Press "Enter" to skip to content

Erməni yoxsa haylar

Nardaran hadisələrinə hakimiyyət rəsmiləri tərəfindən sərt reaksiya verilib.

Əziz Ələkbərli: “Erməni kilsəsinin banisi türk olub”

“Bu gün dünya ermənilərinin əlində bizə qarşı çox güclü bir silah var”.

Əziz Ələkbərli 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində dünyaya gəlib. Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Redaksiya-Nəşriyyat şöbəsinin müdiridir. Uzun illər həm də mətbuatda çalışıb, müxbir, redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində işləyib. Ümumilikdə 38 kitabın, yüzlərlə məqalənin müəllifidir. Kitabları Azərbaycanda və xaricdə Azərbaycan, türk, rus, ingilis, alman, fransız dillərində nəşr olunub. Azərbaycan Qaçqınlar Cəmiyyətinin rəhbəri, “Ağrıdağ” nəşriyyatının təsisçisi və direktorudur.
“Doğulduğum kənd, mahal Cənubi Qafqaz tarixinin çox mühüm bir bölgəsində – İrəvan çuxurunda yerləşir. Bu düzənlik İrəvan şəhəri ilə Naxçıvanın Şərur mahalı arasında, Araz çayının şərq sahili boyunca uzanıb gedir. Bu bölgə rəsmi mənbələrdə Ararat düzənliyi və ya Ararat vadisi, Ağrıdağ düzənliyi və ya Ağrıdağ vadisi adlanır. Qədim mənbələrdə bu yerlər Kuarli çuxuru da adlanıb ki, tədqiqatçıların fikrincə, bu da Tanrı anlamında Gögər sözündən başqa bir şey deyil və bu adın Göytürklərlə bağlılığı da ortadadır. İrəvan xanlığının Vedibasar, Gərnibasar, Zəngibasar və Sərdarabad mahalları məhz İrəvan çuxurunda yerləşib. Bu bölgənin tariximiz üçün bir önəmi də ondan ibarətdir ki, Cənubi Qafqaz tarixində mövcud olan bir neçə dövlətin paytaxtı məhz burada yerləşib. Eramızdan əvvəl 2-ci yüzildən başlayaraq ta eramızın 10-cu yüzilinə qədər 1200 il ərzində Artaşad, Vağarşakabad, Dvin Cənubi Qafqaz türklərinin mühüm paytaxt şəhərləri olub. Sonralar isə yüzillər boyu İrəvan qala-şəhəri Çuxur-Səd bəylərbəyliyinin, İrəvan xanlığının və İrəvan quberniyasının paytaxtı oldu.
Erməni kilsəsi, yoxsa türk kilsəsi
“Bu gün dünya ermənilərinin əlində bizə qarşı çox güclü bir silah var – qədim erməni xristian mədəniyyəti. Ermənilər özlərini xristian dünyasına Qafqazda qədim xristian mədəniyyətinin yaradıcıları kimi təqdim edir, dünyanı özlərinə borclu çıxarır, xristian təəssübkeşliyi pərdəsi altında onlardan hər cür dəstək alırlar. Hətta müsəlman ölkəsi olaraq dünya ölkələri arasında bizim də antixristian obrazımızı formalaşdırıb, dünyanı bizə qarşı qoymağa çalışırlar. Halbuki Qafqazdakı qədim xristian mədəniyyətinin ermənilərə heç bir aidiyyatı yoxdur və bu mədəniyyət bütövlükdə tarixən bu ərazidə yaşamış və 4-cü yüzildə xristianlığı qəbul etmiş türk tayfalarına, xüsusilə hun-qıpçaq türklərinə məxsusdur. Erməni kilsəsinin banisi Maarifçi Qriqori özü də türk olub. Türkmən Anakın oğlu olub. Təəssüf ki, qədim torpaqlarımızla, ümumiyyətlə Qafqazın tarixi ilə bağlı əldə olan bütün tarixi mənbələr vaxtilə