Press "Enter" to skip to content

Ermənistan respublikası cəmiyyəti və terror

Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar artistlər Vəfa Zeynalova, Sənubər İsgəndərli, Aybəniz Haşımova Xalq artisti Ramiz Novruzla vida mərasiminə qatılıblar. Axşam.az xəbər verir ki, Vəfa aktyorun xəstəliyindən danışıb:. “Bu xəstəliyin ağrılarından, əziyyətindən canını qurtardı. Bu elə bir xəstəlikdi

Xocalı faciəsi – insanlığa qarşı terror və vəhşilik

Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 31 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin, o cümlədən Xocalıların öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin ediləcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbərlər Baxılıb: 370 Tarix: 21 fevral 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalı

Bu yaxınlarda HONOR şirkəti Azərbaycanda sərfəli qiymətə texniki cəhətdən təkmilləşdirilmiş yeni . smartfon seriyasını təqdim etdi. Biz isə ən çox diqqət çəkən iki yeni məhsul, yəni məhz HONOR X9a və . HONOR X8a ilə daha yaxından tanış olmaq qərarına gəldik. Hər iki smartfon eyni seriyaya aid olsa da

345 milyon insan aclıqdan ölə bilər

“Qara dəniz taxıl təşəbbüsünün müddəti artıq bitir. Lakin bu limanların açıq qalması çox vacibdir. Çünki 345 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda müqavilənin müddəti uzadılmalıdır”. “Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisl

Ramiz Novruzla vida mərasimindən görüntülər – FOTOLAR

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Ramiz Novruzla vida mərasimi keçirilib. BİG.AZ xəbər verir ki, Xalq artistinin evində təşkil olunan vida mərasiminə tanınmış simalar və incəsənət adamları qatılıb. Xalq artisti Ramiz Novruz bu gün saat 15:00-da “Qurd qapısı&quot

Nazirlik Cavidan Novruzun açıqlamasını yalanladı

Mədəniyyət Nazirliyi Xalq Artisti Ramiz Novruzun dəfn olunacağı məkanı açıqlayıb. OLAY yazır ki, nazirlik mərhum aktyorun “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacağını bildirib:. “Xalq artisti Ramiz Novruz bu gün saat 15:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

“Səhərə qədər Ramizin səsinə qulaq asmışam”

Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar artistlər Vəfa Zeynalova, Sənubər İsgəndərli, Aybəniz Haşımova Xalq artisti Ramiz Novruzla vida mərasiminə qatılıblar. Axşam.az xəbər verir ki, Vəfa aktyorun xəstəliyindən danışıb:. “Bu xəstəliyin ağrılarından, əziyyətindən canını qurtardı. Bu elə bir xəstəlikdi

Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? – RƏSMİ

Milli Məclisdə Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin müəyyən edilməsinin mümkünlüyü müzakirə edilib. -a istinadən xəbər verir ki, bu təkliflə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında&quot

İstanbulda bina çökdü

İstanbulda bina çöküb. xəbər verir ki, Fatih Katip Kasım Mahallesi Hadım Odaları küçəsində yerləşən 3 mərtəbəli binada çökmə baş verib. Hadisə yerinə çoxlu sayda xilasedicilər, səhiyyə və polis qüvvələri göndərilib. Xilasedicilər dağıntılarla bağlı araşdırmalara başlayıb. Tələfatın olmadığı, qrupları

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şima

Ana və 3 qızını dağıntılar altında qalmaqdan xilas etdi – FOTO

Türkiyədə baş verən zəlzələdə Hatayın Antakya rayonunda İlgım Mənzilinin 1-ci mərtəbəsində 3 qızı ilə birlikdə yaşayan qadın itləri sayəsində dağıntılar altında qalmaqdan xilas olublar. BİG.AZ türk mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı Azize Akın həyatlarını itləri “Asil”ə borclu olduqların

Ermənistan respublikası cəmiyyəti və terror

BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməli, cinayətkar ciddi şəkildə cəzalandırılmalıdır.

Təcavüzkar Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində ağlasığmaz ekoloji terror törədib. Bu dövr ərzində işğalçı ölkə təbiətə qarşı da təcavüzkar davranıb. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. İşğala qədər Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 280 min hektardan çox (13200 hektarı qiymətli ağac növləri) meşə fondunun, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac- təbiət abidələri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb. 28 il ərzində dinc insanların və təbiətin qənimi olan erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Bundan başqa, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməkdədir. Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq çaylarımızı çirkləndirməkdə davam edir. Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsi bunun əyani təsdiqidir. Belə ki, 30 ilə yaxın erməni işğalı dövrundə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı prosesində yaranan kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb. Bu çayın suyu hətta heyvanlar üçün belə zəhərli sayılır. Əslində Oxçuçayın həddindən artıq tullantılarla çirkləndirilməsi yalnız Zəngilan üçün deyil, Araz çayı və bütün Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ancaq məsələ yalnız bununla bitmir. Belə ki, Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsi su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirb çıxara bilər. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın ekoloji terroru ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, bu günlərdə Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin İnsan Hüquqları Şurasının 48-ci ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz şayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və bu isə nəzarət edilməsi mexanizmini hazırlamalıdır. GIWEH nəzərə çatdırıb ki, Rio Bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə olunub.

Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

Göründüyü kimi, təcavüzkar Ermənistan Azərbaycanın təbiətinə, biomüxtəlifliyinə, eləcə də bütün dünyanın canlı aləminə qarşı törətdiyi beynəlxalq səviyyəli cinayətkar əməllərinə görə tezliklə beynəlxlaq məhkəmə qarşısında cavab verəcək və məhşər ayağına çəkiləcək.

Comments are closed, but trackbacks and pingbacks are open.