Facebook səhifəmiz üçün unikal URL və istifadəçi adını necə əldə edə bilərəm
Daha sonra burada “Naz-Limo” adlı öz limuzin şirkətimi açdım. Naz qızımın adıdır. Bu şirkətdə hardasa iki il yarım yaxşı gəlir əldə etdim. Əsasən də biz VİP müştərilər, iş adamları ilə işləyirdik. Bu vaxt ərzində xeyli insanla tanış oldum. Baxırdım ki, əksəriyyəti “Facebook”, “Google” , “Amazon” da, dünyanın ən böyük şirkətlərində çalışırlar. Bütün pullarını da şirkət ödəyirdi.
“Facebook”da işləyən azərbaycanlı: “Həyat yoldaşım “İnstagram”da işə başladı və. ”
AzVision.az-ın növbəti müsahibi İbrahim Əliyevdir. Yəqin ki, çoxunuz onun kim olduğunu bilmirsiniz, fəaliyyəti haqqında da məlumatınız yoxdur. Vətəndən uzaqda yaşayan həmyerlimiz dünyanın ən məşhur sosial şəbəkəsi hesab olunan “Facebook”da çalışır.
Onun həyat yoldaşı Aytəkin Əliyeva isə digər bir virtual şəbəkədə – milyonlarla istifadəçisi olan “İnstagram”da ölkəmizi təmsil edir. İbrahim 1980-ci ildə Ermənistanın Vedibasar rayonunda anadan olub. Təəssüf ki, onunla üzbəüz görüşmək şansımız olmadığından çalışdığı “Facebook” vasitəsilə əlaqə saxlayaraq həmsöhbət olduq:
-Ailəm 1985-ci ildə Bakıya köçüb. Atam həmin vaxtlar Bakıda işləyirdi. Bu səbəbdən orta təhsilimi Bakıda almışam. Birinci il sənədlərimi hüquq fakültəsi üzrə verdim. Hüquq təhsili almaq istəyirdim. Hüquq fakültəsinə daxil olmaq üçün imtahanda cəmi 80 balım çatmadı. İncəsənətə- teatrşünaslığa qəbul oldum. Orada təhsil almağımın bir ili tamam olmamış, o vaxtkı rektor Teymurçin müəllimin yanına getdim. Dedim ki, universitetdən çıxmaq istəyirəm. O isə dedi ki, qiymətlərin yaxşıdır, əlaçı tələbəsən çıxma. Dedim ki, iqtisadiyyat üzrə təhsil almaq isəyirəm. Sual verdi ki, niyə? Bildirdim ki, burada təhsil almaq çox asandır, mexaniki imtahan, zaçot və s. O vaxt Mədəniyyət və İncəsənət Universitetində mexaniki zaçot almaq üçün sadəcə savad yox, bir az manevra lazım idi. Müəllimlərlə rəftarına diqqət yetirilirdi. Mən oxuduğum illərdə orda pul, rüşvət istəyən yox idi. Müəllimlər tələbələrdən gördüyü reaksiya və münasibətə görə qiymət yazırdılar. Tələbə dərsə vaxtında gəlirdisə, seminarlarda iştirak edirdisə, buna görə də həmin tələbəyə qiymət yazırdılar. Rektora dedim ki, burada imtahan qiymətlərini o qədər asan alıram ki, özümü tələbə kimi hiss etmirəm. Soruşdular ki, hara gedirsən. Dedim ki, gömrük sahəsi üzrə təhsil almaq istəyirəm.
Evə gəlib atama dedim ki, universitetdən çıxmışam, imtahan verib başqa universitetə qəbul olacağam. Atam dedi ki, ay bala camaat pul verib universitetə qəbul olur, sən niyə universitetdən çıxırsan? Təxminən 5-ci qrup üzrə imtahanlara 45 gün qalmışdı. Riyaziyat üzrə hazırlaşırdım. Qəbul imtahanından uğurla keçib, Koperasiya Universitetinə biznes və maliyyə fakültəsinə daxil oldum. 4 il orada təhsil aldım.
Universiteti bitirən kimi özümə iş tapdım. Şirkətlərdən birində 3 aylıq sınaq müddətinə işə götürdülər. Orada işləyən zaman elə bil gözüm açıldı. Azərbaycanın “canavar”ları ilə işləməyə başlamışdım. Gördüm ki, bura “qurdlar” məkanıdır. Avam oldun, hər şeyini əlindən alacaqlar. Bir il orda işlədim. Menecer vəzifəsinə qədər yüksəldim. Daha sonra Gəncədə yuyucu vasitələrin istehsalı ilə məşğul olan özəl şirkətdə Qərb bölgəsi üzrə direktor vəzifəsində işə başladım. Orada 1500 dollara yaxın maaş alırdım. Evin, sürücünün, maşının bütün xərcini şirkət ödəyirdi. Bu işimdən də çıxmaq istəyirdim. Dostlarımın çoxu xaricdə təhsil almışdı. Mən də Avropaya getmək, orada yaxşı təcrübə qazanmağı düşünürdüm.
Dostlarımdan biri dedi ki, istədiyin ölkəni seç, ora getmək üçün sənə kömək edərik. İngiltərəyə getmək istədiyimi dedim. Bildirdilər ki, xarici dil kursunda başlanğıc edə bilərsən, sonra imkan olsa, magistraturada oxuyarsan. Sağ olsunlar, kömək etdilər. İngiltərədə bir dil kursuna sənəd verdim. Birtəhər pul tapıb ora getdim. 3-4 aydan sonra pulum qurtardı. Kursu bitirəndən sonra orada qalıb, işləmək istəyirdiç. İngiltərədə belə bir qayda var ki, tələbə olanda 20 saat işləmək üçün icazə verilir. Mən də bundan istifadə edib, həm oxuyurdum, həm də işləyirdim. Daha sonra “London School of Commerce”də Marketing üzrə magistr təhsili aldım. Bir müddətdən sonra Azərbaycana qayıtdım.
– Amerikaya necə oldu ki, getdiniz?
