DV-nin qaytarılması ilə bağlı ən çox verilən suallara CAVAB GƏLDİ
Təklif etdiyimiz xidmətlərin ödənişi bir neçə variantda – Plastik kart, Terminal, Yandex.Money və Bank köçürməsi (AZN/USD) vasitəsilə reallaşdırılır. Əvvəlcə saytda qeydiyyatdan keçərək istədiyiniz xidməti hesabınıza əlavə edin, bu zaman müvafiq məbləğə uyğun olan ödəmə tapşırığı yaradılacaqdır (hesab faktura #123456).
Məlumat bazası
Təklif etdiyimiz xidmətlərin ödənişi bir neçə variantda – Plastik kart, Terminal, Yandex.Money və Bank köçürməsi (AZN/USD) vasitəsilə reallaşdırılır. Əvvəlcə saytda qeydiyyatdan keçərək istədiyiniz xidməti hesabınıza əlavə edin, bu zaman müvafiq məbləğə uyğun olan ödəmə tapşırığı yaradılacaqdır (hesab faktura #123456).
Plastik kart – bu ödəmə növü həm rezident, həm də qeyri-rezident müştərilər üçün nağdsız və tamamilə faizsiz olaraq xidmətinizi ödəməyinizə imkan verir. Plastik kart ödəmə növünü seçərək dünyanın istənilən bankı tərəfindən buraxılmış Visa və MasterCard kartları vasitəsilə xidmətinizi istənilən valyutada sərbəst ödəyə bilərsiniz. Elektron ödəmə sistemi ən aparcı təhlükəsizlik standartı – 3D Secure ilə təchiz edilib.
3D Secure Visa “Verified by Visa” və MasterCard-ın “MasterCardSecureCode” qlobal proqramının bir hissəsidir.
Terminal – əgər fakturanı nağd şəkildə ödəmək istəyirsinizsə, bu ödəmə növünü seçməlisiniz. Ödəniş düyməsini sıxdıqdan sonra ödəməni necə həyata keçirməyiniz haqqında terminala aid təlimat görüntülənəcəkdir. Həmin təlimata əsasən MilliÖn, E-manat və ExpressPay terminallarından birinə yaxınlaşaraq, PulPal-ı seçərək, eyniləşdirmə (ID) nömrəsini daxil edib, ödəməni həyata keçirə bilərsiniz. Məlumat üçün bildiririk ki, eyniləşdirmə nömrəsini unutmamaq üçün SMS vasitəsilə avtomatik olaraq öz mobil telefonunuza ödənişsiz göndərə bilərsiniz.
Yandex.Money – Yandex xidmətində cüzdana sahib olan müştərilər öz fakturalarını elektron pul qabları vasitəsilə ödəyə bilər. Bu xidmət özündə iki ödəmə növünü birləşdirir:
- Cüzdan – bilavasitə Yandex.Money-də hesaba maliksinizsə e-pul qabı vasitəsilə ödənişi həyata keçirə bilərsiniz.
- Plastik kart – əgər hər-hansı plastik kartınız cüzdana bərkidilibsə ödəməni bu kart vasitəsilə də həyata keçirə bilərsiniz.
- QIWI – əgər QIWI cüzdanına maliksinizsə, bunun vasitəsilə birbaşa öz pul kisəsindən ödəniş edəniş həyata keçirə bilərsiniz.
- Sberbank Onlayn – Sberbank bankında hesabı olanlar üçün ən rahat və birbaşa ödəmə növüdür. Bir düymə ilə fakturanı birbaşa Sberbank hesabınızdan həyata keçirə bilərsiniz.
- Alfa-Klik – əgər Sizin Alfa-Bank-da hesabınız mövcuddursa, oradakı hesabdan bir düymə ilə fakturanı ödəyə bilərsiniz.
- Terminallar – ölkə hüdudlarından kənarda (Rusiya Federasiyası) yerləşən bir çox terminal və ödəmə məntəqələrində nağd ödəmə imkanı yaradır.
Yandex.Money Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Gürcüstanda səfərdə olan və ya daimi yaşayan müştərilərimizə geniş ödəmə imkanları yaradır.
Bank köçürməsi (AZN və ya USD) – bu ödəmə qaydasını seçdikdə, şirkətin rekvezitləri göstərilir və ödəməni verilmiş rekvezit ünvanına köçürülməsi xahiş edilir. Köçürmə başa çatdıqdan sonra (adətən 2-5 iş günü müddətinə) xidmət aktivləşdirilir. Əsasən şirkətlər və bank köçürməsi ilə ödəniş etmək istəyən qeyri-rezidentlərlər üçün yararlıdır.
