Erməni düşüncə sistemi və ideologiyası
– 1972-ci ildə Fransada fəaliyyət göstərən “Erməni soyqrımına ədalət” təşkilatı Belçikada, Fransada, İsveçrə və İtalyada türklərə qarşı terror aktları törətmişlər.
Erməni düşüncə sistemi və ideologiyası
Tarixi vərəqlədikdə erməni vandalizminin sonsuz olduğu və dünyada azərbaycanlılara, türklərə qarşı ermənilərin apardığı terror aktı 100 ildən artıqdır ki, davam edir;
– 1885-ci ildə “Armenakan” təşkilatı Türkiyənin Van, Muş, Bitlis və Trabzon bölgələrində terror aktları törətmişlər.
– 1887-ci ildə “Sosial-demokrat Hncak” partiyası Türkiyənin Anadolu bölgəsini “Rus” və “İran” Ermənistanı adlandırmaqla “Böyük Ermənistan” dövləti yaratmaq məqsədini qarşıya qoymuşdur.
– 1892-ci ildə “Daşnaqsütyun” partiyası Tiflisdə ilk qurultayını keçirmiş və bu qurultayda türklərə qarşı sui-qəstlərin təşkil edilməsi ilə bağlı qərar çıxarmışdır. Bu qurultaydan sonra “Daşnaqsütyun” əmr vermişdir: türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al.
– 1972-ci ildə Fransada fəaliyyət göstərən “Erməni soyqrımına ədalət” təşkilatı Belçikada, Fransada, İsveçrə və İtalyada türklərə qarşı terror aktları törətmişlər.
– 1975-ci ildə Suriyada yaradılmış “Erməni gizli azadlıq ordusu” təşkilatı fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatını qətlə yetirmişdir.
– 1975-ci ildə Beyrutda yaradılan “ASALA” təşkilatının məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzrərində “Böyük Ermənistan” qurmaq olmuşdur. Bu təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktı hətyata keçirmək olmuşdur.
– 1980-1982-ci illərdə “Daşnaqsütyun” partiyasının ESƏD qrupu Avstrya, Danimarka və Portuqalyada türk diplomatlarını qətlə yetirib.
– 1983-cü ildə “Erməni inqilab ordusu” təşkilatı Brüsseldə Türkiyə Səfirliyinin Attaşesi Dursun Aksoyu qətlə yetirmiş, Lissabonda və Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini öz üzərinə götürmüşdür.
Erməni Terror təşkilatı olan ASALA 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılmışdır. Təşkilatın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktı həyata keçirməklə məşğul olub. 1980-ci ildə Afinada türk səfirinin qətlə yetirilməsini öz üzərinə götürmüş və bəyan etmişdir ki, bizim düşmənimiz türklər və bizimlə əməkdaşlıq etməyən digərləridir. İkinci əsas məqsədi isə 1915-ci ildə baş verdiyi iddia edilən “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınması olmuşdur.
ASALA 1983-cü ildə ikiyə parçalandı. Qrupun biri Yunanıstan və Fələstin ərazisində, ikincisi isə ASALA-nın “İnqilab Hərəkatı” Türkiyə və Azərbaycanda terror hadisələri həyata keçirməyi davam etdirmişlər. Eyni zamanda ASALA-nın PKK terrorçuları ilə birlikdə təlim keçdikləri müəyyən olmuşdur. ASALA-nın əsas fəaliyyəti daha çox Fransada müşahidə olunur. Çünki bu ölkədə onların sərbəst hərəkətinə icazə verilib. Bundan əlavə ABŞ, Yunanıstan, Cənubi Kipr, Suriya, İran, İsveçrə, Fələstin və Kanadada da fəaliyyətlərini davam etdirirlər. ASALA-ya əsasən keçmiş SSRİ, Yunanistan, Suriya , İran, Fələstin, erməni kilsələri, Hncaq partiyası böyük dəstək verir.
ASALA Monte Melikonyanın siyasətinə tabe olmuş, Türkiyədə və 1988-ci ildən başlayaraq Azərbaycanda terror hadisələri törətmişdir. Mətbuat orqanı “Hayastan”, “Hay Baykar”, “Armenial” və Londonda çap edilən “Kaytzer” jurnalıdır.
