Naxçıvanda Eynəli bəy Sultanovun yubileyi qeyd olunacaq
Bu tipli təmtəraqlı çıxışlardan sonra təntənəli gecənin təşkilatçısı olan Həcər xanım şərqli zövqü ilə hazırlanmış mer-meyvə, şirniyyat, tort, Asiya nemətləri və şərbətlə zənginləşdirilmiş masalara qonaqları dəvət edib, onlara çay və kofe də verilib. Masa arxasında knyaz Sumbatov və K.Abaşidze adlı şəxslər çıxış etdikdən sonra Həcər xanımın etdiyi nitq onlarda yüksək təəssürat oyadıb. Tiflisdə keçirilən bu rautda türklərin yuxarıdan aşağıya bütün cəmiyyətləri təmsil olunub.
Eynəlibəy sultanovun məqalələri
Eynəli bəy Sultanov Novruz bayramı və təntənələri haqqında
Qədim türklərin milli bayramları, adət-ənənələri, ritual və mərasimləri, tapınma və inancları nəinki türk alimləri, həm də digər xalqların təfəkkür sahibləri tərəfindən müxtəlif dövrlərdə öyrənilmiş və bu gün də öyrənilməkdədir. Əlbəttə, türk etnik düşüncəsində özünə yer almış bu bayramlardan hər birinin yeri önəmli görünsə də, Novruz bayramına münasibət, fikrimizcə, müstəsnalıq təşkil etməkdədir. Daha çox türklərin milli bayramı kimi tanınan Novruza (çünki onu farslar, hindlilər, taciklər, əfqanlar, puştular, urdular və başqaları da qeyd etməkdədirlər) daha çox yiyə çıxmağa ixtiyarı olanlar da, məhz biz türklərik. Məsələnin tarixinə işıq hələ lap qədim dövrlərdən tutulmuş və Novruzun hansı zaman kəsiyindən məlum olması ilə bağ�lı xeyli mülahizələr irəli sürülüb. Azərbaycan folklorşünaslarının (M.Seyi-dovun, A.Nəbiyevin, V.Vəliyevin, B.Abdullanın, S.Rzasoyun,R. Allahverdiyevin, A.Xəlilin, A.Rama�zanovanın və digərlərinin) araşdırmalarında bu bayramla bağlı M.Qaşqarlının, Rəşidəddinin, Ö.Xəyyamın, Ə.R.Biruninin, A.Olearinin, F.Kotovun, J.Batist Şardenin, M.Hatəm Ordubadinin, İtalyan səyyahı C.Karrerinin, Y.V.Çəmənzəminlinin, M.Təhmasibin, M.S.Ordubadinin, M.İbrahimovun və başqalarının nəzər-nöqtələri yetərincə araşdırılıb, Novruza �Avesta�da və digər mənbələrimizdə verilən mühüm yer göstərilib.
Novruzun ritual əhəmiyyəti, mifoloji xüsusiyyətləri ilə bağlı ortaya çıxan hər bir araşdırma, tədqiqat və təhlillər bu bayramın birbaşa türk etnik-milli düşüncəsi ilə bağlılığını sübut etməkdədir. Bununla belə,bu sahədəki şifahi və yazılı mənbələr müxtəlif rakurslardan öyrənilsə də, Novruzla bağlı böyük publisist, Azərbaycan maarifçiliyinin parlaq nümayəndələrindən biri Eynəli bəy Sultanovun mülahizələri, fikrimizcə, araşdırmalara yetərincə cəlb edilməyib, təhlillərdən kənarda qalıb. Onun publisistikasında Novruz bayramına həsr olunmuş bir neçə məqalə yer almaqdadır. Eynəli bəy Sultanova görə, bu bayram bütpərəstlik dövründən bizim çağlara gəlib yetişib. Onun 1914-cü ilin 9 martında �Zakavkazskaya reç� qəzetindəki yazısında qeyd olunur ki, Novruz müsəlmanlarda (yəni Azərbaycan türklərində) 9 mart günü bayram edilir. Bu, qədim xalq bayramı olmaqla yarıtarixi, yarıəfsanəvi İran şahı Cəmşid dövründən gəlir ki, həmin dövrdə bütün İran günəş kultuna, ayininə sitayiş edirmiş. Daha sonralar isə onlar bu bayramı islamla Xəlifə Əlinin öz hüquqlarını icra etməsi ilə əlaqələndirib, ona dini mahiyyət verməyə çalışıblar. Beləliklə, farslarda bu bayram milli xüsusiyyətlərdən kənarlaşdırılıb, onu şiəliyin tarixi ilə bağlamalar cəhd edilib. Eynəli bəyin söylədiyinə görə şiələr Novruz bayramını Əlinin bayramı hesab edib, Məhəmməd peyğəmbərin davamçısı olduğundan onun insanın yox, allahın hökmü ilə bu rütbəyə layiq olduğunu qeyd etmişdilər. Eyni zamanda Novruz bayramının həm də yeni ilin ilk günü olduğunu qeyd edən E.Sultanov bu bayramın heç də yeni eranın başlanğıcı anlamına gəlmədiyini söyləyib.
