Facebookda səhifələri necə bloklaya bilərəm
Profilinizin bağlanmasının ikinci səbəbi şikayət olunmasıdır. Hər hansı bir postu paylaşırsız və buna görə insanlar sizin səhifənizi, postunuzu şikayət edəndə profil müvəqqəti və ya həmişəlik bağlanır. Bunun qarşısını almaq üçün həmin sosial şəbəkələrə ilk qeydiyyat zamanı sizdən təsdiqlənməsi tələb olunan qayda qanunlara əməl etməyinizdir. Həmin qaydaları diqqətlə oxuyun və təsdiq edin, təsdiq etmiş andan bəri həmin qaydalar pozulanda profil avtomatik olaraq bloklanır. Bloklanmış profillərin geri qaytarılması daha çox “instaqram”, “facebook” və digər platformalar üzərindən həyata keçirilir və şikayətinizlə bağlı geri dönüş edirlər. Onlar şikayətinizə baxır əgərləri siz orada arqument verə bilsəz ki, mənim profilim dondurulub və dayandırmamalıdır, bunu sübut etdiyiniz halda profil geri qaytarılır.
Sosial şəbəkə profilləri və ya səhifələri niyə bloklanır? – ARAŞDIRMA
Bu gün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Milyonlarla insan onlardan təkcə əyləncə üçün deyil, həm də biznes, müştəri ilə birbaşa ünsiyyət, müxtəlif analitiklərin toplanması və hətta iş axtarmaq üçün fəal şəkildə istifadə edir. Amma son illər sosial şəbəkələr kibercinayətkarları daha çox cəlb edir. Fırıldaqçılar saxta hesablar yaradır və zərərli məzmunu görünməmiş miqyasda və görünməmiş səmərəliliklə yayırlar.
Ekspertlər son bir neçə ildə sosial şəbəkələrdən istifadə etməklə həyata keçirilən bir sıra son dərəcə təhlükəli və dağıdıcı kiberhücumların fəaliyyət göstərdiyini qeyd edirlər. Hesab oğurluğu və digər məqsədyönlü sosial media hücumlarının təsirini minimuma endirmək üçün ekspertlər etibar edə bilmədiyiniz istifadəçilərlə qarşılıqlı əlaqənizi məhdudlaşdırmağı tövsiyə edir.
Mütəxəssislər işçiləri, menecerləri və biznesləri sosial media təhdidlərindən qorumaq üçün avtomatlaşdırılmış sosial media mühafizəsi alətinin tətbiqini tövsiyə edir. Məlum məsələdir ki, son dönəmlər sosial şəbəkələrdə bir çox saytlara və profillərə qarşı təxribat işləri həyata keçirilir.
Sosial şəbəkələr və smartfonlar üzərindən yayılmasına cəhd edilən müharibə haqqında bütün təxribat xarakterli məlumatlar, şəkillər və videoyazılar bloklanmalıdır. Bir istifadəçinin bu məlumatı yaymaması, onun digər istifadəçiyə çatmasının qarşısını alır. Vətən müharibəsi şəraitində ən dürüst və yeganə məlumat mənbəyi rəsmi şəxslər və dövlət qurumlarıdır, bunu daima yadda saxlamalıyıq. Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlar ən yaxşı halda təsdiq olunmamış məlumat və ya şaiyə, ən pis halda isə təxribatdır.
Media eksperti, Əməkdar jurnalist Azər Həsrət SİA-ya açıqlamasında sosial mediaya olan hücumların xüsusən də o sahədə saxta profillərdən istifadənin, eyni zamanda çox məşhur insanların hesablarının ələ keçirilməsini hibrid müharibənin tərkib hissəsidir deyərək vurğulayıb. Yəni Azərbaycana qarşı həm ölkə içində, həm ölkə xaricində müəyyən qüvvələr və mərkəzlər dayanmadan müharibə aparırlar.
