Vergi və Mühasibatlıq Zirvə Toplantısı yekunlaşdı – FOTO
Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifiklatlar təqdim olunub.
Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu
Mühasibat (maliyyə) uçotu ixtisası həmişə hamı üçün anlaşılan olmuş və həmin anlaşıqlığı indi də saxlayır. Hamara məlumdur ki, bütün müəssisə və təşldlatlarda mütləq heç olmasa bir mühasib işləyir. Bununla əlaqədar hesab edirik ki, Siz mühasib ixtisasını seçmiş, ancaq ilk dəfə mühasibat (maliyyə) uçotu və onunla bağlı olan proses və əməliyyatlarla qarşılaşmışsınız. Bu proses və əməliyyatlar hesablar dünyası, onlara dair köçürmə (yazılış), reyestr, hesabat tərtibi və digər işlər məcmusu ilə əlaqədardır. Onları isə araşdırmaq, mənimsəmək, ümumiyyatlə müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin iş prosesinə tətbiq etmək olduqca çətindir. Bu kitab (vəsait) bütün sözügedən işlərin həllinə yol tapmağa, tələb edilən ən xırda məsələlərin yerinə yetirilməsinə istiqamət verməyə köməklik göstərəcəkdir. Kitabın (vəsaitin) köməkliyi ilə Siz mühasibat (maliyyə) uçotu haqqında termin və anlayışlarla, onun forma, prinsip və metodlan tlə tanış olacaq, əməliyyatlann baş verməsinə dair köçürmələr (yazılışlar) verməyi, onlar əsasında Mühasibat (maliyyə) hesabatını tərtib etməyi öyrənəcəksiniz. Müəssisə və təşkilatlann təsərrüfat həyatını öyrənmək və onu uçot həyatına daxil etməklə Siz bütün baş vermiş təsərrüfat hadisələri – torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin), pul vəsaitlərinin, material dəyərlilərinin və digər əmlakların alınması, onlar vasitəsilə zəruri və gündəlik tələb olunan məhsulların istehsal olunması, istehsalla bağlı xərclərin çəkilməsi, işçilərə əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması, hesablanmış ödənişlərin verilməsi, iş prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən verginin hesablanması, büdcəyə ödənilməsi, buna uyğun olaraq Vergilər Nazirliyinin son dəyişikliklərlə Vergi Məcəlləsindən, Sosial sığortaya ayırmalara və ondan istifadəyə dair Sosial Müdafiə Fondunun sonuncu əsasnaməsindən istifädə edilməsini, təsərrüfat fəaliyyətində istifadə olunan dəyərlilərin mövcudluğu haqqında invertarlaşmanın apaniması və son nəticədə təsərrüfatın fəaliyyətini qiymətləndirmək üçün uçotun, balans və hesabatın apaniması və tərtib edilməsi məsələlərini. Beynəlxalq və Milli uçot-hesabat standartlannın tələblərinə uyğun öyrənəcəksiniz, Kitabda (vəsaitdə) mühasibat (maliyyə) uçotunun tərkiblərmdən biri olan vergi uçotu da əhatə edilmiş və onun xüsusiyyətləri açıqlanmışdır.
Yükləməyə Keç [5,99 Mb] [ : 5710] –>
Vergi və Mühasibatlıq Zirvə Toplantısı yekunlaşdı – FOTO
“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvə Toplantısı keçirilib.
“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və “Pro Team Consulting & Outsourcing” şirkətinin, SİMA rəqəmsal imzanın şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.
4 moderator və 17 spiker “Rəqəmlərin Ritmi” şüarı ilə “Mühasibatlıq və rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası – rəhbər və mühasib”, “Maliyyə hesabatları və audit”, “Vergi riskləri” panelləri üzrə müxtəlif mövzuları müzakirə ediblər.
“Good Finance”şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Mühasibatlıq və rəqəmsallaşma” panelində “Davud Mamedov” MMC-nin baş direktoru Davud Məmmədov mühasibatlıq və kodinq, “Pro Team Consulting & Outsourcing” şirkətinin təsisçi və direktoru Sənan Rzayev gələcəyin mühasibi, “Avrora” MMC-nin maliyyə meneceri Simnar Paşazadə maliyyə uçotunda bilinməyən səhvlər və doğrular və “WeFinix” MMC-nin təsisçi və direktoru Şəhla Abdulla maliyyə sahəsində rəqəmsallaşma mövzularında təcrübələrini bölüşüblər.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu “Ziddiyyətlərin harmoniyası – rəhbər və mühasib” panelində biznes idarəçisi Vüsal Şərifov və Azərbaycan İnvestisiya Holdinqinin Mühasibat Uçotu və Maliyyə Hesabatlılığı şöbəsinin müdiri Vüqar İbrahimov müzakirə formatında suallara cavab veriblər.
