Press "Enter" to skip to content

Книга – Susan qadın

Cəmi bir neçə dəqiqə əvvəl gözləri ilə gördüyü qorxunc mənzərədən hələ də özünə gələ bilməyən Səxavət mənzili tərk edərək pilləkənlə həyətə endi. Burada park edilmiş çox sayda avtomobillərin arasından keçərək qarşıdakı binaya doğru addımlayanda üçüncü blokun qarşısında on beşə yaxın məhəllə sakininin yığışdığını gördü.

Elxan elatlı dilnçi qadının sirri

«Bəyən» düyməsinə bas və Leydi.az xəbərlərini Facebook səhifəndə oxu!

  • Leydi.az
  • Hamiləlik
  • Övladınızın oğlan olacağını göstərən 19 əlamət!

Övladınızın oğlan olacağını göstərən 19 əlamət!

Uşağınızın cinsiyyətini öyrənməyin ən güvənilən yolu təbii ki ultrasondur. Hamiləliyinizin 3-cü ayını bitirmisinizsə, yəni 13-cü həftə civarında edilən müayinələrdə uşağınızın cinsiyyəti müəyyən olur. Lakin bəzən onu öyrənmək üçün daha uzun gözləyə bilərsiniz. 20-ci həftədə uşağın cinsiyyəti tam şəkildə müəyyən edilə bilir. Əgər siz bu qədər gözləməyə səbirsizlik edirsinizsə, aşağıdakı əlamətlərdən də anlaya bilərsiniz.
1. Uşağınızın ürək döyüntüsü dəqiqədə 140-dan daha azdırsa,
2. Qarnınız dikdirsə,
3. Ağırlığınız azdırsa və arxadan baxıldığında hamilə olduğunuz bilinmirsə,
4. Hamiləliyin ilk 3 ayında daima ürəyiniz bulanmırsa,
5. Sağ döşünüz soldakından daha böyükdürsə,
6. Ən az 1 dəqiqə müddətində aynada özünüzə baxanda göz bəbəkləriniz böyüyürsə,
7. Ürəyiniz şirin şeylər istəyirsə,
8. Ayaqlarınız hamiləlikdən öncəyə nisbətən daha çox üşüyürsə,
9. Dəriniz quruyursa,
10. Əlinizi göstərməyiniz istəndiyində əlinizin çölünü göstərirsinizsə,
11. Hamilə qaldığınız cinsi münasibət zamanı həyat yoldaşınız sizdən daha istəkli idisə,
12. Ayaq tükləriniz sürətli uzanır və qarnınızda da tüklər çıxırsa,
13. Bir diş sarımsaq yeyəndə iyi çox kəskin gəlirsə,
14. Hamiləlik zamanı saçlarınız daha dolğun və parıldayırsa,
15. Yatarkən sol tərəfinizə üstünlük verirsinizsə,
16. Yatarkən üzünüz yastığın yuxarısındadırsa,
17. Sidiyiniz sarı rəngdədirsə,
18. Ultrasonda uşağınızın əyri alnı və kvadrat çənəsi varsa,
19. Sinə uclarınız çox tündləşirsə övladınız oğlan ola bilər. Nəzərə almalısınız ki, burda yazılan əlamətlərin elmi təsdiqi yoxdur.

Книга – Susan qadın

Çağdaş ədəbiyyat #7
Elxan Elatlının “Susan qadın” psixoloji-detektiv romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Mürəkkəb sevgi və ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə bir çox oxucunun özünü tapacağına əminik. “Susan qadın” romanının əsas süjeti bir cinayətin axtarışı üzərində qurulub. Lakin bu cinayət necə bir cinayətdir, buna oxucu özü cavab verəcək. Hər halda ölümlə nəticələnmiş ağır bir cinayət var və təqsirkar axtarılır. Romanın ikinci əsas qəhrəmanı yazıçının əvvəlki bir çox romanlarından tanıdığınız istefada olan polis polkovniki, məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıdır. Oxucular əsərdə onun apardığı maraqlı təhqiqatla bərabər şəxsi həyatında baş vermiş bəzi kədərli yeniliklərlə də tanış ola biləcəklər.

BİR SOYUQ YANVAR GECƏSİ

Gözünü bir anlıq ekrandan çəkib divanda yanaşı oturduğu arvadına baxdı. Qadın ağsaçlı başını yenə sinəsinə endirmişdi. Əslində, onun televizor önündə beləcə mürgüləməsi ilk dəfə deyildi və Səxavət buna alışmışdı, lakin yenə də dözməyib narazı bir ahənglə səsləndi:

Ayıqlıqla yuxunun arasında çabalayan qadın yumulmuş göz qapaqlarını ani olaraq qaldırıb yenidən saldı.

– Bənövşə! – arvadının böyrünü yüngülcə dümsükləyərək səsini qaldırdı.

– Hə!? – diksinib ayılmış qadın başını sinəsindən qaldırdı və heç nə olmayıbmış kimi onu səsləyən Səxavətə deyil, televizora baxdı. Ərinin deyəcək başqa sözünün olmadığını, yalnız oyatmaq məqsədi ilə səslədiyini öz təcrübəsindən yaxşı bilirdi.

– Saat on ikiyə işləyib. Yuxun gəlirsə, dur, get, yatağında yat. Nə məcburdur, burda oturub mürgüləyəsən, onsuz da, seriala baxmırsan.

Bunu astadan yuxulu səslə deyən Bənövşə gözlərini inadla ekrana zilləsə də, bir dəqiqə keçməmiş göz qapaqları yenidən yığılmağa başladı. Ziya ilə İntizar analarına baxıb bic-bic gülümsədilər və tez də ətraflarındakı hər şeyi unudaraq yenidən maraqlı türk serialının təsirinə daldılar.

Səxavət yaşı əlli dördü yenicə ötməsinə baxmayaraq gözlərinin ətrafını dərin qırışlar bürümüş həyat yoldaşına baxıb qüssə ilə köks ötürdü və guya serialı seyr edirmiş kimi üzünü yenidən televizora çevirdi. Bilirdi ki, hər gün səhər saat beşdə yatağından qalxıb kürəyində “kommunal xidməti” yazılmış sarı ilə yaşılın qarışığı rəngdə arxalığını geyinərək məhəllə sakinlərinin həyətə tulladığı zibilləri yığışdırmağa, küçələri süpürməyə gedən Bənövşə bu saat ancaq ona və uşaqlarına görə dözüb yanlarında oturur. Ailənin həftə boyu hər axşam saat 21:00-da başlayıb 00:30 radələrində bitən hansısa bir serialı vardı və üç saat yarım davam edən bu müddət dördünü bir araya gətirən yeganə zaman aralığı idi. Ər-arvad səhər yataqdan qalxanda universitet tələbəsi Ziya ilə orta məktəbin son sinif şagirdi İntizar yuxuda olurdular. Səxavət marşrut avtobusu sürdüyü üçün evə hava qaralandan sonra gəlib çıxa bilirdi. Bəli, ailə üzvlərinin tam şəkildə bir otağa yığışması yalnız serial zamanına təsadüf edirdi.

Hər həftənin yuxuya qədərki gecə saatlarını dolduran yeddi serialdan ikisi Bənövşənin zövqünə uyğun gəldiyi üçün onları daha artıq maraqla izləyir, digərlərinə isə yalnız ərinin və ya uşaqlarının xatirinə baxırdı. Elə ailənin digər üzvləri də bu məsələdə onun kimi idilər. Özlərinin xüsusi serialları vardı. Hal-hazırda Türkiyə milli istixbarat təşkilatının fəaliyyətindən bəhs edən “Təşkilat” serialına baxırdılar. Bu serialın əvvəldən əsas azarkeşi Səxavət idi, lakin son həftələr Ziya ilə İntizar da onu maraqla izləyirdilər. Bənövşə isə serialda gedən siyasi söhbətlərdən bir şey anlamasa da, yoldaşlıq naminə dözüb axıra kimi oturmağa çalışırdı.

Serial saatları bu ailə üçün vaxtını əyləncəli keçirməkdən daha böyük, daha əhəmiyyətli bir vasitə idi. Ailəni bir neçə saat eyni otaqda saxlayan, cismən və ruhən yaxınlaşdıran, birləşdirən, həmrəy edən, küsüblərsə, barışdıran bir vasitə…

Səxavətin fikrincə, arvadı artıq təqaüdə çıxıb ömrünün son illərini dincəlməli durumda idi. Lakin indiki qanunlara görə, təqaüdə çıxmasına hələ doqquz il vardı. Bəli, doqquz il! Görəsən, içini xəstəliklər bürümüş yazıq qadın bundan sonra doqquz il yaşaya biləcəkdimi? Elə Səxavətin özü… Mədəsi xəstə idi. Son aylar gözləri də xeyli zəifləmişdi. Çalışırdı ki, iş yerində bunu kimsə bilməsin, yoxsa ona marşrut avtobusu etibar etməz, işdən qovardılar. Əlli altı yaşı yenicə tamam olmuşdu və onun da təqaüdə çıxmasına doqquz il vardı.

Başını çevirib oğrun nəzərlərlə divardakı fotoya baxdı. Bir il üç ay əvvəl qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş böyük oğlu Zamir iri çərçivəyə salınmış bu fotodan ona üzüntülü kədərlə baxırdı.

Universiteti bitirib əlinə yenicə müəllimlik diplomu alan Zamir işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşlərə qorxmadan, çəkinmədən könüllü getmişdi. Üçüncü mərtəbədə onların üstündəki mənzildə yaşayan tosqun kişinin bahalı “Audi” sürən oğlu kimi qaçıb gizlənməmişdi. Səxavət ürəyinin dərinliyində bununla fəxr edirdi. Ancaq oğlunun şəhid olması ilə heç fəxr edə bilmədi. Şəhid atası olduğunu tez-tez dilinə gətirib qürrələnmədi. Axı hansı daşürəkli ata öz övladının ölümünə sevinə bilərdi? Səxavət çox istəyərdi ki, oğlu müharibəyə gedib qəhrəmanlıqla vuruşsun, ad qazansın və sağ-salamat evinə-ocağına dönsün. Şəhid olmasını isə heç istəməzdi. Bu ölüm onun bütün həyatını qaraltmışdı. Onun da, Bənövşənin də belini bükmüş, ürəklərinə göynərtisi heç zaman çəkilməyəcək qızmar dağ basmışdı.