-Həmin vaxt Aytəkinlə münasibətimiz vardı. Qərar verdik ki, evlənək. O vaxt Aytəkin Amerikada idi. Mən də onun yanına Amerikaya gəldim. Amerika üçün o qədər də əldən-ayaqdan getmirdim. Çünki İngiltərədə beş il yarım yaşayan bir adam üçün Amerika çox adi idi. San- Fransiskoda küçədə gəzən zaman o qədər evsiz, küçədə yatanları, təbii ehtiyacını edənləri gördüm ki. Əvvəlcə qorxdum. Dedim ki, görəsən bu nədir, mən hara gəlmişəm. Təsəvvür edin ki, Silikon Vadisinin ən böyük şəhəri San-Fransiskodur. Oranın ən böyük küçəsi Market küçəsi hesab olunur. Baxırsan ki, hər tərəfdə evsizlər, sərxoşlar, narkomanlar yerə uzanıblar. Deyirsən ki, İlahi mən hara gəldim. Sonra başa düşüdüm ki, bu azadlığın bir növüdür. İnsan harda istəsə yatır, durur və dəyib-dolaşan yoxdur. Bu insanların azad gəzmək, yaşamaq hüququ kimi qəbul olunur. Sənədlərim, “Green kart”ım, iş icazəm hazır olduqdan sonra restoranda işləməyə başladım. Əvvəllər mənə çətin idi. Təsəvvür edin, müdir vəzifəsindən çıxıb restoranda ofsiant işləyirdim. Amma çətinliklərə dözdüm. Bir az əziyyət çəkəndən sonra nailiyyət qazanmaq daha şirin və maraqlı olur.
Daha sonra burada “Naz-Limo” adlı öz limuzin şirkətimi açdım. Naz qızımın adıdır. Bu şirkətdə hardasa iki il yarım yaxşı gəlir əldə etdim. Əsasən də biz VİP müştərilər, iş adamları ilə işləyirdik. Bu vaxt ərzində xeyli insanla tanış oldum. Baxırdım ki, əksəriyyəti “Facebook”, “Google” , “Amazon” da, dünyanın ən böyük şirkətlərində çalışırlar. Bütün pullarını da şirkət ödəyirdi.
Özlüyümdə deyirdim ki, bir gün gələcək mən də elə şirkətlərdə çalışacağam. Həmişə görürdüm ki, onların şalvarlarında, gödəkcələrində və yaxud geyimlərinin hansısa bir hissəsində məsələn “Facebook”, Corc, Michael və s. yazır. Deyirdim ki, onlardan bir gün məndə də olacaq. “Facebook”da da xeyli vaxt keçirirdim. Həyat yoldaşım Aytəkin bir gün dedi ki, görüm o gün gələsin ki, “Facebook”da keçirdiyin o 5-6 saatlıq vaxta görə pul qazanasan, biz də rahat yaşayaq. Elə bil ki, onun “qarğışını” və yaxud da duasını Allah eşitdi.
İlk dəfə iş üçün “Google”, “Facebook”, “Yahoo”ya sənədlərimi verəndə hamsından cavab gələrdirdi ki, sizin məlumatınızı aldıq, amma biz başqa namizədlə yolumuza davam edirik, bir daha özünüzü yoxlayın, sizə uyğun bir iş olsa xəbər edəcəyik. Ümidimi kəsmirdim.
Bu müddət ərzində başqa “start-up”larda müvəqqqəti işlədim. Həyat yoldaşım “İnstagram”da işə başladı. Öyrəndik ki, Amerikada onsuzda “networking” deyilən bir şey var. “Networking” əlaqələr deməkdir. Böyük şirkətlərədə işə qəbul olmaq üçün ən çətin porosseslərdən biri sənin “rezume”ni kiminsə oxumasıdır. “Rezume”nin (CV) oxunma şansı 3 saniyədir. Bu 3 saniyə ərzində kimsə sənin “rezume”ni oxudusa, bəxtin gətirdi ki, demək kimsə 3 saniyəsini sənə ayırdı. Həmin 3 saniyəni ayırmayanlar da olur. Çünki hər bir işdə “key word” olur. Yəni işə uyğun əsas sözlər. Məsələn, menecer axtarılır. Əgər həmin “resume”də menecere aid sözlər olmasa maşın onu seçmir. Çünki hər şey avtomatlaşdırılıb. Maşın o sözləri seçib, altından xət çəkir ki, bu sözlər “resume”də var. Bundan sonra işə götürən sənin “rezumen”ə baxır. Əgər bu 3 saniyə ərəzində “rezumen”də onu oxuyanın gözünə maraqlı sözlər dəydisə, daha 10-15 saniyə sənin işinə baxmaq üçün vaxt ayıracaq. Mənim də burada həm menecer kimi, həm də müştəri xidmətlərində təcrübəm çoxdur.
Gördülər ki, təcrüblərim uyğun gələri ona görə də zəng etdilər ki, müsahibə edək, bəlkə də sizinlə işlədik. Zəng etdilər, müsahibə çox rahat keçdi. Amma iki-üç gün müsahibə üçün hazırlaşmışdım. İş vəzifəmlə bağlı məlumat verə bilmirəm. Biz işə götürülən zaman müqavilə imzalayarıq ki, heç bir halda işimiz barəsində məlumat verə bilmərik. Əgər müqaviləni pozsaq iş fəaliyyətimizə də son veriləcək. Müsahibə 30 dəqiqə çəkdi. Çox əla keçdi. Fikirləşdim ki, aha alındı deyəsən.
Bir gün sonra yenidən zəng etdilər ki, ofisə gəl üzbəüz müsahibə edək. Ofisdəki müsahibə də çox maraqlı keçdi. Məni işə götürəcək adam çox məşğul idi. Bir iş üçün yüzlərlə insan müraciət edir. Yüz nəfərdən 20-ni seçirlər. Daha sonra 4 nəfəri seçirlər. Bir yer üçün elə bil 25 nəfər mübarizə aparır.
Buradakı şirkətlərdə çox sayda azərbaycanlı çalışır. İstər “Ebay”, “Yahoo”, “Facebook”, “Samsung”, “Google” də çalışırlar. Azərbaycanlı bura gəlibsə o rəqabətdə təslim olan deyil, yəni sona qədər gedəcək. Müsahibə də əla keçdi. Elə hiss etdim ki, artıq məni işə götürüblər.
Burada isə işə götürülən zaman bir günə zəng edirlər. Götürülməyəndə isə 3-4 gündən sonra zəng edib deyirlər ki, “alınmadı, bağışlayın, biz başqası ilə yolumuza davam etdik”.
