Press "Enter" to skip to content

Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib – YENİLƏNİB – VİDEO

Prezident İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi statusunda Mariya Peyçinoviç Buriçi Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və 2019-cu ilin aprellində Xorvatiyanın baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir qismində ölkəmizə səfərini və səfər çərçivəsində görüşlərini qeyd etdi.

Dövlətimizin başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırlatdı. Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırdı.

Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasında üzvlüyünün yüksək dəyərləndirildiyini dedi və üzvlük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edildi və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulandı.

Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verdi.

Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğuladı.

Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd etdi.

Avropa Şurasının Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirdi.

Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.

İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

R.Məmmədov qeyd edib ki, qitələrin bölünməsinin prinsipləri var. 1964-cü ildə rus alimləri Avropa qitəsinin şərq və cənub sərhədlərini müəyyənləşdirəndə qəbul olunmuş prinsipləri gözləməyiblər. Sərhəd Qara dənizdə mövcud xətdən başlayaraq, Böyük Qafqaz sıra dağları suayırıcısı, Dübrar və Kəmçi dağları və Abşeron yarımadasının şimal hissəsindən keçərək Xəzərə daxil olur. Oradan isə Rusiya və Qazaxıstan alimlərinin təklif etdiyi xəttə birləşərək Qazaxıstanın Magistau yarımadasından keçir, Ural dağlarının şərq ətəkləri boyu uzanaraq Şimal Buzlu okeandakı mövcud sərhədə birləşir. Böyük Qafqaz sıra dağlarının suayırıcısı və digər təbii-coğrafi amillər nəzərə alınmayıb, sərhəd əsassız olaraq şimala sürüşdürülərək Kuma-Manıç çökəkliyinin mərkəzindən keçirilib: “O zaman Avropa qitəsinin sərhədləri müəyyənləşdirilərkən belə bir fəlsəfə ortaya qoyublar ki, Şimalı Qafqaz xalqları müsəlmanlardır, onlar Avropaya düşə bilməzlər. Ona görə də sərhədi bir qədər də yuxarı sürüşdürüblər. Nəticədə Şimali Qafqaz Asiya qitəsində qalıb”.

Alim deyib ki, Azərbaycanın öz daxilində Avropanın cənub sərhədlərinin hüdudları müəyyənləşdirilib. Bu sərhəd böyük Qafqaz dağlarında Bazardüzü nöqtəsindən, Tufan dağından başlayır: “Sərhəd Şirvan stansiyasının yanında ərazini kəsir və beləliklə, Sumqayıt Avropada qalır. Sərhəd daha sonra Novxanının aşağısından və Fatmayi qəsəbəsinin içindən keçməklə Mərdəkanın bir hissəsini əhatə edir. Beləliklə, Azərbaycanın ərazisinin 16-da bir hissəsi Avropanın hüdudlarına daxil olur. Bu gün isə Azərbaycanın 1 kvadrat metr ərazisi də Avropaya daxil edilmir”.

Avropa İttifaqı-Azərbaycan əlaqələri – əməkdaşlığın genişlənməsinə şərait var

Avropa İttifaqı-Azərbaycan əlaqələri – əməkdaşlığın genişlənməsinə şərait var Azərbaycan müstəqilliyinin bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı Şurasının 2008-ci il iyunun 19-20-də keçirilən toplantısının nəticəsində təsis edilən “Şərq tərəfdaşlıq” proqramında işt

15 Dekabr , 2021 14:52
https://static.report.az/photo/0ed87d3e-1a79-3b80-aeaa-f6c7d9896046.jpg

Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı (Aİ) Şurasının 2008-ci il iyunun 19-20-də keçirilən toplantısının nəticəsində təsis edilən “Şərq Tərəfdaşlığı” Proqramında iştirakını da örnək göstərmək olar. “Şərq Tərəfdaşlığı” Proqramı Avropa İttifaqına üzv ölkələrlə, onun 6 Şərq qonşusu – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova​ və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə, gücləndirilməsinə yönəlmiş birgə siyasi təşəbbüsdür. Şərq qonşularında sabitlik və dayanıqlığın gücləndirilməsinə diqqətin artırılmasına dair çağırış edən Aİ-nin Qlobal Strategiyası və yenilənmiş Avropa Qonşuluq Siyasəti qurumun qonşuları ilə əlaqələrinə bələdçilik edir. Sözügedən çərçivədə bütün regionun vətəndaşları üçün gözəçarpan nəticələr təmin edilməsinə dair birgə öhdəlik mövcuddur. 2020-ci il üçün 20 praktiki nəticə adlı cari proqrama əsaslanaraq bir sıra yeni uzunmüddətli siyasət məqsədləri – “Dayanıqlığın gücləndirilməsi: bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı”na dair birgə kommünike 2020-ci il martın 18-də qəbul olunub və orada “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı məqsədləri və dayanıqlığını gücləndirməyə, dayanıqlı inkişafa dəstək verməyə və cəmiyyət üçün gözəçarpan nəticələrin əldə olunmasına yönəlmiş tədbirlər qeyd olunub. Dekabrın 15-də Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək. Sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu İttifaqa üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanda quruma üzv dövlətlərin 1700-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən qurumla əlaqədar 9 dəfə Brüsselə səfər etməsi, habelə 2012-ci ildən etibarən Şura prezidentlərinin 4, 2011-ci ildən isə Avropa Komissiyasının prezidentlərinin 2 dəfə Azərbaycana səfər etməsi tərəflər arasında münasibətlərin müsbət istiqamətdə inkişafını təsdiqləyən faktlardandır. Azərbaycanla İttifaq əlaqələrinin indiki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının o vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr inkişaf edib. Bu il iyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununa dair Avropa Komissiyasının rəsmi saytında bu fikirləri paylaşıb: “Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verilib”. Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd edən komissar bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparılıb. Şuranın Prezidenti Şarl Mişel ilk dəfə 2021-ci ilin iyulunda Bakıya səfər edib. Bu, İttifaqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaması, əməkdaşlığın yeni şəraitdə də davam etdirilməsinin göstəricisi idi. Qeyd edək ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyaların həyata keçirilməsində Şarl Mişelin də vasitəçilik rolu olub.

Yeri gəlmişkən, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri genişləndirmək üçün davam edən bəzi istiqamətləri diqqətnizə çatdırırıq: − Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlanğıcının qeyd edilməsi məqsədilə Aİ Şurasının Prezidenti Donald Tuskun dəvəti əsasında Prezident İlham Əliyev 2017-ci ilin fevralında Brüsselə işgüzar səfər edib; − 2017-ci idən etibarən yeni hərtərəfli sazişi üzərində danışıqlar aparılır. Layihənin böyük bir hissəsinin razılaşdırıldığı bildirilir. Azərbaycanın rəhbər tutduğu əsas yanaşma saziş layihəsi üzrə danışıqlar bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzrə həyata keçirilməsindən ibarətdir; − Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək. − Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir; − Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.

− Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa. − 2020-ci il iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin liderlərinin videokonfransında Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bir ildən sonra Prezident İlham Əliyev 6-cı Zirvə Görüşünə münaqişəni ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edən Müzəffər Ali Baş Komandan kimi qatılır. Beləliklə, regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın yönlərini artıracağı da istisna edilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.