Press "Enter" to skip to content

ELMİN AZƏRBAYCAN BAZARI. Ölkədə «dissertasiya bazarı»nın təməlini kimlər qoyub

Magistr təhsili dövründə dissertasiyanın 60-70%-ni görən, beş dil bilən şəxsi BDU-nun rektoru Abel Məhərrəmov işə götürüb, dissertasiya mövzusunu təsdiq etmək istəmirlər. Onlara deputat və ya pullu şəxslər lazımdır. Özlərindən hoqqa çıxardırlar. Dissertantura. Belə eybəcər ad dünyanın heç bir elmi müəssisəsində yoxdur. Hələ bir sıra universitetlərdə bu eybəcər ada daxil olmaq üçün üç imtahan vermək də tələb olunur. Bu maneələr pul qopartmaq üçündür.

Erzaq tehlukesizliyi dissertasiya elmi-praktiki əhəmiyyəti

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU

Ana səhifə “İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfrans.

  • İqtisadi təhlükəsizliklə informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi. Əliquliyev R., Mahmudov R.
  • Müstəqillik dövründə Azərbaycanın dövlət informasiya siyasəti. Niyazov X.
  • Milli kibertəhlükəsizlik strategiyalarının analizi. İmamverdiyev Y.
  • E-dövlət mühitində informasiya təhlükəsizliyinin idarə edilməsi problemləri. Əliyev E.
  • İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri. Mahmudova R.
  • İnternet azadlığı məsələsinə iqtisadi baxış. Əliquliyev R., Yusifov F.
  • E-dövlət mühitində insan hüquqlarının təmin olunması problemləri. Əhmədova A.
  • İnformasiya təhlükəsizliyi baxımından kritik vəzifələr üçün tələblər sisteminin formalaşdırılması. Nəbiyev B.
  • İnformasiya təhlükəsizliyi üzrə təhsil problemləri. Əliyev A.
  • İnformasiya təhlükəsizliyinin terminoloji problemləri. İmamverdiyev Y.
  • Media-analitika və informasiya təhlükəsizliyi. Əliyeva G.
  • Media İKT inkişafı kontekstində: KİV-lərin transformasiyası. Məmmədova L.
  • Uşaq və yeniyetmələrin İnternetin zərərli təsirlərindən qorunması problemləri. Mahmudova R., Tarverdiyev L.
  • Безопасность детей и подростков в интернет. Мустафаева Г.
  • Milli domen və kontentlərin xarici serverlərdə yerləşdirilmə səbəbləri və nəticələri. Qasımova R.
  • İnformasiya bolluğu informasiya müharibəsinə qarşı bir vasitə kimi. Ələkbərova İ.
  • Qlobal vulqarizm bazası. Əliquliyev R., Cəfərov Y.
  • Azərbaycan dili informasiya təhlükəsizliyinin komponenti kimi. Kərimova S.
  • İnformasiya təhlükəsizliyinin normativ-hüquqi bazası. Mahmudov R.
  • İnformasiya təhlükəsizliyinə vurulan ziyanların kompleks qiymətləndirilməsi məsələləri. Əliyev Ə.
  • Fərdi məlumatların Wikileaks-yönümlü sosial mühitlərə sızma risklərinin idarə olunması. Abdullayeva F.
  • Elektron kitabxanalarda fərdi məlumatların qorunması məsələləri. Məmmədov E.
  • Sosial şəbəkələr qlobal siyasi silah kimi. Əhmədova A.
  • E-dövlətin informasiya təhlükəsizliyi indikatorları. Əliquliyev R., Kazımov S.
  • E-dövlətdə CERT-komandaları şəbəkəsinin yaradılması. Həmzəyev R., İmamverdiyev Y.
  • E-dövlət mühitində dövlət sirrinin mühafizəsinin təmin edilməsi problemləri. Rüstəmov D.
  • Text Mining для приложений национальной безопасности. Алыгулиев Р.
  • Loq-faylların analizi əsasında informasiya təhlükəsizliyinin təmin edilməsi. Yusifov F.
  • Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarəetmə modeli. Abdullayeva F.
  • Vikimetrik tədqiqatların informasiya təhlükəsizliyində rolu. Ələkbərova İ.
  • E-elm mühitində informasiya təhlükəsizliyi problemləri. Fətəliyev T., İmamverdiyev Y.
  • Mobile security threats on smart phone. Tae Woon Kang, Imamverdiyev Y., Shikhaliyev R.
  • Veb-saytlara yürüdülən tələblər və informasiya təhlükəsizliyi. Şərifov M.
  • Veb-saytlarda təhlükəsizlik boşluqlarının analizi. Tarverdiyev L., İmamverdiyev Y.
  • AzScienceNet şəbəkəsinin informasiya təhlükəsizliyi siyasəti haqqında. Ələkbərov R.
  • AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyinin monitorinqi sistemi. Nəbiyev B.
  • AzScienceNet şəbəkəsində Cloud computing xidmətinin təhlükəsizlik məsələləri və həlli yolları. Ələkbərov R., Həşimov M., Mustafayev T.
  • Об одном подходе к интеллектуальному активному мониторингу компьютерных сетей. Шихалиев Р.
  • Əşyaların İnterneti üçün yüngülçəkili kriptoqrafiya. İmamverdiyev Y., Tae Woon Kang
  • İnformasiya təhlükəsizliyi insidentlərinin emalı proseslərinin analizi. Həmzəyev R., Məmmədov T.
  • Elektron tullantılar problemi və informasiya təhlükəsizliyi. Ağayev B., Əliyeva K.
  • Fotoportretlər əsasında insan sifətinin identifikasiyası sistemi. Kazımov T., Mahmudova Ş.
  • Разработка прототипа системы распознавания личности по голосу. Suxostat Л.
  • Kompüter sistemlərinin təhlükəsizliyinin qiymətləndirilməsi metodları. Şıxəliyev R., Yunusov T.
  • Privacy preserving Data Mining in e-government environment. Musayev V.
  • Имитационные модели исследования характеристик систем защиты информации распределенной сети. Исмайлов Б.