CoinPayments – bu ödəmə növü kripto-valyuta üçündür. Biz Bitcoin (BTC) ilə bərabər müxtəlif kripto-valyutalar qəbul edirik: BCH, LTC, DASH, ETH, USDC, XMR, XVG, ZEC, XRP. Bu ödəmə növünü seçərək Siz göstərilən kripto-valyutalarda sərbəst ödəniş edə bilərsiniz. Ödənişin emalı həmin an üçün 1 dəqiqədən bir neçə saatadək çəkə bilər.
Bank köçürməsindən başqa digər ödəmə aqreqatları üzərindən aparılan ödənişlər qəbul edildiyi andan etibarən dərhal (ani) aktivləşdirilir.
Plastik kart və müvafiq olaraq bank köçürməsindən savayı digər ödəmə növlərinə faiz əlavə edilir. Bu faiz həmin ödəmə aqreqatının bizimlə əməkdaşlığı çərçivəsində müəyyən edilərək fakturaya avtomatik əlavə edilir. Ödəmə növü müvafiq olaraq plastik kart və ya bank köçürməsinə əvəz edildikdə avtomatik olaraq ləğv edilir.
- 2263 istifadəçi bunu faydalı hesab edir
ƏDV-nin qaytarılması ilə bağlı ən çox verilən suallara CAVAB GƏLDİ
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və virtual “pul qabı” yaradılır.
BAKU.WS xəbər verir ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Fiskal ID nədir?
Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır.
Elektron kabinetə giriş şifrəsini unutmuşam, şifrəni necə bərpa edə bilərəm?
“Şifrənin bərpası” imkanı vasitəsilə şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni daxil edib, mobil nömrənizə göndəriləcək birdəfəlik şifrəni daxil etməklə yeni şifrə yarada bilərsiniz.
ƏDV-nin bir hissəsi alıcıya hansı müddət ərzində və necə qaytarılır?
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş ƏDV geri qaytarılırmı?
Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Çek üzrə “gözləmə” və “qaytarılan” statusu nə deməkdir?
Çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda çekin fiskal ID-si portala daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” statusu ilə “Tarixçə” bölməsində saxlanılır.
Çekin yaranma tarixindən 30 gün keçibsə, çekin fiskal ID-si portala daxil edilərkən ƏDV məbləği dərhal istehlakçının virtual hesabına köçürülür, “qaytarılan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.
“Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası hansı hallarda əks olunur?
Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda müvafiq xəta mətni əks olunur.
“Satıcı ƏDV ödəyicisi deyil” xətası hansı hallarda əks olunur?
ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından ƏDV-nin qaytarılması mümkün deyil.
“Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır, yaxud malların dəyəri bonus və kupon ilə ödənilib və ya ödənişin növü avansdır” xətası hansı hallarda əks olunur?
Çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, yaxud ödənişin tipi avans olduqda müvafiq xəta mətni əks olunur.
Çek sistemə daxil edildikdə təsdiqlənməyə bilərmi?
Belə hal müxtəlif səbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verə, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.
Mən dükanda malın dəyərini nağdsız şəkildə ödədim, satıcı mənə yalnız POS-terminalın çekini verdi. Belə olduqda ƏDV-nin qaytarılması üçün hara müraciət etməliyəm?
Belə hal baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Avans üsulu ilə ödəniş etmişəm. Avans ödənişlərinə ƏDV qaytarılırmı?
Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə, malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.
Alıcı hər hansı malı qaytardıqda, ƏDV məbləği qaytarılacaqmı?
Çek üzrə ƏDV hələ qaytarılmadıqda, ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ qaytarılır.
Geri qaytarılmış ƏDV məbləğindən necə istifadə edə bilərəm?
İstifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.
VERGİLƏR
Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlayıb. Tədbirlər çərçivəsində ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılır. Nəzarət tədbirləri zamanı kassa çeki və digər ciddi hesabat blanklarının təqdim edilməməsi halları aşkar edilərsə, vergi orqanları tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir. Çek tələb etmək alıcılar üçün vacib məsələdir.
Çek tələb etməsək nə baş verə bilər?
