Press "Enter" to skip to content

FACEBOOK-DA REKLAM

FACEBOOK-DA REKLAM

Uğurlu reklam strategiyası necə qurulur? || Tanıtım miksi (“Promotional Mix”)

Heç olub ki, bir gün evinizin qapısı döyülüsün və qapını açan zaman bir nəfər özünü su filterləri satışı ilə məşğul olan şirkətin nümayəndəsi kimi təqdim etsin?

Digər tərəfdən, hər birimiz hər gün TV-də, şəhərdə gəzərkən və ya sosial media platformalarında yüzlərlə reklamlar görürük.

Bu misallardan da gördüyümüz kimi şirkətlər öz məhsul və xidmətlərini tanıtmaq üçün fərqli üsullardan istifadə edirlər.

İndi isə gəlin, ətraflı şəkildə şirkətlər öz məhsullarının tanıtımı üçün hansı vasitələrdən istifadə edirlər, ona baxaq.

Xatırlayırsanızsa əvvəlki videoların birində marketinqdə 4P konseptindən bəhs etmişdik. 4p anlayışının bir elementi də “Promotion” yəni tanıtım idi. Videonun əvvəlində çəkdiyimiz misallardan da gördüyümüz kimi məhsulun tanıtımının müxtəlif metodları mövcuddur. Normalda əksər insanlar şirkət tanıtımı ilə bağlı hər şeyi reklam adlandırırlar. Əslində reklam Marketinqdə 4P konseptinin elementi olan tanıtımın sadəcə bir qoludur. Yəni nə marketinq, nə də ki tanıtım reklam deməkdir. Reklam özü-özlüyündə ümumi marketinqdə sadəcə bir elementdir.

Şirkətin özünü müxtəlif kanallarda fərqli tərzdə, bir-birini dəstəkləyən mesajlarla tanıtması “tanıtım miksi” adlanır.

Bəs ümumi tanıtım nədir və buna nələr aiddir?

Ümumi götürdükdə tanıtıma reklam, ictimaiyyətlə əlaqələr(PR), “birbaşa marketinq” və “satışın stimullaşdırması” aiddir. Belə ki, şirkətlər bu 4 vasitədən düzgün kombinasiya yaradaraq, optimal “tanıtım miksi”ni hazırlaya bilərlər.

Ümumilikdə, bu 4 ünsürün məqsədi potensial müştərilərə məhsul və ya xidmətin faydalarını, xususiyyətlərini çatdıraraq, rəqiblərdən fərqlənmək, bazarda mövqelənmək, satışları artırmaq və ya imic yaratmaqdır .

Effektiv tanıtım miksinin təşkili hər bir uğurlu şirkətin marketinq strategiyası üçün çox vacib, eyni zamanda da mürəkkəb bir prosesdir. Ona görə mürəkkəbdir ki, adıçəkilən 4 kommunikasiya vasitəsi hər bir şirkət üçün fərqli işləyir. Eyni zamanda bu 4 elementin doğru kombinasiyasını təşkil etmək də ayrı bir çətinlikdir. Bu baxımdan şirkətlər özləri üçün 4 əlaqə vasitəsinin düzgün “qarışığını” təyin etməlidir. Bu vəziyyətdə isə düzgün tanıtım qarışığı şirkətin fəaliyyət göstərdiyi sferadan, müştəri qruplarından asılı olaraq dəyişəcək.

Ola bilər ki, bizim əlimizdə dünyanın ən yaxşı məhsulu olsun. Lakin əgər biz həmin məhsulun tanıtımını düzgün etməsək, o zaman məhsul uğursuzluğa düçar olacaq və satışlar edə bilməyəcək. Satışı olmayan biznes də gəliri olmayan biznesdir. Əgər bir şirkətin gəlirləri yoxdursa, bu zaman İnsan Resursları, İdarəetmə, Maliyyə, Çağrı Mərkəzi və sairə kimi departament işçilərinin maaşları necə ödənəcək?!

İndi isə “Tanıtım miksinin” 4 elementinin ayrı-ayrılıqda tam olaraq nə olduğuna və necə yararlı ola biləcəyinə toxunaq.

Haqqında danışdığımız tanıtım miksinin birinci elementi reklamdır. Bura gündəlik TV-də, radioda, sosial mediada, qazetlərdə, jurnallarda və.s gördüyümüz reklamları aid edə bilərik. Reklam vasitəsi ilə müştərilərlə əlaqələrin qurulması, məhsulun tanıdılması sadəcə “Tanıtım qarışığının” bir elementidir.

