Press "Enter" to skip to content

Cavanşir Aziz Mahmud

Müəssisələr öz məhsullarını dolayı yolla realizə edərkən məhsulun hərəkətini iki istiqamətdə aparırlar:

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

Aşağıda”geoloji-kəşfiyyat”,kimya-texnologiya”,”neft-mexanika”,”energetika,istehsalat proseslərinin avtomatlaşdırılması”,”qaz-neft mədən” və “mühəndis-iqtisad,beynəlxalq iqtisadi əlaqələr və mececment” fakültələri barədə ətraflı məlumat ala bilərsiniz

Geoloji – Keşfiyyat fakültesi

1920-ci ilden “Neft-senayesi” fakültəsinn dağ mə’dən bölməsində neft-qaz və digər faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı üzrə mütəxəssis hazırlığına balanmışdır. 1936-cı ildən isə “Geoloji kəşfiyyat” fakültəsi kimi fəaliyyət göstərir.
Fakültədə geoloji təhsilin təşkili və inkişaf etdirilməsində yara-dı-cılıq və təşəbbüskarlıq göstərmiş görkəmli alim pedaqoqlardan prof. Preobrajenski N.A., Kovalevski S.A., Vəzirzadə A.Z., akad. Əhmədov H.Ə., akad. Mehdiyev Ş.F., akad. Bağırzadə F.M., akad. Əlizadə Q.Ə., prof. Məmmədov T.Ə., prof. Xəlifova R.Ə., prof.Sultanov B.İ., prof. Abdullayev R.Ə., prof. Litvinov S.Y., prof. Cəfərov H.C., prof. Mustafayev İ.S. və b. göstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə prof. Romanov S.M., prof. Mirçink M.F., Kozin L.D., dos. Süleymanov M.F., dos. Babayev M.S. dos. Kireyev V.F., prof. Kərimov V.Y., dos. Hacızadə Z.S., prof. Hüseynov H.M. icra etmişlər. Hal-hazırda dekan vəzifəsini dos. Abasov M.M. icra edir.
Yarandığı gündən indiyədək 8000-ə yaxın neftçi geoloq, geofizik, hidrogeoloq və mühəndis-geoloq kadrları hazırlanmışdır. (o cümlədən 315 bakalavr və 20 magistr)
Bakalavr hazırlığı aparılan istiqamətlər:
Geologiya (”Hidrogeologiya və mühəndisi geologiya” ixtisası);
Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı (”Neft və qazın geologiyası”, “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisasları);
Magistr hazırlığı aparılan istiqamətlər:
Geologiya (”Hidrogeologiya”, “Mühəndisi geologiya”, “Neftli-qazlı hövzə-lərin geologiyası”, “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı”, “Neft-qaz-mə’dən geologiyası”, “Dəniz neft yataqlarının geologiyası”, “Quyuların geofiziki tədqiqi”, “Mə’dən geofizikası”, “Litologiya” ixtisaslaşmaları);
Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı (”Axtarış və kəşfiyyatın geofiziki üsulları” ixtisaslaşması). Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı (”Axtarış və kəşfiyyatın geofiziki üsulları” ixtisaslaşması).
Hal-hazırda fakültədə bakalavr və magistr pillələrində uyğun olaraq 420 və 40 tələbə təhsil alır.
Fakültənin strukturuna daxil olan kafedralar:
Tarix (müdir-prof. Məmmədov İ.M.);
Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı (müdir-prof. Kərimov A.Ə.);
Neft-qaz-mə’dən geologiyası (müdir-prof. Bağırov B.Ə.);
Ümumi, tarixi geologiya və hidrogeologiya (müdir-dos. Kazımov S.M.);
Mineralogiya, petroqrafiya və litologiya (müdir-prof. Xəlifəzadə Ç.M.)
Fakültənin tərkibində 2 tədris laboratoriyası, 3 fənn kabineti, mineralogiya muzeyi və 3 problem laboratoriyası fəaliyyət göstərir.
Fakültədə hidrogeologiya və mühəndis geologiyası, neft geologiyası və geofizikasının aktual problemləri üzrə elmi-tədqiqat işləri aparılır.
Fakültədə 12 elmlər doktoru, professor, 40 elmlər namizədi, dosent çalışır.
Fakültə Rusiya, İran, Özbəkistan, Kanada, Misir Ərəb Respublikası, ABŞ və Türkiyənin elm və təhsil müəssisələri ilə əməkdaşlıq edir.

Kimya – Texnologiya fakültəsi

Fakültə 1921-ci ildən kimya şö’bəsi kimi “Neft sənayesi” fakültəsi tərkibində, 1934-cü ildən “Neft texnologiyası”, 1940-cı ildən isə “Kimya texnologiya” fakültəsi kimi fəaliyyət göstərir.
Fakültənin yaranmasında və inkişafında yaradıcılıq və təşəbbüskarlıq göstərən alim və pedaqoqlardan Krasusski A.K., Volox S.M., Kunetsov P.İ., Qurviç L.Q., Qadaskin D.L., Nağıyev M.F., İsmayılov R.Q., Quxman L.A., Tixamirov V.İ., Şaxtaxtinski H.B., Məmmədli M.Q., Mövsümzadə M.M., Belenkiy M.S., Zeynalov B.Q., Hüseynov M.M.. Şıxıyev A.İ., Mehdiyev S.C., Alxazov T.H., Qarayev S.F. və b. göstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə, prof. Kuznetsov P.İ., dos. Teymurov A.Q., prof. Mövsümzadə M.M., prof. Məmmədli M.Q., dos. Əmircanov R.T., prof. Şıxəlizadə P.C., prof. Ləmbəranski R.Ə., prof. Bilalov Y.M., prof. Əcəmov K.Y., prof. Qarayev S.F. icra etmişlər. Hal-hazırda dekan vəzifəsini dos. Mustafayev S.Ə. icra edir.
Yarandığı gündən indiyədək 15 minə yaxın mühəndis-kimyaçı-texnoloq hazırlanmışdır (o cümlədən 213 bakalavr, 38 magistr).
Bakalavr hazırlığı aparılan istiqamətlər:
Kimya-texnologiyası (”Üzvi maddələrin kimyəvi texnologiyası”, “Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası”, “Neft-qaz və alternativ enerji texnologiyası”, “Yüksək molekullu birləşmələrin kimyəvi texnologiyası”, “Plastik kütlələrin və elostomerlərin e’mal texnologiyası”, “Kimya istehsalının əsas prosesləri və kimya kibernetikası ixtisasları”);
Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadə, (Ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadə ixtisası);
Həyat fəaliyyətinin təhlükəsizliyi (Neft-qaz və kimya sənayesində ətraf mühitin mühəndis mühafizəsi ixtisası);
Magistr hazırlığı aparılan istiqamətlər:
Kimya texnologiyası (Üzvi maddələrin kimyası texnologiyası, kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət, Neft və qazın kompleks e’malının əsasları, Mineral gübrələrin kimyəvi texnologiyaı, Qeyri-üzvi maddələrin və katalizatorların texnologiyası, Neft e’malının texnologiyası, Karbohidrogen qazlarının e’mal texnologiyası, Polimerlərin texnologiyası, Polimer qətranlar və oliqomerlərin texnologiyası, Plastik kütlələrin e’mal texnologiyası, Elostomerlərin e’mal texnolo-giyası, Neft-kimya istehsalının əsas prosesləri və kimya kibernetikası, Neft e’malı istehsalının əsas prosesləri və kibernetikası ixtisaslaşmaları);
Ekologiya və təbiətdən istifadə (Təbii ehtiyatların qorunması və təkrar e’malı, Qaz yanacaqlarının səmərəli istifadəsi və hava hövzəsinin mühafizəsi, Neft-kimya sahəsində ətraf mühitin mühafizəsi ixtisaslaşmaları).
Hal-hazırda fakültədə bakalavr və magistr pillələrində uyğun olaraq 755 və 37 tələbə təhsil alır.
Fakültənin strukturuna daxil olan kafedralar:
Neftin kimyası və texnologiyası (müdir – prof. Əcəmov K.Y.)
Üzvi maddələrin kimyəvi texnologiyası və Sənaye Ekologiyası (müdir – prof. Muğanlinski F.F.)
Yüksək molekullu birləşmələrin texnologiyası (müdir – prof. Bilalov Y.M.)
Kimya texnologiyasının mühəndis əsasları (müdir – prof. Zeynalov R.İ.)
Üzvi kimya (müdir – prof.Qarayev S.F.)
Ümumi və qeyri üzvi kimya (müdir – prof. Ağahüseynova M.M.)
Analitik kimya (müdir – dos. Məhərrəmova L.M.)
Fiziki kimya (müdir – prof. Mirzai C.İ.)
Fəlsəfə (müdir – dos. İsayev N.M.)
Fakültənin nəzdində 8 tədris və 8 problem laboratoriyaları fəaliyyət göstərirlər.
Fakültədə “Neft e’malı qalıqlarının səmərəli istifadəsinin tədqiqi”, “Ftalitlərin alınması”, “Homogen üzvi birləşmələrin sintezi və tədqiqi”, “Polmer qarışıqlar əsasında yüksək doldurulmuş polimer kompozisiya materialları”, “Yeni tipli hetroatomlu doymamış üzvi birləşmələrin effektiv alınma üsullarının işlənməsi, onların sintetik imkanları və tətbiq sahələrinin tədqiqi”, “Keçid metallar əsasında kompleks sismetlərin sintezi və onların müxtəlif üzvi sintez reaksiyalarında öyrənilməsi” problemləri üzrə elmi tədqiqat işləri aparılır.
Fakültədə 15 professor, elmlər doktoru, 58 elmlər namizədi, dosent fəaliyyət göstərir.
Fakültə elmi-tədqiqat və tədris işləri üzrə Almaniya, ABŞ, Fransa və MDB ölkələrinin elm və təhsil müəssisələri ilə əlaqə saxlayır

Neft-Mexanika fakültəsi

Fakültə ilk dövrlərdə «Neft sənayesi»nin tərkibində, 1930-cu ildən isə sərbəst «Neft mexanika»sı fakültəsi kimi fəaliyyət göstərir.
Fakültənin yaranması və inkişafında yaradıcılıq təşəb-büs-karlığı göstərmiş alim və pedaqoqlardan professorlar Yesman İ.Q., Bulax N.Y., Leybenzon L.S., Lukin P.P., Pokrovskiy K.V., Vannikov N.L., Trequbov A.M., Quxman İ.S., Volox S.M., Dunin Y.N., Mirzəcanzadə A.X., Şişenko R.İ., Yurkevskiy S.V., Bədəlov R.A., Əliverdizadə K.S., Mustafayev A.C., Əmənzadə Y.Ə., Şahmalıyev H.M. və b. göstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövr-lər-də Semyanistıy İ.İ., Sevastyanov A.İ., Bədəlov R.A., Yaroşev-skiy F.M., Mirzəbəyov Ə.Q., Əliyev Z.H., Hüseynov F.Ş., Erivanlı N.M., Cərrahov A.R., Babayev S.H., Şərifov V.H. icra etmişlər.
Hal-hazırda dos. Camalov R.İ. fakültənin dekanıdır.
Yarandığı gündən indiyədək fakültədə 8000-dən artıq (o cümlədən 267 bakalavr və 21 magistr) mütəxəssis-mexanik hazırlanmışdır. Bakalavr hazırlığı aparılan istiqamətlər:
Texnoloji maşınlar və avadanlıqlar («Neft və qaz mə’dənlərinin maşın və avadanlıqları», «Neft e’malı və kimya istehsalatı müəssisələrinin maşın və avadanlıqları» ixtisasları);
Maşınqayırma və materialların e’malı («Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika», «Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı» ixtisasları);
Maşınların möhkəmliyi və dinamikası;
Tribotexnika;
Materialşünaslıq və yeni materiallar texnologiyası.
Magistr hazırlığı aparılan istiqamətlər:
Texnoloji maşınlar və avadanlıqlar («Neft-qaz mə’dən maşın və avadanlıqları», «Neft e’malı və kimya istehsalatı müəssisələrinin maşın və avadanlıqları» ixtisaslaşmaları);
Maşınqayırma və materiallar e’malı («Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika», «Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı» ixtisaslaşmaları);
Maşınların möhkəmliyi və dinamikası.
Hal-hazırda fakültədə bakalavr və magistr pillələrində uyğun olaraq 518 nəfər və 22 nəfər təhsil alır. Fakültənin strukturuna daxil olan kafedralar:
Nəzəri mexanika (müdir – prof. Qurbanov R.S.);
Metallar texnologiyası (müdir – prof. Mustafayev S.M.);
Maşın hissələri (müdir – prof. Kərimov Z.H.);
Maşınqayırma texnologiyası (müdir – prof. Babayev S.H.);
Neft-mə’dən mexanikası, maşın və mexanizmləri (müdir – prof. Canəhmədov Ə.X.);
Hidravlik maşınlar və hidrointiqallar (müdir – prof. Rəhimov A.M.);
Tətbiqi mexanika (müdir – prof. Həsənov R.Ə.);
Mühəndis qrafikası (müdir – prof. Həbibov İ.Ə.);
Kimya istehsalatının və tikinti materialları müəssisə-lərinin maşın və aparatları (müdir – dos. Rzabəyov İ.N.);
Politologiya (müdir – prof. Cəfərov İ.B.);
Fakültənin nəzdində «Dəniz və quru üçün neft avadan-lıq-la-rının e’tibarlığı və effektvliyi» problem laboratoriyası fəaliyyət göstərir;
Fakültədə neft-mə’dən avadanlığının dinamikası, möhkəm-li-yi, dözümlülüyü və e’tibarlılığı, avtomatlaşdırılması və optimal-laşdırılmasına dair elmi-tədqiqat işləri aparılır.
Fakültədə 1 nəfər AR EA-nın müxbir üzvü (prof. Qurba-nov R.S.), 16 nəfər elmlər doktoru, professor, 71 nəfər elmlər namizədi, dosent fəaliyyət göstərir.
Fakültə ABŞ, İngiltərə, Fransa, Rumıniya və MDB ölkələrinin elmi-tədqiqat və tədris müəssisələri ilə sıx əlaqə saxlayır.

Energetika fakültəsi

Energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Energetika fakültəsində başlanmışdır.
Fakültənin yaranması və inkişafında, elmi kadların və ali təhsilli mütəxəssislərin hazırlaşmasında, təşkilatçılıq, yaradıcılıq, təşəbbüs-karlıq göstərmiş görkəmli alim və pedaqoqlardan, professorlar Axundov A.A., Əfəndizadə A.Ə., Quluzadə K.N., Spirin A.A., Məmmədov Ə.M., Pokrovski A.V., Hüseynov F.H., Makinski İ.Z., Orucəliyev Ə.C. və b. köstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə prof. Axundov A.A., prof. Yelyaşev Z.B., prof. Baskutis P.A., prof. Plyuş B.M., prof. Məmmədov Ə.M., prof. Rüstəmzadə P.B., prof. Quluzadə K.N., dos. Salamzadə M.M., dos. Sadıqov İ.A., dos. Əbdürrəhmanov Q.A., prof. Atakişiyev T.S., prof. Abdullayev K.M., prof. Quliyev Ə.M., prof. Əlizadə P.H., prof. Fərhadzadə E.M., icra etmişlər. Hal-hazırda dos. Əsgərov C.S. fakultənin dekanıdır.
Yarandığı gündən indiyədək fakultədə 40 minə yaxın mütəxəssis, o cümlədən, 650 bakalavr, 43 magistr hazırlanmışdır.
Bakalavr hazırlığı aparılan istiqamətlər:
Energetika və enerjimaşınqayırması («Elektrik stansiyaları»; «Elektroenergetika sistemləri və şəbəkələri»; «Elektrik təchizatı» ixtisasları);
İstilik energetikası, maşın və qurğuları («İstilik elektrik stansiyaları»; «İstilik elektrik stansiyalarında yanacaq və su texnologiyası»; «Sənaye istilik energetikası» ixtisasları);
Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya (Yüksək gərginliklər texnikası və fizikası” ixtisası);
Elektrotexnika və elektromexanika («Elektrik aparatlar»; «Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı», «Elektromexanika»; «Elektrotexnoloji və elektrotexniki qurğular və sistemlər» ixtisasları);
Magistr hazırlığı aparılan istiqamətlər:
İstilik energetikası, maşın və qurğuları («İstilik elektrik stansiyalarında yanacaq və su texnologiyası», «Sənaye istilik energetikası» ixtisaslaşmaları);
Fizika («Yüksək gərginliklər texnikası və fizikası» ixtisaslaşması);
Energetika və enerjimaşınqayırma («Elektroenergetika sistemləri və şəbəkələri», «Elektrik təchizatı», «Elektrik stansiyaları»; «İstilik elektrik stansiyalar”ı ixtisaslaş-malar»)
Elektrotexnika, eletromexanika («Elektrotexniki qurğular və sistemlər», «Sənaye qurğularının və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı», «Enerjinin elektromexaniki çevrilməsinin ümumi nəzəriyyəsi», «Enerjinin elektromexaniki çevrilməsində proseslərin modelləşdirilməsi və tədqiqi üsulları», «Elektrotexnoloji qurğular və sistemlər» ixtisaslaşmaları).
Hal – hazırda fakultədə bakalavr və magistr pillələrində uyğun olaraq 1000 və 50 nəfər təhsil alır. Fakültənin strukturuna daxil olan kafedralar:
Fizika (müdir-prof. Həsənov Q.T.)
Elektrotexnikanın nəzəri əsasları (müdir-prof. Əlizadə P.H)
Sənaye istilik energetikası və suyun texnologiyası (müdir-prof. Abdullayev K.M.)
Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları (müdir-prof. Kəlbəliyev F.İ.)
Elektrik şəbəkələri və sistemləri (müdir-prof. Kərimov A.M.)
Elektrik stansiyaları (müdir-prof. Abdullayev N.D.)
Elektrotexnika və neft sənayesinin energetikası (müdir-dosent Axundov N.S.)
Elektrik maşınları və aparatları (müdir-prof. Qasımova T.Q.)
Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması (müdir-prof. Fərhadzadə E.M.)
Elektrotermiki qurğular və yüksək gərginliklər texnikası (müdir-prof.Quliyev Ə.M.)
Fakültənin nəzdində fəaliyyət göstərən problem laboratoriyaları:
Elektrik qurğularının e’tibarlılığı və səmərəliliyi;
Elektrik şəbəkələri;
Qazma və neft sənayesinin istismarı qurğularının avtomatlaşdırılmış intiqalı;
Dəniz və məişət tullantı sularının sənayedə istifadə edilməsi
Fakültədə aşağıdakı istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılır:
Energetik sistemlərin, avadanlıqların, elementlərin səmərəliliyinin artırılması və onların kompleks avtomatlaşdırılması;
Su resurslarından səmərəli istifadə edilməsi və ətraf mühitin qorunması
Fakültədə 20 nəfər elmlər doktoru, professorlar və 79 nəfər elmlər namizədi , dosentlər fəaliyyət göstərir.
Fakültə MDB ölkələrinin elmi müəssisələri və ali məktəbləri ilə sıx əlaqələri var və onların çoxu ilə birgə elmi axtarışlar aparır.

İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakültəsi

“İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsi keçmiş İttifaqın neft sənayesi üzrə ixtisaslaşmış Ali texniki məktəblərində ilkin olaraq 1961-ci ildə yaradılmışdır.
Fakültənin yaranması və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AR EA Müxbir üzvü, prof R.Ə.Əliyev, professorlar İ.Ə.Nəbiyev, V.Q.Pirməmmədov, R.M.Mirsəlimov, N.H.Fərzanə, dosentlər H.Ə.Əlizadə, dosent H.H.Səmədov və b. göstərmək olar.
Fakültənin dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq dos. İ.Ə.Nəbiyev (1961-1963), dos. H.H.Səmədov (1963-1979) , dos. R.Ə.Zeynalov (1979-1993) tutmuşlar. Hal-hazırda fakültənin dekanı, prof. Abdullayev İ.M.
Yarandığı gündən fakültədə 9 minə yaxın ali təhsilli mütəxəssis cümlədən, 8400 mühəndis , 750 bakalavr, 67 magistr. hazırlanmışdır
Bakalavr hazırlığı aparılan istiqamətlər:
Avtomatika və idarəetmə (”Texnoloci proseslərin və istehsalatın avtomatlaşdırılması”; “Texniki sistemlərdə idarəetmə və informatika; “Robotlar və robototexniki sistemlər”
“Energetika sistemlərinin avtomatik idarə edilməsi”ixtisasları);
Cihazqayırma (“Aviasiya cihazları və ölçmə hesablama kompleksləri”, “İnformasiya-ölçmə texnikası və texnologiyası”,
“Aerokosmik monitorinq”, “Metrologiya və metroloci tə’minat”;
“ Biotexniki və tibb aparatları və sistemləri” ixtisasları) ;
İnformatika və hesablama texnikası (”İnformasiya işlənilməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri”, “Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram tə’minatı” ixtisasları) ;
Standarlaşdırma və sertifikasiya (Yanacaq enerci sahəsində);
Elektron texnikası (”Fiziki qurğuların elektronikası və avtomatikası”).
Magistr hazırlığı aparılan istiqamətlər:
Avtomatika və idarəetmə (“Texniki sistemlərdə idarəetmə və informatika”; “Texnoloci sistemlərin və istehsalın avtomatlaşdırılması”; “Robototexniki sistemlərin idarə olunması” ixtisaslaşmaları);
Cihazqayırma (“İnformasiya-ölçmə texnikası və texnologiyası”; “Metrologiya və metroloci tə’minat”; ”Tibbi-bioloci aparatlar və sistemlər” ixtisaslaşmaları);
İnformatika və hesablama texnikası (“İnformasiya e’malının və idarəetmənin avtomatlaşdırılmış sistemləri”; “Avtomatlaş-dırılmış sistemlərin və hesablama texnikasının proqram tə’mina-tı”-ix–tisas-laşmaları) ;
Elektron texnikası(“Fiziki qurğuların elektronikası və avtomatikası” ixisaslaşması).
Hal hazırda fakültədə bakalavr pilləsində 1120 nəfər və magistr pilləsində 74 nəfər təhsil alırlar . Fakültənin strukturuna daxil olan kafedralar:
Ali riyaziyyat ( müdir – prof. Y.Ş.Səlimov);
İstehsalat proseslərinin avtomatlaşdırılması (müdir- prof. İ.R.Əfəndiyev);
Avtomatika, telemexanika və elektronika (müdir-prof. Hümbətov R.T.);
İnformasiya-ölçmə və hesablama texnikası (müdir-prof. Mirsəlimov R.M.);
Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi (müdir- prof. Fərzanə N.H.);
Avtomatlaşdırılmış idarəetmə sistemləri (müdir-prof. Əliyev R.Ə);
Hesablama maşınları və proqramlaşdırma (müdir-prof. Kərimov S. Q.);
Biotexniki və tibbi cihazlar (müdir-dos. Əliyev T.A.);
Fakültədə aşağıdakı problem laboratoriyaları fəaliyyət göstərir:
Texnoloci proseslərin və ijtehsalatın avtomatlaş-dırılması;
Avtomatikanın lokal sistemləri;
İdarəetmənin avtomatlaşdırılması və informatika;
Elmi cihazqayırma;
İntellektual idarəetmə sistemləri.
1995-ci ildə ADNA-nın nəzdində “İdarəetmə proseslərinin avtomatlaşdırılması” elmi-tədqiqat institutu yaradılmışdır və fəaliyyət göstərməkdədir.
Fakültənin kafedraları və laboratoriyalarında avtomatika və idarəetmənin, informasiya – ölçmə texnikası və metrologiyanın, informatika və hesablama texnikasının müasir istiqamətləri üzrə fundamental və tətbiqi elmi-tədqiqat işləri yerinə yetirilir.
Fakültədə 1 nəfər E.A.-nın müxbir üzvü (Əliyev R.Ə.), 19 nəfər elmlər doktoru, professor və 115 nəfər elmlər namizədi, dosent çalışır.
Fakültənin elmi məktəblərinin və alimlərinin yaxın və uzaq xarici ölkələrin elm və təhsil mərkəzləri ilə sıx əlaqələri vardır. Bunlara misal olaraq, birinci növbədə ABŞ-ın, Rusiyanın, İngiltərənin, Almaniyanın, Fransanın, İtaliyanın, Çin Xalq Respublikasının, Yaponiyanın, Ukraynanın, Belorusiyanın, Özbəkistanın aparıcı Universitetlərini göstərmək olar.

