Press "Enter" to skip to content

Bakıdan Gələn Xəfiyyə – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Sayfa Sayısı: 272

Bakıdan gələn xəfiyyə

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

ISBN: 2000027307968

Bu kitab Azərbaycan milli detektivinin ən gözəl nümunələrindən biridir. Rusiyanın kiçik şəhərində baş vermiş sirli cinayətdə bir Azərbaycan türkü ittiham edilir. Bununla əlaqədar həmin şəhərdə milli ədavət qızışır. Nahaqdan təqib olunan, incidilən Azərbaycan türkləri çarəsiz durumda qalıb, doğma dövlət­lərindən kömək istəyirlər. Azərbaycan baş vermiş cinayəti araşdırıb həqiqi qatili tapmaq və bununla yaranmaqda olan milli ədavətə son qoymaq üçün məşhur cinayət-axtarış eksperti polkovnik Qanbay Qasımlını həmin şəhərə göndərir.

Məhsulun kodu: 9965
Janr: Детектив/Detektiv
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Elxan Elatlı
dil: Azərbaycan

şərhlər 0

Rey Bredberi
Stiven Kinq
Suzanne Collins
Stefani Morqan Mayer
Stiven Kinq
Aqata Kristi
Sidney Sheldon
Aqata Kristi
PULSUZ ÇATDIRILMA
Artur Konan Doyl
Aqata Kristi
Aqata Kristi
Haqqımızda
Aksiyalar Və Endirimlər

  • Möhtəşəm endirimlər
  • Pulsuz çatdırılma fürsəti
  • Bağda darıxırsan?
  • Hədiyyə Sertifikatları
  • VISA kartla ödəniş zamanı 7% endirim

Sifariş haqda

  • Sifarişi necə etmək?
  • Ödənişi necə etmək?
  • Promokodu necə istifadə etməli?
  • Bölgələrdən sifariş etmək qaydası
  • Çatdırılma
  • Sərfəli taksit imkanı
  • Bir kliklə alış-veriş
  • “Özün götür” xidməti nədir?
  • Bizimlə əlaqə saxlayın
  • Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
  • Geyimlərin rahat qaytarılması
  • Pulsuz dənəmə nədir?
  • Evə kitabxana lazımdır?

Bakıdan Gələn Xəfiyyə – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Bakıdan Gələn Xəfiyyə kimin eseri? Bakıdan Gələn Xəfiyyə kitabının yazarı kimdir? Bakıdan Gələn Xəfiyyə konusu ve anafikri nedir? Bakıdan Gələn Xəfiyyə kitabı ne anlatıyor? Bakıdan Gələn Xəfiyyə PDF indirme linki var mı? Bakıdan Gələn Xəfiyyə kitabının yazarı Elxan Elatlı kimdir? İşte Bakıdan Gələn Xəfiyyə kitabı özeti, sözleri, yorumları ve incelemesi.

09 Aralık 2022 17:00 Kitap

Kitap Künyesi

Orijinal Adı: Bakıdan Gələn Xəfiyyə

Yayın Evi: Elgün Nəşriyyat

İSBN: 9789952450163

Sayfa Sayısı: 272

Bakıdan Gələn Xəfiyyə Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Elxan Elatlının psixoloji detektiv janrında qələmə aldıgı “Bakıdan gələn xəfiyyə” romanı Rusiyada baş verən cinayətin təhqiqatından bəhs etsə də, burada bir-birindən kəskin fərqlənən müxtəlif insan surətləri yaradılmışdır. Əsərdə məhəbbət,insanlar arasında qarşılıqlı anlaşma,mənəvi təmizlik ön plana çəkilmişdir.

