Kiberbullinq: Bu nədir və onu necə dayandırmaq olar
4. Kiberbullinqlə üzləşmişəm, amma valideynlərimlə bu barədə danışmaqdan qorxuram. Onlara necə deyim?
Closing like button in Facebook
Salam, Facebookda statuslarımın like edilməsinin qarşısını necə ala bilərəm? Yəni mümkündürmü like-ı bağlayım?
Sualı verdi: Breathtaking ( 11/03/2016 )
Kateqoriya: Sual . Face like. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
Bəli olur, elə edə bilərsizki yalnız dostlarınız like edib koment yaza bilər, dostluqda olmayan şəxslər isə yalnızca paylaşa bilər.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Anlamadız məni, ümumiyyətlə heç dostlarımda like edə bilməsin. Ancaq statusuma şərh yazmaq olsun.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Onun üçün özünüzə yeni facebook yaratmalı olacaqsınız facebook-un təməl məntiqi məhz sosiallıq elementi olan like funksiyasıdır. o yoxdursa facebook da yoxdur.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Çoxsağolun cavablarınız üçün ..Deməli sadəcə facebook profilimi bağlamalıyam.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)
Kiberbullinq : Bu nədir və onu necə dayandırmaq olar
“Kiber zorakılıq haqqında nə bilmək istərdiniz?” Biz bu sualı gənclərə verdik və dünyanın hər yerindən minlərlə cavab aldıq.
Biz UNICEF-in mütəxəssislərini, beynəlxalq kiber zorakılıq və uşaqların müdafiəsi üzrə ekspertləri bir araya gətirdik və suallara cavab vermək və onlayn zorakılıqla mübarizə yollarına dair məsləhətlər vermək üçün Facebook, Instagram və Twitter ilə əməkdaşlıq etdik.
Kiber zorakılıq nədir?
Kiber zorakılıq rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır. Bəzi nümunələrə daxildir:
- sosial mediada kiminsə haqqında yalanlar yaymaq və ya utanc verici şəkilləriin yerləşdirmək
- mesajlaşma platformaları vasitəsilə zərərli mesajlar və ya təhdidlər göndərmək
- kimisə təqlid etmək və onların adından başqalarına pis mesajlar göndərmək.
Üz-üzə baş verən zorakılıq və kiber zorakılıq çox vaxt bir-birinin yanında baş verə bilər. Lakin kiber zorakılıq rəqəmsal iz buraxır – bu, faydalı ola biləcək və sui-istifadənin qarşısını almaq üçün sübut təqdim edə biləcək bir rekorddur.
Təhlükəsizliyiniz və ya onlayn başınıza gələn hər hansı bir hadisə ilə bağlı narahatsınızsa, təcili olaraq etibar etdiyiniz böyüklərlə danışın.
COVID-19 pandemiyası uşaqların, xüsusi ilə də məktəbdən kənarda olanların təhlükəsizliyi və rifahı üçün bir sıra çətinlik yaradır. Ətraflı məlumat üçün koronavirus (COVID-19) məlumat səhifəmizə nəzər yetirin.
“Kiberbullinq haqqında nə bilmək istərdin?”
Kiberbullinqlə bağlı ən mühüm 10 sual
- İnternetdə təhqir olunuram? Zarafat və bullinq arasındakı fərqi necə izah edirsiniz?
- Kiberbullinqin təsirləri hansılardır?
- Hər hansı şəxs məni onlayn bullinqə məruz qoyduqda, kimə müraciət edə bilərəm? Bu hallar haqqında məlumat vermək hansı səbəbdən vacibdir?
- Kiberbullinqlə üzləşmişəm, amma valideynlərimlə bu barədə danışmaqdan qorxuram. Onlara necə deyim?
- Xüsusən də məlumat vermək istəməyən dostlarıma kiberbullinq halı barədə məlumat verməsinə necə kömək edə bilərəm?