Bir gün keçən kimi onlar mənə naməlum nömrə ilə zəng ediblər. Mən də məşğul olduğum üçün zəngə cavab vermədim. Yenidən zəng etmirlər. Dilxor olmağa başladım ki, artıq zəng etmirlər. Günün axırı, yəni beşinci gün idi. Şənbə-bazar günlər isə şirkət işləmir. Nəisə iki gün gözləyisi oldum. Həmin iki gün gözlədiyim ən uzun günlər oldu. Fikirləşdim ki, onlar müsahibə zamanı çox əla, superdi dedilər, amma sonra zəng etmədilər. Amerikada “american smile” (amerikan gülüşü) deyilən bir şey var. Bəzən sənə yox desə belə sənə o qədər əla, super deyir ki, incimirsən. Yəni yox cavabı alan zaman təəssüflənmirsən ki, niyə alınmadı.
Nəsisə iki gündən sonra burada vəsiqələri yeniləmək mərkəzinə getdim. Birdən zəng gəldi. Orada da xeyli sayda adam var. Səs-küydən eşitmək olmur. Mən də telefondakına deyirəm ki, bir az uca səslə danış, eşidə bilmirəm, qısa danışın, burada danışmağım mümkün deyil və s. Gizli nömrə idi. Kim olduğunu bilmirsən. Telefonda dedi ki, bəs siz “Facebook”da işləmək istəyərsiniz? Mən də elə başa düşdüm ki, burada çox adam “rezume”sini “Linkedin”ə yerləşədirən zaman bəzi “araçı” işə düzəldənlərdir, zəng edib deyirlər ki, iş var, gəl səni ora düzəldim. Onlar səni işə götürən adamdan faiz alırlar. Sənin maaşının 5-3 faizini özləri götürürlər. Mən də fikirləşdim ki, yəqin zəng edən də onlardan biridir. Dedim ki, mən “Facebook”da müsahibə vermişəm, onların cavabını gözləyirəm, bu yeni iş təklifidir? Dedi ki, biz sənə iş təklif edirik, yəni müsahibədən keçibsən, işləyəcəksən, maaşın da bu qədər olacaq. Müqavilə bağlanmayana qədər sən elə bil havadasan, işə götürülməmişən. Nəisə dedi ki, sənə müqavilə təklif edirik. Mən də həmin vaxt elə bil göydə uçuram. Dedim ki, əlbəttə ki razıyam. Evə gəlmişəm deyirəm ki, Aytəkin bəs müsahibədən də keçdim. Dedi ki, keçəcəyimi bilirdi.
2016-cı il noyobr ayının 14-dən etibarən “Facebook”da işləyirəm. İşimi çox sevirəm. Məsuliyyətli bir işdir.
“Facebook” böyük bir şirkətdir. Orada işləmək ən böyük arzularımdan biri idi. İşimlə bağlı məlumat verə bilmirəm. Bu barədə məlumat verməmək haqqında iltizam vermişəm.
-“Facebook” işçilərinə nələr təqdim edir? Orada iş rejimi necədir?
-“Facebook” həddindən artıq böyük bir şirkətdir. Sadəcə olaraq “Facebook” deyib keçmək olmaz. Çoxlu sayda bölümləri var. Deporatamentlərin sayı-hesabı yoxdur. Hər ştatda demək olar ki, “Facebok”un ofisləri var. Dünyanın bir sıra böyük ölkələrində, Avropada da ofisləri var. Müştəri xidmətləri, reklam-biznesi, media və s.
Azərbaycandan mənə yazırlar ki, səhifəmə hücum olub, kömək et Yazıram ki, mümkün deyil. Çünki “Facebook”da hər bir şöbənin özünün xüsusi giriş yeri var. Məsələn sabah sən girib Hafizin “inbox”una baxa bilməzsən. Bu mümkün deyil. Bunun üçün icazəsi olan yanız 3-5 nəfər var. Həmin adamlar isə xüsusi, istisna hallarda bunu edə bilərlər. O da ki, Allah bilir o istisna hallar nələrdir. Yoxsa heç vaxt, heç kim sənin “inbox”un, sənədələrin, “Facebook”da paylaşdığın şəxsi məlumatlara baxa bilməz. Əgər kimsə buna cəhd edərsə o anında cəzalanacaq. Bu mümkün deyil. Kimsə səndən xahiş edəndə ki, “Facebook”da mənə kömək elə. Deyirəm ki, bu mümkün deyil. Bu zaman yalnız birbaşa olaraq “Facebook”un müştəri xidmətlərinə müraciət etməlisən. Əgər 3-cü şəxs ortaya girərsə heç bir nəticə verməyəcək. “Facebook” elə bir böyük şirkətdir ki, heç bir deportamentin o biri deportamentə təsir etmək kimi bir imkanı yoxdur. Heç buna icazə də yoxdur.
-“Facebook” 24 saat işləyən bir şirkətdir. Hər bir layihənin özünün iş qarafiki var.
-“Facebook” dünyanın hər yerində, 24 saat işlədiyinə görə, hər zaman “Facebook”da kimsə olmalıdır. Bu dəqiqə Azərbaycanda tutaq ki, günorta 3-ün yarısıdır və kimsə Azərbaycan vaxtı ilə orada olmalıdır və yaxud da Amerika vaxtı ilə kimisə orada olmalıdır. Ona görə də burada işi elə bölüşdürüblər ki, nəsə problem olan zaman ona insan baxmalıdır. Nə qədər güclü avtomat maşınlar olsa belə bir-iki nəfər onların üzərində menecer və yaxud məsuliyyətli şəxs kimi durmalıdır.
-Hər gün “Facebook”da bir yeniliklə qaşılaşırıq. Fikirinizcə onun hədəfləri nəyə istiqamətlənib?
-“Facebook” elə bir yerdir ki, girirsən ora, hər rəngdə, irqdə minlərlə insan var. Qlobusu gözünüzün önünə gətirin. Qəbilə quruluşunda yaşayan insanları çıxmaq şərti ilə bu qlobusun üzərində olan bütün ölkələrdəki insanların hər biri “Facebook”da var. İstər Latın Amerikası, istər Asiya ölkələri, istərsə də Azərbaycandan burada nümayəndələr var. Hər ölkə üzrə xüsusi mütəxəssilər var. “Facebook” dünyanın ən yaxşısı iş şəraiti yaradan şirkətlərindən birinci və yaxud ikincidir. “Google”, “Facebook” dünyanın ən yaxşı şirkətləridir.
