Facebook da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo göstərilir
– Nəyə görə, bir çox istedadlı gənclərimiz karyeralarını qurmaq üçün Avropaya, Amerikaya gedirlər? Bunun səbəbi çox pul qazanmaqdır?
– Avropada çox talantlı gənclərimiz var. Onları çəkib burada saxlaya bilsək, ölkə üçün çox böyük işlər görərlər. Bir çox problemlər asanlıqla həll olar. Məncə onların getmə səbəbi maddiyyat deyil. Sən işini yaxşı görürsənsə, hər yerdə yaxşı pul qazana bilərsən. Onlar sadəcə burada sıxılırlar, xoşbəxt ola bilmirlər, ona görə gedirlər. Mən həmişə demişəm, ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Bizdə insanların çoxu sevdiyi işi görmür. Digər tərəfdən cəmiyyət insanı çox sıxır. Kimsə kiminsə həyatını yaşayır.
Facebook-da kiminsə yaşayış yerini necə öyrənə bilərəm?
– Emil, xoş gördük səni. Bakıdakı qısa vaxtından bizə də ayırıb müsahibəyə gəldiyin üçün təşəkkür edirik. Sirr deyilsə, Bakıya nə üçün gəldiyini öyrənə bilərik?
– Xoş gördük. Bir qızım dünyaya gəldi və mənə 100 faiz maaşla 4 aylıq atalıq məzuniyyəti verdilər. Dedilər get uşaqla vaxt keçir (gülür). Mən də həm uşağın sənəd işləri üçün, həm də ailəmin balacanı görməsi üçün Bakıya gəldim. Bir neçə gün Bakıda olacam.
– Yəqin ki, ilk sual bəllidir. Haradan hara? Necə oldu ki, Culfanın Bənəniyar kəndinən çıxan biri “Facebook”da işə düzəldi və Danimarkaya köçdü?
– Bu mərhələli bir prosesdir. Arxasında çox çalışmaq və özünəinam dayanır. Düşünürəm ki, çox çalışmaq və təhsillə insan istədiyi yerə çata bilər. Təhsil insanın arzularına çatması üçün birinci vasitədir və ən güclü silahdır. Mən də çalışmaqla, bir qədər də ətrafdakı insanların dəstəyini almaqla istəyimə çatdım. İndi orada “Control Expert” kimi işləyirəm. Təxminən 18-20 nəfərlik mühəndis heyəti var. Onların kantrol sahəsində inkişafından və ümumi sistemdə hər hansı problem yaşayanda onlara texniki dəstək verməklə vəzifəliyəm.
– Bizə oradakı iş rejimi maraqlıdır. Bir az bu barədə danışardın, hansı fərqli cəhətləri var?
– Orada rəsmi iş rejimi həftəlik 37 saatdır. Bizdən ən böyük fərqləri odur ki, onlar işə çox tez başlayır və tez də bitirirlər. Məsələn mən işə 7-də gedib 3-də çıxıram. Hətta danimarkalılar işə 6-da gəlirlər. Ümumiyyətlə “Facebook”da iş saatı anlayışı yoxdur. Şirkət hətta sənin işə gəlmədən evdən işləməyinin tərəfdarıdır. Səni ofisə gəlməyə məcbur etmir. Öz işini gördüyün təqdirdə heç bir problem olmur.
– İşçiləri hansı şərtlərdə və hansı şəraitlə təmin edirlər?
– Orada işçi-müdir münasibəti bizim anladığımız münasibətin tamamilə əksidir. Mən Danimarkadan iş təklifi alanda hələ 2 ay sonra ora gedəcəkdim. Amma menecerim olacaq şəxs davamlı mənə yazırdı, maraqlanırdı. “Sənə necə kömək edə bilərəm?” deyə tez-tez soruşurdu. Bir dəfə ona dedim ki, sənin bu yanaşmanı çox qiymətləndirirəm. Halbuki hələ mən sənin işçin deyiləm. O isə cavab verdi ki, “əlbəttə mən səninlə maraqlanmalıyam, səni xoşbəxt saxlamalıyam. Ona görə ki, növbəti illər ərzində mən sənin gördüyün işin keyfiyyətindən asılı olacam”. Onda anladım ki, menecer-işçi münasibətləri bizim düşündüyümüzün tam əksinədir.