Bir il üç ay, yəni on beş ay, yəni dörd yüz əlli beş gün keçirdi oğlunun ölümündən. Bu müddət ərzində Səxavətlə Bənövşənin üzləri bir dəfə də olsun, gülməmişdi. Elə uşaqların da… Yazıqlar məzəli bir söz eşidərək qeyri-ixtiyari güləndə gözləri divardakı fotoya sataşır, üzlərindəki gülüş dərhal çəkilib yerini kədərə verirdi. Səxavət bir neçə dəfə istəmişdi ki, uşaqlarına görə şəhid oğlunun fotosunu divardan götürsün, lakin buna əli gəlməmişdi…

Əlini pencəyinin cibinə salıb siqaret qutusunu çıxardı və onu tez də qaytarıb yerinə qoydu. Heç vaxt mənzildə siqaret çəkməzdi. Bunun üçün hər dəfə balkona çıxırdı. İndi isə, baxmayaraq ki, onsuz da diqqəti serialdan yayınmışdı, yenə onu buraxıb otağı tərk etmək istəmirdi. Uşaqlar atalarının fikirli olduğunu və serialı bu səbəbdən seyr etmədiyini duya bilərdilər. “Bircə reklamlar tez başlasaydı” – deyə düşündü.

Əvvəllər siqaret çəkən olmamışdı. Oğlunun ölümündən sonra başladı bu zərərli vərdişə. Həm də gündə nə az, nə çox, iki qutuya yaxın çəkirdi. Çəkdiyi siqaret ən ucuzlarından olsa da, aylıq maaşının, az qala, yarısı tüstüyə gedirdi. Çünki uyğun mafiyanın yaratdığı monopoliya ucbatından marketlərdə siqaretlər öz dəyərindən qat-qat bahasına satılırdı. Səxavət hər dəfə bir qutu siqaretə üç çörəyin pulunu verməyə məcbur olanda ürəyi sızıldayır, buna baxmayaraq içini yeyib-dağıdan ağır dərdlər ağ ciyərlərini korlayan bu zəhrimarı tərgitməsinə imkan vermirdi.

Axır ki, seriala fasilə verdilər, reklamlar başladı. Bayaqdan bunu gözləyən Səxavət əlini cibinə atıb divandan qalxaraq balkona qaçdı. Qutudan tələsik çıxardığı siqareti yandırmaq istəyəndə qulağına uzaqdan çığırtı səsi gəldi. Bu, qadın çığırtısı idi. Amma yox, səs elə də uzaqdan deyil, düz qarşısındakı 12 nömrəli yeddimərtəbəli binadan gəlirdi. Sanki çarəsiz vəziyyətdə qalmış qadın haray salıb kömək istəyirdi. Başını səs gələn tərəfə doğru qaldırdı. Binanın həyətə baxan hissəsində yalnız üç-dörd mənzilin işığı yanırdı. Ən yuxarı mərtəbələrdə isə tək bir pəncərədən işıq gəlirdi və Səxavətin gözləri həmin pəncərədə elə bir şey gördü ki, həyəcandan dodaqları arasına qoyduğu siqareti yerə saldı.

Bir kişinin pəncərədən aşağı atdığı yarıçılpaq qadın son dəfə dəhşətli bir səslə çığırdı. İkinci mərtəbənin tuşuna çatanda binanın önündən keçən açıq elektrik məftillərinə toxundu. Partlayış baş verdi, alovlu qığılcımlar ətrafa səpələndi və qadın yerə düşərək zərblə torpağa çırpıldı.

Başını yenidən yuxarı qaldıran Səxavət işıqlı pəncərədə qadını aşağı tullayan həmin kişini ani olaraq bir daha görə bildi. Qatil dərhal pəncərənin pərdəsini qapayıb geri çəkildi və bir neçə saniyə sonra otağın işığı söndü. İndi bu pəncərə də binanın əksər pəncərələri kimi qaranlığa bürünmüşdü.

Geniş həyəti dörd yaşayış binası əhatə edirdi və bunların dördü də yeddimərtəbəli idi. İkinci mərtəbədəki mənzilinin balkonunda donub durmuş Səxavət məhəllə sakinlərinin çığırtı səsini eşidərək pəncərə və balkonlardan boylandıqlarını görürdü. Həyətə enərək hadisə yerinə tələsənlər də vardı.

Qəfil üşüdüyünü hiss etdi. Həmin gün – yanvar ayının 16-sı bazar günü ölkənin dağlıq rayonlarına yağmış qarın acı soyuğu Bakıya da gəlib çatmış, şəhərdə temperatur birdən-birə kəskin aşağı düşmüşdü. Qapını açıb otağa girdi. Televizorda reklamlar gedirdi. Bənövşə çay qoymaq üçün ayağa qalxmışdı. Uşaqlar isə az əvvəl serialda gördükləri hansısa epizod barəsində mübahisə edirdilər.

Onun üzündəki təlaşı birinci Bənövşə duydu:

– Nə olub, ay kişi?

Səxavət dillənənə kimi bir neçə dəfə udqunmalı oldu. Sonra əlini balkona tərəf uzadıb kəkələdi:

– O binadan bir qadın pəncərədən atıldı…

– Sən nə danışırsan, – Bənövşə əlini üzünə aparıb yanağını çəngələdi, – özünü atdı?

– Yox… Onu atdılar…

– Atdılar? – oğlu qorxu ifadə edən titrək səslə pıçıldadı.

– Hə… Gözlərimlə gördüm…

– Allah, sən özün kömək ol! – Bənövşə bu dəfə əlini dizinə çırpdı. Bəs bilmədin ki, kimdir o bədbəxt balası?

– Yox, hardan bilim?

– Hansı mərtəbədən atdılar, ata? – balkonun qapısına doğru gedən Ziya təlaşla soruşdu.

Səxavət başını təəssüflə yellədi:

– Yuxarı mərtəbələrdən idi. Ya altıncı, ya da yeddinci…

Bunu deyən Bənövşənin səsində dəhşət var idi.

– Mən oraya gedirəm, – köhnə paltosunu tələm-tələsik əyninə keçirən Səxavət dedi, – görüm kimdir bu zavallı.

– Getmə, – arvadı etiraz etdi, – sənin nə işin var orada?

– Nə olar gedəndə?

– Sonra sənin də başın ağrıyar.

– Ağrımaz, sən işində ol. Siz də həyətə çıxmayın, uşaqlar.

Cəmi bir neçə dəqiqə əvvəl gözləri ilə gördüyü qorxunc mənzərədən hələ də özünə gələ bilməyən Səxavət mənzili tərk edərək pilləkənlə həyətə endi. Burada park edilmiş çox sayda avtomobillərin arasından keçərək qarşıdakı binaya doğru addımlayanda üçüncü blokun qarşısında on beşə yaxın məhəllə sakininin yığışdığını gördü.

Onların arasında Babakişi ilə oğlunu, bir də bərbər Kazımı tanıya bildi. Babakişi həmin bu binanın ikinci mərtəbəsində 32 nömrəli mənzildə olurdu. Taksi sürücüsü idi. Hər gün öz köhnə “Mercedes”i ilə həyətdə dayanıb müştəri gözləyirdi. Oğlu Tərlan da taksi sürürdü, amma burada dayanmırdı, hər gün səhər tezdən şəhərə çıxıb bir də axşam qayıdırdı. Saçının çox hissəsi tökülmüş bərbər Kazım da bu məhəllədə olurdu. Həyəti əhatəyə almış dörd binadan birində – sağdakı binada. Elə həmin binanın birinci mərtəbəsində özünə balaca bir bərbərxana açmışdı. Pinti, həm də bacarıqsızın biri idi. Lakin bunlara baxmayaraq şirin dilinə, bir də işini ucuz qiymətə gördüyünə görə məhəllə kişilərinin çoxu, o cümlədən Səxavət də saçını ona düzəltdirirdi.

Babakişi də, deyəsən, hadisə yerinə indicə gəlmişdi. Buraya daha tez yetişənlərdən nə baş verdiyini soruşurdu. Ona dəqiq cavab verən yox idi. Yalnız kişilərdən biri dedi ki, çığırtı və elektrik məftillərində baş verən partlayışın səsini eşidərək pəncərədən baxıb və yerə düşən adamı görərək buraya qaçıb. Onun fikrincə, bu, intihar idi. Hadisə yerindəki digər sakinlər o kişiyə etiraz etmədilər. Onları qınamaq da olmazdı, çünki son illər ölkədə intiharların sayı hədsiz çox artmışdı.

Səxavət adamların arasından sivişib qabağa adladı və bu zaman alaqaranlıqda gördüyü acınacaqlı mənzərə az əvvəl keçirdiyi sarsıntını bir az da artırdı. Divardan iki metr aralı, alçaq bəzək kollarının arasına sağ böyrü üstə düşmüş gənc qadın bir ayağını qabağa uzadaraq digər ayağını qarnına doğru yığmışdı. Əynində çəhrayı fon üzərində bəyaz gülləri olan yataq geyimi vardı. Köynək sinəsinə doğru sıyrıldığı üçün vücudunun çox hissəsi və bəyaz rəngli bikinisi açıqda qalmışdı…

Qarın və böyür hissəsində nazik qara zolaqlar diqqəti cəlb edirdi. Səxavət dərhal düşündü ki, bu zolaqlar yanıq izləridir və qadın açıq elektrik məftillərinin üzərinə düşərkən yaranıb. Sol əli açıq idi. Lakin sağ əlini nədənsə bərk-bərk yummuşdu. Sanki ovcunda nəyisə saxlayırdı. Buraya toplaşanlardan heç biri bədbəxt qadına yaxınlaşmağa cəsarət etmir və heç kəs də ağzını açıb bir kəlmə söz demirdi. Deyəsən, hamı şokda idi.

Yalnız Babakişi bir qədər irəliləyib meyitə doğru aşağı əyildi və tez də dikəlib yanındakılara bunu dedi:

– Tanıdım bu qadını, İsrafilin gəlinidir.

– İsrafilin gəlini? – Kazım nədənsə heyrətləndi.

