Erməni soyqırımı”nın “xaç ataları” kimlər olub? FAKTLAR
Yenisabah.az xəbər verir ki, bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə 2018-ci ildə çap olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında öz əksini tapıb.
“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı çap olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları «Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix» kitabı çapdan çıxıb.
SAM-dan Gununsesi.info -ya verilən xəbərə görə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.
Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib. Bu saxtakarlıq cəhdləri təkcə ərazi iddialarında deyil, Qriqoryan məzhəbinin dini etiqad və atributlarında, Ermənistanın dövlət rəmzlərində, tarixi şəxsiyyətlərində, maddi-mədəni və qeyri-maddi-mədəni irs nümunələrində – tarixi abidələrdə, kulinariyada, xalq tətbiqi sənətində, musiqidə, toponimlərdə, numizmatikada və s. özünü göstərir. İndiyədək Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılmış, bu fəaliyyətin əsl səbəbləri geniş auditoriyaya və elmi ictimaiyyətə çatdırıl ıb .
Kitaba daxil edilmiş 24 məqalədə erməni yalanları üç əsas istiqamət üzrə ifşa edilir. Birinci istiqamət reallıqdan uzaq olan mif və rəvayətlər üzərində quraşdırılan «qədim erməni tarixi», onun «dövlətçilik ənənələri» və rəmzləri ilə bağlı yalanların elmi dəlillər və faktoloji materiallarla sübutunu əhatə edir. İkinci istiqamət isə ermənilərin qonşu xalqların musiqisini, rəqsini, kulinariyasını erməniləşdirmə cəhdlərinə həsr olun ub . Bu materiallarda ermənilərin Bibliya mətnlərini kobud şəkildə təhrif etmələri ilə yanaşı, guya Rəbbin Nuh gəmisi fraqmentini onlara bağışlaması, Dvin şəhərinin «qədim Ermənistanın paytaxtı» olması, ermənilərin xristianlığı İsa Məsih həvarilərindən birbaşa qəbul etməsi, hətta onların İsa Məsihə məktub, onun isə «xristianlığın yaranmasından əvvəl xristian olan ermənilərə öz portretini göndərməsi», İlahə Anahitin hansı səbəbdən Ermənistanın yeni dövlətçilik rəmzinə çevrilməsi, Arşakilərin «erməni sülaləsi», İrəvanın «qədim erməni şəhəri», Göy məscidin, Əmir Səəd məqbərəsinin farsların və etnik türkmənlərin abidəsi, dolma və lavaş kimi mətbəx nümunələrinin «qədim erməni kulinarlarının ixtirası» kimi təqdim edilməsi iddialarına tənqidi münasibət bildiril ib .
Üçüncü araşdırma istiqamətində isə 1915-ci ildə Türkiyədə guya 1,5 milyon erməninin soyqırımına məruz qalması, Şərqi Anadoluda qurulan «Cənub-Qərbi Qafqaz Cümhuriyyəti»nin ingilislərin himayəsi altında fəaliyyət göstərməsi, 1905-1906-cı və 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirməsi, 1948-1953-cü illərdə Azərbaycan türklərindən ibarət köklü əhalinin Ermənistandan «könüllü şəkildə» köçürülməsi, 1988-1989-cu illərdə orada yaşayan azərbaycanlılara qarşı zorakılıq edilməməsi kimi erməni iddialarına tarixi faktlar və sənədlər əsasında cavablar veril ib .
“Erməni soyqırımı”nın “xaç ataları” kimlər olub? – FAKTLAR
1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması iddiasının əsl müəllifləri ermənilər deyil. Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasını parçalamaq istəyən xristian dövlətlərinin missionerləri ilk dəfə belə bir iddia ilə çıxış etmişdilər. Uydurma “erməni soyqırımı”nın “xaç ataları” yəhudi Henri Morqentau (1913-1916-cı illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuşdur), alman İohann Lepsius (Alman-Erməni Cəmiyyətinin sədri), ingilis Ceyms Brays (İngilis-Erməni Cəmiyyətinin sədri), fransız tarixçisi və arxeoloqu Jak de Morqan, rus yazıçısı Valeri Bryusov, avstriyalı yazıçı Frans Verfel və başqaları olmuşlar.
Yenisabah.az xəbər verir ki, bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə 2018-ci ildə çap olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında öz əksini tapıb.
“Birinci Dünya müharibəsi zamanı ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə mayın 27-də Osmanlı hökuməti məcburiyyət qarşısında qalıb, erməniləri müharibə rayonundan ölkənin içərilərinə köçürmək haqqında “Təhcir qanunu” qəbul etmişdi. Həmin qanun 1 iyun 1915-ci ildə rəsmi olaraq qüvvəyə minmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon erməni qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili şəkildə bağlanması, onların rəhbərlərinin isə həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən əvvəlcədən xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən gün artıq ABŞ prezidentinə çatdırılmışdı.
Ümumiyyətlə, müharibə zamanı Rusiya 12 milyon, Fransa 1 milyon, Böyük Britaniya 0,6 milyon, Almaniya 1,473 milyon əsgər itirmişdi. Təbii ki, ermənilərin yığcam yaşadıqları ərazilərdə gedən döyüşlər zamanı ermənilər də tələf olmuşdular. Qərb mütəxəssislərinin qənaətlərinə görə, üst-üstə Birinci Dünya müharibəsi ərzində və milli mücadilə illərində Türkiyə ərazisində 2,5 milyon müsəlman və 600 min erməni həlak olmuşdu”, – kitabda bildirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.