Qaz-Neft mə’dən fakültəsi

Fakültə 1920-ci ildə “Neft sənayesi”, 1930-cu ildə “Neft-mə’dən” (dağ), 1936-cı ildə “Dağ-neft və neft texnologiyası”, 1940-cı ildə “Neft-mə’dən” və 1979-cu ildən isə “Qaz-neft mə’dən” fakültəsi adlanır.
Fakültənin yaranması və inkişafında yaradıcılıq və təşəbbüskarlıq göstərmiş görkəmli alim və pedaqoqlardan akade-mik Leybenzon L.S., Uspenski N.S., Seberovski A.P., Derinq Q.R., prof. Dombrovski B.S., prof. Şişşenko R.İ., akademiklər: Mirzəcanzadə A.X., Quliyev S.M., Quluzadə M.P.ё
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə Dombrovski B.S., Leybenzon L.S., Abramoviç M.V., Beskin A.İ., İbatulov Q.A., İzmaylov T.Z., Şahbazbəyov K.B., Məmmədov A.Q., Əhmədov Z.M., Məmmədov İ.X., Əzizov A.M. icra etmişlər. Hal-hazırda dekan vəzifəsini Səmədov T.Ə. icra edir.
Yarandığı gündən indiyədək 12 mindən çox ali təhsilli neft və qaz üzrə mütəxəssis kadrları hazırlanmışdır. (o cümlədən 553 bakalavr, 42 magistr)
Bakalavr hazırlığı aparılan istiqamətlər:
Neft-qaz və dağ-mə’dən istehsalının fiziki prosesləri (”Neft-qaz və dəğ-mə’dən istehsalının fiziki prosesləri” ixtisası);
Faydalı qazıntı yataqlarının işlənməsi (”Açıq dağ-mə’dən işləri”, “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, “Qaz-neft kəmərlərinin və anbarlarının lahiyələndirilməsi, tikintisi və istismarı”, “Neft və qaz quyularının qazılması” və “Dəniz neft qaz qurğuları” ixtisasları).
Magistr hazırlığı aparılan istiqamətlər:
Neft-qaz və dağ-mə’dən istehsalının fiziki prosesləri (”Neft-qaz və dağ mə’dən istehsalının fiziki prosesləri” ixtisas-laşması);
Faydalı qazıntı yataqlarının işlənməsi (”Açıq dağ-mə’dən işləri”, “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, “Qaz-neft kəmərlərinin və anbarlarının layihələndirilməsi istismarı”, “Qaz-neft kəmərlərinin və anbarlarının tikintisi”. “Quruda neft və qaz quyularının qazılması”, “Dənizdə neft və qaz quyularının qazılması” və “Dəniz neft-qaz qurğuları” ixtisas-laş-maları)
Hal – hazırda fakültədə bakalavr və magistr pillələrində uyğun olaraq 844 və 55 tələbə təhsil alır. Fakültənin strukturuna daxil olan kafedralar:
Faydalı qazıntı yataqlarının işlənməsi (müdir – dosent Əzizov A.M.)
Neft və qaz quyularının qazılması (müdir – prof. Quliyev R.İ.)
Neft yataqlarının işlənməsi və istismarı (müdir – prof. Məmmədzadə A.M.);
Qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı (müdir – prof. Sadıxzadə Ə.S.);
Neftin və qazın nəqli və saxlanması (müdir – prof. Səttarov R.M.);
Hidravlika (müdir – prof. Əhmədov Z.M.);
Əməyin mühafizəsi (müdir – prof. Əliyev R.T.);
Rus dili (müdir – dos. Qasımova E.Ə.);
Fakültənin tərkibində 16 tədris laboratoriyası, üç kompüter sinfi, 5 problem laboratoriyaları (”Neftçıxarmanın texnika və texnologiyası”, “Dəniz neft yataqlarının işlənməsi”, “Maili və horizontal quyuların qazılmasının texnika və texnologiyası”, “Lay karbohidrogen sistemlərinin qazotermodinamiki təhlili”, “Neft hidravlikası” və Britiş Petrolium Neft Şirkətinin maliyəsi hesabına “Neft və qazçıxarmada müasir üsullar”) fəaliyyət göstərirlər.
Fakültədə çox dərin maili və horizontal quyuların qazılma texnologiyasının, neft və qaz yataqlarının işlənməsinin optimallaşdırılmasının, layların qaz-neft veriminin artırıl-ması üsullarının, qaz-neft kəmərlərinin və anbarlarının layihələndirilməsinin tikintisinin və istismarının, mə’dən daxili avadanlıqlarının optimal yerləşdirilməsinin, quyu məhsulunun itkisiz yığılması və istehlakçılara çatdırılmasının problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparılır.
Fakültədə I akademik (Mirzəcanzadə A.X.), 18 elmlər doktoru, professorlar 78 elmlər namizədi, dosentlər fəaliyyət göstərirlər.
Fakültə tədris və elmi-tədqiqat işləri sahəsində Almaniya, ABŞ, Bolqarıstan, Vyetnam, İngiltərə, Macarıstan, Polşa, Rumıniya, Suriya, Türkiyə, Fransa və MDB ölkələrinin elm və təhsil müəssisələri ilə əlaqə saxlayır.

Mühəndis-iqtisad, beynəlxalq iqtisadi əlaqələr və menecment fakültəsi

Cavanşir Aziz Mahmud

Blog səhifəmə XOŞ GƏLMİSİNİZ. Tel: +99470 431 71 31 ( Şikayət və təkifləriniz üçün ) Təşəkkürlər.

31 Aralık 2014 Çarşamba

Müəssisənin iqtisadiyyatı

FƏSİL1 . FƏNNİN OBYEKTİ VƏ VƏZİFƏLƏRİ
1.1. Fənnin obyekti və predmeti

İnsan fəaliyyəti – istehsal amilləri əsasında həyata ke­­­çirilir. İnsan fəaliyyəti elmin inkişafı ilə təkmilləşir və el­min nailiyyətləri istifadə olunur, onun obyektiv nəzəri bi­­­liklərin işlənməsi və istifadəsi xüsusi yer tutur. Elm məh­­­suldar qüvvələrinin əsası kimi çıxış edir və əmək vasi­tə­­­ləri, əmək predmeti və iş qüvvəsinin birgə ünsür sta­tu­su­nu qazanmışdır.

Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cə­hət­­dən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi ol­maq­la o, həm də biliklər istehsalçısı kimi insan fəaliy­yə­ti­nin özünə məxsus formalarındandır.

Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) ge­niş­ləndirilməsində və həm də səmərəliliyinin (keyfiy­yət­­cə) yüksəldilməsində biliklər bir vasitə kimi ifadə edil­ər­sə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji pro­ses­lə­rin, maşın və avadanlıqların layihələndirilməsi, is­teh­sa­lın mükəmməl təşkilini nəzəri cəhətdən əsas­lan­dı­rıl­ması isə elmin bilavasitə məqsədidir.

Elm bütövlükdə, şərti olaraq, üç böyük təbiət, ictimai və texniki qrupa bölünür.

Təbiət elmləri – insan və təbiət arasında prosesləri öyrənir, onun tədqiqat obyekti – maddi münasibətlərdir.

Texniki elmlər – istehsal prosesində istifadə edilən əmək cisimlərinin və əmək vasitələrini, hazırlanma texno­lo­­giyasını, onların istifadə üsullarını, əmək cisimlərinin fi­zi­ki və kimyəvi dəyişikliklərini, hazır məhsulun istehlak xa­s­sələrini və s. öyrənir.

İctimai elmlərin – mühüm sahəsi olan tədqiqat ob­yek­ti, iqtisadi hadisə və proseslərdir. Bu elm özünün ix­ti­­sas­laş­mış sahələri ilə iqtisadiyyatın bütün səviyyələrində möv­cud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi baxımından təhlil və tədqiq etməklə alınan nə­ticələri ümumiləşdirilməklə məşğul olur.

İctimai elmlər istehsal münasibətlərini tədqiq edir. Ona görə də öyrənmə obyekti istehsal münasibətlərinin məh­suldar qüvvələrlə qarşılıqlı sıx əlaqəsidir.

Bu elmin obyekt və predmeti – sosial – iqtisadi, is­teh­­­sal fəaliyyətidir. O, canlı orqanizmdir, yəni sosial – iq­ti­­sadi və istehsal münasibətləri ilə başqa digər müna­si­bət­lər­­lə qar­şı­lıq­lı bir sistem kimi özünü göstərir.

İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də–təbii ki, özünün tədqiqat obyekti və predmeti olan – “Müəs­­si­sənin iqtisadiyyatı” elmidir.

“Müəssisənin iqtisadiyyatı” fənninin vəzifəsi–bu sis­tem­­də insanların sosial – iqtisadi və istehsal fəaliyyət for­ma­­larını sosial – iqtisadi və istehsal münasibətlərini se­çib gö­­türmək və araşdırmaqdır. “Müəssisənin iqtisa­diy­ya­tı” fən­­ni elmi üsullarla öz obyektini, predmetini və funk­si­ya­la­rı­nı müəyyənləşdirir. Bu anlayışların açıqlan­dı­rıl­ması üçün “Müəssisənin iqtisadiyyatı” fənninin obyekt və pred­me­tini müəyyənləşdirməmişdən öncə müəssisə və iq­ti­sa­diy­yat an­la­yışlarını nəzərdən keçirmək məqsədə u­ğun o­lar.

Bu fənnin əsasını müəssisə – xalq təsərrüfatının ilkin böl­məsi təşkil edir, o, məhsul istehsalı prosesinin həyata ke­çirildiyi istehsal – texniki, sosial və iqtisadi sistemdən iba­rətdir. “Müəssisələr haqqında” Azərbaycan Respubli­ka­sının qanununda [2] göstərilir ki, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və xidmət göstərən müstəqil təsərrüfat subyektidir. Müəssisə ic­ti­mai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə is­teh­­sal amillərini birləşdirməklə məhsul istehsal edib – sa­tan, iş­lər görüb, xidmətlər göstərən hüquqi şəxs olub tə­sər­rüfat subyektidir.

“Müəssisənin iqtisadiyyatı” fənnin obyekti kimi mü­əs­­­­­­sisə çıxış edir. Lakin son vaxtlar “müəssisə” və “fir­ma” an­­layışlarını çox vaxt eyni mənada istifadə edirlər, bax­­ma­ya­raq ki, onların arasında mövcud fərq var.

Müəssisə – xalq təsərrüfatının ilkin bölməsidir, o, məh­sul istehsalı prosesinin həyata keçirildiyi istehsal – texniki, sosial və iqtisadi sistemdən ibarətdir.

Müəssisə – istehsalla məşğul olur, hazır məhsulunu is­­teh­­lakçılara çatdırır. Müəssisə – iqtisadiyyatın əsası ol­maq­­la, mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təş­ki­la­­tı və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs olan müs­tə­­qil təsərrüfat subyektidir.

İstehsal firması – məqsədi mənfəət əldə etmək bir və ya bir neçə müəssisədən ibarət olan məhsul istehsal edən, sə­naye xarakterli iş görən və xidmət göstərən, məhsulunun sa­tışını özü həyata keçirən, innovasiya fəaliyyətini və qiy­mət siyasətini, bazarda rəqabət mübarizəsini özü apa­ran, mənfəətin bölgüsündə iştirak edən hüquqi şəxs sta­tusu olan bazar iqtisadiyyatının ilkin təsərrüfat sub­yek­ti­dir.

Göstərilənlərdən aydın olur ki, müəssisə yalnız is­teh­sal­la məşğul olursa, firma istehsalla yanaşı, öz məh­sul­ların satışı məqsədilə, həm də kommersiya fəaliyyəti ilə və bu­nun­la bağlı olan digər məsələlərlə də məşğul olur.

Bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində mü­əs­­­­sisələr öz məhsullarını iki kanalla realizə edə bilirlər, is­teh­­lakçılara çatdırırlar : dolayı və birbaşa.

Müəssisələr öz məhsullarını dolayı yolla realizə edərkən məhsulun hərəkətini iki istiqamətdə aparırlar:

a) “müəssisə – topdansatış” ticarət təşkilatı – pə­ra­kən­­də satış ticarət təşkilatı – istehlakçılar;

b) “müəssisə – pərakəndə satış ticarəti –isteh­lak­çı­lar”.

Birbaşa yolla məhsulun realizə olunmasında–öz öz­lü­yün­də nə topdansatış və nə də pərakəndə satış təş­ki­lat­la­rı iş­tirak etmirlər, birbaşa məhsulun müəssisədən is­teh­lak­çı­ya hərəkəti sadələşir – bir qütbdə müəssisənin özü və di­­gə­rində ilə bilavasitə onun məhsulunun istehlakçısı da­ya­nır.

İqtisadi baxımdan məhsul satışının birbaşa forması sər­fəlidir, çünki istehsalçı müəssisənin məhsulunun qiy­mə­tinə birinci istiqamətdə iki ticarət təşkilatının (top­dan­satış və pərakəndə satış), ikinci istiqamətdə işə topdan satış “ti­ca­rət əlavələri” əlavə olunmurlar. Lakin məhsul is­teh­­sal edən müəssisə hər iki ticarət təşkilatlarının xid­mə­tin­­dən is­ti­fadə etmir, əhəmiyyət kəsb edən cəhəti isə budur ki, müəs­sisənin öz əsas işindən “yayılmasının” qarşısı alı­nır.

Bazar iqtisadiyyatı şəraitində işləyən ölkələrin sə­na­ye müəssisələri yuxarıda göstərilən satış kanallarının kon­k­ret şəraiti nəzərə alınmaqla hər üçündən eyni vaxtda, pa­ra­lel olaraq istifadə edə bilirlər.

Öz məhsulunu dolayı yolla realizə edən müəssisə ilə birbaşa realizə edən müəssisə arasında fərq təkcə ondan ibarətdir ki, öz məhsulunu son istehlakçıya özü satır, özü həm istehsal və həm də kommersiya fəaliyyəti ilə məşğul olur. Bu müəssisələri həm müəssisə, həm də firma ad­lan­dır­maq olar. Ticarət təşkilatlarından istifadə etməklə məh­sul­larını istehlakçılara çatdıran müəssisələr yalnız müəs­si­sə­dir. Deməli, bütün istehsal firmaları həm də müəs­si­sə­dir, la­kin bütün müəssisələr firma olmaya da bi­lər­lər. Mü­əs­sisə yalnız bir fəaliyyət növü ilə – istehsalla məşğul ol­du­ğu halda, firma iki fəaliyyət növü ilə – istehsal və kom­mer­­si­ya ilə məşğul olur.

Beləliklə, müəssisə iqtisadiyyatın əsası olmaqla mən­fəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmət göstərən, texniki–texnoloji, təşkilatı və iqtisadı vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal vahididir.

İqtisadiyyat – maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların baş­lı­ca fəa­liyyət sahəsidir. Onun inkişaf dərəcəsi məh­sul­dar qüv­və­lərin və istehsal münasibətlərinin səviy­yəsi və xa­­rak­teri ilə müəyyən edilir.

İlk dəfə “iqtisadiyyat” sözünü, anlayışını qədim yu­nan alimi Ksenofont (e.ə. 430 – 355) – ev təsərrüfatı, son­ra Aristotel (e. ə. 384 – 322) tərəfindən “Oykonomiya” de­­yərək “oykos” (ev,təsərrüfat) və “nomos”(qayda, qanun) söz­lərinin birləşmələrindən yaratmışdır [9].

İqtisadiyyatın öyrənməsi həm tədqiqi və həm də ida­rə olunması baxımdan dörd tərkib hissəsinə bölünür: mik­ro, mezo, makro və meqo (super) iqtisadiyyat.

“Müəssisənin iqtisadiyyatı” – sənaye müəssisələrini, onu təşkil edən bölmələrin fəaliyyətini, idarəetmə, plan­laş­dır­ma məsələlərini öyrənir və təhlil edir.

“Müəssisənin iqtisadiyyatı”-nın predmeti – iqti­sa­diy­ya­­tın məqsədəuyğunluq tələblərinə cavab verən, cə­miy­yətin və əhalinin tələbatının dolğun ödənilməsinə xid­mət et­mə­si, buraxılan məhsulun keyfiyyətini yaxşılaş­dır­maq, əmək məh­suldarlığını yüksəltməkdir.

Fənnin obyekti isə iqtisadiyyatın ayrı – ayrı sahə­lə­rin, on­ların iqtisadi xüsusiyyətlərini öyrənməkdir: müəs­si­sə­lə­ra­rası əlaqələr, onların istehlak dəyəri və digər­ləri. Bu isə kon­kret müəssisənin geniş təkrar istehsaldakı rolunu və ye­rini müəyyən edir, yəni onların inkişaf səviyyəsini və sürətini, istehsal olunan məhsulun həcmini, daxili struk­tu­ru­­­nu əsas tutur. Müəssisələr ayrı – ayrı bölmələr, sexlər, is­­teh­sal sahələr, briqadalar, iş yerləri və s. fənnin ob­yekt­lə­­­rini təşkil edir.

İqtisadiyyat bir tərəfdən insanların çox geniş miq­yas­lı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o həm də, elm sahələrindən biridir. “İqtisadiyyat” bir elm sahəsi ki­mi bazar strukturlarının və cəmiyyətin təsərrüfat sub­yekt­lərinin fəaliyyət mexanizminin, onların qarşılıqlı əla­qə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir.

Təsərrüfat və onun idarəetmə qanunları mənasını da­şı­yan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Müasir zamanda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir ka­te­qo­ri­ya kimi işlənir. Azərbaycanda və bir sıra islam öl­kə­­ləri xalq­larının dilində “ekonomika” ərəb dilindən alın­mış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mə­nası da elə “ekonomika anlayışının bildirdiyi mənaya uy­ğundur”.

Mikroiqtisadiyyat – elmi iqtisadiyyatın müxtəlif mü­əs­­sisə və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir.

Mezoiqtisadiyyat – bir – biri ilə təsərrüfat əlaqələri üz­­­rə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır. Mə­sə­­­lən, aqrar–sənaye kompleksi, aqrar–biznes, hərbi – sə­na­ye komp­leksi.

Makroiqtisadiyyat – məcmu təklif və tələbin forma­laş­ması, milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Bankın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problemlərinə, beynəlxalq ticarətin inkişafı və qiymətin səviyyəsinə təsirlərini öyrənməklə məşğul olur.

Meqoiqtisadiyyat – bütövlükdə dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat deməkdir. Dünya ölkələrinin iq­ti­sa­di inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar say­ca çoxaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə me­qo­iq­tisadiyyatın tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır.

Müasir müəssisələrdəki iqtisadi – təsərrüfat fəaliy­yə­ti­nin mürəkkəbliyi müəssisə iqtisadiyyatını müstəqil elmi fənn kimi ayırmağın zəruriliyini müəyyən etmişdir. Bu fənn müəssisənin fəaliyyətinə təsərrüfat rəhbərliyinin komp­­­leks məsələlərinin, istehsal prosesi ünsürlərindən da­ha yaxşı istifadə etmək məqsədilə bütün ünsürlərin sə­mə­rəli əlaqələndirilməsi metodlarının öyrənilməsini qar­şı­sı­na məqsəd qoyur.

1.2. Fənnin məzmunu və vəzifələri

“Müəssisənin iqtisadiyyatı” fənni nəzəri və praktiki baxımından öz mahiyyətindən asılı olaraq, iqtisadi elmin tərkib hissəsi olaraq, həm konkret iqtisadiyyata, həm də sahə iqtisadiyyatına aiddir. “Müəssisənin iqtisadiyyatı” fənn iqtisadiyyatın bütün ixtisaslarında iqtisadçı bakalavr təh­sil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prosesində təd­ris olunan əsas fənlərin tərkibində mühüm yer tutur (çünki, cəmiyyətdə maddi nemətlər istehsalı, əsasən, mü­əs­­sisələr vasitəsilə həyata keçirilir). “Müəssisənin iqti­sa­diyyatı” fənni xüsusi iqtisadi elmlərə konkret iqtisa­diy­yata və sahə iqtisadiyyatına aiddir. Fənnin əsas vəzi­fə­lə­rin­dən biri cəmiyyətin tələbatını ödəməsi məqsədilə onun möv­cud olan bütün resurslarını səfərbər etmək və tələb olunan məh­sulların istehsalına və xidmət göstərilməsinə yönəl­dil­mək­dir. Bunun üçün istehsalın təşkili, idarə edil­mə­si, müa­­­­sir şəraitə uyğun olan iqtisadi və hüquqi isla­hat­lardan g­ə­­­lən vəzifələrlə əlaqədar olaraq, iqtisadiyyat sa­hə­sin­də, onun təsərrüfat subyektlərində idarəetmə siste­mi­nin tək­milləşdirilməsi, dövlətin müəssisə iqtisa­diy­yatına tən­zim­ləmə tədbirləri, təşkilati prosesləri, onun gələcək in­ki­şa­fını və s. kimi məsələləri öyrənməkdir.

“Müəssisənin iqtisadiyyatı” fənnin tədrisində məqsəd tələbələri müasir zamana uyğun iqtisadiyyatın ümumi qa­nu­nauyğunluqlarının müəssisələrdə formalaşan xüsusiy­yət­ləri və onun fəaliyyətinə təsiri formaları təsər­rü­fat təd­bir­lərinin həyata keçirilməsinin dəqiq yolları, isti­qa­mət­ləri, texniki, texnoloji və iqtisadi siyasətin plan­laş­dı­rıl­ma­sı, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi me­­to­dologiyası, bundan əlavə idarəetmə qərarlarının əsas­lan­dırılması metodları tətbiqində təcrübədə öz yerini və sə­mərəsini tapmış biliklərlə silahlandırmaqdadır.