ELMİN AZƏRBAYCAN “BAZARI”. – “Ölkədə «dissertasiya bazarı»nın təməlini kimlər qoyub?

Azərbaycan Milli Aerokosmik Agentliyinin sektor müdiri, mərhum ufoloq Fuad Qasımovla çoxsaylı görüşlərimiz olub. Hər dəfə də zəlzələnin dəqiq proqnozu üzrə tədqiqatlar aparan və bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş alim sahə üzrə mövcud rüsvayçı vəziyyətdən ürək ağrısı ilə danışırdı. Həmişə təkrarlayırdı: «Fatma Abdullazadə ilə Arif Mehdiyev Azərbaycan elmini məhv etdilər!».

Bəli, düz tapdınız, F.Qasımov, 1993-2005-ci illərdə Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmış Fatma Abdullazadəni və Ali Atestasiya Komisiyasının (AAK) mərhum sədri Arif Mehdiyevi nəzərdə tuturdu.

2000-ci illərin əvvələrində doktorluq dissertasiyası müdafiə etmiş olsa da, Fuad Qasımov həyatdan gedən günə qədər halal zəhmətinin bəhrəsini görə bilmədi – doktorluq diplomunu ala bildmədi. Daha doğrusu mərhum Arif Mehdiyev qərəzli olaraq, kişinin diplomunu vermədi. Bir qələr aşağıda A.Mehdiyevin «qərəzi»nin nədən ibarət olduğu barədə də söhbət açacam.

Son günlər Azərbaycan elmində yaşanan biabırçılıqlar barədə yerli KİV-də dərc olunan yazılar Fuad Qasımovun söhbətlərini yadıma saldı və əməlli-başlı kövrəldim! Qulağıma qəribə səslər gəldi – sanki mərhum ufoloq deyirdi: «Hə, nə durmusan, sənə danışdıqlarımı niyə yazmırsan – səni belə etibarsız bilməzdim. Sən ki, bilirsən, o canilər məni necə çərlədib öldürdülər. ».

