Şeyx səduq səvabul-əmal
تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
Şeyx səduq səvabul-əmal
Şəfaət barədə etiqadımız
Şəfaət barədə etiqadımız
2017-10-30 2314
Şəfaət barədə etiqadımız 1.Şəfaət haqqında olan ayələr 2.Şəfaət haqqında olan hədislər 3.İslam alimlərinin şəfaət barəsində söylədikləri Bismillahir-rəhmanir-rəhim Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd Bu məqalədə danışacağımız mövzu şəfaət mövzusudur. Şəfaət – bir kəsin nemətə çatmasına, yaxud zərərdən müdafiə olmasına vasitəçilikdir. Şəfaət mövzusu iki cür müzakirə oluna bilər. 1)Axirət günündə olacaq şəfaət. 2)Dünya həyatındakı şəfaət. Bizim bu məqalədə danışacağımız şəfaət, birinci qism şəfaət haqqındadır. Yəni Axirət günündə bəzi şəxslərin Allah yanında şəfaət etmələri barəsində olacaqdır. Əqidəmizə görə Qiyamət günündə Allah təbarək və təalanın razı olduğu və seçdiyi bəndələri Adəm övladlarına şəfaət edərlər. Həmçinin, Allahın razı olduğu şəxslərdən başqa heç kəsə şəfaət olunmaz. Qurani-Kərimə baxdıqda görürük ki, şəfaət haqqında nazil olan ayələr bir neçə qismdir. Bu qismlər aşağıdakı bölgüdən ibarətdir: 1) Şəfaəti inkar edən ayələr. 2) Şəfaətçiləri inkar edən ayələr. 3) Şəfaətin yalnız Allahın iznilə olmasını bildirən ayələr. 4) Allahın, əməllərinə və sözlərinə razı olduğu şəxslərin şəfaət edəcəyini bildirən ayələr. 5) Tovhid üzərində olan və Allahın razı qaldığı şəxslərə şəfaət olunacağını bildirən ayələr. İndi isə həmin qismlər üçün Qurani-Kərimdən şahidlər gətirib sonra bu barədə bizə gəlib çatmış hədisləri siz əziz oxuculara təqdim edirik. Şəfaəti inkar edən ayələr 1) “Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin” (Bəqərə 123) 2)”Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir” (Müddəssir 48) Şəfaətçiləri inkar edən ayələr 1) “Bununla (bu Qur’an vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər” (Ənam 51) 2) “Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun” ( Ənam 70) 3) “(Bu gün) bizim şəfaət edənimiz yoxdur” (Ənam 100) 4) “(Müşriklərə Bərzəx aləmində, həmçinin Qiyamət günündə belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. Özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir ” (Ənam 94) Şəfaətin yalnız Allahın iznilə olacağını bildirən ayələr: 1) “Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah” (Yunis 3) 2) “İzn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir” (Səba 23) 3) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz ” (Taha 109) 4) “İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət edə bilər?!” (Bəqərə 255) Şəfaət etməyə izni olanlar : 1) “(Həmin gün) Rəhman olan Allahın yanından əhd-peyman almış şəxslərdən başqa (heç kəsin) şəfaət etmək ixtiyarı olmaz” (Məryəm 87) 2) “Həmin gün Rəhman (olan) Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən başqa heç kəsin şəfaətinin xeyiri olmaz” (Taha 109) 3) “Bunların Allahın yerinə çağırdıqları (bütlər, və.s Qiyamət günü) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə malik olmayacaqlar” (Zuxruf 86) Yalnız Allahın razı olduğu şəxslərə şəfaət olunar: 1)“Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır. Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar” (Ənbiya 28) İzah: Müqəddəs Qurani-Kərimə müraciət etdikdən sonra bizə məlum oldu ki, şəfaət etmək və şəfaət olunmaq heç də Allahın iradəsindən xaric deyildir. Gərək hər bir müsəlman şəxs şəfaətə baxışını düzgün şəkildə formalaşdırsın. Çünki, bəzən müsəlmanların şəfaətə səhv baxışları onların Allahın əmr və qadağalarını yüngül tutmasına səbəb olur. Əksinə, hər bir şəxs gərək şəfaət olunmağı Allahın razılığında axtarsın. Çünki, şəfaət özü Allahın rəhmətinin təzahürlərindən biridir. İnsan gərək Allahın rəhmətinə qovuşmaq üçün daim səy göstərsin. Nəticə etibarı ilə şəfaət özü səbəbsiz olmur. Allah Öz kitabında belə buyurur: “Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim” (Bəqərə 40 ) Həmçinin buyurur: “Kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir” (Fəth 10) İnsan gərək daim gücü çatdığı qədər Allahın əmr və qadağalarına riayət etsin ki, qalan günah və xətaları şəfaət yolu ilə bağışlansın. Bununla da əbədi Cənnətə daxil olsun. Şəfaətin necəliyi və buna nail olmağın yolları mövzumuzdan kənar olduğundan qısa izahla kifayətlənib, qayıdırıq mövzumuza. Qurani-Kərimdən şahidlər gətirməklə şəfaətin haqq olmasını isbat etdik. İndi isə keçirik bu barədə olan hədisləri zikr etməyə və bəzi sualları cavablandırmağa. O suallar bundan ibarətdir ki, görəsən Qiyamət günündə kimlər şəfaət edər? Kimlərə şəfaət olunar və kimlərə olunmaz? Bu suallara cavab tapmaqdan ötrü Qurani-Kərimin həqiqi müfəssirləri olan Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun pak Əhli-Beytinin (səlavatullahi aleyhim əcməin) müqəddəs kəlamlarına və İslam alimlərinin bu barədə verdiyi şərhlərə müraciət edəcəyik.