İsrafili Səxavət də tanıyırdı. Yəni, əslində, onu məhəllədə tanımayan olmazdı. Məşhur bənna olmuşdu. Son illər isə həm qocalmışdı, həm də onurğa ağrısından əziyyət çəkdiyi üçün işləmirdi. Üz ifadəsi hər zaman çoxlu acı bibər yemiş adamı xatırladırdı. Hamı ilə sərt danışırdı. Səxavətin onunla salam-kəlamı yox idi, ancaq işə getməyib evdə qaldığı günlərdə balkonda siqaret çəkərkən dəfələrlə balaca oğlan nəvəsini həyətdə gəzdirən görmüş, hətta bir dəfə öz-özünə, “Sağ əlin başıma, ay İsrafil kişi, o gün olsun, sənin kimi beləcə nəvəmi gəzdirim” – demişdi…

– Hə, – Babakişi bərbərə başını tərpətdi, – Eyvazın həyat yoldaşıdır. Bir abırlı gəlin idi bədbəxt… Bu blokun yeddinci mərtəbəsində 41 nömrəli mənzildə olurlar. – Bunu deyib meyitdən kənara çəkilərək ucadan səsləndi: – Siz baxmayın, ay kişilər, günahdır, hamınız bu tərəfə gəlin, qoy qadınlardan biri bunun üstünü-başını düzəltsin.

İki qadın dərhal irəli çıxdı və onlardan biri yerə sərilmiş gəlinin köynəyinin ətəyini aşağı çəkərək bədəninin bikini ərazisini naməhrəm gözlərdən gizlətdi.

Bərbər Kazım adamlardan aralanıb başını yuxarı qaldırdı. Səxavət də ona doğru bir neçə addım ataraq binaya baxdı. Bu binanın həyətə baxan tərəfində balkon yox idi, balkonlar o biri tərəfdə yerləşirdilər. Burada isə yalnız pəncərələr vardı. Altı və yeddinci mərtəbələrdən işıq gəlmirdi.

– Bu necə olur axı, – Kazım yenidən sakinlərə yaxınlaşaraq təəccüblə dilləndi, – İsrafillə arvadı evdə, Eyvaz evdə, gecənin bu vaxtında gəlin özünü pəncərədən atıb intihar edir. İndi baxdım, pəncərələrindən işıq gəlmir. Belə çıxır ki, heç birinin bu intihardan xəbəri yoxdur?

– Həqiqətən, qəribədir, – kimsə onun sözlərinə şərik çıxdı.

Səxavət düşündü ki, bir az əvvəl balkondan gördüklərini, onsuz da, gizlədə bilməyəcək və danışmaq qərarına gəldi:

– Bu, intihar deyil, ay camaat, bədbəxt qadını pəncərədən aşağı zorla atdılar!

Hadisə yerinə toplaşmış iyirmidən çox kişi və qadın ona heyrətlə baxırdılar. Birinci bərbər Kazım dilləndi:

– Nə danışırsan, ay kişi, elə şey olmaz!

– Təəssüf ki, oldu.

– Deyəsən, sən nəsə görmüsən? – sualı Babakişi verdi.

– Hə… – başını təsdiq mənasında tərpətdi. – Siqaret çəkmək üçün balkona çıxmışdım, onda gözümlə gördüm, bu gəlini bir kişi pəncərədən aşağı tulladı.

– Kişi? – taksi sürücüsü, az qala, çığırdı.

– Hə, məncə, kişi idi. Qadını pəncərədən aşağı atdı, sonra da pərdəni çəkib otağın işığını söndürdü.

– Sən özün kömək ol, ay Allah, qulağımız nələr eşidir!? – başqa bir sakin əllərini göyə açdı.

– Ay aman, yazıq gəlini öldürüblərmiş! İki uşaq anasını. İki körpəsi vardı, biri üç, biri bir yaşında. Əlləri qurusun, hər kimdirsə! – yaşlı bir qadın qışqırıb səs-küy salmaq istəyirdi ki, onu sakitləşdirdilər.

Blokun açıq qapısından çıxan biri Səxavətin diqqətini cəlb etdi. Bu, qara rəngli uzun plaşının yaxalığını qaldırmış, şapkasını alnına qədər basaraq əllərini ciblərinə qoymuş gənc bir kişi idi. Blokun qapısına yaxın toplaşmış adamlara ani bir nəzər salaraq tez də üzünü çevirdi və demək olar ki, qaçaraq uzaqlaşdı. Bu zaman dönüb yan-yörəsinə baxan Səxavət Babakişinin həmin adamın arxasınca diqqət kəsildiyini gördü. Taksi sürücüsünün üzündə müəmmalı ifadə vardı.

Həmin vaxt kimsə qadının tərpəndiyini bildirdi və hamının diqqəti dərhal ona yönəldi.

– Hə, tərpənir, hələ sağdır, – başqa birisi həyəcanla bağırdı.

– Təcili yardım çağırmaq lazımdır, – qadınlardan biri dedi.

Bir gənc oğlan arxadan dilləndi:

– Mən çağırmışam. Buraya gələn kimi təcili yardıma da, polisə də zəng vurdum.

Yaralı qadın gözlərini azacıq açaraq inildədi. Nəsə deyirdi sanki, ancaq Səxavət onun dodaqları arasından çıxan qırıq kəlmələri anlamadı. “Elmir”, – deyirdi deyəsən. Yəqin oğlunun adı Elmir idi…

Adamların arasından məhəllənin ən yaşlı sakini Lyuba qarının etiraz dolu səsi eşidildi:

– Ona nəsə eləmək lazımdır, ay insanlar! Görürsünüz ki, acı çəkir. Oradan çıxarıb rahat yerdə uzadın, ambulans gələnə kimi ilkin tibbi yardım göstərin. Belə olmaz axı, ürəyiniz daşdandır sizin?

– Arvad düz deyir, gəlin onu kolların arasından çıxaraq, – Babakişinin oğlu Tərlan təklif etdi.

Bərbər Kazım ona etirazını bildirdi:

– Yox, ay bala, duruşunu pozmaq olmaz, qoy polis gəlsin, baxış keçirsin, yəqin, hələ fotosunu da çəkəcəklər. Həm də kimsənin əl izləri qalmasın meyitin üzərində.

– Sən nə boş-boş danışırsan, ay kişi, – Səxavətin tanımadığı bir ağsaqqal bərbərin üstünə bozardı, – meyit deyil bu, ağrı çəkən canlı insandır. Başının üstündə durub ölməsinə tamaşa edəcəksiniz?!

Ağsaqqalın fikrini çoxları təsdiq etsə də, hadisə yerinə yığışanlardan heç kim can çəkən qadına yaxınlaşmadı.

– Bunu kim atıb, görəsən? – Babakişi astadan mızıldandı. – İsrafil, ya oğlu?

– Darıxma, polis gəlsin, hər şey məlum olacaq.

– Bilirsiniz, nə maraqlıdır? – buradakılardan bir başqası uca səslə dilləndi. – Biz bu qədər adam buraya yığışmışıq, ancaq İsrafilin ailəsindən kimsə yoxdur.

– Niyə olsun? – gənc bir oğlan ona ironiya ilə cavab verdi. – Öldürmək üçün pəncərədən aşağı tullayıblar, durub dalınca gəlməyəcəklər ki!?

Bu vaxt binadan bir nəfər çıxıb tərəddüdlü addımlarla onlara yaxınlaşdı. Üz ifadəsində heyrət, ağır kədər və daha çox qorxu vardı. Əyninə təzə kostyum, onun üstündən qalın dəri gödəkcə geyinmişdi. Səxavət otuz yaşlarında olan bu hündürboylu, yaraşıqlı oğlanı həyətdə dəfələrlə görmüşdü, lakin kim olduğunu bilmirdi.

– Əri gəldi! – kimsə ucadan səsləndi və hər kəsin diqqəti birdən-birə gələn adama yönəldi.

– Eyvaz?! – Babakişi də hamı kimi bərəlmiş gözlərini ona zilləmişdi. – Bu nə işdir, ay bala?

Eyvaz adlandırılan gəncin üzünün rəngi solmuş, saçları dağılaraq bir-birinə qarışmışdı. Köynəyinin yuxarıdan birinci və üçüncü düymələri açıq idi. Onun bu acınacaqlı durumu şıq kostyumu və parıldayan qara rəngli təzə tufliləri ilə heç uyuşmurdu. Həyəcandan dodaqları titrəyirdi.

– Odur. Əsmərdir. – deyə konkret kiməsə müraciət etmədən dilləndi.

Adamlar heç nə demədən çəkilib ona yol verdilər və Eyvaz alçaq bəzək kollarının arasında sərilib qalmış həyat yoldaşına yaxınlaşdı.

– Niyə belə elədin, Əsmər?

Gənc qadın gözlərini bir anlıq açıb-yumaraq inildədi. Nəsə deyəsi halı yox idi.

– Niyə belə elədin? – zarıltılı səslə təkrar etdi.

– Hələ sağdır, təcili yardım çağırmışıq, – adamlardan biri ona xitabən səsləndi.

Eyvaz başını döndərib həmin kişiyə key nəzərlərlə baxsa da, dillənmədi…

Səkkiz il əvvəl gəncliyinin ilk illərini yaşayan Əsmər universitetin birinci kursunda oxuyurdu. Qönçə ilə birlikdə Biləcəri qəsəbəsindəki kirayə həyət evində qalırdılar. Tale deyilən şey Bakıya ölkənin ayrı-ayrı uzaq guşələrindən gəlmiş bu iki qızı həmin kiçik evdə birləşdirib yaxın etmişdi. Əsmər tələbəliyin ilk günlərində şəhərdəki hündür yaşayış binalarının birində, uzaq qohumları olan bir ailədə qonaq kimi qalırdı. Uşaqlı ailənin içində olmaq onu çox sıxırdı. Səs-küy, tünlük, ailə ilə onun gün rejimlərindəki fərqlər… Bu səbəblərdən Qönçə deyəndə ki, atasının dostu Biləcəridəki həyət evini ucuz qiymətə kirayəyə verir, bu qızı yaxından tanımamasına rəğmən onunla ev yoldaşı olmağa razılaşdı.

Və sonradan bu qərarına peşman olmadı. Xarakterləri xeyli dərəcədə fərqli olsa da, yoldaşlıqları baş tutmuşdu. Bu da Qönçənin həyat eşqi ilə dolu, şən, zarafatcıl, istiqanlı biri olmasından qaynaqlanırdı. Birinci kursda hələ bir az sakit idi zalım balası, ikiyə keçəndən sonra birdən-birə xeyli açılışdı. Universitetdə tənəffüs zamanı səsi auditoriyanı və dəhlizləri başına götürürdü. Hamını bir-bir söhbətə tutur, hamı ilə zarafatlaşırdı.