İkinci element Azərbaycanda daha çox “PR” kimi tanınan, ictimaiyyətlə əlaqələrdir. İctimaiyyətlə əlaqələr şirkətlə ictimaiyyət arasında olan informasiyaların şirkət tərəfindən idarə edilməsidir. Buna praktiki misal yeni qurulan şirkətin hansısa bir TV kanalına bu şirkətin fəaliyyəti haqqında intervü verməyi ola bilər. Təbii ki, bu halda həmin şirkət TV kanalına çıxışın yayınlanması üçün müəyyən ödəniş edir. İkinci bir misal kimi, tutaq ki, Azərbaycanda fəaliyyət göstərən mebel mağazaları şəbəkəsi Xaçmaz rayonunda yeni filialını açır və bu açlışla bağlı hansısa bir media qurumu ilə əməkdaşlıq edərək, həmin xəbərin saytda paylaşılmasına nail olur.

Növbəti “Tanıtım miksinin” elementi olan “birbaşa marketinq” isə elə videonun başlanğıcında gətirdiyimiz su filtiri şirkəti misalından asanlıqla anlaşılır. Belə ki, su filtiri şirkətinin nümayəndəsi şəxsən evlərə gedərək, məhsullarını tanıtmağa çalışır. Gördüyümüz bu tərz tanıtım isə “birbaşa marketinq” metodudur. Bu halda satışın baş verməsi heç bir reklama ödəniş olmadan birbaşa olaraq həyata keçirilir. Bu tərz məhsul tanıtımı tək fiziki olaraq potensial müştərilərlə görüşlərdə baş vermir. Eyni zamanda ola bilər ki, şirkət nümayəndəsi potensial müştərilərə “soyuq zənglər” edərək məhsullarını təqdim etsin.

Sonuncu element isə “satış stimullaşdırılması”yolu ilə məhsulun tanıdılması və satışının artırılmasıdır. Bu yanaşma isə belə izah olunur. Məsələn, siz marketlərin birində görürüsünüz ki, bir 1 kq un alana iknci paket 50% endirimlə təklif olunur.

Yəni “satış stimullaşdırılması” müəyyən endirimlərlə, məsələn bayram endirimləri ilə, kuponlarla satışın qısa müddətdə stimullaşdırılmasıdır. Burda kupon dedikdə o başa düşülür ki, misal üçün, siz, bir paltar mağazasından alış-veriş edəndən sonra, sizə növbəti alışınız üçün 10% faizlik endirim kuponu verilir. Bu halda isə şirkət tərəfindən nə hansısa bir reklama, nə də ki media qurumuna xərc çəkilir. Tutaq ki, belə xərc çəkilə bilər ki, misal üçün elektronik məhsulların satışı ilə məşğul olan mağaza Novruz bayramı üçün endirimlər etsin və tək mağazaya daxil olan insanlara yox, eyni zamanda bu endirimləri facebookda ödənişli reklamla və ya hansısa Tv kanalında daha çox auditoriyaya çatdırsın. Bu kompaniya isə Tanıtım Miksinin bir neçə elementinin sintezindən ibarət olmuş olur.

Biznesi olan hər kəs belə bir sual verə bilər ki, bəs mən necə öz biznesim üçün effektiv “Tanıtım miksi” qura bilərəm?

Deməli, burda xususi bir formula yoxdur ki, bütün şirkətlər onu istifadə etsin. Hər biznesin öz sektoru, fərqli alıcı kütləsi və xarakteri var. Amma indi deyəcəyimiz addımları edərək hər bir biznes müəyyən ölçüdə özünə uyğun olan “Tanıtım miksi”ni qura bilər.

Praktiki olsun deyə gəlin, həmin addımları real bir biznes keysi üzərində sadalayaq.

Təsəvvür edək ki, interyer dizayn şirkəti özü üçün uyğun “Tanıtım Miksi”ni qurmaq istəyir.

Burda birinci addım təbii ki, doğru hədəf kütlənin təyini olacaq. Bizim misalda isə deyək ki, interyer dizayn şirkətinin hədəf müştəri kütləsi yeni ailə quracaq cütlüklərdir. Ya da yeni qurulacaq şirkətlərin rəhbərləridir. Çünki aydın olduğu kimi onlar da özləri üçün yeni ofis dizayn etdirməlidirlər. Biz burda interyer dizayn şirkəti üçün təxmini olaraq 2 hədəf qrupu aşkarladıq. Çünki biz tanıtım mesajımızı hansı hədəf qrupuna çatdıracağımızı bilməsək, o zaman, yanlış hədəf kütləyə mesaj verərək uğursuz ola bilərik.