kilsələrin hücrələrində qədim erməni dili deyilən və kilsə dili olan qrabara tərcümə edilib, erməniləşdirilib, orijinalları isə ya məhv edilib, ya da gizlədilib. Bu gün həmin mənbələr lazımi dərəcədə öyrənilib, tarixi həqiqətlər ortaya qoyulmadan nə Cənubi Qafqazın əsl tarixini işləyə bilərik, nə də ki Azərbaycan xalqının gerçək tarixi ortaya qoyulacaq. Alban və Arman//Ərmən tarixi ilə bağlı həqiqətlərin böyük bir hissəsi hələ də sirr olaraq qalır.
Faktlar
“Bir faktı xatırladım. Bizim əlimizdə ermənilərin əlinə keçib erməniləşdirilməyən, ilkin variantında günümüzə qədər gəlib çıxan bir mühüm yarı epik, yarı tarixi mənbə var: “Kitabi-Dədə Qorqud”. Bu, sırf İç Oğuz dastanıdır. Dastandakı İç Oğuzun da çox aydın coğrafi trayektoriyası var: Arqu beli Aladağdan, yəni Ağrı dağdan başlayaraq, sonra Ala göz dağı, Dərəçiçəkdəki Altuntaxt yaylağı, Gögcə dəniz, Qaradərə-Zəngəzur, Əlincə qalası və yenidə Ağrıdağ ətəyi Sürməli. Bu ərazinin çox hissəsi indiki Ermənistana düşür. O yerlər bizim tarixi torpaqlarımızdır və bu ərazilərin tarixi ilə bağlı bütün mənbələr öyrənilməlidir. Kim deyirsə ki, mənbə yoxdur, yalan deyir. Həmin “Dədə Qorqud” dastanındakı Buğacın atası Dirsə xanın kiçik oğlunun 1290-cı illərdə qələmə alınmış 600 səhifəlik “Tarix” kitabı mənim əlimdədir. Amma neçə illərdir, onun çapını təşkil edə bilmirik. Azərbaycanın heç bir tarixçisi bu kitabın içindəkilərlə tanış deyil. Onda soruşuram, bu mənbə ilə tanış olmadan “Dədə Qorqud” və ən azı Dirsə xan haqqındakı bəzi həqiqətləri açmaq olarmı? Təbii ki, yox! Bəs 13-cü yüzilə qədərki Azərbaycan tarixinin bəzi məqamlarını? Yenə də yox. Biz daha çox ərəb mənbələri əsasında tariximizi işləmişik. Halbuki tariximizdəki qaranlıqların ən böyük səbəbkarı ilk növbədə ərəblərdir.
Coğrafi xüsusiyyəti
“Doğulduğum, boya-başa çatdığım Vedibasar mahalının coğrafiyasından söz düşəndə gözümün qabağında ilk olaraq Ağrı dağı canlanır. Bu yerlərin tarixi ilə bağlı da ilk məlumatlar Nuhun tufanına gedib çıxır. Bəzi tədqiqatçılar bu faktı mif, fərziyyə hesab edir, amma mən bu fikirdə böyük həqiqət görürəm. Nuhun tufanı, Nuhun gəmisi, bu gəminin Ağrı dağda bənd olması və s. ilə bağlı Azərbaycan folklorunda geniş yayılmış mif, əfsanə və rəvayətlərin məhz bu ərazidə – İrəvan çuxuru və Naxçıvanda geniş yayılması və başqa bölgələrə də buradan yayılması bir az rasional düşünməyə əsas verir. Biz Ağrı dağlarının ətəyindən axan Araz çayı vasitəsi ilə Türkiyə ilə həmsərhəd idik. Hər səhər gözümüzü açanda ilk gördüyümüz əzəmətli Ağrı dağları olub. Arazdan xeyli aralı olmağımıza baxmayaraq, yayda axşamlar hava buludsuz olanda hətta bizim kənddən Ağrının ətəyində yandırılan tonqalları görürdük. Hər səhər günəş Ağrı dağları ilə qabaq-qənşər Vedibasar dağlarında doğur, başımızın üstündən keçib Ağrı dağlarının arxasında qürub edirdi. Günəşin doğması və batması zamanı yaratdığı rəng mənzərəsi özü bir aləm idi. Günəş Ağrı dağının arxasında batdıqca Ağrı dağının kölgəsi sürətlə Vedibasar mahalının üzərinə yeriyir və mahalı adlayıb qarşıdakı Kotuz dağına çatanda yox olurdu, yəni artıq günəş tam batırdı. ”