-“Facebook” işçilərini hansı şəraitlə təmin edir? Maaş nə qədərdir?
-Ümumilikdə “Google”, “Facebook”, “Apple” bir-birləri ilə rəqabətdə olduqları üçün çalışırlar eyni səviyyədə maaaş versinlər ki, sən “Facebook”dan qaçıb “google”yə getməyəsən, oradan qaçıb “Apple”ə getməyənsən. Belə demək mümkündürsə qiymətləri bir-birləri ilə uyğunlaşdırırlar. Məsələn “benefit” (fayda,xeyir) verirlər. Amerikada ən bahalı şey diş düzəltdirməkdir. Bir diş ətini müalicə etdirmək 3 min 200 dollardır. Bir ağıl dişini çıxartdırmaq 500 dollardır. Böyük şirkətlər o “benefit”i verirlər. Yüksək maaş da verilər. Amma buranın məsrəfləri də həddindən artıq çoxdur.
İş rejimi layihədən aslı olaraq dəyişir. Ola bilər ki, həftə içi beş gün işləyərsən. Ola da bilsin ki, axşamlar işləməli olarsan. Bu layihənin əhəmiyyətindən aslıdır.
Maaşı yaxşıdır. “Benefit”lər verirlər. Burada yemək-içmək. Evə gedib gəlmək-üçün maşurtlar verirlər.
-“Facebook”un uğur sirri nədir?
-“Network” çox önəmlidir. “Facebook” əvvəllər Stanford tələbələri arasında qurulmuş bir şəbəkə olub. Stanfordda oxuyan insan iş dərdi çəkmir. Çünki güclü network-ləri var. Burada mütəmadi olaraq hər gün işdə olmaq kimi bir məcburiyyət yoxdur. Bəzi işlər isə tələb edir ki, ofisdə olasan. Bəzi kompiterləri ofisdən kənara çıxarmaq olmaz. Onlar yalnız ofisdə olmalıdır. Bəzi işlər var ki, dünyanın harasında olursan ol? bir kompiter və internetlə həmin işi həll etmək olur.
-Azərbaycanlı “Facebook” istifaçilərinin fəaliyyətini necə dəyərləndirirsiniz?
-Azərbaycanda “Facebook” istifadəçilərinin sayı günü-gündən artır.
-Mark Zukerberqlə heç görüşmüsünüz?
-Markla beş-altı dəfə üzbəüz gəlmişik. O adam “Facebook”un CEO-sudur. Sən onunla qabaqlaşırsan, sən ona salam verirsən, o da salamını alır. Hərə öz yoluna davam edir.
– Mark Zukerberqin işçilərə qarşı münasibəti necədir?
-Burada da hörmət məcburidir. Kimsə kiməsə qarşı hörmətsizlik edə bilməz. Buna icazə verilməz. Burada hamı bir-birinə hörmət edir. İstər “Facebook”un süpürgəçisini, istərsə də yüksək vəzifədə olan bir işçisi həmişə bir-birinə “zəhmət olmasa, xahiş edirəm, təşəkkür edirəm” kimi cümlələrdən istifadə edirlər. Bu cümlələr “Facebook”da ən çox istifadə olunan cümlələrdir. Heç vaxt hansısa bir adama bunu elə deyib işdən yayına bilməzsən. O adam da sənə yaxşı cavab verəcək. Kim olursan ol, burada “zəhmət olmasa, xahiş edirəm” sözlərini deməyi öyrənməlisən.
-Gənclərimizə nələri məsləhət görərsiniz? Orada işləmək üçün hansı təhsili almalıdırlar?
-Maksimum dərəcədə bir dənə xarici dili bilmək mənə çox kömək oldu. Magistratura təhsili də çox önəmlidir. Gənclər təhsilli, savadlı insanlara oturub-durmağa çalışmalıdırlar. İş adamları ilə vaxt keçirin. Kömək istəmək məqsədi ilə bunları edin demirəm. Onlardan nəsə öyərənin. Kimsə universiteti bitirir. Ona yol göstərən, istiqamətləndirən lazımdır. Çalışın elə adamlarla yaxın olun. Məsələn deyirsiz ki, İbrahim mən istəyirəm ki, “facebook”da işləyim, mən hansı sahəni, iş təcrübəsini özümdə inkişaf edirim. Bunun üçün çalışmaq lazımdır. Başqa bir start-upda işləmək lazımdır. Yetərincə təcrübə toplamaq lazımdır. Çalışmalıdırlar ki, onları kimlərsə iş üçün məsləhət görsünlər. Məsləhət görülən insanların rezumesinə mütləq baxırlar. Səni də xəbərdar edirlər ki, mən Hafizin “rezume”sini qəbul etdim, qərara gəldim ki, onu telefonla müsahibə götürüm. Müsahibədən sonra, ikinci müsahibə gəlir, daha sonra 3-cü olur. Bu zaman həm səni, həm də səni məsləhət görən şəxsi xəbərdar edirlər. Sonra səni məsləhət görən şəxsə zəng edib təşəkkür edirlər ki, siz onu bizə məsləhət gördünüz və biz onu işə götürdük. Şans hər zaman var. Böyük şeyləri arzulayın. Arzulmaq birinci mərhələdir. İnsan bir şeyi arzulayar, daha sonra ayrı mərhələlər gəlir. Arzulamadan olmur.
-Həyat yoldaşınız “İnstagramda” çalışır. Siz eyni vaxtlarda işə gəlib-gedirsiniz?
-Onun layihəsi fərqlidir. Həftə içi günlər çalışır. Mənim layihəm də fərqlidir. O məcburdur ki, ofisə getsin. Mənim isə ofisə getmək məcburiyyətim yoxdur. Mən ofisdən kənarda da işləyə bilərəm. Amma ümumilikdə ayrı-ayrı binalarda işləyirik. Burada 30-a yaxın hündür binalar var. Ona görə də çox vaxt bir-birimizi görmürük.