Bir haşiyəyə də çıxım ki, doğru hədəf kütləsinin seçilməsinə aid artıq kanalımızda bir-neçə video var, həmin videoların linkini də bu videonun aşağısında yerləşdirəcəm.

İkinci addımda isə ümumiyyətlə, biz tanıtım məqsədimizin nə olduğunu müəyyənləşdirməliyik. Məsələn, interyer dizayn şirkəti nümunəsində edəcəyimiz tanıtım kompaniyasını seçilmiş hədəf kütlələrinə nə məqsədlə etdiyimizi bilməliyik. Yəni bu kompaniyanın məqsədi satışları artırmaq, yaxud şirkət bazarda tanınmırsa, sadəcə marka haqda fərqindəlik yaratmaq və ya şirkətin imicinə yönəlik ola bilər.

Hədəf kütlə ilə məqəsdləri təyin etdikdən sonra, üçüncü addımda bu tanıtım kompaniyasına nə qədər büdcə ayıracağımızı bilməliyik. Təbii ki, şirkət əgər bazarda yenidirsə, bu halda reklam xərcləri həm imicə, həm fərqindəliyə həm də satışlara yönəlik olacaq. Təbii olaraq bu vəziyyətdə tanıtım xərcləri çox olacaq. Sonrakı dövrlərdə isə şirkətin fərqindəlik üçün çəkilən xərcləri nisbətən aşağı düşməyə başlayacaq və əsasən satışlara fokuslanacaq.

Dördüncü addıma gəldikdə isə artıq bu şirkət üçün tanıtım mesajını hansı platformalarda edəcəyimizi bilməliyik. Yəni bilmək lazımdır ki, bu şirkətin hədəf kütləsi instagramda, Facebookda, yoxsa Tiktokdadır?

Vizuallığı nəzər alaraq, interyer dizayn şirkəti üçün həm instagram üzərindən “reklamlar”, həm də “birbaşa marketinq”dən istifadə edərək tikinti şirkətləri ilə görüşlər ola bilər. Çünki tikinti şirkətləri interyer dizayn şirkətlərinə əməkdaşlıq çərçivəsində müştəri yönləndirə bilər. Eyni zamanda şirkət haqda bəzi bloqlar yazılaraq bəzi əlaqəli vebsaytlarda fərqindəlik üçün dərc oluna bilər. Bu da şirkət üçün sadə bir PR olar. Təbii ki, büdcəni böyüdərək biz tantım miqyasını da böyüdə bilərik.

Beşinci addımda isə həmin tanıtım üçün istifadə olunacaq kontenti müəyyənləşdirməliyik. Məsələn, interyer dizayn şirkəti misalında bu fərqindəlik üçün şirkətin dizayn etdiyi bəzi evlərin şəkilləri yaxud qısa videoçarxlar ola bilər. Burda isə incə məqam odur ki, müraciət etdiyimiz hədəf qruplarını bilərək doğru lokanik mesajı seçməliyik. Məsələn, hədəfdə yeni ailə quracaq cütlüklərdirsə, bizim reklamını verdiyimiz evlər də onlara uyğun dizayn olmalıdır.

Altınıcı addımda isə hazır olan tanıtım planı icra olunmağa başlanılmalıdır. Hər bir tanıtım elementinin və kanalının effektivliyi test edilməli, ölçülməlidir. Tutaq ki, interyer dizayn şirkətinin satışları artırmaq üçün instagramda verdiyi reklamlar daha effektiv, digər kanallar zəifdirsə, bu zaman prosesdə instagrama qoyulan investisiya artırılmalı, digər zəif effekt verən kanallara çəkilən investisiya isə azaldılmalıdır.

Əlavə olaraq, müxtəlif kanalllarda olan tanıtım miksi, yaxud başqa sözlərlə tanıtım kombinasiyası bir-birini dəstəkləməlidir. Yəni fərqli kanallarda olan reklamlar bir-birinə zidd olmamalıdır. Misal üçün, tutaq ki, interyer dizayn şirkəti reklamların birində özünü aşağı büdcəli insanlar üçün olan şirkət kimi göstərir, başqa bir reklamda və ya tanıtım vasitəsində isə bunun əksi olaraq özünü premium şirkət kimi tanıdır. Bu halda ortada ziddiyyət olacaq. 2 fərqli reklamı görən eyni insanın həm fikri qarışacaq, həm də bu şirkətə qarşı inamsızlıq yaranacaq.

