Uşaq huquqları və vəzifələri
Söhbətin sonunda Şərqiyyə müəllim məktəbin direktoru Akif Rəsulovun yeni təlim resursları ilə onları təmin etməsi, problemlərin həllində dəstək olması ilə bağlı razılığını bildirdi. A.Rəsulov kollektivdə səmimi bir atmosfer yaradıb, müəllim-şagird-valideyn münasibətlərini tənzimləyib. Səmimi, mehriban olduğu qədər də tələbkardır. Biz isə birincilərin fəal müəlliminə və onun şagirdlərinə uğurlar diləyib onlardan ayrıldıq.
Uşaqların cinsi inkişafı
Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.
Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.
Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:
– cinsi inkişafdan geri qalma,
– cinsi inkişafın vaxtından qabaq başlaması.
Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra onlarda xarici cinsiyyət üzvləri normaya qədər inkişaf edir və eyni zamanda ikincili cinsi əlamətlər də formalaşır. Lakin ailənizin bir neçə nəslində uşaqların belə inkişaf etməsi faktına əmin olsanız da, uşağı yenə də endokrinoloqa göstərmək lazımdır.
Uşağın cinsi inkişafdan geri qalması cinsi xromosomların anadangəlmə dəyişikliyi (“artıq” və ya “çatışmayan” cinsi xromosomlar), endokrin xəstəlikləri, cinsi inkişafı gecikdirə bilən hər hansı bir digər ağır xəstəlik (məsələn, baş beyin şişləri) və s. səbəblər nəticəsində baş verə bilər. Bundan başqa, keçirilən ümumi xəstəliklər, natamam qidalanma, zəruri fiziki hərəkətliliyin olmaması, vitamin çatışmazlıqları, qulaq-burun-boğaz xəstəlikləri, məktəbdə, ailədə uşağın keçirdiyi daimi streslər və s. səbəblər də uşağın cinsi inkişafını ləngidə bilər.
Cinsi inkişafın ləngimiş olduğu hər bir halda, uşaq dərindən müayinə edilməli və bu ləngimənin səbəbi (və ya səbəbləri) müəyyən edilməlidir. Qeyd etmək lazımdır ki, müasir təbabət hal-hazırda cinsi inkişafın ləngiməsinin müalicəsi üçün bir sıra effektiv vasitələrə malikdir. Bu halda, valideynlər tərəfindən uşaqda cinsi inkişafın ləngiməsinin ilkin əlamətləri aşkar edilən kimi, mümkün qədər tez bir zamanda onu həkimə göstərmək çox vacib hesab edilir.
Əgər qızlarda 8 yaşa qədər, oğlanlarda isə 9 yaşa qədər olan dövrdə daha böyük yaşlara uyğun cinsi inkişaf əlamətləri nəzərə çarparsa (oğlanlarda cinsiyyət üzvünün böyüməsi və qasıq nahiyəsində tüklərinin əmələ gəlməsi, qızlarda isə süd vəzilərinin böyüməsi, qasıq nahiyəsinin erkən tüklənməsi), bu halda vaxtından qabaq baş verən cinsi inkişaf barədə düşünmək olar.
Erkən cinsi inkişafın səbəbi irsi xüsusiyyətlər ola bilər. Təkrar edirik ki, ailənizə xas olan bu irsi xüsusiyyət barədə məlumatınız olsa da, uşağı həkimə göstərməyiniz vacib hesab edilir. Uşaqlarda erkən cinsi inkişafın digər səbəbləri – müxtəlif travmalar, infeksiyalar, qızlarda yumurtalıqların, oğlanlarda isə xayaların şiş xəstəlikləri, mərkəzi sinir sisteminin cinsi inkişafı tənzimləyən hormonlar ifraz edən hissələrinin şişləri və s. də ola bilər.
Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müayinə etmək və tələb olunan hallarda isə həkim-endokrinoloq tərəfindən düzgün müalicə etmək lazımdır. Müasir dövrdə belə patologiyaların müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkün olur.