İqlimi
“Vedibasarın özünəməxsus iqlimi vardı. Bu da onun coğrafiyası ilə şərtlənirdi. Mahal Ağrı dağları ilə Kiçik Qafqaz dağları arasındakı böyük bir düzənlikdə yerləşirdi. Qışda 30-35 dərəcə şaxta, yayda isə 30-35 dərəcə isti olurdu. Amma havada nəmlik olmadığı üçün nə bu isti bizi yandırır, nə də bu şaxta bizi kəsirdi. Vedidə “külək” sözü yox idi, biz “yel” deyirdik. Cənubdan – Şərurdan əsən küləyi “Şəril yeli” adlandırırdıq, bu, isti külək olurdu. Şimaldan – İrəvandan, Alagöz//Ələyəz dağından əsən küləyə “Ələyəz yeli” deyirdik və bu, sərin külək olurdu. Ağrı dağı tərəfdən əsən meh də yayda gözəl sərinlik gətirirdi, çünki Ağrının başı ən isti aylarda da həmişə qarlı olardı. Ağrıdan əsən küləyə “Koroğludan əsir” deyirdilər. Xalqın inamına görə, Koroğlunun Çənlibeli məhz Ağrı dağlarını birləşdirən çənli dağ belində olub”.
Karvan yolları
“Yenə gəlib çıxırıq İrəvan çuxurunun, o cümlədən Vedibasar mahalının coğrafi mövqeyinə. Bu ərazi tarixən Azərbaycanın üç böyük ərazisini – şimalda Albaniya, cənubda Atropatena və şimal-qərbdə Armaniyanı birləşdirdiyi üçün həm də karvan yollarının kəsişdiyi bir yer idi. Siz götürün orta əsrlərdə Azərbaycanın şimalı ilə cənubunu birləşdirən bütün karvan yollarının xəritəsini, hamısı Dəbildə kəsişir. Buna görə də yerli əhalinin dilində bu şəhərin adı Düyün idi və indiyə qədər də xalqımızın dilində o yerin adı Düyün kimi xatırlanır. Ərəb mənbələrində bu şəhərə Dəbil deyilir, bu da türkcədir, Təpə-el deməkdir, çünki şəhər yüksəklikdə, təpəlikdə salınmışdı. Tarix kitablarında bu yer Dvin adlanır. Bunu isə həm “Div qala”, həm də “Dağ qalası” kimi izah etmək olar. Hər ikisi toponimin türklüyünü təsdiq edir”.
Vedibasarın bir coğrafi özəlliyi də ondan ibarətdir ki, o, tam olaraq aran və dağlıq hissələrə ayrılır. Aran hissə İrəvan çuxurunda yerləşirdi və Arazboyu uzanırdı. Mahalın dağlıq hissəsi üç yerə bölünürdü: Milli dərə, Cığın dərə və Çanaxçı dərəsi. Kəndlər bu dərələr boyu yerləşirdi. Milli dərədən Qırxbulaq mahalına, Cığın dərədən Göycə mahalına, Çanaxçı dərəsindən isə Dərələyəz mahalına yol uzanırdı.
Müharibələr meydanı
Vedibasar mahalı tarix boyu mübarizələr və müharibələr meydanı olub. Ərazinin dağlıq hissəsi isə lazım gələndə əhalini qoruyub. 1514-cü ilin iyulunda Şah İsmayılla döyüşə gedən Sultan Səlimin 60 minlik qoşunu Vedibasar mahalı ərazisində, bir-birindən 15 km aralıdakı Böyük Vedi və Kiçik Vedi kəndləri arasındakı böyük düzənlikdə düşərgə salıb. Bu barədə “Sultan Səlimin səfər ruznaməsi”ndə bəhs edilib.