Qruplarındakı iyirmi beş tələbədən iyirmi üçü qız idi və Qönçə bu qızlar arasında öz fəallığı, liderlik qabiliyyəti ilə seçilirdi. Qrupda ən çox Lamiyə ilə tuturdu onunku. Qönçə bir qədər əsmər, Lamiyə ağmaya olsa da, bu iki qız qrupun ən gözəl qızları sayılırdılar. Azərbaycan tarixindən seminar aparan Tofiq müəllim onlara “bir cüt çiçək” adı qoymuşdu.

Universitetlərin bütün qruplarında olduğu kimi Əsmərgilin qrupunda da ikinci kursdan başlayaraq ümumi birlik pozuldu, düşüncə tərzinə görə bir-birilərinə uyğun gələnlər birləşib kiçik qruplaşmalar yaratdılar. Hər kiçik qrupun lideri də məlum idi, bilinirdi ki, qızlar burada kimin başına toplaşıblar. Əsmər, Lamiyə, Qönçə, Fərihə və Əfsanədən ibarət qrupun lideri Qönçə idi. Əslində, heç bir qrupa qoşulmaq istəməyib təkliyə meyil edən Əsmərin düşüncə tərzi bu qızlarla uyğun gəlmirdi və yalnız Qönçə ilə ev yoldaşı olduğu üçün onların arasında idi.

Həmin dörd qızın heç biri dərs oxuyan deyildi. Qrupdakı digər qızlar kimi dərsə universiteti bitirib diplom almaq xatirinə gəlirdilər. Əsmər isə diqqət və zamanını bilik qazanmağa vermişdi. Qrupda iki əlaçıdan biri idi. Bir o idi, bir də qrup nümayəndəsi Nəzrin. Əslində, dekan müavini ilə “dostluq” edən Nəzrin saxta əlaçı idi, qiymətləri güzəştlə yazılırdı. Bu nəzərə alınarsa, sinifdə fikrini-diqqətini yalnız dərsə verən yeganə tələbə Əsmər idi.

Onların beş nəfərlik dəstəsinə digər yoldaşları “Gözəllər dəstəsi” adı qoymuşdu. Qönçə ilə Lamiyə məlum məsələdir ki, təkcə qrupda yox, bütün fakültədə ən gözəl qızlar idilər. Əfsanə də normal idi, kosmetikadan gen-bol istifadə edib özünə bəzək-düzək verməklə gözəllər cərgəsinə girmişdi. Suyuşirin bir qız olan Fərihə isə boyu dəstədəki digər qızlarla müqayisədə bir qədər qısa olsa da, cəzbedici fiqurası vardı. Məlum məsələdir ki, özü gözəl olan bir qız kifir biri ilə rəfiqə olmaq istəyər, ancaq azacıq ağlı olan kifir qız heç vaxt gözəl rəfiqəsinin olmasını istəməz. Çünki gözəl rəfiqənin yanında onun kifirliyi daha çox nəzərə çarpacaq. Qönçə və Lamiyə kimi qızların dəstəsinə qoşulan qız kifir ola bilməzdi. Bəli, Əsmər də özünü kifir saymırdı. Yüz yetmiş üç boyu, qumral dərili cazibədar üzü, qızların qibtə hissi ilə təriflədikləri iri ala gözləri, doğuşdan hamar olan uzun qara saçları vardı. Bəlkə, bir az qədərindən artıq arıq idi, amma bunu da dərd etməyə dəyməzdi, çünki bu dövrdə arıqlamaq istəyən qızların sayı kökəlmək istəyənlərdən dəfələrlə çox idi.

Əsmərin arzuları vardı: Bakalavr pilləsini əla qiymətlərlə bitirib təhsilini magistraturada davam etdirmək və Bakıda qalıb ali məktəblərin birində müəllim işləmək. İstəyirdi ki, məqamı yetişəndə özü kimi, hətta özündən daha bilikli, bacarıqlı birini sevə bilsin, onunla ailə qursun. Bakının mərkəzi hissələrində mənzilləri, özünün minik avtomobili olsun. Mənzili öz zövqünə görə bəzəsin. Amerika Birləşmiş Ştatlarına səyahət etməyi çox arzu edirdi. Buna görə ingilis dilini birinci kursdan xüsusi səylə öyrənməyə başlamışdı. Hətta arzu edirdi ki, imkan olsa, həyat yoldaşı ilə köçüb Amerikaya getsin. Orada üç-dörd il öz həyatlarını yaşayandan sonra uşaqları olsun. Kiçik ailə birlikdə televizora baxanda, gəzintiyə gedəndə, nahar üçün masa arxasına toplaşanda bir-biriləri ilə lap o filmlərdə, seriallarda gördüyü kimi yüksək səviyyədə mədəni rəftar etsinlər. Hərdən bir aylığa vətənə gəlib burada ata-anası ilə xoş zaman keçirsinlər. Bir az rayondakı kəndlərində, bir az da Bakıdakı evlərində…

Hansısa bir oğlanla sevib-sevilmək, ailə qurmaq, əslində, planının sonrakı bölmələrinə aid idi. Hazırda bu barədə düşünmürdü. Oğlanlarla işi yox idi. Atasının, “Səni oraya dərs oxumaq üçün göndərirəm, başqa axmaq işlər üçün yox!” – sözlərini unutmamışdı. Valideynlərinin nəsihət və tələbləri bir yana dursun, Əsmərin öz içində əks cinsə qarşı laqeydlik vardı. Hansısa oğlan ona mənalı baxışlarla göz yetirəndə Qönçədən, Lamiyədən, Əfsanədən, Fərihədən fərqli olaraq heç də həzz almır, əksinə, özünü cinsi təcavüzə uğramış kimi hiss edib hiddətlənirdi.

Qönçə ilə birlikdə universitetə marşrut avtobusla gedib-gəlirdilər. Burada tez-tez rastlaşdığı bir oğlan ona xüsusi göz qoymağa başlamışdı. Bu avtobus hələ də kart sisteminə keçməmişdi, sərnişinlər sürücüyə nağd ödəniş edirdilər. Təbii ki, Əsmərlə Qönçənin hər biri öz gediş haqlarını ayrılıqda ödəyirdilər. Bir dəfə Əsmər pulunu vermək üçün sürücüyə yaxınlaşanda bütün yol boyu gözlərini ondan çəkməyən oğlan tələsik qabağa keçib onun da pulunu ödəyibdi və: “Mən verdim, düşün” – dedi. Əsmər onun bu hərəkətindən necə əsəbləşdisə, sürücünün qarşısından həmin pulu götürüb oğlanın arxasınca səkiyə tulladı və sonra özü gediş haqqını ödəyərək yerə endi. Onun bu sərt təpkisi oğlan üçün gözlənilməz olmuşdu. Deməyə söz tapmayıb pərt halda uzaqlaşdı. Onda Qönçə Əsməri o ki var, danladı: “Sən necə qızsan, anlaya bilmirəm, – dedi, – sənin üçün otuz qəpik ödəyəndə dünya dağılardı?” Əsmər rəfiqəsi ilə razılaşmayıb onu başa salmağa çalışdı ki, dünya dağılmazdı, amma bu jesti qəbul etsə, oğlan bundan sonra ondan əl çəkməyəcəkdi.

Fakültədə ondan iki kurs yuxarı oxuyan Ömərə isə münasibəti bir az fərqli oldu. Onda Əsmər ikinci, oğlan isə dördüncü kursda oxuyurdular. Ömər gözəgəlimli, dilli-dilavər, kompleksdən uzaq biri idi. Əvvəl tənəffüslərdə onu axtarıb taparaq ətrafında hərlənir, imkan tapdıqca hər bir qıza həzz verə biləcək komplimentlər deyirdi. Sonra telefon nömrəsini öyrənib oradan yazmağa başladı. Əsmər bu çoxbilmiş oğlanın yazılarına hərdənbir yazdığı “Salam”, “Sağ ol”, “Hə”, “Yox” sözlərindən başqa, demək olar, heç bir açıq reaksiya vermirdi. Amma Ömər nələr yazmırdı ona? Qaşını, gözünü, mütənasib bədən quruluşunu, hətta yerişini, səsini belə tərifləməkdən doymur, onu “Universitetin bir nömrəli gözəli” adlandırırdı.

Əsmər oğlanın yazdığı təriflərdən, nəinki xoşlanır, hətta bəzən məst olurdu. Çünki Ömər həyatında ilk adam idi ki, özü barədə ondan belə xoş sözlər eşidirdi. Ancaq bunun bir sonu olmalıydı və nəhayət, oldu da. Ömər onunla görüşmək, münasibətlərini dərinləşdirmək istəyirdi. Əsmər buna razılıq vermədi. Həm valideynlərinin xəbər tutacağından qorxdu, həm də düşündü ki, ürəyindəki arzularını həyata keçirmək üçün bütün fikrini dərslərinə verməli, bakalavr pilləsini bitirəndən sonra da təhsilini davam etdirməlidir. Oğlana qəti, “Yox” – cavabı yazaraq telefonunda nömrəsini əngəllədi.

Ömərin universitetdəki o qədər qızın içində nəyə görə məhz onu seçdiyini anlaya bilmirdi. Yəni Əsmər, doğrudanmı, ətrafdakı qızların hamısından daha gözəl idi? Əslində, elə deyildi axı. Əsmərin hər nə qədər bütün digər qızlar kimi özündənrazılığı olsa da, içində yaşadığı cəmiyyətin gözəllik meyarlarından xəbərsiz deyildi. Hələ bütün universitet bir yana dursun, təkcə rəfiqələri arasında Lamiyə ilə Qönçənin ondan daha gözəl olduğunu qəbul edirdi. Bəli, üzə vurmasa da, içində təəssüflə etiraf edirdi bunu.

Əslində isə mütləq bir qadın gözəlliyi anlayışı yoxdur axı. Qadının gözəlliyi baxan şəxsin kimliyindən, düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi, çirkin, hətta iyrənc də görünə bilər. Əsmər öz nəzərində adi bir qız idisə, Ömərin nəzərində heç də belə deyildi. Oğlan onu öz gözlərində əməllicə ideallaşdırmışdı, deyəsən. Onu, az qala, insanlıqdan çıxararaq mələk hesab edirdi.

