Evdə təhsilin təşkili qaydaları
16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.
Evdən distant təhsilin təşkili üçün 5 FAYDALI MƏSLƏHƏT
Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə.
“Yeni qaydalar”a ayaq uydurmağa çalışan nəsil olaraq, həyat tərzimizi, vərdişlərimizi, evdəki işlərimizi uyğun şəkildə tənzimləməliyik ki, itirənlər yox, qazananlar sırasında olaq. Xüsusən də orta məktəblərin yenidən qapanması ilə şagirdlərin distant təhsilinin təşkili yenidən aktuallaşır. Bəs uşaqların həyatını daha planlı, onlayn təhsillərini daha effektiv etmək üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?
1. Gündəlik rejimin yaradılması
Aparılan araşdırmalar göstərir ki, davamlı gündəlik rejimi olan uşaqlar daha uğurlu olur, özlərini daha güvənli və təhlükəsiz hiss edirlər. Bu qayda pandemiya dövründə vaxtının əksər hissəsini evdə keçirən şagirdlər üçün xüsusilə faydalı olacaq. Dərs rejiminə uyğun olaraq, vaxtın düzgün bölünməsi, tapşırıqlar, fasilələr və müxtəlif hobbilər üçün vaxt bloklarının əvvəlcədən ayrılması erkən yaşlardan onlarda nizam-intizamın formalaşdırılmasına kömək edəcək. Burada əsas məqam gündəlik rejimin övladınızla birgə, onun maraq dairəsinə, individual xüsusiyyətlərinə görə hazırlanmasıdır.
2. Evdə erqonomik dərs köşəsinin yaradılması
Evdə uşaq üçün diqqətini toplaya biləcəyi (səs-küydən kənar), rahat, təhlükəsiz (qamətə və gözün görmə qabiliyyətinə mənfi təsiri olmayan), eyni zamanda zövq alacağı bir dərs köşəsinin hazırlanması təhsilin keyfiyyətinə birbaşa təsir edəcək faktorlardandır. Mebel seçimində erqonomikanı mütləq nəzərə alaraq boya uyğun masa və oturacaq seçilməlidir. Masa üçün ortalama ölçülər – 60-80 sm en, minimum 100 sm uzunluqdur. İdeal olaraq yazı yazmaq üçün masanın üzəri 15’ dərəcə, oxuma zamanı isə 30’ dərəcə, üzü uşağa tərəf maili olmalıdır ki, göz sağlığına heç bir zərər gəlməsin – transformer masalar bu baxımdan daha yaxşıdır.
Oturacaqların isə fərqli növləri var. Boya uyğun seçilmiş ortopedik oturacaq uşağın qamətini düzgün formalaşdırmağa kömək edəcək.
3. Onlayn resurslardan düzgün istifadə
Onlayn təhsil həm də şagirdlərin kompüter savadlılığının artırılması üçün gözəl imkanlar yaradır. Dərslərin əsasən “Microsoft Teams” və “Zoom” platformaları üzərindən keçirildiyini nəzərə alsaq, övladınızın bu proqramların gündəlik lazım olan xüsusiyyətlərindən başqa, dərsin effektivliyini artıracaq digər faydalı funksiyalarından da yararlandığından əmin olun. Eyni zamanda araşdırma əsaslı ev tapşırıqlarını hazırlayarkən, “Google”, “Yandex”, “YouTube” və digər axtarış sistemlərindən özlərinə lazım olan məlumatları sərbəst şəkildə tapa biləcək səviyyədə istifadə etməyi bacarmalıdırlar.
4. Kəsintisiz internet bağlantısı
Bu dövrdə kəsintisiz internetin olması mütləq amillərdən biridir. Evinizdə stabil “WiFi” internet şəbəkəsinin olmadığı və ya sürətin zəif olduğu hallarda telefon vasitəsilə mobil internet paketlərindən yararlana bilərsiniz. Bəzi operatorlar distant təhsil üçün xüsusi sərfəli paketlər təqdim edirlər. Məsələn, bazarın əlverişli təkliflərini araşdırsaq, “Nar”ın təqdim etdiyi “Təhsil+” internet paketini misal gətirmək olar. Aylıq 10 AZN-lik paket həm “MS Teams”, həm də “Zoom” üçün keçərli və sürət limiti olmayan 50GB internet verir. İki övladınız varsa, eyni vaxtda bir paketdən istifadə edərək hər biri fərqli cihazlardan öz dərsinə qoşula bilər.