19-cu yüzildə İrəvan xanlığı üzərinə hücum edən rus generalları həmişə Vedibasar mahalında güclü müqavimət görüblər. 1803-cü ildə general Sisianovun, 1808-ci ildə general Qudoviçin, 1827-ci ildə general Paskeviçin Vedibasarın o vaxtkı hakimi Aslan Sultan Şadlıya (sonralar Şadlinski) əvvəl dilə tutma, sonra hədə dolu çoxsaylı müraciətləri, məktubları var. Hətta Paskeviç İrəvan qalasının mühasirəsini yarımçıq qoyub, özü şəxsən Vedibasar üzərinə qoşun yeridib və Vedi çayı üzərində Aslan Sultanla qarşı-qarşıya gəlib.
Abbasqulu bəy Şadlinski
“Hər vedilinin qəlbində Abbasqulu bəy Şadlinskiyə bir abidə var. O, həqiqi mənada Azərbaycan xalqının əfsanəvi xalq qəhrəmanıdır. Erməniyə qarşı milli mübarizə tariximizdə çox igidlərimiz, qəhrəmanlarımız olub, amma Abbasqulu bəy Şadlinski səviyyəsində ikinci xalq qəhrəmanımız olmayıb. Abbasqulu bəyin təkcə mübarizəsi yox, həm də şəxsiyyəti, xarakteri, davranışı, hərəkətləri insanlara örnək olub. 1920-ci ildə erməni daşnak hökuməti süqut edəndən sonra, 1921-ci ildə Daşnaksütyun partiyasının Parisdə konfransı çağırılır və daşnak hökumətinin o vaxtkı baş naziri Xatisov Qafqazda məğlub olmalarının səbəbləri barədə hesabat verir, deyir ki, bizim Qafqazda məğlubiyyətimizin 2 səbəbi oldu. 1-ci səbəbi o oldu ki, biz Vedibasar üzərinə qoşun yeritdik və onu silah gücünə məğlub etmək istədik. Məğlubiyyətimizin 2-ci səbəbi isə o oldu ki, biz Vedibasarın üzərinə qoşun yeritsək də, onları məğlub edə bilmədik.
Etnik tərkibi
“Cənubi Qafqazda qıpçaqlarla oğuzlar həmişə üstünlük təşkil edib. Qədim Ərməniyyənin də, Albaniyanın da əhalisinin çoxunu 4-cü yüzildə xristianlığı qəbul etmiş türklər təşkil edirdilər. Azərbaycan tarixini ancaq İslama bağlamaq VII yüzilə qədərki tariximizdən imtina etmək deməkdir. Elə indiki ermənilərin mənimsədiyi xristianlıq da həmin türklərin formalaşdırdığı xristianlıqdır. Bugünkü ermənilərin Cənubi Qafqaz ərazisinə gəlmələrinin dəqiq tarixi var. 1431-ci ilə qədər Cənubi Qafqazda hay faktoru olmayıb. Bu, faktdır.
Ərmənilər və Haylar
“Əvvəl Arminiya, sonralar Ərməniyə böyük bir coğrafi ərazinin, ölkənin adıdır. Daha sonralar xristianlığından imtina etməyənlərə ərmən, ərməni dedik. Onlar xristian türklər idi. Ermənilərin haylarla qaynayıb-qarışmasının günahkarı bizik. Biz xristian dinindən imtina etməyən türkləri yəni, ərmənləri aşağıladıq, özümüzdən uzaqlaşdırdıq, müsəlman təəssübkeşliyi ilə addımbaşı təhqir etdik. Nəticədə onlar bizdən uzaqlaşıb, kilsə icmaları şəklində öz mövcudluqlarını təmin etdilər, sonralar da Rusiyanın əli ilə Yaxın Şərqdən köçürülüb gətirilən hayların təsiri altına düşdülər. Ərmənlərin, yəni ermənilərin haylaşması prosesi 19-cu yüzilin ortalarında başa çatdı. Artıq dünyada erməni deyilən bir millət yoxdur, onlar Qafqazın latın xalqıdır, xristian türklərdir. İndiki ermənilər haylardır və onlar heç vaxt özlərinə erməni demirlər. Təsadüfi deyil ki, bizim vaxtilə kafir deyərək imtina etdiyimiz keçmiş xristian türklərdən törəyənlər, balayanlar, köçəryanlar, dəmirçiyanlar bu gün bizim qanımızı daha çox içməyə hazırdırlar.