Biləcəridəki evdə günü maraqlı keçir, Qönçə öz zarafatları ilə onu darıxmağa qoymurdu. Nələr eləmirdi bu zalımın qızı? Telefonunda açdığı saxta Feysbuk və İnstaqram profilindən sosial şəbəkədə boş-boşuna vaxt keçirən “yanıq” oğlanlara sevgi dolu mesajlar yazaraq onlarla məzələnir, bu azmış kimi onları hansısa parka görüşə dəvət edib görüş saatında özü evdə oturaraq gülməkdən uğunub gedirdi. Əsmər ev yoldaşının belə işlərini bəyənməsə də, onu yalnız yüngülcə məzəmmət etməklə kifayətlənirdi.

Hər bazar günü anaları onlar üçün rayondan ərzaq və hazır xörək göndərirdi. Əsmərinki avtobus, Qönçəninki isə qatarla. Həftənin bu günü onlar üçün ən “ağır” gün sayılırdı. Çünki göndərilən ərzağı almaq üçün yuxularına haram qataraq Əsmər avtovağzala, Qönçə isə qatar vağzalına getməli olurdu. Bu işə ən çox deyinən də Qönçə idi. Anasına yalvarırdı ki, heç nə göndərməsin. Çünki hər dəfə qatar vağzalından üç-dörd ağır çantanı alıb evə gətirmək ona əziyyətlə başa gəlirdi.

Anaların göndərdikləri bitəndə özləri nəsə hazırlamağa məcbur olurdular. Ya kartof qızardır, ya qayğanaq edir, ya da sup bişirirdilər. Ən çox yedikləri isə makaron idi. Çünki o başqalarından daha asan başa gəlirdi. Makaronu suya töküb qaynadır, boşqablara çəkərək üzərinə ketçup sıxıb yeyirdilər.

Artıq üçüncü kursdan qrup qızlarının, demək olar, hamısı özlərinə oğlan tapmışdılar. Yəni ən azından telefonda yazışdıqları biri vardı. Əsmər isə bu barədə düşünmək belə istəmir, bütün diqqətini dərslərinə verirdi. Ömər də artıq yox idi. Universiteti bitirəndən bir il sonra kiminləsə evlənmişdi.

Lamiyə məzun olmağı gözləməyib elə üçüncü kursun əvvəlindən Urfan adında oğlana ərə getdi. Toylarında qızlarla birlikdə Əsmər də vardı və oğlanı heç bəyənmədi. Yaraşıqsız idi. Donqar burnu, az qala, qaşlarından qabağa çıxan yumru gözləri ilə Lamiyə kimi gözəl qıza əsla yaraşmırdı. Toydan çıxıb evə qayıdandan sonra söhbət əsnasında məlum oldu ki, Qönçə də onu bəyənməyib. Təəssüflə başını bulayaraq:

– Heyif Lamiyədən, – dedi.

– Əslində, bizim bəyənməyimiz vacib deyil, – Əsmər bu söhbəti bitirmək istədi, – təki Lamiyənin xoşuna gəlsin. Bir də ki oğlanda yaraşıq şərt deyil, əsas odur xasiyyəti yaxşı olsun. Yəni sənə sadiq olsun, ailəcanlı olsun, mədəni, istiqanlı və səmimi olsun, başqasında gözü olmasın. Əsas bunlardır.

Belə deməsinə baxmayaraq Əsmər özü də qızların çoxu kimi surətpərəst idi. Bəxtinə çıxacaq oğlanın hamıdan, ən azından rəfiqələrinin ərlərindən yaraşıqlı olmasını istəyirdi. Üçüncü kursda anası rayondan bir oğlanın fotosunu göndərib demişdi ki, oğlan adamları onunla maraqlanır. Elçi gəlmək istəyirlər, əgər Əsmər də razıdırsa, nişan taxsınlar. Oğlan belə baxanda sifətdən pis deyildi, amma qabağa doğru əyilmiş qulaqları çox yekə görünürdü və Əsmər onu bəyənmədiyini bildirdi.

– Əşşi, hə, biz yatmayacağıq ki Urfanla, – Qönçə bunu deyib güldü. – Ancaq yenə də mənə qəribə gəlir. Birlikdə adam içinə çıxanda aralarındakı uyğunsuzluq diqqət çəkəcək. Şorgöz kişilər əri çirkin olan gözəl qadınlara daha çox qarmaq atırlar. Düşünürlər ki, yəqin, ərini sevmir, yaxınlıq təklif edilsə, asanlıqla yola gətirmək olar.

Əsmər ona ciddiyyətlə etiraz etdi:

– Qələt eləyir o şorgöz kişilər! Bir də Lamiyənin elə qız olmadığını özün yaxşı bilirsən. Mən şəxsən inanıram ki, o Urfana ömür boyu sadiq olacaq…

– Təki elə olsun, ay Əsmər, – Qönçə ürəkdən gələn bir səmimiyyətlə dilləndi, – Lamiyə xoşbəxt olmağa layiq qızdır. Gözəllər gözəlidir… – Bunu deyib birdən utancaq halda gülümsədi, gözlərindən qəribə bir parıltı keçdi: – Qardaşı əclaf da çox yaraşıqlıdır ha, gördün?

Əsmər toyda Lamiyənin qardaşını görmüşdüsə də, diqqət verməmişdi.

– Niyə ki? Dördümüz – sən, mən, Fərihə, Əfsanə bəylə gəlinin qabağında rəqs edəndə gəlib bizə qoşuldu ha, həmin oğlan Lamiyənin qardaşı idi. Adı da Eyvazdır.

– Hə, bildim… Ancaq heç fikir verməmişəm, – Əsmər başını buladı, – sən isə, maşallah, adını da öyrənmisən.

Qönçə əlini əlinə vurub qəhqəhə çəkdi…

Əfsanə, demək olar, fakültənin bütün oğlanları ilə səmimi idi. Dəhlizlərdə rastlaşdığı istənilən biri ilə laqqırtı vurmağı sevirdi. Ancaq universitetin sonuna kimi heç bir oğlanla ciddi münasibət qura bilmədi. Deyirdi ki, hamısı yalançıdır.

Qönçənin də anası qızının tez nişanlanmasını istəyir, ona müştəri çıxanlar barədə vaxtaşırı məlumat verərək fikrini soruşurdu. Belə müştərilərin isə sayı kifayət qədər çox idi. Həm də yalnız öz rayonlarından yox, qonşu rayonlardan da onu istəyənlər olurdu. Uzaq qohumlar, tanışlar eşidəndə ki Abdulla kişinin yetişmiş gözəl qızı var və Bakıda ali təhsil alır, onu əldən buraxmaq istəmirdilər. Ancaq Qönçə onu alıb özünə arvad eləmək istəyənlərin hərəsinə bir qulp qoymaqla rədd edir, hələ ki ailə qurmaq fikrində olmadığını bildirirdi.

Kiçik dəstələrinin beşinci üzvü Fərihə hələ ikinci kursdan başqa fakültədə oxuyan Samir adlı oğlanla gəzirdi və hətta oğlanın bir dostunun boş mənzilində görüşərək qeyri-təbii yolla cinsi əlaqədə olurlarmış. Bunu Fərihənin özündən ilk dəfə eşidəndə Lamiyə utandığından qızardı, Qönçə güldü, Əfsanə nazla qaşlarını dartıb gözlərini oynatdı, açıq-aşkar əsəbləşmiş Əsmər isə dözməyib qıza ağzına gələni dedi:

– Tfu, sizə, iyrənclər! Utanmırsan, hələ bir gəlib deyirsən də bunu bizə?

– Nə olub, ay qız? – ondan belə sərt təpki gözləməyən Fərihə təəccübləndi. – Yazıb universitetin divarlarına elan vurmamışam ki. Təkcə sizə deyirəm də…

– Daha nə olacaq, ay həyasız, toya qədər gözləməyə səbrin çatmırdı?

– Nə toy? Mən onunla ailə qurmaq fikrində deyiləm ki.

Lamiyə ilə Qönçə də Fərihəni qınadılar. Bunu görən qız çılğınlıqla özünü müdafiəyə başladı:

– Pay atonan! Guya sizin ürəyinizdən keçmir elə şeylər. Lap yaxşı keçir, vallah! Alışıb yanırsınız, ancaq eşidən-bilən nə deyər deyə içinizdə qovrula-qovrula dözürsünüz və yalnız bu yanğınızı söndürmək üçün tələsik birini tapıb ərə getmək istəyirsiz. Getdiyiniz oğlanla xoşbəxt ola biləcəksiniz, ya yox, bunu heç düşünmürsünüz də. Mən isə istədiyimi subaylıqda edə bilirəm deyə tələsmirəm. Kiminlə ailə quracağımı yüz ölçüb bir biçməyə vaxtım çox olacaq.

– Birincisi biz heç nə üçün alışıb-yanmırıq, xəyalın özünə getməsin! – Əsmər onun mentalitetlə daban-dabana zidd olan fikirlərinə etirazını bildirdi. – İkincisi, mən anlaya bilmirəm, sən ailə quracağın adamın üzünə necə baxacaqsan?

– Lap yaxşı baxacam, – Fərihə forsla cavab verdi. – Mənim keçmişimin ona nə dəxli var axı? Əsas odur, mən sevdiyim biri ilə nigah bağlayıb həmişəlik ona sadiq olacam.

– Bax, buna heç inanmıram, – Əsmər əlini acıqlı halda yelləyib qızlardan uzaqlaşdı.

Sonra Fərihə avtobusda Bəndər adlı bir oğlanla tanış oldu. Nişanlandılar. Əsmər eşitdi ki, qız nişanlanandan sonra da Samir ondan əl çəkmirmiş. Bir dəfə tənəffüs zamanı qrup uşaqlarının hamısı bufetə getmiş, auditoriyada təkcə Əsmər qalmışdı. Samir gəlib ondan Fərihəni soruşdu. Bu zaman Əsmərin gah üzünə, gah da mütənasib əndamına zillənən baxışlarında qızı ürküdən xoşagəlməz bir şey vardı. Fərihənin yerini bilmədiyini deyərək fınxırıb oğlandan əvvəl otağı tərk etdi.