– Menecer-işçi münasibətləri necədir ki?
– Orada ümumiyyətlə menecerin sərt formada danışmaq ehtimalı belə yoxdur. Hər həftə bizim menecerlərlə təkbətək görüşlərimiz olur. O bizim işdən əlavə problemlərimizlə maraqlanır. Bir də hər iki həftədən bir menecerin menecerləri ilə görüşürsən amma öz menecerin iştirak etmir. Əgər hər hansı bir narazılığın varsa, bunu onun öz müdirinə deyə bilərsən. Elə bir struktur qurulub ki, sənin narazı qalma ehtimalın yoxdur. Hər kəs öz işini gördüyü müddətdə heç bir problem yaşanmır.
– Sənin də müdir olma potensialın varmı?
– “Facebook”da iki istiqamət var: Menecerlər və texniki işçilər ( mühəndislər ). “Facebook”un missiyası budur ki, menecer olmaq sadəcə bir seçimdir. Mənim mühəndis dərəcəm ilə başqa menecerlərin dərəcələri eynidir . Lakin mən hələ ki, texniki sahəyə üstünlük verirəm. Çünki enerjim var və azı 30 yaşına kimi belə çalışacağımı düşünürəm.
– Sirr deyilsə, maaşlarınız nə qədərdir?
– Bakıda insanlar elə bilir ki, Avropaya getdinsə, milyarder olacaqsan. Elə bir şey yoxdur. Danimarkada sən 3-4 min avro maaş alırsansa, bu normal maaş sayılır. Onlarda maaşın böyük bir hissəsi vergilərə ayrılır. İnsanlar əmək haqqının təxminən 45-50 faizini vergilərə verir. Yəni sənin maaşın 7-8 min avrodursa, bunun 4 min avroya yaxını vergiyə gedir. İnsanlar bu vergini rahatlıqla verir çünki hamısı xoşbəxtdir ki, mənim səhiyyə, təhsil, pensiya sistemim yaxşıdır. Vergisini verir və bu xidmətlərdən pulsuz istifadə edirlər.
– “Facebook”un sosial şəbəkələr arasında trend olmasının səbəbi nədir?
– “Facebook” kompaniya olaraq 2017-ci ildə dünyanın ən yaxşı şirkəti, işə götürəni seçilib. Həqiqətən də bu belədir. “Facebook”un ilk növbədə üstünlüyü işçi-menecer münasibətləridir. İşçilər xoşbəxt olduğu üçün öz işlərini də sevərək görürlər. “Facebook” dünyada reklam anlayışını kökündən dəyişdi. Bir neçə il əvvəl kimsə reklam üçün hər hansı serialın ortasında 1 dəqiqəlik vaxta 2 min manat ödəyirdi. Hansı ki, sən bilmirdin o reklama kim baxacaq. Amma “facebook” nə etdi? Çox rahat reklam mühiti yaratdı. Sən cəmi 10-15 dollara birbaşa öz auditoriyana xitab edirsən. Reklamı mühəndislərin görməsini istəyirsənsə, statusu mühəndis olanları seçirsən, hansı yaş aralığı, hansı məsafədə yaşayan insanları belə seçə bilirsən. Bunlardan başqa da hər bir insanın içində bölüşmək istəyi vardır, uğurlarını, uğursuzluqlarını, yaxşı və pis şeylərini. Facebook isə insanların bir birləri ilə bölüşmək istəyini tətmin edir.
– Mark Zukerberq ilə görüşmüsən?
– Hələ ki, görüşmək imkanım olmayıb. Amma yanvarda ABŞ-a gedəcəm. “Facebook”un mərkəzi ofisində 2 həftəlik təlimdə olacağıq. Güman ki, orada Mark Zukerberqi görmək imkanım olacaq.
– Danimarkada azərbaycanlıların hər hansı mədəni, yaxud etnik birliyi varmı?
– Azərbaycanlılar az olduğu üçün hər hansı mədəni birlik yaratmaq imkanımız yoxdur. Odensedə cəmi 3 azərbaycanlı ailə var. Amma Türkiyədən olan dostların mədəni birlikləri var. Orada 1000-dən çox türk ailəsi yaşayır. Sonuncu dəfə Qurban bayramında toplaşmışadılar. Böyük izdiham var idi. Gələcəkdə azərbaycanlılar çoxalarsa, yəqin ki, biz də bu cür birliklər yarada bilərik.
