Press "Enter" to skip to content

Evliya Çələbi səyahətnaməsində Azərbaycan”ın təqdimatı olub

Azərbaycan tarixi ilə əlaqəli əhəmiyyətli mənbə kitabları arasında yer alan “Evliya Çələbi Səyahətnaməsi”nin yaşadığımız coğrafiyaya aid hissələrinin tam, eyni zamanda ən etibarlı müəllif nüsxəsinə istinad edilərək nəşr edilməsi ehtiyac və lüzumu əlimizdəki bu kitabın ərsəyə gəlməsi düşüncəsinin doğmasına yol açdı. Azərbaycanda “Səyahətnamə” ilə bağlı aparılan işlər və onların “Səyahətnamə”nin Azərbaycana tanıdılması istiqamətindəki xidmətləri böyükdür. Lakin heç biri Evliyanın dörd səfərinin hamısını əhatə etməmişdir. Odur ki, “Səyahətnamə”nin üç cildində bəhs edilən dörd Azərbaycan səfərini və əlavə məlumatları bütövlükdə əhatə etməyə çalışdıq. Evliya Çələbinin 400 illik yubileyi münasibətilə YUNESKO tərəfindən 2011-ci ilin Evliya Çələbi ili elan edilməsi “Səyahətnamə”də yer alan Azərbaycanla əlaqəli hissələrin bir araya gətirilərək müstəqil bir kitab halında nəşrə hazırlanmasında mühüm amil oldu. Beləcə, bir tərəfdən onun xatirəsini yad edərkən digər tərəfdən Azərbaycan elmi üçün önəmli bir qaynaq əsər azərbaycanlı tədqiqatçıların və maraqlıların istifadəsinə verilmiş oldu. Əsərdə Evliya Çələbinin Azərbaycan torpağı (xaki-Azərbaycan) olaraq qeyd etdiyi yerlər günümüzdə tarixi-mədəni ve etnik olaraq Azərbaycan ərazisi qəbul edilən bölgə ilə eynidir. Bu təbirinin əhatə etdiyi tarixi coğrafi ərazi şimali və cənubi Azərbaycanı, Naxçıvan, Ermənistan, Dərbənd və Tiflisə qədər olan yerləri tərkibinə almaqdadır. Azərbaycan ilə yaxın tarixi-mədəni əlaqəsindən dolayı Şərqi Anadolunun şərqindəki bəzi yerlər də əsərə alınmışdır ki, bunun da ən mühüm səbəbi həmin məntəqələrin Evliya Çələbiyə görə Azərbaycan səfərlərinin başlanğıc nöqtələri olmasıdır. Məsələn, səyah birinci səfərinə Ərzurumdan, ikinci səfərinə isə Vandan başladığından “Səyahətnamə”dəki ardıcıllığın pozulmaması və ehtiva etdiyi məlumatların əhəmiyyətinə istinadən bu bölgələr də əsərə daxil edilmişdir. Çalışmamıza mövzu olan məlumatlar, əsasən, II, IV, VII cildlərdə yer almışdır. Ancaq “Səyahətnamə”nin başqa cildlərində olan, Azərbaycanla əlaqədar tarixi hadisələr və şəxsiyyətlər haqqındakı qismləri də əlavə etdik. Bunlardan, əslən Bərdəli olub Səfəvilərin Təbrizi tutması ilə köç edərək Misirdə yerləşən, böyük sufi-şair İbrahim Gülşəni və təriqəti haqqındakı məlumatlar, Evliya Çələbinin dövlətlər tarixini anlatdığı X cilddə yer alan Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətləri ilə əlaqəli hissə və X cilddə Çaldıran savaşından bəhs edilmiş qısa bir hissədir. Bu iş üzərində çalışarkən əksər mənbələri diqqətlə incələdik. “Səyahətnamə”nin əldə etdiyimiz İstanbul Topkapı Sarayı Muzeyi kitabxanasındakı Bağdad köşkü 304, 305 və 308 nömrəli əlyazma nüsxələrini, İqdam mətbəəsinin əski əlifbadakı çap variantlarını, məşhur “Səyahətnamə” araşdırmaçılarından Robert Dankoff və Cavid Baysunun tədqiqatlarını, “Yapı Kredi”, “Üçdal” və “Zuhuri Danışman” yayınevlərinin tam mətin nəşrlərini, eləcə də “Səyahətnamə”dən seçmələr və müntəxəbat şəklində hazırlanmış buraxılışları, bir çox jurnallarda yazılmış məqalələri və yəni tədqiqatları araşdırdıqdan sonra “Səyahətnamə”nin tam mətninin müəllif əlyazması sayılan Topqapı sarayı Bağdad və Rəvan köşkü əlyazmalarını əsas götürərək hazırlamağı qərara aldıq. Eyni zamanda “Yapı Kredi” yayınının təcrübəli mütəxəssis bir qrup tərəfindən, müəllif nüsxəsi əsasında əksiksiz transkript şəklində hazırlanmış “Səyahətnamə” ikinci istinad variantımız oldu. Xüsusən X cildlə əlaqədar hissələr buradan götürüldü. Əlyazma ilə bu nəşri qarşılaşdırarkən çox cüzi də olsa bəzi sözlərin yanlış oxunduğunu müşahidə etdik. Bunlarla yanaşı digər nəşrlərin qarşılıqlı müqayisəsini apardıq. Həmçinin “Səyahətnamə”dəki arxaik sözləri və ləhcə elementlərini aydınlaşdırarkən bir sıra lüğətlərə müraciət etdik. Əlimizdəki bu əsər tənqidi mətn nəşri (edition critique) iddiasından uzaqdır. Ancaq mətndə keçən terminləri açıqlamaqla yanaşı ehtiyac duyulan yerlərdə lazımi izahlar da verməyə çalışmışıq və bu mənada əsərin günümüz oxucusu tərəfindən daha anlaşıqlı bir hal alması istiqamətində müəyyən işlər görülmüşdür. XVII əsrdə yazılmış olan bu əsər, həm ədəbi cəhətdən, həm də dil baxımından zəngindir və oxucunu yormayacaq şəkildə axıcı bir üsluba malikdir. Kitabı hazırlarkən Evliya Çələbinin bu özünəməxsus üslubunu əlimizdən gəldiyi qədər mühafizə etməyə, qorumağa çalışdıq. Bütün bunlarla yanaşı bəzi kiçik məcburi dəyişikliklər etməyi