Press "Enter" to skip to content

Həqiqəti gizlədən yalanlar” – Leyla Xəlilzadə ilk kitabını 12 yaşında yazıb VİDEO

Oxuduğu kitablar, zəngin mütaliə onun bədii təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. Kitaba olan sevgi, məhəbbət onun idrakında, ağlında olan reallıqdır. Gənc yazarın bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün məhsulu olan əsər 22 fəsildən ibarətdir. O, səhifələrdə yaratdığı nağıl dünyasında bədii düşüncəni, fantaziyasını, intellektual fikrini yüksək səviyyədə oxucuya çatdırıb. Kitabda diqqət çəkən əsas məqamlardan biri də fəsillərin adlarının xüsusi peşəkarlıqla seçilməsidir. “Həyata dönüş”, “Təbəssümlər və yalanlar”, “Keçmişdən bu günə”, “Səbir açardır”, “Daş və şayiə”, “Yeni cığır”, “Gözlərdəki yalvarış”, “Keçmiş sirlərin gizli həqiqəti” sərlövhəli fəsillərin adları isə böyük fəlsəfi məna daşıyır. On iki yaşlı gəncin zəngin təfəkkürünün məhsulu olan kitabda dostluq, ailə, sevgi, insanlıq və digər mövzularda müdrik fikirlər yer alıb, haqsızlıq, xəyanət, yalan isə pislənir.

Cutasept ® F / Кутасепт Ф

Неокрашенный спиртовой антисептик на основе пропанола. Для использования перед инъекциями, пункциями, хирургическими процедурами. Быстрая активность, широкий спектр действия.

  • Products
  • Application
  • Multimedia

Products

  • Бесцветный
  • Быстрое и комплексное действие
  • 24 часовой эффект
  • Отличная переносимость кожей
  • Экономичное использование с помощью помпы

Cutasept ® F

Product Information Спрей; 250 мл Номер артикула 9811761 Content 1 Штука из 250 мл EAN 4031678053933 Content 1 Коробка из 20 Штук EAN 4031678053940 Product Information Спрей; 50 мл Номер артикула 9812251 Content 1 Штука из 50 мл EAN 4031678057030 Content 1 Коробка из 50 Штук EAN 4031678057627

Application

  • обработка кожи перед инъекциями, пункциями, хирургическими процедурами в лечебных учреждениях, для первичной медико-санитарной помощи, амбулаторной гериатрической помощи, домашнего диализа
  • при контроле гликемии у больных сахарным диабетом
  • профилактика ВИЧ

“Həqiqəti gizlədən yalanlar” – Leyla Xəlilzadə ilk kitabını 12 yaşında yazıb VİDEO

Uşaqlıqdan mütaliə etməyə və ədəbiyyata olan böyük marağı Leylanı gənc yaşlarında kitab yazmağa həvəsləndirb. İstedadlı gənc Leyla Xəlilzadə maraqlı obrazların yer aldığı və fantaziya ilə zəngin “Həqiqəti gizlədən yalanlar” adlı ilk kitabını 12 yaşında yazıb. Leylanın ingilis dilində triller janrında qələmə aldığı əsər oxucuda onun həvəskar deyil, sanki püxtələşmiş bir qələm sahibi tərəfindən yazıldığı təəssüratını doğurur.

Leyla Xəlilzadə 2008-ci il martın 23-də Bakıda anadan olub. 2014-2015-ci illərdə Bakı Oksford Məktəbində, 2015-2018-ci illərdə isə Avropa Azərbaycan Məktəbində təhsil alıb. Hazırda Bakıda fəaliyyət göstərən Dünya Məktəbində ingilis dili bölməsi üzrə 9-cu sinifdə oxuyur. Çoxsaylı məktəbdaxili, eləcə də beynəlxalq müsabiqə və yarışlarda, bilik olimpiadalarında fəal iştirak edən Leyla bir çox diplom və sertifikatlar qazanıb. O, eyni zamanda, Türkiyə və Azərbaycanın müvafiq məktəbləri arasında həyata keçirilən “İki ölkə, bir hekayə” layihəsinin fəal iştirakçısı olub, bu mövzuda yazdığı hekayə yüksək qiymətləndirilib.

