Press "Enter" to skip to content

Facebook haqida 12 qiziq fakt

– Şəhərdə sıxlıq yoxdursa, yəqin işə gecikmək problemi də yoxdur.
– Qətiyyən yoxdur. Maşın sürmək çox rahatdır. Sizə deyim ki, orada 4 aydır maşın sürürəm. Heç yorulmamışdım. Bakıya gəldim, 1 gün maşın sürdüm və 4 ayda yorulmadığım qədər yoruldum. Tıxaclar insanı çox yorur.

Facebookda hekayələrə baxmağı necə təyin edə bilərəm?

– Emil, xoş gördük səni. Bakıdakı qısa vaxtından bizə də ayırıb müsahibəyə gəldiyin üçün təşəkkür edirik. Sirr deyilsə, Bakıya nə üçün gəldiyini öyrənə bilərik?
– Xoş gördük. Bir qızım dünyaya gəldi və mənə 100 faiz maaşla 4 aylıq atalıq məzuniyyəti verdilər. Dedilər get uşaqla vaxt keçir (gülür). Mən də həm uşağın sənəd işləri üçün, həm də ailəmin balacanı görməsi üçün Bakıya gəldim. Bir neçə gün Bakıda olacam.

– Yəqin ki, ilk sual bəllidir. Haradan hara? Necə oldu ki, Culfanın Bənəniyar kəndinən çıxan biri “Facebook”da işə düzəldi və Danimarkaya köçdü?
– Bu mərhələli bir prosesdir. Arxasında çox çalışmaq və özünəinam dayanır. Düşünürəm ki, çox çalışmaq və təhsillə insan istədiyi yerə çata bilər. Təhsil insanın arzularına çatması üçün birinci vasitədir və ən güclü silahdır. Mən də çalışmaqla, bir qədər də ətrafdakı insanların dəstəyini almaqla istəyimə çatdım. İndi orada “Control Expert” kimi işləyirəm. Təxminən 18-20 nəfərlik mühəndis heyəti var. Onların kantrol sahəsində inkişafından və ümumi sistemdə hər hansı problem yaşayanda onlara texniki dəstək verməklə vəzifəliyəm.

– Bizə oradakı iş rejimi maraqlıdır. Bir az bu barədə danışardın, hansı fərqli cəhətləri var?
– Orada rəsmi iş rejimi həftəlik 37 saatdır. Bizdən ən böyük fərqləri odur ki, onlar işə çox tez başlayır və tez də bitirirlər. Məsələn mən işə 7-də gedib 3-də çıxıram. Hətta danimarkalılar işə 6-da gəlirlər. Ümumiyyətlə “Facebook”da iş saatı anlayışı yoxdur. Şirkət hətta sənin işə gəlmədən evdən işləməyinin tərəfdarıdır. Səni ofisə gəlməyə məcbur etmir. Öz işini gördüyün təqdirdə heç bir problem olmur.

– İşçiləri hansı şərtlərdə və hansı şəraitlə təmin edirlər?
– Orada işçi-müdir münasibəti bizim anladığımız münasibətin tamamilə əksidir. Mən Danimarkadan iş təklifi alanda hələ 2 ay sonra ora gedəcəkdim. Amma menecerim olacaq şəxs davamlı mənə yazırdı, maraqlanırdı. “Sənə necə kömək edə bilərəm?” deyə tez-tez soruşurdu. Bir dəfə ona dedim ki, sənin bu yanaşmanı çox qiymətləndirirəm. Halbuki hələ mən sənin işçin deyiləm. O isə cavab verdi ki, “əlbəttə mən səninlə maraqlanmalıyam, səni xoşbəxt saxlamalıyam. Ona görə ki, növbəti illər ərzində mən sənin gördüyün işin keyfiyyətindən asılı olacam”. Onda anladım ki, menecer-işçi münasibətləri bizim düşündüyümüzün tam əksinədir.

– Menecer-işçi münasibətləri necədir ki?
– Orada ümumiyyətlə menecerin sərt formada danışmaq ehtimalı belə yoxdur. Hər həftə bizim menecerlərlə təkbətək görüşlərimiz olur. O bizim işdən əlavə problemlərimizlə maraqlanır. Bir də hər iki həftədən bir menecerin menecerləri ilə görüşürsən amma öz menecerin iştirak etmir. Əgər hər hansı bir narazılığın varsa, bunu onun öz müdirinə deyə bilərsən. Elə bir struktur qurulub ki, sənin narazı qalma ehtimalın yoxdur. Hər kəs öz işini gördüyü müddətdə heç bir problem yaşanmır.

– Sənin də müdir olma potensialın varmı?
– “Facebook”da iki istiqamət var: Menecerlər və texniki işçilər ( mühəndislər ). “Facebook”un missiyası budur ki, menecer olmaq sadəcə bir seçimdir. Mənim mühəndis dərəcəm ilə başqa menecerlərin dərəcələri eynidir . Lakin mən hələ ki, texniki sahəyə üstünlük verirəm. Çünki enerjim var və azı 30 yaşına kimi belə çalışacağımı düşünürəm.