E.Sultanov Novruz bayramının müsəlmanlar (yəni türklər) tərəfindən necə yüksək əhval-ruhiyyədə keçirildiyini də yaxşı təsvir edərək bayramın üç gündən az davam etmədiyini və müsəlman (yəni azərbaycanlılar) məntəqələri yerləşən küçələrdə (burada Tiflis şəhəri kücələri nəzərdə tutulur) böyük canlanma olduğu, izdiham yaşandığı, rəngarəng paltar geymiş insanların şad və xürrəm şəkildə ən gözəl geyimlərdə, təmiz paltarda, gülab suyu və digər xoş qoxulu ətirlərdən istifadə etməklə gəldiklərini, hamının çöhrəsində şənlik olduğunu, tanışların bir-birinin evinə qonaq getməsini, hamının bir-birini təbrik edib, xoşbəxtlik arzulayaraq qucaqlaşıb öpüşməsini, evlərdə zəngin süfrələrin açılmasını, masalara şirniyyat, şərbət, mer-meyvələr qoyulmasının, milli mətbəxin ən dadlı, ləziz yeməyi olan aş gətirilməsinin vacibliyindən danışır. Eynəlibəy Sultanov yazır ki, Tiflisin müsəlmanlar yaşayan məhəllələrində hava qaranlıqlaşandan sonra silahlardan atəşlər aşılır, tonqallar çatılır və i.a.və s.
Eynəli bəy Sultanov �Zakavkazskaya reç� qəzetinin 1915-ci il 9 və 11 mart saylarında yenə də başqa � �Müsəlman rautu (raut – təntənə) Novruz� və �Raut Novruz� məqalələrində Tiflisdə keçirilən Novruz bayramı ilə bağlı əlavəmülahizələrini ortaya qoyur. Söyləyir ki, türklərin böyük milli bayramı olan Novrüz həmin ilin 9 martında Tiflisdə Saray küçəsindəki Yeni klubda yerli Müsəlman (türk) Ziyalı Cəmiyyəti tərəfindən təşkil edilmiş və buradakı şadyanalıqda ehtiyacı olan müsəlmanlara və yerli müsəlman xeyriyyə cəmiyyətlərinə (qadın və kişi) vəsait yığımını gücləndirmək məqsədi ilə (çünki həmin vəsaitin yığımı hər il ənənəvi gecələrin ləğv edilməsi ilə bağlı nəzərəçarpacaq dərəcədə azalmışdır) raut (ingiliscə �raut� � �təntənəli gecə, qəbul�) təşkil edilib.