Alış-veriş gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər alış-veriş zamanı kassa çeki tələb etmək isə məsələnin hüquqi tərəfdən təminatıdır. Əgər alış-veriş zamanı çek verilməyibsə, bu, qanun pozuntusu və vergidən yayınma deməkdir. Alıcı hər alış-veriş zamanı dövlət büdcəsinə vergilərin ödənilməsində iştirak edir. Belə ki, alış-veriş etdiyimiz yerlər arasında ƏDV ödəyiciləri olan iri supermarketlər və kiçik sahibkarlıq subyektləri vardır. İstehlakçı alış-veriş zamanı müxtəlif vergiləri (ƏDV, aksiz) ödəyir, həmçinin sahibkarın satışı rəsmiləşdirdiyi zaman gəlirlərini bəyan etməklə vergiləri ödəməsində dolayı şəkildə iştirak edir. Məsələn, vətəndaş əldə etdiyi çekə baxmaqla orada ödənilmiş ƏDV məbləğini görə bilər. Yaxud mağazadan aksizli məhsullar (tütün məmulatı, alkoqollu içki və s.) ala bilər. Alıcı çek tələb etməyəndə ödədiyi vergilərin, həmçinin sahibkarın ödəməli olduğu verginin büdcəyə deyil, ticarət obyektinin sahibində qalmasına yol açır, eyni zamanda, vergilərin büdcədən yayındırılmasına yol vermiş olur. Halbuki, büdcəyə ödənilən vergi xidmət şəklində alıcıya qayıda bilərdi. Vətəndaş çek tələb edən zaman satıcı satışı qeydiyyata almış olur və bu satışdan vergi dövlət büdcəsinə yönəlir. Dövlət büdcəsinə yönələn vergi isə əməkhaqqı, pensiya, təqaüd, səhiyyə və təhsil sisteminə, sosial xidmətlərə və dövlətin digər ehtiyaclarına xərclənir. Alıcılar çekləri tələb etmədikcə büdcəyə daxil olan verginin məbləği azalır. Sahibkarlar qeyri-qanuni gəlir əldə edir, vətəndaş işə əməkhaqqının və ya sosial xidmətlərin azlığından şikayətlənir.
Vətəndaş isə buna özünün yol verdiyinin fərqinə varmır. Nəticədə büdcədən müəyyən vəsait yayındırılır və vətəndaş özü də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilir. Alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur. Bütün bunları nəzərə alsaq məlum olur ki, diqqətsizlik ucbatından əldə etmədiyimiz çek gələcəkdə bizə təqdim ediləcək sosial xidmətdən imtina etməyimiz deməkdir. Bu, həm də istehlakçı olaraq hüquqlarımızın pozulmasıdır, çünki malın bu və ya digər səbəbdən dəyişdirilməsi tələb olunduqda, kassa çekinin təqdim edilməsi zəruridir. Bu səbəbdən çek mütləq tələb edilməlidir.
Çek tələb etsək nə qazanırıq?
Çek tələb etməklə birinci növbədə, vətəndaşlıq borcunu yerinə yetirmiş oluruq. Satıcıya ödənilən vəsaitin vergi şəklində büdcəyə ödənilməsini təmin etmiş oluruq. Çek tələb etmək vergidən yayınmanın qarşısını almaqdır. İqtisadiyyatdan yayındırılmağa cəhd edilən satışın qarşısını almaqla dövriyyənin qanuni vergiyə cəlb edilməsini təmin etmiş oluruq. Çek əldə etməklə vəsaitin sosial xidmətlərə xərclənməsinə və bununla da daha keyfiyyətli xidmətdən faydalanmağa nail oluruq. İstehlakçı kimi hüquqlarımızı müdafiə etmək üçün sənədə sahib oluruq. Çek alıcının hüququnu təsdiq edən sənəddir. Alış-veriş zamanı çek tələb etmək satışı rəsmiləşdirir. İstehlakçı hüquqları baxımından məsələyə diqqət yetirsək, çek əldə etməklə 14 gün müddətində aldığınız məhsulu qaytarmaq və dəyişmək hüququnuzu qazanmış olursunuz. Bu, çek olmadan mümkün deyil. Çek tələb etmək tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınmasına, “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti olmasına və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.
Daha yaxşı xidmət üçün aktiv təşəbbüs
Alış-verişin həyatımızın ayrılmaz hissəsi olduğunu yazının əvvəlində qeyd etmişdik. Hər alış-veriş zamanı dövlət büdcəsinə vəsait ödənir və biz bu vəsaiti sosial rifah halımızın yüksəldilməsi kimi dövlətdən geri alırıq. Cəmiyyət arasında çek tələb etmə vərdişinin formalaşması üçün vətəndaşların da bu sahədə biliklərə sahib olması mütləqdir. Öz hüquqlarını müdafiə edə bilən istehlakçı cəmiyyət üçün faydalı təşəbbüslərə yol açacaq və vətəndaş cəmiyyətinin əhəmiyyətli üzvünə çevriləcək. Çünki bu təşəbbüslər ümumi iqtisadi maraqlara xidmət edir. Vergi dövlətin önəmli maliyyə mənbəyidir. Verginin tam və vaxtında ödənilməsi qədər vergilərin ödənilməsində iştirak etmək və buna nəzarət etmək də önəmlidir. Bu, hər bir vətəndaşın borcudur. Çünki bu, son nəticədə vətəndaşın özünə faydalıdır. Dövlətin ona daha geniş imkanlar verməsini və keyfiyyətli sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaş öz vəzifələrini və hüquqlarını bilərək buna uyğun hərəkət etməli və cəmiyyətdə iqtisadi proseslərin qanun çərçivəsində həllində maraqlı olmaldır. Bunun üçün təşəbbüsə çek tələb etməklə başlamaq olar.
Comments are closed, but trackbacks and pingbacks are open.