– Sirr deyilsə, maaşlarınız nə qədərdir?
– Bakıda insanlar elə bilir ki, Avropaya getdinsə, milyarder olacaqsan. Elə bir şey yoxdur. Danimarkada sən 3-4 min avro maaş alırsansa, bu normal maaş sayılır. Onlarda maaşın böyük bir hissəsi vergilərə ayrılır. İnsanlar əmək haqqının təxminən 45-50 faizini vergilərə verir. Yəni sənin maaşın 7-8 min avrodursa, bunun 4 min avroya yaxını vergiyə gedir. İnsanlar bu vergini rahatlıqla verir çünki hamısı xoşbəxtdir ki, mənim səhiyyə, təhsil, pensiya sistemim yaxşıdır. Vergisini verir və bu xidmətlərdən pulsuz istifadə edirlər.

– “Facebook”un sosial şəbəkələr arasında trend olmasının səbəbi nədir?
– “Facebook” kompaniya olaraq 2017-ci ildə dünyanın ən yaxşı şirkəti, işə götürəni seçilib. Həqiqətən də bu belədir. “Facebook”un ilk növbədə üstünlüyü işçi-menecer münasibətləridir. İşçilər xoşbəxt olduğu üçün öz işlərini də sevərək görürlər. “Facebook” dünyada reklam anlayışını kökündən dəyişdi. Bir neçə il əvvəl kimsə reklam üçün hər hansı serialın ortasında 1 dəqiqəlik vaxta 2 min manat ödəyirdi. Hansı ki, sən bilmirdin o reklama kim baxacaq. Amma “facebook” nə etdi? Çox rahat reklam mühiti yaratdı. Sən cəmi 10-15 dollara birbaşa öz auditoriyana xitab edirsən. Reklamı mühəndislərin görməsini istəyirsənsə, statusu mühəndis olanları seçirsən, hansı yaş aralığı, hansı məsafədə yaşayan insanları belə seçə bilirsən. Bunlardan başqa da hər bir insanın içində bölüşmək istəyi vardır, uğurlarını, uğursuzluqlarını, yaxşı və pis şeylərini. Facebook isə insanların bir birləri ilə bölüşmək istəyini tətmin edir.

– Mark Zukerberq ilə görüşmüsən?
– Hələ ki, görüşmək imkanım olmayıb. Amma yanvarda ABŞ-a gedəcəm. “Facebook”un mərkəzi ofisində 2 həftəlik təlimdə olacağıq. Güman ki, orada Mark Zukerberqi görmək imkanım olacaq.

– Danimarkada azərbaycanlıların hər hansı mədəni, yaxud etnik birliyi varmı?
– Azərbaycanlılar az olduğu üçün hər hansı mədəni birlik yaratmaq imkanımız yoxdur. Odensedə cəmi 3 azərbaycanlı ailə var. Amma Türkiyədən olan dostların mədəni birlikləri var. Orada 1000-dən çox türk ailəsi yaşayır. Sonuncu dəfə Qurban bayramında toplaşmışadılar. Böyük izdiham var idi. Gələcəkdə azərbaycanlılar çoxalarsa, yəqin ki, biz də bu cür birliklər yarada bilərik.

– Bir anda isti ölkədən soyuq ölkəyə köçmək, fərqli mədəniyyət, fərqli mühit. Adaptasiya problemi yaşamadın?
– Əvvəllər çox çətinlik çəkdim. Biz ora köçəndə 1 ay sonra uşağımız dünyaya gələcəkdi. Başqa bir dil, başqa mədəniyyət, fərqli iqlim çətin idi. Düzdür, şirkət hər cür dəstəyi göstərirdi, bizə ev tapmaqda kömək etdilər və s. Amma yenə də psixoloji cəhətdən insan uyğunlaşmaqda çətinlik çəkir. 2-3 ay sonra adaptasiya problemini aşdıq. Bakıya baxanda orada şəhər çox dincdir. Maşınların sayı çox azdır. İnsanlar velosipedə üstünlük verir. Bakıdakı qədər insan da yoxdur deyə şəhər sakitdir.

– Şəhərdə sıxlıq yoxdursa, yəqin işə gecikmək problemi də yoxdur.
– Qətiyyən yoxdur. Maşın sürmək çox rahatdır. Sizə deyim ki, orada 4 aydır maşın sürürəm. Heç yorulmamışdım. Bakıya gəldim, 1 gün maşın sürdüm və 4 ayda yorulmadığım qədər yoruldum. Tıxaclar insanı çox yorur.

– Danimarkada Azərbaycanda olan nəyi tapa bilmirsən? Nəyin əskikliyini hiss edirsən?
– Bir neçə gün öncə dostlarımızla toplaşmışdıq. Tipik bir Azərbaycan kababxanasına getdik. Oturub yemək yeyirdik. Onlar da eynilə bu sualı soruşdu və cavabım qısa oldu: “Bu mühit yoxdur”. Həqiqətən də orada bəzən dostlarla yığışıb söhbətləşmək, isti, mehriban mühit üçün darıxırsan. Hər şey yaxşı olsa da, yenə bir tərəfin yarımçıq qalır. Mən həmişə demişəm, biz yarımçıq nəslin nümayəndələriyik. Nə orada xoşbəxt ola bilirik, nə burada. Ailə bağlarımız çox güclüdür deyə, tamamlana bilmirik. Yəqin ki, bizdən sonrakı nəsillər orada, yaxud burada xoşbəxt ola biləcəklər.

– Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsən?
– Düşünürəm. İnsanın fikirləri davamlı dəyişir, gələcək nə gətirəcək, deyə bilmərəm. Amma mən karyeram üçün ora köçməyi seçdim. Amma hazırki düşüncəm budur ki, gec-tez qayıdacam. Çünki insan sevdiklərindən uzaqda tamamlana bilmir. Xoşbəxtlik maddi yox, mənəvi anlayışdır. Yəni mənim üçün ailənin yanında, stresli bir mühitdə olsan belə, daha çox xoşbəxt olursan. Təkbaşına dünyanın ən xoşbəxt ölkəsində, dünyanın ən yaxşı şirkətində yaxşı pul qazanaraq heç kimi görməmək xoşbəxtlik deyil. Buna görə gec-tez qayıdacam. Amma nə vaxt və necə olacağını deyə bilmərəm.

– Danimarkada Azərbaycanı tanıyırlar? Sənin azərbaycanlı olduğunu biləndə hansı reaksiyanı verirlər?
– Demək olar ki, tanımırlar. Hər dəfə özüm izah etməli oluram. Əvvəlcə başlayıram, əhalisi bu qədərdir, Xəzərin sahilində yerləşir, filan ölkələrlə qonşudur. Hamı şoka düşür ki, coğrafi baxımdan çox şanssız bir mövqedə yerləşirik. Bir tərəfdə Rusiya, bir tərəfdə İran, bir tərəfdə qeyri-stabil Türkiyə, bir tərəfdə Ermənistan. Azərbaycanı tanıyanlar daha çox Avroviziyaya görə tanıyırlar. Hətta bir dəfə amerikalı bir menecer azərbaycanlı olduğumu biləndə demişdi ki, sizin ölkəniz Kosta Rikanın yanındadır (gülür).

– Nəyə görə, bir çox istedadlı gənclərimiz karyeralarını qurmaq üçün Avropaya, Amerikaya gedirlər? Bunun səbəbi çox pul qazanmaqdır?
– Avropada çox talantlı gənclərimiz var. Onları çəkib burada saxlaya bilsək, ölkə üçün çox böyük işlər görərlər. Bir çox problemlər asanlıqla həll olar. Məncə onların getmə səbəbi maddiyyat deyil. Sən işini yaxşı görürsənsə, hər yerdə yaxşı pul qazana bilərsən. Onlar sadəcə burada sıxılırlar, xoşbəxt ola bilmirlər, ona görə gedirlər. Mən həmişə demişəm, ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Bizdə insanların çoxu sevdiyi işi görmür. Digər tərəfdən cəmiyyət insanı çox sıxır. Kimsə kiminsə həyatını yaşayır.

Bura gəlməzdən əvvəl evdə yemək yeyirdim. Bir anlıq qulağım televizorun səsinə sataşdı. Müzakirə gedirdi ki, evli qadının kişi dostu ola bilərmi? Təsəvvür edin buna görə bir veriliş ayırıblar, 10-a yaxın qonaq çağırıblar, mübahisə edirlər. Belə şeyləri görəndə başa düşürəm ki, biz çox ucuz şeylərlə məşğul oluruq. “Şortik geyinməyə necə baxırsız, saqqal saxlamağa necə baxırsız” və s . bu kimi absurd mövzuları müzakirə eləməyi bir kənara qoysaq, özümüzü rahat buraxsaq, daha ciddi işlər görə biləcəyik. Həqiqətən onlar çox ciddi işlər görürlər. Orada insanlar düşünür ki, mən Marsa turlar təşkil edəcəm, biz isə oturub şortiki müzakirə edirik. Onlar orada robot çıxarır, biz isə insanlardan cin çıxarırıq. Artıq düşünməyə, beynimizi işlətməyə başlamalıyıq.

– Gənclərə tövsiyən nə olardı?
– Özlərinə inansınlar. Həyatda heç nə mümkünsüz deyil. Nə “facebook”da oturanlar, nə “google”da oturanlar bizdən artıq insanlar deyil. “Google”da, NASA-da, “Microsoftda”da, “Mercedes” də, “Facebook” da çox istedadlı azərbaycanlılar işləyir. Onların hamısı bizim aramızdan çıxan insanlardır. Sadəcə istəmək, çalışmaq və özünə inanmaq lazımdır. Gələcək texnologiyanın üzərində qurulacaq. Bundan sonra yalnız texnoloji inqilablar olacaq. Artıq süni intellektli robotlar, sürücüsüz maşınlar və daha nələr nələr. Dünyada elə proseslər gedir ki, xüsusuilə son 10 ildə hər şey sürətlə dəyişir. Gənclərə də məsləhətim budur ki, mühəndisliyə yönəlsinlər. Fərqi yoxdur, proqramlaşdırma, şəbəkə və s. Növbəti 20-30 ildə bir çox peşə yox olacaq.

Amin Nəzərli
Foto: Şahin Sərdarov

Facebook haqida 12 qiziq fakt

Facebook, so‘zsiz, eng ommabop ijtimoiy tarmoqlardan biri hisoblanadi. Tarmoq qarindoshlar va yaqinlaringiz bilan qachon va qayerda bo‘lmasin aloqada bo‘lishingizga imkon yaratadi. Hech ikkilanmasdan aytish mumkinki, XXI asrda “Facebook” degan nomni eshitmagan inson bo‘lmasa kerak. Biroq u haqidagi qiziqarli ma’lumotlarni-chi? Ularni eshitganmisiz? Yo‘qmi? Unda biz sizni Facebook haqidagi eng qiziqarli faktlar bilan tanishtiramiz. Darvoqe, maqolani Facebook’ingizda ulashishni unutmang.