Türklərin yeni ili hesab edilən bu bayramı xeyriyyəçilik məqsədi ilə təşkil etdiyinə görə Yeni klubun ağsaqqalları klubun zalını heç bir təmənna güdmədən türklərə veriblər. Başqa şəhərlərdən gələnlər istisna olunmaqla təntənəli gecəyə xüsusi dəvətnamə ilə heç kim çağırılmasa da, tədbir yetərincə maraqlı keşib. Yenə də adı çəkilən Yeni klubda Novruz bayramının yerli gürcü cəmiyyəyi ilə türklərlə gürcülərin birgə keçirməsi bu məclisin hamının xoşuna gəlib bundan mütəəssir olduğunu söyləyərkən, E.Sultanov həm də məsələnin rəsmi tərəfinə diqqət çəkir. Qeyd edir ki, həmin gün 1-2- radələrində buraya çoxlu insanlar yığışıb. Onların arasında Qafqazın Şeyxül-İslamı Pişnamazzadənin başçılığı ilə nümayəndə heyəti də iştirak edildi.Burada müftilik nümayəndəsi Əvəddin Əfəndi müxtəsər dua oxuduqdan sonra Şeyxül-İslam Novruz bayramının mahiyyəti ilə bağlı lakonik nitq söyləyib. Rəşidbəy Əfəndiyevin (E.Sultanov belə yazır, hər ehtimala qarşı müəllif Rəşid bəy Əfəndiyevi nəzərdə tutur) rəhbərliyi altında dualar oxunduqdan sonra yerli sənət məktəbinin şagirdlərindən ibarət xor kollektivi bir neçə milli mahnı ifa etdikdən sonra �Mnoqiye leta� rus nəğməsini də oxuyub, Axund Mövlazadə tatar (Azərbaycan türkcəsində) dilində geniş nitq söyləmiş, təntənəli gecənin məqsədindən danışıb. Bundan başqa buraya gələn İranın Baş konsulu Mir Həsən Xan da Novruz bayramı münasibəti ilə bağlı nitq söyləyib, gecəyə İran konsulluğu ilə birgə, həm də İran türklərinin nümayəndəsi qatılıb.
Maraqlı həm də burasıdır ki, Eynəli bəy Sultanovun özü də həmin gecədə iştirak edərək rus dilində nitq söyləyib. O, Novruzun sırf türklərin milli bayramı olduğunu dilə gətirməklə nitqini aşağıdakı sözlərlə bitirib: �Qoy bizim bugünkü Novruzumuz Qafqaz xalqlarının sıx dostluq və qardaşlıq həyatının yenilənmiş səhifəsi olsun!�
Bu tipli təmtəraqlı çıxışlardan sonra təntənəli gecənin təşkilatçısı olan Həcər xanım şərqli zövqü ilə hazırlanmış mer-meyvə, şirniyyat, tort, Asiya nemətləri və şərbətlə zənginləşdirilmiş masalara qonaqları dəvət edib, onlara çay və kofe də verilib. Masa arxasında knyaz Sumbatov və K.Abaşidze adlı şəxslər çıxış etdikdən sonra Həcər xanımın etdiyi nitq onlarda yüksək təəssürat oyadıb. Tiflisdə keçirilən bu rautda türklərin yuxarıdan aşağıya bütün cəmiyyətləri təmsil olunub.
Müsəlman ruhaniləri təntənəli gecəni tərk etdikdən sonra səhnədə sazəndələr, xanəndələr, xüsusən məşhur Tiflisli xanəndə Seyid öz ansamblı ilə çıxış etmiş, rautda şərq rəqsləri � �Ləzginka,� �Uzundərə� və s. ifa edilib. Eynəli bəy Sultanovun şəhadətinə görə müftinin xanımı Qaibovanın milli geyimdə qızıl sikkələrlə naxışlanıb tikilmiş paltarda çıxışı da öz fərqli ifa tərzi ilə seçilib.
E.Sultanov Novruz bayramı ilə bağlı təşkil edilmiş bu təntənəli gecədə türk publisisti Ömər Faiqin (Ömər Faiq Nemanzadənin) olduqca məzmunlu və ideyalı nitqində rautun nə məqsədlə təşkilolunma mahiyyətini açıb. Sonda E.Sultanov onu da vurğulayır ki, türk qaçqınlarına xeyriyyə məqsədilə təşkil olunmuş bu yığımda qonaq olan gürcülərin xüsusi ilə fəallıq göstərməsi də təqdirəlayiq hal kimi hamının xatirində özünə yer edib.
