Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub
tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası на Facebook. Если вам интересны новости F.Köçərli adına Respublika Uşaq Kitabxanası, регистрируйтесь на Facebook сегодня!
F.Köçərli adına Respublika Uşaq Kitabxanası на Facebook. Если вам интересны новости F.Köçərli adına Respublika Uşaq Kitabxanası, регистрируйтесь на Facebook сегодня!
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
@childlibazerbaijan
О пользователе F.Köçərli adına Respublika Uşaq Kitabxanası
Kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin (26.01.1863, Şuşa-1920, Gəncə) adını daşıyır. O, Azərbaycan ədəbiyyatşünası, pedaqoq və publisist Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Onun uşaqlar üçün yazdığı «Balalara hədiyyə» kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılmışdır.
Kitabxananın əsas fondu, biblioqrafiya, metodika, avtomatlaşdırma, komplektləşdirmə, kütləvi işlər və incəsənət, diyarşünaslıq və oxuculara xidmət şöbələri, böyük və kiçik oxu zalları, nağıl otağı vardır. Kitabxana “Göy qurşağı” jurnalını nəşr edir.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimayyət nümayəndələri iştirak edib
22 Dekabr , 2015 22:09
https://static.report.az/photo/2cd8b7f5-8298-4167-98ba-c8e88f5a7ec1.jpg
Bakı. 22 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. “Report” xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimayyət nümayəndələri iştirak edib. Əbülfəs Qarayev əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində uşaq kitablarında ibarət sərgi ilə tanış olub. Yubiley tədbirində kitabxananın yarandığı vaxtdan bu günə qədər fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə kitabxana sisteminin inkişafı sahəsində həyata keçirilən dövlət proqramlarından danışıb. Prezident İlham Əliyevin ölkəmizdə kitabxana sisteminin inkişaf etdirilməsi üçün imzaladığı dövlət proqramlarının icrası kitabxana işinin yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu deyib. Nazir vurğulayıb ki, son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq ölkəmizdə uşaq kitablarına xüsusi maraq var: “Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bunun üçün ölkəmizdə elektron kitabxana sisteminin inkişafı üçün müvafiq addımlar da atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çox müraciətlər olub. Bunu nəzərə alaraq gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik”. Əbülfəs Qarayev Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətindən danışaraq Azərbaycanda kiçik yaşlı oxucuların maarifləndirilməsində kitabxananın əhəmiyyəti olduqca böyükdür: “Bu gün ölkə əhalisinin maarifləndirilməsində xüsusi ənənələri formalaşan bir kitabxananın 50 illik yubileyini qeyd edirik. Bu kitabxana öz işini günün müasir tələbləri səviyyəsində qurmağa nail olub. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlara kiçik yaşlarından kitaba marağı oyatmalıyıq. Ölkəmizdə bu şərəfli işi həyata keçirən kitabxanalardan biri də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır”. Nazir kitabxana işçilərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzu etdi. TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi. Dost, qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi. Sonda kitabxana işində səmərəli fəaliyyətinə görə və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibəti ilə bir qrup kitabxana işçisinə nazirliyin fəxri fərmanı və pul mükafatı təqdim olunub. Almaz Əşrəfova və Dürdanə Mazanova nazirliyinin fəxri döş nişanı ilə təltif olunub. Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Qeyd edək ki, Kitabxana 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Maksim Qorki adına kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci il tarixdən kitabxana Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, ədəbi dilimizin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adını daşıyır. Yarandığı illərdən başlayaraq kitabxananın zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanılıb. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası müstəqillik illərində mühüm inkişaf yolu keçib, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılıb, onların iş təcrübələrindən istifadə etməklə uşaqlara kitabxana xidmətində ən müasir metod və formalar tətbiq olunur. Kitabxana 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, qurumun sərgi və konqreslərində iştirak edir. Şuraya üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçılarını, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatındakı problemlərə yönəltmək, uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etmək, balaca oxucuları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Kitabxana tərəfindən gənc nəslin hərtərəfli inkişaf etməsi və kamilləşməsi, uşaqlarda vətənpərvərlik hisslərinin daha da güclənməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı təsis edilib. Hazırda kitabxananın fondu 250 min nüsxəyə yaxındır. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var, 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-26s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
Azərbaycanın professional rəssamlıq sənətinin banisi,
istedadlı fırça ustası, əsl ziyalı Bəhruz Şirəlibəy oğlu Kəngərli
çox qısa lakin mənalı bir ömür yolu yaşamış, həyatını sənətə həsr
etmişdir. O, yaratdığı əsərləri ilə Azərbaycan təsviri sənətində
tamamilə yeni məktəb yaratmışdır. Qısa ömür sürməsinə
baxmayaraq, sənətdə onun özünə məxsus dəst xətti, müstəsna
yeri olmuşdur. Onun ömür payı şair Mikayıl Müşfiqin, bəstəkar
Asəf Zeynallının, Ərtoğrul Cavidin ömür yolu ilə müqayisə
edilə biləcək dərəcədə dəyərli olmuşdur. Yaşadığı dövrdən fərqli
olaraq müstəqillik illərində Bəhruz Kəngərli irsinə maraq daha
da artmış, yaradıcılığına daha yüksək qiymət verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda
onun ev muzeyi açılmışdır. Bəhruz Kəngərlinin 125 illik
yubileyi münasibətilə yaradıcılığını təbliğ etmək məqsədilə
F.Köçərli adına Respublika uşaq kitabxanası bir sıra tədbirlər
Sənətkarın yubileyi münasibətilə mədəniyyət müəssisəsi
olaraq hazırladığımız vəsaitdə həmin tədbir haqqında məlumat
verəcəyik. İki hissədən ibarət olan vəsaitin I hissəsində rəssamın
həyat və yaradıcılığından bəhs edirlir. II hissədə isə yubiley
münasibəti ilə keçiriləcək tədbirlərdən söhbət açılır.