1. Garvard TTJsida dunyoga kelgan

Marz Sukerberg Facebook’ni Garvard TTJsida yaratgan

Facebook’dan oldin Mark Sukerberg FaceMash’ni yaratgan. 2003-yil iyul oyida asos solingan FaceMash ikkita rasmni yonma-yon qo‘yib, foydalanuvchidan ulardan qaysi biri “chiroyliroq“ ekanligini so‘ragan. Bu Garvard o‘quvchilari uchun o‘yin sifatida yaratilgan. Internetda paydo bo‘lishining dastlabki to‘rt soatida saytga 500 nafar foydalanuvchi tashrif buyurgan. Oradan bir necha oy o‘tib, 2004-yil FaceMash TheFacebook’ka aylantirilgan.

2. Nega ko‘k?

Facebook nega boshqa rangda emas, aynan ko‘k rangda? Bu shunchaki tasodifan qilingan tanlov emas, buning ortida o‘ziga xos sabab bor. Mark Sukerberg qizil va yashil ranglarni ajrata olmaydi. Ko‘k rangni esa aniq farqlay oladi. Aynan mana shu sababdan Facebook’ni ko‘k rangda yaratgan.

3. Kunlik millionlar

Facebook’ning faol foydalanuvchilari soni 350 milliondan ortiq. Mana shundan, 35 mln dan ortig‘i o‘z statusini har kuni yangilaydi, saytga kuniga 55 mln yangi status joylanadi. Rasmlarga kelsak, saytdagi bir oylik rasmlar yuklanmasi soni 2,5 mlrd ga teng.

4. Narxi milliardlarga teng

2004 -yil 4-fevralda TheFacebook nomi bilan faoliyat boshlagan Facebook shunchalik ommalashib ketdiki, o‘z egasini 23 yoshiga qadar milliarderga aylantirdi. Kun kelib universitet talabasi milliarderga aylanib qolishini kim ham bilibdi dersiz. 2018-yilda kompaniyaning operatsion daromadi 24,913 mlrd AQSh dollariga teng bo‘lgan.

5. Facebook’dagi ilk “face“

Amerikalik taniqli aktyor Al Pachino Facebook’ning ilk “face“i (ingl. yuz; Facebook so‘zma-so‘z tarjimada “yuz kitobi“ bo‘ladi). Saytda bir erkakning yuzi ikkilik kod belgilari ortida xira tasvirlangan ilk rasm paydo bo‘lgan. Undan bu shaxs kim ekanligini bilib olish qiyin bo‘lgan. Keyinchalik ma’lum bo‘lishicha, bu aktyor Al Puchino bo‘lgan.

6. Do‘stlik kuni bilan!

2004-yil 4-fevral Facebook millionlab do‘stlarni bir-biriga bog‘lagani uchun bu sana tarmoqda Do‘stlik kuni sanaladi.

7. “Like“ning tug‘ilishi

Facebook muxandislaridan Endryu Bosvort va boshqalar “Awesome“ (ingl. zo‘r, ajoyib) tugmasini yaratmoqchi bo‘lgan, biroq Sukerberg “Awesome“ o‘rniga “Like“ni taklif qilgan. Bu bir ovozdan ma’qullangan va sevimli konentga “Like“ bosish imkoni yaratilgan.

8. Facebook bir davlat bo‘lganda.

Agar Facebook bir davlat bo‘lganda, uning aholisi soni (2,410,000,000) Xitoy, AQSh va Braziliya fuqarolarini qo‘shib hisoblangandan (1,922,500,000) ko‘proq bo‘lgan bo‘lardi.

9. Facebook qayerlarda bloklangan?

Ko‘plab davlatlar, jumladan, Xitoy (Gongkong va Makaudan tashqari), Eron va Shimoliy Koreyada Facebook o‘chirib qo‘-yilgan. Shundan Shimoliy Koreyada ko‘pchilikda internetga kirish imkoni bo‘lmaganini inobatga olib, Xitoy va Eronni ijtimoiy tarmoqni doimiy bloklagan davlatlar qatoriga kiritish mumkin. Bundan tashqari, ma’lum sabablarga ko‘ra, Facebook bir qancha muddat Avstriya, Bangladesh, Buyuk Britaniya, Misr, Fransiya, Germaniya, Hindiston, Isroil, Malayziya, Mavrikiy, Marokash, Pokiston, Falastin, Rossiya, Shri Lanka, Sudan, Suriya, Tojikiston, Tailand, Turkiya, Vetnam va O‘zbekistonda ham bloklangan.

10. Facebook’ni sotib olishga urinmay qo‘ya qoling

Google, Microsoft va Yahoo kabi kompaniyalar har doim Facebook’ga egalik qilishga qiziqishgan. Ular -yillar davomida Facebook’ni sotib olishga bir necha bor uringan. Biroq Sukerberg ularning 1 mlrd dan tortib 15 mlrd gacha bo‘lgan takliflarini rad etgan.

11. Facebook’ka bo‘lgan ogohlantirishlar

Angliya va Uels Katolik cherkovlari rahbarlari Facebook va MySpace tarmoqlariga ogohlantirish bergan. Bunga sabab ushbu platformalar o‘smirlarga vaqtinchalik munosabatlar qurish imkonini berib, haqiqiy insoniy hayotni barbod qilishi va o‘z joniga qasd qilish holatlarini ko‘paytirish borasidagi iddaolar edi.