- Onlayn məkan mənə çoxlu məlumat əldə etmək imkanı verir; eyni zamanda, o, məni sui-istifadə hallarına açıq edir. İnternetə çıxışı məhdudlaşdırmadan kiberbullinqi necə dayandıra bilərik?
- Şəxsi məlumatlarımın sosial mediada məni manipulyasiya və ya təhqir etmək üçün istifadə olunmasının qarşısını necə ala bilərəm?
- Kiberbullinqə görə cəza nəzərdə tutulubmu?
- İnternet şirkətləri, onlayn bullinq və təcavüzə əhəmiyyət vermirlər. Məsuliyyət daşımalıdılarmı?
- Uşaqlar və ya gənclər üçün bullinq əleyhinə onlayn vasitələr varmı?
Burada kiberbullinqlə bağlı 10 cavaba nəzər yetirə bilərsiniz:
1. İnternetdə təhqir olunuram? Zarafat və bullinq arasındakı fərqi necə izah edirsiniz?
UNICEF: Bütün dostlar bir-biri ilə zarafat edirlər, lakin bəzən kiminsə, xüsusilə onlayn məkanda, səninlə əyləndiyini və ya təhqir etməyə çalışdığını söyləmək çətindir. Bəzən bu kimi hallarda onlar, “zarafat edirəm” və ya “bu qədər ciddi qəbul etmə” deyərək gülüşürlər.
Ancaq özünüzü təhqir olunmuş və ya başqalarının sizinlə deyil, sizə güldüyünü (ələ saldığını) düşünürsünüzsə, bu hal, zarafat həddini aşmış olur. Həmin ifadələri dayandırmağı xahiş etdikdən sonra onların davam etdirilməsi və sizi hələ də narazı salması artıq bullinq kimi qiymətləndirilə bilər.
Bullinq internetdə baş verdikdə, kənar insanlar da daxil olmaqla, geniş kütlələrin istənməyən diqqətini cəlb edə bilər. Baş verdiyi yerdən asılı olmayaraq, bundan razı deyilsinizsə, bu kimi hallara dözümlü yanaşmamalısınız.
Bu hala istənilən ad verə bilərsiniz – özünüzü pis hiss edirsinizsə və həmin münasibət dayanmırsa, kömək üçün müraciət etməyiniz məsləhət görülür. Kiberbullinqin dayandırılması təkcə onu törədənlərə yönələn təpki deyil, bu həm də hamının onlayn və real həyatda hörmətə layiq olduğunu qəbul etməkdir.
2. Kiberbullinqin təsirləri hansılardır?
Bullinq, onlayn baş verdikdə, onun təsirini hətta öz evinizdə oturduğunuz halda belə hiss edə bilərsiniz. Elə təsəvvür yaranır ki, güya çıxış yolu yoxdur. Təsirlər uzun müddət davam edə və bir insana bir çox cəhətdən təsir edə bilər:
Psixoloji təsir – üzülmək, utanmaq, özünü ağılsız hiss etmək, və hətta hətta qəzəb kimi hisslər doğura bilər
Emosional təsir – utanc hissi və ya sevdiyiniz şeylərə maraq itirmək
Fiziki təsir – yorğunluq (yuxu itkisi) və ya mədə ağrısı və baş ağrısı kimi simptomlar yarada bilər
Başqaları tərəfindən gülüş obyektinə çevrilmək və ya incidilmək hissi, insanların problem haqqında danışmasına və ona qarşı mübarizə aparmasına mane ola bilər. Kəskin hallarda, kiberbullinq, hətta insanların intihar etməsinə səbəb ola bilər.
Kiberbullinq bizə bir çox cəhətdən təsir edə bilər. Buna rəğmən, onun təsirlərini aradan qaldırmaq mümkündür və insanlar özlərinə inamlarını və sağlamlıqlarını bərpa edə bilərlər.