Təbiidir ki, bu müharibədə özəlliklə də informasiya yaymaq üçün ən əlverişli platformalar olan sosial media hesablarının ələ keçirilməsi öndə gəlir. Təsəvvür edin ki, məşhur bir adamın hesabını ələ keçirirlər və həmin hesabdan yalan informasiya yayıb ictimai rəyi çaşdırırlar. Belə hallar çox olub və nəticə etibarilə ölkədə ilkin rəyi çaşdırıb sonra onu düzəltmək üçün müəyyən vaxt tələb olunur. Bütün bunların arxasında o qüvvələr dayanır ki, onlar Azərbaycanın bir dövlət kimi inkişaf etməsini, ayaqda durmasını, sabitliyini istəmirlər. Ölkəmizin Ermənistan üzərində olan qələbəni hələ də həzm edə bilmir, ümumiyyətlə Azərbaycanı bir türk dövləti olaraq bu qədər irəli getməsini qəbullana bilmirlər. Ona görə də onlar bu cür sosial media cinayətlərini həyata keçirməyə çalışırlar. Azərbaycanın ictimai rəyini qarmaqarışıq etmək, əlavə olaraq saxta profillərlə azərbaycanlının ad-soyadı altında daxili ictimai rəyə təsir etmək üçün manipulyasiyalar etməklə məşğuldur. Bu profillərin arxasında gizlənərək bir qayda olaraq vətəndaşların ürəyi yanırmış kimi göstərir və bizim bəzi dayaz düşüncəli insanlarımız buna aldanır, onların arxasınca gedirlər. Son günlər baş verən qarşıdurma zamanı Ermənistan Azərbaycana təcavüz etməyə cəhd etdi, Azərbaycan ordusu da əlbəttə ki, o təcavüzün cavabını verməyə məcbur oldu və bu yöndə bizim şəhidlərimiz də oldu, amma vətən torpağının bütünlüyünü qoruya bildik. Mediada ermənilərin tərəfdarları olan adamlar saxta profillərdə gizlənmiş azərbaycanlı kimi özünü təqdim edərək “niyə bu şəhidləri verdik”, “niyə kasıbların uşaqları öldü” şüarı altında xalqın yumşaq yerindən vurmağa çalışırlar.
Deyilən problemlə bağlı bizim təkliflərimiz illər öncə də olub, indi də təkrarlayıram. Azərbaycan daxilində sosial media istifadəçiləri ilə bağlı çəki düzən verilməlidir. Bunu illər öncə ABŞ-da da müzakirə ediblər. Düşünürəm ki, ən ağlabatan və məntiqli yol budur. Sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun. Onda artıq saxta səhifələri açmaq problemi yaranacaq. Mütləq adamın əlində şəxsiyyət vəsiqəsi olmalıdır ki, o vəsiqə ilə sosial mediada hesab açsın və o hesabdan da paylaşımlar etsin.
“Hər sosial şəbəkənin öz qayda-qanunları var, əgər siz o qaydaları pozsaz profilinizi bağlaya bilərlər. Bu qaydalar başqa insanların bəzi video platformalarda videoların paylaşması qadağasıdır”. Bu sözləri texnobloger Tariyel Ağazadə deyib.
Paylaşılan video irqi və ya ayrı-seçkilik, cinsi ayrı-seçkilik və yaxud insanlara qarşı nifrət oyadan bir mövzudursa dərhal həmin profil blok olunur.
Profilinizin bağlanmasının ikinci səbəbi şikayət olunmasıdır. Hər hansı bir postu paylaşırsız və buna görə insanlar sizin səhifənizi, postunuzu şikayət edəndə profil müvəqqəti və ya həmişəlik bağlanır. Bunun qarşısını almaq üçün həmin sosial şəbəkələrə ilk qeydiyyat zamanı sizdən təsdiqlənməsi tələb olunan qayda qanunlara əməl etməyinizdir. Həmin qaydaları diqqətlə oxuyun və təsdiq edin, təsdiq etmiş andan bəri həmin qaydalar pozulanda profil avtomatik olaraq bloklanır. Bloklanmış profillərin geri qaytarılması daha çox “instaqram”, “facebook” və digər platformalar üzərindən həyata keçirilir və şikayətinizlə bağlı geri dönüş edirlər. Onlar şikayətinizə baxır əgərləri siz orada arqument verə bilsəz ki, mənim profilim dondurulub və dayandırmamalıdır, bunu sübut etdiyiniz halda profil geri qaytarılır.
İT mütəxəssisi Fərhad Mirəliyev isə qeyd edir. Sosial şəbəkələrdə qeyri-normativ leksika, söyüş, nifrət nitqi, açıq müharibə çağırışları etmək olmaz, düşmən tərəfi alçaltmaq sizin profilə qarşı məhdudiyyətlərə gətirib çıxaracaq
– Düşmənin itkiləri olan video görüntüləri şəxsi profillərdə yaymaq və tirajlamaq olmaz.
– Provakasiya, hadisələrin şişirdilməsi, sensassiya xətrinə yalan və uydurma məzmunlar yayılmamalıdır.
