Press "Enter" to skip to content

Aybaşı gecikməsi problemlərinin ev şəraitində təbii yollarla həll edilməsi

Aybaşı pozğunluğu menstruasiyanın ritmikliyi və intensivliyinin dəyişməsi: aybaşıarası intervalın, ifraz olunan qanın artması və ya azalması, aybaşı ritminin pozulması ilə təzahür edir. Aybaşı pozğunluğu aşağıdakı tiplər üzrə gedir:

Aybaşı pozğunluğu

Qadın orqanizmində müəyyən intervallarla baş verən aybaşı qanaxmaları ilə müşayiət olunan, ritmik təkrarlanan, hormondan asılı proseslər aybaşı sikli adlanır. Aybaşı sikli ərzində orqanizmdə hamiləliyin baş tutması və gedişi: yumurtahüceyrənin inkişafı və yetişməsi, onun mayalanması və uşaqlığın selikli qişasına implantasiyası üçün zəruri şəraitin yaradılmasına yönəldilmiş bir sıra dəyişikliklər yaranır. Aybaşı funksiyasının formalaşması pubertat (cinsi yetişkənlik) dövrünə aid edilir. Bir qayda olaraq, menarxe (ilk aybaşı) 11-14 yaşlarda müşahidə olunur, 1-1,5 il ərzində aybaşı sikli müntəzəm şəkil alır.

Aybaşı pozğunluğu barədə ümumi məlumat

Aybaşı sikli ərzində orqanizmdə hamiləliyin baş tutması və gedişi: yumurtahüceyrənin inkişafı və yetişməsi, onun mayalanması və uşaqlığın selikli qişasına implantasiyası üçün zəruri şəraitin yaradılmasına yönəldilmiş bir sıra dəyişikliklər yaranır. Aybaşı funksiyasının formalaşması pubertat (cinsi yetişkənlik) dövrünə aid edilir. Bir qayda olaraq, menarxe (ilk aybaşı) 11-14 yaşlarda müşahidə olunur, 1-1,5 il ərzində aybaşı sikli müntəzəm şəkil alır.

Siklin müddəti hazırkı aybaşının 1-ci günündən növbəti aybaşının birinci gününə kimi hesablanır. Aybaşı siklinin individual fizioloji xüsusiyyətlərindən asılı olaraq, normada aybaşı sikli 21 günlə 30-35 gün arasında dəyişir, əksər hallarda 28 gün təşkil edir. Aybaşı siklinin sönməsi 45-50 yaşda, klimakterik dövrdə baş verir.

Aybaşı sikli baş beynin qabığı, hipofiz, hipotalamus, yumurtalıqlar tərəfindən icra olunan, uşaqlıq yolu, uşaqlıq, süd vəzilərini əhatə edən mürəkkəb neyrohumoral mexanizm tərəfindən tənzimlənir.

Hipotalamo-hipofizar sistem tərəfindən sintez olunan qonadotrop hormonlar – FSH, LH və LTH (follikul stimulə edici, lüteinləşdirici, lüteotrop hormonlar) aşağıdakı fazalardan ibarət yumurtalıq siklinə (yumurtalıqlarda baş verən dəyişikliklərə) səbəb olur:

  • Follikulyar faza– follikulun yetişmə prosesi
  • Ovulyasiya fazası– yetişmiş follikulun partlaması və yumurtahüceyrənin çıxması
  • Progesteron (lütein) fazası – sarı cismin inkişafı

Mayalanma baş vermədikdə aybaşı siklinin sonunda sarı cisim geriyə inkişaf edir. Yumurtalıqların cinsi hormonları (estrogenlər, gestagenlər) uşaqlığın tonusu, qanla dolması və oyanıqlığının dəyişməsinə, eləcə də selikli qişada dinamik proseslərin yaranmasına, yəni 2 fazalı uşaqlıq siklinə səbəb olur:

  • Proliferasiya fazası – yara səthinin bərpası, sağalması və endometriumun funksional qatının sonrakı inkişafı. Bu faza follikulların yetişmə prosesi ilə birlikdə gedir.
  • Sekresiya fazası – uşaqlığın selikli qişasının kövşəkləşməsi, qalınlaşması və qopması (deskvamasiyası). Funksional qatın deskvamasiyası aybaşı ilə təzahür edir. Vaxt etibarilə bu faza yumurtalıqda sarı cismin inkişafı və sorulması ilə üst-üstə düşür.