UNICEF Azerbaijan/Bell/2018
3. Hər hansı şəxs məni onlayn bullinqə məruz qoyduqda, kimə müraciət edə bilərəm? Bu cür hallar haqqında məlumat vermək hansı səbəbdən vacibdir?
UNICEF: Əgər bullinqlə üzləşdiyinizi düşünürsənsə, ilk addım kimi valideynlər, yaxın bir ailə üzvü və ya digər etibar etdiyin bir şəxsdən kömək istəmək lazımdı.
Məktəbinizdəki məsləhətçi, idman məşqçisi və ya sevdiyiniz müəllimə müraciət edə bilərsiniz.
Əgər tanıdığınız biri ilə danışmaq rahat deyilsə, peşəkar məsləhətçi ilə əlaqə yaratmaq üçün ölkənizdə fəaliyyət göstərən qaynar xətt nömrəsini tapın.
Bullinq, sosial platformada baş verdiyi təqdirdə, hücumun qarşısını alaraq, yazışma olduğu platformanın özündə belə həmin şəxsin (şəxslərin) davranışları barədə rəsmi şikayət verməyi düşünün. Sosial media şirkətləri istifadəçilərinin təhlükəsizliyini təmin etməyə borcludurlar.
Baş verənləri göstərmək üçün dəlilləri, yəni ismarışları və sosial media şərhlərinin ekran görüntülərini saxlamaq faydalı ola bilər.
Bullinqi dayandırmaq üçün onu müəyyənləşdirmək və bullinq halı barədə məlumat vermək lazımdır. Bu, davranışlarının qəbuledilməz olduğunu bullinqi törədən şəxslərə göstərməyə də kömək edə bilər.
Birbaşa təhlükə altında olduğunuz halda, polisə və ya təcili xidmətə müraciət etməlisiniz.
Facebook/Instagram: İnternetdə bullinqə məruz qaldığınız halda, valideyn, müəllim və ya etibar edə biləcəyiniz başqa birisi ilə danışmağı tövsiyə edirik – sizin təhlükəsiz həyat sürmək haqqınız var. Bullinq halları haqqında birbaşa Facebook və ya Instagram üzərindən məlumat verməyi də asanlaşdırmışıq.
Qrupumuza Facebook və ya Instaqram-dakı bir yazıdan, şərhdən və ya hekayədən anonim şikayət göndərə bilərsiniz.
Dünyanın istənilən yerindən 24/7 rejimində 50+ dildə verilən şikayətləri qəbul edən qrupumuz, təhqiramiz və ya bullinq mahiyyətli istənilən bir cəhdi siləcək. Bu kimi şikayətlərin anonimliyi hər zaman qorunur.
Facebook-da özünüzə və ya digərlərinə qarşı törədilən bullinq hallarına qarşı nə etməli olduğunu öyrənmək üçün kömək edə biləcək bələdçi dərc etmişik. Instagram-da, kiberbullinqin mahiyyəti ilə bağlı valideynlər, qəyyumlar və böyüklər üçün tövsiyələr təqdim edən Valideynlər bələdçisi tərtib etmiş və təhlükəsizlik alətlərimiz haqqında məlumat əldə edə biləcəyiniz mərkəz işə salmışıq.
Twitter: Əgər kiberbullinqə məruz qaldığınızı düşünürsünüzsə, ən başlıcası öz təhlükəsizliyinizi təmin etməlisiniz. Üzləşdiyinizi paylaşmaq üçün etibar etdiyiniz bir nəfərlə danışın. Bu, müəllim, başqa bir etibarlı böyük və ya valideyn ola bilər. Özünüzün və ya dostunuzun kiberbullinqə məruz qaldığı halda nə edəcəyiniz barədə valideynlərinizə və dostlarınıza danışın.