1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar “Gələcək gün üçün” 1919-cu ildə daşnak hökümətinin başçısı olmuş A.Xatisyanı tapıb Adolf Hitlerə təqdim edirlər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirirlər. Müharibə başlayanda faşistlərin qalib gələcəyini mümkün hesab edən ermənilər III Reyx rəhbərliyinə yol tapmağa cəhd edirlər. Bu prosesdə “general” Dro (Drastamat Kanayan) xüsusi fərqləndi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzurda və Naxçıvanda silahsız azərbaycanlılara hücum etmiş, əliyalın əhalini amansızcasına qətlə yetirmişdir. Buna görə də, Reyx ermənilərlə əlaqəyə dair Almaniyada olan erməni mühacirlərlə yığıncaqlar keçirir, onlardan SSRİ-yə və Türkiyə dövlətinə qarşı istifadə etməyi planlaşdırırlar. Berlin ermənilərə SSRİ-yə qarşı müqəddəs müharibəyə hazırlaşmağı tövsiyə edir. Daşnak höküməti dağıldıqdan sonra gizlənən A.Xatisyan 1942-ci ildə Hitlerin xidmətinə girir. Qafqaz-Rostov vilayətində ermənilər çoxluq təşkil etdiyi Armavir şəhərinə göndərilir ki, erməniləri səfərbər edib Sovet dövlətinin məğlub olmasına yaxından köməklik göstərsin, Qafqazı Hitler zəbt edən kimi Zaqafqaziya üzrə qubernator olub zaqafqaziyada azərbaycanlılara qarşı daha irimiqyaslı qırğınlar törətsinlər. Faşistlərin gülbeçələri olan Drastamat Kanayan II Dünya müharibəsi zamanı Gareqin Njde ilə birlikdə, faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edirlər. Dro kəşfiyyat və təxribat məqsədləri üçün Simferopolda yerləşən “Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən erməni ordusu yaradır və rəhbərlik edir. İkinci dünya müharibəsi illərində Dro Alman ordusunda (Vermaxtda) ermənilərdən təşkil olunan 812-ci taborun rəhbəri təyin edildi. Ermənilərlə razılaşmaya görə Türkiyə dövlətinə qarşı hücüm məqsədilə ermənilər Hitler Almaniyası üçün 100 minlik qoşun toplamalı idi. Bütün bu məsələlər detalları ilə erməni-alman razılaşmasında –“Gertrud” planında əksini tapmışdır. Əvəzində ermənilərə Şərqi Anadolu və Kilikiya vəd olunmuşdur. Erməniləri almanlar tərəfinə cəlb etmək, onları Hitlerə xidmət etməyə çağırmaq məqsədilə Almaniyada “Hayastan” qəzeti nəşr olunurdu. Qəzetin bütün redaksiya heyəti ermənilərdən təşkil olunmuşdu. Qəzet Hitler almaniyası tərəfindən maliyyələşdirilir və III Reyxin təbliğat naziri Gebbelsin birbaşa nəzarətində idi. Türkiyə dövlətinə qarşı almanlara planlarını həyata keçirmək üçün daşnaklar 1943-cü ilin ortalarında daşnak könüllülərinin komandiri, general Garegin Njdenin rəhbərliyi altında yaradılmışdır. Njde “Tserakron” təşkilatının əsasını qoymuş və onun köməyi ilə gənc ermənilərin SS faşist təşkilatının və digər elit faşist təşkilatlarının üzvləri olmasına şərait yaradılmışdır. Kanayan 1942-ci ildə Krıma gəlmiş, Krım daşnak bürosuna rəhbərlik etmişdir. Qafqaz və Türkiyə Cümhuriyyəti üçün strateji planlarının işlənməsində Rozenberqi gizli məlumatlara təchiz etmişdir. “Dənizdən dənizə Böyük Ermənistan” xülyasında olan ermənilər, xüsusilə onların “vətənpərvər” liderləri heç vaxt onlara mənsub olmayan torpaqlarda fövqəladə dövlət yaratmaq arzusu ilə alman ordusu sıralarında vuruşaraq minlərlə dinc insanı, o cümlədən yüz minlərlə türkü qətlə yetirmişlər. Bu işdə sovet tərəfindən əsir düşən və mühacirətdə olan ermənilərdən təşkil olunan 812-ci legionu özünə məxsus qəddarlığı ilə seçilmişdir. Onlar faşist ordusu tərkibində Krımda, Şimali Qafqazda və Hollandiyada döyüşmüşlər.