Şeyx səduq səvabul-əmal
Peyğəmbər (s) buyurub
لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ
“Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır.”[1]
O həzrət başqa bir hədisdə buyurur:
سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ
“Sözlərin ağası “La ilahə illəllah” və ibadətlərin xeyirlisi istiğfar və tövbədir.”[2]
Həmçinin başqa bir hədisdə buyurur:
خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ
“Duaların ən yaxşısı istiğfradır (Allahdan bağışlanmaq diləməkdir).
İmam Baqir (ə) buyurur:
إِنَّ اللَّهَ إِذَا أَرَادَ أَنْ يُعَذِّبَ أَهْلَ الْأَرْضِ بِعَذَابٍ قَالَ “لَوْ لَا الَّذِينَ يَتَحَابُّونَ فِي حَلَالِي وَ يَعْمُرُونَ مَسَاجِدِي وَ يَسْتَغْفِرُونَ بِالْأَسْحَارِ لَأَنْزَلْتُ عَذَابِي
“Allah-Taala yer əhlini cəzalandırmaq istədiyi zaman buyurur: Əgər mənim halal etdiyimi qazanmağı sevənlər, məscidlərimi təmir edənlər və səhərlər tövbə edib bağışlanmaq diləyənlər olmasaydı, həqiqətən, yer üzünə əzabımı nazil edərdim!”[3]
[1] “Səvabul-əmal”, Şeyx Səduq, səh.164
Şeyx səduq səvabul-əmal
Oxucumuzun “Tövbə duasının necəliyi barədə və tövbə etmək üçün xüsusi bir zikri varmı?” – sualına cavab olaraq bildiririk ki, Allah-Taala insanlara günahları nə qədər böyük olsa belə, haqq yola qayıtmaq fürsəti vermişdir ki, buna “tövbə” (qayıdış) deyilir.
Yəni insan pis işlərindən həqiqətən narahat olur və bir daha onları etməyəcəyi haqqında Allah-Taala hüzurunda söz verir.
Tövbə etmək üçün pis əməllərin tərki, onlara görə Allahdan üzr istəyib, o əməlləri bir daha təkrarlamamaq kifayət edir.
İnsan bu peşmnaçılığı hər bir sözlə ifadə edə və Allah-Taaladan bağışlanmaq diləyə bilər ki, adətən insanlar arasında ən çox istifadə edilən zikr “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikridir, yəni “Allahımdan bağışlanmaq diləyirəm və (düşdüyüm pis yoldan və etdiyim günah və xətalardan peşmanam və) Ona tərəf qayıdıram.”
Amma bəzi ayə və hədislərdə tövbə, tövbənin şərtləri, tövbənin faydası və tövbə zikrlərinə işarə olunduğu üçün, biz də tövbə və onun sözlərinin necə olacağı barədə bir neçə hədisə işarə edirik:
Peyğəmbər (s) buyurur:
لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ
“Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır.”[1]
O həzrət başqa bir hədisdə buyurur:
سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ
“Sözlərin ağası “La ilahə illəllah” və ibadətlərin xeyirlisi istiğfar və tövbədir.”[2]
Həmçinin başqa bir hədisdə buyurur:
خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ
“Duaların ən yaxşısı istiğfradır (Allahdan bağışlanmaq diləməkdir).
İmam Baqir (ə) buyurur:
إِنَّ اللَّهَ إِذَا أَرَادَ أَنْ يُعَذِّبَ أَهْلَ الْأَرْضِ بِعَذَابٍ قَالَ «لَوْ لَا الَّذِينَ يَتَحَابُّونَ فِي حَلَالِي وَ يَعْمُرُونَ مَسَاجِدِي وَ يَسْتَغْفِرُونَ بِالْأَسْحَارِ لَأَنْزَلْتُ عَذَابِي
“Allah-Taala yer əhlini cəzalandırmaq istədiyi zaman buyurur: Əgər mənim halal etdiyimi qazanmağı sevənlər, məscidlərimi təmir edənlər və səhərlər tövbə edib bağışlanmaq diləyənlər olmasaydı, həqiqətən, yer üzünə əzabımı nazil edərdim!”[3]
Tövbə zikrinin necə olması barədə Cabir bin Əbdullah Ənsaridən əziz İslam Peyğəmbərinin (s) belə buyurduğu nəlq olunur:
تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
“Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir):
“Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbu`u bini`mətikə ələyyə və əbu`u ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə.”[4]
“Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən Sənin qulun və bəndənəm!
Səninlə bağladığım əhd-peymana (layiqli bəndə olacağıma və əmrlərindən kənara çıxmayacağıma) sadiqəm!
Etiraf edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)!
Günahlarımın şərindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən, Səndən başqa bağışlayan yoxdur!.”
[1] “Səvabul-əmal”, Şeyx Səduq, səh.164;
[2] “Əl-cəfəriyyat”, Məhəmməd ibn Məhəmməd Əşəs Kufi, səh.228;
[3] “Əl-məhasin”, Bərqi, 1/53;
[4] “Məanil-əxbar”, Şeyx Səduq, səh.140.
Comments are closed, but trackbacks and pingbacks are open.