Triller, fantastika, müəmma – Həqiqəti gizlədən yalanlar

Əsərlə tanışlıq müəllifin 12 yaşında malik olduğu məntiqi təfəkkürünü, fantaziya gücünü, analiz qabiliyyətini üzə çıxarır. “Həqiqəti gizlədən yalanlar” kitabı 20 yaşlı fövqəl bacarıqlara malik Pörl adlı bir qızın macəra dolu həyatından bəhs edir. Pörl təzyiqlərlə üzləşərək istəmədiyi missiyanı illərlə yerinə yetirmək məcburiyyətində qalır. Ancaq “xilaskarları”nın sayəsində sonda həmin missiyanı yerinə yetirməkdən canını qurtarır. Pörlün həm güclü və sadiq əhatəsi, həm də çox təhlükəli düşmənləri var və daim həyəcan dolu hadisələrlə üz-üzə qalır. “Bəs o, düşdüyü çətin və təhlükəli vəziyyətlərdə necə baş çıxara bilir?”, “Bir çox xüsusiyyətlərə malik olan bu qız niyə həmişə kədərlidir, onu narahat edən məsələlərə aydınlıq gətirə, düşmənlə bacara bilirmi?”. Hadisələrin gedişində oxucu artan maraq və həyəcanla bu düşündürücü suallara cavab axtarır. Müəllif dərin bədii təfəkkürünün və zəngin dünyagörüşünün sayəsində fikirlərini böyük məharət və yüksək peşəkarlıqla qələmə alıb.

Leyla bədii-fantastik düşüncələrini ingilis dilində məharətlə ifadə edir

Hazırda 14 yaşında olmasına baxmayaraq, Leyla yazılarında dərin müşahidə qabiliyyətindən irəli gələn fikir və düşüncələrini ingilis dilində məharətlə ifadə edə bilir. “İngilis dilinə olan böyük maraq və həvəsim, eyni zamanda, bu dildə təhsil almağım məni öz fikirlərimi, duyğularımı bu dildə bədii şəkildə ifadə etməyə ruhlandırdı. Məhz bundan irəli gələrək ingilis dilində bir əsər yazmaq qərarına gəldim. Həm də uşaqlıqdan triller janrında olan filmlərə və əsərlərə böyük marağım var idi, daha çox tarixi, müəmma və fantastika mövzularında kitablar oxuyurdum. Ona görə də oxuduqlarımdan həvəslənərək 12 yaşımda kitab yazmağa başladım və bir il ərzində başa çatdırdım. İlk növbədə, obrazları fikirləşdim, onların bir-biri ilə münasibətini təhlil etdim. Ailəmdən böyük dəstək gördükdən sonra bu əlyazımı kitaba çevirmək qərarına gəldim. Kitab əsasən triller, fantastika janrında olduğu üçün burada oxucuya öz fikirlərimi, fantaziyamı çatdırıram. Ümid edirəm ki, gənclər bu kitabı oxuduqdan sonra mütaliəyə daha çox üstünlük verəcəklər”,- deyə Leyla bildirir. O, ingilis dilindən başqa türk, rus və alman dillərində də mükəmməl öyrənmək üçün səylə çalışdığını söyləyir. Onun digər dillərə olan marağı bu istiqamətlərdə irəliləyişini sürətləndirir. Rəsm və musiqi ilə də məşğul olan Leyla artıq bu sahələrdə də böyük uğurlar qazanıb.

Kitab Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunub

“Həqiqəti gizlədən yalanlar” kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən doğma dilimizə tərcümə olunub və çap edilib.

Leyla Xəlilzadənin dostları, müəllimləri, ailə üzvləri və yaxınları onun ingilis və Azərbaycan dillərində işıq üzü görmüş “Həqiqəti gizlədən yalanlar” əsərinin “LİBRAFF” Kitab Evində təqdimatına toplaşdı. Çıxış edənlər Leylanın gənc olmasına baxmayaraq mükəmməl bir əsər yazdığını söylədilər.

Oxuduğu kitablar, zəngin mütaliə onun bədii təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. Kitaba olan sevgi, məhəbbət onun idrakında, ağlında olan reallıqdır. Gənc yazarın bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün məhsulu olan əsər 22 fəsildən ibarətdir. O, səhifələrdə yaratdığı nağıl dünyasında bədii düşüncəni, fantaziyasını, intellektual fikrini yüksək səviyyədə oxucuya çatdırıb. Kitabda diqqət çəkən əsas məqamlardan biri də fəsillərin adlarının xüsusi peşəkarlıqla seçilməsidir. “Həyata dönüş”, “Təbəssümlər və yalanlar”, “Keçmişdən bu günə”, “Səbir açardır”, “Daş və şayiə”, “Yeni cığır”, “Gözlərdəki yalvarış”, “Keçmiş sirlərin gizli həqiqəti” sərlövhəli fəsillərin adları isə böyük fəlsəfi məna daşıyır. On iki yaşlı gəncin zəngin təfəkkürünün məhsulu olan kitabda dostluq, ailə, sevgi, insanlıq və digər mövzularda müdrik fikirlər yer alıb, haqsızlıq, xəyanət, yalan isə pislənir.