də lazım bildik. Məsələn, Evliya Çələbi qəsəbələr üçün kənd sözündən istifadə etmiş və bunu da “kənd ləfzi bu diyarlarda qəsəbəyə deyərlər” (c.2) deyə qeyd etmişdir. Kitabda “kənd” sözünün keçdiyi yerlərin çoxu “qəsəbə” olaraq dəyişdirilmişdir. Həmçinin bəzi yerlərdə az miqdarda söz tərəfimizdən çıxarıldı. Bunlar hər hansı bir məlumat dəyəri olmayan, ancaq o günki Osmanlı cəmiyyətində qızılbaşlar üçün işlədilən tənqidi xarakterli sözlərdir ki, bunları olduğu kimi saxlamağın faydası olmamaqla yanaşı, bir mənası da yox idi. Bununla belə bu cür sözlər nümunə olaraq bir-iki yerdə saxlanıldı. “Səyahətnamə”nin XVII əsrin tarixi dilinin üslubunu pozmadan, dildəki axıcılığını və əsərin havasını itirmədən günümüz Azərbaycan türkcəsinə uyğunlaşdırılması təxmin ediləcəyi üzrə çətin bir işdir. Bu uyğunlaşdırma prosesində bir çox qayda və əsasın ortaya qoyulması lazım gəlirdi. Buna görə də aşağıda göstərdiyimiz işləri müvafiq qayda və üsullar çərçivəsində tamamlamağa çalışdıq: • Geyim, dəyərli daş, pul vahidi, çəki və uzunluq ölçüləri, savaş vasitə və ləvazimatları, sivil və hərbi qurum, məqam, rütbə, ünvan, ləqəb, məslək, sənətkar və s. kimi isimlərin bir çoxunun bugün birəbir qarşılıqlarını tapmaq mümkün deyildi. Bunlar ya sonnotlar ilə yaxud da əsərin sonuna qoyulacaq bir sözlük ilə açıqlana bilərdi. Bu cür kəlimə sayı, güman etdiyimizdən çox çıxdı. Beləcə, əsərin arxasında sanki ayrıca bir tarixi ifadə və terminlər sözlüyü formalaşdı. Sonnotlarla mətn içinə bu sözlüyü yedirmək isə mətnin axıcılığını itirərdi. Bunun yerinə, lazım olan yerlərdə mötərizə içində qısaca kəlmə qarşılığı verildi, ancaq bu gün yayğın istifadə şəkli varsa, ona üstünlük verildi; • Əlinizdəki əsər bugün hər kəsin anlayacağı Azərbaycan türkcəsi ilə yazılmağa çalışıldı. İfadə və terminlərlə əsərin xüsusiyyəti əsas alınaraq bəzi kəlmələr saxlanıldı. Evliya Çələbinin üslubuna mümkün olduğu qədər sadiq qalındı, cümlə içində bəzi kəlmələrin yerləri belə dəyişdirilmədi. Mətn içində keçən başqasının ağzından verilən söhbətlər və Evliya tərəfindən şivə özəllikləri qorunaraq nəql edilən bölümlər eynən qorundu. Sadələşdirilmiş mətn içində demək olar ki, hər kəlmənin tam qarşılığı verildi. Mətnin anlaşılması üçün bəzən cümlələrdə qısaltmalar, ixtisarlar aparıldı, ancaq bir-iki istisna xaricində qətiyyən məlumatların çıxarılmasına yol verilmədi; • Mətndəki ayə, hədis, ərəbcə və farsca mətnlərin orijinalları və Azərbaycan dilindəki qarşılıqları verildi. Ayə və hədislərin qaynaqları və tərcümələri ibarənin yanında kvadrat mötərizə içində göstərildi; • Yazma nüsxədə Evliya Çələbinin buraxmış olduğu kəlmə, sətir, səhifə boşluqları mətndə … şəklində üç nöqtə ilə göstərildi. Haşiyə və dərkənarlar mətnin içinə yerləşdirildi. Yazılmayan tarixlərdən təsbit etdiklərimiz mətndə kvadrat mötərizə daxilində göstərilərək sonnotda izah verildi; • Yerli adların bugünki bilinən variantları mötərizə içində yanında yazıldı və ya sonnotda izah edilərək verildi. Mətndə “kənd” olaraq keçən yerlərin əksəriyyəti Evliya Çələbinin ifadəsi əsas alınaraq “qəsəbə” sözü ilə əvəz edildi; • Türkcə şeirlər olduğu kimi verildi. Tərəfimizdən edilən tərcümələri isə kvadrat mötərizə daxilində verildi. Tarix çıxarılmış beyt və misraların yanında tarix varsa, miladi tarixə çevrildi; • Əsərdəki hicri tarixlər olduğu kimi verilərkən kvadrat mötərizə içində miladi tarixi də göstərildi. Yanlış olduqları təsbit edilən tarixlərin doğruları sonnotda göstərildi; • Əsərin sonunda, əsərdən asan istifadəni təmin edəcək təfsilatlı qarışıq bir indeks hazırlandı; • Orijinal mətndə boş buraxılan bir kəlməlik yerlər üçün … işarəsi ilə, boş sətir miqdarı isə üç nöqtəli boş sətir ilə göstərildi. Bəzən da mötərizə içində (yazılmadı) ifadəsi ilə göstərildi; • Mətndə tərəfimizdən əlavə edilən yerlərin hamısı kvadrat mötərizə [ ] içində göstərilmişdir; • Əsərə zənginlik qatmaq üçün adı keçən yerlər, şəxslər və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq minyatür, qravür əski və yeni fotoşəkillər kimi materiallar və rəsim yazıları əlavə edildi. Xüsusən, Evliya Çələbidən təqribən yüz il öncə Matrakçı Nasuh tərəfindən Qanuni Sultan Süleymanın iki İraq səfəri əsnasında çəkdiyi Azərbaycan şəhərlərinə aid minyatürlər bu əsərə əlavə edildi; • Əsərin sonunda qısa və yığcam bir lüğət əlavə edilərək tarixi terminlər açıqlandı, yer və şəxslər haqqında məlumat verildi; • Evliya Çələbinin dörd Azərbaycan səyahətinin ayrı-ayrı xəritələri çıxarılaraq Evliya Çələbinin marşrutu göstərildi;