5. Həmyaşıdlarla davamlı ünsiyyət
Məktəbdən uzaq olmaq həm də canlı ünsiyyətdən və dostlardan uzaq qalmaq deməkdir. Uşağın ünsiyyət bacarıqlarının formalaşdığı bir dövrdə həmyaşıdlarından kənar qalması onun sosial inkişafına da mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən qədər azaltmaq üçün pandemiya şərtlərinə uyğun olaraq, müəyyən rutin çərçivəsində açıq havada dostların görüşünə şərait yaratmaq, yaxınlıqda yaşayan həmyaşıdları ilə ünsiyyətə təşviq etmək lazımdır. Onlayn platfromalar çərçivəsində isə maraq dairələrinə uyğun fərqli klublar və müzakirələrin təşkili övladlarınızın sosial olaraq təcrid olmasının qarşısını alacaq, müxtəlif sahələrdə dünyagörüşünü artırmasına yardımçı olacaq.
Bütün bunlarla yanaşı, yadda saxlamaq lazımdır ki, yeni reallığa alışmaq həm böyüklər, həm də balacalar üçün asan bir proses deyil. Emosional sağlamlığın hər şeydən vacib olduğunu nəzərə alaraq evdə uşaqlarla ünsiyyətdə stress yaradacaq istənilən söhbətdən qaçınmağa və yaranan vaxtdan maksimum səmərəli, zövq alacağınız şəkildə yararlanmağa çalışın./Oxu.az
Sosial Baxılıb: 1153 Tarix: 19 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Evdə təhsilin təşkili qaydaları
1.Evdə təhsil – sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.
2 Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.
3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə cari ilin 31 dekabradək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən pozuntusu olan) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur.
4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:
– məktəb direktorunun adına ərizə;
– doğum haqqında şəhadətnamənin surəti;
– müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
– şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
– yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;
-psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.
6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarətdir.
7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.
8. Məşğələlər bir qayda olaraq sentyabrın 15-də başlayır və iyun 14-də başa çatır.
9. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.
10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.
11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.
12. Fərdi təlim planları hazırlanarkən psixoloji–tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.
14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.
15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.
16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.
17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.
18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.
19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.
20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.
21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.
23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.
24 .Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət
Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə.
“Yeni qaydalar”a ayaq uydurmağa çalışan nəsil olaraq həyat tərzimizi, vərdişlərimizi, evdəki işlərimizi uyğun şəkildə tənzimləməliyik ki, itirənlər yox, qazananlar sırasında olaq. Xüsusən də orta məktəblərin yenidən qapanması ilə şagirdlərin distant təhsilinin təşkili yenidən aktuallaşır. Bəs uşaqların həyatını daha planlı, onlayn təhsillərini daha effektiv etmək üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlar hansılardır?
Aparılan araşdırmalar göstərir ki, davamlı gündəlik rejimi olan uşaqlar daha uğurlu olur, özlərini daha güvənli və təhlükəsiz hiss edirlər. Bu qayda pandemiya dövründə vaxtının əksər hissəsini evdə keçirən şagirdlər üçün xüsusilə faydalı olacaq. Dərs rejiminə uyğun olaraq vaxtın düzgün bölünməsi, tapşırıqlar, fasilələr və müxtəlif hobbilər üçün vaxt bloklarının əvvəlcədən ayrılması erkən yaşlardan onlarda nizam-intizamın formalaşdırılmasına kömək edəcək. Burada əsas məqam gündəlik rejimin övladınızla birgə, onun maraq dairəsinə, individual xüsusiyyətlərinə görə hazırlanmasıdır.