L.Xəlilzadənin uğuruna sevinənlər sırasında onun müəllimləri də var. Onlar Leylanın mütaliəyə olan böyük həvəsini yüksək qiymətləndiriblər: “Çox ağıllı, məsuliyyətli və bacarıqlı olan Leyla fərqli düşüncəsi, çalışqanlığı, əzmi və cəsarəti ilə seçilir. Dərslərinə hər zaman hazırlıqlı gələn Leyla mütaliədən zövq alır. Onun bədii təfəkkürünün, intellektual zəkasının formalaşmasında hər zaman Leylaya dəstək olan ailəsinin də böyük rolu olub”.

Çıxış edənlər gənc yazarı təbrik edib, ona gələcək yaradıcılıq yolunda uğurlar arzulayıblar.

Kitab oxumağı çox sevən Leyla həmyaşıdlarına dünyagörüşlərini və biliklərini zənginləşdirmək üçün çoxlu mütaliə etməyi məsləhət görür. Müəllif imzalı kitablarını qonaqlara və oxuculara hədiyyə edib.

Qeyd edək ki, “Həqiqəti gizlədən yalanlar” kitabının təqdimatı L.Xəlilzadənin təhsil aldığı Dünya Məktəbində də keçirilib.

14 yaşlı Leyla arzularını bölüşür

Leyla Xəlilzadə növbəti kitablarında özünün çəkdiyi rəsmlərdən də istifadə etmək istəyir. O, fantastika, müəmma dolu əsərlərlə yanaşı, tarixi, klassik və bestseller kitabları da oxumağı çox xoşlayır. On dörd yaşlı qız arzularını bizimlə bölüşür: “Gələcəkdə bu sahədə fəaliyyətimi davam etdirmək və yeni əsərlər yazmaq niyyətindəyəm. Həm də “Həqiqəti gizlədən yalanlar” kitabımın davamını yazmaq istəyirəm. Arzularımdan biri də bu ilk əsərimin digər xarici dillərə də tərcümə olunması və ekranlaşdırılmasıdır. Əminəm ki, maraqlı obrazların yer aldığı, fantaziya ilə zəngin süjet xətti olan bu əsərin ekran təcəssümü də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq. Məni dəstəkləyən ailəmə və hər kəsə təşəkkürümü bildirirəm”. Mütaliəni çox sevdiyi üçün hər zaman kitab oxuyan insanlarla ünsiyyətdə olduğunu deyən gənc yazar ilk nəşrini bütün ədəbiyyatsevərlərə həsr etdiyini söyləyib.

“Həqiqəti gizlədən yalanlar” Leyla Xəlilzadənin ilk əsəri olsa da, əminik ki, Leyla əzmi, fədakarlığı və çalışqanlığı ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq. Həmçinin dərin məntiqi təfəkkürü, zəngin dünyagörüşü və güclü təhlil qabiliyyəti onun növbəti əsərlərinə daha peşəkar yanaşma nümayiş etdirəcəyini söyləməyə əsas verir. İstedadlı gəncimizi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

F xəlilzadə xəzinə.

Xəlilzadə F .

