Microsoft Word Insan huquqlari I kitab doc
Koronavirus
Emir eliyev insan huquqlari kitabi
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Gənclərin Heydər Əliyev məsuliyyəti – VƏ YAXUD ULU ÖNDƏRİN GƏNCLƏR SİYASƏTİ
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Dekabr 12, 2015 – 11:22
!Reklam – Yazi
“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Ümummilli lider Heydər Əliyev Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir. Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı. Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə şəxsən iştirak edib.1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub. Ümummilli lider gəncliyin aktiv sosial təbəqə kimi ictimai həyatdakı roluna mühüm əhəmiyyət verərək bildirirdi ki, gəncləri gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram: “Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.” 2 mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında ulu öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib. “ XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız” deyən ümummilli lider gəncləri gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi qiymətləndirirdi. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi. Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub. Ümummilli Liderin gənclər siyasətiylə bağlı yuxarıda qeyd etdiyimiz istiqamətlərdə gördüyü işlər Prezidentimiz Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, 2005-ci il avqustun 30-da İlham Əliyev “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Dövlətin gənclər siyasətini müasir tələblərə uyğun şəkildə həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən qurulmuşdur. Növbəti addım kimi 2007-ci il prezidentimiz tərəfindən ölkədə “Gənclər ili” elan edilmişdir. 16 aprel 2007-ci ildə prezidentimiz tərəfindən imzalanan Sərəncamla təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrə göndərilmişdir. 2003,2005,2008, 2011-ci illərdə Bakıda gənclərin növbəti forumları keçirildi. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Fond gənclər tərəfindən irəli sürülən layihələri reallaşdırır. bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşması bu məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Artıq ölkəmiz kifayət qədər inkişaf edib: Biz artıq ən mühüm, strateji beynəlxalq tədbirlərin iştirakçısından təşkilatçısına çevrilmişik. Ölkəmizin iqtisasi və siyasi gücü günü-gündən artmaqdadır. Belə olan təqdirdə ölkəmizə qarşı informasiya terrorunun baş verməsi qaçılmazdır. Hesab edirəm ki, gənclərimiz yeni internet medianın və sosial medianın mümkün texniki imkanlarına yaxşı bələd olmalı və ermənipərəst qüvvələrin bütün informasiya təxribatlarına layiqli cavab verməlidirlər. Səbuhi Abbasov Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, İnternet-media ekspert
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Microsoft Word Insan huquqlari I kitab doc
Nəsibov
E.M.
“İnsan
hüquqları”
anlayışının
dərk
olunmasında fəlsəfi –məntiqi (formal (ənənəvi-klassik) və dialektik
məntiq) metodlar. Dərk etmənin ontoloji və qnoseoloji əsasları.
I kitab. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2013, 122 səh.
Bu kitabda “insan hüquqları” anlayışının dərk olunmasında
formal məntiq və dialektik məntiq metodları əsas götürülür. “İnsan
hüquqları” ümumiləşdirici və dərin mənaya malik olduğundan və
fəlsəfi məzmun kəsb etdiyindən, bu məfhumun ilk növbədə
fəlsəfənin predmeti olması qənaətinə gəlinir. Məntiq üsullarının
tətbiqi ilə insan hüquqları anlayışının və məfhumunun tərkibi və
bölgüsü ünsürlərinin aşkar olunması əsas məqsədə çevrilir. İnsan
hüquqları məfhumunun fəlsəfədən elmə keçməsində məntiq
ə
məliyyatlarının – deduksiya və induksiyanın – köməyindən istifadə
olunur. İnsan hüquqları məfhumu başlıca olaraq deduktiv metodlarla
ayrı-ayrı tərkibə və bölgülərə ayrılır. Anlayışın tərkib etibarilə baş
düşülməsində fəlsəfi kateqoriyalardan, eləcə də məntiqi üsullardan –
hökmlər vermək, nəticələr hökmləri çıxarmaq və sillogizmdən
istifadə olunur. Eyni zamanda fəlsəfi kateqoriyalarla, məntiqi
üsulların qarşılıqlı vəhdəti əsas götürülür.
Bu kitab insan hüquqları (hüquq elmi), fəlsəfə, siyasət elmi ilə
məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
ISBN 978-9952-809-84-8
2013
098
89
3701000000
−
−
N
qrifli nəşr
© Nəsibov E., 2013
MÜNDƏRİCAT:
GİRİŞ . 4
Hüquq nədir. Hüquq-fəlsəfə və elmin obyekti kimi . 20
İ
nsan hüquqları fəlsəfə, məntiq və elmin obyekti
(predmeti) kimi . 48
İ
nsan hüquqlarına dair qrafiklər bölməsi . 58
Hərəkət (hərəkətsizlik) və hüquq . 70
Hüquq və əxlaqın vəhdəti. Fəlsəfi və elmi əsaslarla təhlil . 74
“İnsan hüquqları” məfhumu . 87
“İnsan hüquqları” anlayışı . 96
İ
nsan hüquqları anlayışının dərk olunmasında sillogizm . 99
İ
nsan hüquqlarının konseptuallığı . 110
NƏTİCƏ . 116
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT . 117
Bu yazını əməkdaşı olduğum Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan
Hüquqları İnstitutunun 15 illik yubileyi
ilə əlaqədar olaraq qələmə alıram
GİRİŞ
İ
nsan hüquqlarının fəlsəfə, elm və məntiqin predmeti və
obyekti olmasını şərh etməzdən öncə, bəzi fəlsəfi-məntiqi
məfhumların mənasına elmdə verilən izahlara toxunmaq
məqsədəuyğun olar. Belə qəbul etmək lazımdır ki, fəlsəfənin
özünün də obyekt və predmetinin müəyyən olunmasında
məntiq yolu ilə elm iştirak edir. Məntiq və elm birlikdə fəlsəfi
anlayışların tərkibini müəyyənləşdirir və onların digər
məfhumlarla olan əlaqəsini aşkarlayaraq, rasional və empirik
ə
saslarla izah edir. Bu baxımdan da hesab etmək olar ki, fəlsəfə
elmə, elm də fəlsəfəyə xidmət göstərir.
Mövzuda qnoseologiya sözü işlədilir. Elmi izahlara əsasən,
qnoseologiya-nəzəri-idrak təsəvvürləridir. Fəlsəfənin nisbi
müstəqil hissəsi kimi çıxış edir. İdrak nəzəriyyəsi –fəlsəfənin
idrak fəaliyyəti prosesində subyektin və obyektin qarşılıqlı
münasibətini, biliyin gerçəkliyə münasibətini, dünyanın insan
tərəfindən dərk olunması imkanlarını, biliyin həqiqiliyi və
səhihliyini öyrənən bölməsidir.
1
Bu mövzuda həmçinin ontologiya sözü də işlədilir. Elmi
izahlara əsasən, ontologiya-varlıq haqqında ümumi təlimdir;
xüsusilə fəlsəfənin formal və ilk hissəsi kimi (“Aristotel
fəlsəfəsi”) qəbul olunur. Burada anlayışa varlıq və yoxluq,
mümkünlük və qeyri-mümkünlük, müəyyənlik (yaxud
həqiqilik) və qeyri-müəyyənlik; kəmiyyət və ölçü, keyfiyyət,
1
Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl Vəliyev. “Azərbaycan
Ensiklopediyası nəşriyyat poliqrafiya birliyi”. Bakı, 1997, səh. 172.
Comments are closed, but trackbacks and pingbacks are open.