Elxan elatli itmis qizin axtarisi
Yazı manerası cinayət reportajlarının üslubuna yaxındır.
Xəyanət. Elxan Elatlı (PDF yüklə)
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
Elxan Elatlının digər PDF kitabları:
Bakıdan gələn xəfiyyə. Elxan Elatlı (PDF yüklə)
O gecə yağış yağırdı. Elxan Elatlı (PDF yüklə)
Pəncərədə görünən kölgə. Elxan Elatlı (PDF yüklə)
Qan ləkəsi. Elxan Elatlı (PDF yüklə)
1980-1985-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxuyub. 1985-2001-ci illərdə doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Ağrıyır ürəyim, ağrıyır yaman” (şeirlər)
“Səhv edirik biz” (şeirlər və qəzəllər)
“Axtar məni” (şeirlər və qəzəllər)
“Seçilmiş şeirləri” (şeirlər, poemalar)
“Düşün bir az” (məntiqi riyaziyyat məsələləri)
“Maraqlı məntiq məsələləri”
“Yeddinci mərtəbədə qətl” (detektiv povest və hekayələr)
“İtmiş qızın axtarışı” (detektiv povest və hekayələr)
“Pəncərədə görünən kölgə”
“Xəyanət”
“Qan ləkəsi”
“Bakıdan gələn xəfiyyə”
“Dilənçi qadının sirri”
“Cəhənnəmdən gələn səs” (həmçinin rus dilində “Голос из ада”)
“Görünməyən izlər”
“Qisas gecəsi” (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
“Arxalı canavar” ( Qanbay Qasımlı & Ələmdar Məlikov )
“Ələkeçməz yaquar” ( Ayxan Asayev & Gültən Dəmirli )
“Ən yaxın planet”
“Seçilmiş cəza”
“Adsız tablo”
“Mərtəbələr” (psixoloji roman)
“Niyə susursan, polkovnik?”
“Qanunsuz əməliyyat” ( Ələmdar Məlikov & Gültən Dəmirli )
“Xəstə ruhlar” (tarixi-detektiv roman)
“Məhəbbətin gizli kodu”
“Ölüm ağacının kölgəsində”
“14-cü Adam”
Kitab haqqında:
Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.
Elxan elatli itmis qizin axtarisi
Keçənlərdə saytlardan birində gözümə belə informasiya dəydi.
Hansısa mötəbər festivalda dünya kinosunun əhəmiyyətli simalarından Federiko Fellininin filmlərinin retrospektivi keçirilib.
Və zalın yarıdan çoxu boş qalıb.
Təxmin edirəm ki, əgər Harri Potter seriyasından bir film və ya kütləvi mədəniyyətin dahisi Stiven Spilberqin macəra filmi nümayiş olunsaydı, zalda adam əlindən tərpənmək olmazdı.
Sənət və kütləviliyin qarşıdurması ara-sıra bizim mediada da müzakirələrə yol açır. Müzakirələrdə məsələn, artıq belletristikaya çevrilən Varisin və ya Elxan Elatlının böyük ədəbiyyatla əlaqəsinin olmadığı dəfələrlə deyilib.
Adıçəkilən müəlliflərin əsərlərinin ədəbi hadisə olub-olmadığı əsas məsələ deyil.
Çünki əgər söhbət insanların seçim azadlığından gedirsə və kütləvi əsərlərin müəllifləri oxunursa, izlənirsə, niyə də bu növ ədəbiyyatın yaşamaq haqqı olmasın?
Yaxınlarda Elxan Elatlının “İtmiş qızın axtarışı” kitabını oxudum. Kitabda iki hekayə və bir roman yer alıb.
Sözsüz ki, bu əsərlər sənət hadisəsi deyil. Kütləviliyə hesablanmış, son dərəcə asan dərk edilən, bəsit dildə yazılmış mətnlərdir.
E.Elatlının təhkiyəsi daha çox faktoloji təəssürat yaradır.
Cinayət hadisələrinin fonunda hansısa sosial-fəlsəfi problemlərin analizi, araşdırması yoxdur.
Yazı manerası cinayət reportajlarının üslubuna yaxındır.