– Bir anda isti ölkədən soyuq ölkəyə köçmək, fərqli mədəniyyət, fərqli mühit. Adaptasiya problemi yaşamadın?
– Əvvəllər çox çətinlik çəkdim. Biz ora köçəndə 1 ay sonra uşağımız dünyaya gələcəkdi. Başqa bir dil, başqa mədəniyyət, fərqli iqlim çətin idi. Düzdür, şirkət hər cür dəstəyi göstərirdi, bizə ev tapmaqda kömək etdilər və s. Amma yenə də psixoloji cəhətdən insan uyğunlaşmaqda çətinlik çəkir. 2-3 ay sonra adaptasiya problemini aşdıq. Bakıya baxanda orada şəhər çox dincdir. Maşınların sayı çox azdır. İnsanlar velosipedə üstünlük verir. Bakıdakı qədər insan da yoxdur deyə şəhər sakitdir.
– Şəhərdə sıxlıq yoxdursa, yəqin işə gecikmək problemi də yoxdur.
– Qətiyyən yoxdur. Maşın sürmək çox rahatdır. Sizə deyim ki, orada 4 aydır maşın sürürəm. Heç yorulmamışdım. Bakıya gəldim, 1 gün maşın sürdüm və 4 ayda yorulmadığım qədər yoruldum. Tıxaclar insanı çox yorur.
– Danimarkada Azərbaycanda olan nəyi tapa bilmirsən? Nəyin əskikliyini hiss edirsən?
– Bir neçə gün öncə dostlarımızla toplaşmışdıq. Tipik bir Azərbaycan kababxanasına getdik. Oturub yemək yeyirdik. Onlar da eynilə bu sualı soruşdu və cavabım qısa oldu: “Bu mühit yoxdur”. Həqiqətən də orada bəzən dostlarla yığışıb söhbətləşmək, isti, mehriban mühit üçün darıxırsan. Hər şey yaxşı olsa da, yenə bir tərəfin yarımçıq qalır. Mən həmişə demişəm, biz yarımçıq nəslin nümayəndələriyik. Nə orada xoşbəxt ola bilirik, nə burada. Ailə bağlarımız çox güclüdür deyə, tamamlana bilmirik. Yəqin ki, bizdən sonrakı nəsillər orada, yaxud burada xoşbəxt ola biləcəklər.
– Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsən?
– Düşünürəm. İnsanın fikirləri davamlı dəyişir, gələcək nə gətirəcək, deyə bilmərəm. Amma mən karyeram üçün ora köçməyi seçdim. Amma hazırki düşüncəm budur ki, gec-tez qayıdacam. Çünki insan sevdiklərindən uzaqda tamamlana bilmir. Xoşbəxtlik maddi yox, mənəvi anlayışdır. Yəni mənim üçün ailənin yanında, stresli bir mühitdə olsan belə, daha çox xoşbəxt olursan. Təkbaşına dünyanın ən xoşbəxt ölkəsində, dünyanın ən yaxşı şirkətində yaxşı pul qazanaraq heç kimi görməmək xoşbəxtlik deyil. Buna görə gec-tez qayıdacam. Amma nə vaxt və necə olacağını deyə bilmərəm.
– Danimarkada Azərbaycanı tanıyırlar? Sənin azərbaycanlı olduğunu biləndə hansı reaksiyanı verirlər?
– Demək olar ki, tanımırlar. Hər dəfə özüm izah etməli oluram. Əvvəlcə başlayıram, əhalisi bu qədərdir, Xəzərin sahilində yerləşir, filan ölkələrlə qonşudur. Hamı şoka düşür ki, coğrafi baxımdan çox şanssız bir mövqedə yerləşirik. Bir tərəfdə Rusiya, bir tərəfdə İran, bir tərəfdə qeyri-stabil Türkiyə, bir tərəfdə Ermənistan. Azərbaycanı tanıyanlar daha çox Avroviziyaya görə tanıyırlar. Hətta bir dəfə amerikalı bir menecer azərbaycanlı olduğumu biləndə demişdi ki, sizin ölkəniz Kosta Rikanın yanındadır (gülür).
– Nəyə görə, bir çox istedadlı gənclərimiz karyeralarını qurmaq üçün Avropaya, Amerikaya gedirlər? Bunun səbəbi çox pul qazanmaqdır?