Hitlerin 1941-ci ilin noyabrında şərq xalqlarından hərbi birləşmələr yaradılması işi fəallaşır. 1941-ci il dekabrin 22-də silahlı qüvvələrin Ali Komandanlığı erməni legionu yaradılması barədə əmr verir. Legionların yaradılması haqqında dəqiq göstəriş 1942-ci il 8 fevral tarixli əmrdən sonra olur. 1942-ci ilin sonunda Polşadan cəbhyə 2 erməni batalyonu 808-ci və 809-cu batalyonlar yola salınır. 1943-cü ilin əvvəlində onların ardınca 810-cu, 812-ci və 816-cı, 1943-cü ilin ikinci yarısından 814-cü, 815-ci və 816-cı batalyonlar gəlirlər. Bu dövrdə cəbhəyə ümumi sayı 20 min olan erməni göndərilmişdir. Səhra batalyonlarından başqa müharibə dövründə erməni hərbi əsirlərindən alman ordusuna xidmət edən, ancaq döyüş əməliyyatlarında birbaşa iştirak etməyən 72 tikinti, dəmiryolu, nəqliyyat və digər köməkçi yarımbölmələr formalaşdırılmışdır. 1941-ci ilin iyulundan 1943-cü ilin sonunadək 8 erməni batalyonu formalaşmışdır. 1942-ci ilin sentyabrından 1943-cü ilin mayına qədər Ukraynada erməni legionlarından 3 səhra erməni batalyonu – 1/125-ci, 1/198-ci və II/9-cu batalyonları formalaşdırmaq mümkün olmuşdur. Bəzi məlumatlara görə, alman III Reyxində xidmət edən ermənilərin sayı 27 min nəfər olmuşdur, onlardan 3000 nəfəri SS və alman “Abver” kəşfiyyatında xidmət etmişdir.
Hazırda siyasi arenalarda savaş meydanlarında məğlub olan kimi Ermənistan azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. Son bir həftə ərzində ermənilərin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və müxtəlif şəhərlərdə dinc aksiya keçirən soydaşlarımıza qarşı həyata keçirdikləri çirkin təxribatlar, həqiqətən də əsl erməni xislətinin bariz təcəssümüdür. İşğalçı Ermənistanın sonuncu hərbi təxribatı zamanı Azərbaycan Ordusunun bir neçə hərbçisi qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldilər. Həmçinin Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı dinc sakini erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində həlak oldu. Azərbaycan Ordusunun bu təxribata layiqli cavabı ilə düşmən on qat artlq itki verdi. Bu təxribatdan sonra xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq səviyyədə dinc aksiyalar keçirməklə dünya xalqlarına bir daha Ermənistanın terrorçu, cinayətkar, işğalçı siyasətini çatdırmağa başladılar. Ümumilikdə, 30-dək ölkədə 60-a yaxın aksiya keçirilib. Bu aksiyalarda 20000-dən çox soydaşımız iştirak edib.
Lakin təəssüflə qeyd etməliyik ki, soydaşlarımızın dinc aksiyaları zamanı bu ölkələrdə yaşayan ermənilər bir daha öz vəhşiliklərini nümayiş etdiriblər. Azərbaycanlıların ABŞ-da, Avropanın müxtəlif ölkələrində “Qarabağ Azərbaycandır!”, “Ermənistan terroristdir” şüarları qarşısında hiddətlənən hay tayfası nümayəndələrinin soydaşlarımıza qarşı insanlıqdan kənar hərəkətləri onların çirkin iç üzünü bir daha göstərdi. Belə ki, ABŞ-da, Belçikada, Almaniyada, Polşada diplomatik korpuslarımızın binaları önündə icazəsiz aksiya keçirən erməni terrorçu dəstələri özlərinin niyyətlərini bir daha çılpaqlığı ilə ortaya qoydular. Ermənilərin bu təxribatları, çirkin əməlləri nəticəsində soydaşlarımızın 50 nəfərə yaxını xəsarət alıb və şəxsi əmlaklarına ciddi maddi zərər dəyib. Belə ki, Belçikadakı erməni vəhşiliyi zamanı 10-dan artıq (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın jurnalist), Los- Ancelesdə (ABŞ) – 30 nəfərdən çox (5 nəfər xəstəxanaya müraciət edib) soydaşımız ciddi xəsarət alıb. Digər təəssüfedici məqam odur ki, bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq, polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los-Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Lakin Azərbaycanın Baş Konsulluğunun səyləri nəticəsində Los-Anceles polisi bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
ABŞ-ın Massaçustsin Ştatının paytaxtı Bostonda senator Edvard Con Markeyi orada yaşayan 30 min erməninin haqq və ədalətə söykənməyən, beynəlxalq hüquq və normalara zidd olan istəyinə görə deyil, tarixi faktları araşdırıb ədalətli mövqe nümayiş etdirməyə dəvət ediblər: “Biz Amerika demokratiyasına inanırıq və Sizdən ədalətli mövqe gözləyirik”. Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb. Çex dilində yazılmış poster Çexiyanın Prezident Sarayına, ölkənin Baş Nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə Azərbaycanlı gənclər tərəfindən yerləşdirilib. Məqsəd ölkənin dövlət rəsmilərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalı altında qalmasına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasına cəlb etməkdir.