Beləliklə, normada aybaşı sikli ikifazalı olur: yumurtalıq siklinin follikulyar və lütein fazaları və onlara müvafiq uşaqlıq siklinin proliferasiya və sekresiya fazaları. Norma halında yuxarıda sadalanan siklik proseslər bütün reproduktiv yaş dövründə müəyyən intervallarla təkrarlanır.

Ginekoloji xəstəliklər (uşaqlığın mioması və xərçəngi, uşaqlıq və onun artımlarının iltihabı), ağır ekstragenital xəstəliklər (qan, endokrin orqanlar, qaraciyər, mərkəzi sinir sisteminin xəstəlikləri, ürək qüsurları), infeksiyalar, hipovitaminoz, uşaqlığın travmatik zədələnmələri (instrumental manipulyasiyalar – abortlar və s.), stress və psixi travmalar nəticəsində aybaşı sikli pozula bilər.

Aybaşı pozğunluğu menstruasiyanın ritmikliyi və intensivliyinin dəyişməsi: aybaşıarası intervalın, ifraz olunan qanın artması və ya azalması, aybaşı ritminin pozulması ilə təzahür edir. Aybaşı pozğunluğu aşağıdakı tiplər üzrə gedir:

  • amenoreya– aybaşının 6 aydan çox olmaması
  • hipermenstrual sindrom (hiperpolimenoreya, menorragiya):
  1. hipermenoreya– gur aybaşı qanaxmaları;
  2. polimenoreya – 7 gündən artıq davam edən aybaşı;
  3. proyomenoreya– aybaşı intervalının 21 gündən az olması nəticəsində aybaşının tezləşməsi
  • hipomenstrual sindrom:
  1. hipomenoreya – aybaşı qanının az olması;
  2. oliqomenoreya – davam etmə müddətinin az olması (1-2 gün) ilə müşahidə olunan aybaşı;
  3. opsomenoreya – 35 gündən artıq intervallarla çox nadir rast gəlinən aybaşı
  • alqomenoreya – ağrılı aybaşı;
  • dismenoreya – baş ağrısı, iştahın itməsi, ürəkbulanma, qusma ilə müşayiət olunan aybaşı pozğunluğu;
  • alqodismenoreya – lokal ağrı və ümumi halın pozulması ilə səciyyələnən aybaşı pozğunluğu
  • neyroendokrin tənzimin pozulması nəticəsində yaranan və ovulyasiya, eləcə də sarı cismin olmaması ilə xarakterizə olunan anovulyator (birfazalı) uşaqlıq qanaxmaları.

Təkfazalı aybaşı siklində menstrual disfunksiya follikulların persistensiyası (follikulların ovulyasiya olmadan yetişməsi və sonradan follikulyar kistanın inkişafı) və ya yetişməmiş follikulun atreziyası (degenerasiyası).

İkifazalı aybaşı siklini müəyyən etmək üçün ginekologiyada rektal (bazal) temperaturun ölçülməsi üsulundan istifadə olunur. İkifazalı aybaşı siklinin follikulyar fazasında düz bağırsaqda hərarət 37° С-dən aşağı, lütein fazada isə 37 °С-dən yüksək olur, aybaşının başlanmasından 1-2 gün əvvəl temperatur azalır. Anovulyator (təkfazalı) sikldə temperatur əyrisinin göstəriciləri kiçik kənaraçıxmalarla 37°С-dən aşağı olur. Bazal temperaturun ölçülməsi fizioloji kontrasepsiya üsulu hesab olunur. Həmçinin ikifazalı sikl zamanı uşaqlıq yolundan müxtəlif vaxtlarda götürülən yaxmanın sitoloji müayinəsində xarakterik dəyişikliklər: «bəbək», «iplər» və s . simptomlar müşahidə olunur.