-Amerikada yaşamaq sizin üçün çətin deyil ki? Həyat şərtlərindən razısınız?
-Çox adam elə bilir ki, Amerikada yaşamaq asandır, yeyib-içib kef edirsən, burada küçələrə pul tökülüb. Elə deyil. Bura vəhşi qərbidir. (Wild Vest) Burada elə bir şey yoxdur ki, işləmədən dövlət sənə gətirib pul ödəyəcək. Burada məsrəflər həddindən artıq yüksəkdir. Bura Silikon Vadisidir. Amerikanın ən bahalı yaşayış xərcləri olan yeridir. Burada yaşamaq çətindir. Məsələn burada iki otaq və bir də qonaq otağı olan evin kirayəsi (Azərbaycanda üç otaqlı ev) 2500 dollardır. Amma həmin evlər də lüks deyil, çox sadədir. Lüks evlərin kirayə qiymətləri 6-7 min dollardan başlayır. Bunun üzərinə də gəlirsən işıq, qaz və suyun pulunu. Onlarda ümumilikdə aya 200 dollar edir. Üzərində 100 dollar telefon pulu gəlir. Üzərinə dörd nəfərlik ailə üçün aylıq 1000 dollar yemək pulu gəlirsən. Daha sonra siğorta xərlərini də ödəməlisən. Məlum olur ki, ən azı yüksək maaş almalısan ki burada normal yaşayasan. Bir uşaq üçün baxçaya ayda 1000 dollar pul ödəyirsən. Iki uşaq üçün də iki min dollar ödəyirsən. Burda 3-4 azərbaycanlı çalışır. Avtobusda gedən zaman bir də görürsən ki, kimsə Azərbaycan dilində danışır. O saat bilirsən ki, o da burada çalışır. Silikon Vadisində elə bir böyük şirkət yoxdur ki, orada azərbaycanlı çalışmasın.
-Biz düşünürük ki, Azərbaycan balaca bir ölkədir, təhsil, innovasiya texnologiyaları əlaqədar problemləri var. Amma Azərbaycandan yaxşı mütəxəssilər çıxır. Azərbaycan texnologiyaya görə Amerikadan sonra bəlkə də yüzüncü ölkədir. Çox geri qalır. Lakin görürsən ki, burada ən azı iki-üç azərbaycanlı mütəxəssis çalışır. Özü də elə-belə işlərdə işləmirlər. Menecer, proqramist, lider vəzifələrdə çalışan azərbaycanlıların sayı lap çoxdur. Sadəcə olaraq mən Silikon Vadisində 30 yaxın azərbaycanlı tanıyıram ki, buranın ən nəhəng şirkətlərində çalışırlar.
-Gələcək planlarınız nədir?
-Mən hazırda “Facebook”da müqavilə ilə işləyirəm. Müqavilə ilə iki ilə qədər burda işləyə bilirsən. İki ildən sonra layihə dəyişməli, başqa bir layihəyə keçməlisən. Və yaxud da əsas komandaya keçməlisən. Burada insanlar ya müqavilə ilə, ya da əsas komanda da işləyirlər. Əsas komandaya düşmək üçün təsəvvür edin ki, bir iş yerinə elan verirlər deyirlər ki, təzə bir vəzifə açılıb, biz facebook-da müqavilə ilə işləyənlərə üstünlük veririk, xahiş edirik bir həftə ərzində baş vurun. Həmin elanın yayımlanmasından bir dəqiqə sonra 280 adam ona like qoyub. Yəni ki, bu elan 280 adamın marağını özünə çəkib. Yəni həmin 280 adam həmin iş üçün müraciət edəcək. Orada maaş, benefitlər və sənin statusun daha yüksəkdir. Müqaviləçilərin Silkon Vadisində hüquqları əsas komandadakılardan bir pillə aşağıdır. Məsələn deyirlər ki, birinci gündən beşinci günə qədər işdə olmasılan, verilən layihəni bitirməlisən. Müqavilə ilə işə götürülən şəxs dəqiqəsinin belə pulunu alır. Müqavilə bitən kimi işdən gedir. Bir dəqiqə artıq qalmalı deyil.
Əsas məqsədim “Facebook”da əsas komandaya düşməkdir. Burada imkanlar var. O imkanları dəyərləndirməklə məşğulam. Çox böyük rəqabət var. Bir dəqiqəyə bir iş üçün 280 adam baş vurursa, maraqlanırsa fikirləşin ki, nə qədər çətindir. Amma realdır. Hər adamın “resume”si keçəcək deyə bir şey yoxdur. Buradakı insanların əksəriyyəti universiteti yeni bitirən gənc kadrlardır. Gənc kadrlarla köhnələrin arasında bircə fərq iş təcrübəsidir. Kimin iş təcrübəsi daha çoxdur o da müsahibə mərhələsindən keçəcək. Mənim də iş təcrübəm çoxdur.
-Azərbaycana qayıtmaqla bağlı nə düşünürsünüz?
-Amerikan vətəndaşılığı almaq üzrəyəm. Planlarım Amerikaya yönəlib. Amerika vətəndaşı kimi yaşayıb planlarımı həyata keçirmək istəyirəm. Azərbaycan isə Vətənimdir. Azərbaycanla heç vaxt əlaqə və bağlantılarımız kəsilə bilməz. Gün ərzində 3-4 saat Azərbaycana aid məlumatları oxuyuruq. Azərbaycanın maraqlarını Kaliforniyada müdafiə edirik. Burada güclü erməni diasporu var. Burada müstəqil formada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan cəmiyyəti var. Çalışırıq ki, onun ətrafında birləşərək Azərbaycanın maraqlarını müdafiə edək. Ermənilər çalışırlar ki, dünya onların saxta soyqrımlarını tanısın. Biz də çalışırıq ki, Azərbaycanı tanıdaq, Xocalı soyqrımı ilə bağlı həqiqətləri dünyada yayaq.
– İşə gecikəndə cəzalandırırlar?
-Burada həmişə tıxaclar həmişə olur. Müəyyən müddət ərzində gecikəndə, normal səbəb olanda səni başa düşürlər, sıxmırlar. İş yoldaşlarına əvvəldən məlumat verirsən. Amma səbəbsiz yerə gecikmələlərdə heç kəs sənə güzəşt etmir. Müdriyyət və iş yoldaşların arasında hörmət əsasında qurulmuş əlaqə olmalıdır. Onları məlumatlanıdırmaqla hörmət etdiyini nümayiş etdirirsən.
