Press "Enter" to skip to content

Qədr gecəsində saat neçəyə kimi oyaq qalmaq lazımdır

Əlavə Qədr gecəsinin özünə aid xüsusi namazları var ki, qılınması vacib deyil, lakin qılınsa, savabı çoxdur. Dualar, zikrlər var, namaz qıla bilməsə belə, sözlərini təkrarlasa və ya dini söhbətlər etsə, Allah ona savabını verər. Əsl savab da etdiyi əməllərə görə olar.

Moskvada Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına xarici pasportlar veriləcək

Azərbaycanın Rusiyadakı səfirliyinin konsul xidmətinin nəzdində pasportların alınması üçün Azərbaycan vətəndaşlarının sənədləşdirilməsi başlayıb. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə səfirlikdə bu istiqamətə rəhbərlik edən, Azərbaycan DİN-in RF-dəki nümayəndəsi Vaqif Şərifov məlumat verib.

Bundan başqa, o qeyd edib ki, Rusiya ərazisində yaşayan və işləyən soydaşlara yardımın göstərilməsi üzrə dövlət komissiyasının tədbirləri çərçivəsində Azərbaycan prezidenti İ.Əliyevin tapşırığının icrası məqsədilə Azərbaycan DİN səfirlikdə pasportların alınması üçün sənədlərin rəsmiləşdirilməsi üzrə xidmət təşkil edib. “Azərbaycan DİN-dən Moskva və Sankt-Peterburqa əməkdaşlar ezam ediliblər. Onlar sənədləri vətəndaşlardan qəbul edir və Respublika DİN-in müvafiq şöbəsinə göndərirlər. Sonra hazır xarici pasportlar bir ay ərzində öz sahiblərinə verilir. Bu iş Azərbaycan DİN başçısı Ramil Usubovun birbaşa nəzarəti altındadır”, – deyə Vaqif Şərifov bildirib.

Onun sözlərinə görə, yeni pasport almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: şəxsiyyət vəsiqəsi (əsli və surəti), dövlət rüsumunun ödənilməsi haqqında qəbz, 35 yaşa qədər kişilər üçün hərbi bilet və fotoşəkillər. Sənədlərin rəsmiləşdirilməsi müddəti 1 aydır. Sonra pasportlar Bakıdan Rusiyada olan Azərbaycan vətəndaşlarına göndərilir. “Paspotda gediş-gəliş, yəni RF sərhəddindən keçmə haqqında möhürün olması ilə bağlı problemlərdən qaçmaq üçün Moskvada verilən pasportlarda möhür qoyulur ki, pasport Azərbaycanın Rusiyadakı səfirliyinin konsul xidməti tərəfindən verilib”, – deyə Vaqif Şərifov qeyd edib.

Qədr gecəsində saat neçəyə kimi oyaq qalmaq lazımdır?

Bu gün artıq mübarək Ramazan ayının 18-ci günüdür. İlk qədr gecəsi də məhz bu günə təsadüf edir. Qədr gecəsində nələr etmək və saat neçəyə qədər oyaq qalmaq lazımdır?

Sonxeber.az mövzuyla bağlı suallarını ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmova ünvanlayıb.

O bildirib ki, Qədr gecəsi əhya gecəsidir (“əhya” “həyy”, yəni “diri” sözündən götürülüb və diri olmaq, oyaq qalmaq mənasını verir).

“Allah “Quran”ı həmin gecədə nazil edib. “Qədr” surəsində də deyildiyi kimi, bu gecə min aydan xeyirlidir. Qədr gecəsində ibadət min ay ibadət eləməkdən, cihad etməkdən fəzilətlidir.

Məsələn, bir nəfər iftarını açıb, namazını qılıb, qeybətdən, dedi-qodudan uzaq olsa, harama baxmasa, sübh azanına qədər oyaq qalsa, Allah fəzilət savabını ona verər.

Əlavə Qədr gecəsinin özünə aid xüsusi namazları var ki, qılınması vacib deyil, lakin qılınsa, savabı çoxdur. Dualar, zikrlər var, namaz qıla bilməsə belə, sözlərini təkrarlasa və ya dini söhbətlər etsə, Allah ona savabını verər. Əsl savab da etdiyi əməllərə görə olar.

Sübh azanına qədər oyaq qalmaq kifayətdir. “Qədr” surəsinin sonunda da deyilir ki, o gecə mələklər nazil olarlar və dan yeri sökülənə kimi salamatlıq olar”.

