Press "Enter" to skip to content

İnternetdən pul qazanmaq üçün 5 ən yaxşı üsul

Habelə, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən avtomobil bu şəkildə istismarına icazə verilmir.
Buna görə də, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilir və ya yerindəcə həmin nasazlıq aradan qaldırılarsa, avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac qalmır.

AvtoStop, AvtostopAZ, AVTOSTOP.AZ, AvtoStop sual-cavab, Sual-Cavab, Suallar, Cavablar, Prava almaq, DYP, YPX, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, Gomruk kalkulyatoru, Avtomobilin gomruk rusumu, masinin gomruk rusumu, gomruk rusumunu yoxlamaq, gomruk rusumu yoxla, avto gomruk kalkulyatoru, rastamoska rusumu, raztamoska rusumu, gomruk rastamowka rusum, Gömrük rüsumu kalkulyatoru, Avtomobilin gömrük rüsumu yoxlanışı, Cerime yoxlanisi, DYP cerime odenisi, onlayn cerime odenisi, BNA cerime odenisi, DYP Cərimə ödənişi, Cerimeni oyren, Cerimeni oyrenmek, Cerime yoxlamaq, DYP cerime, BNA cerime, dyp cerime yoxla, MMX cerime, radar cerime, Cərimə yoxlanışı, DYP muraciet, Dovlet Yol Polisine muraciet, DYP sikayet, DYP-ne wikyet, qai wikayet, qai sikayet, yol polisine sikayet, cerime sikayeti, mmx sikayeti, cerimeden sikayet dyp, ypx sikayet, YPX muraciet, YPX müraciət, YPX Şikayət, DYP Müraciət, Icbari sigorta, avtosigorta, avtomobil icbari sigortasi, masin sigortasi, sigorta almaq, icbari avto sigorta, icbari sigorta, Icbari sığorta, Avto İcbari Sığorta, Maşın, Nəqliyyat vasitəsi, Imtahana hazirliq, Suruculuk imtahanina hazirliq, DYP imtahanina hazirliq, Onlayn derslik, Sürücülük imtahanına hazırlıq, DYP imtahanına hazırlıq, Onlayn dərslik, Suruculuk vesiqesi, Sürücülük vəsiqəsi, DYP imtahanında verilen suallarç İmtahanda verilən suallar – cavablar

Salam,
Bu gün məni DYP əməkdaşı telefondan istifadə etdiyimə görə saxlayıb, ondan video material istədikdə isə məsələni arxa stopların rənglənməsinə görə saxladığını bildirdi.
Mənə talıbovun kitabında olan maddəni göstərib ki stopların rənglənməsi qadağandır və buna görə, maşını cərimə meydançasına aparıb. Melumat ucun bildirim ki, arxa stoplarda vinil yoxdu (15% rəng ilə tündləşib)
Burada iki sualım olacaq:
1. işıq keçirmə cihazı ilə yoxlanmalı idi? çünki uzaqdan baxıb deyir stoplar rənglənib, lakin heç bir fakt yoxdur. Yani stopun öz rəngi dəyişməyib elə qırmızı rəngdədi.
2. buna görə maşın cərimə meydançasına aparılmalı idi yoxsa yerində protokol tərtib oluna bilərdi?
Onuda vurgulayım ki, heç bir protokol tərtib olunmayıb, mənə dedi yaxınlaşarsan 23 cü otağa, buna görə nəsə edə bilərəm və ya harasa şikayət edə bilərəm?

17:21 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Arxa stoplar (tormoz işıqları) ön yan və ya ön şüşələr deyil ki, onların tündlüyü tuametrlə ölçülsün. Əgər avtomobil zavod istehsalı vəziyyətində stopların içində parlaq, qırmïzı rəngdə işıqqaytarıcıları olubsa, onu tündləşirdirərək işıqqaytarıcıları yararsız vəziyyətə gətirirsinizsə, bəli sizə İnzibatı Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 (əlli) manat cərimə tətbiq olunmalıdır.