– Mükəmməl şəkildə təbliğat aparan adamı belə kütləvi şəkildə, profil sahibi məni təhqir edir, narahat edir, paylaşımlarında olan fikirlər çox zərərlidir və s. kimi qeyd edərək şikayət edə, bir müddətlik profilin məhdudiyyət tətbiqinə nail ola bilərlər.
Əgər profilə məhdudiyyət tətbiq edilibsə, o zaman texniki dəstək xidmətinə müraciət edilməlidir. Məhdudiyyətin səbəbi araşdırılmalı və mümkün hallarda bu səbəb aradan qaldırılmalıdır. Bundan sonra sizdən doğrulama məlumatları tələb oluna bilər.
Bəs belə hallar hüquqi cəhətdən necə tənzimlənir?
Vəkillər kollegiyasının üzvü, vəkil Anar Ramazanov bu barədə SİA-ya danışıb.
Ümumiyyətlə bu kimi əməllər, yəni digər şəxsin müəyyən bir media qurumlarının saytlara, istənilən dövlət qurumlarına və ya hüquqi şəxslərin şəxsi işgüzar saytlarına qanunsuz olaraq daxilolma həmin sistemlərin mühafizəçi tədbirlərini pozmaqla müəyyən qanundan kənar addım ataraq informasiyaların çıxarılması, ötürülməsi, satılması Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində məsuliyyət yaradır. Və Cinayət Məcəlləsinin 30 cür fəsli ilə kibercinayətlər hesab olunur. Cinayət Məcəlləsinin bu əməllərlə bağlı bir neçə maddəsi nəzərdə tutulur. Bunlar 271, 272, 273, 273-1-2-ci maddələrdir. Bu kimi əməllər mütəmadi olaraq işin araşdırılması nəticəsində müəyyən olunursa ki, burada kompüter sisteminə qanunsuz daxilolma mövcuddur, orada saxlanan məlumatlara qanunsuz daxil olmaqla Cinayət Məcəlləsinin 271.1 ci maddəsi ilə cəzalandırılır və 2000 manatdan 4000 manata qədər cərimə etməklə və ya 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzanlandırla bilir. Əgər kompüterə daxil olaraq məlumatlar qanunsuz ələ keçirmək niyyəti ilə edilərsə bu zaman Cinayət Məcəlləsinin 272 maddəsi ilə məsuliyyət yaranır və 272.1-ci maddəsinə görə 2000-dən 4000-ə qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Havar Şəfiyeva
Facebookda səhifələri necə bloklaya bilərəm
“Facebook” son bir ayda Azərbaycanın xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllim bildirib ki, “Facebook” əsasən initihar xəbərlərinə və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib.
O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.
“Biz bağlanan səhifələrlə bağlı “Facebook”la əlaqə yartsaq da, heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin silinməsi “Facebook” da işləyən düşmənlərimiz tərəfindən məqsədli şəkildə silinə bilər. “Facebook” etdiyimiz müraciətlərə rəsmi cavab vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin eyni gündə bağlanmağını göstərmək olar.
Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı təxribatdır. Əvvəllər “Facebook”un rəsmi dəstək xəttinə (support) müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu. Hazırda isə “Facebook”un rəsmi partnyor şirkətləri vasitəsiyə müraciətlər olunsa da, onlara da cavab verilmir”, -deyə ekspert qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Facebook-da necə bloklanmaq olar
Bu, sizə Facebook-dan hesabınızın tutulmasını azad etməsini necə istəməyi öyrədəcək. O, həmçinin sizi bloklayan dostunuzdan bloklama tələb etmək üçün atacağınız addımları əhatə edir. Unutmayın ki, hesabınızın bloklanmasını təmin etmək üçün heç bir yol yoxdur; bunlar hesabınızı nəzərdən keçirmək üçün təqdim etmək üçün atmanız lazım olan addımlardır.
addım
Metod 1/2: Apellyasiya blokunun təqdim edilməsi
- Bu forma sizdən çıxmağınızı xahiş edən bir səhifə açırsa, brauzerinizi bağlayın və sonra yenidən açın. Davam etməzdən əvvəl brauzerinizin kukilərini də təmizləməli ola bilərsiniz.
- Bu, hazırda daxil ola bildiyiniz e-poçt ünvanı və ya telefon nömrəsi olmalıdır.
- Şəxsiyyət vəsiqənizin ön və arxa hissəsinin şəklini çəkin və kompüterinizə köçürün.
- basın faylları seçin
- Yükləmək üçün şəkilləri seçin.
- basın Açıq
- Hesabınız kimsə tərəfindən ələ keçirilib.