O günlər Fərihənin çətin günləri idi və qızlar Samirdən qurtulmaq üçün ona müxtəlif məsləhətlər verirdilər.

Nəhayət, universiteti bitirmələrinə bir neçə ay qalmış Fərihə Bəndərlə evləndi. Əsmər də Qönçə ilə birlikdə onların toyunda iştirak edirdi. O gün bəylə gəlin hər kəsin gözündə çox xoşbəxt görünürdülər.

Dördüncü kursun əvvəllərində, daha dəqiq 28 oktyabrda Lamiyə öz vatsapının hekayəsində qardaşı Eyvazın fotosunu paylaşaraq altından, “Doğum günün mübarək olsun, yaraşıqlı qaqaşım!” – yazmışdı. Oğlanın əynində cins şalvar, qara köynək və bəyaz gödəkcə vardı. Foto dənizkənarı bulvarda çəkildiyi üçün əsən meh qalın qara saçlarını dağıdaraq bir hissəsini alnına tökmüşdü. Ağ sədəf dişləri görünürdü. Lakin Əsmərin diqqətini daha çox oğlanın gözləri cəlb etdi və onu bəyənmədi. Yox, Eyvazın gözləri heç də pis deyildi. Əksinə, yaraşığı ən çox elə gözlərində idi. Amma baxışları… Bu baxışlar nədənsə qıza Samiri xatırlatdı. Bəlkə də, ona görə ki bir vaxt Samir ona belə bir baxışla baxıb hiddətləndirmişdi.

Dəstədəki digər qızların isə Eyvazın fotosuna münasibəti fərqli idi. Qönçə öz telefonunda paylaşıma doya-doya baxıb gülümsəyərək:

– Mənim də adımdan yaraşıqlı qaqaşını təbrik elə, – dedi.

Lamiyə cavabında təəccüblənərək güldü:

– Nə deyəcəksən, de ki, Qönçə adında dünya gözəli bir rəfiqəm var, sənin doğum gününü təbrik edir.

– Yaxşı, gözüm üstə! Təbrikini məmnuniyyətlə çatdıraram, canım.

Eyvazın fotodakı baxışının mənasını, deyəsən, Əfsanə də oxuya bilmişdi. Şəklə baxanda qaşlarını nazla oynatdı və:

– Qardaşın çapqın birinə bənzəyir ha, Lamiyə, – deyərək ucadan qəhqəhə çəkdi. Qızlar da onun gülüşünə qoşuldular.

– Gözün çıxmasın sənin, hardan bildin? – Lamiyə də güldü və sonra birdən ciddiləşib əlavə etdi: – Elə demə, Eyvaz çox ağıllı oğlandır.

Fotoya acgözlüklə baxan Fərihə isə daha dərinə getdi:

– Bəndərlə nişanlı olmasaydım deyərdim, məni al buna.

– Sən öləsən elə! – Lamiyə forslandı və sonra rəfiqəsinin xətrinə dəyə biləcəyini düşünüb söhbəti zarafata salaraq güldü: – Qızlar ölürlər mənim qardaşım üçün, özü kimi istəsə, onunla da evlənəcək. Sən get, öz Bəndərindən bərk yapış.

Fərihə üzünü turşutdu:

– Yaxşı, ay qız, məəttəl deyiləm sənin qardaşın üçün. Ancaq biz birinci kursda oxuyanda tanış eləsəydin, bir-iki il yaxşı zaman keçirərdik, hər halda Samirdən yaraşıqlıdır.

O söhbətdən, təxminən, iki həftə sonra noyabrda Əsmər Eyvazı ilk dəfə canlı olaraq gördü. Sonuncu mühazirə də bitdi, beş rəfiqə birlikdə universitetin binasından çıxanda Lamiyə birdən heyrətlə səsləndi:

– A-a-a, qaqaşın burada nə işi var?

Binanın qarşısındakı meydançada təkcə dayanmış Eyvaz qollarını sinəsində çarpazlayaraq gülümsər baxışlarla onlara baxırdı. Əynində ona yaxşı yaraşan qara rəngli klassik kostyum vardı. Cəld qardaşına yaxınlaşan Lamiyə indicə səsləndirdiyi sualı onun özünə verdi:

– Burada nə gəzirsən, qaqaş?

Oğlan gözünü bacısının rəfiqələrindən çəkərək ona baxdı:

– Buralarda biri ilə görüşməli idim, işim bitəndə gördüm, sənin də dərsdən çıxan vaxtındı, dedim, evə birlikdə gedərik.

– Hə, yaxşı eləmisən…

Eyvaz yenə öz təmənnalı süzgün baxışları ilə qızları süzdü və bu zaman onun Əfsanə ilə Qönçəyə daha inadla baxması Əsmərin diqqətli nəzərindən yayınmadı.

– Bura bax, Lamiyə, – oğlan birdən dilləndi, – dərsdən çıxmısınız, acsınız, indicə qarşıdakı küçədə yaxşı lahmacun verilən bir yer gördüm, gedək, sizi qonaq edim. Nə deyirsən?

– Ay Allah, qaqaşım bizə qonaqlıq vermək istəyir, – Lamiyə bunu gülərək deyib üzünü qızlara tutdu: – Hə, nə deyirsiniz, gedək?

– Əla olar, mən acımışam, – birinci Əfsanə razılıq verdi.

Əsmər rəfiqəsinin qardaşı da olsa, yad bir oğlanla kafeyə getmək fikrində deyildi. Qönçə ilə evə gedib özlərinə makarondanfilandan hazırlamaları ona daha ağıllı görünürdü. Lakin bu an Qönçə həvəslə:

Dönüb rəfiqəsinə narazılıqla baxdı:

– Yox, burada vaxt itirməkdənsə, evə gedək, mən nahardan sonra dərs hazırlamalıyam.

– Nahar hazırlamağa sərf edəcəyin vaxtı burada sərf et, nə fərqi var ki? – Qönçə ortaya məntiqli bəhanə atdı.

Vəziyyəti belə görən Lamiyə Əsmərə nəsə deməyə imkan verməyib qolundan dartdı:

– Çox danışmayın, gəlin gedək, yoxsa qaqaşım inciyər!

Əsmər çarəsiz qalıb rəfiqələrinə qoşuldu. Universitetin həyətindən küçəyə çıxanda Fərihə Lamiyəyə pıçıldadı:

– Lamoş, vallah, sevə-sevə gələrdim sizinlə, ancaq yaxşı bilirsən ki, Bəndər qısqancın biridir, sonra görüb eləyər, ya kimsə görüb xəbər verər, yaxşı düşməz. Siz gedin, nuş olsun, mən evə gedəcəm.

Lamiyə təəssüflə çiynini çəkdi:

– Yaxşı, nə deyirəm, özün bil…

Fərihə onlardan ayrılıb yaxınlıqdakı avtobus dayanacağına doğru gedəndə onun arxasınca baxan Əsmər düşündü ki, qız indidən öz ixtiyarını başqasının əlinə verib. Bəli, bundan sonra onun həyatının necə keçəcəyini yalnız Bəndər müəyyən edəcəkdi. Bura getmək olar, ora yox, bunu geymək olar, onu yox, bununla görüşmək olar, onunla yox. Həmin an Fərihəyə yazığı gəldi…

Masanın arxasında əyləşib lahmacun yeyirdilər. Eyvazın sağında bacısı, solunda Əfsanə oturmuşdu. Qönçə ilə Əsmər isə oğlanla üzbəüz idilər. Qönçənin də, Əfsanənin də kefləri kök idi. Deyib-gülürdülər. İlk dəqiqələrdə bir qədər sıxılan Eyvaz da artıq açılışmışdı, onlarla sərbəstcə danışır, hətta bəzən şux zarafatlar edirdi.

Əsmərə tərəf isə heç baxmırdı. Sanki masanın arxasında belə bir adam yox idi. Əsmər yaman narahat idi, ürəyindən keçirirdi ki, bu yemək tez bitsin və hər kəs çıxıb öz evinə getsin. Bura gəlməyə razılıq verdiyi üçün Qönçəyə də acığı tutmuşdu. Təkcə ona görə yox ki, Eyvaz onu dindirib-danışdırmır, hamının nəzərindən kənarda qalıb, həm də ona görə ki xarakterinin əksinə olaraq yad bir oğlanla eyni masa arxasında oturmuşdu.

Eyvaz gülümsəyərək bacısına müraciətlə:

– Yaman gözəl rəfiqələrin varmış, Lamiyə, – dedi, – Bəs bunları niyə indiyə kimi mənimlə tanış etməmisən?

– Axır ki, tanış etdim də, – Lamiyə də gülümsədi.

– İndi? Universiteti bitirənə yaxın?

– Guya əvvəl tanış etsəydim, nə olacaqdı ki? – qız sağ qaşını yuxarıya doğru dartdı. – Bura bax ha, bunlar sənin tanıdığın gözəlçələrdən deyil, ağıllı qızlardır.

– Məgər mən dedim ki, ağılsızdırlar?

“Sənin tanıdığın gözəlçələrdən…” Lamiyə, yəqin, özü də bilmədən qardaşının indiyə kimi çox qızlarla tanış olduğunu dilinə gətirmişdi. Bunu düşünəndə Əsmər kinayə ilə üzünü turşutdu.

Kafedən çıxıb səkidə bir qədər addımlayandan sonra ilk olaraq Əsmərlə Qönçə digərlərindən ayrılmalı oldu. Avtobusa minmək üçün küçənin o biri tərəfinə keçməli idilər. Ayrılanda Eyvaz birinci Qönçənin əlini sıxdı:

– Səninlə tanış olmağıma çox şadam, Qönçə, inşallah yenə görüşərik.

– Mən də çox şad oldum, – Qönçə nazlandı. – Lahmacuna görə də təşəkkürlər!

– O nə sözdür, nuş olsun!

Bunu deyən Eyvaz Əsmərə əl uzatmağa imkan tapmamış Əsmər dodaqucu, “Sağ olun” – deyərək uzaqlaşdı və yalnız küçəni keçəndən sonra Qönçə arxadan güclə ona yetişə bildi:

– Ay qız, yavaş yeri də, hara qaçırsan?

Əsmər onu məzəmmətli baxışlarla süzüb başını buladı:

– Sən qalıb bir az da söhbət edə bilərdin.