İ.X.M. Maddə 342.5.
Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı

Habelə, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən avtomobil bu şəkildə istismarına icazə verilmir.
Buna görə də, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilir və ya yerindəcə həmin nasazlıq aradan qaldırılarsa, avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac qalmır.

İ.X.M. Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Avtomobilin stoplarını sumbata (najdak) kağızı ilə sürtərək, (yerindəcə) standart vəziyyətə gətirmək mümkün olardı.

Protokolun tərtib olunmasına qaldıqda isə, cərimə protokolu oradaca tərtib olunmalı və nasazlıq yerindəcə həll olunmadığı təqdirdə, protokol tərtib olunduqdan sonra müvəqqəti saxlama duracağına yerləşdirilməli idi. Əks halda YPX əməkdaşının protokolsuz hər hansı hərəkəti qanunsuz sayılır. Bununla bağlı DİN-nə və ya BDYPİ-nə şikayət edə bilərsiniz.

Sizdən qeyri-qanuni tələb olunan (və çox güman ki, rüşvət olaraq tələb olunacaq) 150 (yüz əlli) manat isə İ.X.M. 342.2.2-ci maddəsi ilə nəzərdə tutularaq deyilmişdi. Bu maddənin iss sizin törətdiyiniz inzibati işə aidiyyəti yoxdur.

21:05 – 03.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Salam . men ozume id 6 getizdirmiwem yoldadir . indi surduyum avtomobilin dovlet qeydiyyat nisanin hemen avtomobilin ustune vurdmag isteyirem ve bu prosesi hansi qaydalar cercivesinde ede bilerem?(menden buna gore ortalama 700-900 azn pul isteyibler dyp da)

12:13 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Yeni avtomobil gəldikdən sonra DYP-də qeydiyyatdan keçirərkən, indiki idarə etdiyiniz avtomobili təkrar qeydiyyatdan keçirirsiniz. Köhnə avtomobili yeni qeydiyyat nişanı verilməsini (30 manat) tələb edirsiniz. Həmçinin köhnə avtomobilin qeydiyyat şəhadətnaməsi (30 manat rüsum ödənilərək) də dəyişdirilir. Köhnə dövlət qeydiyyat nişanı isə brona verilir və yeni avtomobil qeydiyyatı zamanı köhnə qeydiyyat nişanı yeni avtomobilə qeydiyyata alınır. Köhnə qeydiyyat nişanı üçün isə rüsum ödənilmir.

Rüsumdan əlavə rüşvət istənildiyinə görə isə DİN-nə şikayət edə bilərsiniz.

14:40 – 01.05.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

salam, ön faraları kənar təsirlərdən qorumaq üçün faraya çəkilmiş 100% keçiriciliyə sahib tam şəffaf örtüyə icazə var? yoxdursa bu hansı maddəni pozur? və cəriməsi nə qədərdir? təşəkkürlər.

18:49 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Qanunda belə bir qadağa mövcud deyil.
Avtomobilin optik cihazının üzərinə 100% şəffaf qorucu vinil vura bilərsiniz.

21:15 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Salam. Avtomobili öz adıma ölkəyə idxal eləmişəm. Yol müşayət sənədləri əsasında avtomobilin gömrük rəsmiləşməsi bitmiş və yük gömrük bəyənnaməsi mənə təqdim olunmuşdur. Mənə təqdim olunan yük gömrük bəyənnaməsi və dövlət rüsümlarını ödədikdən sonra avtomobilin ilkin qeydiyyata alınması üçün BDYPİ Qeydiyyat imtahan idarəsinə yaxınlaşmışam. Lakin, DYP nin əməkdaşı avtomobili ilkin qeydiyyata almaq üçün yük gömrük bəyənnaməsinin kifayət olmadığını, bunun üçün avtomobilin yol müşayət sənədlərinin (semeer, invoy, texpasport və.s) natarial qaydada tərcümə olunmasını tələb etmişdir. Bunun hansı qanunla, hansı şəkildə tənzimlənməsi barədə sualıma cavab verməyinizi sizdən xahiş edirəm.
Avtomobilin ilkin qeydiyyatı üçün tələb olunan sənədlər hansılardır?