Eynəli bəy Sultanovun Novruz bayramı ilə bağlı fikirlərinə nəzər salarkən bizi ilk növbədə belə bir fakt özünə cəlb edir ki, birinci, böyük publisistin yüz il bundan əvvəl Novruzun milli bayram olması ilə bağlı dürüst təsəvvürləri mövcud olub, ikinci, ən başlıcası isə Novruzla bağlı təntənəli gecələrin təşkil edilib ehtiyacı olanlara köməklik göstərmənin vacibliyi göz önünə qoyulub. Sultanovun söylədikləri həm də onu göstərir ki, bu gün bizim elə köməyə ehtiyacı olanlarımız (uşaq evləri, yetim sığınacaqları, ahıllar evi, əlillər evi, qayğıdan məhrum olanlar və s.) var ki, belə xeyriyyəçilik gecələri təşkil edib, onlara müəyyən yardımlar göstərib, könüllərinə həmdəm ola bilməyin özü də Novruzun humanist və bəşəri mahiyyətinə daha mühüm rəng qata bilmək qənaətini ortaya qoymaqdadır.
Nizami Tağısoy
Xalq cəbhəsi.- 2017.- 15 mart.- S. 13.
Naxçıvanda Eynəli bəy Sultanovun yubileyi qeyd olunacaq
Bakı. 15 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunacaq. “Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncamla “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Qeyd edək ki, o, 1866-cı ildə Naxçıvanda anadan olub. Eynəli bəy Sultanov ilk təhsilini buradakı qəza məktəbində alıb, sonra İrəvan kişi gimnaziyasında oxuyub. Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə çalışıb, “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləyib. “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru, “İşıq yolu” qəzetinin məsul katibi işləyib. Eynəli bəy Sultanov Naxçıvanda ilk kitabxana və mətbəəni, 1882-1883-cü illərdə “Ziyalı məclisi” və “Müsəlman dram incəsənəti cəmiyyəti” ədəbi-mədəni mərkəzlərini yaradıb, qabaqcıl fikirli gəncləri öz ətrafına toplayaraq 1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak edib.
SON DƏQİQƏ
XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yaradıcılığı ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri Eynəli bəy Sultanov (1866-1935) Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindəndir. Böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932) “özündən huşyar dost” hesab etdiyi Eynəli bəy Sultanov mükəmməl şəkildə bir neçə xarici dil mənimsəmiş və bunun nəticəsi olaraq dünya ədəbiyyatının korifeylərinin əsərlərini orijinaldan oxuya bilmişdir. 1880-1886-cı illərdə təhsil aldığı İrəvan kişi gimnaziyasinda bir çox elmləri və dilləri (rus, latın, yunan, fransız) öyrənməsi onun dövrünün açıqfikirli, müasir, zəngin dünyagörüşlü bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Eynəli bəy XIX əsrin sonlarında Naxçıvanda maarifçilik hərəkatının başçılarından biri olmuş, “Ziyalı məclisi”, “Müsəlman Dram İncəsənəti Cəmiyyəti” təşkil etmiş, burada ilk kitabxananı açdırmağa nail olmuş, ilk mətbəəni yaratmış, milli şüurun formalaşması və məktəb, folklor və yazılı ədəbiyyatın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə çalışmış, 1883-cü ildə Naxçıvanda teatrın yaranmasında fəal iştirak etmişdır. O, “Naxçıvan ədəbi mühitində təşkilatçı-rəhbər, rejissor və aktyor” nasir, dramaturq, publisist, baş redaktor, tərcüməçi, teatr tənqidçisi, pedaqoq, qadın azadlığı tərəfdarlarının əvvəlincilərindən olmuşdur. «Новое обозрение», «Каспи», «Закавказье», «Кавказская коммуна», “İşıq yolu” və s. qəzetlərdə öz dövrünün ictimai əhəmiyyətli hadisələrindən, problemlərindən bəhs edən ədəbi-publisist yazılarla çıxış etmişdir. Yaradıcılığının bütün növ və janrlarında, bütün fəaliyyətində Eynəli bəy milli mövqedən – azərbaycançılıq mövqeyindən çıxış etmiş, öz xalqının dərdlərindən söz açmış, “Mənim xalqım” məqaləsində yazdığı kimi “xalqını azad insanlar içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında maarifçi” kimi görməyi arzulamışdır.