“Maliyyə hesabatları və audit” paneli Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqovun moderatorluğu ilə baş tutub. EY Azərbaycan şirkətinin Azərbaycan Respublikasındakı filialının Vergi və Hüquq məsələləri üzrə partnyoru Arzu Hacızadə, “Rewe Group” şirkətinin Mühasibatlıq və maliyyə meneceri Bəhram Novruzov maliyyə auditinin vacibliyi və yekun nəticənin effektivliyi – real praktiki misallar, Bakı Mühəndislik Universitetinin müəllimi Elvin Həsənov PMS imtahanına hazırlaşmağın əsas metodları və “AzVirt” MMC-nin Daxili Audit Rəhbəri Müşfiq Bayramzadə maliyyə hesabatlarının hazırlanmasında əsas məqamlar mövzularında çıxış ediblər. Panel sonunda iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
“Good Finance” MMC-nin vergi konsultantı Teymur İslamlının moderator olduğu “Vergi Riskləri” paneli “Bizcon Audit” MMC-nin həmtəsisçisi və direktoru Anar Bayramov, “Ekvita” MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov, Vergi siyasəti Baş İdarəsinin Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin rəisi Elvin Məmmədli, “SM Consulting” MMC-nin təsisçisi Emin Səttarov, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev və “Finstab” MMC-nin təsisçisi Yusif Yusifzadənin spikerliyi ilə baş tutub. Sual-cavab formatında keçirilən panel zamanı iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda viktorinada iştirak edən iştirakçılara şirkətlər tərəfindən müxtəlif hədiyyələr verilib. Eyni zamanda, bütün iştirakçılara sertifiklatlar təqdim olunub.
Vergi və Mühasibatlıq Zirvə Toplantısının keçirilməsində dəstək olan sponsor, dəstəkçi və tərəfdaşlarımıza təşəkkür edirik!
Naxçıvan Dövlət Universitetində “Mühasibat uçotu” kitabının təqdimatı olub
Naxçıvan Dövlət Universiteti (NDU) Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ölkəmizdə keçirilən II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib elan edilən “Mühasibat uçotu” adlı kitabın təqdimatı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iqtisadiyyatın sürətli inkişafının, beynəlxalq münasibətlərin dərinləşməsinin, iqtisadi inteqrasiya prosesinin geniş vüsət almasının xarici investorların Azərbaycan iqtisadiyyatına marağını artırdığını bildirib, mühasibatlıq haqda bir çox qanunların imzalanmasının ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən söz açıb.
Universitetin mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Teymur Abbasov çıxışında deyib ki, mühasibat uçotu maliyyə xüsusiyyətli hadisə və proseslə əlaqədar məlumatların toplanmasını, qeyd edilməsini, təsnifləndirilməsini, təhlil edilməsini və şərh olunmasını öyrənən bir elmdir. Müasir dövr mühasibatlığının əsası 1973-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin yaradılması ilə qoyulub. Həmin qurum vasitəsilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları hazırlanıb və dünyanın bir çox ölkələrində tətbiqinə başlanılıb. Bu dövr əsasən Mühasibat Uçotunun Ümumqəbuledilmiş Prinsiplərinin formalaşması ilə xarakterizə olunur.
Kitab haqqında məlumat verən NDU-nun dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov qeyd edib ki, 15 fəsildən ibarət olan nəşrin birinci fəslində mühasibat uçotunun mahiyyəti, tarixi inkişafı və təsərrüfat subyektlərinin formalarından bəhs edilir. Sonrakı fəsillərdə isə ardıcıl olaraq maliyyə hesabatlarının elementlərindən, hesablar və ikili qeydiyyat prinsiplərindən, pul vəsaitləri, debitor borclar, ehtiyatlar və maliyyə aktivlərinin uçotundan, uzunmüddətli maddi və qeyri-maddi aktivlərin uçotu və amortizasiyası metodlarından, xüsusi kapital, öhdəliklər, gəlirlər və xərclərin yaranması və uçot prinsiplərindən söz açılır. Daha sonra maliyyə hesabatlarının təhlili qaydaları göstərilib. Sonuncu fəsildə isə praktiki nümunələr əsasında əhatəli şəkildə maliyyə hesabatlarının hazırlanması mərhələləri izah edilərək müəssisələrin qarşılaşacağı çoxsaylı problemlərə toxunulub.
Nəşrin müəllifləri “Cahan” Holdinq Şirkətlər İttifaqının Bakı şəhərindəki bazarlama xidmətinin maliyyə müdiri Elvin Həsənov və “Naxçıvanqaz” İstehsalat Birliyinin mühasibi Elvin Əlimərdanov çıxışlarında bildiriblər ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrləri, müəllimləri, müəssisədə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat uçotu elminə maraqlı olan digər şəxslər istifadə edə bilərlər. Hər iki müəllif kitabın təqdimatının təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Həmmüəlliflər qazandıqları mükafatın muxtar respublika elminə, təhsilinə göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıblar.
Bizi sosial şəbəkələrdə izləyin
Comments are closed, but trackbacks and pingbacks are open.