Haylar isə 1431-ci ildən sonra zaman-zaman bu ərazilərə gəliblər. Haylar Hind-Avropa qrupuna daxil olan xalqdır və onların ərmənlərlə, yəni ermənilərlə heç bir etnik qohumluğu yoxdur. Onların öz alimləri belə öz tarixi mənşələrini aça bilmirlər. Əslində, açmaq istəmirlər. Çünki bilirlər ki, çox şərəfsiz bir keçmişləri var. İndiki ermənilər, yəni haylar etnik toplum deyil, onlar dini toplumdur. Qədim Assuriya və Urartu arasındakı döyüşlərdə bugünkü ermənilərin adını daşıdıqları Hayasa vilayəti Assuriyanın qul kaloniyası idi. Müharibələr zamanı ən müxtəlif etnoslardan olan insanlar əsir götürülür, Hayasa vilayətinə gətirilib, burada müxtəlif ağır, qul əməyinə uyğun peşələrə yiyələndirilib, dünyanın hər yanından gələn tacirlərinə satılırdılar. Ona görə də bugünkü ermənilərin damarlarında 72 millətin qanı axır. Bunların içində yunan, qaraçı, ərəb, fars, türk, aysoru, kürd, ən çox da azər türklərinin və başqa xalqların nümayəndələri var. Ermənilərin dünyanın hər yerinə yayılmalarının, sənətkar (bənna, dərzi, pinəçi və s.) millət olmalarının, kilsə tərəfindən idarə edilmələrinin sirrini burada axtarmaq lazımdır.
Ermənilərin qul xasiyyəti
“Müxtəlif tarixi dövrlərdə fərqli tarixi şəxsiyyətlər ermənilərin xarakteri haqqında çoxlu fikirlər deyiblər. Bu fikirləri nəzərdən keçirdikdə bir daha aydın olur ki, ermənilərin bütün xasiyyətləri onların qul, nökər, kölə həyat tərzindən irəli gəlir və yüzillər boyu qətiyyən dəyişməyib. Nədir bu əxlaq? Məlumdur ki, qulun içərisi həmişə kin-küdurət, paxıllıq, qisasçılıq, yaramazlıq, hiyləgərlik, özündən güclünün qarşısında mütilik kimi mənfi keyfiyyətlərlə dolu olur. Zaman-zaman mənən alçaldılan, addımbaşı təhqir olunan, əxlaqı, namusu əlindən alınan qul əlinə düşən ilk fürsətdə kimdən gəldi bunun acısını çıxmaq istəyir, sanki bundan mənəvi rahatlıq tapır. “Ermənilər ağ dərililər arasında ən pis qullardır” – Adam Metsin bu fikri heç də təsadüfi deyilməyib. Ermənilər həmin qul xasiyyətləri ilə dünən güclü xalqların, tayfaların oyuncağı idilər, indi də güclü dövlətlərin oyuncağıdırlar.
Xalçaçılıq və haylar
“Xalçanın tarixindən xəbəri olanlar bilir ki, bu sənət böyük tarixi ənənələrə bağlanır. Hər millət xalça toxuya bilməz. Haylar isə qətiyyən. Çünki onlar tarixən ağır qul əməyinə, qara işlərə alışdırılıblar. Qısa müddətdə öyrədilib, sonra bazarda satılırdılar. Xalçaçılıq həm vaxt aparan, həm də sivil sənətdir. O ki qaldı ermənilərin Azərbaycan xalçalarını öz adlarına çıxmaları, burada təəccüblü heç nə yoxdur, bu da qulun xasiyyətlərindən biridir, özündə olmayıb, ağasında olan hər şeydən onun özündə də olmasını istər”.
Özümüzə sual