Gerçək elm adamlarına «divan tutulduğu» bir vaxtda, Arif Mehdiyevin «AAK aparatı» dayanmadan işləyir və xilafi alimlər «çap eləyirdi». İndiki «fəlsəfədən həndəsə doxduru, həndəsədən fəlsəfə doxduru» olanların böyük hesabla, həmin illərin «zəhərli məhsulu»dur (nəzərə alaq ki, Arif Mehdiyev 2016-cı ildə ölüb, Fatma isə hələ sağdır). İnli ağac atırsan, “fəlsəfə-həndəsə, həndəsə-fəlsəfə doxduruna” dəyir – əksəriyyəti də elmdən uzaq, səbatsız baqqal, pisniyyət çərçi.

2002-ci illərin əvvəllərində, Ali Attestasiya Komisiyasının Arif Mehdiyev dövrüdə Azərbaycan elmində yaşanan «alışma-bölüşmə» barədə, Fuad Qasımovun disetrtasiyası və diplomunun verilməməsi barədə silsilə yazılar dərc etdimişəm. Üstümə gələnlər, məni «izləyənlər», hətta «əməkdaşlıq» təklifi edənlər olub – Arif Mehdiyevin «emisar»ları.

Fuad müəllim doktorluq dissertasiyası barədə Elmi Şuranın protokolunun kserosurətini də mənə vermişdi. Orada komisiya üzvlərinin əksəriyəti deyirdi ki, bu izdə 5 elmi kəşf var, amma biz bunu anlaya bilmirik. Belə çıxırdı ki, AAK-nın üzvləri və sədri Fuad Qasımovun kəşflərini anlaya bilmirsə, deməli ona diplom vermək olmaz!

Amma Fuad müəllim «diplom problemi»nin gerçək səbəbini də mənə izah etmişdi. Onun dediklərindən aydın olurdu ki, Arif Mehdiyev diplomun qarşılığında, ondan «dissertasiyanın sirri»ni istəyirmiş.

Hamıya aydın olsun deyə, «dissertasiyanın sirri» barədə bir-iki kəlmə söhbət açmaq ehtiyacı var. Dissertasiyanın məğzi bundan ibarət idi – Fuad Qasımovun riyazi hesablamaları imkan verirdi ki, kosmosun müəyyən koordinatlarında az sayda zəlzələ «xəbərçi»ləri yerləşdirməklə, planetin ixtiyari koordinatları daxilində baş verəcək zəlzələnin dəqiq (bir neçə dəqiqəyə qədər) proqnozunu vermək mümkün olsun. Zəlzələnin dəqiq proqnozunun mümkün olmadığı indiki şəraitdə F.Qasımovun bu kəşfi dünyanı silkələyəcək bir elmi hadisə idi. Bu kəşf Azərbaycan elmini dünyanın başı üzərinə qaldıra bilərdi! Fəqət, Azərbaycan elm məkanını işğal etmiş möhtəkir «şayka» buna imkan vermədi.

Hə, deməli, Fuad Qasımov dəfələrlə söhbət zamanı mənə demişdi: «Arif Mehdiyev məndən həmin riyazı hesablamanı isiəyir!» Məlumat üçün bildirmək isəyirəm ki, Arif Mediyev uzun müddət keçmiş Kosmik Tədqiqatlar İnstitutunun Direktoru (rəhmətlik Tofiq İsmayılovdan sonra), sonra isə Azərbaycan Milli Aerokrsmik Agentliyinin prezidenti olub. AAK-na da oradan təyinat alıb – Fuad Qasımovla birgə işləyib və onun doktorluq dissertasiyasının elmi çəkisindən xəbərdar olub.