EVLİYA ÇƏLƏBİNİN SƏYAHƏTNAMƏSİNDƏ

Əvvəla bismillah ilə Təbrizdən şimal tərəfə doğru; Hacı Harami qəsəbəsi, oradan Safyan qəsəbəsi, sonra Məzidxan xanı, sonra Kərəmiş qəsəbəsi.

Bir-bir keçdiyi qəsəbələrin adlarını, onun təbiətini vəsf edərək Rəvan qalası istiqamətində yol aldığını yazır, Evliya Çələbi. Çələbi öz kitabında Rəvan qalası haqqında 1510-cu ildə Şah İsmayıl tərəfindən Rəvan Qulu adında xanına fərman verdiyini, onun tərəfindən yeddi ilə tikildiyini yazır. Qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.

Bu şəhər Evliya Çələbinin də qeyd etdiyi kimi, tarixən türk yurdu olmuşdur. Məlum olduğu kimi, XVIII əsrin ortalarında qurulan İrəvan xanlığının mərkəzi də bu qədim şəhər olmuşdur. 1918-ci ildə Zaqafqaziya seyminin dağılmasından sonra qurulan yeni Ermənistan dövlətinə güzəştə gedildiyi vaxta qədər də Azərbaycan şəhəri olaraq mövcud olmuşdur.

