Press "Enter" to skip to content

Kər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları

Koitus – adi cinsi əlaqə. Elmi adı ilə vaginal penetrasiya. Qadınların hamısı normal cinsi əlaqə yaşadığını bildirmişlər. Bunlardan 68.4%-i koitusun çox ləzzətli, 19.4%-i isə ləzzətli olduğunu söyləsə də, 2% heç məmnun qalmadığını deyib.

Vaginal qaşıntının səbəbləri və ev şəraitində aradan qaldırma ÜSULLARI

Qaşınma harada olmasından asılı olmayaraq, insanın rahatlığını pozur. Vaginal qaşıntı (uşaqlıq yolunda, böyük və kiçik dodaqlar, uşaqlıq yolu giriş, klitor) bütün qadınların qarşılaşdığı ortaq problemdir.
Qaşıntı qadının yaşından asılı olmayaraq, hər dövrdə ola bilər. Səbəbləri isə yaşa görə dəyişir. Publika.az-ın sağlamlıq bölməsi bir çox qadını narahat edən bu problemin səbəbləri və həlli ilə bağlı məlumatları təqdim edir:
Göbələk infeksiyası
Vaginal qaşıntının əsas səbəbləri göbələk infeksiyasıdır. Uşaqlıq yolunda olan faydalı bakteriyalar, adətən, göbələyin qarşısını alır. Ancaq antibiotik qəbulu həmin faydalı bakteriyaların məhv olmasına səbəb olur ki, nəticədə də göbələk əmələ gəlir.
Göbələk infeksiyasının həlli
Uşaqlıq yolunda qaşınma göbələyin ilkin əlamətidir. Əgər bu əlamətlər hamiləlik dövründə baş veribsə, onda dərhal həkimə gedin. Ginekoloqlar bu kimi problemlərlə qarşılaşdığınız zaman “anti-fungal” kremlərtövsiyə edir. Ancaq unutmayın, göbələk şəkərdən qidalandığı üçün müalicə müddətində şəkərli qidalar yeməməyi təklif edirik.
Dəri problemləri
Ekzema kimi dəri problemləri də uşaqlıq yolunda qaşıntıya səbəb ola bilər.
Dəri problemlərinin həll:
Mütləq həkimə müraciət edin. Dermatoloqlar bu məsələdə sizə ən doğru yolu göstərəcəklər.
Cinsi yolla yoluxan xəstəliklər
Uşaqlıq yolunda rast gəlinən qaşınmanın səbəbi cinsi yolla yoluxan hər hansı bir xəstəlik də ola bilər. Ancaq bu xəstəliklər qaşıntıdan çox ağrıya səbəb olur. Bir neçə gündən çox davam edərsə, cinsi təmasdan çəkinin və həkimə gedin.
Klimaks dövrü
Esterogen hormonunun azalması ilə əlaqədar uşaqlıq yolu divarlarında nazikləşmə və quruma baş verir. Bu da həssaslığı artıraraq qaşıntıya səbəb ola bilər.
Əmizdirmə dövrü
Əmizdirmə dövründə də esterogen hormonlarının azalması ilə əlaqədar qaşıntı yaranar.
Kimyəvi maddələr
Kremlər, vaginal duşlar, yuyucu vasitələr, sabunlar, tualet kağızları, yumşaldıcılar da qaşıntıya səbəbi ola bilər.
Vaginal qaşıntının digər səbəbləri:
Sidik dəymiş alt paltarı nəmli qaldığı üçün qaşınma verər. Kiçik yaşlı qızlarda gigiyenik təmizliyə əməl olunmaması da infeksiya və qaşıntının səbəbidir.
Vaginal qaşıntının müalicəsi
Müalicə səbəbə görə təyin olunur. Bəzən təkrarlanan və uzunmüddətli müalicə lazım gəlir. Qaşıntını aradan qaldırmaq üçün yuxarıda da qeyd etdiyimiz kimi “antifungal” dərmanlar işlədilir. İnfeksiya varsa, ona uyğun antibiotik, müəyyən dəri xəstəlikləri üçün steroid tərkibli kremlər, klimaksla bağlı qaşıntı üçün isə esterogen tərkibli kremlər istifadə edilir.
Vaginal qaşıntını aradan qaldırmaq üçün digər tədbirlər
100 faiz pambıq alt paltarı geyinin.
Alt paltarınızı hər gün dəyişin.
Dar və sintetik paltarlar geyinməyin.
Yaş çimərlik geyimi ilə oturmayın.
Uşaqlıq yolunu hər gün yuyun.
Uşaqlıq yolunu yuyarkən ehtiyatlı davranın, kisə və sabun vurmayın.
Sabun, dezodorant və ya ətir istifadə etməyin.
Gündəlik bezi 3-4 saatdan çox istifadə etməyin.
Cinsi əlaqə ilə keçən xəstəliklərdən qorunmaq üçün kondom istifadə edin.
Vaginal dodaqlar ətrafında olan tükləri ülgüclə təraş etməyin.