Dünya Azərbaycanlılarının erməni vandalizminə qarşı keçirdikləri bu aksiyalar, beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlər, verdikləri bəyanatlar bir daha onu göstərir ki, xalqımız çətin anda bir olmağı bacara bilir, ermənilərin çirkin, insanlığa yaraşmayan hərəkətləri ilə dünyanı tanış edir.
Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva bütün dünyada yaşayan on minyonlarla Azərbaycanlıların adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq mühafizə orqanlarını Azərbaycanlıların keçirdiyi dinc aksiyalara qarşı ermənilər tərəfindən törədilən haqqsızlığı hər tərəfli təhqiq etməyə və bütün təqsirkarları cəzalandırmağa çağırmışdır. Eyni zamanda Azərbaycan dövləti dinc aksiyalar zamanı erməni terroristləri tərəfindən zərər çəkmiş insanlarımızın müalicəsini və digər xərclərini öz üzərinə götürmüşdür.
Naftalan ziyalısı Möhübbət Bədəlov
Erməni düşüncə sistemi və ideologiyası
Günümüzün kitabı
Ermənilik təkcə türklərə qarşı deyil , ümumən bəşəriyyətə qarşı yönəldilmiş ideoloji sistem olmaq etibarilə həm də milli xislətdir . Tarixən belə xislətlər bəşəri duyğulara qənim kəsilib . Faşizm kimi . Əslində , olmuşları xatırlayanda erməniliyin faşizmdən fərqlənmədiyi qənaətinə də gəlirsən .
Siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı uzun illərdir erməniliyin mahiyyətini , nəticələrini , dövlətdaxili və dövlətlərarası münasibətlərdə yerini ( dağıdıcı təsirini ) araşdırır . Həm də tarixi faktlara , sənədlərə , arxiv materiallarına istinadən . Məhz bunun nəticəsidir ki , bir ideoloji sistem kimi fəaliyyət göstərən ermənilik ciddi tədqiq edilib , elmi ( elmi-tarixi ) baxımdan ümumiləşdirilib , zaman-məkan konsepsiyaları müstəvisində dəyərli əsər kimi təqdim olunub : ” Erməni düşüncə sistemi və ideologiyası ” ( İstanbul , 2015). Türkcə nəşr edilən bu kitab erməniliyin qaynaqlandığı mənbələrin , bu mənbələr arasında mövcud olan ideoloji bağlılığın mahiyyətinin dərkini təmin edir .
Qafar Çaxmaqlı erməni ideoloqlarına istinadən erməniliyin ( armenizmin ) üç mühüm qaynağa malik olduğunu qeyd edir : Milli mənsubiyyət , güclü ruh halı ; Milli mənsubiyyət , güclü dil ; Milli mənsubiyyət , qüdrətli din.
Göründüyü kimi , hər üç qaynaq milli mənsubiyyətlə şərtlənir . Milli mənsubiyyətin bəzən milli eqoizm kimi təzahür etdiyi də danılmaz həqiqətdir . Ermənilik ( armenizm ) bu qəbildəndir . Digər amillərin milli-ideoloji proqram olduğunun təsdiqidir və milli mənsubiyyətlə istər ayrılıqda , istərsə də vəhdətdə götürülməsi erməniliyin hansı səviyyədə təzahür edəcəyinə ( etdiyinə ) aydınlıq gətirir .
