Press "Enter" to skip to content

Erməni dili

Anadolu · Alban · Erməni
Balto-slavyan : Baltik dilləri , Slavyan
Venet · Alman
Yunan · İlliril
Hind-iran: Nuristan , İran, Hind-ari, Dard
İtalyan (Roman) · Kelt
Paleobalkan · Toxar

Erməni dili bilən mütəxəssislərə böyük ehtiyacımız var – Mərkəz rəhbəri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri ilə məğul olacaq. Biz bu münaqişənin hərtərəfli, yəni hüqüqi, siyasi, tarixi, iqtisadi tərəfləri ilə bağlı tədqiqatlar aparacağıq.

XəzərXəbər xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev deyib. O qeyd edib ki, BMTM-də ermənişünaslıq mərkəzi açmağı düşünürlər: “Erməni dili bilən mütəxəssislərə böyük ehtiyacımız var. Mən hesab edirəm ki, bu sahədə də vəziyyət qənaətbəxş deyil. Axtaranda erməni dili bilən vur-tut 10 ekspert tapırsan. Onlar da yaşlı insanlardır. 3-4 tanıdığımız gənc ekspert var ki, onlar erməni dili bilirlər. Artıq mərkəzimizdə bir gənc alim var ki, o da erməni dilini bilir”. F.Şəfiyev bildirib ki, biz Ermənistanda baş verən hadisələrlə istinad edərəkən adətən rus-ingilis mənbələrinə istinad edirik: “Halbuki, Ermənistanın öz mənbələrinə istinad etmək daha vacibidir. Çünki onlar öz auditoriyaları üçün bir, xarici auditoriya üçün başqa cür məlumatlar yayırlar. Biz bu fərqi Ermənistan auditoriyası və xarici auditoriya üçün yazılan kitablarda da görürük. Gürcü dili də bizim üçün vacibdir. O sahədə də boşluqlar var. Qeyd etdiyim kimi, bizim 10 elmi işçimiz var. Nazirlər Kabineti tərəfindən ştat cədvəli belə təsdiqlənib. Biz Rusiya, İran, Türkiyə, Yaxın Şərq üzrə işləyəcəyik. Son illər Çinlə əlaqələrimiz inkişaf edir. Çin üzrə mütəxəssislərə ehtiyac var. Məsələn, İran mətbuatında Azərbaycan haqqında nə yazırlar. Azərbaycana olan təhdidlər, təsirlər nədən ibarətdir. Əlbəttə, 10 nəfərlə bu işi görmək çətindir. Gələn il Nazirlər Kabinetinə müraciət edib daha çox insan resursu əldə etməyə çalışacağıq. Yaxın zamanlarda saytımız açılacaq. Bizim təqaüd imkanları olacaq. Bundan əlavə mərkəzə həm daxildən, həm də xaricdən tələbələri staja götürəcəyik. Bundan əlavə könüllü hərəkatı yaratmaq istəyirik”. Buna baxmayaraq F.Şəfiyev bildirib ki, BMTM-də müvafiq mütəxəssislər də var: “Cavid Vəliyev Türkiyə və türk dünyası, Fuad Çıraqov Gürcüstan və ABŞ, Şahmar Hacıyev enerji layihələri, Əfsanə Məmmədova Yaxın Şərq, Orxan Bağırov Çin üzrə mütəxəssisdir. Bir məqamı da qeyd etmək istərdim. Mən Bakıya fevralda qayıtmışam. Baxıram, mətbuat nümayəndələri çalışır ki, şərh alsınlar. Mən sizi bizim mətbuat katibi ilə təmas qurmağa dəvət ediriəm. Problem nədədir? Məsələn, bu yaxınlarda Ermənistan BMT-də qondarma DQR-lə bağlı sənəd yaymışdı. O adamlardan şərhlər alınır ki, onlar BMT-də bir gün də işləməyiblər. Yeri gəlmişkən, BMT-də hər bir ölkə sənəd yaya bilər. Hər bir sənədin öz statusu var. İndi hər bir şəxs özünə politoloq deyir, özü də müstəqil politoloq. Təbii ki, burada heç bir monopoliya yoxdur. Kimdən istəyirsiz şərh ala bilərsiniz. Amma bəzi spesifik sahələr var ki, orada mütəxəssislərdən məlumat alasınız daha yaxşı olar. Çünki bilirsiniz ki, ilkin məlumat daha təsirli olur. Biz siyasi elmlərlə məşğul olmayacağıq”. F.Şəfiyev daha sonra deyib: “Biz ölkədaxili bir şəbəkə yaratmağı düşünürük. Bu işə sentyabr ayından başlamaq istəyirik. Bilirsiniz, hansısa bir hadisə baş verir, alternativ mövqe irəli sürülür. QHT-lərlə də bu istiqamətdə müzakirələr aparmaq istəirik. Biz dövlət tərəfindən yaradılan, oradan maliyyələşən, bir qurumuq. Biz dövlətin dəst-xəttini dəstəkləyirik. Amma alternativ fikirlərə də yer verəcəyik. Ekspertlərin siyahısını dərc edəcəyik. Mətbuat müvafiq mövzular üzrə onlardan şərh ala biləcək. Bu gündən mərkəzin “Feysbuk” və “Tvitter” səhifələri də fəaliyətə başlayacaq. Biz artıq şərhlər verməyə başlamışıq. Çalışacağıq ki, çevik olaq. Biz bilirik ki, mətbuat nümayəndələri şərhləralmağa çətinlik çəkirlər. Bizim aylıq bülletenlər hazırlamaq niyyətimiz var. Düşünürük ki, bu da mətbuat nümayəndələri üçün faydalı olacaq”.

Erməni dili

Hind-Avropa dili / From Wikipedia, the free encyclopedia

Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. [2] Ermənistan Respublikasının dövlət dilidir.

  • Hind-avropa dillərinin siyahısı

Anadolu · Alban · Erməni
Balto-slavyan : Baltik dilləri , Slavyan
Venet · Alman
Yunan · İlliril
Hind-iran: Nuristan , İran, Hind-ari, Dard
İtalyan (Roman) · Kelt
Paleobalkan · Toxar

Kursivlə yazılmış dillər ölü dillərdir.

Filologiya

  • Hitit mətnləri
  • Heroqlifik Luvi
  • Xətti B
  • Rigveda
  • Avesta
  • Homer
  • Bisütun
  • Qalliya epiqrafiyası
  • latın epiqrafiyası
  • Rünik
  • Ogam
  • Qotik İncil
  • Erməni İncil
  • Toxar əlifbası
  • Köhnə İrland dili
  • Vətən
  • Proto-Hind-Avropalılar
  • Cəmiyyət
  • Din

Arxeologiya

Ponti sahəsi

  • Atın əhliləşdirilməsi
  • Kurqan
  • Kurqan mədəniyyəti

Şərqi Asiya

Şərqi Avropa

Xalqlar və cəmiyyətlər

  • Anatolianlar ( Hittitlər )
  • Ermənilər
  • Mikena
  • Hind-iranlılar

Din və mitologiya

  • Proto-Hind-Avropa dini
  • Proto-Hind-İran dini
  • Hittit

Hind-Avropa araşdırmaları

  • Mariya Qimbutas
  • J. P. Mallory
  • Hind-Avropada Kopenhagen araşdırmaları
  • Hind-Avropa mədəniyyəti ensiklopediyası
  • At, təkər və dil
  • Hind-Avropa araşdırmaları jurnalı
  • Hind-Avropa lüğəti

Comments are closed, but trackbacks and pingbacks are open.