşkilatın təmsilçisi olub. Rusiya Federasiyası ilə NATO arasında saziş bağlanandan sonra 1997-ci ildən 1999-cu ilədək məlumat bürosunun rəhbəri işləyib. Sonralar Brüsseldə NATO-nun Baş katibinin mətbuat katibi kimi fəaliyyət göstərib. Belarusda Fransa səfirliyində müşavir işləyən Aleksis bu illərdə həm də Diplomatiya Akademiyasını bitirib. 2007-ci ildən ATƏT-in Bakı ofisində fəaliyyət göstərib.

Aleksis Şahtaxtinski 1991-ci ildə Naxçıvana – Şahtaxtı kəndinə gələrək, 2010-cu ildə buradakı Şahtaxtinskilər Muzeyinin açılışında iştirak edib. Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları, atası Cahangir ağa Şahtaxtinski və babası Məhəmməd ağa Şahtaxtlının fotoşəkilləri hazırda bu guşədə nümayiş olunmaqdadır.

Şahtaxtinskilər nəslinin digər nümayəndələri

Növbəti guşədə Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmmədəmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Həbibullah Şahtaxtinski, Ətaulla Şahtaxtinskinin fotoşəkilləri sərgilənir. Bir sözlə, Şahtaxtinskilər Muzeyi hazırda bu tanınmış nəslin nümayəndələri haqqında mühüm məlumatların mühafizə olunduğu və nümayiş etdirildiyi məkandır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bu mədəniyyət müəssisəsi yenidən qurulub, burada fond otağı yaradılıb, ətrafda abadlıq işləri həyata keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu

Comments are closed, but trackbacks and pingbacks are open.