Müşfiq Xan Ünvansız sevgi
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Müşfiq Xan “Ünvansız sevgi” PDF
Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir.
Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur.
İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi – rayon polis bölməsi təhqiqatı düzgün araşdırmamışdı…
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Müşfiq Xan Ünvansız sevgi
Taksi üçmərtəbəli dəbdəbəli imarətin qarşısında dayandı. Cəmilə bir az əvvəl marketdən aldığı bir neçə dolu sellofanı götürüb həyətə girdi. Həyətdə olan səs-küy bir anlıq onu çaşdırdı. Tanımadığı adamlar, qonşular, polis işçiləri həyətə doluşmuşdular. Ətrafdakılar izdihamla evə girib çıxırdılar. Bir anlıq özünü itirən qız əlindəki ərzaq dolu sellofanların nə vaxt yerə düşüb dağıldığından xəbərsiz halda sürətlə yuxarıya doğru yüyürdü. Adamlar sanki indi onun nə edəcəyinə maraqla tamaşa etməyi gözləyirmiş kimi aralanaraq ona yol verirdilər. Həyəcandan bütün vücudu tir-tir əsirdi. Sürətlə pilləkənləri qət edib ikinci mərtəbəyə çatanda onu burada qaynı Sahib müəllim qarşıladı. Qız onu görcək qorxudan yerində donub qalmışdı. Deməyə söz tapmadı qızcığaz. Onun içində bir qasırğa baş verirdi sanki. Nə isə soruşmaq istədi, dili söz tutmadı. Sahib təmkin göstərməyə çalışsa da, o da həyəcanlı idi. Cəmiləyə yaxınlaşıb çiyinlərini sıxdı: “Cəmilə, başımıza daş düşdü, məhv olduq, Xalidi öldürüblər. ” O yalnız bunu deyə bildi. Möhkəm iradəli olmasına baxmayaraq, cavan qardaşının qətlə yetirilməsi hadisəsi
onu sındırmışdı. Bir neçə dəqiqənin içində gözlərindən axan yaşa hakim kəsilə bilmədi. Cəmilə bu sözdən sonra yalnız “Yox, ola bilməz!” deyə bildi. Bu sözlər o qədər vahiməli və tükürpədici idi ki, o, bu sözləri deyər-deməz huşunu itirdi. Bir az əvvəl deyib, gülə-gülə işə yola saldığı sevimli ərinin ölüm xəbərini eşitsə, kim dözə bilərdi axı?!
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.