My World
Elxan Elatlı əsərlərinə xas mükəmməllik bu əsərdə də nəzərə çarpsa belə bəzi nüanslara görə “Xəyanət” digərlərindən geri qaldı mənim üçün.. Xüsusilə bütün xəyanətlərin aşkar olduğu halda Asəfin xəyanətinin üstünün açılmaması bəyənmədiyim detallardan biri oldu.. Qanbay Qasımlının öhdəliyində olan vəzifə ilə tam əlaqəli olmadığı üçün bu xəyanətin qaranlıq qaldığını düşünürəm. Bəlkə də yazıçı əsərin əsas xəttini təşkil edən məxfi işlə sırf bağlı olmadığı üçün bu yalanın aşkarlanmasını əhəmiyyətli saymayıb.
Elxan elatli xeyanet indir
Kitab Hakikat Insan Pdf Free Downloadgolkes >> DOWNLOAD. a1e5b628f3 ELECTRONIC BOOK . kitab oksumak sitei, elksan elatli sheyanet pdf yucle, varisin kitablari pdf. Kitab Okusmak Saiti – English Bulgarian Dictionary. The first Bulgarian dictionary written by a professional writer. The dictionary is based on the method of. The dictionary is based on the method of . Kitab Okusmak Saiti PDF – English Bulgarian Dictionary. The first Bulgarian c5d43685cb1
Almost a century ago, Dewey proposed an educational philosophy aimed at meeting the needs of the student as a whole. He spoke about the development of the book. This book, written in 1920, is one of the most popular textbooks in the history of pedagogy. The book is a textbook intended for teachers and students. It contains an exposition of Dewey’s ideas, as well as examples from his pedagogical and teaching activities. The main purpose of this book is to present Dewey’s ideas to readers in a form suitable for application in pedagogical practice. Most of Dewey’s ideas and methods can be applied in schools, teaching and learning.
My World
E lxan Elatlının hadisələri qarışıq hala salmaq, onları “Qanbay Qasımlı və Ələmdar”ın əli ilə açmaq bacarığına heyranam.. Artıq bir neçə kitabı ilə tanış olduğum üçün yeni birinə başladığım zaman məni fərqli bir macəranın gözlədiyindən əmin oluram. Bu müəllifin hər kitabından ilk bölməni oxuduqdan sonra kitabı vərəqləyib bir hadisəni nə qədər geniş şəkildə təsvir etdiyinə baxdıqca və müxtəlif hadisələrlə əlaqələndirib sadə şəkildə anlatdığını gördükcə.ləzzət alıram. Səhifələr bir-birini əvəz edərkən məni nələrin gözləyə biləcəyini beynimdə canlandırmağa başlayıram, bitirdiyim zaman isə necə də sadə düşünürmüşəm deyə təəssüflənirəm.. Həqiqətən bu istedadlı yazıçı məxfi işin izahını əvvəlcədən ağla gəlməyəcək şəkildə qurub təsvir etməyə qadirdi. Detektiv əsər yazmaq daha böyük məsuliyyət tələb edir deyə düşünürəm. Hər şeyi elə qurmaq lazımdır ki, oxucu darıxmadan, həvəslə, həyəcanla addım-addım sona yaxınlaşsın. Elxan Elatlı da bu işin öhdəsindən ustalıqla gəlir.
“Xəyanət” də oxuduğum Elxan Elatlı kitabları arasında öz yerini aldı. Əsərin ilk səhifələrindən özümü qarmaqarışıq bir dünyanın içində tapdım.. Qəhrəmanımız “Qara Xəfiyyə” kimi qarışıq işləri xoşlasam da, təəssüf ki, onun qədər bacarıqlı deyiləm bu məsələlərdə 🙂
Müəllif əsər üçün ideal ad seçib deyə düşünürəm. Bu kitabda hər addımda xəyanətlə üzləşirik.. Mövzu tamamilə dövrümüz üçün aktualdır. Kitabı oxuduqca həyatda Tanrıdan başqa kimsəyə bütün qəlbimizlə güvənməyin düzgün olmadığını anlayırıq.
Elxan Elatlı əsərlərinə xas mükəmməllik bu əsərdə də nəzərə çarpsa belə bəzi nüanslara görə “Xəyanət” digərlərindən geri qaldı mənim üçün.. Xüsusilə bütün xəyanətlərin aşkar olduğu halda Asəfin xəyanətinin üstünün açılmaması bəyənmədiyim detallardan biri oldu.. Qanbay Qasımlının öhdəliyində olan vəzifə ilə tam əlaqəli olmadığı üçün bu xəyanətin qaranlıq qaldığını düşünürəm. Bəlkə də yazıçı əsərin əsas xəttini təşkil edən məxfi işlə sırf bağlı olmadığı üçün bu yalanın aşkarlanmasını əhəmiyyətli saymayıb.
Yeni kitabları ilə tanış olduqca Elxan Elatlıya daha çox heyran qalıram.. Onun əsərlərində gözdən qaçan kiçik detalların yavaş-yavaş aşkarlanmasını çox sevirəm.. Əsərlə tanış olduqca hər oxucu məkanı, qəhrəmanları, hadisələri təsəvvüründə fərqli canlandırır. Əsər hər dəfə oxunduqca yenidən həyata gəlir, oxucu fərqində olmadan yeni bir film çəkmiş olur. Bu müəllifin ən bəyəndiyim cəhətlərindən biri də təsvirləri xırda detallarına qədər dəqiqliklə verməsidir.. Oxuyarkən bütün səhnələr gözlərimiz qarşısında asanlıqla canlanmış olur..
Sonda “Xəyanət” haqqında unudulmaz, çox təsirli bir əsər deyə bilməsəm də, məşhur detektiv müəllifin maraqlı kitablarından biri olduğunu qeyd etməliyəm.. Digər əsərlərlə müqayisədə mənə zəif təsir bağışladığı üçün sadəcə 3 balla qiymətləndirirəm..
Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun —–> Elxan Elatlı
Comments are closed, but trackbacks and pingbacks are open.