2008-ci ilin əvvəllərində (dəqiq tarixini xatırlamıram) mən, «Bakı-Zaman» qəzetində işləyirdim. Bir gün Fuad müəllim redaksiyaya gəldi – ürəyi dolu idi, xeyli sövbət etdik. Hiss edirdim ki, nədənsə çox narahatdır. Səbəbini soruşdum. Bir vərəq əlyazma çıxartdı və dedi: Oxu, verə bilərsənsə, ver.

Onu yola salandan sonra, kağıza baxdım və dəhşətə gəldim. Fuad müəllim beləcə yazmışdı : Məni öldürmək isəyirlər!

O vaxt mən, demək olar, yol üstəydim – Rusiyaya işləməyə gedəsiydim. Ona görə də Fuad müəllimin son arzusunu yerinə yetirə bilmədim – buna görə, indi də xəcalət çəkirəm! Bu etirafımla, indi Fuad müəllimin ruhu qarşısında diz çöküb, üzr istəyirəm.

Amma Fuad müəllimin müraciəti məhv olmadı – yol üstündə olduğum üçün, etibar etdiyim və həqiqi jurnalist saydığım, hörmətim olan bir həmkarıma verdim və məsələni qısaca şərh etdim. İndi bilmirəm, o şəxs həmin kağızı saxlayıbmı? – amma Allaha şükür ki, özü sağ-salamatdır.

Az müddət Rusiyada qaldım və geri qayıdan zaman, tanıdığım jurnalistlərdən biri Fuad Qasımovun vəfat etdiyi xəbərini mənə söylədi. Çox məyus oldum – indi də onu xatırlayan zaman ürəyimdən qara qanlar axır.

Sözümün canı budur ki, AAK gerçək alimlərə divan tutuduğu bir vaxtda, “fəlsəfədən həndəsə, həndəsədən fəlsəfə doxduru” olanlar istehsal edilirdi, yəni ki, bu gün barəsində yazılar yazılan «doxdurlar» həmin illərin məhsuludur. ..

Müşahidələr göstərir ki, təməli mərhum Arif Mehdiyev tərəfindən qoyulmuş «dissertasiya bazarı» bu gün də fəadiyyətdədir və miqyası da hər il əhəmiyyətli dərəcədə genişlənir.

Qeyd edək ki, hələ illər öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də bu “bazarı” bağlamağın zəruriliyini bəyan etmişdi. O, ciddi rezonans doğurmuş“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində bunu açıq və sərt şəkildə tənqid etmişdi. Sitat: “ ELM bir BİZNESƏ ÇEVRİLİB və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir,belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər . Söz yox ki , bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz!…

…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına , müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır”.

Belə faktlar təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da azalmadı. Administrasiya rəhbərinin Azərbaycan elmində, elmi adların verilməsində yaranmış vəziyyəti çox dəqiq şəkildə ifadə edən sözügedən məqaləsi ölkədə ciddi rezonans doğursa da, elm və təhsil müəssələrində bir müddət geniş müzakirə edilsə də, konkret nəticəyə səbəb olmadı. İclaslarda “elmdə bazarı yığışdırmaq lazımdır” deyib gurultulu bəyanatlar verənlər, qısa müddətdən sonra “ənənəvi” üsulla elmi adları “bazara” çıxardılar.

Bu da müxtəlif səbəblərdən “titul acı” olanların “alim” adı almasına şərait yaradır. “Pulum var, imkanım var, niyə bir elmi adım da olmasın?” deyib baş vururlar Elmlər Akademiyasına və ya Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən, elmi mərkəzlərdən birinə. Orada adını dissertant və ya doktorant kimi qeydiyyata salaraq, formal bir mövzu götürürlər. Yüksək vəzifəlilər tapşırıqla ( “halallıq” üçün şirinlik verənləri də olur-red.), qalanları “bazarlıq” nəticəsində razılaşdırılan məbləği verməklə, heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işi yazdırırlar. Nə seminarlara çıxırlar, nə də müzakirələrə. Adlarından bir-iki məqalədə çap etdirib, alimlik dərəcəsini alırlar.