Evliya Çələbi səyahətnaməsində Rəvan qalasına çatmadan Millili qəsəbəsinə baş çəkdiyi yazır. Bura Rəvana qonşu, beş yüz evli, bağ-bağçalı, cameli, hamamlı, abad, yaraşıqlı bir qəsəbə olubmuş. Millili çayı kənarında yerləşən bu yer, görüldüyü kimi, məscidi bol olan bir müsəlman diyarı olub.

Millili qəsəbəsindən sonra Tut adlı yaşayış məntəqəsindən bəhs edən Çələbi bu yerlərdə kilsə və monastırların olmadığını xüsusilə vurğulayır.

Tut məntəqəsindən sonra Kağac qəsəbəsi haqqında Çələbi yazır: “Araz çayının şərq tərəfində cameli, karvansara və hamamlı, üç yüz evli, çəltik tarlaları olan, Rəvan torpağında yaraşıqlı bir qəsəbədir”. Oradan şimal tərəfə qumsal yollarla Avşarlı qəsəbəsinə gəldiklərini yazaraq oranı belə vəsf edir: “Rəvan torpağında min evli, karvansara və hamamlı, kiçik bazarlı abad bir qəsəbədir. Çölündə bütün məhsulu çəltikdir. Bütün rəiyyəti sünni məzhəbinə mənsub türkmən əfşar qəbiləsindən olduğuna görə Avşarlı qəsəbəsi deyirlər. Ayrıca kələntəri və mehmandarı vardır. Oradan yenə Araz çayı sahili boyunca abad və seyrangaha bənzər kəndlər içrə gəzə-gəzə gedib Şoragil şəhərinə vardıq. Bu şəhər əzəmətli bir şəhər imiş. Min nökərə malikdir. Came, karvansara, hamam və kiçik bazarı vardır”.

Rəvan qalasına çatmadan Evliya Çələbi min evi, came və təkkəsi, karvansara və hamamları, çarşı-bazarı olan, bağ-bostanlı və məhsulu çəltik olan Tilfiraq adında bir qəsəbəyə gəldiyini, nəhayət, Azərbaycanın ən önəmli şəhərlərindən biri olan Rəvan qalasına çatdığını belə anladır:

“Qalaya daxil olduqda iyirmi dəfə “balyeməz” top atıb şadyanalıq etdilər. Alay ilə xan sarayına girdik. Həmin ərəfədə xanın özü yox idi. Demə, xanın bacısının toyu imiş. Xəzər dənizi, yəni Gilan dəryası sahilində Bakı qalasının xanına bacısını vermişlər. Kəndxudası bizi Rəvan xanının sarayına yerləşdirib, yemək-içməklə təmin etdi”.

Evliya Çələbinin anlatdıqlarından görmək olur ki, Rəvan xanı ilə Bakı xanı arasında qohumluq və dostluq əlaqəsi olub. Rəvan xanı sadəcə Bakı xanı ilə yox, Təbriz xanıyla da yaxşı münasibətdə olub. Evliya Çələbi bu barədə deyir: “Bizimlə Təbrizdən gələn bütün karvanları Həsən bəyə (ola bilsin qonaqları qarşılayan kəndxudanın adıdır) təslim edib Təbriz xanının göndərdiyi bütün yüklü dəvələri və gürcü qulamları, çapar atları, sair hədiyyələri də Təbriz xanının naməsi ilə Həsən bəyə təslim etdik”.

Qala XVI əsrin əvvəllərindən başlayaraq XVIII əsrin başlarına qədər Osmanlılarla Səfəvilər arasında dəfələrlə əl dəyişdirib. Çələbinin qeyd etdiyinə görə, 1583-cü ildə Osmanlı hakimiyyəti dövründə qalanın hakimi Yusif paşa olmuşdur. Onun dövründə Rəvan əyalətinin ədalətlə idarə olunduğunu, buna görə də həmin vaxtlar Rəvan vilayətinin tarixdə olmayan qədər abadlaşdırıldığını bildirir. Rəvan şəhərinin ətrafında olan qəsəbələr o qədər inkişaf etmişdi ki, hər biri bir şəhərə dönmüşdü. Qalanı 70.000 əsgər mühafizə edirdi.