Yuxarıda qeyd olunan kimi, “Müəssisənin iqtisa­diy­ya­tı” fənnin tələbələrə bakalavr səviyyəsinə tədrisin əsas məq­sədi müasir tələblərə uyğun olaraq müəs­si­sələrin iqti­sa­diyyatının bütün qarşıda duran məsələləri haqqında zə­ru­ri bilikləri verməkdir.

Bu fənnin dərs vəsaitində izah olunan məzmunu və möv­zular üzrə quruluşu müəssisənin iqtisadiyyatı ilə sıx bağlı olan proseslərin qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.

Müəssisəni tələblərə cavab verən fəaliyyətinin öyrə­nil­­məsi və mənimsəməsi məqsədilə fənnin materialı möv­zu­lar əsasında qurulub və onların arasında ardıcıl və əla­qə­li problemlərin (məsələlərin) həlli izah olunur.

Dərs vəsaitinin sayca birinci mövzusunda fənnin ob­yek­­ti, predmeti, əsas vəzifələri və öyrənilməsi meto­do­lo­gi­ya­sından, bazar iqtisadiyyatının mahiyyətindən və onun xa­rakterik cəhətlərindən, bazar iqtisadiyyatı şəraitində müəs­­­sisənin məqsəd və funksiyasından, istehsalın mahiy­yə­­­­tindən və resurslarından, istehsal prosesinin müx­tə­lif­li­yin­­­­dən və təsnifatından, bazar iqtisadiyyatı şəraitində müəs­­­­sisələrin iqtisadi məzmunu, əlamətləri və vəzi­fə­lər­in­dən, onların təşkilinin hüquqi – təşkilati formalarından və təs­nifatından, yaradılması və ləğvi qaydalarından, mövcud müəssisələri təkmilləşdirərək bazar iqtisadiyyatı müəs­sis­ə­lərinə çevrilməsinin zəruriliyindən və xarakterik cəhət­lə­rin­dən bəhs edilir.

Müəssisənin əsasını onun quruluşu, tərkibində olan struktur bölmələri, sex, istehsal sahələri, onların quruluşu prinsipləri, bundan başqa briqadaları, onların növlər üzrə təşkili, fəaliyyəti və nəhayət, icraçıların iş yerləri, onların təsnifatı haqda əsas məsələlər açıqlanır və izah olunur.

Müasir zamanda bazar iqtisadiyyatının hərtərəfli in­ki­­şafında sahibkarlığın təşkili, inkişaf mərhələləri, sahib­karlığın əhatə etdiyi sahələri, onun fəaliyyət növləri, for­ma­ları, sahibkarlığın və milli inkişafında özəl­ləş­dirmənin roluna geniş yer ayrılır və ətraflı göstərilir.

Hər bir fəaliyyətinin nəticəsi onun səmərəlilik gös­tə­ri­cisi ilə ölçülür və qiymətləndirilir. Bu səbəbdən təd­qiq olunan materiallardan iqtisadi səmərəliliyinin ma­hiy­yəti və meyarı, onun ümumi (mütləq) və müqayisəli (nisbi) gös­təriciləri açıqlanır, onların hesablanması və yüksəl­dil­mə­si yolları izah olunub. Dərs vəsaitinin sonrakı möv­zu­sun­da idarəetmə mexanizmi və onun ünsürlərindən, ida­rə­et­mə prosesi və sistemlərindən, idarəetmənin funk­si­ya­larından və onların təsnifatından, idarəetmə struk­tu­rundan və onun formalaşdırılmasından, müəs­si­sə­lər­də institu­tsi­o­nal islahatlardan, idarəetmənin informasiya və sənədlərlə təmi­natından, idarəetmə qərarları və onların optimal­laş­dı­rıl­masından danışılır.

Müəssisənin mövcud istehsal resurslarının səmərəli is­tifadəsində planlaşdırmanın əhəmiyyəti, onun düzgün təşkil olunmasından asılıdır. Planlaşdırmaya aid olan onun mahiyyətindən, prinsiplərindən, metodlardan ibarət olan material izah olunub. Burada strateji planlaşdırma və onun mərhələləri geniş açıqlanıb və bu da müəssisənin plan­laş­dır­mada proqnozlaşdırmanın rolunu göstərir. Tələblərə uy­ğun olaraq, müəssisə biznes – planı əsasında öz proq­ra­mı­nı tutur və burada biznes – planının bölmələrinin əsas­lan­dı­rılması, onun göstəriciləri əks etdirilmiş, müəyyən açıq­la­malar verilir.

Müəssisələrin sərbəst fəaliyyətinin təşkili onların in­teq­rasiya prosesində geniş iştirakı xarici-iqtisadi fəaliy­yə­ti­ni beynəlxalq əmək bölgüsü əsasında təşkilin daha da əsas­landırılması, amillərin formaları və hüquqi tənzim­lən­məsinə aid böyük və əsaslı tövsiyələr təklif olunur. Müəs­si­sənin xarici–iqtisadi fəaliyyətin nəticələrin alınması, iqti­sa­di səmərəliliyin hesablanması və müsbət nəticələrin əldə edilməsi yolları açıqlanıb. Belə ki, elmi-texniki tərəqqinin mahiyyəti və istehsalın səmərəliliyinin yüksəldilməsində, onun rolundan, elmi-texniki tərəqqinin əsas istiqa­mət­lə­rin­dən, elmi-texniki tərəqqi üzrə tədbirlərin həyata keçiril­mə­si nəticəsində əldə ediləcək iqtisadi səmərənin hesablanma me­todikasından, elmi-texniki potensial, onun mahiyyəti, tərkibi və səviyyə göstəricilərindən və ölçülməsi üsul­la­rın­dan, məhsulun keyfiyyətinin yüksəldilməsi yollarından və bu sahədə standartların, texniki şərtlərin, ser­ti­fikatların və fabrik-zavod normativlərinin rolundan da­nışılır.

Kitabda növbə ilə gələn mövzularda sənaye müəs­si­sə­sinin kadrlarının tərkibi, quruluşu və təsni­fa­tın­dan, müəs­­sisə kadrlarının idarə edilməsindən, əmək məh­sul­dar­lı­­ğı və onun yüksəldilməsi yollarından, əməyin ödə­nil­­mə­si­nin forma və sistemlərindən, əməyin ödənilməsi fon­dun­dan, müəssisənin əsas və dövriyyə istehsal fond­la­rın­dan, həm­çinin dövriyə vəsaitlərindən və onlardan sə­mə­rə­li is­ti­fa­dənin qiymətləndirilməsindən, istifadənin yaxşı­laş­dı­rıl­ması yollarından, sənaye müəssisələrində tikinti-qu­raş­dır­ma işlərinin təşkili və planlaşdırılmasından, isteh­sal xərc­lə­ri və məhsulun maya dəyərindən və onların aşağı sa­lın­ma­sının xalq təsərrüfatı əhəmiyyətindən, müəssisənin ma­liy­yəsinin mahiyyətindən, funksiyalarından, maliyyə re­surs­larının yaranma mənbələrindən və onlardan istifadə isti­qamətlərindən, mənfəət və onun artırılmasının əhəmiy­yə­tindən, istehsalın rentabelliyi yollarından, müəs­sisə­lə­rin­­dən geniş şərh edilir.

Fikrimizcə, dərs vəsaitinin təklif edilən məzmunda və quruluşda tədrisi bakalavr səviyyəsində hazırlanan iqti­sad­çılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri bi­lik­lərin mənimsənilməsinə imkan verəcəkdir. “Müəs­si­sə­nin iqtisadiyyatı” fənninin tədris olunması tələbələri aşağıdakı keyfiyyətlərlə silahlandırmağı nəzərdə tutur:

a) milli iqtisadiyyatın formalaşmasında və Azər­bay­can Respublikasının dünya iqtisadi inteqrasiyasına qovuş­ma­sında sənaye müəssisələrinin yeri və rolunu müəyyən­ləş­dirmək;

b) bazar iqtisadiyyat şəraitində sənaye müəssisə­lə­ri­nin müasir inkişaf meyllərini və inkişafının qanu­na­uy­ğun­luq­larını aşkara çıxarmaq və onlardan səmərəli istifadə etmək təcrübəsini öyrətmək;

c) sənaye istehsalının ayrı–ayrı istiqamətlərdə inkişaf perspektivlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün zəruri təşkilati-texniki və iqtisadi–sosial tədbirləri işləyib hazırlamaq bacarığını öyrətmək;

d) sənaye müəssisələrinin idarəetmə strukturlarının ye­nidən qurulması xüsusiyyətlərini, idarəetmə sistemləri, metodları və funksiyalarını, idarəetmə qərarlarının işlənib hazırlanması, qəbul edilməsi və icra olunması texnolo­gi­ya­sını mənimsəmək və ondan istifadə etmək;

e) istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi eh­tiyatlarını aşkara çıxarmaq məqsədilə analitik təhlil apar­mağı bacarmaq və s., çünki hər hansı bir hadisənin, pro­­sesin təhlili və araşdırılması müəyyən qayda və me­tod­la­ra əsaslanır.

1.3. Fənnin öyrənilməsi metodologiyası

Sənaye müəssisələrin baş verən hadisə və proseslərin düzgün qiymətləndirilməsində, elmi cəhətdən əsaslan­dı­rıl­mış idarəetmə qərarlarının işlənib hazırlan­masında, isteh­sa­lın inkişafının məqsəd və strategiyasının müəyyən­ləş­di­ril­məsində “Müəssisənin iqtisadiyyatı” fənnini öyrə­nil­mə­si metodologiyasının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki hər hansı bir pro­se­sin (əməliyyatın) və ya hadisənin tədqiqi və təhlili müəy­yən qayda və metodlara əsaslanır.

Metod özü də müəyyən metodologiyaya, elmi dünya görüşünə əsaslanır. Deməli, metodologiya intellektual bir va­sitədir. Müəyyən metodlar sisteminə əsaslanmadan mü­ə­s­sisə miqyasında baş verən sosial-iqtisadi proseslər haq­qında elmi fikir irəli sürmək olmaz, olsa da müsbət nəticə əldə edilməz. Başqa elmlərdə olduğu kimi “Müəs­si­s­ə­nin iqtisadiyyatı” fənninin də istifadə etdiyi, əsas­landığı me­tod­lar müxtəlif və çoxcəhətlidir. Lakin bununla yanaşı, istehsal-təsərrüfat sahəsində istifadə edilən bütün me­tod­ları aşağıdakı iki qrupa ayırmaq olar:

a) ümumi metodlar – müəssisənin istehsal – tə­sər­rü­­fat fəaliyyətini əhatə edir və onların tədqiqində istifadə olunur. Ümumi metodlara misal olaraq, hadisələrə, pro­ses­lə­rə kompleks halında yanaşma metodunu, optimal­laş­dırma metodunu, müşahidə, təhlil, ümumi­ləşdir­mə, tarixi yanaşma, deduksiya (deduksiya – latın dilindən alınan və “hasiletmə” mənasını daşıyan bir sözdür. Bu metod va­si­təsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumi­q­ti­sa­di prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazır­la­nır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəl­mək mümkün olur. Bu, həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir) və in­duk­si­ya (induksiya – latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi prob­lem­lərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ “iqtisadi qanun”, “prinsip” və modellər çıxarmaq üçün kifayət deyildir. Bundan sonra bu metodun vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir), mücərrəd təfəkkür metodunu göstərmək olar.

Yuxarıda qeyd olunanlarla bərabər, bütün elmlər (fənnlər) kimi “Müəssisənin iqtisadiyyatı” fənnin də özü­nə­məxsus tədqiqat metodları vardır.

“Müəssisənin iqtisadiyyatı” fənnin tətbiqi mahiyyət daşıması onun araşdırma metodlarının da məzmunca em­pi­rik səciyyəli tədqiqat metodlarından istifadəsini daha önə­mli edir.

Müəssisənin iqtisadi məsələlərinin öyrənilməsində sta­­tistik müşahidə və müqayisəli təhlil metodları böyük əhə­­miyyət kəsb edir. Onlar xüsusi və ümumiləşdirici iq­ti­sa­­di göstəriciləri toplamağa, müəssisənin iqtisadi və sosial in­­kişaf dinamikasını təhlil və onun fəaliyyətinin nə­ticə­lə­ri­ni digər təsərrüfat subyektləri ilə müqayisə etmə­yə imkan ve­­rir.

Müxtəlif ehtimal və proqnozlaşdırma metodları müəs­­­­sisənin təsərrüfat strategiyasının hazırlanmasında və bu­nun köməyi ilə bazarın gələcək konyukturasına uyğun­laş­mağa nail olmaqda və sahibkarlıq qərarlarının qə­bu­lun­da istifadə edilir.

Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi məsə­lələ­ri­nin təh­lilində riyazi metodlar, təsviri qrafika metod­la­rın­dan da geniş istifadə olunur. Bu metodlar – konkret iqti­sa­di situ­asi­­ya­dan asılı olaraq, ayrı-ayrı iqtisadi göstəricilərin tə­­sir və əks təsir əlaqələrinin düzgün və obyektiv qiymət­lən­­di­ril­­mə­sinə imkan yaradır.

b) xüsusi metodlar – müəssisənin istehsal – təsərrü­fat fəa­liyyətinin hər hansı bir sahəsini (məsələn, istehsalı, sa­tışı, maddi-texniki təchizatı, xarici iqtisadi fəaliyyəti və s.) öy­rən­dik­də və tədqiq etdikdə istifadə olunur. Xüsusi me­todlara mi­sal olaraq, informasiyanın toplanması və iş­lən­məsi me­to­dunu, modelləşdir metodunu, sorğu – anket me­todunu gös­tərmək olar.

Ümumi və xüsusi metodlara sistemli yanaşma, dər­k­et­mə, bunların köməyi ilə cəmiyyətin, təbiətin və idrakı inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir.

İqtisadi proses və hadisələrin düzgün və ətraflı dərk olunması konkret iqtisad elmləri üçün əsas elmi metod vasitəsilə mümkündür, çünki bu metod hadisə və pro­ses­lə­rin fasiləsiz, mütəhərrik vəziyyətdə ətrafla sıx və qarışmaz ümu­mi əlaqə qarşılıqlı asılılıq və qarşılıqlı təsir və­ziy­yə­tin­də öyrənilir.

Dialektik metodun köməyi ilə iqtisadi hadisə və pro­ses­lərin real inkişafını – kəmiyyət və keyfiyyət dəyişik­lik­lərini və buna səbəb olan daxili ziddiyyətlərin (əskik­lik­lə­rin vəhdəti və mübarizəsi) mahiyyətini dərk etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həll edilmə qaydalarını müəyyənləşdirmək olur. Bütün bunlara görə də tədqiqat və təhlil işində dialektik metod ən mükəmməl elmi metod hesab edilir.

Bütün iqtisadi elmlərdə olduğu kimi, “Müəssisənin iqtisadiyyatı” fənninin də öyrənilməsinin əsasını dialektik me­tod təşkil edir və ona görə də müəssisələrdə baş verən pro­sesləri, hadisələri hər şeydən əvvəl, dialektikada, hərə­kət­də öyrənmək lazımdır.

Müəssisələrdə və onların ayrı-ayrı bölmələrində elmi – tex­niki tərəqqi və ictimai əmək bölgüsü əsasında məh­­suldar qüvvələrin tərkibi, maddi – texniki baza müx­tə­lif olur və xalq təsərrüfatının və əhalinin tələbatından irəli gələn yeni-yeni istehsal sahələri yaradılır və inkişaf et­di­ri­lir. Belə bir hal bütövlükdə iqtisadiyyata və onun müəs­sisələrinin özünə­məx­­susluğuna və deməli, təsə­r­rü­fat­çılı­ğın yaradılması for­ma­larına və onların inkişafına, iqti­sa­di me­­todlardan isti­fa­də­yə, istehsal-təsərrüfat fəaliy­yə­tinin plan­­­­­laşdırılmasına və idarə edilməsinə təsir edir. Buna gö­rə də istehsalın konkret şəraitindən asılı olaraq müxtəlif təsərrüfatçılıq forma­la­rı­nın fəaliyyətinin öyrənilməsi zə­ru­riliyi meydana çıxır. Belə bir zərurətdən “Müəssisənin iq­tisadiyyatı” fənni ya­ran­­mışdır.

Məlumdur ki, müəssisələrdə baş verən hər hansı bir proses, hadisə müxtəlif dövrlərdə keyfiyyət və kəmiyyətcə müxtəlif formada təsadüf edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, müəssisələrin ayrı – ayrı prosesləri, hadi­sə­lə­ri yalnız onların inkişafında, həmin dövrün konkret xü­­su­­siyyətlərini hərtərəfli nəzərə almaqla, tarixən öy­rən­mək olar. Hadisə və proseslərə tarixi yanaşma xalq təsər­rü­fatı is­teh­salının və onun ayrı – ayrı cəhətlərinin inkişaf pers­pek­tiv­­lərinin müəyyən edilməsinin zəruriliyini, gələ­cək­də tex­ni­ka və ictimai istehsalın iqtisadiyyatında baş ve­rə biləcək dəyişikliklərin real qiymətləndirilməsinə əsas­lanan elmi proqnozlaşdırmanı nəzərdə tutur. Bunsuz elmi-tex­ni­ki tə­rəq­qini, əsaslı tikintini, istehsalın təşkili forma­la­rı­nı düz­gün planlaşdırmaq və müəyyənləşdirmək, müəs­si­sə­ləri res­publikamızın ərazisində səmərəli yerləşdirmək, sahə qu­ruluşunda və sahələrin müxtəlif müəssisələrinin inkişaf sü­rət­lərindəki dəyişiklikləri proqnozlaşdırmaq və plan­laş­dır­maq mümkün deyildir.

Dielektrik metod tələb edir ki:

a) müəssisə miqyasında baş verən hadisə və pro­ses­lərə təklikdə deyil, bir – birilə qarşılıqlı əlaqədə, hərə­kət­siz yox, daima inkişafda, bir kəmiyyətdən digər kəmiyyətə keçməkdə baxmaq lazımdır. Bu, həmin hadisə və pro­ses­lə­ri düzgün qiymətləndirməyə imkan verir və real vəziy­yətin müəyyənləşdirməsini təmin edir;

b) istehsalın idarə edilməsi ilə əlaqədar olan bütün məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənilməsinə, faktiki materialların hərtərəfli təhlilinə əsas­lansın və elmi-texniki tərəqqinin yeni nailiyyətlərini özündə əks etdirsin. Bu, elm ilə istehsalın əlaqəsini, nə­zə­riy­yə ilə təcrübənin vəhdətliyini təmin edir;

c) müəssisə miqyasında baş verən proses və ha­di­sə­lə­rə tarixi yanaşılsın, yəni hər bir proses və hadisə konkret is­tehsal şəraitini nəzərə alınmaqla öyrənilməlidir. Belə ol­duq­da mövcud maddi – enerji, əmək və maliyyə re­surs­la­rın­dan səmərəli istifadə etmək üçün geniş imkanlar yaranır. Əks halda, elmi – texniki tərəqqini, əsaslı tikintini, in­ves­ti­si­ya qoyuluşunu və s. planlaşdırmaq xeyli çətinləşər, isteh­sa­lın perspektiv inkişafını müəyyənləşdirmək qeyri-müm­kün olar;

d) müəssisə miqyasında bu və ya digər proses və hadisəni öyrənərkən onlara kompleks halında yanaşılsın. Bu, həmin proses və hadisələri dəqiq öyrənməklə yanaşı, onları düzgün qiymətləndirməyə imkan verir, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin müsbət və mənfi hallarının han­sı amillər hesabına baş verdiyini aydınlaşdırmaq müm­kün olur. Əgər belə olarsa, onda müsbət amillərin təsir da­i­rə­sini daha da genişləndirmək və mənfi amillərin təsirinin qarşısını almaq üçün zəruri təşkilat-texniki tədbirləri iş­lə­yib hazırlamaq xeyli asanlaşır.

e) “Müəssisənin iqtisadiyyatı” fənni ictimai isteh­sa­lın ayrı-ayrı funksiyalarını öyrənən bir çox ümumi və xü­s­usi iqtisad elmləri ilə, məsələn, “İqtisadi nəzəriyyə”, “Səna­yenin iqtisadiyyatı”, “Əməyin iqtisadiyyatı və sosio­lo­giyası”, “İstehsalın təşkili”, “Maliyə, uçot və statistika”, “İq­ti­sadi kibernetika” və s. əlaqədardır. Ona görə də gös­tə­ri­lən elmlərin inkişafı ilə əlaqədar olaraq, “Müəssisənin iqtisadiyyatı” fənni də inkişaf edir və təkmilləşir.

“Müəssisənin iqtisadiyyatı” fənni texniki fənlərlə də əlaqədardır. Bu əlaqə texnikanın və iqtisadiyyatın qarşı­lıq­lı əlaqəsi ilə, ictimai istehsalın məhsuldar qüvvələri və is­teh­sal münasibətləri ilə şərtlənir. Odur ki, sənaye müəs­si­sə­lərinin texnika və texnologiyası onların iqtisadiyyatının bütün tərəflərinə böyük təsir göstərir. Bununla yanaşı, iq­ti­sa­diyyat da öz növbəsində texniki tərəqqinin istiqa­mət­lə­rini müəyyən edir, ən yeni texnikanı və mütərəqqi tex­no­lo­giyanı ictimai əmək məhsuldarlığını yüksəltmək baxı­mın­dan qiymətləndirir.

FƏSİL 2. MÜƏSSİSƏNİN QURULUŞU VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI
2.1. Müəssisənin quruluşu və onu müəyyən edən amillər

Elmi-texniki tərəqqinin yüksək surəti və geniş icti­mai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inki­şaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın ar­tı­­mının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yük­səl­dilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələ­rin­dən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir. Müəs­sisənin quruluşu onun tərkibinə daxil olan vəsilələr ara­sındakı kəmiyyət nisbətini ifadə edir. Ümumiyyətlə, müəs­sisənin iki növ quruluşunu: ümumi və istehsal quru­lu­şunu fərqləndirirlər.

Müəssisənin ümumi quruluşu dedikdə – onun tərki­bi­nə daxil olan həm istehsal, həm də qeyri – istehsal sa­hə­lə­ri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəs­sisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal böl­mə­ləri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəs­si­sənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəs­si­sə­nin quruluşu təsisçilər tərəfindən), müəssisədaxili böl­mə­lə­rin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların dife­ren­sial­laş­dı­rılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əla­qə­lər, sexlər və istehsal sahələri arasında ictimai əmək böl­gü­sü, müəssisənin məhsul buraxmasında onların rolu haq­qın­da mühakimə yürütməyə imkan verir.