Oğlanların cinsi inkişafı
Oğlanlarda aktiv cinşi inkişaf dövrü, adətən, qızlardan 2 il gec olmaqla başlayır. Bu dövr 12-13 yaşlarından başlanır və yalnız 22-25 yaşlarında (boyatma prosesinin qurtarması ilə birlikdə) bitir. Cinsi yetkinlik dövrü başlayan zaman qanda testosteronun (kişi cinsi hormonu) səviyyəsinin kəskin şəkildə artması və ikincili cinsi əlamətlərin formalaşması baş verir: xayalıqda dərialtı piy qatının itməsi, üzərində piqmentasiya və qırışların əmələ gəlməsi, xayaların və cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq altının və üz nahiyəsinin tüklənməsi, qırtlağın böyüməsi və səsin dəyişməsi, spermatogenez (spermanın ifraz edilməsi) prosesinin formalaşması.
1-2 il ərzində bəzi oğlanlarda süd vəzilərinin bir qədər böyüməsi də (ginekomastiya) nəzərə çarpa bilər. Bu hal daha sonra öz-özünə keçib-gedir. 15-16 yaşlarında oğlanlarda bir çox hallarda erotik yuxugörmələrlə müşayiət olunan, pollyusiyalar (gecə vaxtları qeyri-iradi sperma ifrazı) baş verir. Oğlan uşaqlarında reproduktiv fəaliyyət 16-17 yaşlarında tam olaraq formalaşır.
Oğlanlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:
11-12 yaş
- səs tembrinin dəyişilməsi ola bilər
- qasıq nahiyəsində tək-tük tüklərin əmələ gəlməsi
12-14 yaş
- səs tembrinin dəyişilməsi davam edir
- qasığın tüklənməsi artır
- qoltuqaltı nahiyənin tüklənməsi başlayır
- qalxanabənzər qığırdağın qabarması başlanır
- üst dodağın üstündə yumşaq tük örtüyü əmələ gəlir
14-15 yaş
- səsin kişi tembri
- qasıqda və qoltuqaltı nahiyələrdə sıx tüklər
- üzün tüklənməsi güclənir
- xirtdək formalaşır
17 yas
- spontan toxum ifrazı – pollyusiyalar baş verir (daha tez-tez yuxuda)
- yuxarıda qeyd olunanlar + qasıq və qoltuqaltında qalın və qıvrılmış tüklər.
Qızların cinsi inkişafı
Qızlarda cinsi inkişaf orta hesabla 8-10 yaşlarda başlayaraq 16-17 yaşlarında sona çatır. Cinsi yetkinlik dövründə bütün proseslər ciddi ardıcıllıqla inkişaf edir: 8-10 yaşlarında bud-sağrı nahiyəsi “yumrulaşır” və qadın bədən quruluşunu xatırladır; 10-12 yaşlarında qasıq nahiyəsində, 12 yaşından isə qoltuq altında tüklər əmələ gəlir. 12 yaşında bədən ölçülərinin kəskin dərəcədə artması müşahidə olunur. Sonda isə qızın cinsi inkişafının ən başlıca nəzərə çarpan hadisəsi olan – aybaşı (menstruasiya) başlanır. Əksər qızlarda aybaşının başlanması 13 yaşında baş verir.
Qızlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:
8-10 yaş
- süd vəziləri döş qəfəsi üzərində hələ ki, özünü büruzə vermir və ya giləətrafı dairə süd vəzi
giləsi ilə birlikdə bir qədər qabarmış olur;
10-12 yaş
- süd vəziləri döş qəfəsi səthində bir qədər, bəzən də nəzərə çarpan dərəcədə
önə qabararaq gilələrlə birlikdə konus şəkli alır,
- qasıqda tək-tük qasıq tükləri nəzərə çarpır,
- qoltuqaltı nahiyələrdə tük yoxdur;
12-13 yaş
- süd vəziləri yumru forma alır, gilələr giləətrafı dairədən önə qabarır,
- qasıq nahiyəsinin tüklənməsi davam edir,
- qoltuqaltı nahiyələrdə tüklənmə əmələ gəlir,
- ilk aybaşıların başlanması ehtimalı olur;
13-15 yaş
- süd vəziləri qadınlara xas forma alır,
- bütün qasıq üçbucağı tüklənir,
- qoltuqaltı nahiyələrdə tüklənmə güclənir – bu nahiyədə tüklər uzanır və qıvrılır,
- aybaşı mütəmadi xarakter alır.