Qönçənin üzü bəxtəvərcəsinə gülürdü. Nəsə deyəcəkdi ki, avtobus gəldi və sözünü kəsib Əsmərin arxasınca salona qalxmalı oldu…

QORXUNC HADİSƏNİN TƏK ŞAHİDİ

– Bu nə işdir axı, ay bala? – Babakişi hələ cavab almadığı sualını təkrarladı.

Eyvaz ona sarı dönüb başını kədərlə buladı:

– Mən… Bilmirəm… Heç nə bilmirəm…

– Bəs evdə deyildin?

– Evdə idim… Yatmışdım. Səs-küyə oyandım, gördüm evdə yoxdur… Pəncərədən baxıb adamları gördüm…

– Yox… Bacımgilə getmişdik, onlar orada qaldılar, mən qayıtdım. Yerimə girib yatdım… Haradan ağlıma gələ bilərdi ki, bu zalım qızı intihar edəcək?

Hadisə yerinə yığışanların əksəriyyəti onu inamsız, hətta istehzalı baxışlarla süzürdülər. Bəziləri isə Səxavətə baxırdı. Amma Səxavət daha danışmaq fikrində deyildi.

Əvvəl bir polis avtomobili, onun ardınca ağ rəngli “Opel” həyətə daxil olub düz blokun qapısı önündə dayandı. Polis avtomobilindən kapitan, leytenant və çavuş rütbəli üç polis, “Opel”dən tünd mixəyi kostyumlu gənc kişi enərək buraya toplanmış adamlara yaxınlaşdılar. Səxavət qulağına gələn pıçıltılardan bildi ki, mülki geyimli gənc kişi prokurorluğun müstəntiqi Rasim Nəsibli, kapitan isə polis bölməsindən təhqiqatçı Elçin Əliyevdir.

Müstəntiq yerdə uzanmış qadına yaxınlaşıb əlinin arxası ilə boynuna toxunaraq:

– Nəbzi vurur, hələ ölməyib, – deyə asta səslə dilləndi və sonra üzünü məhəllə sakinlərinə tutaraq soruşdu: – Ambulans çağırmısınız?

– Bəli, çağrılıb, – kimsə dedi, – siz gəlib çıxdınız, amma onlardan hələ səs-səmir yoxdur.

– Hm-m… – Nəsibli başını bulayaraq cib telefonu ilə təcili yardıma zəng vurdu və əlaqə yaranan kimi səsini qaldırdı: – Sizə məlumat veriblər ki, Namiq Vəliyev 12 ünvanında yaralı var, harda yatıb qalmısınız? – Azacıq dinləyib daha acıqlı səslə əlavə etdi: – Vicdanınız olsun, burada insan ölür axı!?

Telefonu cibinə qoyandan sonra üzünü adamlara tutaraq:

– Qadının ailəsindən kim var burada? – deyə sual verdi.

Bir neçə adam ona Eyvazı göstərdi və:

– Həyat yoldaşıdır, – deyə onlardan biri məlumat verdi.

Müstəntiqlə polislər üzdən, az qala, canlı meyitə bənzəyən ərə baxdılar. Nəsibli soruşdu:

– Nə baş verib burada?

– Mən… – Eyvaz boğuq səslə dilləndi. – Atam, anam və mən bacımgilə getmişdik. Bacım oğlunun ad gününə. Yoldaşım isə uşaqlarla mənzildə qalmışdı. Bacımgildə yeyib-içdik. Bacım atamgili buraxmadı, orada qaldılar. Bacımın qaynı maşını ilə məni buraya gətirib sonra öz evinə getdi. Mənzilə çıxandan az sonra yatağa girib yatdım. Bir də qışqırıq səsinə ayıldım, gördüm, Əsmər yanımda deyil. Keçib salonun pəncərəsindən aşağı baxdım, adamların buraya yığışdığını görəndə məsələni anladım…

– Hansı məsələni anladınız?

– Əsmərin intihar etdiyini anladım…

– Deməli, mənzildə ikinizdən və uşaqlardan başqa kimsə yox idi?

– Deyirsiniz ki, həyat yoldaşınız intihar edib?

– Başqa nə ola bilər axı?

– Vətəndaş, bunu mən sizdən soruşmalıyam, siz məndən yox. İntihar etməsinə sizin bildiyiniz bir səbəb vardımı?

– Yox… Ağlıma heç nə gəlmir…

Eyvazı danışdıran müstəntiqin bir gözü yaralı qadında idi. Diqqətini nə cəlb etdisə, yenə ona yaxınlaşıb aşağı əyildi. Qadının sağ əlindən tutub azacıq qaldırdı. Səxavət bu zaman diqqət yetirib gördü ki, qadının indiyə kimi yumulu olan sağ əli açılıb. Sonra müstəntiq bəzək kollarının arasında bir dizi üstə çökdü və ayağa qalxanda əlində tutduğu nəsə kiçik bir şeyi kapitan Əliyevə göstərərək:

– Bu, pəncərədən atılanda qadının əlində olub, – dedi.

– Hə-ə… – kapitan şübhəli baxışlarını əvvəl Eyvazın üzünə dikdi, sonra yenə Nəsiblinin ovcundakına baxdı.

Eyvaz başını narahat halda irəli uzadaraq müstəntiqin əlində tutduğu əşyanı görməyə çalışdı:

– Sən geriyə dur! – kapitan ona acıqlandı və səsini alçaldıb müstəntiqə:

– Onda belə çıxır ki, bu intihar deyilmiş, – dedi.

– Əlbəttə, intihar deyil… – Nəsibli fikirli halda cavab verdi. – Hələ mən indicə burada başqa bir şey də gördüm və deyəsən, bunun üzərində çox baş sındırmalı olacam.

– Nə gördünüz ki? – kapitan maraqla soruşdu.

– Cənab müstəntiq, – Babakişi birdən ona səsləndi, – Eyvaz, yəqin ki, düz danışır, məclisdən gəlib yatıb, heç nədən xəbəri olmayıb. Ancaq bu zavallı gəlin intihar etməyib, onu mənzilin pəncərəsindən aşağı zorla atıblar. Hadisəni görən olub.

– Görən olub? – müstəntiq mənalı nəzərlə kapitan Əliyevə baxıb üzünü yenə Babakişiyə çevirdi: – Kimdir o şahid?

Taksi sürücüsü əli ilə Səxavəti göstərdi:

– Bu kişini deyirəm. Üzbəüz binanın ikinci mərtəbəsində olur. Hər şeyi öz balkonundan görüb.

Polis kapitanı Səxavəti bir az da yaxına çağırdı:

– Bura gəl görüm, ay kişi, özünü təqdim elə.

Səxavət ona tərəddüdlə yaxınlaşdı:

– Məmişov Səxavət Hüseyn oğlu.

– Danış görək, nə görmüsən?

– Bu qadını… – yerdə uzanıb can verən qadını göstərdi.

– Vətəndaş, belə olmaz, nə görmüsənsə, başdan danış. Həm də ən xırda detalı belə unutmadan.

– Balkona çıxdım… Elə həmin vaxt bu binanın ən yuxarı mərtəbəsindən çığırtı səsi eşitdim. Başımı qaldırıb baxanda yeddinci mərtəbədə yeganə işıq yanan pəncərədən bir kişinin qadını aşağı atdığını gördüm. Qadın elektrik xəttinə toxunub sonra yerə düşdü. Onu atan kişi isə pərdəni tələsik qapayıb pəncərədən çəkilərək otağın işığını söndürdü.

– Balkona niyə çıxmışdın?

– Deyirsən ki, qadın çığırtısı eşitdin. Bu necə bir çığırtı idi?

– Necə yəni? – Səxavət gözlərini döydü.

– Yəni çığıran qadın kiminləsə dalaşırdı, söyürdü, yaxud imdad diləyirdi?

– Onun, “Ay Allah!” – deyə çığırtısını aydın eşitdim. Başqa bir şey anlamadım.

– Deməli, qadın çığırıb kömək istəyirdi?

– Bəli… Şəxsən mənə elə gəldi ki, o kömək istəyir…

– Onu atan adamın kişi olduğuna əminsiniz? – sualı bu dəfə müstəntiq verdi.

Səxavət sualdan duruxdu:

– Doğrusunu desəm, mənim gözlərim son vaxtlar o qədər də yaxşı görmür, amma düşünürəm ki, həmin qatil kişi idi.

– Bunu nəyə əsasən deyirsiniz?

– Nə bilim… Kişi idi də… Mən elə gördüm…

– Deməli, qadını aşağı tulladı, sonra da pəncərədən çəkilib işığı söndürdü?

– Qadını atandan sonra pəncərədən onun arxasınca aşağıya boylandı, sonra tez də geri durub pərdəni çəkdi. Bir-iki saniyə sonra isə işıq söndü.

Müstəntiq Nəsibli ilə kapitan Əliyev baxışdılar. Müstəntiq bayaqdan ovcunda saxladığı əşyanı çantasına qoyaraq üzünü Səxavətə tutdu:

– Sabah gündüz saat 10:00-da prokurorluqda olun, sizin izahatınızı alacağıq.

Səxavət çaşıb qaldı. İndi, yəqin, onu günlərlə get-gələ salıb polisin, prokurorluğun yolunda süründürəcəkdilər. Bu qadını, bəlkə də, öz əri öldürmüşdü və məhz onun şahidliyi ilə həbs ediləcəkdi. Öz başına iş açdığını düşünüb dilxor oldu. Gərək gördüyü dəhşətli mənzərə barədə ağzını açıb kimsəyə bircə kəlmə deməyəydi. Ağlı kəsəndən həmişə xəta-bəladan uzaq olmağa çalışmışdı, indi isə budur, ağır cinayətin şahidi kimi kiminsə azadlıqdan məhrum edilməsinə səbəb olacaq, özünə düşmən qazanacaqdı. Həm də gör necə bir düşmən? İsrafil kişinin tərs və kəmfürsət biri olduğunu məhəllə sakinlərindən az eşitməmişdi. Handan-hana zəif səslə dilləndi:

– Əlbəttə, gələrəm, cənab müstəntiq, lakin mən sabah səhər tezdən marşruta çıxmalıyam.

Bu bəhanə müstəntiqi qane etmədi:

– İş yoldaşlarınızdan birinə zəng vurub deyin, sabah sizi əvəz eləsin. Saat onda sizi prokurorluqda gözləyəcəm.