-Sizin Azərbaycanlı olduğunuzu biləndə iş yoldaşlarınızın, müdirinizin münasibəti necə oldu?
-Azərbaycanı çox az tanıyırlar. İşə dolma-paxlava gətirib iş yoldaşlarımıza təqdim edirik. Deyirik ki bizim belə bir mətbəximiz, mədəniyyətimiz var. Hər şey yaxşı gedir. Bura həddindən artıq start-uplar gəlir. Onlar hansısa bir yolla məni tapırlar. Çalışıram ki, kömək edim. Mənim üçün prisip budur ki, hər adama kömək etmək lazımdır. Fərqi yoxdur ki, o adam sənin tanışındır, dostundur və yaxud başqa adamdır. Bir azərbaycanlı kimi ona dəstək olmaq, yol göstəmək lazımdır.
Buradakı azərbaycanlıların hamısı bilir ki, kimsə mənə ağız açıbsa, ona kömək etmişəm. Bəzən o qədər kömək edirəm ki, özümə, işimə vaxt qalmır. O adam xoşbəxdir ki, bura gələn zaman ona kömək edən biri var.
Uğurlu start-up hazırlayan gənclərimiz varmı?
-Əlbəttə, var. Uğurun başlanğıcı “network”dur. Bura gəlib ən güclü investorlarla görüşürlər. Bəzi azərbaycanlılar var ki, gəlib layihələrini Amerikada edirlər. Azərbaycanlıdır, amma hazırladığı layihə Azərbaycan üçün düşünülməyib. O layihəni gəlib Amerikda həyata keçirir, Amerika bazarı üçün edir. Həmin layihələr çox gəlir gətirir. Burada həddindən artıq savadlı azərbaycanlılar var. Burada azərbaycanlılar bir-birinə çox dəstək olurlar.
-“Facebook”da statusun silinməsi mümkündür?
-“Facebook”un özünün standartları var. Yəqin ki, kimsə o statusdan şikayət edib. Status durduq yerdə silinmir. “Yuotube”də məsələn bir kontenti min nəfər şikayət edir və onu müvəqqəti olaraq dayandırırlar. Araşdırma aparırlar. Həmin şey ekspert baxır. Bu sahədə mənim elə bir təcrübəm olmayıb. Mən görməmişəm ki, kiminsə yazılan statusu silinsin. Ağlıma da gəlmir ki, adi status silinsin. Əgər o statusda söyüş, təhqir, irqçilik varsa, ola bilsin ki, silinir. Çünki “Facebook”un özünün qaydaları var. Həmin status qaydalara zidddirsə və kimsə şikayət edibsə, status silinə bilər.
-Azərbaycanda gənclərin bu sahəyə olan marağını artımaq üçün nə etmək lazımdır?
-Hazırda Azərbaycanda çox geridə qalmış metodlardan istifadə olunur. Bir-iki unuiversiteti bura aid etmirəm. Qafqaz universiteti yeni biliklər verirdi. O da bağlandı. BDU, APİ-də təəssülər olsun ki həmin biliklər verilmir. Tələbələr istəyirlər ki, özləri üçün yaxşı gələcək qursunlar, bu zaman online axtarışlar etməlidirlər. Bu gün dünyanın ən məşhur universitetlərinin pulsuz online kursları var. MİT-in,Stanfordun pulsuz online kurslarınam müraciət etsinlər. Müəllimlərin dedikləri ilə yekunlaşmasınlar. Özləri yeninələrsə öyrənsinlər. Həmişə böyük düşünsünlər. Həmişə dünyanın ən nəhəng universitetklərində təhsil alamağı düşünsünlər. Daha düşünməsinlər mən İqtisad Universitetini pul verib, diplomunu alacağam. Bəs bundan sonra nə edəcəklər?İstək olsun. Buna uyğu hərəkət etmək lazımdır. Gözləmək lazım deyil ki, sənin atan, dostun sənə pul verəcək ki, get Amerika səni gözləyir. Amerikada heç kəsi qırmızı xalça ilə gözləyən yoxdur. Amerikaya gələn zaman düşünürsən ki, burada özün-özünü nə qədər yüksək səviyyədə inkişaf etdirsən bir o qədər də yaxşı yaşayacaqsan. Özünü inkişaf etdirmədin sıradan bir insan olacaqsan. Hansı ki, həmişə fikirləşəcəksən ki, evin kirayəsini necə ödəyim, bu ayın axını aldığı maaaşla necə gətirəcəyəm. Azərbaycandakı məişət problemləri burada da var. Sadəcə olaraq ağılla işləmək lazımdır. Nəyin ki, ağır zəhmətlə işləmək. Çalışıb xarici dillər öyrənsinlər. Gedəcəkləri ölkənin dilini öncədən öyrənsilər. Green kart alıb bura gəlmək istəyənlər məndən məsləhət istəyirlər. Deyirəm ki, çalış birinci dişlərini müalicə etdir sonra gəl. İkincisi dil öyrən. Üçüncüsü də bura öz məqsədinlə gəl. Əgər gəlib burada çətinlikdən qaçacaqsansa gəlməyin məsləhət deyil. Mən bura gələndən 3-4 il əziyyət çəkmişəm. Son 2 il isə əziyyətimin bəhrəsini görürəm.
Qaldığım şəhərin bələdiyyəsinin müəyyən etdiyini maaşa görə süpürgəçi işinin bir saatına görə 14-15 dollar almalıdır. Süpürgəçinin hər şeyi var. Bura tibbi siğorta, 28 günkük pulu ödənilmək şərti ilə tətil haqqı da var. Onun ailəsinin də bu haqlardan istifadə edə bilərlər. Tibbi siğortaya ailəsi də daxildir. Macdonlads da bu dəqiqə maaş saata görə 13 dollardır, indi onu 15 dollar etmək istəyirlər. Ofsiant üçün San-Fransiskoda maaş minimum 12 dollardır. Üzərində “çayavoy” alır. Yəni ki əlavə 200-300 dollar “çayavoy” alır.