Evliya Çələbinin Azərbaycana olan ikinci səfəri Qarsdan başlamış, yenə, yol boyunca keçdiyi qəsəbələri, kəndləri təsvir edə-edə Rəvan qalasına getmişir. Evliya Çələbi Rəvan qalasına olan birinci səfəri əsnasında Rəvan xanını görə bilmədən geri dönmüşdü. Lakin o, Rəvan xanıyla ikinci səfərində görüşə bilmişdir. Çələbi ikinci səfərində xanla görüşdüyünü belə yazır:

“Xudaya həmd olsun, Rəvan xanı Təqi Əli xan Bakı qalasından, bacısının toyundan gəlmişdi”.

Daha sonra Evliya Çələbi xanın onlara üç gün möhtəşəm bir ziyafət verdiyini, ona beş tümən abbas, bir də at bağışladığını anladır.

Səyyahın anlatdıqlarından görülür ki, Rəvan qalası və onun ətrafında yerləşən kənd və qəsəbələr tarixən Azərbaycan yurdu olmuşdur. Hal-hazırda həmin qala bir terror dövləti olan Ermənistan tərəfindən yer üzündən silinən yüzlərlə tarixi memarlıq abidələrindən biri halına gətirilmişdir.

Evliya Çələbi daha sonra üçüncü və dördüncü dəfə Azərbaycana səfərə gəlsə də, həmin səfərlərində Rəvan haqqında məlumat verməmişdir.

“Evliya Çələbi səyahətnaməsində Azərbaycan”ın təqdimatı olub

Qafqaz Universiteti Elmi Şurasının qərarı və Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondunun dəstəyi ilə nəşr olunmuş “Evliya Çələbi səyahətnaməsində Azərbaycan” adlı kitabın təqdimatı keçirilib. Görkəmli türk səyyahı Evliya Çələbinin Azərbaycana səfərlərinin əhatə olunduğu kitabda XVII əsr Azərbaycan tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli məlumatlar yer alıb.

Təqdimatda Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşkun Evliya Çələbinin səyahətlərindən ibarət olan sərginin və kitabın Azərbaycanda təqdim olunmasından qürur duyduğunu bildirib. Səfir Evliya Çələbinin öz səyahətnamələrində adını çəkdiyi Təbriz, Ərdəbil, Dərbənd və digər şəhərlərin qədim Azərbaycan torpaqları olmasına diqqət yönəltdiyini vurğulayıb və tarixin dərinliklərindən gələn sözləri bir səyyahın qələmindən oxumağın xoş duyğu olduğunu deyib. A. Coşkun bu dəyərli toplunun ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusən Mehmet Rıhtıma, Yaqub Mahmudova minnətdarlığını bildirib.

Kitabı nəşrə hazırlayan, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım Qafqaz Universitetinin fəaliyyət göstərdiyi yeddi ildə Türkiyə-Azərbaycan ortaq tarixinin araşdırılmasına dair bir sıra səmərəli işlərin görüldüyünü bildirib, Evliya Çələbinin səyahətnaməsinin isə Azərbaycanla bağlı müşahidələr və məlumatlardan ibarət səyahətnamələr içərisində əhəmiyyətli bir yerə sahib olduğunu vurğulayıb: “Düşünürəm ki, kitab Azərbaycan tarixi üçün qaynaq mahiyyəti daşıyacaq. Evliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarından – Urmiyadən başlamış, Naxçıvanı, İrəvanı keçməklə Təbrizə, Bakıya uzanır. Onun səyahətnaməsinin avropalı səyyahların eyni janrda olan əsərlərindən üstün cəhəti budur ki, o gəzdiyi, görə-görə keçdiyi aləmin adamı idi, gördükləri ona həm doğma, həm tanış idi. Bu nəşrdə “Səyahətnamə” nin müxtəlif cildlərində yer alan Azərbaycana aid qeydlərin hamısı bir araya gətirilib. Qafqaz Araşdırmalar İnsitutu olaraq 2011- ci ildə Evliya Çələbinin 400 illik yubileyi münasibəti ilə nəşrə hazırladığımız bu kitab Türkiyə və Azərbaycan arasında tarixi və mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inanırıq. Bu münasibətlə də çalışmalarımızı dəstəkləyən Qafqaz Universitetinin rektoru professor Əhməd Saniçə, professor Niftalı Qocayevə, əsərin nəşrinə dəstək verdiyi üçün Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fonduna və əsərin hazırlanmasında, materialların təminində, əməyi keçənlərə səmimi təşəkkürlərimi bildirirəm”.