İstifadəçilərə qaydalarımızı poza biləcək hesablar barədə bizə məlumat verməklərini tövsiyə edirik. Bunu, Kömək Mərkəzimizdəki dəstək səhifələri və ya “in-Tweet” seçimini istifadə edərək tvit hesabat mexanizmi vasitəsilə edə bilərsiniz.
4. Kiberbullinqlə üzləşmişəm, amma valideynlərimlə bu barədə danışmaqdan qorxuram. Onlara necə deyim?
Kiberbullinqlə üzləşirsinizsə, etibarlı bir böyüklə – özünüzü təhlükəsiz hiss etdiyiniz biri ilə danışmaq – atacağınız ən vacib ilk addımlardan biridir.
Valideynlərlə danışmaq hər kəs üçün asan deyil. Ancaq söhbətə kömək etmək üçün edə biləcəyiniz işlər var. Diqqətləri bütövlüklə sizdə olduqları zaman danışmağa cəhd edin. Problemin sizin üçün nə qədər ciddi olduğunu izah edin. Unutmayın ki, onlar sizin kimi texnologiya ilə tanış olmaya bilər, buna görə onlara nəyin baş verdiyini başa düşməkdə kömək etməlisiniz.
Vəziyyətə dair ani cavabları olmaya bilər, lakin kömək etmək istəyəcəklər və birlikdə bir həll yolu tapa bilərsiniz. Ağıl ağıldan üstündür! Hələ nə edəcəyinizə əmin deyilsinizsə, etibar etdiyiniz digər şəxslərə insanlara müraciət etməyi düşünün. Tez-tez sizə qayğı göstərən və düşündüyünüzdən daha çox kömək etməyə hazır olan insanlar var!
“Kiberbullinqlə üzləşirsinizsə, etibarlı bir böyüklə – özünüzü təhlükəsiz hiss etdiyiniz biri ilə danışmaq – atacağınız ən vacib ilk addımlardan biridir.”
5. Xüsusən də məlumat vermək istəməyən dostlarıma kiberbullinq halı barədə məlumat verməsinə necə kömək edə bilərəm?
UNICEF: Hər kəs kiberbullinq qurbanı ola bilər. Bu cür halın baş verdiynin şahidi olduğunuz halda, dəstək təklif etməyə çalışın.
Dostunuzu dinləmək vacibdir. Hansı səbəbdən kiberbullinq barədə məlumat vermək istəmir(lər)? Özünü(özlərini) necə hiss edirlər? Ona(onlara) bildirin ki, rəsmi bir şikayət verməsələr belə, lakin kömək edə biləcək biri ilə danışmaq çox vacibdir.
Unutmayın, dostunuz, özünü kövrək hiss edə bilər. Onlara qarşı mehriban olun. Onlara nə və kimə deyə biləcəkləri barədə düşünməyə kömək edin. Məlumat verməyə qərar verdikləri təqdirdə onlarla birlikdə getməyi təklif edin. Ən başlıcası, onların yanında olduğunuzu və kömək etmək istədiyinizi xatırladın.
Əgər dostunuz hələ də hadisə haqqında məlumat vermək istəmirsə, onda vəziyyətlə məşğul olmağa kömək edə biləcək etibarlı bir böyük tapmaqda onlara dəstək olun. Unutmayın ki, müəyyən hallarda kiberbullinq nəticələri həyat üçün təhlükə yarada bilər.
Heç bir şey etməmək, kiberbullinq qurbanlarında hər kəsin onlara qarşı olduğunu və ya heç kimin qayğı göstərmədiyi hissi yarada bilər. Sözləriniz onların münasibətini dəyişə bilər.
Facebook/Instagram: Bilirik ki, kiminləsə paylaşmaq vermək çətin ola bilər. Eyni zamanda, hər hansı bir şəxsə qarşı bullinq MƏQBUL hal deyil.