– Baş üstə, gələrəm, – çarəsiz halda mızıldandı.

Kapitan hadisə yerinə toplaşanlara bir-bir göz gəzdirib:

– Hadisənin başqa şahidi varmı? – deyə soruşdu.

Heç kəsdən səs çıxmadı. Belə məlum olurdu ki, hadisənin intihar cəhdi olmadığına yeganə şahid Səxavətdir…

– Qadın ayıldı! – deyə kimsə ucadan səsləndi.

Hər kəsin diqqəti yenidən yaralıya yönəlmişdi. Səxavət ona yaxın dayandığı üçün yerində necə çırpındığını görürdü. Müstəntiq cəld özünü irəli atıb can verən qadına doğru əyildı:

– Dili geriyə qatlanaraq nəfəs borusunu tutub, dartıb yerinə gətirmək lazımdır, – dedi və dərhal da qollarını çırmalayıb işə başladı.

Yaralıya yaxınlaşıb dizlərini yerə atmış kapitan da gənc qadını həyata qaytarmaq üçün nəsə etməyə çalışırdı.

– Alınmır! – müstəntiq həyəcanla çığırdı. – Dilini tuta bilmirəm, sürüşüb əlimdən çıxır. Kəlbətin lazımdır!

– Deyir, kəlbətin lazımdır…

Səxavət ətrafındakı adamlara baxıb acizanə səslə zarıdı. Lakin nə o özü, nə də başqa biri kəlbətin dalınca getməyə cəhd göstərmədi. Hamı şok vəziyyətində idi. Nəhayət, bir oğlan:

– Mən bu dəqiqə gətirərəm, – deyərək yan tərəfdəki binaya doğru yüyürdü.

Adamlar onun ardınca baxıb dərindən nəfəs aldılar. Onlar indi sanki həmin cavan oğlanın gətirəcəyi kəlbətinə sehrli bir şey, özünə isə can verməkdə olan qadının qəhrəman xilaskarı kimi baxırdılar. Dili açılmış adamlar danışmağa başladılar. Sanki hər kəs özündə mütləq nəsə demək zərurəti hiss edirdi:

– Ambulans hansı cəhənnəmdə qaldı? Niyə gəlib çıxmır?

– O gün bizim arvad koronavirusa yoluxanda zəng vurdum, düz bir sutka sonra gəldilər. Allahları yoxdur onların.

– Əşşi, nə veclərinə?!

– Ambulans gələnə kimi yaşamaz bu bədbəxt…

– Hə… Zarafat deyil, yeddinci mərtəbədən düşüb.

– Bunu elektrik çarpıb, yoxsa məftillərə toxunub sonra da kolların üstünə düşdüyü üçün az əzilmiş olardı.

– Kəlbətin gətirən olmadı? Burada boş-boş danışmaqdansa, bir işə yarayaydınız, – polis kapitanı kobud səslə bağırdı.

– Oğlan getdi, indi gətirər, – kimsə ona cavab verdi.

Eyvaz yaralıya ilkin tibbi yardım göstərməyə çalışan müstəntiqlə polis kapitanının başı üstündə sual işarəsi kimi görünüş alıb titrəyirdi. Ölmək üzrə olan həyat yoldaşına canı yanırdı, həbs olunacağı üçün qorxu keçirirdi, yoxsa yanvar gecəsinin soyuğundan titrəyirdi, anlamaq çətin idi.

Müstəntiq birdən yerində dikəlib təəssüflə başını buladı:

– Vəssalam, daha heç nə lazım deyil buna…

Kapitan da ayağa qalxdı. Üzünü dərin kədər bürümüş gənc müstəntiqlə müqayisədə onun laqeyd bir görkəmi vardı:

– Hər halda biz həyata qaytarmaq üçün əlimizdən gələni elədik, – dedi və meyitdən aralandı.

– Yəni deyirsiniz, keçindi? – Babakişi bunu elə təəccüblə soruşdu ki, sanki yeddinci mərtəbədən atılmış, üstəlik elektrik vurmuş adamın ölmək ehtimalı yox imiş.

Müstəntiq ona qəribə nəzərlərlə baxıb:

– Bəli, keçindi, Allah rəhmət eləsin! – dedi.

– Öldü? – sanki nə baş verdiyini yalnız indi anlayan Eyvaz titrək səslə dillənib meyitə bir az da yaxınlaşdı. Dizləri üstə yerə çöküb ağlamağa başladı. Səxavət onun hıçqırıqlar içində dediyi qırıq-qırıq kəlmələri güclə eşidib anlaya bilirdi:

– Sənə nə oldu, Əsmər? Kim elədi bunu? Bəs mən indi nə edəcəm? Elmirin, İncinin üzlərinə necə baxacam? Onlara necə deyəcəm ki, ananız daha yoxdur.

Müstəntiq Nəsibli astadan polis kapitanına:

– Mənzilə qalxıb ilkin baxış keçirməliyik, – dedi.

Başı ilə razılığını bildirən Əliyev yerə çöməlmiş Eyvazı çiynindən yapışaraq ayağa qaldırdı:

– İndi burada zırıldamağın bir xeyri yoxdur. Gecdir artıq! Düş qabağımıza, mənzilinizə baxacağıq.

Eyvaz mütilik göstərib onlarla blokun qapısına doğru getdi. Kapitan Əliyev leytenanta tapşırdı ki, meyitin yanında qalıb tibbi ekspertizaya göndərmək üçün ambulansı gözləsin. Müstəntiq, kapitan və çavuş Eyvazla birlikdə binaya daxil olub gözdən itdilər.

Onlar binaya girən kimi ortaboylu, arıq leytenant meyitə yaxınlaşdı. Ona bir dəqiqə laqeydcəsinə nəzər salıb,ağzını geniş açaraq əsnədi. Sonra saatına baxıb başını buladı. Yəqin, düşünürdü ki, bu iş bitsəydi, evə gedib isti yatağında yatardı.

Blokdan əynində cins şalvar və dəri gödəkcə olan gənc, gözəl bir qadın çıxıb çəkingən addımlarla buraya toplaşmış adamlara yaxınlaşanda Səxavət onun Cəmalə olduğunu tanıdı. Hadisə baş vermiş bu binanın ikinci mərtəbəsində 31 nömrəli mənzildə narkoman ərindən boşanandan sonra tək yaşayırdı. Məhəllədə hər kəsin tanıdığı sakinlərdən biri də bu xanım idi. Həm gözəlliyinə görə, həm də tanınmış həkim Ələkbərlinin qızı olduğuna görə. Məhəllə sakinləri ilə elə də çox salam-kəlamı yox idi. Deyilənə görə, hansısa şirkətdə çalışırdı və səhərlər geyinib-geçinib işə gedir, bir də axşamüstü qayıdırdı. Hə, bir də deyirdilər ki, qardaşı polis mayorudur, rayonun hansısa polis bölməsində rəis müavini işləyir.

Cəmalə əvvəlcə ətrafına boylanıb adamların üzlərinə göz gəzdirdi. Sanki kimisə axtarırdı. Sonra meyitə doğru bir neçə addım atıb dayandı. Başını kədər və təəssüflə bulayıb polis leytenantına xitabən astadan, kədərli səslə dilləndi:

Leytenant, yaşı otuzdan az görünən cazibədar xanımın qarşısında özünü yığışdırdı:

– Bəli, xanım, az əvvəl keçindi.

– Necə olub bu? İntihar edib? Səbəbi bilinir?

– Xeyr, intihar deyil, qəsdən adam öldürmədir, pəncərədən zorla atıblar.

– Elə şey olar? – Cəmalə inamsızlıqla çiyinlərini çəkdi.

– Olar, gözəl xanım, niyə olmur? Həyatda hər şey ola bilər.

– Hansı alçaq edib bunu? – Cəmalə meyitə baxa bilməyib üzünü çevirdi.

– Hələ dəqiq bilinmir, ancaq ərindən şübhələnirik. Hadisə zamanı mənzildə olduğunu özü boynuna aldı, – leytenant dedi və istehza ilə gülüb əlavə etdi, – Guya kimsə mənzilinə girib arvadını pəncərədən atanda bu cənab yataq otağında yatıbmış.

– Hm-m… Açığı, sizin şübhəniz mənə inandırıcı gəlmədi. Kişi öz arvadını gecə vaxtı pəncərədən niyə atsın ki? Həm də belə yataq geyimində, yarıçılpaq…

Конец ознакомительного фрагмента. Получить полную версию книги.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68657534) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

  • Жанр: Современные детективы
  • Язык: Книги на азербайджанском языке
  • Объём: 340 стр.
  • Дата выхода книги: 15 декабря 2022
  • Версия: �� Электронная книга Правообладатель: голосуйте за понравившиеся.Книга входит в серию«Çağdaş ədəbiyyat»-15%Купить серию за 6441 ₽ 5475 ₽ Отзывы Сначала популярные Сначала популярные, Hədəf nəşrləriОглавление«Susan qadın» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы –>

Elxan Elatlının “Susan qadın” psixoloji-detektiv romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Mürəkkəb sevgi və ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə bir çox oxucunun özünü tapacağına əminik. “Susan qadın” romanının əsas süjeti bir cinayətin axtarışı üzərində qurulub. Lakin bu cinayət necə bir cinayətdir, buna oxucu özü cavab verəcək. Hər halda ölümlə nəticələnmiş ağır bir cinayət var və təqsirkar axtarılır. Romanın ikinci əsas qəhrəmanı yazıçının əvvəlki bir çox romanlarından tanıdığınız istefada olan polis polkovniki, məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıdır. Oxucular əsərdə onun apardığı maraqlı təhqiqatla bərabər şəxsi həyatında baş vermiş bəzi kədərli yeniliklərlə də tanış ola biləcəklər.

Как скачать книгу – “Susan qadın” в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку “полная версия” справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота

  • FB2 – Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
  • EPUB – подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения
  • TXT – можно открыть на любом компьютере в текстовом редакторе
  • RTF – также можно открыть на любом ПК
  • A4 PDF – открывается в программе Adobe Reader
  • MOBI – подходит для электронных книг Kindle и Android-приложений
  • IOS.EPUB – идеально подойдет для iPhone и iPad
  • A6 PDF – оптимизирован и подойдет для смартфонов
  • FB3 – более развитый формат FB2

Comments are closed, but trackbacks and pingbacks are open.