Müəssisənin istehsal quruluşunun və onun də­yiş­mə­si­nin xarakteristikası üçün aşağıdakı göstərici­lər­dən isti­fa­də olunur: müəssisənin ümumi məhsul buraxılışı həcm­ində ayrı-ayrı istehsal bölmələrinin (o cümlədən əsas sex­lə­rin), məhsul buraxılışının xüsusi çəkisi; müəssisədə ça­lış­an işçilərin tərkibində bu və ya digər istehsal böl­mə­sin­də, o cümlədən əsas sexində çalışan işçilərin pa­yı; müəs­si­sə­ni əsas istehsal fondlarının ümumi dəyə­rin­də ayrı-ayrı istehsal bölmələrinin, o cümlədən əsas sexin əsas istehsal fondlarının xüsusi çəkisi. Məhsul buraxılışı göstəricisi müəs­sisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki işçilərin sayının və əsas fondların həcminin ar­tırılması hələ məhsul buraxılışının çoxal­dıl­ma­sı demək deyildir. Müəssisənin məhsul buraxma qabiliy­yə­tinin ar­tı­rıl­masında istehsal bölmələrinin həqiqi rolu tək­cə mövcud işçilərin sayından və əsas fondların də­yə­rin­dən deyil, eyni zamanda onlardan istifadə səviyyəsindən də xeyli də­rə­cə­də asılıdır. Beləliklə, göstəricilər sis­te­min­dən isti­fa­də edil­mə­si müəssisənin istehsal quruluşunda baş verən də­yiş­ik­lik­ləri müxtəlif cəhətlərdən qiymət­lən­dir­mə­yə imkan verir.

Müəssisənin istehsal quruluşunun formalaşması mü­rək­­kəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki amil­lərin təsiri altında baş verir. Müəssisənin istehsal qu­ru­luşuna təsir edən mühüm amillər aşağıdakılardır :

a) istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki həm əsas istehsal, həm qeyri-istehsal bölmələrin sayı, tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun ol­ma­sı­nı tələb edir. Məsələn, maşınqayırma zavodlarında isteh­sa­lın həcminin artması əlavə hazırlıq, emaletmə və yığma sex və istehsalat sahələrinin yaradılmasını tələb edir;

b) istehsalın ixtisaslaşdırılması və kooperativ­ləş­di­ril­mə­si dərəcəsi. Məlumdur ki, yüksək ixtisaslaşdırılmış və kooperativləşdirilmiş müəssisələrdə istehsal quruluşu uni­ver­sal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplekt­ləş­di­ri­ci məmulatlar kənardan – xüsusi ixtisas­laş­dı­rılmış za­vod­­­lar­dan alındığına görə onların müəssisədə hazır­lan­ma­sına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sa­yını azaltmağa imkan verir.

c) məhsulun nomenklaturu az olduqda müəssisənin istehsal quruluşu sadə, çox olduqda isə mürəkkəb olur. Belə ki, məhsulun nomenklaturu çox olduqda əlavə sex və istehsal sahələrinin yaradılması zərurəti meydana çıxır;

d) istehlak olunan xammal və materialın növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialın ölçüsü və forması anbar tə­sərrüfatının sayına və tərkibinə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;

e) maşın və avadanlıqların sayı, tərkibi və yaşı. Təc­rübə göstərir ki, müəssisənin avadanlıq parkında iş maşın və avadanlıqların xüsusi çəkisi artdıqca təmir işlərinin sa­yı­nın artmasına, deməli müəssisənin ümumi quruluşu­nun mürəkkəbləşməsinə səbəb olur;

f) istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yəni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçiri­lər­sə, onda müəssisədə köməkçi və xidmətedici sex və tə­sə­rrüfatların sayı azalır;

ə) məhsulun xarakteri və onun hazırlanması tex­no­lo­gi­­yası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çə­tin olarsa, onda müəssisədə əlavə bölmələrin yara­dıl­ma­sı zərurəti yaranır.

Müəssisənin istehsal quruluşu, qeyd etdiyimiz kimi, müx­təlif amillərin təsiri altında formalaşır. Odur ki, ça­lış­maq lazımdır ki, müəssisənin istehsal quruluşu imkan da­xi­lində optimal, səmərəli olsun. Müəssisənin istehsal qu­ru­lu­şu o halda səmərəli və optimal hesab edilir ki, onun böl­mə­ləri arasında düzgün mütənasiblik yaradılsın və bu, ən az xərclə daha yüksək son nəticələr əldə edilməsini təmin etsin. İstehsalın son nəticələri – onun səmərəliliyini, icti­mai tələblərə və ehtiyatlara uyğun gəlməsini ifadə edir. Adətən, xalq təsərrüfatı, iqtisadi rayon, sahə və müəssisə səviy­yə­lə­rində istehsalın son nəticələri fərqləndirilir.

2.2. Sex və istehsal sahələri, onların növləri, quruluşu, prinsipləri

Müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal – inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bü­töv­lü­yü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər ya­ra­dılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəs­si­sənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər: a) əsas sexlər bilavasitə maddi ne­mətlər is­teh­salı ilə məşğul olurlar. Odur ki, müəssisənin tər­kibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qa­bi­liy­yəti yüksək olar. Əsas sexlərə misal olaraq, ma­şın­qa­yırma za­vod­larında ha­zır­lıq, emaletmə və yığma sexlərini; me­tal­lur­giya kom­bi­nat­larında – domna, marten, prokat və koks sex­lərini; toxu­cu­luq fabriklərində – əyirici, toxucu və bə­zək­­vurma sex­lə­ri­ni göstərmək olar; b) köməkçi sexlər – bi­la­vasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sex­lərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şə­raiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, mo­del və qeyri-standart avadanlıqlar hazırlayan sexləri gös­tərmək olar; c)xidmətedici sexlər – də köməkçi sexlər ki­mi bilavasitə məh­sulun hazırlanmasında iştirak etmir, la­kin onlar həm əsas, həm də köməkçi sex və tə­sər­rü­fat­ların normal fəa­liy­yət göstərmələri üçün bütün zəruri şə­rai­ti yaradırlar. Xid­mə­tedici sex və təsərrüfatlara misal ola­­raq, nəqliyyat və enerji sexlərini, anbar təsər­rü­fa­tını, eks­perimental sexləri, su təchizatını və s. göstərmək olar; d) əlaltı sexlər – əsas sex­lərin istehsal tullan­tıl­a­rın­dan tək­ra­rən istifadə edilməsi məq­sədilə yaradılır və onlar müəs­sisədə hazırlanan məh­sul­ların maya dəyərinin aşağı sa­lın­ma­sında mühüm rol oy­nayırlar. Belə sex təsər­rü­fat­la­ra mi­sal olaraq, tara hazır­la­yan sexləri, karxanaları, işlən­miş yağ­ların regenerasiyası ilə məşğul olan sexləri göstər­mək olar.

Elmi-texniki tərəqqinin təsiri altında müəssisə miq­ya­sında əmək bölgüsü daha da dərinləşir ki, bu da öz ək­si­ni sexlərin quruluşunun təkmilləşdirilməsində və onların qu­rul­ması prinsiplərində tapır. Əsas istehsalın ixtisaslaş­dı­rıl­ması səviyyəsindən asılı olaraq, müəssisənin sexləri aşağıdakı üç prinsip üzrə qurulur:

Texnoloji prinsip üzrə qurulmuş sexlər əsasən, fərdi və kiçik seriyalı istehsal şəraitində geniş tətbiq edilir, çünki bu zaman hazırlanan məhsulların nomenklaturu çox geniş olur və onlar əksər hallarda təkrarlanmır. Texnoloji prin­sip üzrə qurulmuş sexlərin bir sıra üstün cəhətləri var­dır: istehsalın ixtisaslaşdırılmasının daha da dərinləş­di­ril­məsi üçün geniş imkanlar yaranır; istehsala rəhbərlik və texnoloji proseslərin gedişatına operativ nəzarət asanlaşır (sadələşir); mövcud maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan, həmçinin maddi-enerji və əmək eh­ti­yat­larından səmərəli istifadə olunur; texnoloji istehsal tul­lan­tılarının həcmi minimuma endirilir; boşdayanma halları aradan qaldırılır və s.

Bununla belə, texnoloji prinsip üzrə qurulmuş sex­lə­rin bəzi qüsur cəhətləri də vardır: hər bir sexdə müxtəlif no­menk­laturalı və çeşidli məhsullar istehsal edildiyindən ma­şın və avadanlıqları tez-tez yenidən sazlamaq lazım gə­lir ki, bu da çoxlu vaxt itkisinə səbəb olur; sexlərdə maşın və avadanlıqlar məhsulların hazırlanmasının tex­no­lo­ji ar­dı­cıllığı üzrə yerləşdirildiyindən (quraşdırıl­dı­ğın­dan) müx­tə­lif növ məhsullar istehsal edildiyi hallarda əmə­liy­yat­ların tərkibi və ardıcıllığının dəyişdirilməsi zə­ru­rə­ti mey­dana çıxır ki, bu da sexdaxili yükdaşımaların həc­mi­ni çoxaldır, istehsal tsiklinin uzunluğunu artırır və vaxt it­ki­si­nə yol verir. Hər bir sex yalnız özünün icra etdiyi əməliy­ya­ta (işə, xidmətə) cavabdeh olduğu üçün həmin se­xin işçilərinin məsuliyyətini azaldır və texnoloji intizama ria­yət edilməsi pozulur və s.

Əşya prinsipi üzrə qurulmuş sexlər – bütöv bir mə­mu­­latın hər hansı bir hissəsini, məsələn, avtomobilin mü­hər­­rikini, porşenini və s. hazırlamaq məqsədilə yaradılır. Bu, sexin işçilərinin konkret məmulat növünün hazır­lan­ma­­sında məsuliyyətini artırır.

Qarışıq prinsip üzrə qurulmuş sexlər – əsasən, küt­lə­vi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir, çünki bu zaman çoxlu sayda eynicinsli məhsullar istehsal edilir və onların hazırlanması daima təkrarlanır.

Müəssisənin sexləri ayrı-ayrı istehsalat sahələrindən iba­rətdir. İstehsal sahəsi – texnoloji cəhətdən eynicinsli əmə­liy­yatlar (işlər, xidmətlər) yerinə yetirən və ya məh­su­lun hər hansı bir hissəsini hazırlayan iş yerlərinin məc­mu­sun­dan ibarətdir.

Məhsulun hazırlanmasında iştirakına görə istehsalat sahələri üç qrupa: əsas, köməkçi və xidmətedici sahələrə bö­lünürlər. Əsas, köməkçi və xidmətedici istehsalat sa­hə­lə­rinin iqtisadi məzmunu əsas, köməkçi və xidməte­di­ci sexlərdə olduğu kimidir. İstehsalat sahələri iki prinsip: əşya və texnoloji prinsiplər üzrə qurulur. Bu zaman həmin bölmələrin ixtisaslaşdırılması səviyyəsi nəzərə alınır. İx­ti­s­aslaşdırılması səviyyəsinə görə bütün istehsalat sahə­lə­ri üç qrupa bölünür: kütləvi və ya xüsusi istehsalat sahə­lə­ri; iri seriyalı və ya ixtisaslaşdırılmış istehsalat sahələri; ki­çik seriyalı və ya fərdi istehsalat sahələri.

Müəssisənin səmərəli fəaliyyətinin təşkili iş göstəri­ci­­lərinin düzgün müəyyənləşdirilməsini tələb edir, həmin gös­təricilərə əsasən istehsalat bölmələri üçün plan tapşırığı müəyyən edilir və bu göstəricilərin uçotu vasitəsilə onların fəa­liyyət nəticələri aşkara çıxarılır. Bu göstəricilər istehsal bölmələrdən (sex, şöbə, sahə, briqada), texnoloji prosesin təş­kili və məz­munundan və həmin bölmələrin müəs­si­sə­nin başqa hissələri ilə əlaqəsinin xüsusiyyətindən asılıdır.

Bir çox sənaye müəssisələrinin ümumiləşdirilmiş təc­rü­bəsi həmin göstəriciləri iqtisadi məzmunlarına və müəs­si­sə­lə­rin ayrı-ayrı istehsal bölmələrə görə sis­tem­ləş­dir­məyə imkan verir. Sənayenin bütün sahələrinin müəs­si­sə­ləri üçün ən ümumi və xarakter göstəricilər sexlərin isteh­sal-təsərrüfat fəaliyyətini müəyyənləşdirən aşağıdakı plan və uçot gös­tə­ri­ci­lərdir: a) məhsul istehsalı (natura ifa­də­­sində, pul ifadəsində, norma – saatlarla); b) ava­dan­lıq­dan istər vaxta görə (təqvim, plan və faktiki vaxta gö­rə),istərsə də işin intensivliyinə görə (gücdən istifadə əm­salı) istifadə edilməsi; c) natura və pul ifadəsində ma­te­ri­al, xammal, yanacaq, elektrik enerjiyası və alət məs­rəf­lə­ri (həm məh­sul vahidi, həm də bütün məhsul buraxılışı üçün); d) fəh­lə­lərin (əsas, köməkçi, xidmətedici fəhlələr), mühəndis – tex­ni­ki işçilərin, qulluqçuların və xid­mət­çi he­yə­tin sayı; on­la­rın ümumi əmək haqqı fondu, bir iş­çi­yə düşən orta əmək haq­qı, əmək məhsuldarlığının yüksəl­dil­mə­si üzrə tapşırıq; e) ayrı-ayrı maddələr üzrə sex isti­fa­də­sin­də pul xərcləri; f) pul istifadəsində brak nəti­cə­sin­də əmələ gələn itki; g)məhsul vahidinin və bütün məh­sul buraxılışının maya də­yə­ri; h) təş­ki­lat-texniki tədbirlər və onların tətbiq edilməsi nəti­cə­lə­ri.

Bu göstəricilərdən hər biri müəssisələrdə konkret şə­ra­­itdən asılı olaraq tətbiq edilir. Maşınqayırma zavodunun əsas sexlərində məhsul istehsalının həcmi, məsələn, ha­zır­lıq sexlərində – pula çevirməklə pəstahın növü və çəki­si­nin miqdarı ilə ölçülür; emal sexlərində – müəyyən va­hid­lər və uyğunluqla məmulatların, detalların, maşın bağ­la­ma­larının komplektinin miqdarı ilə ölçülür; yığma sex­lə­rin­də – yığılmış və satışa hazır maşınların ədəd hesabı ilə və pul istifadəsində miqdarı ilə ölçülür. Metallurgiya za­vod­ları üçün xarakter göstərici çuqun, polad və prokat is­teh­salının marka və ölçüləri üzrə çəki ifadəsində və pul qiymətində verilmiş göstəricidən ibarətdir. Toxuculuq fab­rik­lərində istehsalın həcmi müəyyən növ və sort üzrə bu­ra­xı­lan parçanın natura və ya pul ifadəsində miqdarı ilə xa­rak­terizə olunur.

Köməkçi sexlər üzrə məhsul istehsalının həcmi, ha­be­lə onların fəaliyyəti xarakterindən asılı olaraq, hesab­la­nır. Məsələn, istehsalın həcmi alət qayıran sexlərdə alət komp­lektlərinin, yaxud növlərinin miqdarı ilə və onların təmir mürəkkəbliyi ilə hesablanır.

Müəssisənin sexlərdə istehsalın plan və faktiki həcmi natura və pul göstəricilərdən başqa, qiymət göstəriciləri ilə də müəyyən olunur. Son hazır məhsul buraxan sexlərdə məhsulun həcmi müəssisə topdansatış qiymətləri üzrə də müəyyən edilə bilər. Bir sıra sexlər (hazırlıq və köməkçi sexləri) üçün uçot qiymətləri adlanan qiymətlər tətbiq edi­lir; bu qiymətlər təsərrüfat hesabına keçirilmiş bu və ya di­gər sexin işini pulla ölçmək üçün müəssisənin özü tərə­fin­dən müəyyən edilir.

Müəssisələrdə ümumiləşdirilmiş pul göstəricisindən baş­qa istehsal həcminin müəyyən etmək üçün, bir çox hallarda, daha bir cəmləşdirici göstərici tətbiq edilir; bu göstərici məmulatların və işin norma-saat hesabı ilə əmək tutumluğunu ifadə edir. Düzgün müəyyən edilmiş nor­ma­lar şəraitində istehsal həcminin norma-saatlar üzrə hesab­lan­ması, sexlərin buraxdığı bütün məmulata sərf olunan əməyi daha düzgün təyin etməyə imkan verir.

Sənayenin bir sıra sahələrində (qara və əlvan metal­lur­­giya, kimya sənaye və digər sənaye sahələri müəs­si­sə­lə­ri­nin tökmə sexləri) məhsul buraxılışının həcmi ilə bir­lik­də avadanlıqdan istifadə edilməsinə dair göstəricilər də tətbiq edilir, bu göstəricilər plan tapşırıqlarında və sexlərin işini uçota aldıqda natura və pul ifadəsində hesablanır.

Sexlərin sərbəst işlərinin məsuliyyətini qoruması reji­mi­nə keçirilməsi xeyli dərəcədə istehsal olunan məhsulu üçün xammal, material, yarımfabrikat, yanacaq, ştamp, alət və elektrik enerjisi məsrəflərinin planlaş­diril­ma­sına və uçotuna əsaslanır. Məlum olduğu kimi maddi və­sait məs­rəf­lərinin miqdarı bir çox cəhətdən sexlərin ha­zır­ladığı məhsulun maya dəyərinin səviyyəsini müəyyən edir.

Sexlərdə maddi vəsaitə qənaət edilməsi onların fəa­liy­yətinin mühüm keyfiyyət göstəricisi, təsərrüfat he­sabı nə­ticələri göstəricisidir. Hər bir sex üçün həmin sexin öz is­tehsal fəaliyyətində istifadə etdiyi maddi vəsait üzrə məs­­rəf normaları müəyyən edilir. Hazırlanan məmulatın va­­hidinə və ümumi miqdarına görə sexin xammal, ma­te­ri­al və başqa vəsaitə planda nəzərdə tutulmuş ümumi eh­ti­ya­cı məsrəf normasına əsasən hesablanır ki, bu da se­xin öz istehsal proqramını təmin etməsi üçün anbardan alaca­ğı müəyyən növlü maddi vəsait limitinin gös­tə­ri­ci­si­dir.

Təsərrüfat hesabına keçirilən sexlərin istehsal–tə­sər­rüfat fəaliyyətini xarakterizə etmək üçün əmək və əmək haqqı üzrə göstəricilərin böyük əhəmiyyəti vardır. Sex­lər­də bu göstəricilərin planlaşdırılması və uçotu konkret şə­rai­tin­dən asılı olaraq həyata keçirilir; lakin bir qayda ola­raq, burada hər fəhlə başına istehsal edilən məhsul, fəhlə­lə­rin miqdarı, onların əmək haqqı fondu və hər bir fəh­lə­nin orta əmək haqqı hesablanır.

İstehsal prosesinə xidmət edilməsi əsas fondların sax­­lanılması və təmiri üzrə sexlərin məsrəfləri və digər xərc­­lər sex xərclərinin tərkibində ayrı-ayrı maddələr üzrə plan­laşdırılır və uçota alınır.

Təsərrüfat hesabına keçirilən sexlərin məsrəf və xərc­­lərinin pul ifadəsində xarakterizə edən göstəricilərdən başqa (maddi vəsait sərfi, fəhlələrin əmək haqqı və sex xərcləri) iri sexlərdə bütün məhsulun maya dəyəri, mə­mu­lat vahidinin maya dəyəri yaxud işlərin norma-saat hesabı ilə miqdarı kimi müəssisənin işinin keyfiyyətini göstərən ümu­miləşdirilmiş göstəricilər də tətbiq edilir.

İstehsal sexlərin fəaliyyətin tənzimlənməsi qaydası ki­mi də istehsal sahələrində daha məhdud dairədə göstə­ri­ci­lər müəyyənləşdirilməsi ilə xarakterizə olunur.

Təcrübədə, təsərrüfat hesabına keçirilən istehsal sa­hə­ləri fəaliyyətinin plan və uçot göstəriciləri aşa­ğı­da­kı­lar­dan ibarət olur: həm natura və həm də pul ifa­də­sində məh­sul istehsalı; material, yanacaq, alət məs­rəf­ləri; fəh­lə­lə­rin sa­yı; bir fəhləyə düşən orta illik və orta aylıq istehsal; fəh­lə­lərin əmək haqqı fondu və fəhlənin orta he­sab­la qa­zan­dı­ğı əmək haqqı. Bundan əlavə ustanın müka­fat fon­du da ay­rılır.

Bütün bu növdə plan və faktiki göstəricilərin əsa­sın­da sexlər və istehsal sahələri tərəfindən tətbiqi buraxılan məh­sulun daha da səmərəsinin yüksəldilməsinə imkan ya­ra­dır.

2.3. İstehsalat briqadaları və onların təsnifatı

İstehsalat briqadası – işin nəticələrinə görə ümumi ma­raq və məsuliyyət əsasında birgə əməklə məşğul olmaq, is­tehsal tapşırıqlarını (sifarişləri, müqavilələri) yerinə ye­tir­mək üçün işçiləri birləşdirir. İstehsalat briqadası müəs­si­sə, sex və ya başqa struktur bölmələri rəhbərlərinin əmrinə (sərəncamına) əsasən yaradılır. İstehsalat briqadalarının sa­yı və tərkibi istehsal prosesinin məzmun və mürək­kəb­li­yi­­nə, işin (xidmətin) əmək tutumuna, əməyin və istehsalın el­mi təşkili tələblərinə, tətbiq olunan texniki və təşkilati va­­sitələrə əsaslanmaqla müəyyənləşdirilir. İstehsalat bri­qa­­daları ixtisaslaşdırılmış və kompleks ola bilər . İxtisas­laş­­dırılmış briqada bir qayda olaraq, oxşar texnoloji pro­ses­lər­də məşğul olan eyni peşə işçilərini birləşdirir.

Kompleks briqada isə müxtəlif peşələrin işçilərini, həmçinin məhsul istehsalının tam tsiklini və ya onun başa çatdırılmış hissəsini əhatə edən, texnoloji cəhətdən müx­tə­lif, lakin qarşılıqlı əlaqəli işlər kompleksini yerinə yetirən mü­həndis-texniki işçiləri birləşdirir. İstehsalat bri­qa­da­la­rı­nın bütün işçiləri bir növbədə işləyərsə – bu, əla­qədar bri­qa­da və ya briqadada bütün növbələrin işçiləri iş­ləyibsə – bu, hərtərəfli briqada olur. Müasir şəraitdə yeni tip­li bri­qa­da­lar – son nəticələrə görə vahid naryad üzrə əmək haqqı verən və kollektiv qazancı əməkdə iştirak əm­sa­lına əsasən bölüşdürən briqadalar yaradılır. Bu növ bri­qa­­dalar is­teh­sa­lın, onun elmi təşkilinin müasir tələblərinə, əmək kol­lek­tivlərinin artan mədəni səviyyəsinə cavab verən kol­lek­tiv əməyin mütərəqqi təşkili forması olmaqla, is­teh­sa­lın in­ten­sivləşdirilməsinə, əmək məhsuldarlığının ar­tı­rıl­ma­sı­na, iş vaxtından və texnoloji maşın və ava­dan­lıq­lardan isti­fadənin yaxşılaşdırılmasına şərait ya­ra­dır; əmək, mate­ri­al və yanacaq – enerji ehtiyatlarının qə­na­ətli sər­finə im­kan verir. Bundan başqa, bu növ briqadaların ya­­ra­dılması əmək intizamının möhkəm­lən­di­ril­məsinə, kon­­­k­ret iş üçün mə­suliyyətin artırılmasına, kadr axı­cıl­ı­ğı­nın azalmasına ge­niş imkanlar açır.