Facebook və ya Instagram-a bullinq mahiyyətli məzmunu bildirmək, platformalarımızda təhlükəsizliyimizi daha yaxşı təmin etməyə kömək edə bilər. Mahiyyət baxımından bullinq və təcavüz (hücumlar) fərdlərə qarşı yönəldili jir və məhz bu səbəbdən də bir çox hallarda bu davranışı müəyyənləşdirmədən və aradan qaldırmadan əvvəl bizə bu barədə məlumat verəcək birisi olmalıdır.
Instagram və Facebook-da kiberbullinq hadisəsi barədə məlumat vermək hər zaman anonimdir və heç kim bu davranış barədə bizə məlumat verdiyinizi bilmir.
Qarşılaşdığınız hal barədə məlumat verə bilərsiniz, eyni zamanda təqdim etdiyimiz tətbiqetmədə mövcud olan vasitələrdən istifadə edərək dostlarınızdan biri haqqında da məlumat vermək asandır. Halların haqqında necə məlumat verəcəyiniz barədə əlavə məlumatı İnstagramın Kömək Mərkəzində və Facebook-un Kömək Mərkəzində tapmaq olar.
Bundan əlavə, bəzi insanlar üçün sərt tədbir kimi görünə bilən hesabın bloklanmasını tətbiq etmədən öz hesabınızı qorumaq üçün İnstaqram-da fəaliyyət göstərən Restrict adlı bir vasitə haqqında dostunuza məlumat verə bilərsiniz.
Twitter: Başqa bir şəxsin adından məlumatın verilməsini Digərlərinə dair məlumat adlı seçim vasitəsilə də mümkün etmişik. Bu, özəl məlumatların və saxta profillərlə əlaqədar istifadə oluna bilər.
6. Onlayn məkan mənə çoxlu məlumat əldə etmək imkanı verir, eyni zamanda, o, məni sui-istifadə hallarına daha açıq edir. İnternetə çıxışı məhdudlaşdırmadan kiberbullinqi necə dayandıra bilərik?
UNICEF: Onlayn olmağın bir çox faydası var. Ancaq həyatda bir çox şey kimi, onun təhlüklərindən qorunmalı olduğunuz riskləri də mövcuddur.
Kiberbullinqlə qarşılaşırsınızsa, təsirlərindən bərpa olmaq məqsədilə müəyyən tətbiqləri silmək və ya bir müddət oflayn qalmaq fikrinə gələ bilərsiniz. İnternetdən çıxmaq uzun müddətli bir həll deyil. Siz səhv etməmisiniz, bəs niyə qurbana çevrilirsiniz? Bu, hətta bullinqi törədənlərə səhv siqnal göndərə və qəbuledilməz davranışlarını təşviq edə bilər.
Hər birimiz kiberbullinqin dayandırılmasını istəyirik ki, bu da kiberbullinq barədə məlumatların açıqlanmasının vacibliyinin səbəblərindən biridir. İstədiyimiz İnternet məkanın olması üçün kiberbullinq qarşı mübarizədən daha ciddi yanaşma tələb edir. Bölüşdüyümüz və ya söylədiyimiz fikirlərin başqalarının xətrinə dəyə biləcəyini düşünməliyik. Onlayn və real həyatda bir-birimizə mehriban olmalıyıq. Bu, hamımıza aiddir!
Facebook/Instagram: İnstagram və Facebook-un özünü ifadə etmək istəyənlər üçün etibarlı və müsbət məkan kimi qalması bizim üçün vacibdir – insanlar yalnız özlərini təhlükəsiz hiss etdikləri təqdirdə fikirlərini rahat paylaşacaqlar. Eyni zamanda bilirik ki, kiberbullinq baş verə və mənfi təcrübə yarada bilər. Buna görə Instagram və Facebook-da kiberbullinqlə mübarizəni nəzarətdə saxlamaqda qərarlıyıq.