Yekun olaraq, onu vurğulamaq olar ki, optimal “tanıtım miksi” şirkətlərə daha az büdcə ilə maksimum nəticə əldə etmək üçün çox vacibdir. Bu addımları müəyyən edən zaman artıq biz tanıtım miksinin hansı elementlərindən istifadə etməli olduğumuzu biləcəyik. Burda hər bir vasitənin öz məhdudiyyəti və xərci var. Ona görə bu məqamlar öncədən hesaba qatılmalıdır. Tanıtım vasitələrinin düzgün miksi olduğu zaman ümumi marketinq strategiyamız daha effektiv və aşağı xərcli olaraq, uzun və qısa müddətli hədəflərə planlandığı kimi çatacaq.

FACEBOOK-DA REKLAM

Facebook reklamları marka və brendlərin öz paylaşımlarını daha çox insanla bölüşmək, həmin insanları facebook səhifələrindən alış etməyə yönləndirmək üçün “ads manager” adlanan reklam menecerindən istifadə edirlər. Facebook bu özəlliyi sayəsində təkcə öz platformasında deyil, eyni zamanda instagram üzərindən edilən paylaşımları da, reklam etmək imkanı qazandırır. Facebookdan reklam etmək biznesə böyük miqdarda gəlir qazandıra bilər. Kiçik, orta və böyük olmasından fərqli olmayaraq reklamlar vasitəsilə brendin tanıdılması, böyük auditoriyalara təqdim olunması və eyni zamanda ciddi şəkildə satış gəlirlərinin qazanılması üçün bütün dünya şirkətləri tərəfindən istifadə olunur. Bu verilən reklamların biznesinizə təsirini, gəlirlərin artırılması üçün lazım olan komponentləri bu blog vasitəsilə öyrənmə imkanı əldə edə bilərsiniz.

Reklam menecerinin faydaları nələrdir?

Meta biznes menecer vasitəsilə akiv sosial şəbəkə istifadəçilərindən trafik əldə etmək üçün ən effektiv yoldur. Trafik dedikdə sizin sosial media hesablarınıza gələn insanların axını nəzərdə tutulur ki, bu da öz növbəsində sizin bazarda tanınmağınıza və satışlarınızın artmasına gətirib çıxarır. 2022-ci ilin birinci rübü ərzində Facebook gündəlik 1,96 milyard aktiv istifadəçisi olduğunu bildirdi. Ən
böyük sosial media şəbəkələrindən biridir. Datareportal-a əsasən Azərbaycanda 1.6 milyon facebook və 4.5 milyon insan isə instagram izləyicisidir. Bu, sizə eyni anda 6.1 milyon insana öz məhsulunuzu çatdırmağa imkan verir ki, bu da ölkə əhalisinin yarısından çox olan bir göstəricidir. Instagram-ın mağaza ünvanına diqqət yetirən ən son yeniləmələri ilə iki platformanın birləşməsi brendinizin saysız-hesabsız istifadəçi tərəfindən görülməsinə imkan verir. Beləliklə, əgər Facebook reklamlarına sərmayə qoymağın lazım olub-olmaması ilə bağlı ağlınızda sual varsa, Facebook reklamına sərmayə qoymağa davam edən marketoloqlara etibar edin. Google-un rəsmi partnyoru olan Sharaf media bu sahədə kifayət qədər təcrübəsi olan marketoloqları ilə sizə bu xidməti göstərə bilər.

FACEBOOK-DA REKLAM

Digər reklam kanallarından üstündürmü?

Ənənəvi reklam kanalları ilə müqayisədə Facebook-da reklam xeyli ucuz və sərfəlidir. Radioda, reklam lövhələrində, xəbər bülletenlərində, hətta televiziyada reklam verərək kifayət qədər ciddi məbləğlər xərcləməyinizə baxmayaraq effektiv nəticəni əldə edə bilmirsiniz. Məsələ burasındadır ki, sizin reklamınızı kimin görəcəyinə və onların potensial müştərilər olub-olmamasına nəzarət etmə şansınız yoxdur. (hətta kampaniyalarınızın nəticələrini ölçə bilmədiyinizdən danışmırıq). Facebook reklamları vasitəsilə isə 10 dollarlıq büdcə ilə kampaniyanızı
başlatdığınız gün 1000 insana çata bilərsiniz. Ən yaxşı tərəfi bundan ibarətdir ki, çatmaq istədiyiniz dəqiq auditoriyanı müəyyən edə bilisiniz. Beləliklə, kiçik biznesiniz olsa belə, Facebook reklam kampaniyaları ilə büdcənizi çox istifadə etmədən dərhal potensial müştərilərinizə çata bilərsiniz.