– Avropada çox talantlı gənclərimiz var. Onları çəkib burada saxlaya bilsək, ölkə üçün çox böyük işlər görərlər. Bir çox problemlər asanlıqla həll olar. Məncə onların getmə səbəbi maddiyyat deyil. Sən işini yaxşı görürsənsə, hər yerdə yaxşı pul qazana bilərsən. Onlar sadəcə burada sıxılırlar, xoşbəxt ola bilmirlər, ona görə gedirlər. Mən həmişə demişəm, ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Bizdə insanların çoxu sevdiyi işi görmür. Digər tərəfdən cəmiyyət insanı çox sıxır. Kimsə kiminsə həyatını yaşayır.
Bura gəlməzdən əvvəl evdə yemək yeyirdim. Bir anlıq qulağım televizorun səsinə sataşdı. Müzakirə gedirdi ki, evli qadının kişi dostu ola bilərmi? Təsəvvür edin buna görə bir veriliş ayırıblar, 10-a yaxın qonaq çağırıblar, mübahisə edirlər. Belə şeyləri görəndə başa düşürəm ki, biz çox ucuz şeylərlə məşğul oluruq. “Şortik geyinməyə necə baxırsız, saqqal saxlamağa necə baxırsız” və s . bu kimi absurd mövzuları müzakirə eləməyi bir kənara qoysaq, özümüzü rahat buraxsaq, daha ciddi işlər görə biləcəyik. Həqiqətən onlar çox ciddi işlər görürlər. Orada insanlar düşünür ki, mən Marsa turlar təşkil edəcəm, biz isə oturub şortiki müzakirə edirik. Onlar orada robot çıxarır, biz isə insanlardan cin çıxarırıq. Artıq düşünməyə, beynimizi işlətməyə başlamalıyıq.
– Gənclərə tövsiyən nə olardı?
– Özlərinə inansınlar. Həyatda heç nə mümkünsüz deyil. Nə “facebook”da oturanlar, nə “google”da oturanlar bizdən artıq insanlar deyil. “Google”da, NASA-da, “Microsoftda”da, “Mercedes” də, “Facebook” da çox istedadlı azərbaycanlılar işləyir. Onların hamısı bizim aramızdan çıxan insanlardır. Sadəcə istəmək, çalışmaq və özünə inanmaq lazımdır. Gələcək texnologiyanın üzərində qurulacaq. Bundan sonra yalnız texnoloji inqilablar olacaq. Artıq süni intellektli robotlar, sürücüsüz maşınlar və daha nələr nələr. Dünyada elə proseslər gedir ki, xüsusuilə son 10 ildə hər şey sürətlə dəyişir. Gənclərə də məsləhətim budur ki, mühəndisliyə yönəlsinlər. Fərqi yoxdur, proqramlaşdırma, şəbəkə və s. Növbəti 20-30 ildə bir çox peşə yox olacaq.
Amin Nəzərli
Foto: Şahin Sərdarov
“Facebook”da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo göstərilir
“Facebook”da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo göstərilir “Facebook”da Azərbaycandan olan istifadəçilərin əhəmiyyətli bir qisminin yaşayış yeri kimi Konqo Respublikası göstərilir.
11 Sentyabr , 2020 16:51
https://static.report.az/photo/4cf363c6-d650-3f16-89f0-6eef39c82841.jpg
“Facebook”da Azərbaycandan olan istifadəçilərin əhəmiyyətli bir qisminin yaşayış yeri kimi Konqo Respublikası göstərilir. “Report”un məlumatına görə, bu cür şəxslərin sayı minlərlədir. Həmin şəxslər arasında bir sıra məşhur şəxslər, o cümlədən deputat, vəzifəli şəxs, habelə müxtəlif obyekt ünvanları, restoranlar və mağazalar da var. Texnobloqer Fərid Pərdəşünas “Report”a bildirib ki, problem insanların diqqətsizliyindən qaynaqlanıb: “Konqo Respublikasında Baku adlı yer olduğu üçün insanlar paytaxt Bakı şəhərinin adını ingiliscə Baku yazarkən bəzən Konqodakı Bakunı tanıyır. Daxil edərkən insanlar diqqət eləmir və Azərbaycanın Bakısı əvəzinə Konqonun Bakısı qeyd edilir. “Facebook” normalda olduğu yerə yaxın yer seçməlidir, lakin arada belə problemlər olur. Sadəcə insanlar diqqət etməlidir”.