“Tez-tez özümə sual verirəm: necə oldu ki, əsli-kökü olmayan bir ovuc erməni torpaqlarımızı işğal edə bildi? Doğrudanmı ancaq ona görə ki, arxalarında Rusiya kimi məkrli bir dövlət, xristian dünyasının bölgədəki maraqları dururdu? Məncə başlıca səbəb onların özləri, düşünülmüş siyasətləri dururdu. Məsələ burasındadır ki, onlar əvvəl özləri üçün uydurma bir tarix yaratdılar. Sonra da özlərini bu tarixin doğruluğuna inandırmağa çalışdılar, sonra başladılar yeni nəsilləri bu tarixə inandırmağa. Yüzillər boyu bu işi gördülər və artıq bugünkü erməni gəncliyinə sübut eləmək mümkün deyil ki, bu torpaqlar sənin deyil. Elə ona görə də 1988-ci ildə aldadılmış erməni gəncliyi çox həvəslə əlinə silah alıb Qarabağa hücum etdi. Çünki o inandırılmışdı ki, öz torpağını azad etməyə gedir”.
Azərbaycanda dinlərarası keçid
“Dünyada heç bir xalqın tarixində bir dindən digərinə keçid 1000 il çəkməyib. Bizdə isə millətin xristianlıqdan İslama keçidi min ildən çox çəkib – 7-ci yüzildən 19-cu yüzilə qədər. Bu proses millətimiz üçün çox ağrılı keçib, folklorumuzda, ədəbiyyatımızda da dərin izlər qoyub. “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Sarı gəlin” və başqa bu kimi əsərlər həmin ağrıların məhsuludur. Hələ də mübahisələr gedir, hələ də həqiqətlər ortaya çıxmır, hələ də bəzi həqiqətləri ucadan deməyə cəsarətimiz çatmır. Bəzi həqiqətlər var ki, onları deməyə alimlərimiz hazır deyil, bəzi həqiqətləri isə qəbul etməyə millətimiz hazır deyil”.
Yaylaq mədəniyyəti
“Vedibasar əhalisinin özünəməxsus böyük yaylaq mədəniyyəti var idi. Bu xüsusi bir ritual kimi həyata keçirilirdi. İstilər başlayanda insanlar yaylaq hazırlığına başlayar, oğul-uşaq, mal-heyvan, toyuq cücələri ilə birgə yaylağa qalxardılar. Hər kəndin yaylaqda yerləşəcəyi öz obası var idi. Obada da hər evin çadır quracağı təxmin yeri vardı. Yaylaqda olanda hər həftə kəndlərdən yaylağa sovqat – həyətlərdən mer-meyvə gəlirdi. Bu sovqatı almaq, qarşılamaq da xüsusi bir mərasim idi. Uşaqların sevinci yerə-göyə sığmırdı. Vedibasar camaatı hər il Göyçə dağlarındakı Əyricə yaylağına qalxardı. Bu yaylaq Əyri çayın kənarında yerləşirdi. Yaylaq mövsümündə hamı dincəlir, uşaqların yanağı dağ havasından qırtmıq bağlayır, ailələr qış mövsümü üçün yağ-pendir tədarükünü görürdülər. Obanın ortasındakı gur bulağın suyu azalanda camaat bilərdi ki geri dönməyin vaxtı çatıb. Bu, avqustun son günlərində olardı”.
Toy adət-ənənələri
“Vedibasar toylarında Azərbaycanın qədim adət-ənənələrini özündə əks elətdirən bütün qayda-qanunlara əməl edilirdi. Əvvəl qızın “həyə”sini alardılar, sonra bəlgə taxılardı, sonra nişan, xına, toy. Toy məclisi əvvəllər üç gün çəkirdi, sonralar iki gün oldu. Toydan əvvəl oğlan evinin ağsaqqalları ilə qız evinin ağsaqqalları oturub, “xərc-xörək” deyilən bir sövdələşmə edərdilər. Qız atasına çatacaq “başlıq” (süd pulu), qız evinin toy xərci (kəbin çörəyi üçün) və