Hər hansı bir marketoloqun əsas sualı budur ki, mən xərclədiyin pul qarşılığında nə qədər dəyər əldə edə bilərəm? Facebook-un reklam şəbəkəsində reklamın ən böyük üstünlüklərindən biri nəticələri izləmək və ölçmək asanlığıdır. Facebook Reklamlarınızın performansını izləmək var. Bu da sizə bizdən hər ay sonunda hesabat tələb etmə şansı verir ki, nə qədər xərclədiyinizi və qazandığınızı öyrənmə şansı qazanasınız.

Səhifəmin izləyicilərini reklam vasitəsilə artıra bilərəm?

Facebook reklam kampaniyalarını həyata keçirmək təkcə veb saytınızın trafikini artırmaq məqsədi daşımır. Onlar faktiki olaraq sizin Facebook səhifənizin izləyicilərinin sayına dolayı yolla təsir göstərir. Facebook-da nə qədər çox izləyici bazası varsa, onların qaşısında bir o qədər çox görünürlük qazanacaqsınız. Ödənişli kampaniyalara əlavə olaraq, bir sıra kampaniyalardan istifadə edərək lazımi gəlirləri Facebook marketinqindən qazana bilərsiniz. Facebook reklam kampaniyalarının səhifənizə təsirini artırır, bununla yanaşı veb saytınızında məşhurlaşaraq geniş izləyici kütləsinə çatmasına imkan verir. Bu da, faktiki olaraq sizin brend məhsulunuzun izləyicilərinin sayına təsir göstərir. Facebook-da nə qədər çox izləyici bazası varsa, səhifə yazılarınızda bir o qədər çox görünürlük qazandırır.

Facebook reklamlarının ən üstün sayıla biləcək faydaları nələrdir?

Ən çox soruşulan suallar arasında izləyicilər ən üstün faydalar haqqında məlumat almaq istəyirlər ki, Sharaf Media olaraq 6 ən üstün faydanı sizlərlər bölüşürük:

1. Facebook reklam platforması analitikası – Facebook sizə reklamlarınızın performansı haqqında hesabat və analitik təqdim edərkən heç bir məhdudiyyət qoymur. Heç vaxt nəyin işlədiyini və nəyin olmadığını təxmin etmək və ya öz fərziyyələriniz etmək məcburiyyətində olmayacaqsınız. Dönüşüm xərclərinizi və digər sosial metriklərinizi müəyyən etmək əvəzinə, onların reklam menecerində sizin üçün səliqəli şəkildə tərtib edildiyini görəcəksiniz. Sizə lazım olan tək şey onları təhlil etmək və növbəti addımınızı müəyyən etməkdir. Həftəlik çatdığınız insan sayı, post, səhifə bəyənmələri və hansı yazıların ən yaxşı performansa malik olduğu barədə göstəricilər sizə təqdim olunur. Amma bununla da bitmir ki, kliklər, dönüşümlər və hətta satışlar kimi şeylər haqqında məlumat əldə edə bilirsiniz. Bu məlumatı görməklə, sərmayənizin boş olduğunu təxmin etmək və ya sonradan öyrənmək əvəzinə, reklamlarınızı lazım olana əsasən tənzimləyə bilərsiniz. Unutmayın ki, nəyisə izləyə və ölçə bilmirsinizsə, onun işlədiyini və ya necə inkişaf etdirə biləcəyinizi bilməyəcəksiniz. Reklamlarınızın gedişatını izləmək və ölçmək üçün Facebook sizə şans verir.

2. Xüsusi məqsədinizə uyğun reklamlar yarada bilərsiniz – Facebook-da reklam yaratmaq aktı platforma tərəfindən sadələşdirilir. O, sizə reklam növünü seçməyə, auditoriyanızı hədəfləməyə, vaxt çərçivəsi və büdcənizi təyin etməyə imkan verən addımlar vasitəsilə sizə rəhbərlik edir. Bundan əlavə, reklam tam olaraq nəyə nail olmaq istədiyinizə əsasən fərdiləşdirilə bilər. Facebook bunları “məqsədlər” adlandırır. Post, veb sayt klikləri, səhifə bəyənmələri və ya tamamilə başqa bir şey istəsəniz, bunun əsasında bir reklam yarada bilərik. Bu, yaratdığımız reklamı daha yaxşı idarə etməyə imkan verir. O, həmçinin Facebook-a sizə mümkün olan ən yaxşı nəticələri təqdim etmək üçün reklamımızı necə optimallaşdırması lazım olduğunu izah edir. Reklam fərdiləşdirilə bilən olduğundan, daha yaxşı cavab vermək üçün markanızı və hədəf auditoriyanızı əks etdirəcək bir şey yarada bilərik.