Bütün bu prosesi də qısa müddətdə yekunlaşdırırlar. Həqiqi elm adamları 2-3 ilə mövzusunun adını belə təsdiqlədə bilmədiyi halda, saxta və ya “imkanlı” alimlər 3-4 ilə hətta professor titulunu əldə edə bilirlər. Bunun zərbəsi isə Azərbaycan elminə, həqiqi alimlərə, bütövlükdə Azərbaycan cəmiyyətinə dəyir.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Aspirant 2018-07-23 17:45:43

Əgər məllimin doktorluq dissertasiyasında həqiqətən 5 elmi kəşf var idisə və AAK-da bunu başa düşəcək bir alim yox idisə, Fuad Qasımov bu dissertasiyanı çox asanlıqla digər ölkələrdə, məs. Rusiayada, Gürcüstanda, Amerikada və s. müdafiə edə bilərdi. Qrişa Perelman Puankare hipotezini necə müdafiə etmişdi? O ki qaldı elmdə korrupsiyaya, bunun kökü hələ sovet dövrünə gedir, sadəcə müstəqillikdən sonra daha da çiçəkləndi.

Dr.AGAOGLU 2018-07-23 17:45:43

ƏGƏR ELMİ BİLİKLƏRİN AİDƏTİ ÜZRƏ TƏTBİQİ APARILMIRSA,HƏMİN DİPLOMLAR HEÇ BİR DƏYƏR DAŞIMIR VƏ SAHİBİNİN ADI ÜSTƏ YAZILMIŞ BİR KARDON PARÇASIDIR.bUNDAN İSTİFADE ETMEK FİKRİ,BİLİYİ OLMAYAN ADAMLAR SOVET TƏFƏKKÜR TƏRZLİ İNSANLARDIR VƏ HƏLƏDƏ O RUHLA YAŞAYIRLAR.DOST-TANIŞ,QOHUM YANINDA ÖYÜNMƏK VƏ BİRDƏ . NEKROLOQDA YAZİLMASI,BAŞ DAŞINDA QEYD OLUNMASI ARZULARI.BU VEZİYYƏTDƏN İSTİFADƏ EDƏNLƏR İSƏ MƏMURLARDA OLAN OĞURLUQ PULLARIN YUYULMASİNİ TƏŞKİL EDEREK PUL MÜQABİLİNDƏ HƏRƏSİNƏ BİR ADI YAZILAN KARTON VERİR.

ayzek 2018-07-23 17:45:43

ümumiyyətlə bu Amealar-Mamealar hamısı ləğv olunmalıdır.Əslində elmdə bazar açılmasının da məqsədi budur-elmin manqurtlaşdırılması!

Moşu 2018-07-23 17:45:43

Doğrudan da çox unikal xalqıq. Rusiyanı, Iranı, Ermənistanı özümüzə düşmən bilirik. Ürək ağrısı ilə deyə bilərəm ki, Azərbaycanın əsl düşməni özümüzük. Yəni bu günmü məlum oldu ki, Azərbaycan elmini bu günə qoyan kimlər olub və bunlar niyə indiyə kimi məsuliyyətə cəlb olunmayıblar? Nə qədər allahsızlıq, qansız olasan ki, bu xalqa qənim kəsiləsən? Rüşvət bu xalqın qanına, illiyinə kimi işləyib. Bütün xalq rüşvət azarına tutulub. Hər yerdə təmiz bazardır. Kimsə sübut etsin ki, elə deyil. Müstəqilliyimizdən üzü bəri göstərin ki, dünya səviyyəli bir elmi nailiyyətimiz var. Bizim məkanımız bazardır. Bazar psixologiyası ilə yaşayırıq. Mənim əlimdə müəyyən səlahiyyət olsa idi 1991-ci ildən üzü bəri bütün müdafiə işlərinin ekspertizasını keçirsəydik. Özü müdafiə etmiş alım üçün heç bir qorxu yoxdur, çünki o, öz mövzusunu bilir, saxta alimlər hamısı üzə çıxacaq. Ölkə rəhbərliyi prinsipiallıq göstərərsə bu ümumi işin xeyrinə olar

