Azərbaycanda ən çox oxunan kitablar – SİYAHI
9. Romantik romanlardan sonra ən çox pul qazandıran əsərlər cinayət-sirr, dini-spiritual, elmi-fantastik və qorxu janrında yazılmış romanlar olub.
En cox oxunan kitablar
1800-cü illərdən bu günə qədər dünyada ən çox satılan kitablar araşdırılaraq onların müxtəlif xarakteristikaları müəyyənləşdirilib.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, jurnalist Diana Dilvorz tərəfindən hazırlanan statistikanı təqdim edirik.
1. Bestseller hesab edilən kitablar təxminən 375 səhifədən ibarətdir.
2. Baş qəhrəmanı qadın olan əsərlər daha uğurlu alınır.
3. Kişilər kişilərin əsas obraz olduğu əsərləri oxumağı daha çox sevirlər.
4. Əsas obrazlar daha çox vəkil və ya dedektiv olurlar.
5. 1811-ci ildə bir cümlədə təxminən 23,2 ədəd söz var idisə, 2005-ci ildə bu 9,7-yə düşüb.
6. Hər 1000 söz üçün istifadə edilən sual miqdarı 3 dəfə artıb.
7. Vergüldən istifadə 13,1-dən 1,9-a düşüb.
8. Ən çox gəlir əldə edilən əsərlər romantik romanlardır. Ümumi miqdar 1,44 milyard dollardır.
9. Romantik romanlardan sonra ən çox pul qazandıran əsərlər cinayət-sirr, dini-spiritual, elmi-fantastik və qorxu janrında yazılmış romanlar olub.
10. Sevgi hekayələrinin miqdarı 2008-ci ildə 9% idisə, 2012-ci ildə 25%-ə qalxıb.
11. İnsanların 47%-i il ərzində ən çox sirr, qorxu, cinayət janrında oxuduqlarını deyib. Növbəti sıralarda tarix, bioqrafiya, romantik, yemək kitabları, fantastik və klassik ədəbiyyat nümunələri qərarlaşıb.
12. Dünyada ən çox kitab satılan ölkələr ABŞ, Çin, Almaniya, Yaponiya, Fransa və İngiltərədir. Bu ölkələr kitab xərclərinin dünya üzrə 60%-dən çoxuna sahibdir.
13. Satılan kitabların 80%-i kağız, 20%-i isə elektron kitablardır.
14. 2014-cü ildə ABŞ-da 2,7 milyard kitab satılıb və ümumi 27,98 milyard dollar gəlir əldə edilib.
15. Dünyanın ən çox oxunan kitabı Migel De Servantesin “Don Kixot” romanıdır. Növbəti sıralarda Çarlz Dikensin “İki şəhərin hekayəsi”, Con Ronald Reuel Tolkienin “Üzüklərin hökmdarı”, Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə”, Co Roulinqin “Harri Potter” əsərləri qərarlaşıb.
Azərbaycanda ən çox oxunan kitablar – SİYAHI
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Qanun” nəşriyyat evindən verilən məlumata görə, siyahıya 13 müəllifin 20 kitabı daxildir.
Ən çox üstünlük verilən yazıçı isə Çingiz Abdullayev olub. Belə ki, siyahıdakı 20 kitabdan 7-si ona məxsusdur.
Bu statistik məlumatlar iyun ayına aiddir:
1. “Ayaqlarım üşüyür” – Aytən Cavanşir
2. “Qara volqa” – Cəmşid Əmirov
3. “Qaniçənlər aynası” – Çingiz Abdullayev
4. “Məşhər ayağında” – Çingiz Abdullayev
5. “Qazanılmış cəhənnəm” – Çingiz Abdullayev
6. “Bələdçi” – Eyvaz Zeynalov
7. “Tələ” – Eyvaz Zeynalov
8. “Abırlı adam” – Çingiz Abdullayev
9. “Namərdin üslubu” – Çingiz Abdullayev
10. “Ölümünü özün seç” – Çingiz Abdullayev
11. “Təhminə və Zaur” – Anar
12. “Cənnətdə terror aksiyası” – Aqşin Yenisey
13. “1 000 000 dollarım olsaydı” – Qaraqan
14. “Qanqal” – Zaur Akifoğlu
15. “Ölü mətn” – Orxan Fikrətoğlu
16. “Rəqqasə” – Kənan Hacı
17. “İsanın qadını” – Səxavət Sahil
18. “Mark Tven jurnalist kimi” – Həmid Vəliyev
19. “Labirint” – Kamal Abdulla
20. “Əclafların qanunu” – Çingiz Abdullayev
Comments are closed, but trackbacks and pingbacks are open.