Emek pensiyalari haqqinda qanun
1 iyul 2025 – 30 iyun 2026
Yaşa görə əmək pensiyası
Yaşa görə əmək pensiyası nədir və almaq hüququ olan şəxslər kimdir?
Məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Dövr
Kişilərin yaş həddi
Qadınların yaş həddi
1 iyul 2017 – 30 iyun 2018
1 iyul 2018 – 30 iyun 2019
1 iyul 2019 – 30 iyun 2020
1 iyul 2020 – 30 iyun 2021
1 iyul 2021 – 30 iyun 2022
1 iyul 2022 – 30 iyun 2023
1 iyul 2023 – 30 iyun 2024
1 iyul 2024 – 30 iyun 2025
1 iyul 2025 – 30 iyun 2026
1 iyul 2026-cı il və sonrakı
Ümumi qaydada yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyasının, pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmışdır. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmədiyi hallarda tələb olunan müvafiq sənədləri topladıqdan sonra qeydiyyat üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.
Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:
Hərbi bilet və ya SHXÇDX-dən arayış;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?
Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.
Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:
Hərbi bilet və ya SHXÇDX-dən arayış;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.
Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışı
5 və daha çox uşağı doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb 8 yaşınadək böyütmüş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?
Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.
Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:
Hərbi bilet və ya SHXÇDX-dən arayış;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.
Qadının beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı;
Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri
Əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?
Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.
Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:
Hərbi bilet və ya SHXÇDX-dən arayış;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.
Qadının əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı.
Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri
Uşağın 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış.
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?
Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.
Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:
Hərbi bilet və ya SHXÇDX-dən arayış;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.
Atanın (qəyyum kişinin) 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı
Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri
Ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı
Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı
Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri:
Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Sığortaolunanın sığorta stajına əlavə olaraq aşağıdakı müddətlər daxil edilir:
İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;
Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;
Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;
İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət;
İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddətZabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;
Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.
Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir.
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər
Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır:
- prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri;
- yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
- hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
- hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
- hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:
- hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
- hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
- ali zabit heyətinə aid şəxslər.
Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
DOST Agentliyinin missiyası əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir.
Xidmətlər
- Arayışların verilməsi
- Əmək münasibətləri
- Əlillik
- Məşğulluq
- Əmək pensiyası və sosial müavinətlər
- Övladlığagötürmə
- Ünvanlı dövlət sosial yardımı
- Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
- Sosial sığorta
- Sosial xidmətlər
- Yardımçı xidmətlər
Bizi izləyin
© 2023 DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Emek pensiyalari haqqinda qanun
Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
Son xəbərlər
- 16:30 | İnstaqram istifadəçilərinin pullarını ələ keçirən şəxs tutuldu – Video
- 16:17 | “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə hazırıq”
- 16:12 | Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər
- 15:58 | Mirzoyan Rusiyaya gedəcək
- 15:57 | “Azərsu”nun keçirdiyi təlimlər yekunlaşdı – Fotolar
- 15:56 | Uşaq evlərinin sakinləri üçün Novruz şənliyi keçirildi – Foto
- 15:48 | “Atam təcili əməliyyat olunmalıdır” – Ömürlük məhbusun oğlu
- 15:38 | Qaradağda növbəti səyyar qəbul – Foto
- 15:33 | ““Bandotdel” müvəkkilimlə görüşməyə imkan vermir”
- 15:27 | Bakıdakı məşhur restoran sahibləri cərimələndi
- 15:15 | Ən çox bu ölkələrdən mal alırıq – Siyahı
- 15:13 | “Bank Respublika”nın Neftçilər filialı yeni konseptdə və yeni ünvanda
- 15:12 | ABŞ-nin Avropa Komandanlığının briqada generalı Azərbaycandadır
- 15:02 | “Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq yoxdur”
- 14:56 | Azərbaycanda orta aylıq əməkhaqqı 900 manata yaxınlaşır
- 14:50 | Fevralda əhali qazancının yarıdan çoxunu ərzağa xərcləyib
- 14:50 | Tovuzda gənc qızın hoteldə ölməsinin səbəbi bilindi – Yenilənib
- 14:48 | Afaq Gəncəli əməliyyat olundu
- 14:45 | İlham Zəkiyev finala çıxdı
- 14:35 | İlham Əliyev Almaniya Prezidenti ilə görüşdü – Fotolar – Yenilənir
- 14:27 | AQTA-nı sərt tənqid etdilər, sonra “kiberhücum olub” dedilər
- 14:23 | BMT sessiyasında Azərbaycanın təbii sərvətlərinin talan edilməsi məsələsi qaldırıldı
- 14:17 | “Qarabağ”dan “Qalatasaray”la oyunla bağlı paylaşım
- 14:15 | Bu ay bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək
- 14:15 | Tbilisidə aksiyada Aİ bayrağı yandırıldı – Video – Yenilənib
- 13:52 | Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi – Fotolar
- 13:45 | “Türkiyəyə dəstəyi davam etdirəcəyik” – İlham Əliyev
- 13:38 | Bakı dairəvi avtomobil yolunda dəhşətli qəza – Video
- 13:30 | Suraxanıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi – Foto
- 13:25 | “Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır”
- 13:18 | Sabah 22° isti olacaq
- 13:15 | Ermənistanda insan hüquqları pozulur – Hesabat
- 13:05 | “KTMT Ermənistandan gedir”
- 12:52 | TDT-nin növbədənkənar sammiti keçiriləcək
- 12:32 | Sahibkarlarla növbəti görüş Biləsuvarda keçiriləcək
- 12:31 | Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edildi
- 12:26 | Qanunsuz dini təbliğat aparan qadın saxlanıldı
- 12:19 | Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
- 12:17 | “Bakı İrəvanın təklifinə cavab verib”
- 12:10 | “Lerikin 17 kəndində insanlar əmlaklarına sənəd ala bilmir”
- 11:59 | Buğdanın ucuzlaşması Azərbaycanda çörəyin qiymətinə necə təsir edib?
- 11:57 | Bakıda əməliyyat, 2 qardaş həbs edildi – Video
- 11:48 | “Mançester Siti” və “İnter” cavab oyununa çıxır
- 11:47 | Səhnədə huşunu itirdi, xəstəxanaya yerləşdirildi
- 11:41 | Mədəniyyət Nazirliyində daha bir təyinat
- 11:39 | “Marketlərdə çörək ucuzlaşıb” – Rəsmi
- 11:34 | Kürün suyu artıb
- 11:33 | “Sosial müavinət almaq istəyəndə bilirlər ki, adlarında torpaq var”
- 11:27 | Körpəsini dünyaya gətirmək üçün İngiltərəyə getdi
- 11:26 | Türkiyədə zəlzələ bölgəsində 505 tibb işçisi həlak olub
Comments are closed, but trackbacks and pingbacks are open.