Elxan Elatlı Ən yaxın planet PDF
Elxan Elatlı əsərlərindəki obrazların oxucular tərəfindən qəbul olunduğunu qeyd edib: “Adətən yazdıqlarıma oxucularım inanırlar. Əsərlərimin baş qəhrəmanı Qanbay Qasımzadə məhz ona görə 15 il Rusiyada işləyəndən sonra Azərbaycana qayıtdı ki, mən onu ilk dəfə yazanda düşünürdüm ki, oxucular inanmayacaq ki, Azərbaycanda belə bir qəhrəman var. Məhz bu fənddən istifadə etdiyim üçün artıq inanırlar. Oxucular hətta o obrazların həyatdakı oxşarlarını da tapırlar. Mənə tez-tez deyirlər ki, siz bizim qonşumuzdakı filankəsi yazmısınız. Qanbay Qasımlı obrazını mən heç kimi nəzərdə tutmadan yaratmışam. Ancaq bu günə kimi oxucularım 30-a yaxın Qanbay Qasımlı tapıblar. Bu müəyyən mənada sevindirir, ancaq müəyyən mənada da heyfslənirəm ki, bu obrazı sıfırdan özümün yaratdığıma oxucuları inandıra bilmirəm.
Elxan Elatlı İlqar Fəhmiyə cavab verdi
O, yazıçıların sxemləri Avropadan götürdüklərini, buna görə də bəzən detektiv əsərlərdəki hadisələrin inandırıcı olmadığını deyib: “Bizdə kriminal ədəbiyyatın ənənəsi yoxdur. Onun mexanizmini, sujetini Avropa ədəbiyyatından öyrənirik. Ümumiyyətlə, çox qəribədir, amma macəraçılıq Sovet dövrü Azərbaycan ədəbiyyatında qəbul olunan janra çevrilə bilmədi. Azərbaycan mədəniyyəti SSRİ mədəniyyətinin daxilində, digər xalqların ədəbiyyatı ilə paralel inkişaf edirdi. Ancaq bir neçə sahə var idi ki, bizdə demək olar ki, inkişaf etmədi. Bunun biri çizgi film, digəri estrada aktyorluğu, bir də bu dedektiv və fantastik ədəbiyyat idi. Rusiyada bunların hər biri güclü inkişaf yolu keçdi. Düzdür, onlar da bunu Avropadan götürmüşdülər. Ancaq vaxt keçdikcə özününküləşdirə bildilər. Bizdə isə nədənsə bu janrlar inkişaf edə bilmədi. Bu da ona gətirib çıxardı ki, sonradan dedektiv yazanlarımız o sxemi Avropa ədəbiyyatından götürməyə başladılar. Nəticədə, yazıçı özü də hiss etmədən, orada real görünən, real olan hadisələri öz əsərinə köçürməyə başladı. Amma unudurlar ki, bu hadisələr bizim reallığımızla uyğun gəlmir. Elxan Elatlıda da onu hiss etmişəm. Çingiz Abdullayev boş-boşuna Dronqo obrazını rus kimi götürməyib. Bütün hadisələri Rusiya reallığına yükləyir. İndi Dronqonu Məmmədqulu etsə, hadisələri də Azərbaycana köçürsə, heç kim buna inanmayacaq. Sənin dediyin məsələ də onunla bağlıdır”.