13:27 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Tələb olunanlar əsaslıdır. Sənədlər xarici dildədirsə, Azərbaycan dilinə notarial qaydada tərcümə edilərək DYP İdarəsinin Qeydiyyat şöbəsinə təqdim edilməlidir. Xaricdə avtomobillərin qeydiyyat şəhadətnaməsi “title” adlanan vərəqlər olur.

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə
2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

14:06 – 27.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Salam. Bizim video çəkiliş ilə məşğul olan şirkətə digər yükdaşıma şirkəti müqavilə əsasında xidmət göstərir. (Çəkiliş avadanlıqların bir məkandan digər məkana və geri daşınması) Belə olan halda “yol vərəqi” sürücüyə təqdim olunmalıdırmı? Əgər verilməlidirsə onda kim tərəfindən və nümunə hardan əldə etmək olar? Təşəkkür.

21:36 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Yol vərəqini avtomobilin (mülkiyyət) sahibi olan hüquqi şəxs (şirkət) həmin avtomobili idarə edən sürücü üçün verir. Sizin şirkətə xidmət göstərən hüquqi şəxs (şirkət) avtomobilin sahibi olduğuna görə, sürücüyə yol vərəqini onlar verməlidir, sizin şirkət deyil.

“YÜK AVTONƏQLİYYATI ÜÇÜN YOL VƏRƏQİ – FORMA № YV-2 – FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI”nı saytın Qanunlar, Sənədlər, Cərimələr və Rüsumlar menyusundan – Yol vərəqi bölməsinə keçid edərək tanış ola bilərsiniz.

P.S. Yük nəqliyyatı üçün olan forma və qaydalar Sərnişindaşıma üçün olan qaydaların aşağı hissəsindəki.

22:20 – 26.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Salam. Mən dostuma öz avtomobilimi idarə etmək üçün verdim. Onun sürücülük vəsiqəsidə yoxdur avtomobilə aid etibarnaməsidə yoxdur. Onu YPX işıqforun qırmızı işığında keçdiyinə görə saxlayıb heç bir sənədinin olmadığı məlum olduqda avtomobili cərimə meydançasına aparıb. Zəhmət olmasa deyərdiz. Proses necə olmalıdır? Mən hansı cərimələri hara ödəyib avtomobili cərimə meydançasından çıxara bilərəm? Birdə cərimə meydançasından çıxanda orada şlaqbaumu açan adam pul tələb etsə bu qanunidir?

21:50 – 22.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verdiyinizə görə siz 60 (altmış) manat, dostunuz isə sürücülük vəsiqəsi sahibi olmadığı halda avtomobil idarə etdiyinə görə 100 (yüz) manat cərimə olunub.

İnzibatı Xətalar Məcəlləsi,
Maddə 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi – 100 (yüz) manat;
Maddə 335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi – fizi şəxslər – 60 (altmış) manat;

Cərimələri saytın “Cərimə ödənişi” bölməsində (və ya hər hansı ödəniş terminallarında) ödəyərək, Regional və ya Bakı şəhər Baş Yol Polisi İdarəsinə yaxınlaşaraq, oradan buraxılış talonu alıb, cərimə meydançasına təhvil verməklə və müvəqqəti saxlama duracağının gündəlik (avtomobilin orada qalma müddəti 1 günün qiyməti) 1 (bir) manatdan hesablamaqla ödəyib, avtomobilinizi təhvil ala bilərsiniz.

Müvəqqəti saxlama duracaqları DYP Siqnal İdarəsinin nəzdində fəaliyyət göstərir və duracaq ödənişlidir. Günlük ödəniş 1 (bir) manatdan artıq olmamaq şərti ilə hesablanmalıdır.

01:05 – 23.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Dünən dyp əməkdaşı məni nömrələrimin rənginin solduğuna görə saxlayıb və maşınımı duracağa qoyub.Hazırda gedirəm respublika dyp-də yeniləməyə nömrələri.
Mənə 80 manat 4 bal cərimə olunacağımı dedi.Və bakı şəhər dyp-ə yaxınlaşmaı dedi.
Belədirmi bu?