Briqada formasında əməyin təşkilinin ən geniş yayıl­mış formalarından biri briqada podratıdır. Briqada podratı tikintidə, sənayedə, nəqliyyatda və xalq təsərrüfatının di­gər sahələrində geniş tətbiq edilir. Briqada podratı briqa­da ilə müəssisə müdiriyyəti arasında bağlanmış müqavilə əsa­sın­da fəaliyyət göstərir. Həmin müqavilədə işin təşkili üçün tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Müd­i­riy­yət briqadanı istehsal sənədləri, texniki vasitələr və ma­t­eriallarla vaxtında təchiz etməyi, mütərəqqi tex­no­lo­giyanı və istehsalın təşkilini həyata keçirməyi, əmək müha­fi­zə­si­ni və təhlükəsizlik texnikasını təmin et­mə­yi öhdəsinə gö­tü­rür. Briqada isə texnoloji və istehsal in­tizamını göz­lə­mək, maşın və avadanlıqlardan, alət və tərtibatlardan sə­mə­rəli istifadə etmək, material və enerjini qənaətlə sərf et­mək­lə naryad – tapşırıqda nəzərdə tutulmuş iş­ləri vaxtında və keyfiyyətlə yerinə yetirmək barədə öh­də­lik qəbul edir.

Briqada aylıq, rüblük və illik tapşırıqlar əsasında fəaliyyət göstərir. Ona işi icra etmək üçün naryad–tapşırıq verilir: həmin naryad – tapşırıqda məhsulun ümumi həcmi və nomenklaturu, keyfiyyətinə olan tələblər, məhsulun he­sab­laşma maya dəyəri (briqadadan asılı olan məsrəflər), əmək haqqı fondu müəyyən edilir. Briqadanın işinə baş usta, yaxud briqadir rəhbərlik edir. Briqada podratı sa­yə­sin­də istehsalda bilavasitə demokratiya genişlənir və də­rin­ləşir, hüquqlu sahiblik hissi yaranır. Briqada podratı tap­­şırıqların, sifarişlərin, müqavilələrin yerinə yetiril­mə­si­nə, maddi – enerji ehtiyatlarının qənaətli sərfinə, hər bir briqada üzvünün işin son nəticələri üçün məsuliyyətinin güclənməsinə, briqadalar arasında rəqabətin yaranmasına və inkişafına səbəb olur. Təcrübə göstərir ki, podrat bri­qa­da­larda əmək məhsuldarlığı tez artır, əmək intizamı möh­kəm­lənir, briqada üzvləri daha qısa müddətdə əlaqədar pe­şə­lərə yiyələnmək, öz ixtisaslarını artırmaq imkanına ma­lik olurlar.

İri sənaye müəssisələrində briqadalarda təsərrüfat he­sabı fəaliyyətini tətbiq edirlər. Briqadaların işinin tə­sər­rü­fat hesabına keçirilməsi sex təsərrüfat hesabının möh­kəm­ləndirilməsinə kömək edir. Briqadalar üçün təsərrüfat he­sabı sexlərə nisbətən, onlara daha məhdud dairədə gös­tə­­ricilərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Sex­də və sahədə əmək briqada sistemi əsasında təşkil edil­dik­də təsərrüfat hesabı prinsipləri briqadalara da aid edilir. Belə hallarda təsərrüfat hesabına keçirilən briqa­da­la­rın fəaliyyəti üzrə müvafiq plan və uçot göstəriciləri tət­biq edilir. Məsələn, briqadalar üçün plan tapşırığında is­teh­sal olunacaq məhsul yaxud görüləcək iş, əmək haqqı fondu, avadanlıqdan istifadə və maddi vəsaitin məsrəfləri ki­mi göstəricilər nəzərdə tutulur və bu göstəricilər üzrə uçot aparılır. Məsələn, nəqliyyat şöbənin fəaliyyətindəki ən mühüm iş göstəriciləri: ton və ton-kilometr hesabı ilə işin həcmindən, işin bütün həcminə və hər bir ton-kilo­met­rə çəkilən xərcdən və iş nəticələri, yəni plan tapşırığına nis­bətən qənaət yaxud artıq xərcdən ibarət olur.

Briqadanın işi müəyyən edilmiş göstəricilər üzrə pla­nın yerinə yetirilməsinə dair faktiki məlumata əsasən qiy­mət­ləndirilir və iş nəticəsində əmələ gələn qənaət və artıq xərc­lər meydana çıxarılır.

Sahə və briqadalar istehsal tapşırıqları iş yerinə və məhsulu konkret olaraq istehsal edənlərə çatdırılır. İşin əsas, yaxud köməkçi materiallar, yanacaq və alətlərin sərf edil­­məsi ilə əlaqədar olduğu yerlərdə, məmulat vahidi üçün maddi vəsait sərfi norması, iş üzrə maşın-dəzgah-saat miqdarı, yaxud norma-saat miqdarı fəhləyə xəbər ve­ri­­lir. Ayın axırında (dekadanın axırında və bəzən məsələn, dər­zi briqadaları üçün növbənin axırında) faktiki xərclər müəy­yən edilir və normalardan kənara çıxılması halları müəy­yənləşdirilir.

2.4. İş yerləri, onların səciyyəsi və təsnifatı

Maddi nemətlər istehsalı bilavasitə iş yerlərində hə­ya­ta keçirilir. Ona görə də müəssisə miqyasında əldə edi­lən müvəffəqiyyətlər nəticə etibarı ilə iş yerlərində əməyin təşkilindən, onun səmərəli təchizatından, planirov­ka­sın­dan, iş yerlərinə mütərəqqi xidmət siste­min­dən, iş yerlə­rin­­də əmək şəraitindən və s. asılıdır. Belə ki, yaxşı təşkil edil­miş iş yerləri nəinki az əmək sərf etməklə daha çox məh­sul hazırlamağa imkan verir. Həmçinin işçilərin sağ­lam­lığının mühafizə olunmasına da səbəb olur.

İş yeri – əmək normalarına və fəaliyyətdə olan digər normativ aktlara əsasən müəyyən olunmuş əməyin tətbiqi zonası olub, bir icraçının əmək fəaliyyəti üçün olan vasi­tə­lər­lə təhciz edilir. Beləliklə, müəyyən əməliyyatı (işi, xid­mə­ti) icra etmək üçün aqreqat, dəzgah, maşın və ma­te­rial­larla, alət və tərtibatlarla təchiz edilmiş istehsal mey­dan­ça­sı­nın hüdudlanmış hissəsinə – fəhlənin əmək fəa­liy­yəti zonasına – iş yeri deyilir. İş yerinin tipi ilk növ­bə­də onun texnoloji təyinatı ilə müəyyən edilir. İş ye­ri­­nin düzgün təşkili, hər bir iş yerində elə istehsal şəra­i­ti­nin yaradıl­ma­sı­nı tələb edir ki, bu zaman fəhlənin əmək fənd­ləri və hə­rə­kət­ləri ən məhsuldar və ən az yorucu olsun. Bu tələb­lə­rin yerinə yetirilməsi nəticəsində əmək məhsuldarlığı yük­sə­lir, işin (xidmətin) keyfiyyəti yaxşılaşır, iş yerlərinin düz­gün təşkili üçün şərait yaranır. İş yerinin düzgün təşkil edil­məsi – onun əsas avadanlıqlarla, alətlərlə, texniki sə­nəd­­lərlə, intervallarla təchiz edilməsi, işləyənlərə əl­ve­riş­li əmək şəraiti yaratmaq deməkdir. İş yerlərinin təşkili xü­susiyyətləri bir çox amillərdən, məsələn, yerinə ye­ti­ri­lə­cək işin (xidmətin) həcmindən, iş yerinə təhkim olunmuş əmə­liyyatların sayı və tərkibindən, iş yerinə xidmət sis­te­min­dən, əməyin mexanikləşdirilməsi və avtomat­laş­dı­rıl­ması dərəcəsindən asılıdır.

Fəhlələrin sayına görə – iş yerləri fərdi, yəni yalnız bir fəhlə tərəfindən xidmət olunan və kollektiv, yəni bir qrup tərə­findən xidmət olunan iş yerinə ayrılır. Fərdi iş yer­lə­ri­nə əməyin təşkilinin fərdi formaları uyğun gəlir. Lakin is­teh­sal şəraiti əməyin təşkilinin fərdi formasının tətbiqinə hə­mişə imkan vermir. Bəzi işlərdə, məsələn, yığma, ti­kin­ti – quraşdırma, neft – qaz quyularının qazıl­ma­sın­da və s. işlər­də yetirilməsi zərurəti yaranır. Belə hal­lar­da əməyin təş­ki­li­nin kollektiv (briqada) forması tətbiq olu­nur və ona görə də həmin iş yerləri kollektiv iş yerləri ad­la­nır.

İş yerlərinin tipi orada mövcud olan avadanlıqların miqdarına görə – iş yerləri dəzgahsız, birdəzgahlı və çox­dəz­gahlı iş yerlərinə bölünür. Adətən, birdəzgahlı iş yer­ləri fərdi istehsal şəraitində daha çox tətbiq edilir. İs­teh­­sal prosesinin təşkili xarakterinə görə çoxdəzgahlı iş ye­­rinin əsas avadanlığı işin ümumi ahəngi ilə əlaqədar olur ki, bu da kütləvi və iri seriyalı istehsal sahələri üçün xarak­te­rik­dir. Çoxdəzgahlı iş yeri iki yerə: eyni cinsli ava­dan­lıqla təc­hiz olunan iş yerlərinə və müxtəlif cinsli ava­dan­lıqlarla təchiz olunan iş yerlərinə ayrılır.

İş yeri icraçının icra edilən proseslərində əməyin me­xa­nikləşdirilmə və avtomatlaşdırılması səviyyəsinə görə – iş yerləri üç qrupa: əl əməyinə əsaslana, mexa­nik­ləşdi­ril­miş və avtomatlaşdırılmış iş yerlərinə bölünür. Əl əməyinə əsas­lanan iş yerlərində əmək prosesləri əllə, mexa­nik­ləşdi­ril­miş iş yerlərində – maşın və mexanizmlər ilə, avtomat­laş­­dırılmış iş yerlərində isə – avtomatlaşdırılmış mexa­nizm­lər­lə yerinə yetirilir.

İxtisaslaşdırılma dərəcəsinə görə – iş yerləri univer­sal, ixtisaslaşdırılmış və xüsusi iş yerlərinə ayrılır. Kiçik seriyalı və fərdi istehsal şəraitində universal iş yerləri, iri seriyalı istehsal şəraitində – ixtisaslaşdırılmış iş yerləri və kütləvi istehsal şəraitində isə xüsusi iş yerləri uyğun gəlir. İş yerlərinin ixtisaslaşdırılması dedikdə, onların hər birinin bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən qrup əməliyyatların və ya işçilərin təhkim olunması nə­zər­də tutulur. Belə əlamətlərə emal edilən hissələrin goru­nü­şü (konfiqurasiyası), emalın texnoloji yekcinsliyi, mürək­kəb­liyi və dəqiqliyi, tətbiq olunan alətlərin oxşarlığı və s. aid edilə bilər.

Yerinə yetirilən işlərin xarakterinə görə iki növ iş yer­lərini: stasionar (sabit, dəyişməz) və dəyişən iş yer­lə­ri­ni fərqləndirirlər. Stasionar iş yerləri məntəqənin və onun təchizinin daimliyi ilə, dəyişən iş yerləri isə növbə ərzində iş məntəqəsinin dəyişməsi ilə xarakterizə olunur. Dəyişən iş yerlərinə misal olaraq, maşınqayırma zavodlarında növ­bət­çi təmirçi–çilingərlərin, elektrik montyorlarının, saz­layıcıların iş yerlərini göstərmək olar.

Yerinə yetirilən funksiyalara görə – iş yerləri əsas, kö­məkçi və xidmətedici iş yerlərinə ayrılır. Bu fərq əsas, kö­məkçi və xidmətedici işlərdə icra edilən funksiyaların məz­­munundan və xidmət zonasından asılıdır. Köməkçi və xid­mətedici fəhlələrin fəaliyyət dairəsi əsas fəhlələrə nis­bə­tən daha geniş olur.

İş yerlərində fəhlənin əməyinin məhsuldarlığı xeyli də­rəcədə onların səmərəli təchizatından asılıdır. İş yerlə­ri­nin təchizatı dedikdə, onun məntəqəsində olan əsas tex­no­lo­ji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləva­zi­matların, siqnallaşdırma və texniki təhlükəsizlik vasitə­lə­rinin məcmusu nəzərdə tutulur. İş yerlərinin təchizatı yal­nız o halda daha səmərəli ola bilər ki, o, istehsal prose­si­­nin məzmununa nəinki miqdarca, eyni zamanda keyfiy­yət­cə uyğun olsun, yəni müxtəlif əməliyyatların yerinə ye­tiril­məsində canlı əmək sərfi minimumu olmaqla ən yük­sək əmək məhsuldarlığını təmin etsin. İş yerlərinin təchi­za­­tının səmərəliliyi istehsal – texniki, bioloji və psixi –fi­zi­o­lo­ji amil­­lərlə xarakterizə olunur. İstehsal – texniki amil­lərlə is­teh­­­salın təşkili tipi, iş yerinin texnoloji təyinatı, fəh­lənin ye­ri­­nə yetirdiyi əmək funksiyalarının xarakteri, ix­ti­sas­laş­ma də­­rəcəsi və s. aiddir. Bioloji və psixi – fizioloji amillər qru­pu­­na isə antropometrik (insan bədənin müxtəlif his­sə­lə­rini ölçməkdən ibarətdir), biomexaniki (insan hərə­kət fəa­liy­yə­ti­ni öyrənmək), psixo – fizioloji, estetik, sani­tar – gi­gi­yena amilləri, həmçinin işin texniki təhlükə­siz­li­yi mə­sə­lə­lərinin kompleks həll olunmasının xarakterizə edən amillər daxil edilir.

Fəhlələrə normal və fasiləsiz iş şəraitinin yaradılması üçün iş yerlərinə müntəzəm xidmət olunmalıdır. Belə ki, iş yerlərinə vaxtlı–vaxtında və dəqiq xidmət olunmasının təş­kili fəhlələrdən və avadanlıqlardan səmərəli istifadə edil­məsi, əmək məhsuldarlığının yüksəldilməsi və maddi –enerji ehtiyatlarından qənaətlə istifadə olunması üçün zə­ru­ri şərtdir. İş yerlərinə xidmətin əsas vəzifəsi – istehsalat pro­­sesində mümkün fasilələrin və mexanizmlərin işindəki ça­tışmazlıqların vaxtında qarşısının alınmasından ibarət­dir.

İş yerlərinə xidmət fəhlənin özü tərəfindən və ya xü­susi xidmətedici heyət tərəfindən həyata keçirilə bilər. Bütün hallarda, iş yerlərinə xidmətin təşkili aşağıdakı prinsiplərin gözlənilməsini nəzərdə tutur: xidmət prosesi planlı xarakter daşımalıdır; xidmət fəal – xəbərdaredici ol­ma­lıdır; xidmət kompleks xarakter daşımalıdır; xidmət yük­sək keyfiyyətdə həyata keçirilməlidir; xidmət qənaətli ol­malıdır.

Müəssisədə xidmətin aşağıdakı funksiyaları vardır: is­tehsalın hazırlanması, nəqliyyat, alət, sazlaşdırma, təmir, enerji, nəzarət, tikinti – quraşdırma, təsərrüfat xidmətləri. Göstərilən funksiyaların yerinə yetirilməsi üçün müəs­sisə­lər­də müvafiq sex və təsərrüfatlar yaradılır. Belə sex və tə­sər­rü­fat­lara misal olaraq təmir, energetika, alət, nəqliyyat, tikinti – quraşdırma sexlərini, anbar təsərrüfatını və dispet­çer şöbəsini göstərmək olar.

2.5. Müəssisənin istehsal quruluşunun təkmilləşdirilməsi yolları

Qeyd etdiyimiz kimi, müəssisənin istehsal quruluşu müxtəlif amillərin təsiri altında formalaşır və ona görə də, daima dəyişilir, təkmilləşir. Müəssisənin istehsal quruluşu o halda mütərəqqi və optimal hesab edilir ki, onun böl­mə­lə­ri arasında düzgün münasiblik yaradılsın və ən az xərclə daha yüksək nəticələr əldə edilmiş olsun. Buna istehsal qu­ruluşunu daima təkmilləşdirməklə nail olmaq olar. Ha­zır­da istehsal quruluşunun təkmilləşdirilməsinin əsas isti­qa­mətləri aşağıdakılardan ibarətdir:

a) istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən edil­məsi. İstehsalın ölçüsü – müəyyən avadanlıq komp­lek­ti­nin istehsal gücüdür. O, buraxılan məhsulun miqdarı ilə səciyyələnir. Onun mütərəqqiliyi istənilən dərəcədə maşın və avadanlıq komplektinin tam yüklənməsini təmin et­mə­li­dir. Çünki ayrı-ayrı avadanlıq növləri müxtəlif məhsul­dar­lığına (məhsul buraxma qabiliyyətinə) görə fərq­lə­nir­lər, bu halda orta hesabla bütün istehsal avadanlıqlarının tam yüklənməsi üçün tələb edilən səviyyə istehsalın istə­ni­lən ölçüsündə əldə edilə bilməz. İstehsalın yolverilən mi­ni­mal və optimal ölçülərini fərqləndirirlər. İstehsalın mi­ni­mal yolverilən ölçüsü müasir avadanlığı lazımi qədər yük­lə­məklə ondan istifadə etməyə imkan verir. Müəyyən məh­sulun hazırlanmasında tətbiq edilən texnikanın sə­viy­yə­­si dəyişdikdə istehsalın minimal yolverilən ölçüləri də də­yişir. Məsələn, elektron texnikasının və proqramlı idarə­et­mənin inkişafı və geniş tətbiqi onları azaltmağa imkan verir. Əgər əvvəllər avtomat xətt şəklindəki avadanlıq komp­­lektindən yalnız məhsul buraxılışının həcmi böyük o­l­duqda istifadə edilirdisə, hazırda proqramla idarə olunan ma­şınların tətbiqi ilə istehsal sahələri təşkil edildikdə ey­ni­cinsli məhsulun minimal yolverilən buraxılışı iki – üç dəfə az ola bilər. İstehsalın ölçüsünün minimal yolverilən ölçüsündən çox artırılması minimal avadanlıq komplektini ikiqat artırmaqla əldə edilir. Lakin istehsalın maksimal yol­verilən ölçüdə artırılması zamanı nəinki texniki, həm də iqtisadi hesablamalara əsaslanmaq lazımdır. İstehsalın ölçü­sünün ən məqsədəuyğun qaydada artırılması əsaslı və­sa­it qoyuluşları və məhsulun maya dəyəri üzrə hesab­la­ma­lar əsasında müəyyənləşdirilməlidir. Məhsul vahidinin is­teh­salı üçün minimal gətirilmiş məsrəfləri təmin edən is­­teh­sal ölçüsü optimal ölçü hesab olunur. İstehsalın ölçü­sü­nə istehsaldaxili texniki-təşkilati amillər çox böyük təsir gös­tərir.

İstehsalın ölçüsü müəssisənin və onun vəsilələrinin öl­çüsünü müəyyənləşdirmək üçün əsas götürülür. Müəs­si­sə­nin və onun vəsilələrinin ölçüsü onlarda cəmləşdirilmiş canlı və maddiləşdirilmiş əməyin miqdarını səciy­yə­lən­di­rir. O, nəinki istehsaldaxili texniki-təşkilatı amillərdən, eyni zamanda kənar amillərdən də asılıdır. Müəssisənin və onun vəsilələrinin məqsədəuyğun ölçüsünün müəyyən­ləş­di­rilməsinə, əsasən, aşağıdakı texniki-təşkilati amillər təsir göstərir: buraxılan məhsulların xalq təsərrüfatı əhəmiyyəti, xarakteri və həcmi, istehsalın texniki və təşkilati səviy­yə­si, xammal mənbələrinin və hazır məhsul istehlak­çı­larının yerləşdirilməsi, müəssisənin və onun əsas vəsilələrinin istehsal güclərinin inşası və mənimsənilməsi müddətləri, ölkənin müdafiə qabiliyyəti və s. Elmi-texniki tərəqqi aq­re­qatların iriləşdirilməsinə, çəkisinin və gücünün bir vahid hesabı ilə onların məhsuldarlığının artırılmasına, texnoloji proseslərin intensivləşdirilməsinə imkan verir. Bununla əlaqədar olaraq müəssisə və onun vəsilələrinin ən məqsə­də­uyğun ölçülərinə mütəmadi olaraq baxılmalıdır. Müəs­si­sə və onun səmərəli ölçüsü xammalın, materialların və ha­zır məhsulların istehsalçı məntəqədən istehlakçı məntə­qə­lə­rinə daşınması, saxlanılması və istehlakçı şərtləri, ida­rəetmənin mürəkkəbliyi, həmin vəsilələrin kollek­tiv­lə­ri­nin işlədikləri sosial şərait nəzərə alınmaqla müəyyən edi­lir.