Bakili 2018-07-23 17:45:43

Sizdə tutmusuz bu bisavadları atəşə.Qoyun o alim statuslu başı boş bisavadlar əllərindəki dəyərsiz diplomla oynasınlar.Onsuz da onların agızlarını açan kimi alim olmadıqları başa düşülür.Hətta görməmiş baxışlarından da görünür.Mühazirəyə girəndə tələbələr də onlara gülür.

Fikrət Hacıyev 2018-07-23 17:45:43

GDU-da fizika üzrə orta məktəb məsələlərini həll edə bilməyən, ömründə nəinki fizika üzrə, heç bir bədii kitab da oxumayanlar fizika üzrə elmlər namizədi və bəziləri hətta fəxri professor adı alıblar. Bu alimlər GDU-nu elə hala salıblar ki, 640 balla qarıxıb GDU-ya gələn gənc əlaçı ola bilmədiyi halda, 201 balla qəbul olan tələbə nəinki “əlaçı” olur və hətta müəllimə dərs keçməyə belə imkan vermir.

t.ədalət-Ə CAVAB: 2018-07-23 17:45:43

SƏN DEDİYİN O “BƏDBƏXT ZAMPOLİTLƏRİN” ADLARI ONA GÖRƏ BEDNAMDIR Kİ, YALNIZ, YALNIZ VƏ YALNIZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV FENOMENİNİN AZƏRBAYCANÇILIQ VƏ DÖVLƏTÇİLİK YOLUNA SİDQ ÜRƏKLƏ XİDMƏT ETMİŞLƏR VƏ BÖYÜK ƏKSƏRİYYƏTİ DÖVLƏT MARAQLRINI HƏR ŞEYDƏN ÜSTÜN TUTARAQ CİBLƏRİNƏ-QARINLARINA VƏ YA “DÖVLƏT İÇİNDƏ DÖVLƏT” QURMUŞ MAFİOSTİK STRUKTURLARIN MARAQLARINA DEYİL, ÜMUMDÖVLƏT, ÜMUMMİLLİ VƏ ÜMUMORDU MARAQLARINI MÜQQƏDDƏS TUTARAQ ORDUDAXİLİ MAFİOZLARLA MÜBARİZƏ APARMIŞLAR.

R-n 2018-07-23 17:45:43

Nazperi yegin . uzre mudafie edib. cole cixa bilmir indiye geder.Bu adi da ona yegin .

– 2018-07-23 17:45:43

Oxumuş, ziyalısı olan xalqı idarə etmək cətindir. Deməli, belə məsləhət biliblər.

antiAbu 2018-07-23 17:45:43

Ancaq və ancaq Azərbaycan sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən dissertasiya mövzuları təsdiq edilməlidir. Rüşvət mənbəyi olan dissertantura və ona qəbul ləğv edilməli, dissertasiya mövzuları dissertanta təklif olunmamalıdır! Mövzuların Nazirlər Kabinetində təsdiqinə son qoyulmalıdır! Müdafiə edən şəxsdən və onun elmi rəhbərindən müdafiə olunan mövzunun Respublika sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə motivasiya tələb olunmalıdır. Disertasiyaların 99%-i mənasız işlərdir.

rasim 2018-07-23 17:45:43

Magistr təhsili dövründə dissertasiyanın 60-70%-ni görən, beş dil bilən şəxsi BDU-nun rektoru Abel Məhərrəmov işə götürüb, dissertasiya mövzusunu təsdiq etmək istəmirlər. Onlara deputat və ya pullu şəxslər lazımdır. Özlərindən hoqqa çıxardırlar. Dissertantura. Belə eybəcər ad dünyanın heç bir elmi müəssisəsində yoxdur. Hələ bir sıra universitetlərdə bu eybəcər ada daxil olmaq üçün üç imtahan vermək də tələb olunur. Bu maneələr pul qopartmaq üçündür.