Fotoşəkilimin harada yerləşdirildiyini necə öyrənə bilərəm?
İnstagram və ya Facebook profillərinizə yerləşdirdiyiniz şəkillər sizə aiddir. Eyni şey veb saytınız üçün çəkdiyiniz şəkillərə aiddir. Bu o deməkdir ki, heç kim sizin razılığınız və ya icazəniz olmadan onları paylaşmaq və yenidən yerləşdirmək hüququna malik deyil.
Əvvəlcə repost göndərmə, qoruma variantlarını qısaca müzakirə edəcəyik və sonra şəkillərinizin bütün icazəsiz repostlarını ovlamaq yollarına keçəcəyik.
Şəkillərinizi Onlayn Qorumaq
Fotonuzu ictimai məkan kimi etiketləsəniz, soruşmadan göndərməyiniz yaxşı olar. Ağla gələn başqa bir ssenari, Pixabay’a yüklədiyiniz bir fotoşəkildir və ya bənzər bir stok görüntü saytdır. İnsanlara müxtəlif səviyyəli sərbəstlik səviyyəsində başqasının imicini bölüşməyə imkan verən başqa növ lisenziyalar mövcuddur, baxmayaraq ki bu başqa bir məqalə üçün bir hekayədir.
Deyilənə görə, bir fotoya müəllif hüquqları qorunması uzun və mürəkkəb bir müddətdir. Üstəlik, şəkillərinizi onlayn şəkildə tamamilə qorumaq mümkün deyil. Onlara müəllif hüququ verə, üzərinə filiqranlar qoya bilər, veb saytınızdakı sağ vuruşu deaktiv edə bilərsiniz və s. Sonda kimsə fotonuzu yükləmək istəsə, bir iş tapacaqsınız.
Bu səbəbdən, ən yaxşı mərciniz, pirat olduğuna və ya sizin razılığınız olmadan yerləşdirildiyinə şübhə etdiyiniz bir şəklin axtarışını bərpa etmək və yükləyicidən onu silməsini istəməkdir. Bu yazıda, iş üçün ən yaxşı vasitə olduğu üçün Ters Google Image Axtarışını araşdıracağıq.
Google Şəkil Axtarışını tərs çevirin
Google Şəkil Axtarışını tərsləşdirmək, kiminsə şəkillərinizi oğurladığını və onlardan razılığınız olmadan başqa yerdə onlayn yerləşdirdiyini öyrənməyin ən yaxşı yoludur. Görünüşünüzü axtarmağın bir neçə yolu və şəkillərinizin bütün icazəsiz repostlarını iyləməyə kömək edə biləcək bir sıra axtarış dəqiqləşdirmə vasitələri var.
Google, şəklinizi ehtiva edən bütün saytları, vebdə göründüyünüz bütün ölçüləri və əyani şəkildə oxşar şəkilləri göstərəcəkdir. Sonuncusu fotoşəkildə və ya bənzər bir proqramda şəklinizi biraz dəyişdirmiş hiyləgər oğrular üçün.
Şəklinizi yükləyin
Fotoşəkli kompüterdən Google Image Search-ə yükləmək üçün aşağıdakılardır:
- Sevdiyiniz veb brauzerinizi açın.
- Google Şəkillərə daxil olun.
- Axtarış çubuğundakı kamera simgesini vurun.
- Sonra, bir şəkil yüklə seçimini basın.
- Sonra, Dosyayı Seç düyməsini vurun.
- Axtarmaq istədiyiniz fotoya baxın və üzərinə iki dəfə vurun. Nəticəniz belə görünə bilər:
URL axtarışı
URL ilə necə axtarış aparacağınıza baxın.
- Brauzeri başladın.
- Təsvirinizin yerləşdiyi sayta yönəlin.
- Sözügedən şəklə sağ vurun.
- Şəkil ünvanını kopyalayın seçimini vurun.
- Google Şəkillərə gedin.
- Axtarış panelindəki Kamera simgesini vurun.
- Şəkil URL-yə yapışdır seçiminə vurun.
- Mətn qutusuna URL yapışdırın.