- Mübahisə etdiyiniz və ya razılaşmadığınız biri bütün yazılarınızı spam olaraq qeyd etdi.
- Facebook-un hesabınızı ləğv etməsinə səbəb olan hərəkətlərə görə sizdən başqa birinin məsuliyyət daşıdığına dair əyani sübutunuz var.
Metod 2/2: Dostunuzdan sizi blokdan çıxarmasını xahiş edin
- Dostunuzun sizi blokladığını təsdiqləyin. Bloklama şübhəsi ilə bağlı dostunuzla əlaqə saxlamağa cəhd etməzdən əvvəl, hesabını silmək və ya deaktiv etmək əvəzinə, həqiqətən də sizi blokladıqlarına əmin olun.
- İnsanın sizi niyə blokladığını düşünün. Əgər bloklama gözlənilmədən yaranıbsa, o şəxs iş və ya məktəb səbəbi ilə sizi bloklamış ola bilər (məsələn, yeni vəzifəyə təyin olunmuş menecerlər tez-tez müqavilələrinə əsasən işçilərini bloklamalı olurlar). Ancaq bu yaxınlarda həmin şəxslə ideoloji mübahisə və ya mübahisə etmisinizsə, bloklamanın daha şəxsi səbəbi ola bilər.
- Dostunuzla Facebook xaricində əlaqə qurmağın bir yolunu tapın. Telefon nömrəsi, e-poçt ünvanı və ya digər sosial media hesabını sınayın. Əgər sizin və şəxsin hər ikisinin hesabı varsa, LinkedIn kimi daha peşəkar xidmətdən də istifadə edə bilərsiniz.
- Dostunuzdan sizi niyə blokladıqlarını soruşun. Qeyri-qarşıdurma tonu ilə dostunuzdan nəzakətlə soruşun ki, onlar sizi bloklayıblarsa və əgər bloklayıblarsa, niyə bunu ediblər. Onlarla əlaqə saxlamaq istədiyinizi və münasibətlərinizi müzakirə etməyə hazır olduğunuzu bildirin.
- Dostunuzun cavabını nəzərdən keçirin. Dostunuzun dediklərindən asılı olaraq, blokun dayanmasına icazə verməli ola bilərsiniz (məsələn, yuxarıda qeyd olunan bu yaxınlarda irəli sürülən idarəetmə vəziyyəti). Bununla belə, əgər onlar sizi blokdan çıxarmağa açıqdırlarsa, vəziyyətin onların tərəfini dinləməyi unutmayın.
- Dostunuz ümumiyyətlə cavab vermirsə, daha çox əlaqə saxlamayın.
- Dostunuzdan yenidən sizinlə dost olmasını xahiş edin. Əgər onlar sizi blokdan çıxarmağa razılaşarsa, dostunuzdan özünüz göndərmək əvəzinə sizə dostluq sorğusu göndərməsini xahiş edin.
İcma sualları və cavabları
Bloklanmış hesabı geri ala bilərəmmi?
Niyə “şübhəli fəaliyyət var” mesajı alıram?
Facebook hesabım 72 saat bloklandı. Həmin 72 saat artıq bitib, lakin hələ də bloklanıb. Mən nə etməliyəm?
Facebook-da kimsə məni bloklayarsa, özümü blokdan çıxarmaq üçün nə edə bilərəm?
Məsləhətlər
- Sizi bloklayan şəxslə əlaqə qurmağın başqa bir yolu yeni Facebook hesabı yaratmaq, onun profilini tapmaq və oradan ona mesaj göndərməkdir. Bu, yalnız onların profilinin təhlükəsizlik parametrləri onlara baxmaq imkanı verdikdə işləyir və Facebook Messenger-in dost olmayan insanlar üçün filtrləmə sisteminə görə mesajınız birbaşa onlara göndərilə bilməz.
- Əgər Facebook nə vaxtsa təhlükəsizlik səbəbi ilə hesabınızı bloklayırsa, onlar Facebook-a daxil olmaq üçün istifadə etdiyiniz e-poçt ünvanına parol sıfırlama linki ilə e-poçt göndərəcəklər. Hesabınıza yenidən daxil olmaq üçün bu e-poçt ünvanını aça, linkə klikləyə və parolunuzu sıfırlaya bilərsiniz.
Xəbərdarlıqlar
- Sizi bloklayan birini sizi blokdan çıxarmağa məcbur etməyin heç bir yolu yoxdur. Başqa cür iddia edən hər hansı proqram və ya vebsayt məlumatlarınızı oğurlayır.
Comments are closed, but trackbacks and pingbacks are open.