ABDULQADIR 2018-07-23 17:45:43

ALLAH REHMET ETSIN FUAD MÜELLIME.HAQQ DÜNYASINDA ALACAGINI ONDAN ALACAQ VE ONA YERIN DERINLIYININ RIYAZI HESABLARININ SIRRINI VERECEK.ISHALLAH.

ABDULQADIR 2018-07-23 17:45:43

TEMSIL-BIR GÜN HEYVANANAT ALEMINDE ,,EN GÖZEL SES,,YARISHMASI KECHIRILIR.MÜNSIFLER HEYETI UZUN QULAQ,DONUZ VE CANAVARA HEVALE OLUNUR. ANQIRAN,FINXIRAN VE ULUYANLAR QALIB ELAN EDILEREK FEXRI FERMAN,DIPLOM VE MÜKAFATLA TELTIF EDILIRLER.BU VAXT BIR QRUP GÖZEL SESLI QUSHLAR ETIRAZ ELAMETI OLARAQ MÜSABIQENIN EDALETSIZ NETICESINI LEGV ETMEYI TELEB EDIRLER.MÜNSIFLER-BILIRSIZ BIZI BURA TEYIN EDIBLER, SIZDEN GÖZEL SESLER ESITDIK,ANCAQ,NE FAYDA KI,ANLAMAQDA CETINLIK CEKDIK,ONA GÖRE SESIMIZI ANLADIQLARIMIZA VERDIK.

t.ədalət 2018-07-23 17:45:43

Dəhşətlisi odur ki,onların vaxtında adi hərbi məktəbləri bitirmiş “zampolitlər”in çoxu elmlər namizədi oldular.Sovet imperiyası zamanı “zampolit” məktəbləri ali təhsil sayılmırdı.Çünki onlar adi təlim kursu keçirdilər.Sovet dövründə “zampolitlərə” kapitandan yuxarı hərbi rütbə verilmirdi.Bizdə “zampolitlərin” hamısı polkovnikdir. Ölçülər pozulduğuna görə yarıtmaz kadrların əlində qalmışıq və həmin kadrlar təhsilləri yetməyən vəzifələri lazımınca icra edə bilmirlər.

ruslan 2018-07-23 17:45:43

Gənc və isdedadlı alimlərin dissertasiya mövzularının təsdiqlənməsini əngəlləyən, rüşvət yığmaq üşün yaradılmış dissertanturalar təcili ləğv edilməli, ölkənin strateji maraqlarına xidmət edən, ölkə üçün praktik əhəmiyyəti olan dissertasiya mövzularına üstünlük verilməlidir. Bəzi əclaflar dissertasiya təsdiqi zamanı aldıqları rüşvət bəs etmədiyindən, mövzu təsdiqini də rüşvət mənbəyinə çeviriblər. Pullu bunu bir göz qırpımında edir. Elm, Azəbaycanda Fatmalar və Fərəhlər tərəfindən məhv edilir. Heyf!

aspirant 2018-07-23 17:45:43

Məqalə təqdirəlayiqdir.Fəlsəfə bir fənn və elm sahəsi (ağıl, düşüncə ,yanaşma tərzləri) onu başqa elmlərə qoşmaq yanlışdır.Hələ Sovet vaxtı Fəlsəfə elmləri doktoru,namizədi olub. Bu ciddi məsələ olduğundan son 25 il ərzində elmi ad alanların sənədləri,elmi işi nəzarətə götürülüb başabəla alimlərin elmi adları ləğv edilməlidir.Hətta nazirimiz də vr ki, sanki institutla birgə aspiranturanı da bitirib.Bu elmə hörmətsizlik,ölkəyə isə aşağılıqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.