Kaliforniyanın iki böyük şəhəri var-Los Ancles və San-Fransisko. Los Anclesdə həddindən çox erməni var. Bütün addımlarda ermənilərlə qaşılaşırsan. Adi bir restorana gedən zaman da görürsən ki, ya müdir və ya işçilər ermənidir. Bu dəqiqə burada ermənilərin reputasiyası daha güclüdür. Holivudda azərbaycanlıları, türkləri düşmən kimi göstərən ən bahalı filmlər çəkirlər. Hansısa bir bələdiyyəyə gedən zaman orada mütləq bir erməni ilə qabaqlaşmalısan.
Bütün şirkətlərdə ermənilər çalışırlar. Biz də çalışırıq ki, onlara göstərək ki, səhv addımlar atıblar. Bu da elə də asan başa gəlmir.
Facebook səhifəmiz üçün unikal URL və istifadəçi adını necə əldə edə bilərəm?
Facebook səhifələri fərdi profillərdən fərqlənir. Onlar biznes, təşkilat və ictimai xadimlər tərəfindən istifadə olunur. Hər Facebook Page URLsi unikaldır; ancaq bir ədəd simvolu deyil, tanış bir ad əlavə etmək URL’sini seçə bilərsiniz. Facebook səhifənizin URL’sini dəyişdirmək üçün onun istifadəçi adını dəyişdirin.
Zaten bir Sayfanız varsa, Sayfanız üçün yönetici ayrıcalıklarınız varsa, onu değiştirebilirsiniz. Sayfanızın, sayfanın kendisinde ve URL’de görünen bir istifadəçi adı olaraq görünen bir sayfa adı vardır. Siz asanlıqla ya da hər ikisini dəyişə bilərsiniz.
Bir Səhifə Adını və ya Adını dəyişdirmək üçün necə
Bir səhifənin adminiyseniz və URLdə göründüyü istifadəçi adını və ya səhifədə görünən səhifə adını dəyişmək istəyirsənsə, bunu belə edirsiniz:
- Səhifəni açın.
- Sol paneldə Haqqım’ı basın.
- Ümumi bölməsində Yalnız isminizi dəyişdirmək üçün Sayfanızın Adının yanındakı Düzenle’yi basın.
- Yalnız səhifənin URL’sində görünən istifadəçi adını dəyişdirmək üçün İstifadəçinin yanında yığıla basın.
- Yeni Səhifə adını və ya istifadəçi adını daxil edin və Davam et düyməsini basın.
- Değişikliklərinizi nəzərdən keçirin və dəyişiklik tələbi et basın. Ad dəyişikliyi baş verməzdən əvvəl gecikmə ola bilər.
İstədiyiniz ad artıq Facebook-da istifadə edildiyində başqa bir ad seçməlisiniz.
Sayfanızın adını dəyişdirmək seçimi görmüyorsanız, bunun üçün izin verən administrativ imtiyazlar ola bilməz. Bundan başqa, siz və ya başqa bir administrator adınızı yaxınlarda dəyişdirsəniz, onu bir daha dəyişdirə bilməzsiniz. Bir neçə halda, Facebook-un səhifələrinə baxmayaraq, Facebook səhifələrində onlara qoyulan məhdudiyyətlər var və bu səhifələrdə adı dəyişə bilməzsiniz.
Facebook səhifə adlarına və istifadəçi adlarına məhdudiyyətlər
Yeni bir Səhifə adını və ya istifadəçi adını seçərkən bir neçə məhdudiyyət nəzərə alın. Adlar daxil ola bilməz:
- Rəmzlər və ya digər nöqtələr
- Qüsurlu ifadələr
- Birinin hüquqlarını pozan ifadələr
- Uzun şüarlar kimi şərhlər
- Səhv başlama. Xeyr, bütün qapılar acronyms istisna olmaqla icazə verilir.
- Səhifə adları və istifadəçi adları yanlış ola bilməz.
- İstifadəçi adlarında ən azı beş simvol olmalıdır.
- Səhifə adları Səhifə məzmununu dəqiq əks etdirməlidir.
- Adlar, tamamilə unikal bir adda istifadə edə bilərsiniz, baxmayaraq ki, “avtomobil” və ya “Chicago” kimi ümumi yerlər kimi ümumi sözlər ola bilməz.
Niyə Facebook-da kimsə əlavə edə bilmirəm? 8 mümkün səbəb
Facebook, ən tanınmış sosial media saytlarından birinə çevrildi və hazırda ən çox istifadəçisi var. Müraciətlərin çoxu nə yazdığınızı və əksinə izləyə bilən dostlar əlavə edə bilir. Beləliklə kimsə əlavə etmək üçün getdiyiniz vəziyyətlə qarşılaşmış ola bilərsiniz, amma bunu etmək seçimi müəmmalı şəkildə yoxa çıxdı.
Facebook-da kimsə əlavə edə bilməməyinizin bir çox səbəbi var və bu, avtomatik olaraq kiminsə sizi blokladığı anlamına gəlmir. Bu digər səbəblərdən bəzilərinin nə ola biləcəyini merak edirsinizsə, hansının sizin üçün baş verə biləcəyini öyrənmək üçün aşağıdakı siyahıya baxın.
1. Onların məxfilik parametrləri
Facebook-da kimsə əlavə edə bilməməyinizin ümumi bir səbəbi, gizlilik parametrlərini necə dəyişdirmiş ola bilməkdir. Facebook-un məxfilik parametrlərində kimsə əlavə etməyinizə imkan verməyən bir neçə seçim var. Bu şəxsin Dost Tələbi məxfiliyi “Dostların Dostları” olaraq ayarlanmışsa və ortaq dostlarınız yoxdursa, yəqin ki, onlara sorğu göndərə bilməyəcəksiniz.
Hələ də onlara bir sorğu göndərmək istəyirsinizsə, onlara mesaj verə və sizə bir sorğu göndərmələrini xahiş edə bilərsiniz. Yalnız dost olmadığınız üçün mesajınızın şəxsin mesaj istəkləri səhifəsinə düşəcəyini unutmayın. Beləliklə, mesajınızı həqiqətən görməmişdən bir müddət əvvəl ola bilər.