13:05 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Əgər qeydiyyat nişanları standartlara uyğun deyilsə, bayrağın rəngi, rəqəm və hərflər pozulduğu təqdirdə dəyişdirilməlidir. Vaxtında dəyişdirilmədiyi təqdirdə, İXM-nin 342.7-ci maddəsi ilə cərimə tətbiq olunur.

İnzibatı Xətalar Məcəlləsi,
Maddə 342.7.
Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmə – 60 (altmış) manat + 4 bal cərimə tətbiq olunur.

Lakin, sizə yerindəcə protokol tərtib olunmaması və harasa gedilməsi tələb olunması qanuni hərəkət deyil. DİN-nin 102 qaynar xəttinə bu barədə şikayət edin. Protokolun tərtib olunmayacaq, idarəyə getməniz tələb olunduğunu bildirin və bunun da qanuni yolla cərimənin dövlət xəzinəsinə ödənməsi deyil, hansısa məmurun rüşvət alması üçün qurulmuş olan olduğunu bildirin.

Daha sonra isə BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin Qeydiyyat şöbəsindən öz qeydiyyat nişanınızın yenisini vermələrini tələb edin. Öncədən qeydiyyat nişanlarının cütünə görə 30 (otuz) manat ödəyin və çekini müfəttişə təqdim edin.

13:43 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et

Salam, mənim etibarnamə ilə idarə etdiyim avtomobili MMC-yə ( fiziki şəxsdən hüquqi şəxsə) qeydiyyata almaq üçün hansı proses olur və rüsum ne qeder ödənilir ?

10:29 – 20.04.2023
Cavablandırmaq Sitatlamaq Yazını ləğv et
AvtoStop admin

Fiziki şəxslə hüquqi şəxs arasında alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqavilə notarial qaydada və ya hüququ şəxs tərəfindən (möhürlənmiş şəkildə) tərtib edilə bilər.

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi üçün hər iki tərəf Baş DYP və ya Regional İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə yaxınlaşmalıdırlar.
Qeydiyyat şöbəsində hər iki tərəfin (hüquqi şəxsdə əlavə olaraq VÖEN də) sənədləri – şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin qeydiyyat şəhadətnaməsi təqdim olunur.
Avtomobilin girovda olmaması təyin olunduqdan sonra blank verilir, blank doldurulduqdan sonra notariat kontoruna yaxınlaşılır və alqı-satqı müqaviləsi bağlandıqdan sonra dövlət rüsumları ödənilir və çeklərlə birlikdə sənədlər əməkdaşlara təqdim olunur.
Avtomobili satan şəxs avtomobilin üzərində olan qeydiyyat nişanından imtina edərək qeydiyyat nişanının avtomobilin üzərində qalmasını və ya qeydiyyat nişanından imtina etməyərək özündə saxlamaq (digər avtomobilə qeydiyyat aparma) hüququ var.

Alqı-satqı müqaviləsi notariat kontorunda (və ya Asan xidmətdə) tərtib edildikdə, dövlət rüsumu 70 manat + 10.50 manat xidmət haqqı təşkil edir.
Bundan əlavə avtomobilin mühərrik həcminə görə dövlət rüsumu – məs.: 2000 sm/kub üçün 100 manat tələb olunur.
Qeydiyyat şəhadətnaməsinə görə 30 manat, yeni qeydiyyat nişanına ehtiyac olarsa da 30 manat rəsmi rüsum ödəməlisiniz. Habelə, avtomobil texniki müayinədən keçməyibsə, avtomobilin texniki müayinəsinə görə də 30 manat rüsum verilməlidir.
Avtomobil texniki müayinə talonu varsa və texniki müayinə müddəti bitməyibsə, rüsum ödəməyə ehtiyac yoxdur. Sadəcə olaraq, avtomobilə texniki baxış – ban və mühərrik nömrələrini eyniləşdirmək üçün yoxlama keçirilir. Bu eyniləşdirməyə görə rüsum tələb edilə bilməz, edilərsə – rüşvətdir. Dərhal DİN-nin 102 xidmətinə şikayət edin.