Müəllif konkret cinayət hadisəsinə fokuslanır, onun roman olduğunu xatırlatmaq üçün az əhəmiyyətli gündəlik məişət hərəkətlərinin (məsələn, “kofe süzdü”, “başını əlləri arasına aldı”, “gözlərini tavana dikdi”, “pencəyini geyindi” və s. ) təsvirinə bir az bədii bəzək-düzək vuraraq ona ədəbi forma geyindirməyə çalışır.
Xarakterlər demək olar ki, açılmır, vəziyyətin və obrazların psixoloji təsviri yoxdur.
Müəllif beyni işlədən, dolaşıq, intriqaya dəvət edən süjetlər yox, oxucuya hazır məhsul təklif edir.
Başqa cür desək, hadisələrin hansı axarda davam edəcəyini, konturları, gedişləri sadəlövhlüklə bəlli edir, bir detektiv yazarın izn verməyəcəyi qədər ipucları verir, oxucunu gözlənlməzlik həzzindən məhrum edir
Bu növ yüngül ədəbiyyat beyin üçün “saqqızdır”, onu dincəldir, oxucunu əziyyətə salmır, təhkiyə lakonik şəkildə, sürətli tempdə düz xətt üzrə gedir.
Kəsəsi, belə əsərləri məsələn, Qara Qarayev stansiyasında oxumağa başlasaq “28 may”da artıq başa vurarıq.
Personajlar xəfiyyə Qanbay Qasımlı və jurnalist Nemət Sabirli adı müəllifin bütün əsərlərindən (məşhur ədəbi xarakterlər Puaro, Şerlok Holms, komissar Meqre kimi) keçir.
E.Elatlının mətnləri kütləvi olsa da, orda düşündürücü məqamlar da az deyil.
Məsələn, “Faktlar onun əleyhinədir” hekayəsində ərinə şər atılaraq həbs edilən qadın xəfiyyə Qasımlıya üz tutur. Xəfiyyə ona hadisəylə bağlı xeyli sual verəndən sonra düşünür: “Sifətindən görünür ki, sağlam olmasına baxmayaraq, ər-arvad münasibəti görmür”.
Görəsən, xəfiyyə cinayətin detallarını analiz etmək əvəzinə bir seksopatoloq kimi niyə düşünməlidir?
Yox, əgər onun qadına marağı vardısa, oxucunun bu marağın davamını gözləməyə haqqı var. Amma gedişatda xəfiyyə – qadın münasibətində nəsə baş vermir.
Belə nəticəyə gəldim ki, görünür, bu, nəsə postmodern fənddir.
Amma səmimi deyim ki, dincəlmək üçün Elxan Elatlının kitablarını (əlbəttə ki, o kitabları mənə bağışlasalar) məmnuniyyətlə oxuyaram.
- Sağ əlim sənin başına – Yeni şeirlər
- Azər Aydəmir: “Xalqın sözünü deməyimizdən xoşlanmayan məmurlar var” – Müsahibə
- Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına qəbul başlandı
My World
2 013 -cü ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər – “İtmiş Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək üçün uğurlu seçimdir.
Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə bitir.
Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?
Mükəmməl qurulmuş süjet xətti ilə zövq verən kitab hadisələrin açılması ilə sevinc-kədər qarışıq hisslər oyadır oxucuda. Hər zaman Qanbay Qasımlının iştirakı ilə olan kitabları xüsusi bir həvəslə başlayıram oxumağa. “İtmiş Qızın Axtarışı” da belə kitablardan biri oldu. Zövq alaraq oxuduğum Elxan Elatlı əsərlərindən birinə çevrildi.
Sevgini, xəyanəti, dostluğu, sevinci, kədəri, qorxunu, şübhəni, inamı, xəyal qırıqlığını bir də bu müəllifin qələmindən oxumaq fərqli bir duyğudur. Son olaraq bunu da qeyd etməliyəm ki, hər yeni kitabını oxuduqca Elxan Elatlı marağını itirmir mənim üçün. Əksinə onun dəsti-xəttinə, dünyagörüşünə, təxəyyülünə marağım və heyranlığım daha da artır.
“İtmiş Qızın Axtarışı” sona qədər intizarda saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi üçün sadəcə 3 bal aldı.
Comments are closed, but trackbacks and pingbacks are open.