Müəssisənin istehsal quruluşunun təkmilləş­diril­mə­si­nin əsas imkanları bunlardır:

a) kiçik istehsalların birləşdirilməsi – idarəetmə apa­ratın­da çalışan işçilərinin sayını xeyli azaltmağa, yüksək məhsuldarlı maşın və avadanlıqların tətbiqinə, istehsalın me­xanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yük­səldilməsinə şərait yaradır ki, bu da istehsalın həcmi­nin artırılmasının zəruri şərtlərindəndir;

b) sexsiz istehsal quruluşunun tətbiqi nəticəsində sex xərcləri tamamilə aradan qaldırılır və bu məhsulun ma­ya dəyərinin aşağı salınmasına imkan verir. Sexsiz is­teh­sal quruluşu, əsasən, fərdi və kiçik seriyalı istehsal şə­ra­itində və neft-qazçıxarma idarələrində daha geniş tətbiq edi­lir;

c) əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlar arasında səmərəli nisbətlərin təmin olunması, yəni imkan dairəsində çalışmaq lazımdır ki, müəssisənin sexlərinin sayı çox olsun. Çünki bu, müəssisənin məhsul buraxma qabiliyyətini artırır;

d) istehsalın idarə edilməsində avtomatlaşdırılmış ida­rəetmə sistemlərinin tətbiqi – idarəetmə aparatında çalı­şan işçilərin sayını azaldır. Çünki burada idarə olunan ob­yek­tin vəziyyəti haqqında məlumatların verilməsi, sax­la­nıl­ması və yenidən işlənilməsi iqtisadi – riyazi metod­ların və modellərin, elektron – hesablama texnikası­nın köməyi ilə avtomatik yerinə yetirilir;

e) iş yerlərinin attestasiyası – hər bir iş yerinin mü­tə­rəq­qi texniki, texnoloji, təşkilati nəticələrə, əməyin müha­fi­zəsi tələblərinə, qabaqcıl təcrübəyə, normativ və stan­dart­lara uyğunluğunun və təkmilləşdirilməsi məqsədilə kompleks qiymətləndirilməsinə imkan verir. İş yerlərinin attestasiyasının əsas vəzifəsi – iş yerləri sayının işlə­yən­lə­rin sa­yı ilə tarazlaşdırılmasından, istehsalın səmərə­liliyinin yük­səldilməsindən, əmək məhsuldarlığının artırılmasın­dan, əsas fondlardan və əsaslı vəsait qoyuluşundan effektli istifadə edilməsindən ibarətdir. Limitsiz iş yerlərinin ləğv edilməsinə, mütərəqqi iş yerlərinin aşkar edilməsinə, iş yer­lərinin səmərələşdirilməsi üzrə tədbirlərin işlənib hazır­lan­masına və həyata keçirilməsinə və s. imkan verir. İş yerlərinin attestasiyasını həyata keçirmək üçün müəs­si­sə­nin rəhbəri həmkarlar ittifaqı komitələri ilə birlikdə fəhlə­lə­rin, mütəxəssislərin və qulluqçuların, səmərə­ləş­di­rici­lə­rin geniş iştirakı ilə attestasiya komissiyaları (müəssisə miqyasında həyata keçirilən işlərin xarakterindən asılı olaraq) yaradır.

FƏSİL 3. SAHİBKARLIQ FƏALİYYƏTİNİN FORMALARI VƏ NÖVLƏRİ
3.1. Sahibkarlıq fəaliyyəti və onun inkişaf mərhələləri

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyə­ti­nin formalaşması və inkişafında “Sahibkarlıq haqqında” Azər­bay­­can Respublikasının qanunu [4] mühüm rol oyna­mış­dır. Qanunda Azərbaycan Respublikasında sahibkarlıq fəa­liy­yə­tinin prinsiplərini, hüquq və vəzifələrini, onun döv­lət tə­rə­findən müdafiə və təqdim olunmasının forma və üsul­la­rı, dövlət və digər təşkilatlarla münasibətlərini müəy­yən­ləş­dir­mişdir. Qanunda göstərilir ki, sahibkarlıq fəaliy­yəti ilə Azər­baycan Respublikasının hər bir vətən­da­şı, hüquqi, fi­zi­ki şəxslər, xarici ölkələrin vətən­daş­ları məşğul ola bilər. La­kin milli və xarici dövlət orqanlarının vəzifəli şəxsləri – mə­murları sahibkarlıq fəaliyyəti ilə məş­ğul ola bilməzlər. “Sahibkarlıq haqqında” qanunda sa­hib­­karların hü­quq və və­zi­fələrinin şərhinə geniş yer veril­miş­dir.

Sahibkarların aşağıdakı hüquqları vardır:
– istənilən müəssisələri yaratmaq və onların idarə­et­mə orqanlarında iştirak etmək;

– dövlət və digər mülkiyyət formalarına əsaslanan mü­əs­­sisələrin əmlakını tamamilə və ya qismən mənim­sə­mək;

– başqa müəssisələrin fəaliyyətində payçı kimi iştirak et­­mək;

– işçiləri işə qəbul etmək və onların əməyinin ödənil­mə­sinin forma və sistemlərini müəyyənləşdirmək;

– təsərrüfat və maliyyə fəaliyyətini müstəqil həyata ke­çirmək;

– məhsul göndərmələri və istehsal olunan məhsulun iş­tirakçılarını seçmək və öz məhsulları üçün qiymətlər müəy­­yənləşdirmək;

– sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən (tə­sərrüfat hesablı gəlirdən) müvafiq qaydada gəlir vergisi ver­dikdən sonra qalan mənfəətdən (gəlirdən) sərbəst istifa­də etmək;

– xarici-iqtisadi münasibətlərdə iştirak etmək və s.

“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qa­nununa, əsasən, sahibkarın aşağıdakı vəzifə­lə­ri vardır:

– işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq;
– işçilərin ictimai və siyasi partiyalarda birləşməsinə mane olmamaq;

– işçilərə Azərbaycan Respublikasının qanunveri­ci­li­yi ilə müəyyən olunmuş əmək haqqının minimum məblə­ğin­dən az olmayan səviyyədə əmək haqqı vermək;

– dövlət sığorta fonduna müəyyən olunmuş qaydada və məbləğdə ayırmalar ödəmək;
– qanunvericilikdə müəyyən olunmuş həcmdə ver­gi­lər ödəmək;
– işçilərə bağlanmış müqavilələrə müvafiq iş şəraiti yaratmaq və onu daima yaxşılaşdırmaq və s.

Sahibkarlar təsis təşkilatı formasından asılı olaraq, tam və ya məhdud şəkildə əmlak məsuliyyəti daşıyırlar. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəy­yən edilmiş həcmdə məsuliyyət daşıyır. Bununla bə­ra­bər, sahibkarlıq fəaliyyətinin inkişafına köməklik gös­tər­­mək məqsədilə dövlət müəyyən təminatlar verir, sahib­ka­rın hüquq və qanuni mənafeyini müdafiə edir.

“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının qa­nununda sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xi­tam verilməsi qaydalarından da danışılır. Bu qanunda gös­tərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haq­qın­da qərarı sahibkarın özü qəbul edə bilər. Lakin bəzi səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırıl­ma­sı barəsində təqdimat vermək hüququna malikdir. Sa­hib­­karlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı da sahibkar özü və ya müvafiq rayonun məhkəməsi qəbul edə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı varisinə keçir. Bağ­laşma əsasında həyata keçirilən sahibkarlıq fəaliy­yə­ti­nə aşağıdakı hallarda xitam verilir: a) bağlaşmanın müd­də­ti başa çatdıqda; b) tərəflərin razılığı olduqda; c) məh­kə­mə­nin qərarı çıxarıldıqda; d) bağlanmada nəzərdə tutul­muş digər hallarda.

Ümumiyyətlə, “sahibkar” və “sahibkarlıq fəaliyyəti” haq­qında müxtəlif fikirlər və anlayışlar mövcuddur. “Sahibkar” ifadəsi iki sözün birləşməsindən –“sahib” və “kar” sözlərindən əmələ gəlmişdir. “Sahib” sözü ərəb di­lin­­də olub “yiyə”, “mülkiyyətçi” deməkdir. “Kar” ifa­dəsi isə fransız sözü olub, “fəaliyyət”, “iş” mənasını da­şı­yır. “Sa­hibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisa­diy­yatında fran­sız iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən iş­lədilmişdir. O, mənfəət götürmək məqsədilə məhsulu di­gər­­lərindən müəyyən qiymətə alaraq, bazarda özünə xe­yir­li qiymətə satmağa çalışan adamları “sahibkar” adlan­dır­mış­dır. Onun fikrincə, sahibkarlıq fəaliyyəti müxtəlif növ əmtəələr və tələblə təklif arasında münasibət yaratmağa xid­mət edir.

Sahibkarlıq fəaliyyəti haqqında fikirlər A.Smitin (1723-1790) iqtisadi nəzəriyyəsində də öz əksini tapmış­dır. Belə ki, o, sahibkarı öz istehsalını planlaşdıran və təşkil edən, onun nəticələri üçün risk edən mülkiyyətçi kimi nəzərdə tutur. Daha sonralar sahibkarlıq fəaliyyətinin ge­niş anlayışı fransız iqtisadçısı J.B.Sey (1767-1832) tərə­findən verilmişdir. O, sahibkarı risk etməsinə baxma­ya­raq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən və satan şəxs kimi qələmə verirdi. Lakin o, özündən əvvəlki iqtisadçılardan fərqli olaraq, sahibkarlıq fəaliyyətinin klassik nəzəriyyəsini yaratmış və həmin nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməmişdir.

Sahibkarlıq haqqında böyük həcmdə və istiqamətdə iqtisadçı alimlər fikirlər söyləmiş, onlar, əsasən, inkişaf mərhələsinə görə dörd qrupa ayrılır:

– kommersiya ideyasını həyata keçirmək və mən­fə­ət götürmək məqsədilə iqtisadi risk edən mülkiyyətçilərin fəaliy­yətləri;

– yeni ideya yaranması və mənimsənməsini keyfiy­yət­cə yeni növ məhsulların işlənib, hazırlanmasını, isteh­sa­­lın inkişafının perspektiv amillərinin əldə edilməsini, is­teh­salçılar tərəfindən xidmətin yeni üsullarının və yeni in­ve­stisiya tətbiqinin yeni sahələrinin tapılması üzrə axta­rış­ların aparılması və onları həyata keçirənlərin fəaliy­yə­ti­ni;

– sahibkarlıq subyektin bazar iqtisadiyyatı şəra­i­tin­də qanunvericiliyə uyğun şəkildə həyata keçirilib, mən­fə­ət əldə edilməsinə yönəldilmiş fəaliyyəti;

– öz fikirlərini reallaşdırmaq və sosial-iqtisadi sə­mə­­­rəyə nail olmaq üçün yeni kombinasiyaları həyata ke­çi­rən təsərrüfatçılıq subyektlərinin risklə əlaqədar olan tə­şəb­büskarlıq fəaliyyətini aid edirlər.

3.2. Sahibkarlıq fəaliyyətinin sahələri

Sahibkarlıq maddi nemət və xidmət tələbatlarını ödə­mək üçün ixtisaslaşan məqsədyönlü əmək fəaliyyəti dairə­si­dir. Müasir şəraitdə sahibkarlıq fəaliyyəti bazar iqti­sa­diy­yatı əsasında qurulur. Sahibkarlıq fəaliyyətinin təşkili sa­­hələrinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Bu­nun üçün sahibkarlıq fəaliyyətinin subyekti elə olma­lı­dır ki, o, mövcud ehtiyatlardan daha səmərəli istifadə et­mək­lə istehsalın yüksək son mərhələsinə nail olmasını tə­min edə bilsin. İstehsalın konkret şəraitindən asılı olaraq, sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında əməyin el­mi təşkilinin tələbləri, fiziologiya, psixologiya və gigi­ye­na töv­siyələri, mühəndis texnologiyası və texniki este­ti­ka­nın tələbləri nəzərə alınmalıdır.

Müasir tələblərə cavab verərək, dünya ölkələrinin təc­­­rü­bəsi göstərir ki, sahibkarlıq fəaliyyətinin subyekti sa­hə­­ləri kimi məhsul istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iq­ti­­sadi fəaliyyət növləri çıxış edə bilər. Bazar iqti­sa­diy­yatı şə­raitində hər kəs özünə peşə seçməkdə tam azad­lığa ma­lik olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məş­ğul ol­maq­da tam azaddır, lakin hər bir adam – sahibkar müəy­yən məb­ləğ­də kapitala, əmlaka malik olmalıdır. Bunun­la belə, “sahibkarlıq” fəaliyyətinin adi “təsərrüfat­çı­lıq”, ”biz­nes” və “kommersiya” fəaliyyətin­dən fərqlənir.

Təsərrüfatçılıq fəaliyyəti istehsal ehtiyatlarının əvvəl texnika və texnologiyasının mövcud səviyyəsində olduğu kimi, yəni heç bir yenilik risk etmədən həyata keçirilir, halbuki, sahibkarlıq fəaliyyətinin məzmununu təşəb­büs­kar­lıq və yenilikçilik təşkil edir və müəyyən risk ilə əlaqə­dar­dır. Risk sahibkarlıq fəaliyyətində əsas rol oynayır. Ris­kin bütün cəhətlərini dərindən öyrənmədən və onu lazı­mın­ca qiymətləndirmədən sahibkarlıq, həmçinin təsər­rü­fat­­­çılıq fəaliyyətinin taktika və strategiyasını düzgün müəy­­­yənləşdirmək olmaz. Risklərin aşağıdakı növlərini fərq­­ləndirirlər: a) məhsulların nəql edilməsi və istehlak­çı­lar tərəfindən alınması riski; b) istehlakçıların tədiyyə qabiliyyətli tələbləri və onların ödənişi həyata keçir­mə­mə­yi nailiyyətləri ilə əlaqədar olan risk; c) xarici mühitin təsiri, o cümlədən valyuta kursunun və valyuta dönər­li­yi­nin tərəddüd etməsi ilə bağlı olan risk; d) bazarın kon­yuk­tu­­runun formalaşmasında xüsusi əhəmiyyəti olan pul və­sa­it­lərinin köçürülməsinə, ixrac-idxal əməliy­yat­la­rı­na və bir çox başqa tədbirlərə yönəldilən məhdudiyyətlər və qa­da­ğalarla əlaqədar olan risk.

Biznes fəaliyyəti, əsasən, qısamüddətli bir prosesdir, o, birdəfəlik akt olub, hər hansı bir konkret işin, əməliy­ya­tın yerinə yetirilməsi, sövdələşmənin reallaşması ilə əlaqə­dar­dır. Bundan fərqli olaraq, sahibkarlıq fəaliyyəti daimi bir prosesdir, biznes fəaliyyətinə nisbətən daha geniş dairəni əhatə edir: birincisi, sahibkarlıq bazar iqtisadiy­ya­tı­­nı daha dolğun əks etdirdiyinə görə, onu biznes iqti­sa­diy­ya­tı deyil, sahibkarlıq iqtisadiyyatı adlandırırlar; ikincisi, təkcə yenilikçilik qabiliyyətinin deyil, eyni zamanda təd­qi­qatçılıq və müstəqil qərar qəbul etmə və onları həyata ke­çirmə bacarığının məcmusudur.

Biznesin müxtəlif subyektləri mövcuddur, onlardan ilk əvvəl müəyyən işin yerinə yetirilməsidir. Adi həyatda iş­lə məşğul olanları “işgüzar”, “iş adamı”, “işlə məşğul olan adam”, “bizneslə məşğul olan adam”, “biznesmen” adlan­dırırlar. Real bazar iqtisadiyyatı şəraitində işgüzar adamlar digər məqsədyönlü işlərlə yanaşı, sahibkarlıq fəa­liy­yətini də həyata keçirirlər. Bu baxımdan, sahibkarlıq biz­nesin subyektlərindən biridir.

Biznesin ikinci subyekti məhsul, iş və xidmət isteh­lak­çılarıdır. Bu subyektlərə, həm fərdi, həm də kollektiv is­tehlakçılar, həmçinin istehlakçı ittifaqlarından (məsələn: kol­lektiv, səhmdar cəmiyyəti, birliklər və s.) aiddir. Bu, biz­nesin xüsusi formasıdır; ona görə ki, istehlak biznesi işgüzar münasibətlər sistemində bütün adamların iştirakını əhatə etdirir. Digər tərəfdən, istehlakçı biznesi istehsalın, ticarətin və xidmətin son mərhələsində adamların marağını əks etdirir. İkincisi, istehlakçı biznesi eyni zamanda sahib­kar­lıq biznesini stimullaşdırır, onun hərəkətə gətirilməsi və tarazlaşdırılması qüvvəsi kimi çıxış edir. Nəhayət, is­teh­lakçı biznesmenində yalnız fərdlər deyil, habelə, ye­ni­dən emal etmək, satmaq və xidmət göstərmək məqsədilə di­gər müəssisələrin məhsulunu satın alan sahibkarlar da işti­rak edirlər.

Biznesin üçüncü subyekti bağladıqları müqavilələr əsasında muzdla işləyən əmək kollektividir. İstehlakçı biznes subyekti kimi əmək kollektivləri əmək sərfində öz maraqlarını əsas tutaraq, sahibkarla bağladıqları sazişdən faydalanmaq məqsədilə spesifik xarakterinə malik əmək biznesinə qoşulurlar.

Biznes subyektlərindən biri də işgüzar təklifləri və fəaliyyəti ilə bazar münasibətlərinə cəlb edilən dövlət or­qan­larıdır. Belə dövlət orqanlarına misal olaraq, serti­fi­kat­­lar, veksellər, qiymətli kağızlar, valyuta satan idarə və təş­kilatları göstərmək olar. Qiymətli kağızların, valyutanın bir qismi dövlət orqanları tərəfindən, digər qismi isə sa­hib­­karlar tərəfindən sərbəst surətdə satılıb-alınır. Dövlət biz­nesinin əsasını dövlət mülkiyyəti, sahibkarlıq bizne­si­nin əsasını isə sahibkar əmlakı təşkil edir.

Kommersiya fəaliyyəti biznes fəaliyyətinin tərkib his­səsi olub, insanların iqtisadi fəaliyyətinin yalnız bir sa­hə­sini, yəni bilavasitə istehsal edilmiş məhsulların real­laş­dırılması ilə əlaqədar olan ticarət sahəsini, sferasını–alqı və satqı münasibətlərini əks etdirir. Müasir zamanda kom­mer­siya fəaliyyəti yalnız bir ticarət sferası kimi əlavə onun ro­lu və əhəmiyyəti daha yüksəkdir, baxmayaraq ki, kom­mer­siya fəaliyyətinin konkret obyekti alqı-satqı prosesi olsa da, bir çox ölkələrin qanunvericiliyində alqı-satqı ilə bağlı münasibətlər sırf ticarət sferasından kənara çıxır. Buna görə də hazırda kommersiya fəaliyyətinə əmtəələrin alqı-satqısı ilə yanaşı, həm də onların istehsalı, eləcə də bank, nəqliyyat, kənd təsərrüfatı, sığorta və s. sahələrlə əla­­qədar fəaliyyət formaları da daxil edilir.

Kommersiya münasibətləri sferası olduqca genişdir. Bu­na istehsal olunan məhsullar, pul və qiymətli kağızlar, o cümlədən səhmlər, veksellər və s. xidmətlər, ixtiralar, fir­ma­nın markası, “nou-xau” (“nou-xau”- beynəlxalq sa­ziş­lə­in obyekti olan elmi-texniki biliklərin, istehsalatın xü­susi bacarıq və sirlərinin məcmusudur və patent mü­da­fiə­si ilə təmin edilmiş ixtiraların həyata keçiril­mə­si­dir) və bu kimi maddi və qeyri-maddi nemətlər aiddir.

Kommersiya fəaliyyətinin ən mühüm xüsusiyyət­lə­rin­­dən biri sağlam kommersiya münasibətlərinin yaradıl­ma­sından ibarətdir. Bunun üçün kommersiya müna­si­bət­lə­ri müqabil tərəfləri (partnyorları) müstəqil seçmək, realizə prosesində bütün şərtləri, yəni məhsulun həcmini, çeşidini, keyfiyyətini, qiymətini, müqavilə öhdəliklərini mütləq ye­ri­nə yetirilməsini, qarşılıqlı məsuliyyətliliyini və s. prin­sip­lə­rini nəzərə almaqla formalaşmalıdır.

Kommersiya fəaliyyəti güzəştsiz ola bilməz, yeni kom­­mersiya fəaliyyəti kompromis xarakter daşıyan bir fəaliyyət növüdür. Burada sahibkarın tapşırığı ilə söv­də­ləş­mə işinə mütəxəssis müqavilə bağlamaq üçün da­nı­şıq­lar apararkən tərəf-müqabil qarşısında əvvəllər qoyduğu gü­zəşt­li şərtlərdən onun razılığı ilə öz fikrindən, tələbin­dən dönməyi bacarmalıdır.

Real bazar iqtisadiyyatı kommersiya qarşısında ciddi tələblər qoyur. Kommersiya fəaliyyətində tərəf-müqabillər bağladıqları müqavilələrin bütün şərtlərini lazımınca ye­ri­nə yetirməli, qənaətçilik prinsiplərini tutmalı və hər iki tə­rəf üçün səmərəli olmalıdır . Tərəf-müqabillər arasında tə­miz­lik, düzgünlük, doğruluq, işgüzar etika qaydalarına müt­­ləq əməl etmək mühüm əhəmiyyət kəsb edir. Bu tələb­ləri pozan sahibkar-kommersant sivilizasiyalı işgüzar da­i­rə­­­lər tərəfindən yaxşı qarşılanmır və gec-tez həmin sa­hib­kar müf­lis­ləşməyə düçar olur.

Kommersiya fəaliyyətinin nailiyyətləri xeyli dərə­cə­də kommersiya sirri ilə bağlıdır. Kommersiya sirri iki əsas cəhəti: istehsal və sirrin idarə olunmasını əks et­di­rir. Kom­me­rsiya sirrinin istehsal cəhəti elmi-tədqiqat, el­mi-texniki, layihə – konstruktor, texnoloji-tədqiqat işləri­nin nə­ticə­lə­ri­nin və istehsal prosesində baş verən yardımçı ara­lıq və­zi­fə­ləri, funksiyaları əhatə edir. Kommersiya sir­ri­nin mü­ha­fi­zəsini xüsusi dövlət orqanları təşkil edir.

Kommersiya fəaliyyətinin təşkilində kommersiya söv­də­ləş­mələri mühüm rol oynayır. Sövdələşmə pro­se­sin­də tərəflər bir-birinin məqsədlərini aşkara çıxar­maq­la bu prosesin predmetinin kommersiya həllinin yollarını, üsul­­la­rı­nı, məqsədyönlüyünü və əldə ediləcək nəticələrin fay­da­lılıq dərəcəsini götür-qoy edirlər. Bazar münasibətləri baxımından kommersiya sövdələşməsi dedikdə, tərəf-mü­qa­billər arasında alqı-satqı məsələləri, iş, yaxud xid­mət­lər üzrə razılaşmaların nəticələrinə uyğun surətdə ra­zı­lı­ğa gəl­mə nəzərdə tutulur.

Vasitəçilər – əmtəələrin satılmasın­da və müştərilər arasında yayılmasında şirkətə, müəssisə­yə yardım gös­tə­rən firmalar, yaxud fərdi adamlardır. Onla­ra ticarət vasitə­çi­ləri, əmtəənin irəlilədilməsinin təş­ki­li üzrə mütə­xəs­si­s­lər, marketinq xidmətləri göstəril­mə­­si üzrə agentlər və kredit-maliyyə idarələri aiddir. Vasitəçi­lə­rin iştirakı ilə kom­mersiya sövdələşmələri funksional ba­xım­dan iki qru­pa: ticarət-vasitəçilik sövdələşmə və tica­rət vasitəçiləri qru­­puna ayrılır.

Ticarət vasitəçilik sövdələşməsi dedikdə, satıcılardan və alıcılardan asılı olmayan, lakin onların sifarişləri ilə mal­ların, işlərin və xidmətlərin alqı-satqı əməliyyatlarının müs­təqil vasitəçilərinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Ticarət vasitəçisinə gəldikdə isə o, müs­tə­qil kommersiya müəssisəsi sifətində çıxış edən satıcı və alıcı arasında hüquqi şəxs statusu olan vasitəçilərdir. Onun mənfəəti həmin satıcı, yaxud alıcı tərəfindən satınalma və satış qiymətləri arasındakı fərq, yaxud komisyon mükafatı hesabına təmin edilir.