Daha sonra ərazi üzrə müfəttişin yanına göndərilirsiniz və yığılan sənədlərdə, rüsum ödənişlərində, texniki baxış zamanı eyniləşdirmədə problem yoxdursa sizin zalda gözləməniz və sonda yeni qeydiyyat şəhadətnaməniz alacağınız söylənəcək.

Hüquqi şəxs avtomobili satın aldığına görə sizə əlbə-əl pul vəsaiti verə bilməz. Yalnız nağdsız hesablaşma qaydası ilə alqı-satqını həyata keçirə bilər və ödənişin çekini də Qeydiyyat şöbəsində olan müfəttişə təqdim etməlidir.

İnternetdən pul qazanmaq üçün 5 ən yaxşı üsul!

İnternetdən pul qazanmaq bu gün ən populyar mövzulardan biridir. Xüsusilə vaxtımızın çoxunu internetdə keçirsək və ya internetə çox maraq göstərsək, internetdən pul qazanmaq mümkün olur.

Bu yazı “İnternetdən pul qazanmaq istəyirəm” deyənlər üçün hazırlanmışdır. Tələbə kimi edə biləcəyiniz çox şey var, kapital olmadan. Bir internet və bir kompüter sizin üçün kifayətdir Evdə, kafedə və ya kitabxanada işləyin. İş tamamilə sizə aiddir. “Asan pul” qazanmaq (müftə pendir yalnız siçan tələsində olar) əlbəttə ki, asan deyil, amma mümkün qədər sadə izah etməyə çalışacam. İnternetdə pul qazanmağın yollarının siyahısını sizlərə təqdim edirəm.

1. Mikro işlər görməklə pul qazanmaq

Hər ay pul qazanmaq və ya mikro iş görərək müəyyən xərcləri ödəmək üçün internetdə pul qazana bilərsiniz. Tərifini biraz izah edək. Xaricdə çox məşhur olan bu işlər müəyyən saytlar vasitəsi ilə edilir. Bunu açıq bazar yeri kimi düşünün. Qrafik dizayn, loqotip hazırlamaq, pankart hazırlamaq bacarığınız varsa, məzmun yaza bilsəniz (dil çox əhəmiyyət vermir, hamısı bir qayda olaraq alıcı olur), məqalələr, animasiya videoları hazırlayırsınız, səslər çıxarır, biznes üçün hesabat hazırlayır, araşdırma aparır və mikro biznesdə pul qazanmaq mümkündür. Sərbəst iş olaraq sahildən ordan-burdan azda olsa təsvir edə bilərik. Bu məqsədlə Fiverr, Upwork; Türkiyədə isə Bionluk, Sadeceon, Uzmankirala var. Türkiyədə yenə asan əldə edə biləcəyiniz, iş həcmi olan digər platformalar isə webmaster forumları. R10, WMAracı, Donanımhaber kimi forumlarda mikro iş kimi forumlar vasitəsilə pul qazana bilərsiniz.

2. Stok Foto sataraq pul qazanmaq

İnternet böyüdükcə və müəllif hüquqlarına həssaslıq da artır. Reklam agentlikləri, rəqəmsal marketinq agentlikləri, internet yayımçıları, qəzetlər, orta və böyük şirkətlər müəllif hüququ ilə bağlı problemlərin qarşısını almaq və ya axtardıqları uyğun şəkilləri tapmaq üçün fond şəkilləri satın alırlar. Məhz bu anda səhm fotoşəkilləri çəkən və satan insanlar pul qazanma fürsətini təklif edirlər. Fond fotoşəkilləri satmaq üçün müəyyən şərtlər var. Bir portfeliniz yoxdursa, 100 fotoşəkil portfeli ilə ayda 15 ilə 30 dollar arasında qazana bilərsiniz. Üst hədd, şəkillərinizin nə qədər məşhur olduğuna aiddir. Shutterstock, PhotoDune, Alamy, 123rf, Gettyimages, Fotolia qeydiyyatdan keçə biləcəyiniz məşhur saytlardır.