Saglamolun.Az
Uşaq huquqları və vəzifələri Şagirdlər bu haqda nə dərəcədə məlumatlıdırlar? Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Çünki uşaqların hər biri dövlətin gələcəyidir. Azərbaycan Respublikasında uşaq hüquqları dövlətimizin nəzarəti altında fəaliyyət göstərir. Qeyd edək ki, bütün uşaqlar bərabər hüquqlara malikdir. Bəs uşaqlar öz huquqlarını bilirlərmi? Bu yaxınlarda rus kanallarının birində həmin mövzuda maraqlı veriliş izlədim. Orta məktəbdə ən kiçikyaşlı şagirdlərin belə bu barədə ətraflı məlumatı olması məndə bizim uşaqlarla bağlı suallar yaratdı. Görəsən, Azərbaycan məktəbliləri hansı hüquqlara malik olduqlarını və onların nə kimi məqsədə xidmət etdiklərini bilirlərmi? Təəssüf ki, çox az məktəbdə şagirdlər mənim bu sualımı düzgün və ətraflı şəkildə cavablandıra bildilər. Amma bu yaxınlarda 242 nömrəli tam orta məktəbdə oldum və Şərqiyyə Dadaşovanın rəhbərlik etdiyi 1a sinfinin şagirdləri məni müsbət mənada təəccübləndirməyi bacardılar. Onlar nəinki öz hüquqlarını, həmçinin hansı vəzifələrinin olduğunu da bilirlər. Şərqiyyə müəllimin şagirdləri – İsmayıl, Fərid, Günəş, Gülay, Zəhra, Murad, Ayşən, Nərmin, Aydan, Ərkinaz, Ülviyyə, Aysu, Əfruz, Pərvin və digərləri bu mövzuda onlara ünvanladığım suallara dolğun və ətraflı cavablar verdilər. Uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, ad və vətəndaşlıq almaq, vicdan, fikir və söz azadlığı, mənzil və digər hüquqlarının olduğunu deyən birincilər onun əsas vəzifələrini də sadaladılar. Şagirdlər uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açdılar. Biz bu məlumatlı uşaqların sinif rəhbərinə təşəkkür edərək söhbətimizi onunla davam etdirdik. Şərqiyyə müəllimdən öyrəndik ki, ali təhsil aldığı Pedaqoji universitetin həmkarlar ittifaqının sədri olub. Ali məktəbi fərqlənmə ilə bitirib. İlk iş yeri Mehdiabad, Digah qəsəbə orta məktəbləri olub. 30 illik pedaqoji təcrübəyə malikdir. Orta məktəblərin yeni təlim qaydalarına keçməsi ilə əlaqədar digər həmkarları kimi “Mədəd”, “Öyrədənlərin öyrədəni” kimi kurikulum kurslarında iştirak edib və birinci dərəcəli sertifikata layiq görülüb.Bu sənəti seçməyində ibtidai sinif müəllimi Gülsum xanımın böyük təsiri olub: – Gülsüm müəllim şagirdlərinin dəftərlərini yoxlamaq üçün bəzən mənə verərdi. Sonra onları yoxlayarkən səhv etmədiyimə əmin olardı. Ümumiyyətlə, mənə orta məktəbdə çox savadlı müəllimlər dərs deyib. Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Tamilla Qurbanova, Əziz Yeqanlı, Şəfiqə Əliyeva indiyədək xatırladığım hörmətli müəllimlərim olub. Əjdər Ağayev isə pedaqoji üniversitetdə də dərs deyib. Artıq mənim şagirdlərimdən də bir çoxu vəzifə – sənət sahibləridir. Gülnarə müəllimdir, Rüstəm FHN-də, Tahir və Həsən isə polis orqanlarında işləyir.