Həyat və yaradıcılığı
Qısa lakin mənalı bir ömüryolu keçmiş
malik olan Bəhruz Kəngərli 1892-ci il yanvarın 10-da
Naxçıvanda ziyalı ailəsində anadan olmuşdur. Bəhruz Kəngərli
1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda
törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından
zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı
qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu
silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”,
“Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın
qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq
səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret
ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb
göstərə bilmişdir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər
birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının
həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş
qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Bəhruz
Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri
yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti
sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin
500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan
Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və
şəxsi kolleksiyalarda saxlanılır. Kəngərli həm də milli teatr
rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan
teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara”
(M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına
bədii tərtibat və geyim eskizləri vermişdir. A.Babayevin
“Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur.
Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin
adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may)
əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü
Ulu öndər Heydər Əliyev: Bəhruz Kəngərlinin əsərləri
Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli
nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik
ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları
olubdur. Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz
Kəngərli təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk
edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur.
Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda
yaratmışdır. Beləliklə də, mədəniyyətimizdə milli rəssamlığın
inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə
realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin
müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı
ilə bağlıdır. Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa,
ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-
cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz
Kəngərlinin ömrü kimi. Həyatda çox qısa ömür sürmüş Bəhruz
Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi
ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli
rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi. Tale heç də
ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi
xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu.
Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını
qətiyyən azaltmamış, həyat eşqinin alovlanmasına əngəl ola
bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın
analığı Şirin xanım belə xatırlayırdı: “Əvvəllər nə mən, nə də
atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz
heyifsilənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir.
Amma sonralar atası onun istedadına inanmağa başladı, onun
üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi”.
Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-
acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən
yaşlarında rəssamlığa meyil göstərmişdir. Onun rəssam kimi
Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk
dövründə karikatura və satirik rəsmlər, eləcə də məişət
səhnələrini çəkən Bəhruz Kəngərli öz rəsmləri ilə müasirlərinin
1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük
fərdi sərgisi təşkil olunmuş, burada nümayiş olunan rəsm
əsərləri hər kəsi heyran etmişdi. 1914-cü ildə “İqbal” qəzeti
Bəhruz Kəngərli haqqında yazırdı: “Cavan rəssamımız
gələcəkdə iftixarımız olacaqdır”.
Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli
yaradıcılığına daim böyük qayğı göstərmişdir. Ulu öndərimizin
təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi
yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2002-ci ilin
yayında muzeyin açılış mərasimində xalqımızın böyük oğlu
Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək
qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri
Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli
nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik
ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları
Bu müdrik fikirlərin işığında bir daha illərin dizini
qatlaya-qatlaya zamanın güzgüsündə öz aydın ziyası ilə
könülləri riqqətə gətirən Bəhruz Kəngərli xəzinəsinin
boyalardan qalxan sənət dünyasına üz tutduq. O əbədiyaşar
dühadan bizə əmanət və yadigar qalan “Atabəy məqbərəsi”,
“İmamzadə”, “Nuhun qəbri”, “İlanlıdağ”, “Qızlar bulağı”,
“Qoca kişi”, “Toy”, “Elçilik” kimi əsərlər ifadəliliyi, bədii-
estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə
doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu
yaradıcılığında öz mükəmməlliyi ilə əks etdirən vətəndaş
qeyrətli bir şəxsiyyət olmuşdur.
Sənətkarın təbiət mövzusunda yaratdığı əsərlərdə
yurdumuzun zəngin florası və füsunkarlığı, təbiiliyi minbir
gözəlliyi ilə əks olunmuşdur. “Şəlalə”, “Günəş batarkən”,
“Dağlıq mənzərə”, “Ağrı dağı”, “Ay işığında” adlı əsərləri
təbiətin poeziyasını fırçanın qüdrəti ilə göz yaddaşımıza
köçürmüşdür. Uzun müddət bu mənzərələrin təsirindən ayrıla
bilmirsən. Qəribədir ki, Bəhruz Kəngərli sanki az yaşayacağını
duyurmuş. Bu səbəbdən də müxtəlif mövzularda öz fırçasını
sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə
bağlı olmuşdur. O bir tərəfdən ilin fəsillərini kətana köçürür,
digər tərəfdən mədəniyyət abidələrimizin rəsmlərini çəkirdi.
Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir,
karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri
Onun yaradıcılığında bir sıra əsərlər də var ki,
bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks
etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz
ana torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş
azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də
yaratmışdır. Bu silsilədən, incə rəssam barmaqlarının möcüzəli
toxunuşundan yaranmış “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın
oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın
oğlan” və sair kimi onlarla portretə baxarkən orada təsvir olunan
insanların gözlərindəki kədər, Vətən həsrəti insanın qəlbinin
dərinliklərinə nüfuz edir. Tarixi reallıqları özündə əks etdirən bu
deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin
gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir. Yuxarıda
adları çəkilən əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə
görə deyil, həm də tarixi sənəd kimi də dəyərlidir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun dediyi kimi: “Bəhruz Kəngərli əsərlərində xalqımızın
tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən
bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına
gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan
zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən
“Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin,
xalqımızın dəyərli nümunələridir”.
Bu rəssamın əsərlərinə diqqət yetirdikdə duyursan ki,
Bəhruz Kəngərli hərtərəfli rəssam olmuşdur. Onun müraciət
etmədiyi mövzu yoxdur. Maraqlısı da budur ki, rəssamın
fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz Kəngərli
həm də milli teatr rəssamlığının banilərindən sayılır. 1910-cu
illərdə Naxçıvan teatrında tamaşaya qoyulan “Ölülər”
(C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-
cadu” (Ə.Haqverdiyev) əsərlərinin bədii tərtibatını və geyim
eskizlərini də məhz Bəhruz Kəngərli vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz
Kəngərli müntəzəm işləyərək boyakarlıq və qrafik əsərləri
yaratmışdır. O həm də rəssamlıq sənətini gənclərə öyrətmək və
sevdirmək üçün xüsusi dərnək açaraq fərdi sərgilərini də təşkil
Tədqiqatçıların fikrincə, Bəhruz Kəngərlinin 2 minə
yaxın portret, mənzərə və rəsm əsərləri əldən-ələ düşərək
itmişdir. Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində
Bəhruz Kəngərlinin 500-ə yaxın əsəri qorunur. Naxçıvandakı
muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva
Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda da əsərləri
saxlanılır. Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli
fikirləri vaxtı ilə ümummilli lider Heydər Əliyev söyləmişdir:
“Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir.
Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun
yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm.
Xüsusən, o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin
dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz
əsərlərində əks etdiribdir”. Bu, elə bir qiymətdir ki, bizim hər
birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu,
Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı
tamamilə aydınlaşır. Görkəmli sənətkarın sənət dünyası,
əbədiyaşar yaradıcılığı muxtar respublikamızda yüksək
qiymətləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Görkəmli
rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi
haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncam bunun bariz
ifadəsidir. Naxçıvan şəhərində yaradılmış Bəhruz Kəngərli
Muzeyi binasının 2013-cü il iyun ayının 24-də əsaslı
yenidənqurmadan sonra açılışı olmuşdur. Bəhruz Kəngərlinin
əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Bu gün
muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat
mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur.
Bu rəsm əsərlərindən 58-i orijinaldır. Azərbaycan incəsənətinin
tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli
kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Bir qərinəlik
ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin
unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə
müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır. Cəmi 7
il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz
Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist
ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu
portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl
ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü”
və s.) mövzu aktuallığına və ideya məzmununa görə bu günün
ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil
olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə
fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer
tutur. Onun mənzərələrində təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq
mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı
dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana
kəndinə gedən yol” və s. əsərlərində, mədəniyyət abidələri isə
“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”
əsərlərində əks edilmişdir. İlin fəsillərinə aid tablolarından
rəssamın “Payız”, “Bahar”- ı göstərmək olar.
Bəhruz Kəngərli cəmiyyətə faydalı olmaq, xalqının,
mədəni həyatına müsbət təsir etmək, gənclərin zövqünü düzgün
istiqamətləndirmək naminə öz əsərlərini gənclərə əyani təqdim
etmişdir. Özü əsərlərindən ibarət ilk dəfə Naxçıvanda kiçik
sərgilərini təşkil etmişdir. Onu sevdirmək, yaradıcılığını gənc
nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi
keçirilməsi lazımdır. Sərgidə Bəhruz Kəngərli haqqında
yazılmış kitablardan istifadə edərək sərgiyə – “Azərbaycan
incəsənətində Bəhruz Kəngərli zirvəsi”; “Təsviri sənətdə tarixə
dönən rəssam”; “Qısa ömrün mənalı cizgiləri”; “Həyatını
sənətə bağlayan sənətkar və s. başlıq verə bilərik”.:
Comments are closed, but trackbacks and pingbacks are open.