Kitabın elmi redaktoru olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov bu nəşrin Azərbaycan oxucusuna təqdim olunmasını çox böyük hadisə kimi qiymətləndirib, yeni müstəqillik qazanmış, tarixini təzədən yazmağa başlayan bir ölkə üçün bu dəyərli mənbənin nəşrinin ümumi konsepsiyaya uyğun olduğunu diqqətə çatdırıb: “Bu əsər xalqımızın əsl tarixini bizlərə olduğu kimi çatdırır. Evliya Çələbi böyük bir dövrün coğrafiyasını öz gözü ilə görən bir səyyahdır. O qələmə aldığı səyahətnaməsində Anadoludan tutmuş, Dərbəndə, Təbrizə, İrəvana qədər olan qədim Azərbaycan torpaqlarının adını çəkib və sübut edib ki, bu torpaqlar qədim türk-Azərbaycan torpaqlarıdır”. Tədbirdə AMEA-nın müxbir üzvü, memarlıq elmləri doktoru Cəfər Qiyasi, kitabı azərbaycancaya uyğunlaşdıran Minəxanım Təkləli də çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.

Rəsmi hissədən sonra qonaqlar Evliya Çələbinin səyahətlərini əks etdirən sərgi ilə tanış olublar.

Prof. Dr. Mehmet Rıhtım

Azərbaycan tarixi ilə əlaqəli əhəmiyyətli mənbə kitabları arasında yer alan “Evliya Çələbi Səyahətnaməsi”nin yaşadığımız coğrafiyaya aid hissələrinin tam, eyni zamanda ən etibarlı müəllif nüsxəsinə istinad edilərək nəşr edilməsi ehtiyac və lüzumu əlimizdəki bu kitabın ərsəyə gəlməsi düşüncəsinin doğmasına yol açdı. Azərbaycanda “Səyahətnamə” ilə bağlı aparılan işlər və onların “Səyahətnamə”nin Azərbaycana tanıdılması istiqamətindəki xidmətləri böyükdür. Lakin heç biri Evliyanın dörd səfərinin hamısını əhatə etməmişdir. Odur ki, “Səyahətnamə”nin üç cildində bəhs edilən dörd Azərbaycan səfərini və əlavə məlumatları bütövlükdə əhatə etməyə çalışdıq. Evliya Çələbinin 400 illik yubileyi münasibətilə YUNESKO tərəfindən 2011-ci ilin Evliya Çələbi ili elan edilməsi “Səyahətnamə”də yer alan Azərbaycanla əlaqəli hissələrin bir araya gətirilərək müstəqil bir kitab halında nəşrə hazırlanmasında mühüm amil oldu. Beləcə, bir tərəfdən onun xatirəsini yad edərkən digər tərəfdən Azərbaycan elmi üçün önəmli bir qaynaq əsər azərbaycanlı tədqiqatçıların və maraqlıların istifadəsinə verilmiş oldu. Əsərdə Evliya Çələbinin Azərbaycan torpağı (xaki-Azərbaycan) olaraq qeyd etdiyi yerlər günümüzdə tarixi-mədəni ve etnik olaraq Azərbaycan ərazisi qəbul edilən bölgə ilə eynidir. Bu təbirinin əhatə etdiyi tarixi coğrafi ərazi şimali və cənubi Azərbaycanı, Naxçıvan, Ermənistan, Dərbənd və Tiflisə qədər olan yerləri tərkibinə almaqdadır. Azərbaycan ilə yaxın tarixi-mədəni əlaqəsindən dolayı Şərqi Anadolunun şərqindəki bəzi yerlər də əsərə alınmışdır ki, bunun da ən mühüm səbəbi həmin məntəqələrin Evliya Çələbiyə görə Azərbaycan səfərlərinin başlanğıc nöqtələri olmasıdır. Məsələn, səyah birinci səfərinə Ərzurumdan, ikinci səfərinə isə Vandan başladığından “Səyahətnamə”dəki ardıcıllığın pozulmaması və ehtiva etdiyi məlumatların əhəmiyyətinə istinadən bu bölgələr də əsərə daxil edilmişdir. Çalışmamıza mövzu olan məlumatlar, əsasən, II, IV, VII cildlərdə yer almışdır. Ancaq “Səyahətnamə”nin başqa cildlərində olan, Azərbaycanla əlaqədar tarixi hadisələr və şəxsiyyətlər haqqındakı qismləri də əlavə etdik. Bunlardan, əslən Bərdəli olub Səfəvilərin Təbrizi tutması ilə köç edərək Misirdə yerləşən, böyük sufi-şair İbrahim Gülşəni və təriqəti haqqındakı məlumatlar, Evliya Çələbinin dövlətlər tarixini anlatdığı X cilddə yer