- Təsvirlə Axtar düyməsini vurun.
Görünüşün URL-in brauzerinizin axtarış tarixçəsində görünməyəcəyini unutmayın. Bununla birlikdə, Google onu saxlaya bilər.
Çək və Bırak
Təsviri ənənəvi şəkildə yükləmək əvəzinə sürüşdürərək axtarış qutusuna ata bilərsiniz. Bu yalnız Firefox və Chrome ilə işləyir.
- Firefox və ya Chrome’u başladın.
- Google Şəkillərə gedin.
- Kompüterinizdə axtarmaq istədiyiniz şəkli tapın və üzərinə vurun.
- Siçan düyməsini basıb saxlayın və şəkli Google Şəkillər axtarış qutusuna sürükləyin.
- Şəkli qutuya atın.
Başqa bir Saytdan bir şəkil istifadə edin
Google ayrıca başqa bir saytdan bir şəkil axtarmağa da imkan verir. Bunu necə etmək olar:
- Brauzerinizi başladın.
- Axtarış etmək istədiyiniz şəkli tapdığınız sayta gedin.
- Bunun üzərinə sağ basın.
- Açılan menyuda Google üçün şəkil axtar seçimini seçin. Nəticələriniz yeni bir sekmede görünməlidir.
Android və iOS-da Google Image Axtarışı tərsinə çevirin
Google ayrıca smartfon və planşet istifadəçilərinə Google Image xidmətindən istifadə edərək axtarış şəkillərini geri qaytarmaq imkanı verir. Proses həm Android, həm də iOS sistemlərində böyük ölçüdə eynidır. Bunun üçün Chrome brauzerinə ehtiyacınız olacaq. Sizdə yoxdursa, onu həm Google Play Mağazadan, həm də App Store-dan yükləyə bilərsiniz. Bu addımları izləyin:
- Cihazınızda Chrome brauzer tətbiqini başladın.
- Google Şəkillərə gedin.
- Tapmaq istədiyiniz fotonu təsvir edin.
- Axtarış düyməsinə vurun.
- Nəticələrdəki şəkillərdən birinə vurun.
- Google sizə şəkli göstərəndə üzərinə vurun və saxlayın.
- Açılır menyuda bu şəkil üçün Google axtarışını seçin.
- Google sizə başqa bir sekmədə nəticələri göstərəcəkdir.
Bir Android telefonda axtardıq. Nəticəmiz belə görünür:
Alətləri axtarın
Google ayrıca bəzi axtarış parametrlərini dəqiqləşdirməyə imkan verir. Menyuya daxil olmaq üçün nəticələr səhifəsindəki axtarış qutusunun altındakı Tools düyməsini vurun.
Görünüşə görə Axtarış açılır menyusunda eyni şəkilləri (Görünüşə görə seç seçimini), vizual olaraq oxşar şəkilləri və ya digər ölçülü şəkilləri axtarmağı seçə bilərsiniz. Vaxt açılır menyusu sizə keçən saatdan keçən ilə qədər bir neçə seçim təqdim edir. Alternativ olaraq, Xüsusi sıra seçimini seçsəniz, öz tarix aralığınızı daxil edə bilərsiniz.
Parametrlər düyməsi, özəl məlumatların gizlədilib göstərilməməsini, Təhlükəsiz axtarışın açılması və söndürülməsini və digər axtarış parametrlərinin tənzimlənməsini seçməyə imkan verir.
Şəkillərinizi İnternetdə tapın
Fotonuzu izniniz olmadan başqa bir yerdə yerləşdirdiyinizi görsəniz də, hamısı itirilmir. Afişadan şəklin silinməsini və ya bu qədər meylli olsanız, sizə uyğun kredit vermələrini xahiş edə bilərsiniz. Həddindən artıq hallarda qanuni əməliyyat da edə bilərsiniz.
Heç bir məlumatınız olmadan fotoşəkilinizi yenidən yerləşdirdiyinizi gördünüzmü? Bunu necə etdiniz? Əvvəllər Google’ın əks şəkil axtarışından istifadə etdinizmi? Əgər belədirsə, nəyin yaxşı olduğunu düşünürsən və nəyi yaxşılaşdırmaq olar? Düşüncələrinizi aşağıdakı şərhlər bölməsində paylaşın.
Comments are closed, but trackbacks and pingbacks are open.