Eynəli bəy Sultanov çoxşaxəli və zəngin yaradıcılığının dramaturgiya və nəsr sahələrinə nisbətən daha ağırlıq təşkil edən sahəsi publisistikadır. Bu məqalələrin içində diqqətimizi cəlb edən Eynəli bəyin ədəbiyyat və taetr tənqidilə bağlı fikir və mülahizələrinin əks olunduğu dəyərli nümunələrdir. Akademik İsa Həbibbəylinin ön sözünü yazdığı və toplayıb tərtib etdiyi Eynəli bəy Sultanov “Məqalələr” kitabında yer alan elə ilk məqalə 1892-ci ildə “Novoye obozreniye” qəzetində “Biblioqrafiya” adı ilə verilmiş “Balıqçı və balıq nağılı Köçərlinin tərcüməsində” adlı resenziyadır. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının ana dili müəllimi Azərbaycanın ilk ədəbiyyat tarixçisi, ədəbiyyatşünası, tənqidçisi Firidun bəy Köçərlinin Rusiyanın “ən böyük şairi” və müasir rus ədəbiyyatının banisi sayılan Aleksandr Sergeyeviç Puşkindən tərcümə etdiyi mənzum əsərin 51 səhifədən ibarət kitab şəklində nəşr olunması münasibətilə yazılmışdır. Görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərlinin 10 il – 1885-1895-ci illərdə gecə tərbiyəçisi olması və sonra hazırlıq sinfində hüs¬nxət müəllimi kimi fəaliyyət göstərməsi bəzi mənbələrdə qeyd olunur. Akademik İsa Həbibbəylinin ön sözdə qeyd etdiyi kimi Eynəli bəy Sultanovun gimnaziyada sonuncu ilində – 1885-1886-cı tədris ilində Firudin bəy onun Azərbaycan dili və şəriət müəllimi olmuşdur. Şeirlə tərcümə olunan əsərin rəvanlığını, dilinin aydın və anlaşılan, hətta “azərbaycanlıların danışıq, gündəlik dilində qaçılmaz olan fars və ərəb söz və ifadələrini istifadədən belə yayınmaq cəhdlərini” təqdir edən Sultanov bir neçə tənqidi qeydlərini bildirmişdir. Bunlardan birincisi və ən əsası tərcümə əsərinin rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan, adı dünyada ən çox öyrənilmiş 100 şəxsiyyətin siyahısına daxil edilmiş Puşkin orijinalının poetik gözəlliyini mükəmməl şəkildə çatdırmamasıdır. Bu da əsərin mövzusu və süjet xətti ilə daha çox bağlıdır. Sonrakı dövrdə “Balıqçı və balıq haqqında nağıl” mənzum nağılının Məmməd Rahim və Mirmehdi Seyidzadənin tərcümələrindən istifadə edilmişdir. “Qafqaz əsiri”, “Qaraçılar”, “Ruslan və Lyudmila”, “Yevgeni Onegin” və s. əsərlərin müəllifi “Puşkin nağılının süjetinin özü etik element baxımından Azərbaycan poeziyası üçün az əhəmiyyətlidir. Azərbaycanlıların Vaqif, Zakir, Nəbati və digər görkəmli istedadlar kimi təmsilçiləri olan orijinal poeziyaları vardır”. Bu əsərdə azərbaycanlı oxucunun alışdığı zəngin ədəbiyyat ənənələrinin olmaması, qadının tamamilə mənfi planda, tamahkar, acgöz, xudbin verilməsi, romantik, bir az mistik çalarlar realist metodu daha üstün tutan Eynəli bəyi qane etməmişdir. Eynəli bəy Sultanov bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyətini, xalqın mənəvi qidası olduğunu nəzərdə tutduqda Firudin bəyin bu əməyinin