Kommersiya sövdələşməsinin aşağıdakı mərhələlə­ri­ni fərqləndirirlər:
a) kontragentin axtarılıb, tapılması və seçilməsi mər­hə­ləsi;
b) sövdələşmə üzrə sazişin bağlanmasına hazırlıq mər­hələsi;
c) alqı-satqı müqaviləsinin bağlanmasına hazırlıq mər­hələsi;
d) bağlanmış müqavilələrin imzalanması mərhələsi.
3.3. Sahibkarlıq fəaliyyətinin növləri və təsnifatı

Sahibkarlıq fəaliyyətinin müxtəlif cür növləri möv­cud­dur. Hər hansı biznes fəaliyyəti bu və ya digər də­rə­cə­də məhsul və xidmətlər istehsalı, mübadiləsi, məhsulun böl­güsü və istehlakı ilə sıx bağlıdır. Sahibkarlıq fəaliy­yə­ti­nin aşağıdakı növləri: istehsal sahibkarlığı, kommersiya və maliyyə sahibkarlığı fərqləndirilir. Sahibkarlığın adı çə­kilən növləri bir neçə yarımnövlərə bölünür. Sahib­kar­lı­ğın mövcud olan növ və yarımnövlərini aşağıdakı sxemdə gös­tərmək olar.

Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri
Sxem 1. Sahibkarlıq fəaliyyətinin növləri

İstehsal sahibkarlığı fəaliyyətinin ən aparıcı növü he­sab edilir. Burada məhsul, əmtəə istehsalı həyata ke­çi­ri­lir, xid­mətlər göstərilir, müəyyən mənada dəyər yaradılır. La­kin bazar iqtisadiyyatına keçid şəraitində bu sferanın fəa­liy­yəti müəyyən uğursuzluğa məruz qalmışdır. Belə ki, tə­­sə­r­rüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sis­te­mi zəif­­ləmiş, məhsul satışı kəskin surətdə aşağı düş­müş, mü­əs­­­sisənin maliyyə vəziyyəti pisləşmişdir.

Bazar iqtisadiyyatına keçidin ilk dövrlərində kom­mer­siya sahibkarlığı daha geniş inkişaf etmişdir. Kom­mer­si­ya sahibkarlığı alqı-satqı əməliyyatını əhatə edir. Sahib­kar­lığın bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edi­lir. Bu sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın in­ki­şafı ilə əlaqədar genişlənmişdir. Burada daha çox təşəb­büs­kar in­san­lar fəaliyyət göstərirlər. Əgər istehsal sahib­kar­lığında müəs­sisənin rentabelliyi 10-12 % həcmindədirsə, kom­me­r­siya firmasında bu göstərici 20-30% və daha çox­dur.

Kommersiya sahibkarlığı daha səmərəli bir növdür. Kommersiya sahibkarlığının ən geniş yayılmış formaları kimi əmtəə birjaları və ticarət təşkilatları fərqləndirilir. Birjanın alver meydanında alqı-satqı ilə yanaşı, həm də sı­ğor­ta edilməsi, veksellərin alınıb-satılması və s. bu kimi mə­­sələlər həll edilir. Dünya ticarət birjasının çiçəklənməsi dövrü London birjası başda olmaqla, XIX əsrə düşür. Bu gün ən etibarlı və nüfuzlu birja Nyu–Yorkun Yoll-Strit kü­çə­sində yerləşən məşhur ticarət birjasıdır.

Sahibkarlıq fəaliyyətinin növlərindən biri də maliyyə sahibkarlığıdır (maliyyə-kredit). Bu fəaliyyət sferasına tədavül və mübadilə daxildir. Maliyyə sahibkarlığı istehsal və kommersiya sahələrində formalaşır. Sahibkarlıq fəaliy­yə­tinin göstərilən növlərindən fərqli olaraq, maliyyə sa­hib­karlığı yüksək rentabellik normalarına malik olmur, onun səviyyəsi 5-10% həddində dəyişir.

Ölkədə pul dövriyyəsi ilə sıx əlaqədə olan maliyyə sahibkarlığı əsas yer tutur.

Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini kommersiya bankları və fond birjaları təşkil edir. Adı çə­kil­ən bu iqtisadi strukturlar həm də bazar münasi­bət­lərinin ən mühüm atributlarındandır.

Kommersiya bankları səhmdar tipli maliyyə-kredit ida­­rəsi olub, kommersiya təşkilatlarının haqqı ödənilməklə kreditləşdirir, pul əmanətlərinin (depozit) qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar apa­rır. Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi de­po­zitlərin faiz dərəcələri, cəlb edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir.

Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır: passiv (vəsaitlərin cəlb edilməsi); aktiv (vasitələrin yerləşdirilməsi); komissiyon vasitəçilik (müş­tə­ri­lərin tapşırığı ilə müxtəlif əməliyyatlar).

Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsu­siy­yətləri müəssisələrin vəsaitlərinin cəlb edilməsindən iba­rətdir. Bu banklar kommersiya xarakteri daşıyaraq kre­di­torlara pulları müəyyən müddətə və müəyyən faiz dərə­cə­ləri ilə verirlər. Kommersiya banklarının verdikləri kre­dit­lər bu və ya digər səbəbdən vaxtında qaytarılmalıdır.

Bazar münasibətlərinin bir sturukturu və maliyyə sahibkarlığının ən mühüm elementlərindən biri fond bir­ja­la­rıdır. Fond birja təşkilati cəhətdən qeydiyyatdan keçmiş, mün­təzəm olaraq fəaliyyət göstərən qiymətli kağızlar ba­za­rı nəzərdə tutulur. Bunlar ilk növbədə kapitalın mo­bi­ll­i­yi­nin yüksəldilməsinə və aktivlərin real dəyərinin müəy­yən­­ləşdirilməsinə xidmət edir. Fond birjalarının forma­laş­ma prinsipi tələb və təklifin operativ tənzimlənməsinə əsas­­lanır.

Sahibkarlığın perspektiv formalarından olan konsul­ta­tiv (məsləhət) sahibkarlıq son illər daha geniş inkişaf etmişdir. O, çoxsaylı istiqamətlərə malikdir. Respub­li­ka­mı­zı və digər keçmiş İttifaq Respublikalarını inkişaf etmiş ölkələrlə müqayisə etsək, konsultativ sahibkarlığın yaxın gələcəkdə inkişaf edəcəyi gözlənilir.

Xüsusi sektoruna məxsus olan ziyalı əhali son illərdə öz əksini tapmışdır. “Konsultant” sözünün latın dilində hər­fi mənası məsləhətçi deməkdir. İqtisadi və siyasi lek­si­kon­­da mahiyyət etibarı ilə bu kateqoriya mütəxəs­sis­lə­rin müəy­yən sahədə öz ixtisasına uyğun məsələlər üzrə məsləhətlər verməsidir. Xarici ölkələrin praktikasında haq­qı ödənil­mək­lə verilən məsləhətlər idarəetmənin müəy­­yən sahəsi olub kon­s­altinq adını daşıyır. İqtisadiyyat və idarəetmə üzrə kon­saltinqin Avropa Federativ Assosi­a­siya­sının tədqi­qa­tında göstərilir ki, menecment konsaltinq idarəetməsinin müəy­­yən məsələləri üzrə məsləhətlər verən və konkret kö­mək­liklər göstərən mütəxəssisi hesab edilir.

Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkə­lə­rin­də konsultativ xidmətlər formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müa­sir şəraitdə ölkədə konsultanta bu cür müsbət mü­na­si­bət müşahidə edilmir. Bu sahədə paradoksal mən­zə­rə mü­şa­hi­də edilir. Belə ki, müəssisələrin ək­sə­riy­yəti təşkilati ida­rə­et­mə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə oldu­ğun­dan bazar münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud intellektual potensialdan isti­fa­də edə bilmirlər. Rəhbərlik də öz növbəsində konsultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təh­li­li­nin sağlamlaşdırma proqramının, investisiyaların hazır­lan­ması, aktiv marketinq və maliyyə siyasətinin iqtisadi sə­mə­rəsini hiss edirlər.

Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər for­masında həyata keçirilir. Lakin onlar konsultativ la­yi­hə­lər formasında da verilə bilər.

Sahibkarlıq fəaliyyətinin növləri bir-birini tamam­la­yır. Sahibkarlıq fəaliyyətinin növləri içərisində istehsal sa­hib­karlığı ən prioritet sahələrindən olub, daha çox mürək­kəb­liyi ilə xarakterizə olunur.

Sxemdən göründüyü kimi, istehsal sahibkarlığına in­nova­siya, elmi-texniki fəaliyyət, əmtəə və xidmətlər is­teh­sa­lı, istehlak məhsulların istehsalı və həmçinin infor­ma­si­ya fəaliyyəti aiddir. İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr hər şeydən əvvəl konkret olaraq, hansı məhsul istehsal edəcəyini, hansı xidmətlər gös­tə­rə­cə­yini əvvəl­cə­dən planlaşdırır. Sahibkar sonra marke­tinq fəa­liy­yəti ilə məş­ğul olur. Əmtəə və xidmətlərə olan tələbatı və eh­ti­yat­la­rı öyrənmək məqsədilə sahibkar potensial is­teh­sal­çılarla, əmtəənin alıcıları, topdansatış və pərakəndə ti­ca­rət təşki­lat­la­rı ilə əlaqə yaradırlar. Danışıqların yekunu sa­hibkar və əm­tə­ənin gələcək alıcıları arasında bağlanacaq müqa­vilə­lə­rə xidmət edir. Bu cür kontraktlar sahibkarlıq fəaliyyəti ilə bağlı yaranacaq risklərin minimuma en­di­ril­mə­sinə imkan verir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb ölkələ­rin­də şifahi danışıqlar kontraktların bağlan­ma­sı üçün zəruri olub, onun reallaşması üçün etibarlı təminat formalaşdırır. Bazar münasibətlərinin o qədər də inkişaf et­mədiyi Şərqi Avropa və keçmiş İttifaq Respublika­la­rın­da isə şifahi danı­şıq­lar o qədər də etibarlı deyildir. Sahib­kar­lıq riski həmin ölkələrdə əhəmiyyətli dərəcədə bö­yük­dür.

Sahibkarlığın istehsal fəaliyyətinin nəticələri alıcılara və istehlakçılara məhsul satışı və xidmətlər göstərilməsi, həmin proseslərdən əldə edilən pul gəlirləri hesab edilir. Satışdan və xidmətlər göstərilməsindən əldə edilən pul gəlirləri ilə istehsal xərcləri arasındakı fərq müəssisənin mənfəətini formalaşdırır. Sahibkarlıq fəaliyyətində ümumi və xalis gəlir fərqləndirilir. Ümumi gəlir verginin ödənil­mə­si də daxil olmaqla, məhsul istehsalına və satışına çəki­lən maddi xərclər çıxıldıqdan sonra sahib­kar­larda qalan gə­lirin məbləğini əks etdirir. Xalis gəlir isə ümumi gə­lir­dən verilir. Müxtəlif ödəmələr, cərimələr və gömrük rü­sum­­­ları çıxıldıqdan sonra qalan məbləği əks etdirməklə sa­­hibkarlıq fəaliyyətinin son nəticəsi hesab edilir.

Rentabellik göstəricisi sahibkarlıq fəaliyyətinin ma­liy­yə nəticəsinin yekun göstəricisi hesab edilir. Ren­ta­bel­lik səviyyəsi mənfəətin tam maya dəyərinə olan nisbətinin faizlə ifadəsidir.

Vençur biznesi – innovasiya sahibkarlığını xarak­te­ri­zə edir. Son illər vençur biznesi geniş inkişaf etmişdir. Ven­­çur biznesi iqtisadiyyatda ən çox risk tələb edən biz­nes fəa­liy­yətinin növüdür. Onun ən geniş yayılmış forma­la­rın­­dan biri mütərəqqi texnologiyanın tətbiqidir. Vençur biz­nesi daha çox elmi-tədqiqat işlərinin nəticələrinin kom­me­r­siyalaşdırılması ilə xarakterizə olunur. Səmə­rə­li­li­yin alın­­masına təminat verildiyindən burada riskin səviy­yə­si əhə­­miyyətli dərəcədə yüksəlir. Bu formanın mahiy­yə­ti, adə­tən, elmi-texniki kommersiya firmalarının yaradıl­ması ilə bağlıdır.

Kiçik müəssisələr innovasiya sahibkarlığının inkişa­fın­­­da mühüm rol oynayır. Vençur biznesi ilk növbədə yük­­­sək çevikliyi və dinamizmi ilə fərqlənir. Vençur sahib­kar­­lığı riskin bölüşdürülməsi prinsiplərinə əsaslandığından elmi ideyanın müəllifləri kifayət qədər xüsusi vəsaitə ma­lik olmadan belə onu reallaşdırırlar.

Son illərdə vençur sahibkarlığı inkişaf edir. Bizim iqtisadiyyatda vençur, vençur kapitalı, vençur işgüzarlığı kimi anlayışlar yeni məfhumlardır. Onların məzmunu ilə çox az adam tanışdır. Lakin ABŞ, Kanada, İngiltərə, Fran­sa və digər demokratiya və bazar münasibətləri inki­şaf et­miş ölkələrdə bu anlayışlar iqtisadiyyatın inkişafının ye­ni for­maları, o cümlədən yeni təsərrüfatçılıq formaları, ba­zar, sa­hibkarlıq, şəxsi təşəbbüs və işgüzarlıq, konversiya səy­lə­rinin dövlət tərəfindən həvəsləndirilməsi və s. ilə əla­qə­dar­dır. Bu həmin ölkələrə imkan verir ki, onlar mü­vəf­fə­qiy­yət­lə inkişaf etsinlər və bu əsrdə iqtisadi lider möv­qeyini əldə saxlamağa nail olsunlar. Bütün bunlar isə ven­çur sahibkarlığının öyrənilməsini və inkişafını obyek­tiv zəru­rə­tə çevirir.

Qeyd etmək lazımdır ki, vençur işgüzarlığı cəmiy­yə­tin tərəqqisi üçün birinci dərəcəli sosial-iqtisadi vasitədir. Vençur işgüzarlığının inkişafı üçün ilk növbədə zəruri şə­ra­it yaradılmalıdır. Onun köməyi ilə bir sıra yığılıb qalmış prob­lemlərin həllinə nail olmaq mümkündür.

Sahibkarlıq müəssisəsinin təşkilati-hüquqi forma­la­rın­dan biri də istehsal kooperatividir. İstehsal kooperativi və artellər dedikdə, birgə istehsal və ya digər təsərrüfat fəa­­liyyətini həyata keçirmək üçün şəxsi əməyə və digər iş­­tirak növünə əsaslanan vətəndaşların könüllü birliyi nə­zər­də tutulur.

İstehsal kooperativləri kooperativ üzvlərinin əmla­kın­dan pay haqları toplanması yolu ilə yaradılır. Bu k­oop­e­­rativin fəaliyyət sferaları istehsalla yanaşı, emal, sənaye, kənd təsərrüfatı və digər məhsulların satışı, məişət xidmət və digər xidmət göstərənlərdən də ibarət ola bilər. İstehsal kooperativinin təsis sənədlərinə onun üzvlərinin ümumi yığıncağında təsdiq olunan nizamnaməsi daxildir. İstehsal kooperativinin ən mühüm xüsusiyyəti onların səhmlər bu­rax­maq hüququndan məhrum olması və ümumi yığın­caq­da qərarların qəbul edilməsində kooperativlərin hər bir üzvünün bir səsə malik olmasıdır.

Sahibkarlıq (kommersiya) müəssisəsinin təşkilati-hü­qu­qi formaları içərisində dövlət və bələdiyyə quruluşlu unitar müəssisələr mühüm yer tutur. Unitar müəssisələr de­dikdə, mülkiyyətçiyə təhkim olunmuş əmlaka görə xü­su­si mülkiyyət hüquqi olmayan kommersiya təşkilatı nə­zər­də tutulur. Unitar müəssisəsinin əmlakı bölünməzdir. Əm­lak müəssisəsinin işçiləri, eləcə də digər şəxslər ara­sın­da bölüşdürülə bilməz.

Unitar formalı müəssisələr yalnız dövlət və bələdiyyə mü­əssisələri ola bilərlər. Unitar müəssisələrin əmlakı döv­lət və ya bələdiyyə mülkiyyətində olub, operativ idarə­et­mə əsasında fəaliyyət göstərirlər.

3.4. Sahibkarlıq fəaliyyətinin formaları

Müasir bazar iqtisadiyyatının formalaşması, elmi-tex­niki tərəqqinin və iqtisadi münasibətlərin beynəlxalq hü­­qu­qi aspektlər fonunda inkişafı sahibkarlıq, təsər­rü­fat­çı­lıq fəaliyyətində yeni təşkilati-hüquqi formalarının mey­da­na gəlməsinə səbəb olmuşdur. Bu baxımdan sahibkarlıq fəa­liyyətinin aşağıdakı müasir formalarını fərqləndirmək zə­ruridir: təsərrüfat yoldaşlığı cəmiyyəti, istehsal koope­ra­tiv­ləri, dövlət və bələdiyyə formaları, unitar müəssisələr.

İqtisadi ədəbiyyatda təsərrüfat yoldaşlığının tam yol­daş­lıq və kommandid yoldaşlıq formaları fərqləndirilir. Tam yoldaşlıq əsasında fəaliyyət göstərən müəssisədə müəy­yən təsərrüfat fəaliyyətini birgə həyata keçirmək üçün iştirakçılar öz aralarında müqavilə bağlayırlar. Tam yol­daşlıq zamanı əmlakın formalaşma mənbələri əsas eti­ba­rı ilə iştirakçıların əmanətlərindən ibarət olur.

Tam yoldaşlığa əsaslanan müəssisənin yaradılması za­manı nizamnamə tələb olunmur. O, təsis müqaviləsi əsa­sında yaradılır və fəaliyyət göstərir. Təsis müqaviləsini tə­sərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar. Tə­sis müqaviləsində yoldaşlıq müəssisəsinin adı, onun yer­­ləş­diyi ərazi, fəaliyyətin idarə olunması qaydası, yol­daş­­lıq müəssisəsində yığıma yönəldilən kapitalın həcmi və tər­kibi, hər bir iştirakçının pul əmanətinin həcmi göstərilir. Bu­­rada həmçinin tam yoldaşlıq müəssisəsinə təqdim olu­nan əmanətlər üzrə öhdəliklərin yerinə yetirilmədiyi hal­lar­­da iştirakçıların məsuliyyəti ilə bağlı məsələlərə də to­xu­­­nulur.

Tam yoldaşlıq müəssisələrində mənfəət və zərər onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xü­su­­si çəkiyə görə proporsional qaydada bölüşdürülür. Hər bir iştirakçıya görə verginin məbləğini müəyyən etmək üçün onun malik olduğu gəlirin üzərinə ümumi mən­fə­ət­dən xüsusi çəkidə əlavə edilir və bu məbləğdən vergi he­sab­­lanır. Tam yoldaşlığa əsaslanan sahibkarlıq müəs­si­sə­nin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət da­şı­­­yırlar.

İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kom­­­mandid yoldaşlığını çox hallarda qarışıq yoldaşlıq for­ma­sı da adlandırırlar. Qarışıq yoldaşlıq formasının ma­hiy­yə­ti sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə məsuliyyət daşıyan iştirakçılarla yanaşı bir və ya bir neçə iştirakçı da olur ki, bunları da koman­did­çi­lər adlandırırlar. Komandidçilər yoldaşlıq müəs­sisəsində sa­hibkarlıq fəaliy­yə­ti­nin həyata keçirilmə­sin­də iştirak et­mir­lər.

İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq for­ma­larına əsaslanan sahibkarlıq qurumları heç bir nizam­na­mə­yə malik olmur. Onlar bütün iştirakçıların imzaladıqları təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir.

Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyət­lə­ri­nin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiy­yətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cə­miy­­yətləri, asılı cəmiyyətlər.

Keçmiş İttifaq respublikalarında bazar münasibət­lə­rinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaş­lıq müəssisəsinin yaradılması geniş yayılmışdır. Bu cür cə­miyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Bu cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapi­ta­lının xüsusi çəkisi əsasında formalaşır. Məhdud mə­su­liyyətli cə­miy­yətin iştirakçıları onun öhdəliklərinə ca­vab­deh­lik da­şı­mır və qoyduqları əmanətin dəyəri çər­çi­vəsində cə­miy­yə­tin fəaliyyəti ilə bağlı zərərlilik öz üzə­rinə gö­tü­rü­lür.

Məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq əlavə mə­suliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sə­nəd­ləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çər­çi­və­sində istər öz əmanətləri üzrə öhdəliklərə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyır. İş­ti­­rakçılardan birinin müflisləşdiyi şəraitdə onun öh­də­li­k­lə­ri qalan iştirakçılar arasında əmanətlərə uyğun pro­por­si­o­nal qaydada bölüşdürülür.

Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyət­lə­ri­nin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cə­miyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cə­miy­yətləri, asılı cəmiyyətlər.

Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış for­ma­larından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiy­yət­lərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsas­la­nan müəssisələrin özəlləşdirilməsi yolu ilə yaradılır. Səhm­dar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə for­malaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü saziş əsasında yaradılan müəssisədir.

Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cə­miyyəti formasında yaradılır. Səhmləri yalnız təsisçilər ara­sında bölüşdürülən və təsisçilərin əksəriyyətinin ra­zı­lı­ğı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cə­miy­yəti hesab edilir. Səhmləri müstəqil surətdə öz­gə­nin­ki­ləş­dirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Dövlət əmlakına sərəncam vermək hüququna malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiy­yə­ti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya hü­quqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərən­cam etmək səlahiyyətinə malik olan idarəetmə orqan­la­rı­nın təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı məh­dudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cə­miy­yətinin təsisçiləri ola bilərlər.

Cəmiyyətin təsisçilərinin ümumi yığıncağında qəbul edi­lən nizamnamədə aşağıdakılar göstərilməlidir cəmiy­yə­tin adı, tipi, hüquqi ünvanı, fəaliyyət növü, təsisçi və ya təsisçilər tərəfindən alınan səhmlərin kateqoriyası, növü, nominal dəyəri, təsisçi və ya təsisçilər tərəfindən alınan səhm­lərin miqdarı səhmdarlar öz öhdəliklərini yerinə ye­tir­­mədikdə görülən tədbirlər; idarəetmə, nəzarət və maliy­yə-təftiş orqanlarının tərkibi və səlahiyyətləri, fond­la­rın siyahısı və onların formalaşdırılması qaydası.

Səhmdar cəmiyyətinin formalaşdırılmasında dövlət müəs­­sisəsi iştirak etdikdə Maliyyə Nazirliyinin rəyi ol­ma­lı­dır.