Biz bunu iki əsas üsulla həyata keçiririk. Birincisi, insanların bullinq (təhqiredici) halları görməməsi və bu halların qarşısını almaq üçün texnologiyadan istifadə edirik. Məsələn, istifadəçilər, süni intellekt texnologiyasının köməyi ilə insanları təhqir etmək və ya hirsləndirmək üçün nəzərdə tutulan bullinq şərhlərini avtomatik silmək və gizlətmək üçün müvafiq funksiyadan istifadə edə bilərlər.
İkincisi, istifadəçilərin Facebook və Instagram-da təcrübələrini yaxşılaşdırmaq üçün seçimlər verərək, müsbət davranışları və qarşılıqlı əlaqələri təşviq etmək naminə çalışırıq. Restrict, diqqəti təcavüzkardan ayırmadan, hesabınızı ehtiyatla qorumaq üçün bir vasitədir.
Twitter: Yüz milyonlarla insanın Twitter-də fikirlərini bölüşdüyünü nəzərə alaraq, hamımızın hər bir məsələdən razı qalmamağımız təəccüblü deyil. Nəzakətli şəkildə fikir ayrılıqlarından və müzakirələrdən öyrənmək özü də sosial şəbəkənin üstünlüklərindən biridir.
Lakin, bir sıra hallarda, bir müddət kimisə dinlədikdən sonra, onları artıq eşitmək istəməyəcəksiniz. Onların özlərini ifadə etmək hüququ, qulaq asmağa məhkum olmağınız anlamına gəlmir.
Proktitlə bağlı Sık Sorulan 10 Sual
Yoğun bağırsağın aşağı hissəsi olan rektum, nəcis üçün həzmdən qalan qatı tullantıları müvəqqəti saxlayır. Anusun yuxarı hissəsində, bu hissə nəcisini bədən cəsəd bağırsağa hazır olana qədər saxlayır. Təəssüf ki, rektumla əlaqəli problemlər nisbətən yaygındır; bu bölgədə ülser, hemoroid, hətta xərçəng inkişaf edə bilər. Proktit, çox ağrıya əlavə olaraq, əsas səbəbdən asılı olaraq müxtəlif simptomlara səbəb ola bilən iltihablı bir xəstəlikdir. Nə qədər narahat olsa da, vəziyyət müalicə edilə bilər.
Proktit nədir?
Bu vəziyyət rektumun astarlılığı – kolon ucuna birləşdirən əzələ borusu iltihablandıqda inkişaf edir. Çox vaxt vəziyyət anusun açılmasına da təsir göstərir. Bəzi hallar yalnız bir neçə həftə (kəskin) davam edərkən, digərləri bir neçə ay və ya daha uzun (xroniki) davam edir.
Proktit əlamətləri hansılardır?
Proktitin ən ümumi simptomu, davamlı olaraq bağırsaq boşluğuna ehtiyac duyulmasıdır. Ayrıca, bəzi insanlar rektal qanaxma, rektal ağrı, mucus axıdılması, limfa düyünləri şişmiş, qarın boşluğunda kramp, ishal və qəbizlik hiss edirlər. Genital herpes virusu əsas səbəbdirsə simptomlar daha pis ola bilər.
Nə vaxt həkimə müraciət etməliyəm?
Daha əvvəl göstərilən simptomlarla qarşılaşan hər kəs bir həkimə müraciət etməlidir. Klinikada həkim düzgün bir diaqnoz üçün lazımi testləri aparacaq. Şiddətli ağrısı və ya qanaması olanlar təcili yardım şöbəsinə müraciət etməlidirlər.
Həkimlər Proktiti necə diaqnoz edirlər?
Həkim xəstənin xəstəlik tarixçəsinə hərtərəfli nəzər salmaqla başlayacaq. Oradan, qan testləri, nəcis testləri, kolonoskopiya və ya sigmoidoskopiya kimi fərqli araşdırma prosedurları sifariş edə bilər, bunlardan sonuncusu, yoğun bağırsağa çevik, işıqlı bir borunun daxil edilməsini əhatə edir. Cinsi yolla ötürülən infeksiyaların olub-olmadığını müəyyən etmək üçün həkim laboratoriya müayinəsi üçün rektal axıntı nümunəsi də götürə bilər.