nə kimi əhəmiyyət daşıdığını, tərcümə üçün seçilmiş materialın bu məqsədə xidmət edə bilməyəcəyini vurğulayır. Sonda böyük ədib bu qənaətə gəlmişdir ki, bu tərcümə əsəri kiçik və yuxarı yaşlı uşaqlarçün müəyyən əxlaqi nəticəsi olduğu və ədəbiyyatımızı yeni bir əsərlə zənginləşdirdiyi üçün əhəmiyyətə malikdir. Rəhim Məmmədzadənin “Persiyada qırğın” 3 pərdəli pyesini maraqlı məzmununa və anlaşıqlı dilinə görə təqdir etmişdir. Əsərdə İrandakı inqilablar dövrünün hadisələri deyil, inqilabdan əvvəl “fars məmurlarının köməksiz əhali üzərindəki özbaşınalığının mənzərəsinin” canlandırıldığı və bu kimi hadisələrin elə məhz inqilabi üsyanlara gətirib çıxardığı qeyd edilir. Sonra əsərin qısa məzmunu ilə oxucular tanış edilir. Müəllif əsəri sərt tənqid etməmişdir. Xüsusən, ona görə ki, bu pyes ədəbiyyat sahəsində onun birinci təcrübəsidir. Eynəli bəy ana dilində maraqla oxunan belə dram əsərlərinin azlığı səbəbindən müəllifə minnətdarlığını bildirmişdir.
Eynəli bəy Sultanovun tənqidi məqalələrinin əksəriyyəti teatr tamaşaları haqqındadır. Onun C.Məmmədquluzadənin “Ölülər”, N.Nərimanovun “Nadir şah”, Ü.Hacıbəyovun “Arşın mal alan”, “Əsli və Kərəm” əsərlərinə, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Volterin “Sultan Osman” kimi tərcümə əsərləri əsasında hazırlanmış tamaşalara yazdığı resenziyalar teatr sənətinin, mədəniyyətinin yüksəlişi üçün son dərəcə əhəmiyyətlidir. Bu resenziyalar və ayrı-ayrı aktyorlar haqqındakı məqalələri (H.Ərəblinski, H.Sarabski və s.) akademik İsa Həbibbəyli Tiflisdəki Azərbaycan teatrının təşəkkülünə mühüm təsiri baxımından çox yüksək dəyərləndirmişdir: “Vaxtilə şəbeh tamaşalarını araşdırıb öyrənən, Naxçıvan teatrının əsasını qoyan müəllifin artıq xeyli dərəcədə formalaşmış milli teatr barədəki fikirləri əsasən peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb etmişdir”. Eynəli bəyin “ilk dəfə geniş, hərtərəfli və ümumiləşdirilmiş elmi portretini yaratmış” filologiya üzrə fəlsəfə doktoru, dosent İzzət Maqsudov bu barədə yazır: “1910-1916-cı illərdə və daha sonralar Tiflis səhnəsində azərbaycanlı artistlərin göstərdiyi elə bir əsər olmamışdır ki, E.Sultanov onun haqqında öz fikrini söyləməmiş olsun. E.Sultanovu maraqlandıran əsas məsələlərdən biri aktyorun öz üzərində ciddi işləyərək, savadını durmadan artırması, səhnə mədəniyyətinə yiyələnməsi məsələsidir”. 1916-cı ildə dahi ədib Cəlil Məmmədquluzadənin uzun zamanlıq bir mübarizədən sonra “Ölülər” əsərinin ilk müvəffəqiyyətli tamaşası haqqında Eynəli bəy böyük sevinclə “Zakavkazskaya reç” qəzetində oxuculara xəbər vermişdir. “Müsəlman auditoriyası” resenziyası görkəmli mədəniyyət xadimi, Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olan Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar”, başqa adla “Məşədi Şaban” adlanan komediyasının tamaşası haqqındadır. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin böyük rolu olub. “Gənc müsəlman yazıçısı Qəniyevin qələmindən çıxmış bütün komediyalar gözəldir, lakin bu “Məşədi Şaban” komediyası daha gözəldir. Müəllif məharətlə qara camaatı, simic xəsisləri və onların teatra münasibətini təsvir edir. Onlar düşünürlər ki, aktyorlar teatra xalqı güldürmək və pul toplamaq üçün yığışırlar”. Məşədi Şaban sərvət toplamaq məqsədilə teatrı podrata götürmək istəyir və evinə gənc artist Ağa Cavadı dəvət edir. Tamaşada artistlərdən cənab Haqqı, cənab Abbasovun rollarını çox yaxşı oynadıqlarını qeyd edən Eynəli bəy aktrisalar haqqında susmaq lazım gəldiyini qeyd etmişdir. “Müsəlman operası” 1914-cü ildə Tiflisdə Bakı müsəlman truppasının tamaşaya qoyduğu “Leyli və Məcnun” operası haqqında yazılmış resenziyadır. Leyli rolunu oynamaq məcburiyyətində qalan Məmmədovun roluna yaraşmadığını qeyd edən Eynəli bəy bunu bütün müsəlman dram əsərlərinin qüsuru kimi qiymətləndirir: “Səhnəyə təbii müsəlman qadını çıxana qədər onu qəbul etmək lazım gələcəkdir”.
Eynəli bəy Sultanovun ədəbi qeydlərindən danışarkən “Müsəlman yazıçılarının müharibə haqqında fikirləri”ndə Şərq ədəbiyyatının Sədi, Hafiz, Firdovsi, ustad aşıqlardan Aşıq Abbasın müharibə, qəhrəmanlıq, qorxmazlıq, ehtiyat, dünya malına aludə olmamaq haqqında dəyərli fikirləri toplamışdır. Eynəli bəy “Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır?” məqaləsində proletar ədiblərini nəzərdə tutmadığını qeyd edəndən sonra öz dövrünün ədəbiyyat xadimlərinə olan başlıca tələblərini belə ümumiləşdirir: “Biz əvvəl, bil-əvvəl ədibdən istedad və məhariyyət, sondan da qanacaq, bəsirət (qanacaqlı, ətraflı, dərin və qəşəng bir nəzər) və bilik tələb etməliyik. . Kamil bilik ilə bərabər ədibin əxlaqi dəxi dumduru və təmiz olmalıdır. 1914-cü ildə yazılmış “İsmayıl bəy Qaspirinski (Qaspıralı)” məqaləsi Krım Bağçasarayda 1883-cü ildən nəşr edilməyə başlayan “Tərcüman” qəzetinin baş redaktoru, ictimai xadim, publisist İsmayıl bəyin vəfatından doğan kədəri ifadə etmək məqsədilə yazılmışdır. Rus əsarəti altında əziyyət çəkən türkdilli xalqların təhsilə, tərəqqiyə, elmə, mədəniyyətə, nəhayət, birliyə möhtac olduğu bir dönəmdə “Tərcüman”ı və “Dildə, fikirdə, işdə birlik” şüarı ilə tarixin səhnəsinə İsmayıl bəy Qaspıralı çıxdı. Altaydan Urala, Orta Asiyadan Qafqaza, Volqaboyundan Balkanlara səpələnmiş türk ulusunun eyni dəyərlərə mənsub olduqlarını və ona sahib olmanın vaxtı çatdığını anlatdı. “Xalqını ruhən oyandıran və sevgi ilə ictimai həyatın dəyişdirilməsi xeyrinə çalışan mərhum 35 illik səmərəli və məhsuldar fəaliyyəti dövründə Rusiya müsəlmanlarının müasir bilikləri mənimsəməsinin zəruriliyi və xalq təhsilinin səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə aparırdı”. Onun fəaliyyəti nəticəsində