12. Piter Til kim?

Piter Til amerikalik biznesmen va filantropdir. U 2004-yilda Facebook’ka sarmoya kiritgan ilk investor sanaladi. O‘shanda Til 500,000 dollarik sarmoyasi bilan 10,2% lik aksiya sotib olgan va kompaniya direktorlar kengashi a’zosiga aylangan.

“İqtisadi səviyyədə əlaqələrdən razılığımı ifadə edə bilərəm”

Koreya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Tonq-op KİM qəzetimizin “Səfir danışır” rubrikasına müsahibəsində ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdən və bundan sonra görüləcək işlər haqqında danışdı.
Viza sistemini sadələşdirə bilmirik

– Cənab səfir, artıq bir ildir ki, ölkəmizdə diplomat kimi fəaliyyətə başlamısınız. Təəssüratlarınız necədir?

– Bildiyiniz kimi, 2018-ci ilin noyabr ayından Azərbaycana gəlmiş və əsasən Bakıda fəaliyyət göstərmişəm. Eyni zamanda, Gürcüstana təyin olunmuş səfir olduğumdan orda bir neçə dəfə ezamiyyətdə olmuşam. Ümumiyyətlə, proqramım o qədər məşğul olub ki, hələ regionlara rəsmi səfər edə bilməmişəm. Səfərlərə hazırlıq görülsə də, proqramdakı qəfil dəyişikliklərə görə təxirə salınıb. Ona görə də regionlardan hələ ki, yalnız Qəbələ rayonunda olmuş, Şəkiyə də az vaxt ərzində baxa bilmişəm. Bu baxımdan mənim gələn ilk olaraq görəcəyim işlərdən biri də Naxçıvana, Qəbələyə və Gəncəyə rəsmi səfərlər etməkdir. Bununla həmçinin koreyalı turistlər üçün maraqlı ola biləcək turistik regionlarınıza onlardan əvvəl gedib baxmaq, gözlərimlə görmək istəyirəm. Çox istərdim və çalışacağam ki,
proqramım gələn il mənə rəsmi səfərlərimi başa çatdırmağa imkan versin.

– Yeri gəlmişkən, Koreya azərbaycanlı turistlər üçün cəlbedici məkandır. Birbaşa hava reysinin olmaması qarşılıqlı səfərlərə maneçilik yaradır. Koreya tərəfdən vizanın sadələşdirilməsi də vacib məsələlərdəndir. Bu istiqamətdə hansı işlər görüləcək?

– Qeyd etdikləriniz diplomat olaraq gələcəkdə də üzərində çox çalışmalı olduğumuz mövzulardır. Bunlar ikitərəfli əlaqənin inkişafı üçün əsas standartlardan biridir. Bildiyiniz kimi, Azərbaycan vətəndaşlarının Koreyaya getməsi üçün viza tələb olunur. Koreya vətəndaşları üçün isə Azərbaycana daxil olarkən sadələşdirilmiş viza sistemimövcuddur. Belə ki əvvəllər koreyalılar viza üçün Koreyadakı Azərbaycan Səfirliyinə getməli idilərsə, indi vizanı online və ya Bakıya daxil olarkən hava limanında ala bilirlər. Biz buna görə dövlətinizə həmişə təşəkkür edirik. Mən çox istərdim ki, belə viza məsələləri qarşılıqlı olaraq eyni səviyyədə həll olunsun. Təəssüf ki, bu Koreyada belə deyildir. Orada Azərbaycan xüsusi bir dövlət kimi kateqoriyaya bölünmür və postsovet ölkələrinin içərisinə daxildir. Biz isə postsovet ölkələrinə ümumi viza sistemi tətbiq edirik. Postsovet ölkələrindən Koreyaya gəlib orada qeyri-qanuni iş fəaliyyəti ilə məşğul olan insanların sayı artır. Onların viza müddətləri keçir və öz vətənlərinə qayıtmırlar. Bu hal bəzən cənub-şərqi asiyalılar arasında da müşahidə olunur. Bu, cəmiyyətimizdə problemə gətirib çıxarır. Ona görə biz Azərbaycan vətəndaşları üçün viza sistemini sadələşdirə bilmirik. Əlbəttə, əminəm ki, azərbaycanlılar Koreyaya gedib bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olmazlar, amma hal-hazırda mövcud vəziyyəti bildirmək istəyirəm. Azərbaycanlıların turist kimi Koreyaya marağının çoxalmasına gəlincə isə düz qeyd edirsiniz, son vaxtlar Koreyaya səfər edən azərbaycanlıların sayında artım müşahidə olunur.
Ancaq bu rəqəm hələlik viza sisteminin asanlaşdırılması üçün tələb olunan səviyyədə deyil. Həm də bu mövqedən yanaşaraq biz Azərbaycana xüsusi viza sistemi tətbiq edə bilmirik.
Samsung və LG, Hyundai
– Cənab səfir, ümumiyyətlə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı sizi qane edirmi? Sizcə hansı sahələr üzrə işlərin daha çox qurulmasına ehtiyac var?
– Səfir kimi mənim işim ikitərəfli əlaqələrdə zəif olan sahələri təyin etmək və onları daha da inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan, hazırda əlaqələrin səviyyəsindən razı deyiləm. Çox adamlar deyirlər ki, ikitərəfli əlaqələri qiymətləndirmək üçün ölkələr arasında ticarət dövriyyəsinə, iş adamlarının ölkələrdə nə qədər fəaliyyət göstərdiyinə və yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin sayına baxmaq lazımdır. Amma düşünürəm ki, ölkələrimiz arasındakı əlaqələrin səviyyəsini ölçmək üçün iki ölkə xalqının bir-biri ilə nə qədər yaxından əlaqədə olduğunu, bir birinin mədəniyyətini nə qədər yaxşı başa düşdüyünə baxmaq lazımdır. Bu kimi elementlər uzun müddətli əlaqələri inkişaf etdirən başlıca amillərdir və qiymətləndirmə də bunlara görə edilməlidir.
Qısa tarixçə olaraq bildirim ki, Koreya-Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 2006-cı ilin mayında Koreya Respublikasının Prezidenti Roh Mu Hyun Azərbaycana rəsmi səfər edib, 2007-ci ildə cənab prezident İlham Əliyev Koreya Respublikasında rəsmi səfərdə olub. Eyni zamanda, prezidentinizin 2012-ci ildə Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün yenidən Koreyaya səfər etməsi bu günə qədər olan dövlət başçısı
səviyyəsində mübadilələrdəndir. Yüksək rütbəli dövlət rəsmiləri səviyyəsində isə indiyədək çoxlu səfərlər təşkil olunub. Ən son səfərlərdən biri də bu ilin oktyabr ayında Koreya Milli Assambleyasının sədri cənab Mun Hi-sanqın Azərbaycana rəsmi səfəridir. Ondan əvvəl isə Milli Məclisin spikeri cənab Oqtay Əsədov iki dəfə Koreyaya səfər edib. Bu baxımdan, siyasi səviyyədə Koreya-Azərbaycan əlaqələrinin inkişafının lazımi dərəcədə olduğunu qeyd etmək olar. İqtisadi əlaqələrin inkişafına gəlincə, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 178 milyon dollar olub. Ümumiyyətlə, əlaqələr qurulduqdan sonra ən çox ticarət dövriyyəmizdə rekord rəqəm 300 milyon dollardan çox olub. İqtisadi səviyyədə əlaqələrdən razılığımı ifadə edə bilərəm. Samsung və LG elektroniks məhsullarına, Hyundai maşınlarına və müxtəlif Koreya istehsalı ev avadanlıqlarına Azərbaycanda yəqin ki çox rast gəlirsiniz. Bunlar Azərbaycana çox idxal olunur və onları istifadə edən zaman insanlar bir az da olsa Koreya haqqında düşünür.