alan Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətləri ilə əlaqəli hissə və X cilddə Çaldıran savaşından bəhs edilmiş qısa bir hissədir. Bu iş üzərində çalışarkən əksər mənbələri diqqətlə incələdik. “Səyahətnamə”nin əldə etdiyimiz İstanbul Topkapı Sarayı Muzeyi kitabxanasındakı Bağdad köşkü 304, 305 və 308 nömrəli əlyazma nüsxələrini, İqdam mətbəəsinin əski əlifbadakı çap variantlarını, məşhur “Səyahətnamə” araşdırmaçılarından Robert Dankoff və Cavid Baysunun tədqiqatlarını, “Yapı Kredi”, “Üçdal” və “Zuhuri Danışman” yayınevlərinin tam mətin nəşrlərini, eləcə də “Səyahətnamə”dən seçmələr və müntəxəbat şəklində hazırlanmış buraxılışları, bir çox jurnallarda yazılmış məqalələri və yəni tədqiqatları araşdırdıqdan sonra “Səyahətnamə”nin tam mətninin müəllif əlyazması sayılan Topqapı sarayı Bağdad və Rəvan köşkü əlyazmalarını əsas götürərək hazırlamağı qərara aldıq. Eyni zamanda “Yapı Kredi” yayınının təcrübəli mütəxəssis bir qrup tərəfindən, müəllif nüsxəsi əsasında əksiksiz transkript şəklində hazırlanmış “Səyahətnamə” ikinci istinad variantımız oldu. Xüsusən X cildlə əlaqədar hissələr buradan götürüldü. Əlyazma ilə bu nəşri qarşılaşdırarkən çox cüzi də olsa bəzi sözlərin yanlış oxunduğunu müşahidə etdik. Bunlarla yanaşı digər nəşrlərin qarşılıqlı müqayisəsini apardıq. Həmçinin “Səyahətnamə”dəki arxaik sözləri və ləhcə elementlərini aydınlaşdırarkən bir sıra lüğətlərə müraciət etdik. Əlimizdəki bu əsər tənqidi mətn nəşri (edition critique) iddiasından uzaqdır. Ancaq mətndə keçən terminləri açıqlamaqla yanaşı ehtiyac duyulan yerlərdə lazımi izahlar da verməyə çalışmışıq və bu mənada əsərin günümüz oxucusu tərəfindən daha anlaşıqlı bir hal alması istiqamətində müəyyən işlər görülmüşdür. XVII əsrdə yazılmış olan bu əsər, həm ədəbi cəhətdən, həm də dil baxımından zəngindir və oxucunu yormayacaq şəkildə axıcı bir üsluba malikdir. Kitabı hazırlarkən Evliya Çələbinin bu özünəməxsus üslubunu əlimizdən gəldiyi qədər mühafizə etməyə, qorumağa çalışdıq. Bütün bunlarla yanaşı bəzi kiçik məcburi dəyişikliklər etməyi də lazım bildik. Məsələn, Evliya Çələbi qəsəbələr üçün kənd sözündən istifadə etmiş və bunu da “kənd ləfzi bu diyarlarda qəsəbəyə deyərlər” (c.2) deyə qeyd etmişdir. Kitabda “kənd” sözünün keçdiyi yerlərin çoxu “qəsəbə” olaraq dəyişdirilmişdir. Həmçinin bəzi yerlərdə az miqdarda söz tərəfimizdən çıxarıldı. Bunlar hər hansı bir məlumat dəyəri olmayan, ancaq o günki Osmanlı cəmiyyətində qızılbaşlar üçün işlədilən tənqidi xarakterli sözlərdir ki, bunları olduğu kimi saxlamağın faydası olmamaqla yanaşı, bir mənası da yox idi. Bununla belə bu cür sözlər nümunə olaraq bir-iki yerdə saxlanıldı. “Səyahətnamə”nin XVII əsrin tarixi dilinin üslubunu pozmadan, dildəki axıcılığını və əsərin havasını itirmədən günümüz Azərbaycan türkcəsinə uyğunlaşdırılması təxmin ediləcəyi üzrə çətin bir işdir. Bu uyğunlaşdırma prosesində bir çox qayda və əsasın ortaya qoyulması lazım gəlirdi. Buna görə də aşağıda göstərdiyimiz işləri müvafiq qayda və üsullar çərçivəsində tamamlamağa çalışdıq: • Geyim, dəyərli daş, pul vahidi, çəki və uzunluq ölçüləri, savaş vasitə və ləvazimatları, sivil və hərbi qurum, məqam, rütbə, ünvan, ləqəb, məslək, sənətkar və s. kimi isimlərin bir çoxunun bugün birəbir qarşılıqlarını tapmaq mümkün deyildi. Bunlar ya sonnotlar ilə yaxud da əsərin sonuna qoyulacaq bir sözlük ilə açıqlana bilərdi. Bu