rus tabeliyindəki bütün müsəlmanların ruhən birləşdiyini və bu səbəbdən də müsəlman xalqı arasında çox böyük hörmət qazandığı qeyd olunur. Onun fəaliyyətinin fərqli xüsusiyyəti kimi, yeniliyin ən azğın əleyhdarları olan mollaların əksəriyyətinin cəhalətinə və fanatizminə kəskin hücumlarsız keçinmək bacarığını göstərir: “O, üsullu şəkildə, ehtiyatla və ehmalla Qərb maarifçiliyinin rədd edilməsi ilə xalqına vurulan ziyanı nişan verir və yalnız bu yolla həmvətənlərinin həyatının yaxşıya doğru dəyişilməsi istiqamətində nəticə əldə edirdi”. Haqqındakı dəyərli qeydlərdən sonra müəllif: “Bütün deyilənlərdən sonra aydın olur ki, niyə hətta yaşlılığına baxmayaraq, Qaspıralının vəfatı haqqında xəbər bütün müsəlmanlara zərbə vurdu və ümumi hüzn doğurdu”. 1915-ci il qələmə alınmış “Rusiyada müsəlman mətbuatı” məqaləsində də 1905-ci il inqilabına qədərki mətbuat orqanları içərisində “Tərcüman” qəzetinin rolunu xüsusi olaraq vurğulamışdır. 1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ilk müsəlman satirik mətbuat orqanı “Molla Nəsrəddin jurnalının nəşrinin dayandırılması əmrinindən, jurnal əməkdaşlarına edilən kəskin hücumlara qarşı çıxaraq, məcmuənin Azərbaycan mətbuatı tarixində tutduğu mövqeyi düzgün müəyyənləşdirmişdir: “Bu məcmuə özünün bir çox müsbət cəhətlərinə görə ancaq bizim ölkənin müsəlmanları arasında deyil, bütün müsəlman Şərqində, habelə Avropanın Şərqlə maraqlanan təbəqələri arasında da məşhurdur”. “Müsəlman həyatı” başlıqlı məqalədə “Molla Nəsrəddin” jurnalının inqilab günlərində müharibədən zərər çəkmiş müsəlmanlara və qaçqınlara yardım etməli olan şəxslərin mitinqlərdə xitabət kürsüsünə çıxaraq bir-birinin ardınca ehtiraslı nitqlər söyləməklə kifayətləndiklərini və Mollanın bundan hiddətləndiyini yazır. “Molla bir şeyi nəzərdən qaçırır ki, biz müsəlmanların adamı o qədər azdır ki, xalq xadimləri qeyri-ixtiyari bir neçə işi aparmalı olur”. Eynəli bəy “İki oğul” xalq lətifəsini əsas alaraq yazır: “Qeyri-ixtiyari daima yalan deyən, yaxud yalnız həqiqəti yazanlara dua edirsən. Amma gah yalan, gah da doğru məlumat verənləri lənətləməli olursan, çünki adamın fikrinə dəhşətli dolaşıqlıq gətirirlər”.
Nəticə olaraq qeyd etməliyik ki, Eynəli bəy Sultanov dövrünün açıqfikirli, uzaqgörən, vətəni və xalqını sonsuz məhəbbətlə sevən bir ziyalısı və ədibi, jurnalisti və publisisti olmaqla yanaşı ədəbiyyat və incəsənətin inkişafı və milli maraqlara xidmət etməsi üçün çalışan qərəzsiz bir tənqidçisi kimi də misilsiz xidmətlər göstərmişdir. Onun incəsənətin bir sahəsi kimi ədəbiyyat və onun qarşısına qoyulan tələblər, mətbuat və taetr tamaşalarının bəzi nöqsanları və üstünlüklərindən bəhs edən məqalələri həm öz dövrü üçün, həm də müasir dövrümüz üçün mühüm əhəmiyyətə malikdir.
Comments are closed, but trackbacks and pingbacks are open.