Məsələ ilə bağlı detektiv yazar Elxan Elatlı ilə əlaqə saxladıq. O, İlqar Fəhmi ilə razılaşmadığını, Avropa ədəbiyyatının təsirinə düşməyinin mümkün olmadığını deyib: “Nə dərəcədə qəribə səslənsə də mən Avropa ədəbiyyatını oxumuram. Yalnız uşaqlıqda oxuduqlarımdı. Əgər oxumuramsa mən bunun təsirinə necə düşə bilərəm? Çalışıram ki, öz gördüklərimi, ətrafımda baş verənləri yazım. Çünki roman başqa, həyat isə tamam başqadır. Mən o fikirlə də razılaşa bilmirəm ki, bizdə detektiv ədəbiyyatın ənənəsi olmayıb. Həsən Seyidbəyli “Cəbhədən cəbhəyə” əsərində heç də Avropanı yamsılamırdı. O, bu əsəri ilə demək olar ki, bir ənənə formalaşdıra bildi. Fikir verirsinizsə onun povesti nə Konan Doylun, nə də Aqata Kristinin yazdıqlarına bənzəmir. Orada klassik detektivdən kənara çıxmalar var. Müəyyən mənada mən də o, yolla getməyə çalışıram. Bu o demək deyil ki, onu yamsılayıram. Sadəcə üslub yaratmağa çalışıram. Amma İlqar Fəhminin fikirlərində hardasa həqiqət payı var. Əlimə keçən detektiv romanlarda görürəm ki, müəlliflər klassik detektivlərdən uzaqlaşa bilmirlər. Amma bu təkcə detektivə aid deyil, ümumilikdə ədəbiyyatımızda belə hallar müşahidə olunur”.
Elxan Elatlı əsərlərindəki obrazların oxucular tərəfindən qəbul olunduğunu qeyd edib: “Adətən yazdıqlarıma oxucularım inanırlar. Əsərlərimin baş qəhrəmanı Qanbay Qasımzadə məhz ona görə 15 il Rusiyada işləyəndən sonra Azərbaycana qayıtdı ki, mən onu ilk dəfə yazanda düşünürdüm ki, oxucular inanmayacaq ki, Azərbaycanda belə bir qəhrəman var. Məhz bu fənddən istifadə etdiyim üçün artıq inanırlar. Oxucular hətta o obrazların həyatdakı oxşarlarını da tapırlar. Mənə tez-tez deyirlər ki, siz bizim qonşumuzdakı filankəsi yazmısınız. Qanbay Qasımlı obrazını mən heç kimi nəzərdə tutmadan yaratmışam. Ancaq bu günə kimi oxucularım 30-a yaxın Qanbay Qasımlı tapıblar. Bu müəyyən mənada sevindirir, ancaq müəyyən mənada da heyfslənirəm ki, bu obrazı sıfırdan özümün yaratdığıma oxucuları inandıra bilmirəm.
Mən sonradan başqa qəhrəman da yaratdım. Ələmdar Məlikov adlı bu qəhrəmanı qorxa-qorxa yazdım. Çünki bizdə belə qəhrəmanlar olsa da, xalqımız belə bir xüsusiyyət var ki, bizə elə gəlir ki, bütün qəhrəmanlar Rembo, Ceyms Bond kimi xaricdən çıxa bilər, amma bizdə ola bilməz. Axı bizim Mübariz İbrahimov kimi qəhrəmanımız var. Bəlkə də bu Sovet quruluşunun bizə yeritdiyi bir fikirdir ki, qəhrəmanlar öz içimizdən yox mütləq xaricdən çıxa bilər. Ələmdar obrazı da çox sevildi. Hətta ona vurulan xanımlar belə var. Əlamdarı da prototipini axtarırlar”.
Elxan Elatlı “Ən yaxın planet” PDF
Əsasən detektiv romanlar müəllifi kimi tanınmış sevimli yazıçımızın bu əsəri də detektiv janrdadır. Lakin romanda eyni zamanda təmənnasız, saf məhəbbətə, döyüş səhnələrinə, ailə problemlərinə, cəmiyyətdə rast gəlinən əxlaqa zidd hərəkətlərin ifşasına əhəmiyyətli yer ayrılıb. İnanırıq ki, E.Elatlının bu əsəri də oxucular tərəfindən maraqla qarşılanacaq.
1962 – Həyatdadır
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Elxan Elatlı “Ən yaxın planet” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
elxan-elatli-en-yaxin-planet-PDF_kitablar.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.