Şərqiyyə müəllim öz şagirdləri ilə müxtəlif tədbirlər təşkil edirlər.Onlardan bir neçəsi müstəqillik gününün qeyd edildiyi tədbirdə şeir və mahnılarla çıxış ediblər, səhnələşdiriblər. Şagirdlərimdən Pərvin Hüseynzadə bu yaxınlarda karate üzrə keçirilən yarışda birinci yeri əldə edib.Şərqiyyə müəllimin şagirdləri çoxlu şeir, nağıl bilir, Azərbaycanın dövlət rəmzlərini tanıyır, artıq imla belə yazmağı bacarırlar. Şərqiyyə Dadaşovanın özünün də təhsildə qazandığı uğurlar az olmayıb. Tələbəlik illərindən bu günə qədər 225 nömrəli tam orta məktəbdə, Pedaqoji Universitetdə fəallığına görə fəxri fərman və diplomlarla təltif olunub. Dövri mətbuatda məqalələr, elmi yazılarla çıxış edib.
Söhbətin sonunda Şərqiyyə müəllim məktəbin direktoru Akif Rəsulovun yeni təlim resursları ilə onları təmin etməsi, problemlərin həllində dəstək olması ilə bağlı razılığını bildirdi. A.Rəsulov kollektivdə səmimi bir atmosfer yaradıb, müəllim-şagird-valideyn münasibətlərini tənzimləyib. Səmimi, mehriban olduğu qədər də tələbkardır. Biz isə birincilərin fəal müəlliminə və onun şagirdlərinə uğurlar diləyib onlardan ayrıldıq.
Hüsniyyə Zülfüqar,
“Təhsil problemləri”
Uşaqları düzgün tərbiyə etmənin yolları
Uşaqlarımıza düzgün davranış öyrətmək dedikdə, çox vaxt insanlar arasında cəzalandırma ve ya onlarla sərt davranmaq kimi anlayışlar başa düşülür, amma əslində heç də belə deyil. Uşaqlarımız gələcəyimizin güzgüləridir. Bildiyimiz kimi, hər bir uşağın tərbiyəsində ailənin rolu böyükdür. Uşaqlara hər dediyimiz sözə diqqət etməliyik, çünki onların gələcəkdə öz mövqelərini tutmaqları üçün valideyn tərbiyəsindən çox şey aslıdır. Uşaqlara nəyin doğru, nəyin sehv olduğunu göstərmək üçün və doğruların həyatımızda əhəmiyyətini anlatmaqla uşaqlarda düzgün davranışı sərgiləyə bilərik. Uşaqlar səhv edən zaman onlara istər fiziki, istərsə də psixoloji təsir göstərmək olmaz, bu uşaqları daha da ruhdan salar və həyata küsdürər. Ona görə etdiyimiz hər bir hərəkəti onları incitmiyəcək tərzdə etməliyik. Buradan bele bir sual ortaya çıxır:
Uşaqlarımıza düzgün davranışı öyrədən zaman nələri nəzərə və diqqətə almalıyıq?
1.Uşaqların müəyyən yaş dövrləri var ki, uşaqlar o zaman özlərini diqqət mərkəzində hiss edirlər, sanki dünya onların istəklərinin ətrafında fırlanır, bir sözlə, çılğın olurlar. Mən deyərdim ki, bu zamanda uşaqlarımızdan yetkin bir davranış gözləmək heç də düzgün deyil. Hər bir uşaq uşaqlığını yaşamalıdı və bu onların gələcəyi üçün çox vacibdir.
2.Uşaqların əsəbi, hirsli olan vaxtlarında onları öz hisləri ilə yaşamağa icazə verin. Çalışın onun yanına getməyəsiz, o sakitləşən zaman gedib onunla söhbət apara bilərsiz, amma onları dinləmək şərtilə. Bu hal kiçik yaşlı uşaqlarda daha uğurlu bir addım sayıla bilər. Onlar hislərini ifadə edən zaman çalışıb onları diqqətdən dinləyib sonra nəyin düz, nəyin sehv olduğunu başa salmaq lazımdır. Əgər uşağınız hirsli olan zaman ona hər hansı bir fiziki cəza göstərsəniz inanın siz uşağınızın sadəcə nifrətini qazana bilərsiz. Nəzərə almalısınız ki, uşaqlar o dövrlərində çox həssas olurlar.