3. Veb sayt açaraq pul qazanmaq

Azərbaycan da mobil cihazların sayının artması ilə birlikdə internetə giriş nisbəti artmağa davam edir. Statiskaya görə 3 milyondan çox insanın internetə girdiyini söylənilir. Proqramlaşdırma haqqında məlumatınız olmasa da müəyyən bir pulsuz / pullu xidmətlərdən istifadə edərək veb saytınızdan pul qazana bilərsiniz.

Həqiqətən bu maddəni blog yazmaqla pul qazanma məqaləsi ilə əlaqələndirə bilərik, ancaq veb saytında edə biləcəyiniz çox şey var. Bir veb sayt qurmaq üçün addım-addım bələdçiyə əməl edə bilərsiniz və ya veb saytın necə qurulacağı barədə məlumatınız varsa, Wix, Godaddy, Squarespace, Webs kimi xidmətlər var. Onlardan faydalana bilərsiniz. Pulsuz və pullu seçimləri də nəzərdən keçirə bilərsiniz.

Veb saytınızı müxtəlif sahələrdə yarada bilərsiniz. Reseptlər, xəbər saytı, bloq saytı, oyun araşdırma saytı və s. kimi.

4. Blog yazaraq pul qazanmaq

Blog yazısı internetin başlanğıcından bəri çox məşhur bir mövzudur və pul qazanma üsuludur. Tanış olduğunuz bir mövzunu seçmək, bu barədə bir blog yazmaq və müntəzəm olaraq idarə etmək imkanı verir. Bloqunuzu ziyarət edənlərin sayı artdıqca, blogunuzda pullu təqdimat məzmunu da əlavə edə bilərsiniz (yayınçılar sizinlə əlaqə qura bilər və ya reklam üçün işləyə bilərsiniz).

Pulsuz blog açmaq üçün WordPress, Blogspot, Blogger kimi pulsuz xidmətlərdən istifadə edə bilərsiniz. Ödəniş üçün öz domen adınıza sahib olmaq və saytınızı öz hosting xidmətində yerləşdirməklə bir blog açmaq mümkündür.

Bununla yanaşı, blog açmaqla pul qazanmağın başqa bir yolu, reklam platformaları vasitəsilə müntəzəm olaraq reklam vasitəsilə blogunuz üçün reklam yerləri açaraq pul qazanmaqdır. Adsense, Yllix, Infolinks, Media.net kimi platformalardan istifadə edə bilərsiniz.

5. Məqalə yazıb satmaqla pul qazanmaq

Məqalə istehsal edərək satıb pul qazanmaq blog yazmaqla pul qazanmaqdan fərqlidir. Məqalə istehsalının müxtəlif sahələri var. Başqalarının blogları üçün məqalə yarada, e-ticarət saytları, giriş məzmunu üçün şərhlər yaza və ya hətta sosial media üçün mətn paylaşa bilərsiniz. İnternetdə axtardığınız 100 söz üçün 30 manatdan satan insanları görə bilərsiniz. Bazar yerlərini, məsələn, İçerikbulutu, Wordapp, Makale.net incələyə bilərsiniz.

Nömrəni necə deaktiv edə bilərəm

sual aydın deyil. sındırsaz nömrəni olacaq istifadəyə yararsız. tam bağlatdırmaq istəsəz mobil operatorunuza müraciət edin, kömək etsinlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Azercell nömrəsidirsə, bağlamağı özünüz edə bilərsiniz.Sadəcə Azercell saytında,sağ tərəfdə kilid işarəsinə vurub. Orada nömrəni qeydiyyat edəndən sonra, deaktiv etmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

gul56 cavab verdi – Vöen və bank hesabı (1 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (1 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (4 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (4 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (12 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (22 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (26 gün əvvəl)

E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (37 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.