Bakıdan Gələn Xəfiyyə Alıntıları – Sözleri

  • Axırda qərara gəlmişdi ki, insanın yaşaması, sağlam olması və sağlamlıq uğrunda mübarizə aparması üçün elə birinci növbədə yaşamaq həvəsi, yaşamaq eşqi lazımdır. Bunun üçün də gərək həyatında nədənsə zövq alasan. Nəyinsə naminə yaşayasan, nəyinsə uğrunda çarpışasan.
  • Içində iblis xisləti gəzdirə gəzdirə səni sevən qadina özünü mələk kimi tanitmaq , onu aldatmaq xəyanət deyilmi?
  • –Nə qədər ki, insan var, cinayət də olacaq!
  • “Yaşamağa dəyərmiş! –deyə düşündü, –Doğrudan da dəyərmiş yaşamağa!”
  • -Deyirsiniz, elmin, texnikanın ən yüksək həddə çatacağı gələcəkdə yenə cinayətlər olacaq? -Nə qədər ki, insan var, cinayət də olacaq!
  • Bilirsən ki, adam öldürənlərin iki adı var:ya qəhrəman, ya cinayətkar. Ramil Səfərov qəhrəmandır, çünki öz dövlətinin bayrağını qorumuşdu.
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib.
  • Heç bir sirr açılmamış qalmır..
  • Lənət olsun o kəbinə ki, səni sevmədiyin, yaddan yad olan biri ilə bağlayacaq.

Bakıdan Gələn Xəfiyyə İncelemesi – Şahsi Yorumlar

Bakıdan gələn xəfiyyə (xilaskar): Rusiyada bir ailənin izzətini qorumaq üçün əlindən gələn hər şeyi edən Qanbay Qasımlı öz keçmişinin ağır izlərini bir daha xatlrlayır.İnsanları tanıdıqca tənhalığı seçmək belədir.İnsanların vəhşiliklərin gördükcə insan heyvanlara insanlardan daha çox sevgi göstərir. (Arzu Qasimova)

Normalda deyirlər ki, yəni ən azından mən belə eşitmişəm: “Xarici detektiv əsər oxuduqdan sonra, yerli detektiv janrda olan əsər oxumaq maraqsız və sadə olur.” Bu fikirlə razı deyiləm, heç olmasa oxuduğum bu kitaba əsasən deyirəm ki, xarici, yad fikirlərlə, bol informasiyalarla dolu, ustalıqla qələmə alınmış detektiv əsərdən sonra bu kitabı oxumaq, məni heç də sıxmadı. Əksinə deyərdim daha doğma gəldiyi üçün daha çox zövq aldım. So, bu fikir yanlışdır. Roman qalsın qıraqda, ümumi yazıçılara nəzər yetirsək də, deyə bilərəm ki, xarici yazarların yanında belə bir yazıçımızın olması qürurverici haldır. Başda təsviretmə bacarığı olmaqla hadisələrə qatdığı müəmma, sonadək oxucunu həyəcanlandıra bilir. Hətta deyərdim ki, Agata Christie’nin Puaro’suna, Dan Brown’un Lenqton’una baxdıqda Elxan Elatlının yaratdığı baş obrazı daha çox sevirəm. Kendisi soyuqqanlılıqda mənə çekmiş:) həqiqətən, Qanbay Qasımlı təmkini və baxış açıları ilə çox cool təsvir edilib, başda Sherlock olsa da. Əsər haqqında da ümumi məlumat verim. Hadisələr Moskvada bir yemək məclisində bir rus iş adamının zəhərlənməsi və onun erməni sürücüsünün öldürülüb çaya atılması ilə başlayır. Sonra da bu cür sirli düyünü aça bilməyən yerli müstəntiqlər, çıxış yolunu Bakılı xəfiyyədə görür.. Hə, belənçiy, maraqlı idi, oxuya bilərsüz. (Camal Cəfərov)

Bakıdan Gələn Xəfiyyə PDF indirme linki var mı?

Elxan Elatlı – Bakıdan Gələn Xəfiyyə kitabı için internette en çok yapılan aramalardan birisi de Bakıdan Gələn Xəfiyyə PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.

1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001’li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. “İhanet” romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları – Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları – Sözleri

  • “Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.”.. (Adsız Tablo)
  • “Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq. ” (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş. (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri. (Niyə Susursan, Polkovnik?)
  • “Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq” (Xəstə ruhlar)
  • Nə isə. Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş. (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız. (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur. (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, – Qasımlı başını kədərlə tərpətdi, – kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı. (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Comments are closed, but trackbacks and pingbacks are open.