s. müəyyənləşdirilərdi. Toy günü gəlin qapıdan çıxanda mütləq gəlinin kiçik qardaşı və ya qardaşa bərabər tutulan şəxs qapı kəsər, bəyin atasından, ya qardaşından nəmərini alardı. Toyun birinci günü axşam bəy evində çadır qurular, bütün kənd gecə yarısına qədər çalıb-oynayardılar. Həmin gün gəlin evinə çalğıçılarla birgə xına da aparılardı. Toyun ikinci günü gəlin bəy evinə köçürülər, sonra məclis başlayardı. Məclisdə çalıb-oynayar, yeyib-içərdilər. Bu məclisdə qadınlarla kişilər bir yerdə iştirak etməzdi. Qadınlar evlərdə, kişilər isə mağarda olardı”.
Novruz bayramı
“Bizdə Novruz bayramı xüsusi təntənə ilə qeyd olunardı. Bayrama hazırlıq bir ay əvvəldən başlanar, həyət-baca, ev-eşik təmizlənər, mütləq evdə olan bütün paltarlar səhərdən axşama kimi günə atılardı. Buna “evtökmə” və ya “paltartökmə” deyərdilər. Nəhayət, ilin son çərşənbə axşamı gəlib çatardı. İlaxır çərşənbə adlanan həmin gün bütün kənd “qəbirüstü” deyilən mərasimə çıxar, hamı köhnə-təzə bütün ölənlərinin məzarlarını ziyarət edərdi. Həmin axşam küçələrdə tonqallar çatılar, adamlar tonqalların üstündən tullanardılar. Uşaqlar isə neçə gündən bəri ağ neft hopdurulmuş lopalara (biz “şar” deyərdik) od vurub, var gücləri ilə fırladıb göyə uçurardılar.
Həmin gün xüsusilə qızlar niyyət tutub qapıpusduya çıxar, evlərdə hər adama bayram payı bölünərdi. Bayram axşamı (ona Kiçik bayram və ya Baca-baca da deyirdilər) valideyn evindən övlad evinə pay göndərmək, cavan oğlanların ikibir, üçbir olub evlərə dəsmal və ya şal atması da gözəl adət idi. Bizdə heç vaxt papaq atmazdılar. Bayram payına bizdə bayramçalıq deyərdilər. Böyük bayramda isə adamlar bir-biri ilə bayramlaşmağa gedər, öz yaxınını, qohumunu bayram payı ilə yad edərdilər. Bu pay bayram şirniyyatından və hər hansı bir “xələt”dən ibarət olardı. Bayramda qırmızı yumurta boyamaq, onu döyüşdürmək, udmaq-uduzmaq özü bir aləm idi. Bayramlarda nişanlı qızların və təzə gəlinlərin görüşünə getmək xüsusi mərasim kimi icra olunar, oğlan tərəfin yaxın qohum qadın və qızları çoxlu hədiyyə, xonça və s. ilə qız və ya gəlin evinə gedərdilər”.
Mətbəxi
“Azərbaycan mətbəxinə məxsus olan bir çox yeməklər bizdə də bişirilirdi. Yay mövsümündə yaylaqdan yığılıb qurudulan ələyəz pencəri ilə bişirilən ələyəz aşının xüsusilə dadlı olardı. Əksər xörəklər adətən qovurma ilə bişirilərdi. Bizdə qovurmalıq deyilən bir mərasim vardı. Hər ailə payızda əvvəldən kökəldilmiş bir neçə qoç, bəzən iribuynuzlu heyvan kəsib qovurar, küplərə və ya iri qazanlara yığıb, bütün qışı istifadə edərdilər. Çörək isə adətən aylıq yapılardı. Hər həyətdə təndirxana (biz “təndirəsər” deyərdik) olardı, qonşular yığılar, bir kisə unun lavaşı bir günə yapılar və bu çörək bir ailəyə bir ay bəs edərdi.
Adətlərimiz çoxdur, təəssüf ki, yazmaqla qurtaran deyil”.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Xankəndi