– Koreyanın inkişaf etmiş iqtisadiyyatı var. Azərbaycan Prezidenti də xarici investorları ölkəmizə sərmayə qoymağa çağırır. Koreya şirkətlərinin Azərbaycan bazarına maraqları artırmı?

– Koreyanın dünyada çox məşhur şirkətləri var. Onlar təkcə Azərbaycana deyil, dünyanın bir çox ölkələrinə sərmayə qoyub aktiv şəkildə fəaliyyət göstərməyə və daha da böyüməyə çalışırlar. Bu baxımdan, Azərbaycan da onlar üçün maraqlıdır. Lakin hər ölkədə olduğu kimi Azərbaycanla da iş birliyinin müsbət və mənfi tərəfləri var. Mənfi tərəflərdən biri Azərbaycanın Koreyadan uzaqda yerləşməsi, eyni zamanda Azərbaycanın miqyası az olan bazarı ilə bağlıdır. Belə ki, Azərbaycanın 10 milyon nəfər əhalisi var və buradakı bazar böyük deyil. Müsbət cəhəti isə Azərbaycanda enerji sahəsinin olmasıdır. Ölkədə son vaxtlar böyük miqyaslı zavodlarıntikintisini Koreya şirkətləri müsbət dəyərləndirir. SOCAR-ın gübrə zavodu Samsung Engineering-ə tapşırılmışdı və çox uğurla tamamlandı. Bundan əlavə, Koreya şirkətləri Azərbaycanda həyata keçirilən zavod tikintilərində iştirak etmək üçün sizin tenderlərinizə qatılmağa çalışırlar. Koreya firmalarının Azərbaycanda çox olması da məhz bu tenderlərin nəticəsinə bağlıdır. Bu tenderlərdə rəqabət o qədər güclüdür ki, təəssüf ki, Koreya şirkətləri çox vaxt qalib gələ bilmirlər. Ona görə də bazarda çox görünmürlər. Şirkətlərdən danışarkən, “Herim İnşaat” şirkətini də qeyd etməliyəm. Bu şirkət planlaşdırma və bina tikintisi ilə məşğul olur. Məsələn, Azərbaycandakı “Olimpiya” stadionu da, “Azərsun”un yeni binası da bu şirkət tərəfindən tikilib.
Koreyada oxumaq istəyənlər çoxdur

– Koreya 2020-2021-ci təhsil ili üzrə təqaüd proqramı elan edib. Ümumiyyətlə, azərbaycanlıları Koreyanın təhsili nə dərəcədə cəlb edir?