3.Yuxarıda dediyimiz kimi uşağınız hirsli olan zaman onun altında yatan duyğunu araşdırın, yəni ki onun hirsinin səbəbini araşdırın. Bəlkə uşağınız siz xəstəsiz ve ya üzgünsünüz deyə esəbini,hirsini nəyisə dağıtmaqla, kiməsə əsəbləşməklə cıxardır? Çünki uşaqlar o vaxtlarında sirrli olurlar, nəyisə paylaşmaq da çətinlik çəkirlər, sanki içlərində nəyisə səhv deyərəm deyə bir qorxu olur.
4.Hislərini ifadə etməkdə çətinlik çəkdiyini görürsünüzsə, onlara yardımçı olun. Ona inandığınızı hər dediyi sözdə onu başa düşməyə çalışacağınıza inandırın. Sizə güvən hissi yaratmağa çalışın. İnanın o zaman o hər bir sirrini sizinlə paylaşacaqdır, qorxusunu dəf edəcəkdir.
5.Uşaqlar hər etdiyi hərəkətdə məsuliyyəti gözə almağı öyrənməlidirlər və sizin üzərinizə düşən tək vəzifə isə onların hər zaman yanında olmaq və onlara olan güvəninizi hiss etdirməkdir. Uşaqlarımız o yaşlarda çox tez küsən, inciyən olurlar. Siz uşaqların inciklik vaxtında sevginizi tam və mülayimcə göstərsəniz, o incikliklər yavaş-yavaş aradan qalxacaqdır.
6.Uşağınıza bir hərəkəti etməyə əmr etməyin, sadəcə variantlar irəli sürün, uşaqda heç fərqinə belə varmadan, siz dediyiniz variantlardan birini seçəcəkdir. İnanın bu uşağınızın özünə olan etibarını artıracaqdır. Onlarla qətiyyən sərt davranmaq olmaz. Bu onları daha sərt ve tərs edə bilər. Bu məqamlara diqqətdən yanaşin.
7.Uşaqlarınıza bir hərəkəti etməyə məcbur şəkildə israr etməyin, bu hərəkəti etməkdə onlarda sevgi və istək yaradın. Bunu daha səmərəli əldə etmək üçün oyun, zarafat və gülmək qata bilərsiz. Bu, uşaqların diqqətini daha çox çəkəcəkdir.
8.Əgər nəyəsə və ya kiməsə əsəbləwmişsizsə, o zaman o mühiti tərk edin, uzaqlaşmağınızın səbəbini ise uşaqla danışın, ondan nəyisə gizlətməyə çalışmayın. İnanın siz nəyisə gizlətsəniz (yəni uşağın bilməsi vacib olan şeyi) və düşünsəniz ki, uşaqdı da başa düşmür, amma onu deyim ki, uşaqlar hər bir şeyi tez duya bilirlər. Uşağınız bir şeyi səhv duyunca özünüzdən düz olanı eşitməsi məncə daha məqsədəuyğundur.
9.Uşağınızın üzərində olan məsuliyyətinizi heç bir zaman unutmayın.
10.Heç bir zaman uşağınızın uğurunu şişirtməyin, bu onda daha lovğa və özündən razı bir xarakter formalaşdırar.
Demirəm ki, onun uğurunu gözə almıyasınız sadəcə hər birşeyi normasında etməyi gözə alın.
Uşağa “xeyr, yox” sözlərini demək nə üçün əhəmiyyətlidir?
1.Uşağınızın bir şəxsiyyət kimi formalaşmasinda, savadli, məsul, adil bir insan olmasında yardımçı olar. Onun bütün istəklərinin reallaşa bilməyəcəyini bilməsi uşağın psixoloji inkişafında olduqca önəmli faktordur.
