Elxan elatli mehebbetin gizli kodu yüklə
Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır. Bütün cinayətlərin başında məs Niyazi Məlikxanlının ən yaxın dostu Ruslan Dadaşov dururmuş. Əsərdə o qədər xəyanət var ki… Ruslan Dadaşov Niyazi Məlikxanlını qətlə yetirərkən qətli elə məharətlə hazırlamışdır ki, sanki bu sui-qəsddir.
Məhəbbətin Gizli Kodu, Elxan Elatlı
Detektiv romanlar müəllifi Elxan Elatlının “Məhəbbətin gizli kodu” romanında xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur. Əsər detektiv janrda yazılsa da, burada bir çox zəngin və meşşan ailələlərdəki ənənəvi problemlərə də toxunulur.
Nüfuzlu bir alimin oğlu, mötəbər bir məmurun qardaşı olan gənc teleulduz sadə ailədən olan gənc qıza vurulur. Amma onların arasındakı yaş fərqi çox böyük olduğundan qıza elçi göndərməyə ürək eləmir. Əvəzində gənc sevgilisi ilə həmişə bir yerdə olsun deyə onun böyük bacısı ilə ailə qurur. Lakin böyük bacı da bu adama ərə getdiyinə peşman olur. Bir yaşlı körpəsi atasının güdazına gedir. Qadın bu faciənin şokundan ayılmamış daha dəhşətli bir zərbə alır – bir gün təsadüfən işdən evə tez gələndə doğma bacısını əri ilə yataqda tutur. Əri arvadından yaxa qurtarmağı qərara alır. Qadını öldürməkdə ona varlı bir qohumu kömək vəd edir…
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elxan Elatlı “Xəyanət”
Elxan Elatlıdan oxuduğum ilk kitab “Xəyanət”dir. Kitab mənə hədiyyə verilmişdir. Məndə xeyli müddət olmasına baxmayaqraq, 3-4 ay sonra oxuya bldim. Halbuki kitabı mənə verən şəxs əsəri bir günə bitirmişdir..
Nəhayət, kitabı oxuyub qurtaranda başa düşdüm ki, yazıçı bu əsərdə xəyanətin bütün tərəflərini açıb göstərib. Necə ki, həyatda sevginin müxtəlif növləri var, məsələn, vətənə sevgi, anaya sevgi, dosta sevgi, doğmalarına sevgi, sevdiyin insana sevgi var, eləcə də xəyanət bu cür növlərə ayrılır. İnsanlar sevdiyi kimi xəyanət də edə bilərlər; vətənə, dosta, doğmalarına, sevdiyi insana…
Xəyanət sözü necə də ağırdır, elə deyilmi?! Yalan varsa demək orada xəyanət də var. Təəssüf edirəm ki, heç kəs xəyanətdən sığortalanmayıb. Əsər maraqlıdır, yazıçının detektiv axtarışlarını xüsusilə bəyəndim.
Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır. Bütün cinayətlərin başında məs Niyazi Məlikxanlının ən yaxın dostu Ruslan Dadaşov dururmuş. Əsərdə o qədər xəyanət var ki… Ruslan Dadaşov Niyazi Məlikxanlını qətlə yetirərkən qətli elə məharətlə hazırlamışdır ki, sanki bu sui-qəsddir.
Niyazinin yoldaşı Gülafət xanımın ərinə xəyanəti, ərinin ən yaxın dostu Ruslan Dadaşovla… Sonda hər ikisi də xəyanətin cəzasını ödəyirlər. Hər ikisi avtomobil qəzasında həlak olur.
Əsərdə bir çox müsbət obrazlar da var ki, oxuduqca başa düşürsən ki, həyatda güvənə biləcəyin insanlar da var. Mahir, Nuranə xanım kimi… Sadəcə onları düzgün qiymətləndirmək lazımdır. Əsərdə Qanbay Qasımlının dilindən deyilir: Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də, bir şeyi dəqiq bilirəm: elə adamlar var ki, onlar xəyanət etməyi sadəcə olaraq bacarmırlar. …Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər.
Əsəri oxumağı hər kəsə məsləhət görürəm. Çünki oxuduqca hadisələrin gedişatı insanı dəhşətə gətirir.
Comments are closed, but trackbacks and pingbacks are open.