Xəbər verdiyimiz kimi, Nardaranda bir qrup radikal islamçıya qarşı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardaran hadisələrinə hakimiyyət rəsmiləri tərəfindən sərt reaksiya verilib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq.

Komitə sədrinin sözlərinə görə, Nardaranda törədilmiş hadisələrə görə, din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar: “Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, hüquq-mühafizə orqanları Nardarandakı hadisələrlə bağlı ciddi ölçü götürməlidir.

S.Novruzov hesab edir ki, bu, silahlı dəstələrin hazırlanması, dövlətin quruluşunun dəyişdirilməsinə cəhd, eləcə də onların hansısa ölkələrin təsir vasitələrinə çevrilməsi nəticəsində baş verən hadisədir.

Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edib, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndirib.

“Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur. O, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil”, -deyə bəyanatda vurğulayıb.

QMİ təkzib etsə də, Nardaranda baş verən hadisəni törədənlərin radikal şiə məzhəbinin üzvləri olduğu hər kəsə məlumdur. Nardaran hadisələrini əks etdirən videogörüntülərdə sakinlər özləri bunu etiraf edirlər.

Ortaya maraqlı sual çıxır: Azərbaycanda şiə radikalizimi, yoxsa sünni radikalizmi daha təhlükəlidir?

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu AzVision.az -a bildirib ki, dində məzhəblərin yaranması təəssübkeşliyə əsaslanır. Müdafiə etdiyi dəyərlər baxımından aqressiv və ya qeyri-aqressiv ola bilirlər: “Məsələn, cihadı əsas götürənlər, onun mənasını anlamayanlar, bütün təriqətlərin hamısı aqressivdir. Amma elmin öyrənilməsini əsas tutan təriqətlərin hamısı maarifçi təriqətlərdir. Nurçular buna aiddir. Həm elm, həm də cihadı əsas götürənlər isə şiələrdir. Bu baxımdan təriqətlər İslamın hansı şərtini əsas götürüb, onun əsasında məzhəb yaradıblarsa, onunla həmin məzhəbin təhlükəliliyi müəyyən olunur”.

Partiya sədri hesab edir ki, cihadı əsas götürən və İslamın əsas şərtini qəbul edənlər və düzgün anlamayan təriqətlərin hamısı aqressiv və təhlükəlidir.

Onun sözlərinə görə, bunlara sələfilər, vəhhabiləri aid etmək olar: “Bir çox təriqətlər var ki, onlar İslamın buyurduğu 5 vacib əməldən birini daha üstün tuturlar. Bu zaman onlar radikal islamçı olurlar. Cihadı üstün tutan təriqətlər isə vəhabilər, sələfilər, İŞİD-çilərdir. Şiə məzhəbindən olan bəzi radikal islamçılar var ki, onlar daha çox Əfqanıstanda məskunlaşıblar”.

Politoloq Qabil Hüseynli isə deyir ki, bu məzhəblərin yaranması hakimiyyət uğrunda gedən savaşların nəticəsidir. Uzun illər bu parçalanmadan istifadə ediblər: “Bu, çox təhlükəlidir. Daxildə qarşıdurma yaradacaq, ölkəni parçalaya biləcək ideologiyanın formalaşmasına gətirib çıxaran amildir. Sünni və şiə təriqətini yayanlar, ölkədə İslam dinin eleyhinə təbliğat aparan adamlar kimi qəbul edilməli və məsuliyyətə cəlb olunmalıdırlar. Çünki vicdan azadlığı o demək deyil ki, ölkədə müxtəlif mənsəbləri, təriqətləri bölərək kimsə özünü lider hesab etsin. Bu kimi məsələləri yayan adamlar da öz ambisiyalarını üzə vuran adamlardır”.

Dini təriqət üzvlərinin ciddi təhlükə mənbəyinə çevrildiklərini deyən Qabil Hüseynli hesab edir ki, ölkədə sünnilərin daha çox vəhabiləşməsi prosesi gedir.

Politoloqun sözlərinə görə, vəhabiləşən sünnilər daha çox aqressiv, dövlətə qarşı barışmaz mövqedə dayanan siyasiləşmiş islamçıdırlar.

“Ümumiyyətlə məzhəb, təriqət ardınca gedən, özünü müsəlaman adalandıran adamlar siyasiləşmiş İslamın qollarıdır. Buna görə də din siyasətdən ayrıdır”.

Q.Hüseynli onu da qeyd edib ki, siyasətlə məşğul olan, dini siyasiləşdirən, dini siyasətə alət edən adamlardan məsuliyyət tələb etmək lazımdır.

Məlumat üçün bildirək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda həyata keçirdiyi əməliyyat zamanı 42 radikal dini təriqət üzvü tutulub. Bundan əlavə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakının Yasamal rayonunda Nurçulara qarşı keçirilən əməliyyatlarda 70-dən çox dini təriqət üzvü saxlanılıb.

Gültəkin Ələsgər

Comments are closed, but trackbacks and pingbacks are open.