Səhmdar cəmiyyəti dövlət müəssisəsinin çevrilməsi əsa­sında da yaradıla bilər. Bu halda dövlət müəssisəsinin səhm­dar cəmiyyətinə çevrilməsi əsaslarını parlament müə­y­­yənləşdirir.

Cəmiyyətin nizamnamə fondunun ümumi həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cə­miy­yətlər üçün isə 5 milyon manat məbləğində müəyyən edilir. Elan olunmuş nizamnamə fondunun məbləği bir il ərzində formalaşmalıdır və cəmiyyət səhmlərini dövlət qey­diyyatından keçirməlidir.

Cəmiyyət nizamnamə fondunu dövlət üçün o vaxt artıra bilər ki, buraxılmış bütün səhmlər nominal dəyərdən az olmamaq şərtilə ödənilmiş olsun. Nizamnamə fondu ye­­ni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhm­lə­rə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin ar­tı­rıl­ma­sı yolu ilə artırılır.

Açıq tipli səhmdar cəmiyyəti Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi formada hər il öz fəaliyyəti barəsində küt­ləvi informasiya vasitələrində məlumat dərc etdir­mə­li­dir. Dərc olunmuş məlumatın düzgünlüyünə səhmdar cə­mi­yyəti və onun məsul işçiləri məsuliyyət daşıyırlar.

Səhm bölünməzdir. Bir səhm bir neçə şəxsə məxsus olduqda səhmdarların hamısı cəmiyyət qarşısında bir şəxs kimi çıxış edirlər.

Səhmlər yalnız onların dəyəri tam ödənildikdə ve­ri­lir. Fiziki şəxslər ancaq adlı səhmlərin sahibi ola bilirlər.

Cəmiyyət həmçinin imtiyazlı səhm buraxa bilər. On­la­rın ümumi məbləği cəmiyyətin nizamnamə fondunun 10 fai­zindən çox ola bilməz. Cəmiyyətin nizamnaməsində baş­qa hallar nəzərdə tutulmadıqda imtiyazlı səhm sahibləri səs­vermə hüququna malik olmurlar. Cəmiyyətdə nizam­na­mə­­də nəzərdə tutulmuş həcmdə ehtiyat fondu yaradılır. Eh­tiyat fondunun minimum həcmi nizamnamə fondunun 15 faizindən az, maksimum həddi isə 25 faizindən çox ol­ma­­malıdır. Ehtiyat fondu cəmiyyətin balans mənfəətindən ayırmalar hesabına yaradılır. Ayırmaların həcmi nizam­na­mə­də mənfəətin 5-10 faizi həcmində nəzərdə tutulmalıdır. Cə­miyyət səhmdarların ona verdiyi əmlakın təsərrüfat fəa­liy­yəti nəticəsində istehsal olunmuş məhsulun, qazanıl­mış gəlirin, həmçinin qanunvericilikdə yol verilən əsas­lar­la əl­də edilmiş əmlakın sahibidir.

Səhmdarlar cəmiyyətin nizamnamə fonduna öz pay­la­rını bina, avadanlıq, qiymətli əşyalar, qiymətli ka­ğızlar, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə hüquqları, pul vəsaiti, o cümlədən xarici valyuta şəklində ve­rə bilərlər.

Cəmiyyətin adi idarəetmə orqanı səhmdarların ümu­mi yığıncağıdır.

Ümumi yığıncaq səsvermə hüququna malik olan səhm­­darların azı 60 faizi iştirak etdikdə səlahiyyətli sa­yı­lır.

3.5. Sahibkarlığın və milli iqtisadiyyatın inkişafında özəlləşdirmənin rolu

Sahibkarlıq fəaliyyətinin və milli iqtisadiyyatın inki­şa­fında özəlləşdirmə mühüm rol oynayır. Özəlləşdirmə–ba­zar iqtisadiyyatına keçidlə əlaqədar həyata keçirilən iq­ti­sadi islahatların əsas tərkib hissəsi və iqtisadi sistemin trans­formasiyasının mühüm vasitəsidir. Bazar iqtisadiy­ya­tı­nın tələblərindən irəli gələn qanunauyğun, obyektiv ta­rixi zərurət sayılan özəlləşdirmə dövlət mülkiyyəti üzə­rin­də mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əm­laklarının vətəndaşlara, fiziki şəxslərə satılması de­mək­dir.

Azərbaycan Respublikasında həyata keçirilən özəl­ləş­dirmənin əsas məqsədi xüsusi mülkiyyət və azad rə­qa­bət prinsipləri əsasında öz özünü tənzimləyən bazar iqti­sa­diy­yatı mühiti yaratmaq, bazar iqtisadiyyatının tələblərinə mü­vafiq struktur dəyişikliklərini həyata keçirmək, iqti­sa­diy­yata investisiya cəlb etmək, milli iqtisadiyyatı dir­çəl­t­mək və sağlamlaşdırmaq, əhalinin həyat səviyyəsini yük­səlt­məkdən ibarətdir. Deməli, özəlləşdirmə prosesinin hə­ya­ta keçirilməsi müəssisə və təşkilatların dövlət tərəfindən bi­lavasitə idarəetmə funksiyasının aradan qaldırılmasına im­kan verir.

Dövlət mülkiyyətində olan müəssisə və təşkilatların özəl­­ləşdirilməsi xüsusi sahibkarlığın inkişafında əsas rol oy­nayır. Çünki özəlləşdirmə rəqabət aparmağa, səmərəli tə­sərrüfatçılığa, təşəbbüskarlığa və işgüzarlığa səbəb ola bi­­lən əlverişli şəraitin, mühitin formalaşmasının zəruri şə­r­ti­­dir.

Azərbaycan Respublikasında özəlləşdirməni səmərəli hə­yata keçirmək məqsədilə 1993-cü ildə Azərbaycan Res­pub­likasının Milli Məclisi tərəfindən “Azərbaycan Res­pub­­likasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haq­qın­­da” qanun qəbul edilmişdir. Lakin bu qanunun icra me­xa­­nizmi olmadığından özəlləşdirmə prosesinin həyata ke­çi­rilməsi xeyli gecikdirilmişdir. Bu qanun Azərbaycan Res­­publikasında 1995-1998-ci illərdə dövlət mülkiy­yə­ti­nin özəlləşdirilməsini nəzərdə tuturdu və özəlləşdirmənin bi­­rinci mərhələsi hesab edilirdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-ci ilin 29 sent­ya­b­rın­­da imza­lan­mış “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə” döv­­lət mülkiyyətinin özəlləş­di­ril­mə­si­nin Döv­lət Proq­ra­mı”–da dövlət müəssisə və təş­ki­lat­la­rı­nın özəl­ləş­di­ril­mə­si­nin iki forması nəzərdə tutulmuşdur: a) kiçik müəssisə və təşkilatların özəlləşdirilməsi; b) orta və iri müəssisə və təşkilatların özəlləşdirilməsi.

1995-1998-ci illərdə kiçik müəssisə və təşkilatların özəl­ləşdirilməsi hərraclar və müsabiqələr əsasında satış yolu ilə həyata keçirilmişdir. Lakin Respublikada başa çatmış kiçik özəlləşdirmə zamanı dövlət müəssisə və təşkilatlarının heç birini konkret sahibkar ala bilməmiş və onların hamısı bir növ əmək kollektivlərinin adına yenidən rəsmiləşdirilməsidir. Belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri Dövlət proqramının əmək kol­lek­tiv­lərinə məcburi güzəştlərin verilməsi ilə izah edilir. Çünki əmək kollektivlərinin vəkil etdiyi şəxslər hər vasitə ilə kənar in­ves­torların hərracda iştirakına maneçilik tö­rət­miş­lər. Fak­ti­ki materialların təhlili göstərir ki, kiçik özəl­ləş­dirmə döv­lət üçün lazımi səmərə verməmişdir, yəni 1996-cı ildə 44,8 milyard manat dəyərində qiymət­lən­di­ril­miş və sa­tıl­mış ki­çik müəssisə və təşkilatların əmlakından dövlət büd­cə­si­nə cə­­misi 14,5 milyard manat vəsait daxil ol­muşdur. 08.01.1999-cu il tarixə Dövlət Əmlak Komitəsi tə­rəfindən özəl­­ləşdirilmiş kiçik müəssisə və obyektlər haqqında mə­lu­mat­­­lar göstərilmişdir ki, Respublika üzrə 19840 kiçik döv­lət müəssisə və obyektləri özəlləşdirmişdir ki, onlardan da 13198–i (66,3%) 1998-ci ilə qədər, 6642 – si (ya da 33,5%) isə 1998-ci ildə olmuşdur. Özəlləşdirilən müəssisə və ob­yekt­lər içərisində məişət xidməti və ava­dan­lıqlar, 9046 (ya da 45,6%), ticarət və ictimai iaşə ob­yektləri 2011 (ya da 10,1%), nəqliyyat vasitələri 5303 (və ya 26,7%), ica­rəyə ve­rilmiş qeyri-yaşayış obyektləri 1100 (və ya 5,5%), təşkil et­mişdir. Kiçik özəlləşdirmədən döv­lət büdcəsinə 124,1 mil­yard manat vəsait daxil ol­muş­dur.

Məlumat üçün qeyd edək ki, 2000-ci ilin avqust ayın­da Azərbaycanın iqtisadi həyatında son dərəcədə bö­yük əhəmiyyət kəsb edən iki sənəd – “Dövlət əmlakının özəl­ləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qa­nu­nu və “Azərbaycan Respublikasında dövlət əmlakının özəl­­­­­ləşdirilməsinin ikinci Dövlət Proqramı” Azərbaycan Res­publikasının Prezidenti H. Əliyev cənabları tərəfindən im­zalanmışdır. Bu sənədlərdə ölkəmizdə aparılacaq özəl­ləş­dirmənin ikinci mərhələsinin yeni istiqamətləri müəy­yən edilmişdir. Özəlləşdirməyə dair yeni qanun­ve­ri­cil­ik akt­larının təməl prinsipləri özəlləşdirmə prosesinin iq­ti­sa­di səmərə və sosial yönümlülük əsasında aparılmasını gös­tə­rilmişdir.

1995-1998-ci illərdə aparılmış özəlləşdirmə təcrü­bə­si­nin təhlili belə bir qənaətə gəlməyə əsas ver­miş­dir ki, özəl­ləşdirmənin birinci mərhələsinin həyata ke­çi­ril­mə­si nəticəsində çoxlu saylı kiçik müəssisə və obyektlərin mül­kiyyət formasının dəyişməsinə baxmayaraq, yeni ya­ra­dı­lan müəssisə və obyektlər əksər hallar sahibkarlıq, biz­nes fəa­liyyətini səmərəli qura bilməmişlər. Bu da özəl­ləş­dir­mə­nin ən başlıca məqsədinin – müəssisələrin tə­sər­rü­fat fəa­liyyətinin dirçəldilməsinə nail olmaqla ciddi prob­lem­­lər yaratmışdır.

Yeni qəbul olunmuş qanun və Dövlət Proqramı birin­ci mərhələdə həyata keçirilmiş özəlləşdirmə təcrübəsinin ya­radıcı şəkildə öyrənilməsi əsasında ortaya çıxmışdır. Tə­sa­dü­fi deyildir ki, yeni qanun və Dövlət Proqramında özəl­ləş­dir­mənin yeni üsulları müəyyən edilərkən bi­la­va­si­tə in­ves­to­run bu prosesə cəlb edilməsi imkanlarının real­laş­­dırılması nə­zərdə tutulmuşdur. Özəlləşdirmə prosesində ya­radılan səh­mdar cəmiyyətlərinin səhmlərin satışı mex­a­ni­z­minin tək­milləşdirilməsi də məhz bu məqsədə xidmət edir.

Bundan başqa, yeni qanun və Dövlət Proqramında orta və iri müəssisələrin özəlləşdirilməsində əhalinin və əmək kollektivlərinin mənafelərinin təmin olunması məq­sə­dilə onlara edilən güzəştlər daha ünvanlı və birbaşa xa­rak­ter daşıyır. İstər kiçik müəssisələrin, istərsə də orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı əmlakın güzəştli satışı və özəlləşdirmə çeklərinin geniş miqyasda istifadəsi nəzərdə tutulurdu. Bununla yanaşı, özəlləşdirmədən daxil olan vasitələrin bir hissəsinin mövcud dövlət müəssi­sə­lə­ri­nin və özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin sağlam­laş­dırılması istiqamətində ayrılması hazırkı mərhələdə apa­rılan siyasətin düşünülmüş və məqsədli xarakter daşı­dı­ğına dəlalət edir.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan Res­publikası Prezidentinin müvafiq sərəncamı ilə yara­dıl­mış “Azəralüminium” səhmdar cəmiyyətinin təsis sənəd­lə­rinin hazırlanması işi başa çatdırılmışdır. Bu səhmdar cəmiyyəti üç böyük müəssisənin – Gəncə “Gil–Torpaq” İstehsalat Birliyinin, “Sumqayıtəlvanmetal” İstehsalat Bir­li­yinin və “Zəylik – Alunit” mədən idarəsinin bazasında ya­radılmışdır və artıq fəaliyyət göstərir. “Azəralüminium” səhm­dar cəmiyyəti çox böyük istehsal potensialına malik­dir və heç bir şübhə yoxdur ki, o, tezliklə Azərbaycan iqti­sa­diyyatında ən mühüm obyektlərdən birinə çevriləcək.

Deyilənlərdən əlavə, milli iqtisadiyyatımızın inkişa­fın­­da çox mühüm əhəmiyyət kəsb edən elektroenergetika sa­həsində fəaliyyət göstərən “Bakı-elektrik-şəbəkə”, “Gəncə-elektrik-şəbəkə” və “Sumqayıt-elektrik-şəbəkə” səhm­­dar cə­miy­yətləri yaradılmışdır. Ümumiyyətlə, 2001-ci ilin əv­və­li­nə­dək dövlət müəssisələrinin bazasında 50-dən çox səhmdar cəmiyyətləri yaradılmış və hərraca çı­xa­rıl­­mışdır.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azər­bay­­can Respublikasının qanununu və “Azərbaycan Res­pub­­likasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”-nın qəbulu obyektiv zərurətdən irəli gəl­miş­dir. Birincisi, ona görə ki, köhnə qanun 1993-cü il­də qə­bul edilmişdir, həmin dövrdəki Dövlət Proqramı isə kon­k­ret müddətlər (1995-1998-ci illər) üçün nəzərdə tu­tul­muş­­dur; ikincisi, həmin proqram müstəqil Azərbay­can Res­publikasının ilk Konstitusiyası qəbul edilənədək qüv­və­yə minmişdir ki, bu da sözsüz ki, Konstitusiyada əksini tapmış mülkiyyət hüquqlarından irəli gələn bir sıra tələb­lə­rə cavab vermirdi. 2000-ci ildə qəbul edilmiş yeni qanun və Dövlət Proqramı deyilən qüsurları aradan qaldırmaqla daha sosial yönümlüdür. Onun sosial yönümlülüyü ondan irəli gəlir ki, özəlləşdirmə prosesində əmək kol­lek­tiv­lə­ri­nin və ayrı-ayrı fiziki şəxslərin hüquqlarının qorunması rəhbər tutulur. Başqa sözlə, istər yeni qanunda, istərsə də Dövlət Proqramında özəlləşdirmənin həyata keçiril­mə­si­nin hər hansı üsulundan asılı olmayaraq, müəssisələrin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxs­lərə 15 faiz güzəştli satışı nəzərdə tutub.

Əmək kollektivinin üzvlərinə bərabər tutulan şəxslər de­dikdə, bilavasitə müəssisədə çalışanlar, əvvəlki iş yer­lə­ri­nə qayıtmaq hüququna malik olanlar 1995-ci ilin bir yan­var tarixindən sonra müəssisədə aparılan struktur də­yi­şik­likləri və ştat cədvəlinin ixtisarları nəticəsində iş­dən azad olmuş və işsiz statusu almış şəxslər və son yeddi il ərzində həmin müəssisədə işləyib, oradan təqaüdə çıxan şəxslər nəzərdə tutuldu.

Yeni qanunda və Dövlət Proqramında ilk dəfə olaraq özəlləşdiriləcək müəssisə və obyektlərin tam təsnifatı verilib və özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı göstərilib. Qanunda özəlləşdirmənin ikinci mərhələsində yeddi üsulu göstərilir ki, hansı ki onlardan üçü birinci Dövlət Proqramını həyata keçirdikdə is­tifadə olunmayıb. Bunlar fərdi layihələr üzrə müəs­si­sə­lərin özəlləşdirilməsi, ixtisaslaşdırılmış pul hərracları va­si­tə­silə dövlət əmlakının satışı və dövlət müəssisələrinin müflis elan olunması yolu ilə əmlakın satılması üsullarıdır. Digər dörd üsul əvvəllər də tətbiq edilmişdir.

Bundan başqa, yeni qanunda və Dövlət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsinin əvvəlki illərdən fərqi göstərilmişdir. Əvvəla, yeni qəbul edilmiş qanun və Dövlət Proqramı mövcud iqtisadi reallığı daha dolğun əks etdirməklə respublikamızda həyata keçirilən islahatlarla vəhdət təşkil edir; ikincisi, yeni qanun və Dövlət Proq­ra­mın­da kiçik müəssisələrin ölçü meyarı dəyiş­di­ril­miş­dir. Mə­sələn, sənayedə, tikintidə, nəqliyyatda və ra­bi­tə­də işçi­lə­rin sayı 50 nəfərədək olduqda, ticarət və xidmət sahə­lə­rin­­də isə 25 nəfərədək olduqda həmin müəssisələr kiçik müəs­­sisələr hesab edilirlər; üçüncüsü, yeni qanun və Döv­lət Proqramında kiçik müəssisələrin özəlləşdirilməsi qay­da­larında bir sıra yeniliklər vardır. Belə ki, hazırda Nizamnamə kapitalının 15 faizinin əmək kollektivinə gü­zəşt­li satışı nəzərdə tutulmuşdur, daha doğrusu özəlləş­dir­mə paylarına (çeklərinə) dəyişdirilib. Nizam­na­mə kapi­ta­lı­nın qalan 85 faizi isə, əmək kollektivi hərracın qalibi olar­sa, aşağıdakı qaydada satılır: a) 30 faizi hərrac ke­çi­ril­dik­dən sonra 5 bank günü ərzində ödənilir; b) 30 faizi əmək kollektivinə bağışlanılır; c) yerdə qalan 40 faizi isə iki il müddətində bağlanan alqı-satqı müqavilələrinin şərtləri çərçivəsində ödənilir.

Deyilənlərdən aydın olur ki, yeni qanun və Dövlət Proqramında əvvəlki Dövlət Proqramına nisbətən əsas fərq çeklərin güzəştli satışdadır. Belə ki, əvvəlki Dövlət Proqramında əmək kollektivi üçün nəzərdə tutulmuş Nizamnamə kapitalının 15 faizinin çeklərə dəyişdi­ril­mə­sinin mexanizmi başqa idi, yəni həmin çeklərin sayı özəl­ləş­dirmə payının bazar qiyməti əsasında müəyyən­ləş­di­ri­lir­di. Bu da, əvvəla, güzəştli satışın keçirildiyi dövrdə çek­lə­r­in qiymətlərinin artıb-azalması ilə bağlı müəyyən çə­tin­lik­lər yaradırdı; ikincisi, çeklərin bazar qiymətləri əsa­sın­da müəyyənləşdirilməsi bir növ respublikamızda qiymətli kağızlar bazarı tam formalaşmadığı üçün süni istifadə hallarına müəyyən qədər imkan yaradırdı. Bu baxımdan, yeni qanun və Dövlət Proqramında daha təkmil mexanizm öz əksini tapıb, yəni əmək kollektivinin hər bir üzvü bir pay təqdim edir və həmin payı təqdim etməklə kollektivin üzv­lərinin əldə edəcəyi nizamnamə kapitalının 15 faiz his­sə­sinin proporsional payına yiyələnmiş olur. Təbii ki, əmək kollektivinin hər hansı üzvü həmin güzəştli satışda iş­tirak etmirsə, onda bu hissə digər satış forması ilə özəl­ləş­dirilir.

Yeni qanun və Dövlət Proqramı ilə əvvəlki Dövlət Proqramı arasındakı əsas fərqlərdən biri hərracların ke­çi­ril­­məsi mexanizmidir. Məlum olduğu kimi, respub­li­ka­mız­da əmlakın, müəssisələrin qiymətlən­di­ril­məsi metod­i­ka­sı vardır, lakin onlar dünya təcrübəsində olduğundan bir qədər fərqlənirdi, yəni köhnə sovet mühasibat sisteminə əsaslanırdı və ona görə də həmin sistemin təkmilləş­di­ril­mə­sinə zərurət var idi. O qayda ilə əmlak qiymət­lən­di­ril­dik­də, əsasən, mülkün dəyəri bəzən mövcud reallığa, bazar konyukturuna uyğun gəlmirdi. Başqa sözlə, həd­din­dən çox yüksək olurdu. Düzdür, bizdə daşınmaz əmlakın ba­zarı mövcud deyil, amma qeyri-rəsmi olaraq belə bir bazar var və orada tələb və təklifdən asılı olaraq müəyyən qiymət həddi müəyyənləşdirilir. Belə olan halda, Dövlət Əmlak Nazirliyi hər hansı bir obyekti satışa çıxaranda alı­cı­lar ilk növbədə onun qiymətini bazar qiyməti ilə mü­qa­yi­s­ə edirlər və müəyyən nəticəyə gəlirlər. Bu da bir çox hallarda keçmiş Dövlət Proqramında kifayət qədər çev­ik mexanizmin olmadığı üçün bir sıra obyektlərin sa­tıl­ma­mış qalmasına səbəb olurdu.

İlkin hesablamalara görə, kiçik özəlləşdirmədə təq­ri­bən 6000-dən çox kiçik müəssisələr özəlləşdiril­mə­miş­dir, yə­ni satın alınmamışdır. Bunun əsas səbəblərdən bi­ri, qeyd etdiyimiz kimi, obyektlərin qiymətlərinin möv­cud ba­zar konyukturundan fərqlənməsi idi. Yəni Dövlət Proq­ra­mı işlənib hazırlanarkən göstərilən qüsurlar nəzərə alın­mış­dır. Belə ki, indi müəssisə qiymətləndirildikdən son­ra hərraca çıxarılır, əgər ilk iki hərracda həmin müəs­si­sə satılmırsa, növbəti hərraclarda onun qiyməti aşağı sa­lı­nır.

Məsələn, hazırda hərraca çıxarılmış müəssisənin qiyməti üçüncü hərracda 10 faiz, dördüncü hərracda 25 faiz və beşinci hərracda isə 50 faiz aşağı salınır. Nəticə eti­barı ilə bu, obyektə alıcı marağının yaradılmasına şərait ya­radır. Əgər müəssisə göstərilən qaydada satmazsa, onda hə­min müəssisə müflis elan olunur. Bu halda dünya təc­rü­bəsində qəbul edilmiş başqa bir satış forması tətbiq edilir ki, bu da müəssisələrin müflis elan olunması yolu ilə sa­tıl­m­a­sıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.