Aybaşı sikli ilə əlaqəli olmayan metrorragiya (asiklik uşaqlıq qanaxmaları) əksər hallarda qadın cinsiyyət sisteminin şiş xəstəliklərini müşayiət edir. Aybaşı siklinin pozulmalarından əziyyət çəkən qadınlar mütləq ginekoloqa müraciət etməli və pozğunluğun səbəblərini aşkar etmək üçün tələb olunan müayinələrdən keçməlidir. Aybaşı disfunksiyasının müalicəsi ona səbəb olan amilin aradan qaldırılmasına yönəldilməlidir.

Aybaşı pozğunluğu çox zaman bətndaxili inkişaf dövründə dölün cinsiyyət orqanlarının təməlinin düzgün qoyulmaması və differensiasiya proseslərinin pozulmaları ilə əlaqədar olur. Qızlarda yumurtalıqların natamam inkişafına müxtəlif neqativ amillər: kimyəvi, medikamentoz, şüa agentləri, ananın infeksion xəstəlikləri səbəb ola bilər. Buna görə də aybaşı funksiyasının pozğunluqlarının profilaktikasına antenatal (bətndaxili) dövrdən başlamaq lazımdır. Düzgün qidalanma və həyat tərzi, ümumi və qadın sağlamlığının qayğısına qalmaq aybaşı funksiyasının pozulmalarının qarşısını almağa kömək edir.