3. Siz orqanik postlarla daha çox insana çatacaqsınız – Bir iş səhifəsi işlədirsinizsə, izləyicilərinizin yalnız ən kiçik hissəsinin yazdıqlarınızı gördüyünü bilirsiniz. Son bir neçə il ərzində Facebook biznes səhifələrinin xəbər lentlərində görünməsini azaldır – hər yerdə biznes sahibləri üçün aresiv bir alqoritm yeniləməsi gətirib. Hətta Mark Zukerberq də təsdiqlədi ki, onlar daha tez-tez dostlardan və ailədən gələn yazılara üstünlük verəcəklər, bununla da biznes səhifələrimizi arxa plana keçirəcəklər. Əgər Facebook-dan hər hansı bir şəkildə marketinq üçün istifadə edəcəksinizsə, potensial
istehlakçılarınızın biznesiniz haqqında bilməsini istəyirsinizsə, reklamlardan istifadə etməlisiniz. Böyük bir büdcəyə ehtiyacınız yoxdur, ancaq yenə də büdcəyə ehtiyacınız var. Facebook reklamları sizə çoxlu pul qazandırır və onları necə hədəfləyib yaratmağı da Sharaf mediaya həvalə etsəz, görəcəyiniz gəlir hər bir qəpiyə dəyər.

4. Reklamlar sizin loyal müştərilərinizə yenidən marketinq imkanı verir – Remarketinq hədəf auditoriyanıza çatmağın başqa bir yoludur, çünki keçmişdə veb saytınızı ziyarət etmiş istifadəçilər
reklamınızı görəcəklər. İnsanlar biznesinizi Facebook-da və ya veb saytınızda ilk dəfə görəndə, yəqin ki, ona nəzər salır. Bir marağa səbəb olsanız belə, səhifəni ziayrət etmirlər. Bunun səbəbi sizi
tanımamaqları və sizə güvənmək üçün heç bir səbəblərinin olmamasıdır. Gələcəkdə onlar sizin reklamınızı yenidən görsələr, bu, həmin insanları çevirmək üçün sizə daha yüksək şans verir. İnsanlar hərəkətə keçməzdən əvvəl markanızı üç-yeddi dəfə görməlidirlər.

5. Siz facebook reklamları ilə yeni insanları asanlıqla tapa bilərsiniz – Tez-tez səhifənizi izləyən auditoriyanızı tapdıqdan sonra Facebook-un “oxşayan auditoriyası”nı istifadə edərək, biz sizi sevəcək yeni müştərilər tapa bilərik. Bu xüsusiyyət sizə fərdi auditoriya götürməyə və sizdən satın alma ehtimalı yüksək olan oxşar insanları tapmaq üçün Facebook-dan istifadə etməyə imkan verir.

Sharaf Media reklam agentliyi illərdir Facebookda və digər sosial şəbəkələrdə markaları düzgün zamanda, düzgün yerdə sizin markanı potensial müştərilərin qarşısına çıxarmaq üçün çalışır.

Biznes qurmaq üçün ideya tapmağın yolları – 15 ÜSUL

Bu gün sizlərlə dah bir maraqlı və faydalı bir mövzunu müzakirə edəcəyik. Hər birimiz həyatımız boyu ən azı bir neçə dəfə şəxsi biznesimizi qurmaq haqqında düşünürük. Amma hardan başlayacağımızı və necə edəcəyimizi bilə bilmirik. Çünki heç bir biznes ideyamız (buna iş fikri də deyilir) və əlimizdə hazır olmuş biznes planımız yoxdur. Ona görə qarşımızda duran ilk məsələ konkret olaraq biznes ideyanı tapmaq və ya onu müəyyənləşdirməkdir. Bəzən də olur ki, biznes qurmaqda çox istəkli və həvəsli oluruq. Amma biznes ideyanı tapa bilmirik.

Milli.Az fins.az-a istinadən bildirir ki, ancaq buna da çarə var. Bu gün sizlərlə biznes ideya tapmağın bir çox yollarından – metodlarından danışacağam. Elə isə qələm və bloknotlarınızı yanınızda tutun.

Bu gün sizə biznes üçün ideyaları necə seçmək barədə bir neçə maraqlı və faydalı məsləhətlər təqdim etmək istərdik.

Kiçik biznes üçün imkanlar həddindən artıq genişdir. İdeya axtarışının yolları isə aşağıda sadalanıb.