cür kəlimə sayı, güman etdiyimizdən çox çıxdı. Beləcə, əsərin arxasında sanki ayrıca bir tarixi ifadə və terminlər sözlüyü formalaşdı. Sonnotlarla mətn içinə bu sözlüyü yedirmək isə mətnin axıcılığını itirərdi. Bunun yerinə, lazım olan yerlərdə mötərizə içində qısaca kəlmə qarşılığı verildi, ancaq bu gün yayğın istifadə şəkli varsa, ona üstünlük verildi; • Əlinizdəki əsər bugün hər kəsin anlayacağı Azərbaycan türkcəsi ilə yazılmağa çalışıldı. İfadə və terminlərlə əsərin xüsusiyyəti əsas alınaraq bəzi kəlmələr saxlanıldı. Evliya Çələbinin üslubuna mümkün olduğu qədər sadiq qalındı, cümlə içində bəzi kəlmələrin yerləri belə dəyişdirilmədi. Mətn içində keçən başqasının ağzından verilən söhbətlər və Evliya tərəfindən şivə özəllikləri qorunaraq nəql edilən bölümlər eynən qorundu. Sadələşdirilmiş mətn içində demək olar ki, hər kəlmənin tam qarşılığı verildi. Mətnin anlaşılması üçün bəzən cümlələrdə qısaltmalar, ixtisarlar aparıldı, ancaq bir-iki istisna xaricində qətiyyən məlumatların çıxarılmasına yol verilmədi; • Mətndəki ayə, hədis, ərəbcə və farsca mətnlərin orijinalları və Azərbaycan dilindəki qarşılıqları verildi. Ayə və hədislərin qaynaqları və tərcümələri ibarənin yanında kvadrat mötərizə içində göstərildi; • Yazma nüsxədə Evliya Çələbinin buraxmış olduğu kəlmə, sətir, səhifə boşluqları mətndə … şəklində üç nöqtə ilə göstərildi. Haşiyə və dərkənarlar mətnin içinə yerləşdirildi. Yazılmayan tarixlərdən təsbit etdiklərimiz mətndə kvadrat mötərizə daxilində göstərilərək sonnotda izah verildi; • Yerli adların bugünki bilinən variantları mötərizə içində yanında yazıldı və ya sonnotda izah edilərək verildi. Mətndə “kənd” olaraq keçən yerlərin əksəriyyəti Evliya Çələbinin ifadəsi əsas alınaraq “qəsəbə” sözü ilə əvəz edildi; • Türkcə şeirlər olduğu kimi verildi. Tərəfimizdən edilən tərcümələri isə kvadrat mötərizə daxilində verildi. Tarix çıxarılmış beyt və misraların yanında tarix varsa, miladi tarixə çevrildi; • Əsərdəki hicri tarixlər olduğu kimi verilərkən kvadrat mötərizə içində miladi tarixi də göstərildi. Yanlış olduqları təsbit edilən tarixlərin doğruları sonnotda göstərildi; • Əsərin sonunda, əsərdən asan istifadəni təmin edəcək təfsilatlı qarışıq bir indeks hazırlandı; • Orijinal mətndə boş buraxılan bir kəlməlik yerlər üçün … işarəsi ilə, boş sətir miqdarı isə üç nöqtəli boş sətir ilə göstərildi. Bəzən da mötərizə içində (yazılmadı) ifadəsi ilə göstərildi; • Mətndə tərəfimizdən əlavə edilən yerlərin hamısı kvadrat mötərizə [ ] içində göstərilmişdir; • Əsərə zənginlik qatmaq üçün adı keçən yerlər, şəxslər və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq minyatür, qravür əski və yeni fotoşəkillər kimi materiallar və rəsim yazıları əlavə edildi. Xüsusən, Evliya Çələbidən təqribən yüz il öncə Matrakçı Nasuh tərəfindən Qanuni Sultan Süleymanın iki İraq səfəri əsnasında çəkdiyi Azərbaycan şəhərlərinə aid minyatürlər bu əsərə əlavə edildi; • Əsərin sonunda qısa və yığcam bir lüğət əlavə edilərək tarixi terminlər açıqlandı, yer və şəxslər haqqında məlumat verildi; • Evliya Çələbinin dörd Azərbaycan səyahətinin ayrı-ayrı xəritələri çıxarılaraq Evliya Çələbinin marşrutu göstərildi;

NEŞRE HAZIRLAYAN: MEHMET RIHTIM
QAFQAZ ARAŞTIRMALARI ENSTİTÜSÜ YAYINLARI
BAKI-2012.

Gönderen Mehmet Rıhtım zaman: 11:10

Comments are closed, but trackbacks and pingbacks are open.