2.Xeyr dediyinizdə uşağınıza qadağa qoyduğunuz halda, qəbul edilməmiş qadağalar uşağınızı incitməz, əksinə onların içinə bir güvən verər. Qadağalar naməlum olduqda uşagınız özünü etibarsız biri hesab edəcəkdir. Onun ehtiyaclarını başa düşmək onun hər dediyini etmək demək deyildir. Ancaq qadağaları davamlı olaraq dəyişdirməməlisiz, “xeyr” sözünün üstündə durmaqda çox əhəmiyyətlidir. Bəzi “xeyr”lər uşaqların yaşına görə “bəli”yə çevrilə bilər. Ümumiyyətlə sözünüzün üstündə durmağı bacarın kifayətdir.
3.Uşağınızla dost olmağı çoxda ön plana çıxarmıyın. Uşağınızla yoldaş olsanız onu yetkin kimi qəbul etsəniz, onun uşaq olmasından irəli gələn haqqını əlindən almış olacaqsınız. Siz onun yaşıdı kimi olsanız, uşağınız onu qoruyan, ağlı başında, qadağa qoyan ata-anadan məhrum olar. Əlbəttə ki, oyun içində və bəzi hallarda yoldaşlıq etməkdən söz etmirem. Bütün əlaqəni yoldaşlıq şəklində qurmaqdan danışıram.
4.Uşaqlarınıza hər bir şeyin necə çətin əldə edildiyini anlatmağa çalışın. Uşağa yox deməyi bacarin, amma nəyə görə “yox olmaz” kəlməsinin də tutarlı səbəbini göstərin.
“Xeyr” söylədiyimiz zaman nələri diqqətə almalıyıq?
1.”Xeyr”ləri yumşaq, isti, ancaq qısa, qərarlı bir tonda söyləyin. Xeyr dediyiniz zaman uşağınızın marağını başqa sevə biləcəyi bir işə çəksəniz uşağınızı daha çox sevindirmiş olarsız.
2.Hər zaman öz istəklərinizdən çıxış etməyin. Mənəvi enerjinizi uşaqların daha çox sevəcəyi işlərə yönləndirməyi bacarın. Qoyun uşağınızın içində olan o daxili enerji çölə çıxsın.
3.Xeyr dediyiniz şeyə həyatınızda nə qədər yer verdiyinizə bir nəzər salin. Coco-colanın və ya çipsinin zərərli bir şeylər olduğunu izah edib, bu səbəbə əsasən onun içməsinə və ya yeməsinə icazə vermirsiz, ancaq uşaqlarınıza zərərli olduğunu başa saldığınız şeyləri hər axşam edirsinizsə, siz necə inandırıcı görünə bilərsiz?
Çalışıb uşağınızın sizə olan güvənini boşa çıxarmayasınız.
4.”Xeyr” dediyiniz şeyə qarşı uşağınızın marağı arta bilər, sizi sınamaq məqsədilə dəfələrlə və hətta tələbkarcasına bu istəyini təkrarlaya bilər. Səbrlə “xeyr” sözünü təkrarlaya bilsəniz, məqsədinizə çatmış olarsınız. Həm “xeyr” dediyiniz edilməyəcək, həm də uşağınız sizin qəti rəftarınız qarşısında dayanmağı, davranışlarını nizamlamağı öyrənəcəkdir.
“Xeyr” deyə bilmək, ilk eşidildiyi zaman insana ürküntü, narahatlıq verə bilər. Hələ kiçik uşağınıza qarşı tətbiq oluna biləcək kimi görünməyə bilər. Ancaq qadağanı bilən, əngəllər, maneələr qarşısında şəxsiyyətini formalaşdıra bilən, lazım olduğu zaman imtina etməyi də sonuna qədər bacara bilən bir gənc-yetkin böyütməyin, formalaşdırmağın şərtlərindən biri də uşağınızı doğru şəkildə tərbiyə edə bilmək, intizamı kifayət qədər və lazımınca verə bilməkdir. Ən əsası isə nə olursa olsun, nə baş verirsə versin onları çox sevdiyinizi söyləməyi heç bir zaman unutmayın.
Comments are closed, but trackbacks and pingbacks are open.