Sağlamlıq Baxılıb: 128951 Tarix: 03 dekabr 2016
f Paylaş

Digər yazılar

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Bu çox ucuz və sadə üsulla bağırsaqlarınız tərtəmiz olacaq, bütün dəhşətli xəstəliklərdən xilas olacaqsınız!

xarici mətbuata istinadən xəbər verir ki, immunitet sistemi, bizim orqanizmin gizli bir elementi kimi qəbul olunur. Bəs, siz bilirsiniz ki, immunitet sisteminin 80% fəaliyyəti həzm sisteminin yaxşı olunmasından asılıdır

Tədqiqatlar təsdiqləyir: Cəmi 4 xörək qaşığı ilə xərçəng hüceyrələri məhv olur!

SaqlamHeyat.azxarici mətbuata istinadən bildirir ki, cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur. Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərd

Şəkər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları

Şəkər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları

Şəkərli diabet xəstələrinin 15%-də diabetik yaralar əmələ gəlir. Diabetik yaralar ən çox ayaqlarda əmələ gəlir və gec sağalır. Dibetik yaraların əmələ gəlməsinə qan dövranının pozulmaları səbəb olur. Şəkərli diabet xəstələrində vena damarlarının funksiyası normal yerinə yetirilmədiyinə görə venoz patalogiyalar əmələ gəlir və yaralar sağalımır və ya gec sağalır. Onun sağaldığı dövrlərdə yaraya infeksiyanın düşmə ehtimalı olduğunu nəzərə alarsaq vəziyyətin ciddiliyini anlamaq çətin deyil. Bu ağırlaşmaların baş verməməsi üçün isə yaraya diqqətlə yanaşmaq və onun tez bir zamanda sağalmasına çalşmaq lazımdır.

Dibetik yaralar nədən yaranır?

Diabetik yaraların əmələ gəlməsinə səbəb qanda şəkərin miqdarının çox olması və bu səbəbdən də qan dövranının pozulmasıdır. Şəkərli diabet zamanı qan dövranı pozğunluqları əsasən özünü aşağı ərtaflarda göstərir. Bu səbədən də ayaqlarda adi bir zədələnmə olduqda orada yara əmələ gəlir və həmin nahiyə qanla yaxşı qidalanmadığına görə yara sağalmır.

Yaraların əmələ gəlməsinə nə səbəb olur?

Bəzən ayaqlarda yaraların əmələ gəlməsinə zədələnmələr yox, spirtli içki qəbulu, siqaret, piylənmə, ürək və böyrək xəstəlikləri səbəb olur. Bəzən də ayağa uyuşmayan ayaqqabılar şəkər xəstələrində yaraların əmələ gəlməsinə səbəb olur.
Şəkərli diabet xəstələri yaraların əmələ gəlməsindən nə qədər özlərini qorusalar da, onlarda şəkər yaralarına əmələ gələ bilir. Bəzən diabetik yaralar ayaqlarına qulluq edən, ayaqqabılarına və corablarına diqqət yetirən xəstələrdə də meydana gələ bilir. Bu zaman isə əsas məsələ yaralarda ağırlaşmaların əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir.
Diabetik yaraların tez sağalması üçün ən yaxşı təbii vasitə təbii baldır. Təbii bal yaraları təmiz saxlayır, onların sağalmasını tezləşdirir. Yaraların tez sağalması isə yarada əmələ gələn ağırlaşmaların və ətrafın aptutasiyaya məruz qalmasınını qarşısını alır. Əsil süzmə zeytun yağı da yaraların sağalmasını sürətləndirir və heç bir əks təsiri yoxdur. Zədələnən nahiyəyə çaytikanı yağı sürtmək də yaranın oksigenlə qidalanmaasına səbəb olur. Çaytikanı yağı da diabetik yaraların tez sağalmasına və zədələnmiş nahiyənin yaxşı qidalanmasına səbəb olur.

Qadınlara həzz verən intim növləri – HƏKİM YAZIR

Uzun zamandır dünyada gərdək gecəsi alınmayan cinsi əlaqə statistikası haqqında məlumat toplayıram. Doğrusu, yaman məyus oldum – elmi platformalarda axtardığım sualları cavablandıracaq bircə dənə də məqalə tapa bilmədim. Məsələlərə elmi yanaşan cəmiyyətlərdə evliliyə qədər cinsi əlaqə praktikası yayğın olduğu üçün onlar məsələyə bizim kimi yanaşmırlar. Evliliyə qədər bakirəlik məsələlərinə ciddi fikir verən cəmiyyətlərin alimləri isə yazmağı sevmirlər. Özüm bu halların öyrənilməsi ilə məşğul olsam da, elmi metodlarla incələnmiş bir fakt belə yaza bilməyəcəm.