18 May Beynəlxalq Muzeylər Günüdür

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin gərdişlərindən xəbər verən eksponatları komplektləşdirən, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Onlara təkcə qiymətli əşyaların , maddi – mənəvi sərvətlərin saxlanc yeri kimi baxmaq da düzgün deyildir . Çünki maddi və mənəvi mədəniyyət abidələrimizin qorunduğu muzeylər əslində elm , maarif müəssisələridir .
YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir . Səbəb dünya muzeyləri arasında əlaqələrin yaradılması , müntəzəm davam etdirilməsi və bu mədəniyyət ocaqlarının mühafizəsidir .
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçmişdir . Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olur . Məsələn , dövlət , memorial , səyyar , ədəbiyyat , incəsənət , tarix , musiqi , qoruq və s . Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər , abidələr , bulaqlar , məqbərələr , məbədlər sayılır . Azərbaycanda belə muzeylərə Şəki Xan sarayını , Qobustan qayalıqlarını , Şirvanşahlar kompleksini , Mömünəxatun məqbərəsini , eləcə də Şuşa şəhərini göstərmək olar .
Bəllidir ki , erməni faşistləri torpaqlarımıza qarşı işğalçılıq siyasətini həyata keçirdikdə yeraltı – yerüstü sərvətlərimiz , var – dövlətimiz , tarixi abidələrimizlə yanaşı , muzeylərimizi də ələ keçirdilər . İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyy ət müəssisəsi qalıb . Erməni işğalçıları 22 muzeyimizi , 4 rəsm qalereyamızı yoxa çıxarıblar .
Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə , ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb . Muzeylərimizin anası sayılan AMEA- nın Tarix Muzeyi ötən əsrin 20-ci illərindən millətimizin ixtiyarına verilib . Maraqlıdır ki , bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir . Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir . Ona görə də tarix muzeyinə bəzən ” muzey içində muzey ” deyirlər . Bu gün Azərbaycanda 180- ə yaxın muzey var .
Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür . Tarix və ədəbiyyat muzeylərində əsaslı yenidənqurma və təmir – bərpa işləri aparılır . Regionlarımızda da muzeylər şəbəkəsinin inkişafına nail olmaq üçün müəyyən işlər görülməkdədir . Prezident İlham Əliyevin ” Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında ” 2006- cı il 18 dekabr və ” Müasir İncəsənət Muzeyinin yaradılması haqqında ” 2006- cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür . Ölkə başçısı milli – mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmas ı nı , fəaliyyət göstərməsini , millətə xidmət etməsini zəruri sayır .
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü göstərməkdədir . Bu , bir tərəfdən maddi – mədəni abidələrin mühafizəsi üçündürsə , digər tərəfdən də inkişaf edən , gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması , bərpa edilm əsi və yaşamasıdır .
Prezident İlham Əliyevin 2007-ci il martın 6-da ” Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında ” imzaladığı sərəncamda deyilir : ” Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq , elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçünE Azərbaycan ın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə , yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlansın “. Mədəniyyət və Turizm Nazirliyi , Bakı Şəhər İcra Hakimiyyəti və digər təşkilatlar üç ay müddətində dövlət başçısının göstərişinə əsasən Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması yolunda işə başlayıblar .
Sərəncama əsasən , Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə , beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir .
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda memorial muzeylərin əsas yaradıcılarından biri olmuşdur . Onlarla muzey göstərmək olar ki , həmin mədəniyyət müəssisələrinin qırmızı lentini məhz ulu öndər özü kəsmişdir . Göstərdiyi bu cahanşümul , müdrik xidmətin sayəsində millət ulu öndərinə öz sevgisini , ehtiramını bildirmək üçün ümummilli liderin adına layiq muzeylərin yaradılmasına , fəaliyyət göstərməsinə çalışır . Demək olar ki , respublikamızın bütün şəhər və kəndlərində ulu öndərin zəngin həyat yolunu əks etdirən yeni muzeylər yaradılır . Bu maddi və mədəniyyət müəssisələri də 70 ildən artıq bir zaman kəsiyində fəaliyyət göstərən memorial muzeylərin sırasında daha parlaq və mənalı görünməkdədir . Bu , Heydər Əliyev haqqının əks – sədası və xalq tərəfindən dəyərləndirilən mənəvi qiymətidir .
Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanda yeni yaradılmış muzeylərin şəbəkəsini daha da genişləndirmək üçün adını çəkdiyimiz sərəncamda bir daha bildirmişdir : ” Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır . Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir . Eyni zamanda , tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin , elminin , incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik , əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sıras ında yer almışdır “.
Hər bir muzey təkcə mədəniyyət deyil , həm də maarif müəssisəsidir . Buna görə də ali və orta məktəbdə təhsil alanların , gənclərin tariximizin bir parçasını özündə yaşadan , onun zəngin eksponatlarla yaddaşlarda möhkəm qalmasını təmin edən muzeylərdə olması vacibdir . Çünki muzey eksponatı qədər mənalı , təsiredici , yadda möhkəm qalan ikinci əyani vəsait yoxdur .

Azərbaycan.-2007.-18 may.-S.6.

Comments are closed, but trackbacks and pingbacks are open.