Xəbərlər Baxılıb: 3586 Tarix: 19 aprel 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

Nəvədən nənəyə qarşı DƏHŞƏT: Onu diri-diri soyuducuya qoydu

ABŞ-ın Corciya ştatında nəvə öz nənəsini öldürüb, sonra tikə-tikə doğrayaraq soyuducuya qoyub. -ın -a istinadla məlumatına görə, 82 yaşlı Doris Kamminq keçən ilin dekabrında öldürülüb, lakin onun qalıqları cəmi bir neçə gün əvvəl tapılıb. Vəhşi qətldən sonra II Robert Keit Tinçer adlı gənc polis on

Tanınmış aktrisa vəfat etdi

Jan-Pol Belmondo ilə “Okean kənarında həftə sonu” filmində rol alan italyan aktrisa Ketrin Spaak vəfat edib. BİG.AZ axşam.az-a istinadən xəbər verir ki, aktrisa 77 yaşında Romadakı klinikalardan birində dünyasını dəyişib. Xatırladaq ki, Ketrin 2020-ci ildə beyin qanaması keçirib. Qeyd edə

İnanc, yoxsa xurafat?: At qəbri insanların ziyarət yerinə çevrilib – VİDEO

Qubanın dağlıq və qədim kəndlərindən olan Talabı kəndində atı da insan kimi kəfənləyərək dəfn ediblər. At qəbri kəndin 67 yaşlı sakini Xudayət Kərimovun ulu babasına məxsusdur. O, iki əsrə yaxındır ki, at qəbrinin olduğunu deyir. Heyvanın qəbrinin üzərinə daş da qoyulub. At qəbrinin yanında olan digə

Şoumen polis şöbəsinə aparıldı

Rusiyalı şoumen Maksim Qalkin İsrail polisi tərəfindən dindirilib. BİG.AZ axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün polis şöbəsinə aparılaraq dostunun çimərlikdə hansı şəraitdə ölməsi ilə bağlı sorğu-sual edilib. Bildirilir ki, Maksim onu görən sonuncu şəxs olub. Bu barədə M.Qalkinin qonşular

ŞOK MƏNZƏRƏ: Evindən 4 maşın zibil çıxdı – FOTO

Türkiyənin Nazilli şəhərindəki Zəfər Məhəlləsində tək yaşayan Nurten Arzumanın qonşuları bələdiyyəyə şikayət edib. xarici mətbuata istinadən bildirir ki, qonşuların şikayətə səbəb onun evindən gələn pis qoxular olub. Bələdiyyə işçiləri onun evinə baxış keçirən zaman Arzumanın evinin zibillik olduğun

Azərbaycanlı kriminal avtoritet ƏLƏ KEÇDİ

Kriminal aləmdə “Astarxan Anar” ləqəbi ilə tanınan Lənkəran şəhər sakini saxlanılıb. -ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, şəhər sakini Anar İsmayılov və onun başçılıq etdiyi kriminal qruplaşmanın üzvləri Xəzər rayonu Binə qəsəbəsində polisin keçirdiyi əməliyyat zaman

“TikTok-dan gündə 200 dollar qazanıram”

Rejissor Kənan Mahmudov TikTok-dan qazandığı gəlirin miqdarını açıqlayıb. OLAY yazır ki, sənətçi bu barədə “Günə doğru” proqramına açıqlamasında bildirib. Kənan bildirib ki, sozügedən platformanın canlı yayımlarından gün ərizində təxminən 200 dollar qazancı olur:. “Əvvəl hesab açanda fikirləşdi

“Patı” bəlası: dişlər tökülür, beyin “quruyur”, dəliyə çevirir. – VİDEO

Narkotiklərin bütün növləri asılılıq yaradan, gələcəyimizi məhv edən maddələrdir. Qaynar TV narkomaniyaya qarşı maarifləndirmə işlərinə dəstək olaraq mütəmadi şəkildə bu mövzunu işıqlandırır. Son illər ölkəmizdə artan “patı” təhlükəsi isə bu məsələni daha da aktuallaşdırıb. Bəs “patı”nı

Sevdiyi qızı intihara məcbur edən İsmayıl – “Belə bitməsini istəmirdim”

Şəkidə sevdiyi qızı intihara məcbur etməkdə ittiham edilən 21 yaşlı İsmayıl Rəhimov ona verilən cəzadan narazıdır. “Qafqazinfo”nun məlumatına görə, 2001-ci il təvəllüdlü Məlahət Quliyevaya (ad və soyad şərtidir) hədə-qorxu gələrək onu özünü öldürməyə məcbur edən və Cinayət Məcəlləsinin 125-c

Comments are closed, but trackbacks and pingbacks are open.