Amma qadınların cinsi əlaqədən məmnuniyyət dərəcəsi haqqında çoxlu məqaləyə rast gəldim. Bizim cəmiyyətdə cinsi münasibətdə kişinin rolu qabardılsa da, qadınlarımızın bu məsələdə xüsusilə “əziyyət” çəkdiyini söyləmək olar. Məsələn, gərdək gecəsi cinsi münasibətin alınmadığı cütlüklərdən qarşılaşdığım halların əksəriyyətində günahkar olaraq kimi göstərirdilər? Bəli, qızları. Kimdən soruşsan, hamı bir ağızdan “əl dəyməmiş”, “ailə qız”ları ilə evlənmək istəyir, amma heç kəs bu zavallı qız “əl dəyməmiş”dirsə, cinsi münasibət təcrübəsini haradan toplasın, elə ilk gecədən “ana quzusu” oğlanı necə məmnun etsin deyə özünə sual vermir. Həm qızları cinsi münasibət məsələsində arxa sıralara yerləşdir, həm də sonra “oğlana imkan vermədi” deyə günahlandır.

Ümumiyyətlə, bir məsələ mənə gün kimi aydındır:

– Cəmiyyət öz qoyduğu qaydalara uyan sadəlövhləri mütləq cəzalandırır və alçaldır.
– Cəmiyyət öz qoyduğu qaydaları saymayan kimsələri isə sevgi və məhəbbət hissi ilə qarşılayır.
Bir növ, “Stokholm sindromu”dur, yəni.

Yaxşı, qadınları ən çox məmnun edən cinsi münasibət davranışları hansılardır?

Cn. Hurlbert və yoldaşlarının ABŞ-da apardığı araşdırma bu suala özünəməxsus şəkildə cavab verir. Bunun üçün 161 nəfər evli qadına sorğu göndərilmiş, onlardan son 21 gün üçün cinsi münasibət gündəliyi tutmaları xahiş edilmişdir. Ortaya mənim üçün maraqlı rəqəmlər çıxır.

Ailəli qadınlar hansı növ cinsi münasibətdə olur və bundan nə qədər həzz alırlar?

Kunnilinqus. Qadın xarici cinsi orqanlarının tərəf müqabilinin dili ilə ehtirasa gətirilməsi. Bu qadınların son 21 gündə yaşadığı bütün cinsi münasibətlərin 92-sində kunnilinqus aktı yaşanmışdır. Qadınların 82.6%-i bunu “çox ləzzətli”, – deyə qiymətləndirmişdir. Heç bir qadın kunnilinqusdan ləzzət almadığını bildirməmişdir.

Koitus – adi cinsi əlaqə. Elmi adı ilə vaginal penetrasiya. Qadınların hamısı normal cinsi əlaqə yaşadığını bildirmişlər. Bunlardan 68.4%-i koitusun çox ləzzətli, 19.4%-i isə ləzzətli olduğunu söyləsə də, 2% heç məmnun qalmadığını deyib.

Özü-özünə aparılan masturbasiya. Qadınların 70%-i sadəcə masturbasiya etdiyini bildirsə də, 28,6%-i masturbasiya sırasında tərəf müqabilinin ona kömək etdiyini söyləmişdir. Bu növ münasibətdən qadınların əksəriyyəti məmnun qaldığını bildirmişdir.

Tərəf müqabili tərəfindən aparılan masturbasiya halları 1/3-də görülmüş və qadınlar bunu əksər hallarda məmnuniyyət verici olaraq qiymətləndiriblər.

Fellasio – kişi cinsi orqanına qadının ağzı ilə masturbasiya etməsi. Qadınların çoxu partnyorlarına bunu etdiyini etiraf ediblər. Amma qadınların yarısı az-çox ləzzət aldığını, 1/5-i bundan məmnun qaldığını bildirib.

Anal əlaqə düşünüldüyünün əksinə, yayğın deyilmiş. Bir də qadınların yarısından çoxu oral əlaqə zamanı kişinin onun ağzına boşalmasını məmnuniyyət verməyən hal kimi bildiriblər.

Məqalədə cütlüklərin cinsi həyatına dair çoxlu məlumat olsa da, indilik bir cədvələ sığışan bu faktların kifayət olacağını düşünürəm.

Comments are closed, but trackbacks and pingbacks are open.