Aybaşı gecikməsi problemlərinin ev şəraitində təbii yollarla həll edilməsi

Bir çox səbəblər üzündən qadınlarda aybaşı gecikməsi baş verə bilir. Stress faktorları, yuxusuzluq, keyfiyyətli qidalanmamaq, polikistoz xəstəliyi, tiroid vəzi xəstəlikləri, piylənmə, qadın bədəninə uyğun olmayan idman hərəkətləri ilə həddindən çox məşğul olmaq aybaşı gecikmələrinə səbəb olur. Vaxtlı-vaxtında aybaşı olmaq isə qadının cinsi orqanlarının və hormonal sisteminin sağlam olmasının göstəricisi sayılır. Aşağıdakı təbii vasitələrlə aybaşı qanının zamanında axmasını normallaşdıraraq, aybaşı siklini qaydaya salmaq mümkündür.
Cəfəri
Cəfərinin tərkibində olan apiol və myristicinden adlı uçucu yağlar, toplanmış aybaşı qanını axmasına səbəb olur. Bu yağlar uşaqlıq və yumurtalıqları qıcıqlandırır. Hətta cəfəri suyu içmək uşaqsalmaya da səbəb ola bilir. Bu xüsusiyyətinə görə hamilə qadınlara çox cəfəri suyu içmək məsləhət görülmür. Aybaşının baş verməsi üçün isə 5 stəkan təzə qaynadılmış suya bir dəstə cəfəri salıb yarım saat saxladıqdan sonra süzüb gün boyu içmək məsləhət görülür.
Soğan
Aybaşı siklinin normallaşdıran təbii vasitələrdən biri də soğandır. Soğan aybaşını qaydasına salan ən yaxşı təbii vasitədir. Bunun üçün marketdən alınmış təmiz xlorsuz yarım litr suya bir ədəd qabığı soyularaq 4 hissəyə bölünmüş soğan atılaraq 10 dəqiqə qaynadılır. Sonra soğan suyu süzülərək soyumağa qoyulur. Bu qarışım səhər və axşam olmaqla gündə 2 dəfə ilıq halda içilir. Bu qarışım aybaşını normallaşdırmaq və yumurtalıq kistalarını əritmək qabiliyyətinə malikdir. Müalicə müddəti 15 gündür. Müalicə davamlı olaraq aparılmalıdır. Soğan suyu ilə müalicənin faydası özünü 1 həftə bitdiyi zaman göstərir.
Adaçayı
Adaçayı da aybaşı normallaşdıran bitkilərdən hesab olunur. Bunun üçün quru halda olan bir çimdik qatırquyruğu, bir çimdik adi boymədəran və bir çimdik çobanyastığı çiçəyi 2 stəkan qaynayan suya tökülüb 5 dəqiqə qaynadılır. Bu dəmləmə içərisinə dadlandırıcı əlavə etmədən 3-4 gün ərzində səhər və axşam içilir. Bu qarışımı içməzdən 1 həftə əvvəldən adaçayı dəmləməsi içməyə başlasanız müalicənin effekti daha yaxşı olar. Bu zaman aybaşı qanaxması daha tez başlayır.
Kəklikotu
Kəklikotu aybaşını normallaşdırır, aybaşı gecikməsi öncəsi kəklikotu dəmləməsi içmək çox faydalıdır. Bunun üçün 1 stəkan qaynar suya 1 xörək qaşığı kəklikotu salınır və 5 dəqiqə sonra içilir. Qarışım səhər və axşam qəbul edilməlidir.
Sarıkök
Sarıkök orqanizmi isitmək qabiliyyətinə malik olduğu üçün o qan axınını normallaşdırır və orqanizmə ağrıkəsici təsir bağışlayır. Buna görə də 1 stəkan qaynar südə 1/4 xörək qaşığı sarıkök qatıb içmək aybaşını başladaraq, aybaşı ağrılarını aradan qaldırır. Bu zaman südə az miqdarda bal qatmaq müalicənin daha da keyfiyyətli olmasına səbəb olur.
Keşniş toxumu
2 stəkan suya 1 xörək qaşığı kişniş toxumu atıb orta dərcədə qaynamağa qoyun. Suyun yarısı buxarlandığı zaman suyunu süzüb toxumları sürtkəcdən keçirin. Bu qarışımı 1-2 ay boyunca gündə 3 dəfə içsəniz aybaşı problemləriniz aradan qalxacaq.
Aloe
Aloe aybaşı hormonlarının ifrazını artırmaqla aybaşı qanının axmasına səbəb olur. Bunun üçün 1 aloe yarpağının içərisindəki jele çıxarılır və özü miqdarda balla qarışdırılaraq qəbul edilir. Bu müalicə ən azı 3 ay boyu davam etməlidir.
Razyana toxumu
Razyana toxumu aybaşının normallaşmasına səbəb olur. Toxumların tərkibindəki emmenagogue adlı maddə aybaşını normallaşdırmaqla yanaşı həmin dövrdə meydana çıxan ağrıların da aradan qalxmasına səbəb olur. Bu maddə spazm əleyhinə təsirə malikdir. Bunun üçün 1 stəkan suya 2 xörək qaşığı razyana toxumu atıb bir gecə gözləmək, səhərisi gün isə həmin suyu içmək lazımdır. Bu müalicə aybaşı sikli normallaşana qədər davam etməlidir.
Nar
Nar suyu toplanıb qalmış aybaşı qanının axmasına səbəb olur. Aybaşı gecikmələrindən əziyyət çəkənlərə aybaşı vaxtından 10-15 gün əvvəl gündə 3 dəfə nar suyu içmək məsləhət görülür.

Xarici pasportun itməsinə görə ödəniləcək cərimələrin miqdarı AÇIQLANDI

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə

14.1-1.1. on iş günü müddətində verildikdə

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün – 20 manat;

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manat;

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manat;

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manat;

14.1-1.2. beş iş günü müddətində verildikdə

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün – 30 manat;

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manat;

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manat;

14.1-1.3. bir iş günü müddətində verildikdə

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün – 50 manat;

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manat;

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manat rüsum ödəməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.