Evdə uşaq üçün diqqətini toplaya biləcəyi (səs-küydən kənar), rahat, təhlükəsiz (qamətə və gözün görmə qabiliyyətinə mənfi təsiri olmayan), eyni zamanda zövq alacağı bir dərs köşəsinin hazırlanması təhsilin keyfiyyətinə birbaşa təsir edəcək faktorlardandır. Mebel seçimində erqonomikanı mütləq nəzərə alaraq boya uyğun masa və oturacaq seçilməlidir. Masa üçün ortalama ölçülər – 60-80 sm en, minimum 100 sm uzunluqdur. İdeal olaraq yazı yazmaq üçün masanın üzəri 15 dərəcə, oxuma zamanı isə 30 dərəcə üzü uşağa tərəf maili olmalıdır ki, göz sağlığına heç bir zərər gəlməsin – transformer masalar bu baxımdan daha yaxşıdır. Oturacaqların isə fərqli növləri var. Boya uyğun seçilmiş ortopedik oturacaq uşağın qamətini düzgün formalaşdırmağa kömək edəcək.
Onlayn təhsil həm də şagirdlərin kompüter savadlılığının artırılması üçün gözəl imkanlar yaradır. Dərslərin əsasən “Microsoft Teams” və “Zoom” platformaları üzərindən keçirildiyini nəzərə alsaq, övladınızın bu proqramların gündəlik lazım olan xüsusiyyətlərindən başqa, dərsin effektivliyini artıracaq digər faydalı funksiyalarından da yararlandığından əmin olun. Eyni zamanda araşdırma əsaslı ev tapşırıqlarını hazırlayarkən “Google”, “Yandex”, “YouTube” və digər axtarış sistemlərindən özlərinə lazım olan məlumatları sərbəst şəkildə tapa biləcək səviyyədə istifadə etməyi bacarmalıdırlar.
Bu dövrdə kəsintisiz internetin olması mütləq amillərdən biridir. Evinizdə stabil “WiFi” internet şəbəkəsinin olmadığı və ya sürətin zəif olduğu hallarda telefon vasitəsilə mobil internet paketlərindən yararlana bilərsiniz. Bəzi operatorlar distant təhsil üçün xüsusi sərfəli paketlər təqdim edirlər. Məsələn, bazarın əlverişli təkliflərini araşdırsaq, “Nar”ın təqdim etdiyi “Təhsil+” internet paketini misal gətirmək olar. Aylıq 10 AZN-lik paket həm “MS Teams”, həm də “Zoom” üçün keçərli və sürət limiti olmayan 50GB internet verir. İki övladınız varsa, eyni vaxtda bir paketdən istifadə edərək hər biri fərqli cihazlardan öz dərsinə qoşula bilər.
Məktəbdən uzaq olmaq həm də canlı ünsiyyətdən və dostlardan uzaq qalmaq deməkdir. Uşağın ünsiyyət bacarıqlarının formalaşdığı bir dövrdə yaşıdlarından kənar qalması onun sosial inkişafına da mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyən qədər azaltmaq üçün pandemiya şərtlərinə uyğun olaraq müəyyən rutin çərçivəsində açıq havada dostların görüşünə şərait yaratmaq, yaxınlıqda yaşayan yaşıdları ilə ünsiyyətə təşviq etmək lazımdır. Onlayn platfromalar çərçivəsində isə maraq dairələrinə uyğun fərqli klublar və müzakirələrin təşkili övladlarınızın sosial olaraq təcrid olmasının qarşısını alacaq, müxtəlif sahələrdə dünyagörüşünü artırmasına yardımçı olacaq.
Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, yeni reallığa alışmaq həm böyüklər, həm də balacalar üçün asan bir proses deyil. Emosional sağlamlığın hər şeydən vacib olduğunu nəzərə alaraq evdə uşaqlarla ünsiyyətdə stress yaradacaq istənilən söhbətdən qaçınmağa və yaranan vaxtdan maksimum səmərəli, zövq alacağınız şəkildə yararlanmağa çalışın.
Comments are closed, but trackbacks and pingbacks are open.