Proktitin səbəbləri hansılardır?
Ülseratif kolit və ya Crohn xəstəliyi kimi iltihablı bağırsaq xəstəlikləri, cinsi yolla keçən infeksiyalar və qida yoluxucu xəstəliklərlə əlaqəli infeksiyalar da daxil olmaqla bir neçə vəziyyət proktitə səbəb ola bilər. Bir çox hallarda, xüsusən də rektuma və ya ətraf bölgələrə yönəldilən xərçəng üçün radiasiya terapiyası rektal iltihaba səbəb olur. Bunun xaricində anal əlaqədən alınan anorektal travma və herpes simplex virusu və ya insan papillomavirusu (HPV) kimi viruslar proktitə səbəb ola bilər. Bəzi insanlarda müəyyən antibiotiklərin istifadəsi vəziyyətə səbəb olan bir infeksiyaya səbəb olur.
Proktit üçün risk faktorları hansılardır?
Təhlükəsiz seks proktit üçün ən böyük risk faktorlarından biridir. Daha dəqiq desək, cinsi yolla keçən infeksiyaların riskini artıran tətbiqlər rektal iltihab riskini də artırır. Digər risk faktorlarına iltihablı bağırsaq xəstəliyi, otoimmün xəstəlik, zərərli maddələr və rektal, prostat və ya yumurtalıq xərçəngi üçün radiasiya terapiyası daxildir.
Proktiti necə müalicə edirsiniz?
Müalicə proktitin əsas səbəbindən asılıdır. Məsələn, antibiotiklər cinsi yolla ötürülən infeksiyaları effektiv şəkildə müalicə edir, antivirallar isə viral infeksiyalar üçün seçim dərmanıdır. Bağırsaqdakı iltihab xəstəliyi proktitə səbəb olarsa, həkimlər kortikosteroid və ya antiinflamatuar kimi dərmanlar təyin edəcəklər. Radiasiya terapiyasının yaratdığı proktit üçün lavmanlar ağrıları azaltmağa kömək edir.
Proktitin Fəsadları Nələrdir?
Proktit müalicə olunmasa, anemiya daxil olmaqla komplikasiyaya səbəb ola bilər. Bədəndə sağlam qırmızı qan hüceyrələrinin çatışmazlığı ilə xarakterizə olunan anemiya rektumdan xroniki qanaxma olduqda meydana gəlir. Bundan əlavə, xroniki rektal iltihab anal xoralar və fistulalara səbəb ola bilər, hər ikisi də müalicə tələb edir.
Proktitin qarşısını necə ala bilərəm?
Bir neçə tətbiq proktitin qarşısını ala bilər. Təhlükəsiz sekslə məşğul olmaq, vəziyyətə gətirib çıxara biləcək bir CYBƏ-yə yoluxma şansını azalda bilər. Bağırsaq iltihabı xəstəliyi olanlar üçün yüksək yağlı qidalardan imtina etmək faydalı ola bilər; Tay chi və ya yoga kimi stres azaltma üsulları da qarşısının alınmasında rol oynayır.
Proktitin proqnozu nədir?
Ağrılı və narahat simptomlara səbəb olsa da, proktit nadir hallarda ciddi olur – tez-tez bir fərdin ümumi sağlamlığına heç bir təsiri yoxdur. Ondan doqquz dəfə, vəziyyət özbaşına və ya sadə tibbi müalicə ilə həll ediləcəkdir. Tipik olaraq, xəstələrin yalnız yüzdə beş-onu xəstəliyin daha ağır bir formasını inkişaf etdirir.
Comments are closed, but trackbacks and pingbacks are open.