Q.Çaxmaqlı ermənilik ideologiyasının qurucularından olan Qaregin Njdenin bir fikrini də qeyd edir : ” Ermənilər çox erkən zamanlardan xristianlığı erməniləşdirmişdir və ya erməninin əsl dini ermənilikdir “.
Din inanc sistemidir . İnanc sistemi olan xristianlıq erməni adlı millət mövcud olmamışdan neçə yüz illər əvvəl yaranıb , yayılıb . Onun mahiyyətini illər ( əsrlər ) sonra formalaşan � bir millətin mahiyyəti ilə məhdudlaşdırmaq bu dini inancın daşıyıcısı olan digər millətlərin inancını ( və deməli , tarixi sivilizasiyanı !) aşağılamaq deyilmi ? Bu fikir Qaregin Njdenin etirafıdır və dini inancı xristianlıq olan xalqlar bu fikrə münasibət bildirməli idi . Qafar Çaxmaqlının bu qeydlərini həmin xalqlara mesaj kimi qəbul etmək daha ədalətli olardı .
Millətçiliyin mahiyyətini açan , şərh edən müəllif qeyd edir ki , erməni millətçiliyinin əsasını İsrael Ori qoyub . Sonra müxtəlif yerlərdə , müxtəlif üsul və vasitələrlə rişələndirib . Təbii ki , bu istiqamətdə erməni kilsəsinin fəaliyyəti ( təhriki ) də danılmazdır . Maraqlıdır : erməni kilsəsi Qaregin Njdenin dediyini qəbul edirmi ? Bu fikirlərə rəsmi etiraz eləmir axı . Qafar Çaxmaqlı o dövrlərlə günümüzü məntiqi şəkildə başlayaraq erməniliyin bəşəri duyğulara ideoloji zərbə olduğunu bir daha xatırladır . � Təkcə milli heysiyyatla deyil , həm də bəşəri duyğuların mühafizəkarı kimi .
Qafar Çaxmaqlı haqlı olaraq qeyd edir ki , erməni üçün heç zaman Vətən anlamı olmayıb. Fikrinin təsdiqində bir erməni atalar sözünü xatırladır: ” Harda çörək varsa , orda qal “. Bu atalar sözü ermənilərin dünyaya yayılma mexanizminin düsturudur , şübhəsiz. Müəllifin bu xatırlatması, müəyyən mənada, Dağlıq Qarabağ ( Arsax ) iddiasının əsassızlığının təsdiqi kimi qəbul edilə bilər.
Erməni irqçiliyinin anatomiyasını açan , erməni irqçiliyinin total irqçiliyə dönüşündə ideoloji amillərin önəmli rol oynadığını qeyd edən müəllif onu da nəzərə çatdırır ki , erməniliyin, şovinizmə və irqçiliyə söykənən erməni millətçiliyinin bu səviyyədə v ə bu ambisiyalarla yayılmasında erməni tarixçilərinin (bəzən yazıçı və şairlərinin) əsərləri də az rol oynamayıb: “Ermənilər qonşu millətlərin hamısından, hətta xristian olan millətlərdən də tamamilə fərqlidir və mədəni nailiyyətləri, bacarıqları seçilir . Digər millətlər nə vaxtsa erməniləri özlərinə yönəldici seçəcəklər. Çünki erməni ağlı və bacarığı ilə onların hamısından üstündür ” M.Y.Alverdyants , Bu fikirlər erməniliyin mənəmlik iddiasının təsdiqi deyilmi ? “Zalım müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq lazımdır” ( A.B.Karinyan ). kimi .
Kitabda ” Faşizm və erməni irqçi mono etnik millətçiliyi”, ” Türksüz Ermənistan və onun nəticələri” və başqa fəsillər də � tarixi faktlara və dərin elmi təhlillərə əsaslanmaqla yazılıb.
. Qafar Çaxmaqlının “Erməni düşüncə sistemi və ideologiyası” kitabı günümüzün kitabıdır. Dünənlərin fonunda düşündürməyə qadir olan kitabı.
525-ci qəzet.- 2015.- 10 iyun.- S.7.
Comments are closed, but trackbacks and pingbacks are open.