1. Cəmiyyətdə nəyə tələbat/sorğu var? İlk öncə özümüzə bu sualı verməli və daha sonra isə mükəmməl bir marketing araşdırması (İnternet və s. bu kimi vasitələrlə) etməliyik. Cəmiyyətə bu dəqiqə – yəni hal-hazırda nə lazımdır? Onların necə bir məhsula və yaxud da xidmətə ehtiyacı vardır? Bunun üçün siz bütün resurslarınızdan istifadə edə bilərsiniz. Əlinizdə olan bütün imkanlardan istifadə etməyinizdə böyük fayda vardır. Məsəl üçün nələr edə bilərsiniz:

Sosial şəbəkələrdə (Facebook, Twitterdə, İnstagramda və s.) online sorğular apara bilərsiniz?
Ölkəmizdə marketing /bazar araşdırmaları üzrə ixtisaslaşan şirkətlərimizə bununla bağlı müraciət edib sifariş verə bilərsiniz. Sonda həmin şirkət təyin edilmiş vaxt başa çatdıqda (adətən 1-2 ay) sizə apardığı sosial araşdırma və sosial sorğuların nəticələrini təqdim edəcəcəlkdir. Bu statistik nəticələr sizə böyük kömək ola bilər.
Və yaxud araşdırma şirkətlərinə verməyə pulunuz yoxdursa yaxın 5-6 dostunuzu götürərək özünüz şəhərdə çıxıb küçə sorğuları apara bilərsiniz.
Yox əgər buna da ərinirsinizsə ailə üzvlərinizə, qohumlarınıza, yaxın 20-30 dostunuza və digər müxtəlif yerlərdən tanışlarınıza “Sənin necə bir məhsula və ya xidmətə ehtiyacın var və onun olmasını istərdin ki, hansı ki elə bir şey hələ ölkəmizdə yoxdur?” sualını verməyiniz kifayətdir.
Və yaxud da B2B biznesi qurmaq düşünürsünüzsə eyni sualı şirkətlər üzərində analiz apara bilərsiniz? Şirkətlərə bu gün hansı xidmət lazımdır?” sualı üzərində araşdırmalar və biznes analizlər edə bilərsiniz.

2.Sizdə olan bacarıq və qabiliyyət nələrdir? Güzgüdə bir özünüzə baxın. Siz nə bacarırsınız? Nə kimi anadangəlmə və yaxud sonradan qazandığınız bacarıq və qabiliyyətləriniz var? Sizin anadangəlmə qabiliyyətiniz biznesiniz üçün təməl ola və sizə çoxlu pul qazandıra bilərmi? Bu suallara düşünüb cavablar tapın. Unutmayın ki, bu gün USA-in dünyaca məşhur fast food markası sayılan və 520,3 milyon ABŞ dolları (2007) gəliri olan KFC (Kentucky Fried Chicken) şirkətinin yaradıcısı Polkovnik Harlend Sanders bu gün dünyanın 90-dan çox (94 ölkə) ölkəsində fəaliyyət göstərən bu fast food biznesini özünə bu sualı verməklə yaratmışdır.

3.Cəmiyyətin problemləri nələrdir? İstənilən bir biznes sektoru gəlir əldə etməzdən qabaq hər şeydən əvvəl cəmiyyətin problemini, daha konkret olsaq öz müştərisinin ehtiyacını ödəyir və onun problemini həll edir. İnsanlar marketə girib məhsul alırlarsa öz aclıq ehtiyacını ödəyir. Və yaxud xanımlar gözəllik salonuna gedirsə burda gözəl görünmək ehtiyaclarını ödəmiş olurar və baxımsız görünmə problemini həll etmiş olurlar. Ona görə də siz bu sual üzərindən çox möhtəşəm biznes ideyalar tapıb çıxara bilərsiniz. “Mən necə bir məhsul və ya xidmət yarada bilərəm ki o bu gün insanların x problemini daha tez və daha rahat həll edə bilsin?” sualımı özünüzə verib bir brainstorming etməklə.

4.Kəşf olunmayan məhsul/xidmət. İstənilən biznes növü olsun orda biznes ideya innovativdirsə o biznes 100-də 70 tutarlı və uğurlu olacaq. Əgər ideyanız innovativ (yenilikçi) və kreativdirsə və sizin yaradacağınız məhsul (və ya xidmət) dünyada bir ilkdirsə – yəni təzəlikcə kəşf olunursa o zaman onu əldən buraxmayın.

5. Sizin ailəniz əzəldən nə ilə məşğuldur?

Atanız və yaxud ulu babalarınızın sənəti – indiki dildə desək binzesi nələr olub? Sizə miras qala biləcək hər hansı bir ailə biznesi varmı? Bəlkə ailə müəssisəsində bir az işləyib, işi tam xırdalıqlarına qədər mənimsəyəsiniz, ondan sonra öz biznesinizin əsasını qoyasınız?

6. İşlədiyiniz kompaniyaya nəzər salın.