– Uzunmüddətli əlaqəni inkişafını təmin edən sahələrdən biri də cavan tələbələr arasında mübadilə, yəni təhsil sahəsidir. Bəli, Azərbaycanla Koreya arasında təhsil sahəsində əlaqələr inkişaf edir və bunun üçün çalışırıq. Məndə olan məlumata görə, Azərbaycandan çoxlu sayda tələbələr Koreyaya gedərək təhsillərini orda davam etdirmək istəyirlər. Çox istərdim ki, həmin gənclərin hamısı getsin, amma Koreya təhsili dünyada çox tanındığından orda oxumaq istəyənlər də çoxdur. Ona görə biz bu tələbələrin sayının artırılması barədə düşünürük. Hər il bakalavr səviyyəsində səfirlik özü bir nəfəri, magistr səviyyəsində 3 nəfəri seçib Koreyaya oxumağa göndərir. Lakin səfirlikdən əlavə, Koreyada təhsil institutlarına birbaşa sənəd vermək olur və onlar özləri də Azərbaycandan tələbələr seçdiyi üçün hal-hazırda Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədərdir. Fikirləşə bilərsiniz ki, təqaüdlə bir ildə 4 nəfər tələbənin Koreyaya göndərilməsi elə də böyük rəqəm deyil. Amma indiyə qədər 100 nəfər azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Koreyada təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Biz özümüz də 4 rəqəminin az olduğunu düşünərək, Seula yerlərin çoxaldılması ilə bağlı müraciət edirik. Ancaq təkcə bizim yox, dünyadakı bütün Koreya səfirliklərinin bu tipli müraciətlər etdiyini düşünsəniz, onda məsələnin necə qəliz olduğunu anlaya bilərsiniz. Seulda da bu barədə ciddi düşünürlər.

– Bir neçə ay öncə Bakıda Koreya Peşə Məktəbinin fəaliyyəti ilə bağlı mətbuat konfransında mən də iştirak etdim. Gələcəkdə bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur?

– Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə tikilib. Bu ilin sentyabrında mərkəzin açılış tədbirində Prezident İlham Əliyev də iştirak edib. Mən isə 15 oktyabrda təhsil naziri cənab Ceyhun Bayramovla birlikdə orda keçirilən “Sənaye-peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda iştirak etmişdim. Konfransda da bu fikri səsləndirdim ki, bu tipli peşə məktəblərinin bir neçəsini tikmək olar. Əsas odur ki, o məktəblərdə koreyalıların düşüncəsi, qısa zaman kəsiyində onların necə inkişafa nail olması məsələləri və s. də öyrədilsin. Vurğulamaq istəyirəm ki, səylə çalışaraq hər hansı bacarığa nail olmaq lazımdır. Bu tip bacarıqlara yiyələnmədən inkişafa nail olmaq, cəmiyyəti, dövləti inkişaf etdirmək olmaz. Hesab edirəm ki, tədris mərkəzlərində belə düşüncələr də tələbələrə öyrədilməlidir.

– Həmin mətbuat konfransında “Nə üçün qadınlar üçün məsələn, dərzilik, toxuculuq, aşpazlıq, bərbərlik və s. kimi peşələr nəzərdə tutulmayıb?” deyə maraqlansam da, qane edən cavab almadım. Bu peşələrə də tələbatın böyüklüyünü nəzərə alıb indi eyni sualı sizə ünvanlayıram.

– Düz qeyd edirsiniz. Amma Koreya dövləti özü proqramın növünü seçərək onu dəstəkləmir. Biz Azərbaycanın dövlətindən gələn təklifə uyğun olaraq dəstəyimizi istiqamətləndirir və sizin dövlət idarələri ilə yaxından əlaqələr saxlayırıq. Biz onlarla məsləhətləşdik və hal-hazırda ən ehtiyac olan sahələr üzrə peşə-təhsil mərkəzinə dəstək verməyə qərar verdik. Nazirlər Kabineti də bu işlə məşğul olur. Lakin düşünürəm ki, gələcəkdə qadınlar üçün də belə təhsil mərkəzləri yaradıla bilər. Məsələn, Koreya pariklər- süni saç texnikası üzrə ən yaxşı təcrübəyə malikdir və bu məhsulu dünyaya ixrac edir. Gələcəkdə bu sahə də daxil olmaqla qeyd etdiyiniz peşələr üzrə təhsil mərkəzləri yaradıla bilər.

Yarımadadakı sülh

– Koreya Səfirliyi həmişə Azərbaycandakı qaçqın qəsəbələri ilə bağlı müxtəlif, xüsusən sosial yönümlü layihələr həyata keçirir. Səfir kimi sizin proqramınızda belə layihələr yer alıbmı?

– Koreya Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dövlət səviyyəsində maraq göstərir. Belə ki, biz 2014-cü ildən həmin məcburi köçkünlər üçün dəstək proqramları həyata keçiririk. Əlbəttə ki, bu dəstəyin miqyası qaçqınların başına gələn hadisələrlə, onların yaşadıqları ağrı-əzablarla müqayisədə elə də böyük deyil. Lakin biz Koreya Səfirliyi olaraq hər il dövlət büdcəsindən ayrılan vəsaitlərlə müxtəlif işlər görməyə çalışırıq. Bu dəstək tədbirləri müxtəlif formalarda olur. Tədbirlər ildə bir dəfə bir və ya iki gün olmaqla məcburi köçkünlərin yaşadığı hər hansı bir qəsəbədə həyata keçirilir. Bu ilin sentyabr ayında isə biz Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində bu layihəni həyata keçirdik. Yaşayış kompleksinin
ərazisində Ağdam və Laçın rayon orta məktəblərinə praktiki olaraq istifadə edə biləcəkləri müxtəlif texniki avadanlıqlar, şagirdlərə isə dərs ləvazimatı təqdim etdik. Ümumiyyətlə, bu tədbirlərdə Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) böyük rolu var. SEBA Koreya Şərq Təbabəti Klinikasının tibbi heyəti də həmin qəsəbələrə bizimlə birlikdə həmişə baş çəkir və könüllü tibbi xidmətlərini göstərirlər. Hesab edirəm ki, onların həyata keçirdiyi tibbi xidmətin böyük əhəmiyyəti var. Onlar həmin gün Bakıdakı xəstəxanalarının fəaliyyətini dayandırır və o əraziyə baş çəkərək oradakı insanları müayinə edir, lazım gələrsə müalicəsi ilə məşğul olurlar.