2. Hesab Deaktivdir
Hesabları ləğv edilmişsə, kimsə əlavə edə bilməzsiniz. Kimsə bunu etdikdə, ümumiyyətlə hesabı tamamilə silmədikləri müddətdə bir şəkildə qalacaq. Lakin hesabı ləğv edildiyi müddətə qədər heç kim onlara dostluq istəyi göndərə bilməyəcək.
Kimsə hesabını ləğv etdikdən sonra Facebook-a daxil olmağa qərar verərsə, yenə görünəcəkdir. Hesabları ləğv edildikdə Messenger-dən istifadə edə bilərlər, buna görə də onlara mesaj göndərmək istəyirsinizsə, bunu edə bilərsiniz.
3. Siz bloklanmışsınız
Facebook-da bir insan başqasının profilinə baxmasını və ya onlarla hər hansı bir şəkildə əlaqə qurmasını əngəlləyə bilər. Profillərini görə bilməməyin yanında yazılarını, fotolarını, şərhlərini görə bilməzsiniz və onlara mesaj göndərə bilməyəcəksiniz. Kimsə mesaj göndərməyə çalışaraq sizi blok edib-etmədiyini görə bilərsiniz. Onlara ümumiyyətlə mesaj göndərə bilmirsinizsə, çox güman ki, bloklanmışsınız.
4. Siz onları blok etdiniz
Biri əlavə etməyə çalışırsınız, ancaq profilinə baxa bilmirsinizsə, bunun həqiqətən onları blokladığınıza görə olub olmadığını bilmək istəyə bilərsiniz. Bunu etməyinizdən bir müddət keçibsə, unutmağınız tamamilə mümkündür.
Facebookun blok siyahısını saxladığı üçün kimləri blokladığınızı yoxlaya bilərsiniz. Bunu görmək üçün gedin Parametrlər və məxfilik > Parametrlər > Bloklama. Bu səhifədə blokladığınız insanların siyahısını görməlisiniz və əlavə etməyə çalışdığınız şəxsin orada olub olmadığını yoxlaya bilərsiniz. Onları blokdan çıxarmaq üçün sadəcə seçin Blokdan çıxarın adlarının yanında düymə.
5. Dostlarının limitinə çatdılar
Əslində Facebookda neçə dostunuz ola biləcəyi üçün bir qapaq var. Kimsə bu 5000 dost limitinə çatıbsa, artıq onlara dostluq sorğusu göndərə bilməyəcəksiniz. Əgər cəhd etsəniz, Facebook insanın 5000 dosta çatdığını bildirməlidir.
Limitə çatmış biri sizə bir dost sorğusu göndərirsə, yenə də bu şəkildə əlavə edə bilməyəcəksiniz. Tələbi qəbul etməyə çalışarsanız, Facebook onları dostlarınız siyahısına, siz də öz siyahısına əlavə etməyəcəkdir. Bununla birlikdə, 5000 dostu və ya daha çox olan hər kəsə mesaj göndərə bilərsiniz.
6. Artıq bir sorğu göndərmisiniz
İstədiyiniz birinə sorğu göndərməyinizi yoxlamaq istəyə bilərsiniz, çünki bu, tələbi qəbul edənə qədər şəxs əlavə etmək seçimini aradan qaldıracaq. Əgər sorğu göndərdiyinizdən bir müddət keçibsə və yenə də sizi əlavə etməyiblərsə, onu unutmaq asandır.
Bir sorğu göndərdiyinizi birinə xatırlatmaq və ya sizi əlavə etməsini istəmək istəyirsinizsə, yenə də ona bir mesaj göndərə bilməlisiniz. İstəyi unutduqları və ya şəxsin aldığı digər dost istəkləri arasında itirildiyi mümkündür.
7. İstəyinizi rədd etdilər
Başqa bir ehtimal, şəxsin artıq tələbinizi rədd etməsidir. Əgər siz artıq bir sorğu göndərmisinizsə və niyə hələ də Dost əlavə et düyməsini gördüyünüzdən əmin deyilsinizsə, ən çox ehtimal olunan səbəb sizin dostluq tələbinizi rədd etməsidir. Dost əlavə et düyməsi hələ də mövcud olduğu müddətdə istəsəniz başqa bir sorğu göndərməyə cəhd edə bilərsiniz.
Ayrıca, artıq bir dost sorğusu göndərsələr və siz onu rədd etsəniz, lakin indi onları əlavə etmək istəyirsinizsə, müəyyən məxfilik parametrlərinə sahib olduqda Dost əlavə et düyməsini görə bilməzsiniz. Yenidən sizə bir dost sorğusu göndərməli olacaqlar.
8. Facebook Hesablarını məhdudlaşdırdı
Bəzən birinə Facebook-a kifayət qədər dəfə məlumat verilsə və ya Facebook qaydalarına zidd olduğu aşkarlanarsa, əslində şəxsin hesabını müəyyən bir müddətə məhdudlaşdırar. Vaxt dövrləri bir neçə saatdan həftələrə qədər ola bilər. Bu müddət ərzində insanın artıq xüsusi fəaliyyət göstərməsinə icazə verilməyəcəkdir.
Bu bir adam əlavə edə bilməməyinizin səbəbi ola bilər. Bir az gözləməyə cəhd edə bilərsiniz və sonra bunu edə biləcəyinizi yoxlamaq üçün yenidən yoxlayın. Bəzən Facebook da insanın Messenger istifadə etmə qabiliyyətini məhdudlaşdıra bilər, buna görə də onlarla bu şəkildə əlaqə qura bilməyəcəksiniz.
Facebook-da Dostlar əlavə edin
Facebook-un əsas məqamlarından biri başqaları ilə əlaqə qurmaq və onlarla əlaqə qurmaq olduğundan, bunu etməkdə çətinlik çəkdiyiniz zaman sinir bozucu ola bilər. Bu problemin əlavə etməyə çalışdığınız hər kəslə baş verdiyini və ya insanları əlavə etməkdə səhvlər yaşadığınızı və bunun səbəbini müəyyənləşdirə bilmədiyinizi fark etsəniz, başqa bir şeyin olmadığını öyrənmək üçün hər zaman Facebook dəstəyinə müraciət edə bilərsiniz.
İnşallah bu səbəblərdən biri ilə cavabınızı tapacaqsınız və dostlarınızla ünsiyyətdə olmağa və sosial media platformasından zövq almağa davam edə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.