Bəlkə kompaniyanızın etmədiyi bir işlə məşğul olmağa dəyər. Məsələn bazarın elə bir sahəsi varmı ki, sizin kampaniya ora xidmət göstərə bilərdi, amma bu bazar hələ tutulmayıb?

7. Kompaniyanız tərəfindən rədd edilən və ya reallaşdırıla bilməyən ideyaları öyrənin. Adətən onlar kiçik biznes üçün kifayət qədər perspektivli olur.

8. Françayzinqlə bağlı jurnallar oxuyun. Sürətlə inkişaf sahələrində biznes qurun və ya alın, məsələn yaşı otuzdan yuxarı olan qadınlar üçün idman zalı. Françayzinq üçün imkanlar həddindən artıq çoxdur.

9. Müəyyən etnik qrup üçün xidmətlər təklif edin. Və ya məhsul çatdırın. Elə bir qrup seçin ki, sürətlə böyüsün. Məhz həmin insanlara mal satın və onların istədiyi qaydada satın. Məsələn filan Respublikadan gələn mühacirlərə hansı məhsullar lazım olur ki, onları Azərbaycanda-da tapmaq mümkün deyil? İspan dilini öyrənin və ispanca danışan müştərilər ilə işləyin.

10. İnsanlar qocaldıqca onların sağlamlıq və səhiyyə sahəsində daha çox və fərqli xidmətlərə ehtiyacı olur. Bunu da nəzərə almağı unutmayın.

11. Müxtəlif bacarıq və əl qabiliyyətlərindən bəhs edən televiziya verilişlərinə baxın və biznes trendləri izləyin. Bağbanlıq, təmir, interyer işləri və s. Bu sizə populyar ideya və müasir tendensiyalardan xəbərdar olmağa imkan verəcək. Məsələn istehlakçıları qarajla təchiz edən kompaniyalar varmıdır? Və ya hər hansı bir şirkət internet vasitəsi ilə həyət bağları üçün olan bitkilərin əkilmə və ya becərilmə vaxtı və qaydaları ilə bağlı informasiya ilə təchiz edirmi? İnternet vasitəsi ilə hüquqi xidmət, dayəlik və ya baxıcılıq xidməti təklif edənlər varmı? Bəzən elə ailələr olur ki, hər iki ailə üzvü işi ilə əlaqədar səfərlərə çıxır, evdən muğayat olacaq və burdakı işləri (dibçək bitkilərini sulama, ev və həyət heyvanlarına baxmaq, onları yemləmək və s.) həll edə biləcək birinə ehtiyac duyurlar.

12. Hazırda çalışdığınız kompaniyanı ala bilərsinizmi?

Bunu borc kimi cəlb edilmiş vəsaitlərlə edə bilərsiniz, ya da rəhbərliklə başqa cür razılığa gələ bilərsiniz. Və yaxud da şirkətinizin yarandığı gündən səhmlərinin bir neçə hissəsini (Faizlə – %-lə) şirkətdə uzun müddət çalışan və öz töhfəsini verən işçisinə hədiyyə etdiyi halı olubmu və yaxud şirkətiniz bundan sonra bunu edə biləcək potensiala malikdirmi?

13. Müxtəlif auditorlar, vəkillər, kredit mütəxəssisləri, professional brokerlər və digər elanlar sizi satışa çıxarılmış biznesə çıxara bilər. Belə bir kompaniya alın.

14. Hər hansı bir biznesə başqa nəzərdən yanaşın.

Siz belə bir işi nisbətən daha yaxşı şəkildə təşkil edə bilərsinizmi? Son səyahətlərinizdən birini yada salın. Həmin ölkədəki hər hansı bir biznesi gəlib öz ölkənizdə tətbiq edib qura bilərsinizmi? Ölkənizdə həmin məhsula və ya xidmətə belə bir tələbat varmı?

15. İllərlə insanlara danışdığınız və gerçəkləşdirmək istədiyiniz bir fikri reallaşdırmağa çalışın.

Hələ məktəb illərindən bəri beyninizdə olan bir proyekt varmı? İstənilən bir start-up-da ən vacibi “nə satdığını” anlamaqdır.

Bloqu oxudunuzsa sadəcə zəhmətimizi dəyərləndirmək üçün zəhmət olmasa 30 saniyəniniz bizə ayırıb aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi bizimlə bölüşməyi və eyni zamanda bu yazını facebookda həyat yolunuzda paylaşmağı unutmayın.

Hər dəfə yazılan bu kimi maraqlı məqalələrdən, araşdırmalarımızdan və yeni bloq yazılarımızdan xəbərdar olub onlardan faydalanmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.