– Cənubi Koreya ilə Şimali Koreya arasında münasibətlərdə son illər canlanma hiss olunur. Hansı dəyişikliklərdən danışmaq olar?

– Şimali və Cənub Koreya arasında əlaqələrdə dəyişiklik dinamik şəkildə baş verir. 1950-ci ildə bizim Şimali Koreya ilə müharibəmiz baş verib. Ondan sonra isə dünyada soyuq müharibə dövrü başlayıb. Həmin dövrdə Şimali və Cənubi Koreya bir-birlərinə əks mövqelərdə olublar. Ona görə bu iki dövlət arasında bir-birinə qarşı həmişə bir düşmənçilik hissi olub. Əlbəttə, biz eyni xalq olduğumuzu düşünərək həmişə ürəyimizdə birləşmək hisslərini yaşatmışıq. Təəssüf ki, bu düşmənçilik hisslərinə görə birləşmək o qədər də asan deyil. Əvvəllər Şimal və Cənubi koreyalılar özlərini müharibədən bir dəqiqə əvvəlki zaman kəsiyində hiss edirdilər. Yəni onlar hər an müharibə edə bilərdilər. Ancaq son iki il ərzində bizim aramızda dialoq üçün səylər çoxalıb. Bu da Koreya yarımadasına keçmiş illərdən daha çox sülhün bərqərar olunmasına gətirib çıxarıb. Hazırda yarımadada demək olar ki, sülh bərqərardır. Lakin mən bu sülhü heç də stabil sülh adlandırmazdım. İndiki sülh hər an yox ola biləcək qədər zəifdir. Ona görə bütün səyimizi sərf edərək sülhün yarımadada daim bərqərar
olmasına çalışırıq. Şimali Koreyanın da həmçinin eyni məqsəd üçün çalışmasına ümid edirik.

Koreyanın ənənəvi təqvimi

– Ölkələr arasında mədəniyyət həmişə körpü yaradır. Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var?

– Xalqlar arasında qarşılıqlı anlaşma və ikitərəfli əlaqənin uzun müddətli inkişafı üçün təhsil və mədəniyyət sahələri çox vacibdir. Bizim səfirlik olaraq hər il həyata keçirdiyimiz tədbirlər silsiləsi var. Bu kimi tədbirlərdən sonra biz onların Azərbaycan xalqında doğurduğu hisslər və yaratdığı rəyləri toplayaraq gələn il üçün daha yaxşı tədbir hazırlamağa çalışırıq. Koreya Pop musiqi yarışması, Taekvondo üzrə Koreya səfir kuboku artıq neçə ildir ki, davamlı olaraq Azərbaycanda keçirilir. İki ildən bir biz Koreya mətbəx festivalı keçirir və eyni zamanda Koreya musiqiçilərinin konsertlərini təşkil edirik. Düşünürəm ki, milli mədəniyyəti də həmişə diqqətdə saxlayıb qorumaq lazımdır. Bu mənada Azərbaycanın və Koreyanın milli mədəniyyətinə aid olan müxtəlif tədbirlər də tez-tez təşkil olunmalıdır.

– Cənab səfir, Yeni il yaxınlaşır. Siz bayramı necə qeyd edirsiniz. Ənənəniz maraqlıdır?

– Koreyada bütün dünyanın istifadə etdiyi müasir və ondan əvvəl istifadə olunan ənənəvi təqvim vardır ki, ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır. Günəş təqviminə əsasən, yanvarın 1-i Yeni ilin başlanğıcı hesab olunur. Bizim ənənəvi Ay təqviminə görə isə Yeni ilimizin vaxtı hər il bir az dəyişsə də adətən yanvarın sonu, fevralın əvvəllərinə təsadüf edir. O gün həm də Koreyanın ən böyük bayramlarından biri olan Solnal qeyd olunur. Adətən bu bayramda bütün ailə üzvləri bir yerə yığışaraq, Cesa mərasimi keçirilir – ölən yaxınlarına ehsan verilir, uşaqlar böyüklərdən bayram xərcliyi alır, müxtəlif milli oyunlar noldviqi (bir uzun taxtanın ortasına daş qoyulur hər iki tərəfində isə uşaqlar duraraq, sıra ilə hoppanırlar), ceqiçaqi (ceqi adlanan ortasında dəmir parçası ətrafında isə tük olan oyuncağı havaya atıb ayaqları ilə vuraraq onun davamlı havada saxlamağa çalışırlar) və s. oynayırlar. Bu bayramda mütləq milli yeməklərimizdən olan doq adlanan düyüdən hazırlanmış şirniyyat yeyilir. Ailə üzvləri bir-birini təbrik edir, xoş arzular diləyir, və dadlı təamları yeməyə çalışırlar. Bu bayramda bütün ailə üzvləri adətən bir araya yığışır və dövlət bu ərəfədə həmişə ən azı dörd gün qeyri-iş günü elan edir.
Söhbətləşdi
Təranə Məhərrəmova

Comments are closed, but trackbacks and pingbacks are open.